Ardını oxu...
ABŞ-da kişi keçmiş həyat yoldaşından böyrəyini qaytarmasını və ya 1,5 milyon dollar təzminat ödəməsini tələb edir.
Qaynarinfo bu barədə “İndependent” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, arvadı boşanmaq üçün məhkəməyə müraciət edən Riçard Baptistin adlı amerikalı kişi ona şərt qoyub: ya donor kimi ona bağışladığı böyrəyini qaytarsın, ya da 1,5 milyon dollar ödəsin.
Kişi iddia edir ki, öz hərəkəti ilə arvadının həyatını xilas edib. Baxmayaraq ki, onların evliliyi həmin vaxt artıq təhlükə altında olub.
“Birinci prioritetim onun həyatını xilas etmək idi”, deyə Riçard Baptistin bildirib.
Lakin ştatın Ali Məhkəməsi Riçardın böyrəyinin hədiyyə olduğunu və təzminat almayacağına qərar verərək onun iddialarını rədd edib. Bundan əlavə, həkimlər kişinin böyrəyinin keçmiş həyat yoldaşından çıxarılmasına qadağa qoyublar.
“Riçardın pul təzminatı almaq cəhdləri təkcə qanunla müəyyən edilmiş qaydaları pozmur, həm də onu cinayət təqibinə məruz qoya bilər”, deyə məhkəmənin bəyanatında deyilir.
 
Ardını oxu...
Meyxanaçı-müğənni Samirə Yusifqızı müzakirələrə səbəb olacaq açıqlama verib.

İfaçı imkanı olan evli kişi ilə sevgi münasibətinə “yox” deyə bilməyəcəyini vurğulayıb.

“Mənə elə gəlir ki, bir çox qadınlar evli bir bəy sevib. Mən də evli adam sevmişəm, həmin şəxsin yoldaşı xarici ölkədə yaşayırdı.

Bir çox müğənni var ki, evli kişinin ailəsini dağıdıb, ona ərə gedənlər var. Həmin kişilərin əsas ailəsi elə birinci ailəsidir. İndi təkcə müğənnilər ailə dağıtmır ki… Mən sevilməyə layiq qadınam. Məni sevən oğlan uzağı məndən 10-12 yaş kiçik ola bilər. Övladım yaşında bir oğlanla sevgili olası deyiləm ki… Çox yaş fərqi olanda, düşüncələrimizdə də anlaşılmazlıqlar olacaq. Mənə evli kişi sevgi təklifi etsə, xoşum gəlsə, razılıq verəcəm. Peyğəmbərimizin neçə xanımı olub. İmkanı, pulu varsa, niyə də yox? Buyursun”, deyə o, qeyd edib.

Qeyd edək ki, S.Yusifqızı bir dəfə evli olub, həyat yoldaşı vəfat edib.
32gun.az
 
Ardını oxu...
Aleksey Navalnının anasına ultimatum təqdim edilib və ona cavab vermək üçün 3 saat vaxt verilib.

Bu barədə müxalifətin müttəfiqi Kira Yarmiş X hesabında məlumat verib.

“Bir saat əvvəl müstəntiq Alekseyin anasına zəng edərək ona ultimatum verdi. Ya 3 saat ərzində ictimaiyyətlə vidalaşmadan gizli dəfn etməyə razılıq verməlidir, ya da Aleksey koloniyada dəfn olunacaq”, - məlumatda qeyd olunub.

Navalnının anası İstintaq Komitəsi ilə danışıqlardan imtina edib. O, müstəntiqləri ölümün səbəbini aşkar etdikdən sonra iki gün ərzində meyiti təhvil verməli olan qanuna riayət etməyi tələb edir. Onun imzaladığı tibbi sənədlərə görə, həmin iki gün sabah başa çatır. O, israr edir ki, hakimiyyət dəfn və anım mərasiminin adət-ənənələrə uyğun keçirilməsinə icazə versin.
publika
 
Ardını oxu...
Ötən il Türkiyə vətəndaşı olan kişilərlə evlənən azərbaycanlı qadınların və Türkiyə vətəndaşı olan qadınlarla evlənən azərbaycanlı kişilərin sayı artıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən il ərzində Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadınların sayı 2022-ci illə müqayisədə 9% və ya 233 nəfər artaraq 2 818 nəfərə çatıb.
Türkiyə vətəndaşları ilə ailə quran əcnəbi qadınlar arasında azərbaycanlı qadınlar 3-cü sırada qərarlaşıb. İlk sırada Özbəkistan, 2-ci sırda isə Suriya vətəndaşı olan qadınlar yer alıb. 2023-cü il ərzində Özbəkistan vətəndaşı olan 3 716, həmçinin Suriya vətəndaşı olan 3 519 qadın Türkiyə vətəndaşı olan şəxslərlə ailə qurub.
Növbəti yerlərdə 2 818 nəfərlə Azərbaycan, 2 339 nəfərlə Rusiya, 2 243 nəfərlə Almaniya, 2 128 nəfərlə Mərakeş, 1 817 nəfərlə Türkmənistan, 1 149 nəfərlə Qırğızıstan, 1 079 nəfərlə Ukrayna vətəndaşları gəlir.
Ötən il Türkiyə vətəndaşı olan qadınlarla evlənən azərbaycanlı kişilərin sayı da artıb. Son bir il ərzində Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı kişilərin sayı 16% və ya 35 nəfər artaraq 254 nəfərə çatıb. Azərbaycanlılar bu göstəriciyə görə 5-ci sırada qərarlaşıblar. Türkiyə vətəndaşı olan qadınlarla ən çox Almaniya (1 387 nəfər), Suriya (1 219 nəfər), Avstraliya (326 nəfər) və Əfqanıstan (316 nəfər) vətəndaşı olan kişilər evlənib.
Son 15 ildə Türkiyəyə ərə gedən Azərbaycan vətəndaşı olan qadınların və Türkiyə vətəndaşı ilə evlənən Azərbaycan vətəndaşı olan kişilərin sayı belə olub:
Ardını oxu...
 
Ardını oxu...
Türkiyədə dörd ay əvvəl evlənən kişinin arvadı iki ay ərzində ikinci dəfə qaçırılıb və fidyə istənilib.

Hadisə Adanada baş verib.

Suriyadakı vətəndaş müharibəsindən qaçaraq Adanaya köçən kənd təsərrüfatı işçisi 22 yaşlı Salih İsmail dörd ay əvvəl 18 yaşlı Dilan İsmayılla evlənib.

İddiaya görə, iki ay əvvəl naməlum şəxslər Dilan İsmayılı küçənin ortasında qaçıraraq ərinə zəng ediblər və 20 min dollar (34 min manat) fidyə tələb ediblər. Çarəsiz qalan İsmayıl polisə xəbər belə verməyib, toy zinət əşyalarını nağdlaşdırıb və deyilən yerə aparıb. Bir neçə gün sonra Saleh İsmayılın həyat yoldaşı geri qaytarılıb.

Qaçırılan Dilan İsmayıl həmin günlər barədə heç nə danışmayıb.

Ancaq keçən həftə zibil atmağa çıxanda yenidən qaçırılıb.

Bu dəfə Saleh İsmayıldan 25 min dollar (42,5 min manat) istənilib. Çarəsiz qalan Saleh vəziyyəti polisə xəbər verib. Hazırda gənc qızın axtarışına başlanılıb.

Dilan İsmayılın yeznəsi Şiyar Bilgiç baldızının harada olduğunu bilmədiyini bildirib.

“Qız zibil atarkən qaçırılıb. Ondan nə istədiklərini, bu pulu necə ödəyəcəyimizi də bilmirik. Mesaj göndərdilər ki, qız hazırda Almaniyadadır. Amma nə dərəcədə düz deyirlər, bilmirəm. Baldızımın həyatı üçün narahatıq”, – deyə qohumu bildirib.
 
    
Ardını oxu...
Məktəbli qızların məlum videosundan sonra zorakılıq göstərən qızın təhsil aldığı Xəzər rayonu 156 nömrəli məktəbin direktoru Gülər İsmayılova da mövzu ilə bağlı medianın suallarını cavablandırdı. Direktor G.İsmayılova 156 nömrəli məktəbə 3 ildir ki, rəhbərlik edir.

Tribunainfo.az xəbər verir ki, 39 yaşlı direktor İsmayılova Gülər Bəhram qızı Lənkəran Dövlət Universitetinin məzunudur.

O, pedaqoji fəaliyyətə ilk dəfə 2006-cı ildə Bakı şəhəri Xəzər rayonu 136 nömrəli tam orta məktəbdə informatika müəllimi kimi başlayıb. 13 il müəllim vəzifəsində işlədikdən sonra 2019-cu ildə BŞTİ-nin təşkil etdiyi müsabiqədə yüksək nəticə göstərərək, test və müsahibə mərhələlərini keçərək BŞTİ-nin təyinatı üzrə 2019-cu il oktyabrın 8-dən Xəzər rayonu Sabir Abbasov adına 117 nömrəli tam orta məktəbdə təlim – tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib.

2020-ci ilin sentyabr ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən müvəffəqiyyət qazanmış, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 13.09.2021-ci il tarixdən 156 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.

Bir çox elmi-praktik konfranslarda, məktəb idarəçiliyi təlimlərində iştirak edib. 2021- ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yüksək təlim nailiyyətlərinə görə Fəxri Fərmanla təltif olunub. Direktor vəzifəsində çalışdığı müddətdə Xəzər RİH, YAP-nın Xəzər rayon Təşkilatı, ATİAHİ, Xəzər rayon Gənclər İdarəsi tərəfindən Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunub. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlər ixtisası üzrə II ali təhsil (qiyabi şöbə) alır. Akademiyanın III kurs tələbəsidir.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Fitnes məşqçisi Kamil Zeynallı Rusiyada saxlanılıb.

"DogruXeber.az" xəbər verir ki, K.Zeynallının həyat yoldaşı Gülay Zeynallı da məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"İnşallah bu da keçər... Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın. Çax xahiş edirəm", - deyə Gülay Zeynallı yazıb
Ardını oxu...
Rusiya müxalifətinin lideri Aleksey Navalnının anası Lyudmila Navalnaya Vladimir Putinə müraciət edib.

Yayımladığı videomüraciətdə L.Navalnaya Putindən oğlunun cəsədini istəyib: “Mən Alekseyin cəsədinin dərhal təhvil verilməsini tələb edirəm ki, onu insancasına dəfn edə biləm”. Navalnının anası deyib ki, 5 gündür oğlunun cəsədini ona göstərmirlər, vermirlər və onun harada olduğunu da demirlər. Navalnaya məsələnin həllinin Putindən asılı olduğunu deyərək, dərhal cəsədin verilməsini tələb edib.

Xatırladaq ki, bir gün əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Navalnının ölüm şəraiti ilə bağlı araşdırma aparılır və “qanunla nəzərdə tutulmuş bütün lazımi tədbirlər görülür”.

O, həmçinin əlavə edib ki, meyitin qohumlarına təhvil verilməsi məsələsi Kremlə aid deyil: “Biz bu işə qarışmırıq”.

Fevralın 19-da Aleksey Navalnının anasına İstintaq Komitəsi məlumat verib ki, onun ölüm şəraitinin araşdırılması müddəti uzadılıb, bunun nə qədər vaxt aparacağı məlum deyil. Bəzi müşahidəçilər cəsədin martın 15-17-də keçiriləcək seçkiyə kimi təhvil verilməyəcəyini bildirirlər.

 
 
 
Ardını oxu...
Fevralın 16-da həbsxanada öldüyü açıqlanan rusiyalı müxalifətçi Aleksey Navalnının qəfil ölümünün üzərindəki sirr pərdəsi hələ də qalxmayıb. Kremlin məsələ ilə bağlı susqunluğu, Navalnının meyitinin harada olması ilə bağlı hələ də qeyri-müəyyənlik var.

Navalnının həyat yoldaşı Yuliya Navalnaya müxalifətçinin ölümündə növbəti dəfə Vladimir Putini günahlandırıb və rus xalqını mübarizədə ona dəstək olmağa çağırıb.

Navalyana ərini Putinin öldürdüyünü iddia edərək, bununla onu həyat yoldaşından, iki uşağını isə atasından ayırdığını bildirib.

“Putin Alekseyi öldürməklə mənim yarımı, ürəyimi və ruhumu öldürdü. Amma məndə hələ də digər yarısı var və bu mənə deyir ki, mənim təslim olmağa haqqım yoxdur... Navalnının işini davam etdirəcəyəm və ölkəmiz üçün mübarizə aparacağam” - o deyib.
 
Ardını oxu...
Britaniya mətbuatı Rusiya Prezidenti Vladimir Putinin ölkədə fəaliyyət göstərən “Təhlükəsiz İnternet Liqası”nın rəhbəri Yekaterina Mizulina ilə eşq macərası yaşadığını iddia edib.

71 yaşlı dövlət başçısı ilə 39 yaşlı qurum rəhbərinin son zamanlar yaxınlaşdığı bildirilib.

Bu barədə "Daily Mai" məlumat yayıb.

Qeyd olunur ki, senator Yelena Mizulinanın qızı olan Yekaterina Londonda təhsil alıb və hazırda Rusiyada internet senzurasına başçılıq edir.
Xatırladaq ki, Putin bundan əvvəl tanınmış bədii gimnast Alina Kabaeva (40 yaş) ilə birlikdə yaşayıb. Onların övladlarının da olduğu bildirilir
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti