Ardını oxu...
Xerson vilayətində SBU-nun tapşırıqlarını yerinə yetirən, özünü ukraynalı casus adlandıran Tatyana Lutsiy işə götürmə üsullarından danışıb.
32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, Lucius, uşaqlarının və qardaşının həyatı ilə şantaj edildiyini söylədi. Onlar ondan ərinə qarşı danos yazmasını tələb ediblər.

Denis Lutsiy o zaman Rusiya Federasiyasının nəzarətində olan ərazidə yanacaq-energetika kompleksi naziri vəzifəsini tutmuşdu.

Tatyana Lutsiy ərini Ukrayna ərazisinə aparmağa məcbur olub.
Həmçinin, SBU-nun göstərişi ilə o, Xarkov vilayətindəki hərbi qurğuları və raket zərbələrinin nəticələrini fotolar çəkməli və lentə almalı olub. O, "telegram" vasitəsilə kuratora məlumat ötürüb.

Lusius bildirib ki, qardaşı onsuz da cəbhəyə göndərildikdən sonra vəfat etdiyi yerdə və Rusiya Federasiyasının cinayət təqibindən qorxaraq Rusiya FSB-yə təslim olmaq qərarına gəlib.

RİA Novosti Telegram kanalında Tatyana Lutsinin hekayəsini əks etdirən video yayımlanıb.
 
Ardını oxu...
Bu gün Sevinc Hüseynova adlı sosial media istifadəçisi öz hesabında polis əməkdaşının ona qanunsuz cərimə yazdığı iddia edilən görüntülər paylaşıb.

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Kazım Kazımzadə küçəsində baş verib.

Belə ki, vətəndaş "Ford" markalı şəxsi avtomobilini qanunsuz olaraq piyadaların hərəkəti üçün nəzərdə tutulan səkidə saxlayıb.

Daha sonra polis əməkdaşları ona İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimə yazıb. Vətəndaş isə sosial medianın qazandırdığı imkanlardan istifadə edərək cərimə yazanları "ifşa etməyə" cəhd edib və video da özünün qanunsuz olaraq səkidə maşın saxladığını etiraf edib. O, bu əməli digər şəxslərin də həmin ərazidə maşın saxladığını əsas gətirərək törətdiyini iddia edib.

Fotodan da göründüyü kimi avtomobilin dayandığı ərazi səkidir və maşın burada insanların hərəkətinə mane olur. Sürücü qanunsuz əməl törətdiyini bildiyi halda paylaşdığı videoda özünə haqq qazandırmağa cəhd edib.
 
Ardını oxu...
Rusiyanın Stavropol diyarında qadın küçə tualetində uşaq dünyaya gətirib və körpəni tullantı quyusuna atıb.

Lent.az bildirir ki, Lısoqorskaya kəndinin 40 yaşlı sakini hamiləliyini gizlədib. Yanvarın 8-də o, partnyorunun şəxsi evinin həyətindəki tualetə gedəndə qəfil doğum sancısı keçirib.

Qadının sözlərinə görə, uşaq quyuya düşüb. O, bu barədə heç kimə heç nə deməyib. Körpə boğularaq ölüb.

Lakin sonda baş verənləri gizlətmək mümkün olmayıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 106-cı maddəsi ilə “Yeni doğulmuş uşağın ana tərəfindən öldürülməsi” ilə cinayət işi başlanıb.

Qadın barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
 
Ardını oxu...
O, ailəsi ilə birlikdə mühacirətə üz tutanda cəmi iki yaşı var idi. Dünyanın bütün dərd-qəmindən uzaq olan bu körpə qızcığaz anasının əlindən tutaraq onları gözləyən təhlükədən xəbərsiz idi. Bu balaca qızcığaz sonralar Türkiyənin ən məşhur həkimi olacaq Şəfiqə xanım Ataman idi. Böyük bir nəslin layiqli davamçısı olan Şəfiqə xanım Ataman 28 iyul 1916-cı ildə İravan yaxınlığındakı Dərəçiçək mahalında dünyaya göz açmışdı.

Şəfiqə xanımın anası Ruqiyyə xanım, atası Məmməd Əlibəyzadə idi. Məmməd bəy Dərəçiçək mahalında böyük nüfuz sahibi olmaqla yanaşı, həm də ermənilərə layiqli cavab verməyi bacaran cəsur bir insan idi. 1905-ci ildə erməni hücumlarının qarşısının alınmasında fəallıq göstərən Məmməd bəy təqib edilirdi. Dərəçiçək mahalında böyük hörmət sahibi olan Məmməd bəyi aradan götürmək üçün erməni daşnakları hər vasitəyə əl atırdılar.

Məmməd bəy təqiblərdən yaxa qurtarmaq üçün ailəsini də götürərək qardaş Türkiyəyə mühacirətə getməyi üstün tutur. Türkiyəyə gəldikdən bir qədər sonra Məmməd bəy türk ordusunun tərkibində qurtuluş savaşında iştirak edir. 1919-cu ildə Məmməd bəyin həyat yoldaşı Ruqiyyə xanım uzun sürən xəstəlikdən sonra vəfat edir.

Məmməd bəy Qars valisi təyin edildikdən sonra erməni və ingilis qoşunlarının qarşısının alınması üçün mübarizəyə başlayır. Lakin o kiçik bir dəstə ilə pusquya düşərək əsir götürülür. Məmməd bəy Maltaya sürgün edilir. Ailəsi isə yaxın dostu Kazım Karabəkir Paşa tərəfindən himayəyə götürülür. Ailənin vəziyyətini nəzərə alan Mustafa Kamal Paşa Atatürk ailənin iki oğlunu hərbi məktəbə göndərir. Balaca Şəfiqə isə Kazım Karabəkir Paşanın ailəsində qalır.

1921-ci ildə Maltadan İstanbula gələn Məmməd bəy burada Mustafa Kamal Paşa ilə görüşür. Məmməd bəy qızı Şəfiqəni də götürərək 1922-ci ildə Gümrüyə gedir. Şəfiqə Gümrüdə rus və türk dillərini öyrənməklə yanaşı, fortopiano dərslərini də mükəmməl mənimsəyir. 1931-ci ildə təhsilini başa vuran Şəfiqə xanım İstanbula gəlir. Burada təhsilini davam etdirən Şəfiqə xanım 1934-cü ildə İstanbul Universitetinin Tibb Fakültəsinə qəbul olunur. 1940-cı ildə universiteti müvəffəqiyyətlə başa vuran Şəfiqə 1940-1943-cü illərdə Haseki xəstəxanasında çalışır. Daha sonra Çorum Doğum evində çalışan Şəfiqə xanım 1945-ci ildə Ankara xəstaxanasına rəhbər təyin edilir.

Həyatı acınacaqlı keçən Şəfiqə xanım 23 mart 1946-cı ildə həkim həmkarı Həmid Atamanla ailə qurur. Həmid Ataman Cümhuriyyət hökumətinin xarici ölkəyə təhsil almağa göndərdiyi 100 aydından biri idi. Bu izdivacdan sonra Şəfiqə xanım həyat yoldaşı Həmid bəylə birlikdə mühacirətdə olan müsavatçılarla mütamadi görüşlərdə iştirak edir.

Şəfiqə xanım 1949-cu ildə Azərbaycan Mədəniyyət Assosiasiyasının yaranmasında yaxından iştirak edir, Məhəmməd Əmin Rəsulzadə ilə mütəmadi görüşürdülər. Həyat yoldaşı Həmid Atamanın Məhəmməd Əmin Rəsulzadə ilə dostluğu bu ailələri daha da birləşdirmişdi. Almaniyada Tibb Universitetini bitirən Həmid Ataman Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsindən sonra Azərbaycana qayıtmamış, qardaş Türkiyədə qalmağa məcbur olmuşdu. Məmməd Əmin Rəsulzadə 1948-ci ildə Ankaraya gələndən sonra Həmid Atamanla tez-tez görüşür və bu görüşlər adətən Həmid bəyin evində baş tuturdu.

Şəfiqə Atamanın Türkiyədə tanınmış bir həkim kimi yetişməyində həyat yoldaşı Həmid Atamanın böyük rolu olmuşdu. Onlar iki vətən sevdalısı idi. Doğulduqları torpağa qayıtmağa Sovet Hökuməti tərəfindən qoyulan qadağa onlarda vətən sevgisini daha da artırdı. Tez-tez bu ailəyə qonaq gələn Məhəmməd Əmin Rəsulzadə və həyat yoldaşı Leyla xanım ailənin kiçik qızı Narıncı öz övladları kimi sevirdilər. Həmişə qəlbində vətən sevgisi olan Şəfiqə xanım Azərbaycana gəlməyi çox istəsə də, nə yazıq ki, bu arzusunu reallaşdıra bilmədi.

Türkiyənin məşhur həkimi olan Şəfiqə xanım Ataman 3 mart 2002-ci ildə haqq dünyasına qovuşdu. Ölümündən az əvvəl qızına öz vəsiyyətini də etməyi unutmadı Şəfiqə xanım: “Məni Azərbaycan bayrağı ilə dəfn edin…”
Qoşqar Salmanlı
/ulusal.az/
 
    
Ardını oxu...
Bakıda intihar baş verib.

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

62 yaşlı İradə Babayeva yaşadığı binanın 4-cü və 5-ci mərtəbələri arasında yerləşən pəncərədən özünü ataraq həyatına qəsd edib.

Məlumata görə, o, ailə üzvlərinə həmişə özünü öldürəcəyini deyib. Ağır depressiv vəziyyətdə olub.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.
 
Ardını oxu...
ABŞ sakini təsadüfi lotereya bileti alıb cekpot udub.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Virciniya ştatının Pamplin sakini Teresa Balduin lotereya oynamaq istəyəndə həmişə avtomatlardan kor-koranə bilet aldığını söyləyib: "Mən sadəcə düyməni basıb taleyə etibar edirəm" deyir.

O, lotereya bileti alıb və təsadüfi seçim ona 500 min dollar qazandırıb. Bolduin sərvət qazandığını biləndə şoka düşdüyünü etiraf edib: “Mən sadəcə oturub biletə baxdım. Mən hələ də nə baş verdiyini anlamağa çalışıram”,- o deyir.

Qalibin sözlərinə görə, pul mükafatını nəyə xərcləyəcəyinə hələ qərar verməyib.
 
Ardını oxu...
Göygöldə 36 yaşlı qadın intihar edib.
TEREF "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Hüseynova Kifayət Sakit qızı evin damında özünü asıb.
İntiharın səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Daşkəsəndə 19 yaşlı Aişə Abdullayeva adlı cehiz olaraq qoyun gətirmədiyinə görə döyülüb.

Bu barədə İctimai televiziyada süjet yayımlanıb.

Gəlin getdiyi evdə qaynatası və qaynanası tərəfindən şiddətə məruz qalan gənc qız yaxınları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib.

Ona kəllə-beyin tramvası diaqnozu qoyulub.

Daha ətraflı video-materialda:

 
 
 
Ardını oxu...
Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybək Smadiyarov Rusiyanın erməni əsilli teleaparıcısı, “Qazprom” media holdinqin baş direktorunun müavini Tina Kandelakinin təxribatçı açıqlamasına təpki verib.

Teleqraf.com xəbər verir ki, o, Kandelakinin bundan sonra Qazaxıstana girişinə icazə verilib-verilməyəcəyinə aydınlıq gətirib.

“Kimdənsə xoşunuz gəlməyəndə onu evinizə buraxmırsınız. Biz də eyni şeyi edəcəyik. Lazım gələrsə, tədbirlər görüləcək. Bunu bu gün və ya sabah etməkdə israr etməyin. Dövlət bunu heç vaxt bağışlamayacaq. Qazaxıstana gəlməyəcək, gəlsə, qayıda bilməyəcək”, - Smadiyarov vurğulayıb.

Tina Kandelaki bundan əvvəl Teleqram kanalında Qazaxıstanla bağlı təhqiramiz və təxribatçı paylaşım edib.

Ölkəni əvvəlcə rus dilini “dövlət səviyyəsində sıxışdırmaq”da ittiham edən erməni əsilli jurnalist Qazaxıstandan təpkilər gəldikdən sonra təhqirə keçib. Tina qazaxları “manqurt” adlandırıb.

Jurnalistin təxribatçı açıqlamaları Qazaxıstanda hiddətlə qarşılanıb.
 
 
 

Ardını oxu...
 

Əməkdar artist Nailə İslamzadə arxiv görüntülərini paylaşıb.

Videonu “Facebook”da paylaşan İslamzadə bu sözləri qeyd edib:

“Son zamanlar bir neçə sayt və səhifə qadınların, o cümlədən də mənim xarici görünüşümü daha çox müzakirə edirlər. Düşünürəm ki, əgər bu görünüşün arxasında intellekt, savad, dünyagörüşü, etik davranış, ailəsinə, cəmiyyətə verdiyi fayda dayanmırsa, o gözəllik heçdir! Bu video 90-cı illərin sonu, 2000-ci illərin əvvəlinə aiddir”.

 
 
 

Dünyapress TV

Xəbər lenti