Ardını oxu...
Xəzər Tv-də yayımlanan “Xəzər axşamı” verilişində gərgin anlar yaşanıb.

Efirin qonaqları sırasında müğənni Mənzurə Musayeva da olub. Canlı ifası zamanı mikrafonda problem olduğunu və yetərincə səs verilmədiyini iddia edən sənətçi studianı tərk edib.

Qəsdən səsinin kəsildiyini düşünən sənətçiyə proqramın aparıcı Mətanət Əliverdiyeva tənqidlər yağdırıb:

“Heç vaxt müğənnilərlə problem yaşamamışam. Hamısına mənimlə bir efirdə olmaq rahatdır. Digər kanallarda sizi aparıcıdan asılı vəziyyətə salırlar. Heç bir qonağıma hörmətsizlik etməmişəm.

Eyni mikrafonla digər müğənnilərimiz də oxudu, problem yaşamadı. Əməkdaşlarımızın peşakarlığına şübhə yoxdur. Canlı ifa üçün səs özündə olmalıdır, mikrafona səs verməklə deyil…”

Həmin gərgin anlar daha ətraflı video-materialda: Milli.Az

Ardını oxu...
Əməkdar artist bəstəkar-müğənni Elza Seyidcahan yenidən öz hərəkəti ilə gündəmə gəlib.

Sənətçi Aygün Bəylərin vida mərasiminə taxdığı qalmaqallı papağı ilə bu dəfə şənliyə gəlib. Sənət yoldaşları rəqs edən Elza marağa səbəb olub.

Şou əhlinin qatıldığı həmin gecədən görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Hurriyyet.Az xəbər verir ki, “Göyçəyə qayıtsam atamın buradakı məzarından ora torpaq aparacam” adlı buraxılış Göyçə mahalının Basarkeçər rayonunun Dərə kənd sakini Aidə Xudaverdiyevanın həyat hekayəsinə həsr olunub.

O, qədim oğuz yurdu, füsunkar təbiəti olan kənddə uşaqlıq, orta məktəb illərində yaşadığı gözəl anları, məhəllə, dağ, düzənlik, çay, yaylaqlarda, bulaq başında keçirdiyi maraqlı günləri xatırladıb.

Atasının poçtalyon işlədiyini, 10 yaşından qəzetləri kəndə özünün payladığını bildirən A.Xudaverdiyeva adət-ənənələrdən danışıb: “Qış aylarında məktəbin həyətində qar topu oynayırdıq, xizək sürürdük. Novruz bayramında sulaşırdıq. Göyçə gölündə çimdiyimiz anları, o füsünkar təbiətin qoynunda gəzməyi yenidən yaşamaq istəyərdim”.

Onun sözlərinə görə, 1988-ci ilin fevral ayında Qarabağda baş verən hadisələrdən sonra ermənilər qonşu kəndlərdə təxribatlar etməyə başladılar: “Kəndimiz yolun üstündə idi. Hər gün 6-7 karvan maşın gedirdi. Artıq oktyabr, noyabr aylarından insanların narahatlığı başladı, insanlar qorxurdu. Hər gün kəndin əli silah tutan insanları ermənilər 100 illik tarixi olan kəndə hücum etməsinlər deyə növbə çəkirdilər. Atam bizi təhlükəsizlik üçün noyabr 24-də Gəncə şəhərinə gətirdi və o yenidən kəndə qayıtdı. Şəmkir rayonunun Bada kəndindəki ermənilər bizim kəndə dolmuşdular, bütün əşyaları, xalçaları mənimsəmişdilər. Azərbaycanlıların köç maşınlarını ermənilər daşa basırdılar. Atam da zədə almışdı, daş baş hissəsindən yarmışdı. Nəhayət, atam evimizi 1988-ci il dekabrın 7-də Şəmkir rayonunun Bada kəndinə dəyişdi və biz orada məskunlaşdıq”.

Dərə kənd sakini Vətən həsrətinin ağır dərd olduğunu deyib: “35 ildir burnumun ucu sızlayır. Doğulduğum məkana qayıtmaq ən böyük arzumdu. Həqiqətən çox istəyərdim ki, Göyçəyə qayıdım. Atamın buradakı məzarından ora torpaq aparam. Atam elinə, torpağına o qədər bağlı insan idi. Bu gün atamın ruhu şad olsun deyə Qərbi Azərbaycana qayıtmaq istəyirəm. Həm babalarımın, həm də 10 yaşında rəhmətə gedən bacımın ruhunu şad edim. Möhtərəm Prezidentimiz Qarabağı azad etdi, əminəm ki, Göyçəni də qaytaracaq və biz öz yurdumuza qayıdacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Boşanma zamanı cütlüklər arasında əmlak bölgüsü mübahisələri yaranır. Belə ki, qanunvericiliyə görə, birgə nikah dövründə əldə edilmiş əmlak boşanan zaman ərlə arvad arasında bölünməlidir. Bu, həm daşınar, həm də daşınmaz əmlaka aiddir.

Avtomobilin alqı-satqısı zamanı satan şəxsin həyat yoldaşından razılıq əldə olunması təcrübəsi çox təəssüf ki, hələ formalaşmayıb. Bu səbəbdən də sonradan problemlər yaranır və hətta satılmış maşınla bağlı məhkəmə çəkişmələri gedir. Əksər hallarda boşanma məsələsi ortaya çıxan zaman ər qısa müddət ərzində avtomobili başqa bir şəxsin adına keçirir və ya satır.

Əmlak birgə nikah dövrü zamanı əldə olunubsa burada arvadın da payı var. Ona görə də boşanma prosesində məhkəmədə əmlakın bölünməsi iddiası qaldırılır. Avtomobil alqı-satqı müqaviləsi ilə satılmış olsa da belə, arvadın notarial qaydada razılığı olmadığı üçün səhəri gün satılmış avtomobilin bölünməsi iddiası qaldırıla bilər.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən vəkil Elçin Şəfiyev bildirib ki, birgə nikah dövründə əldə olunmuş bütün əmlak tərəflərin ümumi birgə mülkiyyəti hesab olunur və nikah pozulan zaman həmin əmlak ər və arvad arasında bölünür:

“Əgər əmlak bölgüsü vaxtı tərəflərdən biri öz adında olan əmlakı başqa şəxsin adına bağışlama, alqı-satqı və ya hər hansı razılşma yolu ilə keçirirsə, digər tərəf qarşı tərəfə həmin əmlakın başqa şəxsin adına keçirilməsi əqdinin etibarsızlığı barəsində iddia qaldıra bilər. Bu zaman sübut edilməlidir ki, bu əqd bağlanan zaman iddia edən şəxsin razılığı alınmayıb. Həmin əqd etibarsız sayıldıqdan sonra satılan əmlak şəxsin adına qayıdır və ümumi əmlak kimi ər ilə arvad arasında bölünür”.

Hüquqşünas qeyd edib ki, ümumi əmlakın tərəflərin razılığı olmadan başqa şəxsin adına keçirilməsi qanunsuzdur:

“Hər bir halda ümumi mülkiyyətdə olan əmlakın satılması, bağışlanması və ya başqa şəxsin adına keçirilməsi zamanı digər tərəfin razılığı alınmalıdır”.

Qeyd edək ki, hal-hazırda qanunvericilikdə bununla bağlı boşluq olduğu üçün yol polisi vətəndaşladan razılaşma sənədi tələb edə bilmir.

 
Ardını oxu...
İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Kayl Uoker beş aydır ki, həyat yoldaşı ilə yaşamır.

Enni Kilner ciddi mübahisədən sonra Kaylı evdən qovub. Mübahisəyə səbəb isə Uokerin Lorin Qudman adlı keçmiş sevgilisi ilə münasibətidir.

Kilner Uokeri qadınla görüşməkdə və xəyanət etməkdə günahlandırıb.

Futbolçu ötən il qısqanc həyat yoldaşına keçmiş sevgilisini bir daha görməyəcəyinə söz verib və hətta sosial şəbəkələrdə onu bloklayıb. Daha sonra Kayl özü etiraf edib ki, Qudmanla “dostluğunu” bərpa edib.

Mənbə: football24.ru
 
Ardını oxu...
Lalə Azərtaşın Xəzər TV-nin efirində yayımlanan "Təsir dairəsi" verilişində təsirli anlar yaşanıb.

Verilişdə ekspert qismində iştirak edən vəkil Şəfiqə Nağıyevanı oğlu və gəlini studiyaya gələrək təbrik edib.

Qeyd edək ki, Şəfiqə Nağıyevanın 70 yaşı tamam olur.

Həmin görüntüləri təqdim edirik:

 
 
 
Ardını oxu...
Ağdamda intihar hadisəsi olub.

APA xəbər verir ki, hadisə rayonun Ballar kəndində qeydə alınıb. Kənd sakini olan 23 yaşlı İradə Siyavuş qızı Əliyeva özünü asaraq intihar edib.

İ.Əliyeva ailəli olub, üç övladı qalıb.

İntiharın onun atası evində baş verdiyi bildirilib.
 
Ardını oxu...
“Uşaqlığım, gəncliyim Qərvənddə keçsə də, kəndimizlə bağlı bütün xatirələr yaddaşımdan silinib”.

Bu sözləri Ağdamın Qərvənd kənd sakini Tamara Məhərrəmova deyib.

O bildirib ki, yalnız müharibə dövründə yaşadıqlarını xatırlayır.
İndi isə uçuq divarların arasında uşaqlıq, gənclik illərini axtarıır.

Daha ətraflı AZTV-nin süjetdə:

 
Ardını oxu...
Yanvarın 7-nə keçən gecə 27 yaşlı qadın Sankt-Peterburq polisi ilə əlaqə saxlayıb və zorlama barədə məlumat verib.
32gun.az xəbər verir ki, bir neçə saat sonra Peterburqlu qadının 34 yaşlı sevgilisi hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. — o, hadisə zamanı yatdığını və oyandıqdan sonra mənzildən kolleksiya silahının yoxa çıxdığını anladığını deyib.

Ehtimallara görə, səhər tezdən kişini sevgilisi oyandırıb və o, tanışının ona fiziki xəsarət yetirmək hədəsi ilə zorakılıq etdiyini etiraf edib. İlkin məlumatlara görə, evdə onun ulu babasından miras qalmış 1915-ci il qılınc da olub. Hadisədən sonra o, evdən yoxa çıxıb.
Ardını oxu...
Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) ölümü ilə bağlı yayılan xəbərləri ilk olaraq təkzib etmişdi.

00:44

“Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) təhlükəsiz şəkildə təxliyəsi üçün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tam təchiz olunmuş ambulansı peşəkar reanimasion tibbi briqada ilə birgə təhkim olunub”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ambulans portativ süni tənəffüs aparatı, tibbi sərf və zəruri dərmanlarla təchiz olunmuş reanimobildir:

“Təcili və təxirəsalınmaz tibbi yardım briqadası ixtisaslaşmış tibb müəssisəsinə təxliyə prosesini icra etmək üçün hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundadır”.

Ardını oxu...
00:35

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərinə aydınlıq gətirilib.

Bu barədə Oxu.Az-a Əməkdar artistin prodüseri məlumat verib.
Ardını oxu...
O, Əməkdar artistin Türkiyə saatı ilə 03:00 radələrində (Bakı vaxtı ilə 04:00) Bakıya gətiriləcəyini qeyd edib:

“Aygün xanım rəhmətə getməyib. Yayılan məlumatlar yanlışdır. Onu süni nəfəs aparatına qoşublar. Bizə bildiriblər ki, 03:00 radələrində Ankara Hava limanında olaq. Şəxsi təyyarə ilə gətiriləcək. Çəkilişə də icazə verilməyəcək”.
Prodüser Aygün Bəylərin vəziyyətinin anidən pisləşdiyini bildirib:

“Vəziyyəti dünənə qədər yaxşı idi. Günorta da yaxşı idi. Mən Ankarada yanında idim. İllərdir ki, İstanbulda yaşayıram. Mənə dedi ki, “get İstanbula işlərivi gör, gəl. Bazar günü qayıdarsan. Ankaradan qayıtmışam. Kaş, getməz olardım”.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.

06.01.2024, 21:55

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.

Bu barədə Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib.

“Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub”, - o deyib.


06.01.2024, 20:57

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) vəfat edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, müğənni bu gün Türkiyənin paytaxtı Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.

Xatırladaq ki, Aygün Hümmətova 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də xaricdə Azərbaycan musiqi sənətini təmsil edir. 1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olub.

2002-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.

Nəzrin Vahid, İlhamə Əbülfət
 

Dünyapress TV

Xəbər lenti