73 yaşlı amerikalı modelyer Vera Vanq Yeni 2023-cü ili qarşıladıqdan sonra necə göründüyünü nümayiş etdirib.
Çin əsilli dizayner öz İnstaqramında bir neçə kadr paylaşıb.
Fotoda o, ağ çimərlik paltarında bədən quruluşunu nümayiş etdirir. Vera Vang yay üçün mərcan xəz çəkmələri, gümüş tac və gün eynəyi taxıb.
"Yeni ildən sonra səhər və hovuzda qəhvə"
Onun yeni paylaşımını bir gündən az müddətdə 22 minə yaxın insan bəyənib.
Xüsusilə Vera Vanq şəffaf Prada paltarında poza verdiyi şəkilləri paylaşıb.
Çin əsilli modelyer fotoya "Buxtada gün batımı. Gündəlik parıltı... Prada parıltısı ✨" şərhini yazıb.
İnsanlar onun 73 yaşı olduğuna inanmadıqlarını bildiriblər. Qeyd edək ki, Vera Vanq müasir məşhurların həyatlarının mühüm günündə seçdiyi dəbdəbəli gəlinlikləri ilə tanınır.
Xatırladaq ki, Vera Vanq 73 yaşının şərəfinə yüksək səviyyəli şənlik də təşkil edib.