Baş prokuror hicab taxma qaydalarının pozulmasına qarşı mübarizəni gücləndirməyi tapşırıb- İRANDA
İranın baş prokuroru Məhəmməd Cəfər Montazəri hüquq-mühafizə orqanlarının əməkdaşlarına hicab taxma qaydalarının pozulmasına qarşı mübarizəni gücləndirməyi tapşırıb.
Xüsusilə, Montazeri polisə hicabın ictimai şəkildə götürülməsinin qarşısını qətiyyətlə almağı tapşırıb.
İran qanunlarına görə, bu cür “pozuntulara” görə cərimələrlə yanaşı, on gündən iki aya qədər həbs cəzası da nəzərdə tutulur.
Məhz Məhsa Əminini əxlaq polisi tərəfindən sentyabrın 13-də məhz buna görə həbs edilib, müvəqqəti saxlama məntəqələri zorakılığa məruz qalan qız 16 sentyabrda ölüb.
Məhsa Əmininin öldürülməsinə etiraz olaraq başlayan xalq üsyanı hazırda İranın bütün əyalətlərinə və şəhərlərinə yayılıb.
Amma orta əsrlərdən gəlmiş hökümət bunlardan nəticə çıxartmadı…
Yeganə Hacıyeva
Teref.az
 

Dünyapress TV

Xəbər lenti