Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” və “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə qrant müsabiqələrinin nəticələrini elan edib.

Yeniavaz.com xəbər verir ki, qrant müsabiqəsinə “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” üzrə 66, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” üzrə 105 layihə təqdim edilib.

Onlardan “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” üzrə 31 fərdi, 7 koalisiya üzrə, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” üzrə 47 fərdi, 8 koalisiya üzrə layihələrin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.

Qeyd edək ki, qrant müsabiqəsinin qalibi olan təşkilatlar arasında millət vəkili Tamam Cəfərovanının rəhbərlik etdiyi “Universitet Təhsilli Qadınlar” ictimai birliyi də var. Millət vəkili “Özünü tanı, hüququnu bil” erkən nikahın aradan qaldırılması sahəsində qadınların maarifləndirilməsi” adlı layihənin icrası üçün Agentlikdən 9 000 manat alacaq.

Onu da bildirək ki, əvvəllər də millət vəkillərinin rəhbərlik etdikləri QHT-lər Agentlikdən qrantlar alıb və bu cəmiyyıt tərəfindən birmənalı qarşılanmayıb.

Dünyapress TV

Xəbər lenti