Ardını oxu...
Əfqanıstanda Taliban rejiminə qarşı açıq çıxış edən qadın fəal həbs edilib və yerli həbsxanada qrup şəklində cinsi zorakılığa məruz qalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə zərərçəkmişlə danışan “The Guardian” qəzeti məlumat yayıb.

Həbsdən sonra qadın (adı açıqlanmır) Əfqanıstanı tərk edib və mühacirətdə Taliban əleyhinə çıxış etməyə davam edib. Daha sonra ona İslam Əmirliyi (Əfqanıstan) haqqında pis danışmağı dayandırmasa, zorlama videosu yayımlayacağı ilə hədələnib.

Qeyd edək ki, bu ilin iyun ayında BMT-nin Əfqanıstan üzrə xüsusi məruzəçisi Talibana etiraz edən qadınların həbsdə tez-tez cinsi zorakılıqla üzləşdiyini bəyan etmişdi.
 
 
 
Ardını oxu...
Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan sosial media fenomeni Dilan Polat haqqında istintaq tamamlanıb.

Hurriyyet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Anadolu Baş Prokurorluğunda Dilan Polatın 27 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Bir neçə gün əvvəl isə Dilan Polatın bacısı Sıla Doğu və qardaşı Can Doğu sərbəst buraxılıb.
 
Ardını oxu...
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı açıqlamaları ilə diqqət çəkib.

Dia-az.İnfo olay-a istinadən bildirir ki, o, instaqramda açdığı canlı yayımda izləyiciləri ilə söhbətləşib:

"Super staram. Bəs, nəyəm? əxlaqdan əxlaq, namusdan namus, sözü bütöv, ailəsi, uşağı... Sənmi olacaqsan? Ərki evindəki anana edə bilərsən. Bəlkə, sizə deməyiblər öyrədim, Mən ərki 30 illik rəfiqəmə, anama, bacıma edirəm. Tanımadığım, heç bir şəxsi görüşüm olmayan adama ərk etmirəm. Bu da etika-estetika qaydalarına uyğun olaraq".
Ardını oxu...
Bakıda məşhur uşaq bağçasının direktoru saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, “Moon Kids” Uşaq Bağçasının təsisçisi və direktoru Rüstəmova Havvaxanım İmamət qızı dələduzluq əməlində ittiham edilir.
Havvaxanım Rüstəmova xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq mənimsəməkdə ittiham olunur.
Artıq xanım direktorun rəhbəri olduğu “Moon Kids” Uşaq Bağçası da fəaliyyətini dayandırılıb. Bağçanın bütün sosial şəbəkələrdə hesabları silinib.
Məsələ ilə bağlı müvafiq dövlət qurumlarına da sorğu ünvanlamışıq.
Qeyd edək ki, Havvaxanım Rüstəmova 2023-cü ildə “İlin ən uğurlu iş xanımı” nominasiyasına layiq görülüb.

Xəbər lenti