Ardını oxu...
Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edilib.

Daxili Işlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir.
 
Ardını oxu...
Sabirabadın Məmişli kəndində 32 yaşlı kişi ilə nişanlandırılan 12 yaşlı qızcığaz danışıb.
Bakupost.az xəbər verir ki, bu barədə görüntülər Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində yayımlanıb.
12 yaşlı qız verilişin aparıcısı Lalə Azərtaşa bildirib ki, nişanlandığı şəxsi yaxşı biri kimi tanıyır və beş il sonra toyları olacaq.
L.Azərtaşın qızcığaza ünvanladığı “beş il sonra Kərimin 37 yaşı olacaq. Bəs onda necə?” sualına o, “yaxşı olacaq” deyə cavab verib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Rayon İcra Hakimiyyəti 12 yaşda məcburi nişanlandırılan qızı nəzarətə götürüb.

 
Ardını oxu...
Dilan Polat ev dustaqlığına buraxıldıÇirkli pulların yuyulmasında adı hallanan Dilan Ev dustaqlığına buraxılıb.

Sonxeber.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə Dilan Polat video paylaşıb:

"Bir çox insan mesaj yazıb. Həqiqətən sanki yox kimiyəm. Yanımda olan bir çox insan gördüm. Yanımda olan və mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Sizi çox sevirəm".
Ardını oxu...
Onu artıq “Rusiyanın Tixonovskayası” adlandıranlar var. Kreml onu nəinki seçkidə namizəd statusunda iştiraka, hətta imzatoplama kampaniyasına belə buraxmaq istəmir. Çünki o, Kremlin “cib müxalifəti” deyil və bunu hamı, elə həmin “cib müxalifəti”nin təmsilçiləri də bilir və etiraf edirlər...

Söhbət Putinin sağa-sola ölüm, təhdid, repressiyalar yağdırdığı bir zamanda müstəqil namizəd kimi prezidentliyə iddiasını ortaya qoyan Tver vilayətinin Rjev şəhərindən olan jurnalist Yekaterina Duntsovadan gedir. Hüquq və telejurnalistika sahəsində iki ali təhsilə malik, həmçinin bir neçə il əvvəl Rjev şəhər Dumasının deputatı olan Duntsovanın üç övladı var. Buna baxmayaraq, artıq onu Rusiya siyasi səhnəsində son illərin ən cəsarətli qadını hesab edənlər var. Çünki Duntsova belə bir təhlükəli dönəmdə - Kremlin öz “yetirməsi” olan Priqojini havada partlatdığı, Navalnını uzaq şərqə sürgünə göndərdiyi, Rusiya ziyalı elitasını hətta “xüsusi hərbi əməliyyatı” öz adı ilə - “müharibə” adlandırdığı üçün ölkədən didərgin saldığı, həbs etdirdiyi, “xarici agent” damğası vurduğu, bir sözlə, açıq repressiyaların hökm sürdüyü bir vaxtda sadəcə, prezidentliyə namizədliyini irəli sürməyib. O, həm də ilk bəyanatlarındaca Ukraynada müharibənin dayandırılması, sülh danışıqlarının başlanması və Navalnı da daxil olmaqla, bütün siyasi məhbusların azad edilməsi tələblərilə çıxış edib, öz siyasi islahatlar proqramını təqdim edib.

Müasir Rusiyada belə tələblərlə çıxış edərək, prezidentliyə namizədlik iddiasını ortaya qoymaq xüsusilə də bir qadın üçün doğrudan da böyük cəsarət tələb edir və böyük ehtimalla Navalnının, hətta Priqojinin aqibətini yaşamaq perspektivinin siqnallarını verir...

Duntsovanın prezidentlik iddiası artıq Kremlin onu seçkiyə buraxmayacağı təqdirdə belə geniş ictimai rezonansa səbəb olub. Jurnalistlər onu Vladimir Putinə, Ukrayna ilə müharibəyə qarşı çıxan və rusiyalı siyasi məhbusların azad edilməsini tələb edən yeganə namizəd adlandırırlar.

Artıq Kreml bu potensial namizədi “sevmədiyini” dərhal nümayiş etdirib. Onun öz tərəfdarları ilə görüş keçirdiyi binanın elektrik enerjisi kəsilib. Onun “VTB Bank”dakı hesabı bağlanıb, ödənişləri dayandırılıb, özü prokurorluğa “söhbət üçün” çağırılıb və s. Ən əsası isə onun tərəfdarları imzatoplama kampaniyasına buraxılmayıb. Belə ki, dekabrın 20-də Duntsovanın namizədliyi üzrə təşəbbüs qrupu qeydiyyat üçün sənədləri MSK-ya təqdim edib. Ayın 23-də isə Mərkəzi Seçki Komissiyası təşəbbüs qrupu üzvlərinin təqdim etdikləri sənədlərdə 100 ədəd səhv aşkar edildiyini bildirərək qeydiyyatdan imtina edib. Beləliklə də, hələ ki, Duntsova onun namizədliyinin müdafiəsi üçün imzatoplama mərhələsinə belə buraxılmayıb.

İlk baxışdan belə sual yaranır ki, Kreml cəmi 300 minlik “telegram” kanalı olan və namizədliyini irəli sürənə qədər demək olar, heç kimin tanımadığı bir jurnalist xanımdan nədən bu qədər ehtiyat edir, hətta qorxur? Məsələ ondadır ki, Duntsovanı Putin üçün təhlükəli edən onun hansısa siyasi çəkisi, siyasi bacarıqları, nüfuzu və s. yox, daşıdığı ideya, seçicilərə təklif etdiyi sülh, əminamanlıq, inkişaf gündəliyidir. Rusiya cəmiyyəti hər nə qədər aqressiv, “çar sevən”, imperiyaçı, şovinist xüsusiyyətlərə malik olsa da, artıq müharibədən, ölümlərdən, bütün dünyada “izqoy” olmaqdan, iqtisadi imkanların daralmasından yorulub. Putin isə faktiki olaraq, müharibə, ölüm təhlükəsi, tənəzzül və təcriddən başqa rusiyalılara heç nə vəd etmir. Ona görə də Duntsovanı cazibədar edən yalnız onun təmiz reputasiyası, siyasətdə yeni sima olması, cəsarəti və digər şəxsi keyfiyyətləri deyil, Putindən fərqli olan yeni bir gələcək vəd etməsi, müharibəyə son qoymaq, Rusiyanı dünyaya açmaq və repressiyalar ab-havasını yumşaltmaq perspektividir. Məhz bunlardır Putini və onun rəhbərlik etdiyi hakim klanı qorxudan...

Məlum məsələdir ki, 2024-cü ildə Rusiyada həmişəki kimi real prezident seçkiləri olmayacaq. Müvafiq olaraq, bu prosedurda heç bir müxalifət və ya müstəqil namizəd iştirak edə bilməz və bilməyəcək. Əgər belə olmasaydı, Kreml mütləq hamını, o cümlədən Duntsovanı qeydiyyata alardı.

Buna baxmayaraq, Duntsova hələ ki, təslim olmur. O da maraqlıdır ki, ondan təkcə Kreml yox, Rusiyadakı ənənəvi müxalifət də qorxur. Belə ki, o, imzatoplama kampaniyasına buraxılmadığı üçün “Yabloko” kimi köklü partiyaya müraciət edərək, ona həmin partiya tərəfindən namizədliyinin irəli sürülməsini təklif edib. Lakin partiya lideri Qriqori Yavlinski Duntsovanı öz partiyasının namizədi kimi irəli sürməkdən imtina edib. Yavlinski birmənalı olaraq, özünün seçkiyə qatılmayacağını və “Yabloko” partiyasının namizəd irəli sürməyəcəyini elan edib. Duntsova ilə bağlı suala isə könülsüz cavab verərək, onu tanımadığını və patiyanın seçki ilə bağlı qərarının dəyişməyəcəyini deməklə kifayətlənib. Bu da “Yabloko” liderinin Vladimir Putinlə anlaşdığına dair söz-söhbətləri daha da artırıb.

Eynilə də digər müxalif siyasətçi Boris Nadejdin Duntsova ilə əməkdaşlıq təklifindən imtina edib. Bütün bunlar isə Duntsovanın əhali arasında populyarlığını daha da artırır və onun nə Kremlin layihəsi, nə də “cib müxalifəti” olmadığını bir daha təsiqləyir...

Hazırda Duntsovanı hansı perspektiv gözlədiyi ilə bağlı mülahizələr haçalanır. Təəssüf ki, onların çoxu pessimist çalarlar üzərində qurulub və buraya onun “sındırılmasından”, ələ alınmasından, qorxudulmasından, həbsindən tutmuş fiziki məhvinə qədər bir çox ssenarilər aid edilir. Ancaq istənilən halda, tanınmış rusiyalı politoloq Abbas Qalyamovun dediyi kimi, bu xanıma təkcə indiyə qədər göstərdiyi cəsarətə görə böyük təşəkkür düşür: “Ümumiyyətlə, Duntsovaya bu cəhdinə görə çox minnətdaram. İndi bütün rusiyalılar olmasa da, heç olmasa cəmiyyətin siyasətlə maraqlanan hissəsi Putinin populyarlığının mif olduğunu dəqiq bilir. Duntsova məsələsindən sonra Rusiyada guya “Putinsiz həyatı təsəvvür edə bilməyən dərin xalq” haqqında danışmaq sadəcə, mümkünsüzdür”.

Cəlal Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
Azərbaycanda son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı isə artıb. Belə ki, 2018-ci ildə Azərbaycanda 62 484 nəfər nikaha daxil olub ki, bu da son 5 ilin ən aşağı göstəricisidir.

Mövzu ilə bağlı bu dəfə deputatlara, QHT rəhbərlərinə və ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etməmişik. Bu dəfə boşanmış xanımlar öz real hekayələrini danışıblar.

İlhamə Həsənli:
"Ayrılmağımdan heç vaxt peşman olmamışam, həmişə də deyirəm ki, yenə olsaydı, yenə də ayrılardım. Bunu da deyim ki, zaman çərçivəsində hər ailədə çətinliklər olur və onu geridə qoyana qədər kaş ki, boşanmazdım, belə olmazdı deyə bilirsən. Bu hislər keçdikdə isə boşandığına şükür edirsən.

Həmçinin boşanmaq çıxış yolu deyil və kiçik problemlər varsa, bunu həll etmək olar. Məndə isə vəziyyət başqa idi, ya ayrılmalı, ya da ki, ömür boyu xəstə olmağa razı olacaqdım. Ona görə də seçimim boşanmaq oldu".

Nigar Rzayeva:
"Artıq 2 ildir ki, boşanmışam. İnsanlardan qorxuram, utanıram və mənlə münasibət qurmaq istəyənlərlə də tanış ola bilmirəm. Özümlə isə bacarmıram, elə bilirəm ki, boşandıqdan sonra hamı mənlə pis davranacaq".

Ülviyyə Qafarova:
"Mənim evliliyim cəmi 5 ay davam edib. Ayrılmağımıza səbəb baldızım olub. Evdə mən hamı üçün özümü artıq hiss edirdim. Yoldaşım nə qədər dedi ki, sus, yola ver, amma mən bacarmadım və atam evinə gəldim. Elə bilirdim ki, yoldaşım bununla problemlərin qarşısını alacaq, ancaq heç nə dəyişmədi. Sonradan eşitdim ki, bacısı ona boşanmaq əmrini verib və beləcə, bizim əlaqələrimiz tamamilə qopdu".

İlahə Verdiyeva:
"Bu il ayrılmağımın 4 ili olacaq və peşman deyiləm. Bir oğlum var, ancaq tək ad olsun deyə, yanımda həyat yoldaşının olmasına görə yaşaya bilməzdim. Əlbəttə ki, heç kim boşanmaq istəməz, amma bəzən alınmır və çarə ancaq boşanmaqda qalır".
Günel Qafarova:
"Bir il ərzində ailəli olduq. Uşağımız olmadığı üçün qaynanam, qaynatamla birlikdə bizi boşatdırdılar. İndi isə hamı problemin məndə olduğunu düşünür, bəzən də uşağın olsaydı, boşanmazdın deyirlər".

Sevinc Tanrıverdiyeva: "Evlilikdə hörmətsizliyi, döyülməyə, söyülməyə, ailəyə baxmamağa göz yummaq olmaz. 4 ildir ki, boşanmışam, heç bircə dəfə belə peşman olmamışam. Şükür balamı da, qışqırıqsız, döyülüb söyülməkdən uzaq bir ailədə böyüdürəm".

Gültac İsayeva:
"Mən sevərək ailə qurmuşdum. 1 il rəsmi nikahlı qalsaq da, 5 ayın gəlini oldum. Bacısı ailəmi dağıtdı. Onlar gəlin yox, kölə istəyirdilər. Buna dözmədim və indi peşman deyiləm".

Nərmin Qasımzadə:
"Mənim sevdiyim var idi və həyat yoldaşıma xəyanət etməmək üçün boşandım. Əvvəllər də elə onu sevirdim, amma çox problemlər yaşamışdıq. Ayrıldıqdan sonra sevdiyimlə evləndim, indi isə uşaq gözləyirik və onunla xoşbəxtəm".

Günel Əlizadə:
"Sevdiyimlə 5 il sevgili qaldıq və evləndik. Sadəcə, evlilikdən sonra hər şey dəyişdi. Onu hazırda insan, dost kimi çox istəyirəm, ancaq evli kimi davam edə bilməzdik. Ayrılmaq bizim üçün çətin olsa da, bunu etdik və birgə qərar verdik. İndi isə oğlumuz vasitəsilə görüşür, danışırıq. Heç birimiz isə evlənməmişik. Hələ də çoxlarına təəccüblü gəlir ki, biz necə ayrıldıq. Çünki aramızda yalan, xəyanət olmamışdı. Sadəcə, evlilik və kiçik problemlər bizi yordu".

Xatirə İsmayılova:
"8 ildir ki, ayrılmışam və heç vaxt peşman olmamışam. Ondan sonra başqa biri ilə ailə qurdum və çox xoşbəxtəm. Hazırda azərbaycanlı qadınlar boşanmaqdan qorxur və dözür. İnsan xoşbəxtliyini düşünərək addım atmalıdır".

Son olaraq məsələyə münasibət bildirən psixoloq Rəna Mahmudova boşanmaq ərəfəsində olan xanımlara məsləhətlər verdi:

"Boşanarkən həmişə tərəzinin bir gözünə qazancınızı, o birinə isə itkinizi qoyun və müəyyənləşdirin ki, boşanma sonrası nə qazanıb, nə itirəcəksiniz. O cümlədən - maddi, mənəvi, seksual, qalacaq yer ehtiyaclarını və s. düşünün. Seksual tələbat çətin deyil, onu tapmaq asandır, amma əksinə, bunda da yanılmaq mümkündür. Məsələn, avara, narkoman, kriminal biri ilə də rastlaşa bilərsən. Bəs yerdə qalan tələbatlar? Əsas olan o birilərdir. Onları həll edə bilməyəcəksinizsə boşanmağa tələsməyin".

Qlobal.net bildirir ki, psixoloq əlavə etdi ki, boşandıqdan sonra mütləq qadınlar özlərini dolandıraraq, kiməsə möhtac olmamalıdırlar:

"Bundan başqa əgər ər evində daim əsəbiniz korlanırsa, ətrafınızdakı məsləhətçilərinizi dəyişə bilərsiniz. Bəlkə də ananız, bacınız, xalaqızınız onu sizin gözünüzdən salır, bəlkə də başqaları sizə ərinizi, baş verənləri fərqli təqdim edəcək. Hadisələrə başqa cür yanaşanda, baxanda bəzən problem daha asan həll olunur, əsəbilik itir.

Yox əgər heç biri mümkün deyil, heç bir tələbatınız təmin olunmursa, əksinə o sizin hesabınıza öz tələbatlarını ödəyir və ya ümumiyyətlə siz ancaq itirirsinizsə, bu ailə həyatından arxaya baxmadan getmək lazımdır. Çünki ailə qazanc (maddi, mənəvi, seksual və s.) əldə etmək üçündür. Yox əgər bu ailəlikdən siz heç nə qazanmırsınızsa, ondansa subay olmaq ondan yaxşıdır. Çünki bu zaman heç olmasa, əl-ayağına dolaşıb, yaşamağına mane olan şəxs olmur".

Qeyd edək ki, yazıda hekayələrini danışan xanımların adları şərtidir.
Həmçinin bu mövzu ilə bağlı növbəti yazımızda kişilər öz boşanma hekayələrini, səbəbləri danışacaqlar.
Teref. Xocanın bloqu
 
 
 
Ardını oxu...
Bakıda özündən xeyli kiçik oğlanla sevgi münasibəti yaşamış evli qadın şantajla üzləşib.

Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “Atlas” klinikasında çalışan Zenfira Əhmədova (ad və soyad şərtidir) təsadüfən tanış olduğu şəxsin törətdiyi cinayətin qurbanına çevrilib.

Anar adlı şəxslə işlə bağlı danışan və daha sonra şəxsi münasibətləri inkişaf etdirən qadın hədə-qorxu ilə qarşılaşıb. Bundan sonra Z.Əhmədova Anarın əməlləri barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci şöbəsinə şikayət edib.

Faktın təsdiqini tapması ilə 1999-cu il təvəllüdlü Anar Məmmədov barəsində cinayət işi başlanılıb və dekabrın 20-də Sabunçu rayon Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmədə zərərçəkmiş qadın başına gələnlər barədə danışıb:

“2022-ci ilin yayından “28 May”da yerləşən “Atlas” adlanan klinikada ayı 300 manata operator menecer kimi işləməyə başlamışam. İşlərimdən biri də klinikanın verdiyi mobil telefonla bütün operatorlardakı mobil nömrələrə mesaj göndərməklə klinikada göstərilən xidmətlərin növləri və qiymətləri barədə məlumat vermək, geriyə zəng vuran şəxslərə xidmətlər barədə ətraflı izah etməkdən ibarət idi. 2022-ci ilin dekabr ayında sonradan adını bildiyim Anar adlı şəxsin də nömrəsinə xidmətlər barədə mesaj göndərdim. Anar xidmətlər barədə məlumat almaq adı ilə geri yığdı. Telefonda xidmətlər barədə məlumat verdim və vəzifəmə uyğun olaraq müştəri kimi Anarla mehriban danışdım”.

Bundan sonra Anar yalandan xəstəliyi barədə qadına danışıb və onun mobil nömrəsi ilə daimi əlaqə saxlamağa başlayıb. Onlar paytaxt ərazisində bir neçə dəfə görüşüblər və cinsi əlaqədə olublar. Lakin daha sonra Anar təsadüfən tanış olduğu qadını şantaj etməyə başlayıb: “2023-cü ilin martında Anar dedi ki, onun yaşadığı Suraxanı rayonu, Zığ qəsəbəsindəki evə gəlim, anası ilə birgə məni gözləyir. Anara yazığım gəldiyindən, həmçinin məndən 25 yaş balaca olduğundan razılaşdım. Meyvə və şirniyyat alaraq Anarın evinə getdim. Anar evdə tək idi, yataqda uzanmışdı. Anasının bir azdan gələcəyini dedi, xəstə bildiyim Anara meyvə soyub yedizdirdim, çay dəmləyərək perojnaları doğrayıb masaya yığdım, 1 saata yaxın Anarın yanında oturdum. O da mənə qayğıkeşliklə yanaşırdı, işimlə maraqlanırdı. Həmin vaxt meyvə və şirniyyat qablarını yuyub evdən çıxmaq üçün sağollaşdım. Sağollaşarkən Anar mənimlə selfi çəkdirməyi xahiş etdi, mən də etiraz etmədim. Anar əlini boynuma keçirərək öz telefonu ilə selfi çəkdi”.

Z.Əhmədova deyib ki, Anarın evində olarkən Anar icazəsiz olaraq onun övladlarının və ərinin nömrələrini götürüb və daha sonra onu hədələməyə başlayıb, görüntülərini ərinə göndərəcəyini deyib:

“Anarın bu kimi hərəkətindən şoka düşüb həyəcanlandım, bundan sonra onun tələbləri ilə razılaşmağa başladım. Ailəmin dağılmasından və övladlarımın üzünə necə baxacağımdan utanaraq 2023-cü ilin may ayında Anarın evinə getdim. Anara yalvarmaqla Anarda insanlıq hissi oyada biləcəyimi düşünürdüm. Onun qarşısında diz çöküb ağladım, izah etdim ki, ərim bilsə məni doğrayacaq. Anar bildirdi ki, məndən ötrü ölür, cinsi əlaqədə olmaq istəyir və təklif etdi ki, cinsi əlaqədə olsaq, əl çəkəcək. Mən də məcbur razı oldum”.

Bundan sonra ağır depressiyaya düşən qadın Anarın şantajlarına boyun əyib. O, həmçinin “Atlas” klinikasından işdən çıxıb və başına gələnlər barədə yaşlı anasına danışıb.

Z.Əhmədovanın anası da Anarla danışsa da, o hədə-qorxu ilə pul tələb etməkdə davam edib və hissə-hissə olmaqla 800 manata yaxın pul alıb. Z.Əhmədova Anardan qurtulması üçün telefonundakı vatsap proqramını silsə də, Anar onun övladlarına “Salam Zemfira xanım, zəhmət olmasa klinikanızdakı xidmətlər haqqında məlumatlar verin”, kimi, mesajlar yazaraq qadını qorxu içində saxlayıb.

Nəhayət Z.Əhmədova polisə şikayət edəndən sonra, Anar həbs edilərək məsuliyyətə cəlb edilib.

Sabunçu rayon Məhkəməsinin 20 dekabr tarixli hökmü ilə Anar Məlikov 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. (publika.az)
Ardını oxu...
Dövlətlər və imperiyalar formalaşdıran, öz ixtiraları ilə bəşəriyyət tarixində dönüş yaradan qadınlar əsrlər boyu dünya tarixinin taleyini dəyişməkdə davam edirlər.

lent.az tarixin ən nüfuzlu qadınlarından bəzilərini təqdim edir:

Kösem Sultan

I Əhmədin həyat yoldaşı Kösəm Sultan oğlu IV. Muradın dövründə dövlət işlərində söz sahibi idi. Oğlu İbrahim taxta çıxanda qüdrəti daha da artdı. Kösəm Sultan 30 ilə yaxın dövlətin inzibati hakimiyyətini öz əlində saxladı.

Kleopatra

O, gözəlliyi, ambisiyası və zəkası sayəsində tarixin ən tanınmış qadın hökmdarlarından biridir. Əslən Yunanıstandan olan Kleopatra eramızdan əvvəl 69-cu ildə İsgəndəriyyədə anadan olub.

Çox ağıllı qadın olan Kleopatra 9 dil bilirdi. Bu dillərə yunan, ərəb, ibrani, həbəş və fars daxil idi. Kleopatra romalı general, dövlət xadimi Mark Antoni və Yuli Sezar ilə romantik münasibəti ilə tanınır. Bununla belə, yaşadığı hər münasibətdən sonra o, Ptolemey sülaləsinin hökmdarlarından qat-qat güclü oldu.

Kleopatra tarixdə bir çox dilləri mükəmməl bilməsi, cəlbedici və təsirli diplomat olması ilə tanınır.

Mariya Curiye

Fizika üzrə Nobel mükafatını alan ilk qadın Mariya Curiye həm də kimya üzrə Nobel mükafatına layiq görülüb. O, tarixdə iki dəfə Nobel mükafatına layiq görülən ilk şəxsdir.

Polonium və Radiumu kəşf edən Mariya Curiye radiumun kəşfi ilə böyük şöhrət qazandı. Çünki radium tibbdə xərçəngin müalicəsində istifadə oluna bilərdi. O, elm aləmində kişi hökmranlığı ilə mübarizə aparırdı. Mariyae Curiye həddindən artıq radiasiyaya məruz qalması nəticəsində qan xərçənginə tutuldu və tarixdə “elm üçün ölən qadın” adlandırıldı.

Kiyev kraliçası Olqa

Tarixin ən qanlı qisasına imza atan Olqa qadının nə qədər qəddar ola biləcəyini üzə çıxarıb. Olqa Kiyev Knyazlığının başçısı olan I İqorla evlənib və Svyatoslav adlı oğlu dünyaya gəlib.

I İqorun dövründə Drevlian Şərqi Slavyan tayfası vergi ödəmək istəmədiklərini bildirərək üsyana başladılar. Bundan sonra Drevlian qəbiləsinə ekspedisiya təşkil edən I İqor tayfanı vergi ödəməyə razı saldı. Lakin sonradan I İqor Drevlian qəbiləsindən daha çox vergi tələb edir və yenidən yola düşür. Bundan sonra Drevlian qəbiləsi I İqoru işgəncə ilə öldürdü.

Bu xəbəri eşidən Olqa qisas almağa and içir. Oğlunun cəmi 3 yaşı olduğu üçün Olqa dövlət adamları ilə birlikdə idarəçiliyi öz üzərinə götürür. Drevlian şahzadəsi Olqaya onunla evlənmək təklifi göndərir. Bu təklifi fürsət kimi qəbul edən Olqa gələn səfirlərdən gəmidə qalmağı xahiş edir və səfirləri diri-diri basdırır.

Olqa daha sonra xəbərsiz Drevlian şahzadəsindən onun təklifini qəbul etdiyini, lakin Drevlian zadəganlarının ora çatması üçün onu müşayiət etdiyini soruşur. Drevlian knyazı bu təklifi qəbul edir və ən sayılıb-seçilən zadəganları Olqaya göndərir. Olqa zadəganları hamamda çimmək üçün göndərir və onları diri-diri yandırır.

Bütün bunlarla kifayətlənməyən Olqa drevlilərin yanına gedərək yas yeməyi təşkil edir və onlar arasında qanlı müharibəyə son qoymağı təklif edir. Yemək zamanı Olqa əsgərlərinə spirtli içki içməməyi əmr edir və 5000 sərxoş Drevlialını qılıncla öldürtdürür.

Olqa Kiyevə qayıtdıqdan sonra Drevlyalılar elçilər göndərərək deyirlər ki, taxtdan əl çəkiblər və istəsələr vergi ödəyəcəklər. Olqa səfirlərə vergi istəmədiyini, sülh simvolu olaraq hər evdən 3 göyərçin və sərçə istədiyini bildirir. Sülhdən sevinən Drevlyalılar quşları yola salır, lakin Olqa quşların ayağına alovlu parçalar bağlayaraq, geri göndərir. Göyərçinlər gəldikləri yerə qayıdır və bütün evləri yandırırlar. Drevlilərin əksəriyyəti yandırılaraq öldürülsə də, qaçanlar qul olurlar və ya əsgərlər tərəfindən öldürülürlər.

Birinci Yelizaveta

Ömrü boyu döyüşmək məcburiyyətində qalan Yelizaveta tac taxanda Avropada din müharibələri gedirdi. Çətin zamanda ölkəsini böyük məsuliyyətlə idarə edən Yelizaveta bir çox sui-qəsdlərə məruz qalıb.

Yüksək intellektli bir qadın olan Kraliça Yelizaveta kişilərin dominant olduğu bir dünyada uzun illər padşahlıq etdi. Ömründə heç vaxt evlənməmiş kraliça Yelizaveta taxt-tacın gücünü sarsıtmaq istəmirdi. O, katoliklər və protestantlarla bağlı məzhəb müharibələrini qızışdırmaq üçün hərəkət etməyib.

Tomris Xatun

Tomris Hatun tarixdə tanınan ilk türk qadın hökmdarıdır. Onun eramızdan əvvəl VI əsrdə yaşadığı məlumdur. O, böyük Saka hökmdarı Alp Ər Tunqanın nəvəsi kimi tanınır. Tomris farsların Əhəməni imperiyası ilə böyük mübarizəyə girdi. Dinc bir quruluşa əhəmiyyət verən Tomris Hatun, fars imperatoru Böyük Kirlə vuruşaraq farsları məğlub etdi.

Kraliça Viktoriya

64 illik hakimiyyəti dövründə o, millətinin sənaye, sosial və ərazi ekspansiyasını təşkil etdi. Avropanın monarxiyaya baxışını dəyişdirən lider kimi tanındı. Kraliça Viktoriya ilə İngiltərədə çox şey dəyişdi.
 
Ardını oxu...
Sumqayıt şəhərində 1986-cı il təvəllüdlü Samir münaqişə zəminində həyat yoldaşı Vüsaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Hadisə Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki fərdi bağ evində baş verib.

Samir həmin evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı əl və yumruqla qeyri rəsmi həyat yoldaşı Vüsalənin başına, bədəninə, sonra isə taxta parçası ilə kürəyinə, qollarına və ayağına vurub.

Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2010-cu ildə Bahar ilə rəsmi ailə həyatı qurub, birgə nigahlarından 2011 ci il təvəllüdlü 1 qız övladı olub: “Ailəm ilə içki aludəçisi olduğuma görə mübahisə nəticəsində boşanmışam. Boşandıqdan sonra 2022-ci ilin yanvarında Vüsalə ilə tanış oldum. Birgə yaşadığım müddətdə rəsmi nigaha daxil olmadım. Qeyri-rəsmi münasibətimiz zamanı oğlan övladımiz dünyaya gəldi. Adını Səfər qoydum. Övladım olduqdan sonra Vüsalə mənimlə kobud rəftarlar etməyə başladı. Sonra başqa bir şəxslə əlaqəsinin olmasından şühələndim. Vüsalədən soruşduqda boynuna almadı. Sonra isə həmin şəxsin Cəlil olduğunu öyrəndim. Cəlillə əlaqə saxladış Cəlil həyat yoldaşının xəstə olduğunu və Vüsalə ilə təzə tanış olduğunu bildirdi. İnanmadığım üçün Cəlili yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə gedərək həqiqətən yoldaşının xəstə olduğunu gördüm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Cəlilə Vüsalədən uzaq durmağını bildirməsinə baxmayaraq onunla münasibətlərinin davam etdirib: “Buna görə də ona mane ola bilməyəcəyimi başa düşdüm. Hadisə günü, saat 22 radələrində müvəqqəti yaşadığım Novxanı bağlar massivində evdə olan zaman Cəlilin əlində araq şüşəsi ilə həyətə girdiyini gördüm. Vüsalədən Cəlilin niyə bura gəldiyini soruşdum. Vüsalə özü zəng edib çağırdığını dedi. Sonra birlikdə oturub evdə yeyib içdik. Həmin vaxt artıq gecəyarısı oldu”.

Samir bildirib ki, gecə təxminən saat 4 radələrində sərxoş olduğu üçün Cəlillə mübahisə edib: “Cəlil mənə cavab vermədiyi üçün qeyri rəsmi yoldaşım Vüsalənin üzərinə gələrək yumruqla onun başına və bədəninə vurdum. Vüsalə həyətə qaçanda arxası ilə getdim. Həyətdə yerdə olan taxtanı götürərək Vüsalənin kürəyinə, qollarına və ayağına vurdum. Sonra isə sakitləşib bir kənarda oturdum”.

İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, 2022-ci ilin yanvarında Samir ilə tanış olub: “Lakin nigaha daxil olmadıq. Onunla molla kəbini kəsdirdik. Samir ilə birgə yaşadığım müddətdə övladımız oldu. Həmin vaxtdan Sumqayıt şəhərinin bir neçə ünvanlarında kirayə qaldıq. Yaşadığım müddətdə mütamadi olaraq Samir spirtli içki qəbul edərək mənimlə mübahisə və münaqişələr yaradıb. Buna görə də 2022-ci ilin sentyabrında özümdən yaşca böyük Cəlil adlı şəxslə tanış oldum. Onunla münasibət yaratdım. Sonra bu münasibət barədə Samirə məlumat verdimş Ona görə də onları bir-biri ilə tanış etdim. Bizim münasibətimiz belə davam etdi”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü Cəlilə zəng edib və yaşadığı Novxanı bağlar massivinə dəvət edib: “Cəlilə gələndə marketdən araqa almasını dedim. Cəlil təxminən saat 21 radələrində yaşadığım bag evinə gəldi. Orada yoldaşım Samir ilə oturub yeyib içdilər. Sonra Samir sərxoş vəziyyətdə Cəlili təhqir etdi. Lakin Cəlil ona cavab vermədi. Mübahisə başlayanda artıq gecə saat 4 radələri idi. Samir mənə tərəf gələrək yumruqla başıma və bədənimə vurdu. Samirin əlindən qaçaraq həyətə çıxdım. Bu zaman Samir arxamca gəldi və yerdən götürdüyü taxta parçası ilə kürəyimə, qollarıma və ayağıma vurdu. Həmin zaman Cəlil isə azyaşlı övladımı ağladığına görə qucağına alaraq saxladı. Münaqişə təxminən 10-15 dəqiqə davam etdi. Sonra hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum, məlumat verdim”.

İş üzrə şahid qismində ifadə verən Cəlilin sözlərinə görə, 2022-ci ilin sentyabrında Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzi ərazisində olan zaman bir qadın ona yaxınlaşaraq qida almasını və ac olmasını bildirib: “Mən də həmin qadına tərəvəz aldım və cibinə 25 manat qoydum. Sonradan həmin qadının Vüsalə olduğunu bildim. Vüsalə ilə söhbət edərkən münasibətimiz alındı və ondan əlaqə nömrəsini götürdüm. Bundan sonra münasibətlərimiz davam etdi. Söhbət əsnasında Vüsaləyə evli olduğumu, lakin yoldaşımın xəstə olması səbəbi ilə onunla fikrimin ciddi olduğunu, onunla evlənmək fikrində olacağımı bildirdim. Vüsalənin buna münasibəti yaxsı oldu. Lakin Vüsalə Samir adlı bir şəxsin onunla qeyri rəsmi həyat yoldaşı olduğunu, məni Samir ilə tanış edəcəyinə söz verdi. Sonra Samir ilə məni tanış etdi. Samir də mənim Vüsalə ilə münasibətimə normal baxdı”.

Şahid qeyd edib ki, hadisə günü Vüsalə ona zəng edib və qaldıqları Novxanı bağlarına gəlməsini, bir ədəd də araq almasını deyib: “Təxminən saat 21-22 radələrində Vüsalənin qaldığı bağa gəldim.m Həmin vaxt Samir evdə oldu. Saat 24-ü keçəndən sonra Samir ilə oturub yeyib içdik. Gecə təxminən saat 4 radələrində Samir sərxoş vəziyyətdə mənə təhqir edici sözlər işlətdi. Lakin mən Samirə cavab vermədim. Mənim cavab verməməyimdən əsəbləşən Samir Vüsalənin üzərinə getdi. Yumruqla Vüsalənin başına və bədəninə vurdu. Bu zaman Vüsalə qışqıraraq həyətə çıxdı. Samir isə Vüsalənin arxasınca həyətə çıxdı, həyətdə yerdə olan taxtanı götürərək Vüsalənin qoluna, belinə və ayagına vurdu. Onların mübahisəsi zamanı Vüsalənin azyaşlı övladı ağladığı üçün uşağı qucağıma alaraq saxladım”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Samir 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə axşam saat 23.00-dan növbəti gün saat 07.00-dək yaşadığı ünvan tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılıb. (demokrat.az)
 
Ardını oxu...
“Tezliklə ölkəmizin başçısı bütün qonşu dövlətlərin hökumətlərini təbrik etməyə və qarşılığında təbriklər almağa başlayacaq. Amma o ana qədər, nə qədər ki, cənab Paşinyan susacaq, mən ona kömək edəcəyəm və əvəzində İlham Əliyevi təbrik edəcəyəm. Onun adından yox, onun yerinə”.

Vətəninfo.az xəbər verir ki, bu fikirlər erməni jurnalist Nataly Aleksanyan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi ad günü münasibəti ilə yaydığı açıqlamada qeyd edilir.

Nataly vurğulayır: “Hörmətli cənab Əliyev. Sizi ad gününüz münasibeti ile tebrik edirem. Mən əminəm ki, əmin-amanlıq olacaq və onun qurulması yolunda sizə uğurlar arzulayıram”.
 
Ardını oxu...
Sarıqamış məğlubiyyəti 10 mindən çox Türk əsirin Çar Rusiyası ordusu tərəfindən Bakının ən qədim türməsi olan Nargin adasına salınmasına səbəb oldu. O günlərin bir qadın qəhrəmanı var - Sona xanım Hacıyeva...
Bu anım günündə Sona xanımı bir daha xatırlayaq....
Fotosu tapılmayan, sonu bəlli olmayan Sona xanım Hacıyeva...
Sona xanım Bakının zəngin və yüksək təhsilli xanımlarından biri idi. Milyonçu qlasnı (deputat) Kərbəlayi İsrafil ağa Hacıyevin həyat yoldaşı, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qadın Qolunun sədri idi.
Böyük mülkiyyəti ilə yanaşı Bakı buxtasında Sona xanımın mühüm hadisələrin iştirakçısı olan dəbdəbəli şəxsi gəmisi dururdu.
Məlum olduğu kimi Birinci Dünya Müharibəsinin ilk illərində 1914 -15-ci illərin qışında Sarıqamış məğlubiyyəti baş verdi. 90 minlik türk ordusu 40 dərəcə şaxtada davam gətirməyib məhv oldu. Ruslar minlərlə hərbi və mülki adamı əsir götürdülər. Təkcə Bakıya, Nargin adasına 10 min nəfər qadın, uşaq, yaşlı, əskər, zabit türk əsir yerləşdirildi. Əsirlər Bakı küçələrindən keçirilib adaya aparılarkən şəhər həyəcana gəlmiş, bu barədə Bakı qubernatoru Peterburqa məktub göndərmişdi. O, yazırdı: "Bakı əhalisi türklərin əsir alınmasına dözümsüzlük göstərirlər..."
Rus idarəetməsi türk əsirləri ölüm adası Narginə yerləşdirib əsas nəzarəti qatil kimi yetişdirdiyi erməni zabitlərinə və həkimlərinə tapşırmışdı.
Nərimanov adanı komissiya heyəti ilə ziyarət etdikdən sonra parlamentdə türk əsirlərin vəziyyəti haqda kəskin bir çıxış etdi. Dedi: "Erməni həkimlər yüzlərlə əsirin gözlərində əməliyyat edib kor ediblər. Hər gün susuzluqdan, acından, yoluxmadan, ilançalmadan yüzlərlə insan ölür".
Bu xəbərdən Bakı təlatümə gəldi. Təzə-pir məscidinin axundunun fətvası ilə hər kəs məscidə ərzaq, paltar, ayaqqabı, dərman daşıdı. Bu yardımı bir ay adaya daşıyıb bitirmək mümükün olmadı. Bakı qadınları gecədən səhərə yun corab, şal, canlıq toxuyub məscidin həyətinə gətirirdilər.
İctimai təpki 200 nəfər qadın və uşağın hökumətin icazəsi ilə adadan alınıb Bakıya gətirilməsinə səbəb oldu.
Lakin hökumətin bu addımı şəhəri sakitləşdirmədi. Mətbuatda və məscidlərdə müzakirələr və etirazlar səngimədi.
Sona xanım Hacıyeva isə həmin tarixin qəhrəmanına çevrildi. O, öz gəmisi ilə Narginə ərzaq aparmağa başladı. Qohumları, xidmətçiləri ilə adaya gələn, araba-araba ərzaq, geyim, yataq gətirən Sona xanım rus rəislərə rüşvət verib gəminin yoxlanmasının qarşısını alır, hər dəfə geri dönəndə yüksək rütbəli türk zabitlərini üç-üç, beş-beş gəmisinə alırmış. Əsirlər təğyir-libas olub ərzaq gətirən xidmətçilərə qoşularaq gəmiyə mindirilirmiş. Sonra da Sona xanım onlara şəxsiyyət vəsiqəsi düzəldib İrana keçirirdi. Oradan isə Türkiyəyə yola salırdılar.
Bu minvalla Sona xanım az bir vaxtda Nargin adasından yüz nəfərdən çox zabit qaçırır. O zabitlərin adları yazılı sənədlərdə qalır.
Şəhərdə xəbər gəzirdi ki, rusların səlahiyyət verdiyi ermənilər yüksək rütbəli zabitləri əsirlər arasından seçib qətlə yetirir, ayaqlarına daş bağlayıb dənizin dibinə yuvarlayırlar.
Bu, Bakı camaatının heysiyyatına toxunur, qəzəb və həyəcan doğururdu.
Həmin günlərdə Bakının bircə dərdi vardı: türk əsirlər...
Bakıda, Abşeron kəndlərində kimin gəmisi, hətta kiçik bir balıq təknəsi vardısa, gecələr gizlincə Nargin adasına yaxınlaşır, oradan əsir alıb qaçırdı.
Bu işi ardıcıl və nizamlı həyata keçirən isə Sona xanım idi.
Bu yolla Bakıda xeyli türk əsir toplanmışdı. Ziyalıların və ruhanilərin çağırışı ilə Bakı baqqalları, əsnafları, tacirləri əsirlərə pulsuz ərzaq, geyim-keçim, barınacaq verirmiş.
Türk əsirlərə yardım etmək şəhərin şərəf işinə çevrilmişdi.
Bir gün bir əsirin bir erməni dükanına girməsi ilə işin üstü açılır. Erməni çuğulluq edir. İstintaq başlayır. Adada siyahıyaalma aparan hökumət əsirlərin sayında böyük əskiklik görür. Araşdırma başlayır.
Sona xanım Hacıyeva istintaqa cəlb edilir.
Arxivlərdə Sona xanımın 110 səhifəlik ifadəsi var. Günlərlə ifadəsi alınıb. Sona xanım məhkəmədə etiraf edir ki, Bəli, əsirlərə yardım etmişəm. Yardım cinayət deyil. Yardım insaniyyətdir!
İstintaq əsirlərin qaçırılmasını sübut edə bilmir.
Mənbələr deyir, bu istintaq sovet dövründə belə davam etmişdir. Bakı zənginlərindən və din xadimlərindən xeyli adam məhkəmələrə çəkilmiş, adları hökumətin qara siyahısına salınmış, repressiya olunmuşdular.
Sona xanım Hacıyeva Bakının ən mütərəqqi, ən zəngin, ən fədakar, ən səxavətli xanımlarından biri olub. O, əsl Cümhuriyyət qadını idi. Rəhbəri olduğu qadın xeyriyyə komitəsi xətti ilə ictimai və siyasi proseslərin önündə durur, təhsil və maarif işində misilsiz xidmətlər göstərir və digər zəngin xanımları da bu işə təşviq edirdi.
Lakin arxiv sənədlərində birdən-birə xətt qırılır... iz itir...
Dövrün araşdırmaçıları ilə söhbətimdə onun fotosunu və sonrakı taleyini gördüm deyən olmadı. Dövlət arxivində Nargin hadisələri və Sona xanım haqda məlumat var. Lakin nə fotosu var, nə də sonu haqda xəbər.
Bu dəyərli xanımın taleyi nə oldu, necə oldu, bilən yoxdur...
Amma əminəm, bu iş belə qalmayacaq, o Cümhuriyyət qadınının qutsal surətini görmək, taleyini öyrənmək bizə nəsib olacaq.
Bunun üçün əlimdən gələni edəcəyəm.
Çünki Sona xanım Hacıyeva tanınmağa, anılmağa, ictimai ehtirama layiq olan xanımlarımızın önündə gələnlərindəndir...
Bu ad xatirələrdə yaşamalı, ehtiramla anılmalı və Cümhuriyyət Qadınlarını təmsil etməlidir.
Ruhu şad olsun...
Mehriban Vezir
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır

Dünyapress TV

Xəbər lenti