Ardını oxu...
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Mehriban Əliyeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“24.12.2023. Doğum gününüz mübarək, cənab Prezident! Sizə möhkəm cansağlığı, sevinc və nur, uğur və qələbələrlə dolu uzun ömür arzulayıram! Tanrı Sizə güc və səbir versin! Biz Sizinlə fəxr edir və Sizi çox sevirik! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!”
Ardını oxu...
Şairə Nazilə Səfərli paylaşımı ilə diqqət çəkib.

Olay yazır ki, o, instaqramda ad çəkmədən kiməsə söz atıb.

"Qadın yar yoldaşının aynasıdır. Mərifətsiz qadın yarını gözdən salar. Qoy, bizdən uzaq olsun", - deyə, Nazilə vurğulayıb.
 
Ardını oxu...
Lənkəran rayonunda 1967-ci il təvəllüdlü Sayalı fala baxmaq adı ilə həmyerlisi Aytənə (adlar şərti verilib - red.) qarşı dələduzluq edib.

Teleqraf.com xəbər verir ki, Lənkəran şəhəri mərkəzi bazarında Sayalıya müraciət edən Türkəkəran kənd sakini yaşayan Aytən ailə qura bilmədiyini və bununla bağlı çətinliklərinin olduğunu bildirib, ondan falına baxaraq köməklik istəyib.

Sayalı Aytənə həyatındakı problemlərin yaşadığı evin həyətinə basdırılmış cadu ilə əlaqəli olduğunu bildirib, cadunu zərərsiz vəziyyətə gətirmək üçün 600 manata razılaşıb. Məbləğin 100 manatını həmin vaxtı məkəzi bazarda, qalan 500 manatını isə Aytənin yaşadığı həyətin fərqli yerlərindən içərisində müxtəlif əşyalar olan 4 bükümü çıxardıqdan sonra alıb.

İstintaq orqanı tərəfindən Sayalının barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sayalı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2023-cü il tarixdə, günorta evində olduğu zaman sonradan adını bildiyi Aytən xanım onlara gəlib: "Aytən mənə dedi ki, Astara rayonunda özünə baxdırıb və orada ona bildiriblər ki, həyətlərində cadular basdırılıb, onları çıxartmaq lazımdır. O məndən həmin caduların çıxarılmasını xahiş etdi və bir cadunu neçə manata çıxardığımı soruşdu. Bildirdim ki, cadunun birini 150 manata çıxarıram.

Aytən xanım mənimlə razılaşdı, dedi ki, evə gedəcək, məsləhətləşdikdən sonra pulu hazır olsa, mənə zəng vuracaq".

Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra Aytən xanım zəng vurub və onu evlərinə dəvət edib: "Aytənin harada yaşadığını bilmədiyim üçün ondan ünvanını soruşdum. Evlərinin Lənkəran rayonunun Türkəkəran kəndində olduğunu bildirdi. Ondan kəndə məni aparmaq üçün maşın göndərməsini xahiş etdim. Aytən xanım bildirdi ki, taksi ilə gəlim, ödənişini özü edəcək.

Qonşuluqda yaşayan taksi sürücüsü Şahinə zəng vurdum. O da gəlib məni götürdü, birlikdə Türkəkəran kəndinə getdik. Kəndə daxil olanda Aytən xanımla telefon əlaqəsi saxladım. O mənə evlərinin istiqamətini bildirdi. Evə çatanda Şahin maşında qaldı. Aytən xanım məni qarşıladı və biz həyətə daxil olduq. Onlardan bel gətirmələrini xahiş etdim".

Təqsirləndirilən şəxs deyib ki, cadulardan birini özü, digərini isə Aytənin anası qazaraq çıxarıb: "Caduları çıxardanda sonra zəhmət haqqı 300 manat eləsə də, Aytən mənə 500 manat verdi. Daha 20 manatı da taksipulu kimi verdi. Ondan 300 manat əvəzinə niyə 500 manat verdiyini soruşdum. Dedi, zəhmət çəkmisən.

Biz evimizə qayıdanda Lənkəran şəhərində "Ləvəngi dairəsi" adlanan ərazidə polis əməkdaşları maşını saxlatdı. Bizi polis şöbəsinə apardılar. Şöbədə Bəşir və Natiq adlı polislər məndən 20 min manat pul istədilər. Anar adlı polis məni kişilərə aid söyüşlərlə söydü. Onlara "neyləmişəm ki, 20 min manat pul verim, hardan gətirim, mənim pulum yoxdur" dedim.

Şöbədə Aytənin mənə verdiyi 500 manatı aldılar. Onlara bildirdim ki, bu vaxta kimi heç vaxt məndən polisə şikayət olmayıb. Günorta saatlarından gecə yarısına kimi məni polis şöbəsində saxladılar, sonra evə buraxdılar".

İş üzrə zərərçəkmiş Aytənin sözlərinə görə, təqsirləndirlən Sayalını iş yoldaşlarının və kəndçilərinin həyətlərini cadulardan təmizləməsi ilə bağlı tanıyıb: "Ona qarşı düşmənçiliyim yoxdur. 25 mart 2023-cü ildəsəhər saat 9-da Lənkəran rayonu "Böyük bazar" adlanan yerdə Sayalı xanımı gördüm və ona bildirdim ki, Astarada molla yanında olmuşam, orada özümə baxdırmışam. Molla mənə bildirdi ki, həyətdə cadu var, gedib onları təmizlətdirim. Buna görə Sayalı xanımdan xahiş etdim ki, həyətimdəki caduları təmizləsin. O, narahat olmamağı, caduları təmizləyəcəyini bildirdi.

Bunun üçün nə qədər pul götürəcəyini soruşdum. Hər bir caduya görə 150 manat olmaqla 600 manat alacağını bildirdi. Əlavə olaraq bildirdi ki, onu bizim evə gətirən taksi sürücüsünə 20 manat da verəcəm. Üstümdə 100 manat vardı. Həmin pulu "Böyük bazar" adlanan yerdə Sayalı xanıma verdim. Qalan 500 manat pulu da taparaq ona xəbər verəcəyimi bildirdim.

İki saatdan sonra özüm Sayalı xanımın evinə getdim və bildirdim ki, evdəkilərlə bu barədə razılığa gəldim. Sayalı xanım öz mobil telefon nömrəsini verdi ki, onunla əlaqə saxlayım".

Zərərçəkmiş deyib ki, həmin gün günorta saatlarında Sayalı xanım onların kəndinə gəlib və həyətlərindən caduları çıxarıb: "Onlardan birini əvvəl Sayalı xanım özü qazıb çıxardı, digərlərini isə anam qazdı, cəmi 4 cadu çıxdı. Telefonumun kamersi ilə çəkiliş apardım ki, Sayalı xanım həqiqətən caduları aşkar edərək çıxarır, yoxsa yalandan özü gətirərək onları ora atır.

Çəkiliş apardığımı Sayalı xanım bilmədi. Çəkilişi öz marağım üçün etdim. Çıxan caduların içərisində sap, daş var idi. Sayalı xanım bildirdi ki, bizi bağlayıblar, nə yaxşı ki, ölməmişik. Bundan sonra bizdən su istəd. Mən ona su verdim".

Zərərçəkmiş deyib ki, Sayalı xanıma 500 manat pulu verib: "Sayalı xanım narazılıq eləyərək bildirdi ki, pulu az vermişəm. Halbuki o, daha çox cadu çıxarıb. Bundan sonra Sayalı xanım getdi. Həmin vaxt anamın halı pisləşdi. O gündən başlayaraq anamın və atamın xəstəliyi mənə mənəvi əzab verməyə başladı. Sonradan qonşumuz dedi ki, o, Sayalıya 1200 manat pul verib və çox peşimandır. Sayalı adamı aldadır. Mən də qonşuya bildirdim ki, Sayalı məndən də həyəti təmizləmək üçün pul alıb. Buna görə əvvəl Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum, daha sonra isə şöbəyə gedərək şikayət verdim".

Məhkəmə araşdırması zamanı zərərçəkmiş təkrar ifadə verib və əvvəlki ifadəsini təkzib edib. O, növbəti ifadəsində deyib ki, əvvəki ifadələrində hadisənin olduğunu, Sayalı xanıma 500 manat pul verdiyini, həmin 500 manat pulun ona qaytarıldığını və 100 manat pulun Sayalı xanımın ona qaytarmalı olduğunu bildirib: "Əslində Sayalı xanıma yalnız həyətimdə 500 manat və 20 manat taksi pulu vermişəm. Bundan əvvəl Astara rayonuna Yetər xanımın yanına getmişəm. Ola bilsin, ona verdiyim pulla bu pulla qarışdırmışam. Mən polislərin qurbanı olmuşam və onlar mənə nə deyib, mən də onların dedikləri kimi etmişəm. Bunları müstəntiq Aqşin müəllim mənə deyib. Mən də Aqşin müəllimim dediyi kimi etmişəm. Hazıra mən ortalıqda tək qalmışam".

Zərərçəkmiş deyib ki, Lənkəran rayonu "Böyük bazar" adlanan yerdə təqsirləndirilən şəxs Sayalı xanımı görüb və ona əvvəlcədən 100 manat pul verməyib: "Mən həmin gün günorta saat 13 radələrində Sayalı xanımın yaşadığı Lənkəran rayonu, Göyşaban kəndinəki evinə getmişəm. Orada razılaşdım ki, Sayalı xanım bir cadunu 150 manata çıxaracaq. Bir müddətdən sonra Sayalı xanım bizim kəndimizdəki evimizə gəlib, bel istəyib, bel ilə birincini özüm, digərlərini isə anam qazaraq caduları çıxarıblar. Sayalı xanım cəmi 4 cadu çıxarıb".

Zərərçəkmiş əlavə olaraq bildirib ki, o, Aqşinlə əlaqə saxlayaraq məhkəmədə nə deməli olduğunu soruşmaq istəsə də, Aqşin ona cavab verməyib: "Bu hadisədən əvvəl mənim polislərlə şəxsi münasibətlərim olub. Mənə polis işçiləri deyiblər ki, hadisə barəsində Daxili İşlər Nazirliyinin 102 xidətinə zəng vurum, mən də onların sözlərinə əməl edərək həmin xidmətə zəng vurdum.

Bir daha bildirəm ki, ortalıqda tək qalmışam. Polislər nə deyib, nə yazıblar, mən də onları etmişəm. Çünki polislər məni tək saxlayıblar. Atamın əlinə poçt qəbzi düşüb və məndən soruşub ki, məhkəmədə nə gəzirsən, orada nə işin var. İstəmirəm ki, atam bilsin, məni məhkəməyə cağırıblar. Bu səbəbdən də məhkəmə bildirişlərinin evimizə göndərilməsini istəmirəm".

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməl üzrə təqsirsiz hesab edib. Onun barəsində bəraət hökmü çıxarılıb.

Məhkəmə hesab edib ki, Sayalının əməli o zaman dələduzluq kimi qiymətləndirilə bilərdi ki, o, gizli yolla, qabaqcadan özü zərərçəkmiş şəxsin həyətində həmin caduları basdırıb, özü təşəbbüs göstərərək zərəçəkmişlə ünsiyyət quraraq onu "ələ alardı", sonradan onu özünə inandıraraq özü basdırdığı caduları çıxararaq təqdim edərdi. Hazırki hadisə isə bundan tamam fərqlidir. Burada "təhrikçi" rolunu məhz zərərçəkmiş şəxs oynayıb.

Hökmdə qeyd olunub ki, təqsirləndirlən şəxs qabaqcadan zərəçəkmiş şəxsi tanımayıb, hansı kənddə və hansı ünvanda yaşadığını bilməyib, qabaqcadan da bilə bilməzdi ki, zərəçəkmiş şəxs ona öz problemləri ilə əlaqədar müraciə edəcək. Buna görə də o, qabaqcadan orada hər hansi bir cadu basdıra bilməzdi.

Məhkəmə qeyd edir ki, elə insanlar var, onlarda öncəgörmə qabiliyyətləri olur. Misal üçün, Nostradamusu, Vanqanı, gürcü xanımı Cunanı, azərbaycanlı Zirəddin Rzazyevi göstərmək olar. Zərəçəkmiş şəxsin xahişi əsasında caduların yerini aşkar etməyə qabiliyyəti olan təqsirləndirlən şəxs heç vaxt olmadığı bir həyətdə basdırılmış caduların yerini dəqiq göstərirsə, bu dələduzluq əməli deyil. Onları neçə aşkar edir, artıq bu onun işidir.

Bu qabiliyyətə görə şəxsi cinayət məsuliyyətinə cəlb etmək olmaz. Təqsirləndirlən şəxs müəyyən muzd qarşılığında xidmət göstərib və xidmət haqqı olaraq zərəçəkmiş şəxs təqsirləndirlən şəxsə 300 manat istədiyi təqdirdə 500 manat pul verib. Zərəçəkmiş şəxs 20 manatı da taksi fəaliyyəti ilə məşğul olan sürücüyə görə verib.
Ardını oxu...
Generala ərə getdi, 25 il sonra ilk sevgilisindən evlilik təklifi aldı...
Kulis.az məşhur diktor Nərgiz Cəlilova haqqında maraqlı faktları təqdim edir.

Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Bakıda dünyaya gəlib. Ailədə iki bacı, bir qardaş olublar. Orta məktəbdə oxuduğu illərdə musiqi təhsili almağa başlayır. On illik musiqi təhsilini başa vurur. İncəsənətə həddindən artıq meylli olduğundan hamı düşünür ki, o, musiqi sahəsinə yönələcək. Amma gözlənilənin əksinə olaraq Nərgiz 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunur.

Akademiyanı bitirəndən sonra televiziyada müsabiqə olduğunu eşidir və ora qatılmaq qərarına gəlir. Müsabiqədəki komissiyanın tərkibində məşhur diktor Rafiq Hüseynov da olur. Bir neçə mərhələni uğurla keçən Nərgiz yaxşı nəticə əldə edərək, müsabiqədən tam formada keçərək 1983-cü ildə Azərbaycan televiziyasında çalışmağa başlayır. Sonralar Rafiq Hüseynovla Nərgizin ustam müəllim münasibəti dərin dostluğa çevrilir. Onlar birlikdə bir neçə mahnı da ifa edirlər. O, müsahibələrinin birində bu barədə belə deyir:

"Komissiyanın üzvləri arasında xalq artisti Rafiq Hüseynov da var idi. Mənə elə gəlir ki, Rafiq Hüseynov olmasaydı, mən də olmazdım. İllər ötdükcə o, ailəvi can dostuma çevrildi. Qızı Leyli dünyaya gələndə ilk mənə zəng elədi və dedi ki, Nara, birinci sənə zəng edirəm, xala olmusan. O, mənim can dostum idi, baxmayaraq ki, yaş fərqimiz var idi, ustadım idi".

15 ilə qədər AZ TV-də çalışan diktor 1998-ci ildə doğma televiziyasından ayrılmalı olur. Sonra illərdə isə ABA, Space və Lider kanallarında fəaliyyətini davam etdirir.

Nərgiz Cəlilova ali təhsil aldığı illərdə tələbə yoldaşı ilə məhəbbət yaşayır. Ailə qurmaq qərarına gələn cütlüyün yolları sonradan kədərli şəkildə ayrılır. Cəlilova öz müsahibələrində xatırlayır:

"Qərar verdik ki, dördüncü kursda nişanlanaq, bitirəndən sonra isə evlənək. Onu bir gün tələbə düşərgəsinə göndərdilər. Oradan qayıdanda onda dəyişiklik gördüm, artıq o münasibətləri davam etdirə bilmədik və ayrıldıq. Acılı ayrılıq yaşadım, amma o zaman bu tələb olunurdu.

Televiziyada çalışmağa başladığım illərdə bir gün mənə zəng gəldi. Bu zəng həmin tələbə yoldaşımdan idi. Etiraf edirəm ki, ayrıldığımız illər ərzində səbirsizliklə onun zəngini gözləyirdim. Zəngində bildirdi ki, mənimlə görüşmək istəyir. Görüşdük və mənə evlilik təklifi etdi. Əvvəlcə razılaşdım, adət-ənənələrə uyğun olaraq elçi gəldilər. Bir neçə gün keçdikdən sonra hiss etdim ki, daha əvvəlki duyğuları yaşaya bilmirəm. Bunu ona izah etdim, biz razılaşdıq və ayrıldıq. Daha sonra o, ailə qurdu və Amerikaya köçdü.

25 il sonra həmin insandan mənə yenidən zəng gəldi. Onda mən də, o da öz həyat yoldaşlarımızdan ayrılmışdıq. İkimiz də subay idik. 25 ildən sonra o, yenə də evlilik təklif etdi. Təbii ki, qəbul etmədim. Çünki axar suya ikinci dəfə girmək olmaz. Bu mənim xasiyyətimdir. Bir neçə il keçdikdən sonra o, ikinci dəfə evləndi, mən isə hələ də təkəm. Hərdən fikirləşirəm ki, ilk məhəbbətim məni rahat buraxmadı".

Beləliklə ilk məhəbbəti ilə heç cür qovuşa bilməyən diktor Rusiyanın ədliyyə orqanlarında işləyən ədliyyə general-leytenantı İlqar Əlihüseyn oğlu Qasımov adlı insanla ailə qurur. Bu evlilikdən onların Nərmin adlı qızları dünyaya gəlir. Qızının on yaşı olanda, aparıcı həyat yoldaşından ayrılaraq qızı ilə birgə yaşamaq qərarına gəlir.

Diktorun ən çox sevdiyi idman növü tennisdir. Tennis sevgisi haqqında o, belə deyir:

"Ən çox sevdiyim idman növü tennisdir. Əgər 25 yaşım olsaydı, mütləq tennislə peşəkar məşğul olardım. Təsəvvür edə bilməzsiniz, mən oyunları necə izləyirəm. Hətta baxanda qışqırıram. Yaxşı ki, evdə tək yaşayıram. Heç kim səsimdən qorxmur".

O, 2009-cu ildə Xəzər TV kanalında "Pəncərə", 2015-ci ildə isə AZ TV-də "Sevilənlər" adlı verilişin aparıcısı olub. Müxtəlif TV layihələrdə uğurla iştirak edib. Tələbələr və ardıcıllarını yetişdirib.

Nərgiz Cəlilovanın qızı Nərmin bir neçə il əvvəl uyğur vətəndaşı ilə ailə quraraq Çinə köçür. 62 yaşlı diktorun bir nəvəsi də var.

Məqaləyə dair fotomateriallar:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Cinayətin təfərrüatları bir sıra məqamlara aydınlıq gətirib. Qeyd edək ki, 35 yaşlı Uralsk sakini kollecin 2-ci kurs tələbəsini 3 ay müddətində aldadaraq fahişəliyə cəlb etdiyi üçün saxlanılıb.

Təfərrüatlar isə ictimaiyyəti şoka salıb: Onu kirayə mənzillərdə müştərilərlə tanış edən “mamaroza” internet resurslarında intim xidmətlərin göstərilməsi ilə bağlı elanlar yerləşdirib. Qıza isə başa salıb ki, bir neçə kişi ilə intim görüşdən sonra “işindən” uzaqlaşa bilər.

Ümumiyyətlə, Qazaxıstanda yetkinlik yaşına çatmayanların cinayətə cəlb olunması ilk dəfə deyil.

Bu ilin mart ayında Türküstanda belə hal yaşanıb. On yeddi yaşlı şəhər qızını fahişə kimi müştəriyə satmağa cəhd edən bir qrup saxlanılıb. Məlum olub ki, intim xidmətlər göstərməyən qızlara müxtəlif təzyiqlər edilir.

Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şuqıla Turlıbek hələ iyun ayında keçirdiyi brifinqdə Qazaxıstanda bir neçə gün ərzində insan alveri ilə bağlı 50-yə yaxın cinayətin müəyyən edildiyini bildirib. O cümlədən azyaşlıların fahişəliyə cəlb edilməsi faktları qeydə alınıb.

Belə ki, Kostanay vilayətində bir ay ərzində aldatma və şantaj yolu ilə kollec tələbəsini fahişəliyə cəlb edən və kirayə mənzillərdə müştəriləri ilə bir araya gətirən 38 yaşlı şəhər sakini saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, qurbanların yaşı 10-17 arasında dəyişir. Ümumilikdə Mərkəzi Asiyada vəziyyət olduqca dəhşətlidir. Çünki əksər hallarda panellərdə 11 yaşlı qızlar görünür. Əhəmiyyətli olan odur ki, valideynlər çox vaxt övladlarını cinsi köləliyə göndərir, onları özlərini, hətta qohumlarını da yedizdirməyə, geyindirməyə məcbur edirlər. Sutenyorlara gəlincə, onlar aldatma yolu ilə azyaşlıları fahişəliyə cəlb edirlər. Amma bəzən dolanışıqsız qalan valideynlərin özləri də öz övladlarını satırlar və ya icarəyə verirlər, bundan sonra bəziləri ya xaricdə fahişəlik edir, ya da varlı şəxsləri özlərinə müştəri seçirlər.

Gənc seks işçilərinin çoxu disfunksiyalı və yoxsul ailələrdən gəlir, burada onlar tez-tez böyüklər tərəfindən fiziki və cinsi zorakılığa məruz qalırlar.

Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan hüquq-mühafizə orqanlarında belə faktlar getdikcə çoxalır.

Qazaxıstan parlamentinin üzvü Erasıl Abılkasımov bildirib ki, “Qazaxıstanda azyaşlıların istifadə edildiyi gizli fahişəxanalar var. Onlara müvafiq cinsi oriyentasiyalı insanlar baş çəkir. Təkcə Astanada, eşitdiyimə görə, iki-üç belə klub var, Almatıda isə beş-altı belə klub var. Belə klublar başqa şəhərlərdə də açılmağa başlayıb”.

Qazaxıstan polisinin məlumatına görə, ölkədə təxminən hər üçüncü küçə fahişəsi azyaşlıdır. Tacikistanın paytaxtı Düşənbədə azyaşlı qızlara tez-tez bazarlarda rast gəlmək olar ki, onların “xidmətlərindən” ticarətçilər 2-3 dollar müqabilində istifadə edirlər. Məsələ burasındadır ki, intim görüşlər ən yaxın tikinti sahəsində, tərk edilmiş binalarda və ya ictimai tualetlərdə baş verir. Səmərqənd İnsan Haqları Təşəbbüsləri Mərkəzində dələduzluq yolu ilə yeniyetmələri seks sənayesinə cəlb edən cinayətkar şəbəkə mövcuddur. Daşkənddəki tibb elmləri üzrə professor Əlişir Əkbərov seks işçiləri arasında azyaşlı qızların olduğunu təsdiqləyib.

Bir çox qızlar Mərkəzi Asiyadan Qərbi Avropa və Fars körfəzi ölkələrinə aparılır, əksəriyyəti varlı müştərilər üçün cariyə olurlar.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, hər il təkcə Qırğızıstandan müxtəlif ölkələrə 4000-dən çox qız insan alverinə məruz qalır və onların təxminən 10 faizi yetkinlik yaşına çatmayanlardır. Tacikistan və Özbəkistandakı məlumatlı mənbələr öz ölkələrində də oxşar problemin olduğunu təsdiqləyiblər.

Bir neçə ildir BƏƏ-də yaşayan tacik iş adamlarından birinin dediyinə görə, tacik qızları daha çox Əmirliyə layiqli, yaxşı maaşlı iş vədləri ilə cəlb olunurlar. Lakin BƏƏ-yə çatan kimi sutenyorların əlinə keçirlər. Yetkinlik yaşına çatmayanlar və bakirələr xüsusilə qiymətləndirilir. Adının açıqlanmasını istəməyən bir sahibkar isə bildirir ki, “Belələri üçün ən yaxşı pul verirlər”.

Özbəkistanda bir ana qızını 5000 dollara satıb. Ərəb şeyxinin sözlərinə görə, qızı heç bir məcburiyyət olmadan alıb. “Qızınızı 5000 dollara varlı şeyxə vermək dilənməkdən daha yaxşıdır”, – deyə ana etiraf edib.

Həqiqətən də, ailədə böyüklər tərəfindən cinsi zorakılıqla yanaşı, Orta Asiyada uşaq fahişəliyinin və uşaq alverinin geniş yayılmasının əsas səbəblərindən biri də yoxsulluqdur.

Mərkəzi Asiya ölkələrinin hər dördündə yetkinlik yaşına çatmayanların fahişəliyə cəlb edilməsi ilə mübarizə üçün hüquqi mexanizmlər mövcuddur.

Lakin hüquq-mühafizə orqanlarının sıralarında baş verən korrupsiya uşaq alverindən qazanc əldə edənlərin məsuliyyətə cəlb olunmasını çətinləşdirir.

Qırğızıstan Gənclərinin Müdafiəsi və Yardımı üzrə Oazis Fondunun sədri Vladimir Tyupin bildirib ki, fahişələrdən tez-tez şantaj məqsədilə istifadə olunur. Polis onları iri iş adamları və ya dövlət məmurları ilə yatağa sürükləyir. Qızlarla birlikdə saunaya gedən varlılar lentə alınır. Polislər daha sonra bu hörmətli cənabları qəsb məqsədilə şantaj edir.

Problem ondadır ki, əksər hallarda uşaqlar belə vəziyyətə düşsələr kimə müraciət edəcəklərini belə bilmirlər. Beləliklə, əsl mənzərə belədir: cinayət işinə hər iki cinsdən olan uşaq və yeniyetmələr cəlb olunur.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az
 
Ardını oxu...
İranda təhsil almış Gültəkin Məcidova adlı azərbaycanlı qız Qum şəhərinin imam cüməsi tərəfindən zorlandığını etiraf edib.

2006 ci ildə İranın Qum şəhərində təhsil almış Gültəkin Məcidova adlı qız etiraf edir ki, İranda təhsil alan Azərbaycanlı qızlarının hamısının bakirəlikləri pozulur. Azərbaycana qayıdanda çoxları evlənə bilmirlər. Qorxurlar ki, toy gecəsi evlərinə geri qaytarılarlar. Ona görədə çoxu Ocaq Nicat (?) kimi və sairə dələduzlarla siğə edərək cinsi ehtiyaclaırnı qarşılayırlar.

Gültəkin Məcidova deyir ki, mədrəsədə təhsil alanda bəzi din alimləri deyirdilər ki, bakirə qız istəsə siğə edə bilər. Onları siğəyə qadın müəllimlərin vasitəsi ilə cəlb ediblər.
“Qum şəhərində qızları (6 qız olublar) Qum Şəhərinin imam cüməsinin evinə apardılar ki, evində Fatima Zehra mövludu olacaq. Bizdə sevinə sevinə getdik. Gecə saat 11 də məni İmam cümənin otağına saldılar və mənimlə siğə etdi. Utandığımdan səsimi çıxara bilmədim. Çünki bizə öyrətmişdirlər ki, İranda hər hansı şəhərin imam cüməsi Ayətullah Xamaneyinin nümayəndəsidir.. Ayətullah Xamaneyidə 12 imam, geybdə olan İmam sahib zaman Ağanın nümayəndəsidir. Əgər imam cüməyə qarşı gəlsən elə bil ki qeybdə olan 12 ci imam, İmam Sahib Zaman ağaya qarşı çıxmış olursan”.
Gültəkin Məcidova deyir ki, səhərə yaxın mədrəsəyə qayıdıb və sonra anlayıb ki, orda olan digər mömin bacıların hamısı ilə başqa başqa otaqlarda din alimləri siğə edib. “Çünki biz çox gözəl qızlar idik. Mən bir neçə ay sonra Azərbaycana qayıtdım. Çünki dəli olmağıma az qalmışdı ki, bizi İrana din öyrənməyə aparırlar sonra isə siğə edirlər. Digər bacıların bəziləri indiyə kimi İranda qalıblar. Bir neçəsi hamilə qalıb və uşağı dünyaya gəlib. Amma uşağın atasi kimdir bilinmir. Çünki o hadisədən sonra həmin bacılar on dəfədən çox siğə ediliblər”.
Gültəkin Məcidova iddia edir ki, bu hadisədən sonra çox valideynlər qızlaırnı İranda təhsil almağa buraxmır və təhsil alanların çoxu valideynlərin israrından sonra Azərbaycana qayıdıblar.
Gültəkin Məcidova bir firmada işləsiyini bildirdi. Amma indiyə kimi evlənə bilməyib. O, bu hadisədən sonra hicabı atıb, namaz da qılmır. “Mollalar insana nifrət etdirirlər. Bilirəm bu islamın günahı deyil. Bu molla şərəfsizlərinin din adı altında oyunlardan çıxmasıdır. Bəlkə gələcəkdə yenidən hicaba keçərəm. Amma indi qəlbim çox sınıb”. \\Qlobal.net
 
Ardını oxu...
Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Ləman Vəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, araşdırmaların nəticəsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət veriləcək.
 
Ardını oxu...
Türkiyə paytaxtı Ankaranın Sincan rayonunda keçmiş əri Şafak Şirin tərəfindən qətlə yetirilən Nursena Kozan adlı qadın son mənzilinə yola salınıb.

Nursena Kozanın anası Gülay Tek və digər qadınlar cənazə namazından sonra onun tabutunu özləri daşıyıblar.

“Kişi zorakılığının qurbanı oldu. Onu kişilər deyil, qadınlar daşıyacaqlar”, - deyə onlar kədərlərini dilə gətiriblər.

Hətta qadınlardan bəziləri “Qadına şiddətə yox” və “Şiddət göstərən kişilər yox olsun” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, ötən gün baş verən hadisə zamanı Şafak Şirin (36 yaş) adlı şəxs təxminən bir il əvvəl boşandığı və dörd yaşlı qızının anası Nursena Kozanla (25 yaş) küçədə rastlaşıb. Aralarında mübahisə yaranıb və Şafak Şirin keçmiş həyat yoldaşının başına atəş açıb. Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Şafak Şirin həbs edilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Sosial media fenomeni və gözəllik mərkəzi sahibi Ece Ronay saxlanılıb. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sosial media fenomeni Ece Ronay haqqında keçmiş əri Mehmet Bilirin iş yerininə edilən silahlı hücum şübhəsi ilə araşdırma başlayıb.
Bu gün xüsusi əməliyyat polisinin iştirakı ilə şübhəlilərin ünvanlarında axtarış keçirilib. Əməliyyat zamanı hadisənin təhrikçisi hesab edilən Ece Ronayın evinə də basqın edilib. Eyni vaxtda keçirilən reydlərdə Ronay ilə birlikdə daha 5 şübhəli yaxalanıb.Şübhəlilərə məxsus ünvanlarda aparılan axtarışlar zamanı avtomat silah, tapança və 58 patron götürülüb.
Saxlanılan şübhəlilər polis bölməsinə aparılıb.
 
 
 
Ardını oxu...
Bakının Yasamal rayonunda yanğın olduğu, hadisə zamanı 4 qızın özünü binadan atdığına dair sosial şəbəkələrdə məlumat yayılıb.

FHN-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Yanğınsöndürmə avtomobillərinin hərəkəti zamanı çəkilmiş video, görüntüləri çəkən şəxs tərəfindən yanlış şərh edilir. Belə bir hadisə baş verməyib”, - deyə cavabda qeyd edilib.

Ətraflı
 

Dünyapress TV

Xəbər lenti