Ardını oxu...
Lənkəranın icra başçısının adı qalmaqallı cinayət işində çəkilib. Onun adını çəkən isə işçisi, Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar işləmiş Elgün Abdullayev olub. Hazırda həbsdə olan Elgün Abdullayev iki dəfə ayrı-ayrı cinayət əməlinə görə hakim qarşısına çıxarılıb. Sonuncu məhkəməsində məlum olub ki, Lənkəranda qanunsuz inşa edilən 7 mərtəbəli binanın tikintisinə görə qeyri-rəsmi icazəni icra başçısı Taleh Qaraşov verib. Bunu Elgün Abdullayev özü təsdiq edib. Lakin sonra necə olubsa, Elgün Abdullayev bu sözlərini inkar edib.

Musavat.com xəbər verir ki, 2022-ci ildə həbs edilən Elgün Abdullayev əvvəlcə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, vətəndaşlardan qanunsuz tikililərə şərait yaratmaqla rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirdi. Elgün Abdullayev həbsdə olan zaman onun daha bir cinayət əməli üzə çıxıb. Həmin cinayətə görə başqa-başqa şəxslər də məsuliyytə cəlb edilib, onlar arasında həbs edilənlər də var. Əldə etdiyimiz məlumata görə, E.Abdullayev yaxın münasibətdə olduğu tanışı Hikmət Abbasova 3 mərtəbəli fərdi yaşayış evinin tikntisi üçün şərait yaradıb. Tikintinin aparılacağı torpaq sahəsi Hünər Hadızadə adlı iş adamına məxsus olub. Amma Hikmət Abbasov və Hünər Hadızadə qeyd edilən torpaq sahəsində razılaşdırıldığı kimi 3 mərtəbəli yox, 7 mərtəbəli bina inşa ediblər.
Ardını oxu...
İstintaq belə qənaətə gəlib ki, Elgün Abdullayev əvvəlcədən inşa ediləcək binanın 3 yox, 7 mərtəbəli olacağını bilirmiş. Məqsəd də çoxmənzilli bina inşa etmək və həmin binanın yaşayış və qeyri-yaşayış sahələrinin satışından gəlir əldə etmək olub. Onlar layihəni şəhərsalmaya təqdim etməyərək qanunsuz olaraq tikintiyə başlayıblar. Tikinti davam edən ərəfədə müvafiq qurumların xəbərdarlığına baxmayaraq, işlərini davam etdirərək layihəni başa çatdırıblar.
Ardını oxu...
Elgün Abdullayev

Elgün Abdullayev bu işdə özünü qismən təqsirli bilib. Deyib ki, Hikmət Abbasovdan inşa etmək istədikləri fərdi yaşayış evinin eskizini qəbul edib. Həmin eskizdəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təsdiq olunması üçün Şəhərsalma və Arxitektura Komitəsinə göndərməli imiş. Lakin rəyi poçt vasitəsilə şəhərsalmaya göndərməyib, Hikmət Abbasovun özünə verib:

“Bəzən şəhərsalmaya göndərilən layihələr poçtda itirdi. Həm də vaxt itkisi var idi, xahiş etdi, ona görə də sənədi ona verdim. Belə hallar sadəcə 1-2 dəfə təkrarlanıb”. Səhvinin bundan ibarət olduğunu deyən Elgün Abdullayev bildirib ki, Hikmət Abbasova etibarlı adam kimi güvənib. Amma H.Abbasov layihəni şəhərsalmaya aparıb orada təsdiq etdirməyib və tikintiyə başlayıb. Ona da bu barədə məlumat verməyib.

Elgün Abdullayev qeyd edib ki, bu qanunsuzluğu görəndən sonra Hikmət Abbasovdan tikintinin dayandırılmasını tələb edib. Amma onun tələbinə əməl edən olmayıb. İcra başçısı Taleh Qaraşovun adı işin bu hissəsində dövrəyə girib. Belə ki, tikinti aparan Hikmət Abbasov icra başçısıdan razılıq aldıqlarını deyib.
Ardını oxu...
Taleh Qaraşov

“Hikmət dedi ki, ay Elgün, biz icra başçısı ilə işi həll etmişik, şəhərsalmadan da narahat olma. Amma mən şəhərsalma ilə əlaqə saxlayanda dedilər ki, belə bir layihə yoxdur. Mən də bu barədə icra başçısına məlumat verdim. İcra başçısı dedi ki, tikintiyə mane olmayın. Hikmətgilin şəhərəsalma ilə məsələni həll edəcəklərini dedi”. Elgün Abdullayev bu icazənin icra başçısı ilə razılaşdırıldığını desə də, sonradan fikrini dəyişib. Ona bu fikir dəyişikliyi ilə bağlı sual da verilib. E.Abdullayev həmçinin layihənin şəhərsalmaya yox, şəxsən Hikmət Abbasova verilməsini icra başçısının tapşırdığını deyib. Bunu da sonradan inkar edib və belə bir icazə verib: “Fikrimi düzgün ifadə etməmişəm. Başçı belə tapşırıq verməyib. Tikintiyə mane olmamağımla bağlı da heç nə söyləməyib”.

Elgün Abdullayevin burada ziddiyyətli ifadə verdiyi bir daha aşkar olub. O, icra başçısını məsuliyyətdən yayındırmağa çalışıb, həmçinin özünün də günahsız olduğunu deyib. Bildirib ki, tikintinin dayandırılması üçün icra başçısına məruzə edib. İcra başçısının birinci müavini tikintinin dayandırılması ilə bağlı rəsmi xəbərdarlıq edib. Bundan sonra FHN tərəfindən tikinti dayandırılıb. Amma sonradan tikinti yenidən davam etdirilib.

Buradan belə sual çıxır ki, Hikmət Abbasov və Hünər Hadızadə kim olub? Onlar kim olub ki, Elgün Abdullayevin, Şəhərsalma və Arxitektura Komitəsinin, icra başçısının birinci müavininin, Fövqəladə Hallar Nazirliyinin tikintini qadağan etməsi ilə bağlı rəsmi göstərişlərinə, qərarlarına əməl etməyib? Bütün xəbərdarlıqlara baxmayaraq, 7 mərtəbəli binanı tam inşa ediblər. Həm də bir neçə dəfə tikinti dayandırıldığı halda.

Düzdür, Hikmət Abbasov və Hünər Hadızadə də məsuliyyətə cəlb ediliblər. Amma onlara bu özbaşınalığı davam etdirməyə şərait yaradılıb.

Bu işdə diqqət çəkən əsas məqam isə bu qədər ağır bir cinayət işində icra başçısı Taleh Qaraşovun adının çəkilməsinə baxmayaraq, dindirilməməsidir. Çünki təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlinin törədilməsinə birbaşa göstərişi verən şəxsin məhz başçı Qaraşov olduğunu demişdi. Amma Qaraşov nə istintaqda, nə də məhkəmədə dindirilib. Qeyd edək ki, E.Abdullayev bu cinayət əməlini törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Əvvəlki cəzası ilə qismən toplanmaqla 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ardını oxu...
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq bildirək ki, İki il əvvəl Lənkəran şəhərində qanunsuz tikinti və korrupsiya halları ilə bağlı başlayan qalmaqallı həbslərin davamı gələ bilər. Həmin vaxt Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Elgün Abdullayev saxlanılmış, daha sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsində barəsində 8 il həbs qərarı çıxarılmışdı. Bir neçə gün əvvəl isə Elgün Abdullayev təkrar məhkəmə qarşısına çıxarılaraq, ona Cinayət Məcəlləsinin 314-2.1-ci maddəsi ilə yeni iş açılıb. Həbsdə olan vəzifəli şəxsin Lənkəranda qanunsuz torpaq sahəsi ayırması, tikintiyə icazə verməsi və bu vasitə ilə şəhərdə 7 mərtəbəli bina tikilməsi üzə çıxıb. Lənkəran Rayon Məhkəməsi yeni cinayət işi üzrə Elgün Abdullayevə hökm oxuyub. Hökmə əsasən, onun mövcud olan 8 illik həbs cəzası ağırlaşdırılaraq 8 il 6 ay edilib. Cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi Cənub Regional Tikinti Müfəttişliyinin rəisi Rövşən adlı şəxs də bu məsələ ilə bağlı vəzifəsindən azad edilib və ona cinayət işi açılıb. O, 9 avqust 2024-cü il tarixində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunub və 22 avqust 2024-cü il tarixində cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məlum olub ki, sözügedən binanın sahibi, iş adamı Hünər Hadızadəyə həmin ərazidə 2021-ci ildə 3 mərtəbə və mansard qatından ibarət yaşayış sahəsi tikməyə icazə verilib. Lakin müəmmalı səbəblərdən iş adamı həmin ərazidə 7 mərtəbə və mansarddan ibarət yaşayış binası tikib.
2021-ci ilin iyul ayının 23-də müvafiq qurumlar tərəfindən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova tikinti işlərinin dayandırılması üçün müraciət edilib. Elə həmin il Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi Cənub Regional Tikinti Müfəttişliyi əməkdaşları tərəfindən həmin tikiliyə baxış keçirilib, pozuntular sənədləşdirilib. Agentliyin rəisinin 20 avqust 2021-ci il tarixli qərarı ilə həmin ərazidə tikinti işlərinin dayandırılması qərara alınıb. Cəbrayıl Xanlarovun əmri ilə iş adamı Hünər Hadızadə İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə 23 sentyabr 2021-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilib. Həmin obyekt möhürlənib.
Daha sonra naməlum səbəblərdən, Hünər Hadızadə tikinti işlərini davam etdirib və heç bir vəzifəli şəxsin “gözünə görünməyən” 7 mərtəbəli binanın tikintisinə tam nail olub. Nəticədə, üç mərtəbə üçün icazə sənədi olan ərazidə 7 mərtəbəli yaşayış binası tikib. Müəmmalı səbəblərdən Cənub Regional Tikinti Müfəttişliyi rəisi olmuş Rövşən həmin vəzifəsində işləyərkən Lənkəran şəhəri, Füzuli küçəsi, ev 7 ünvanında tikinti qanunvericiliyi kobud surətdə pozulmaqla tikinti-quraşdırma işlərinin davam etdirilməsindən məlumatlı olmasına baxmayaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar bir qrup vəzifəli şəxslə əlbir olaraq qanunsuz üstünlük əldə etmək, yəni qanun pozuntusu hesabına aparılacaq tikintinin başa çatdırılmasına şərait yaratması məlum olub.
2024-cü ilin avqust ayında Cənub Regional Tikinti Müfəttişliyi rəisi Rövşən vəzifəsindən kənarlaşdırılaraq barəsində cinayət işi açılıb.
Qeyd edək ki, hadisə ilə bağlı iş adamı Hünər Hadızadə də həbs edilib.
 
Ardını oxu...
İsraildə yaşayan həmvətənimiz, Azad Yeni Azərbaycan təşkilatının sədri Şakir Əhmədov qürbətdə diaspor işinin təşkili, vəziyyəti ilə bağlı narahatlığını bildirir.
Deyir ki, Azərbaycanın Diaspor Komitəsi bu işlərə laqeyd yanaşsaydı dərdyarı idi. Fuad Muradovun idarəsi xaricdəki azərbaycanlılara kömək etmək əvəzinə onların görmək istədikləri işlərə mane olur.
TEREF yazır ki, bunu tanınmış jurnalist Sima Babayeva öz sosial media səhifəsində yazıb. Sima xanım daha sonra yazır:
Təsir edə bilməyəndə hətta təhdid də edirlər...
Yadıma Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyevin məsələsi düşdü. İSBAM başqanı Samir Adıgözəlli neçə müddət idi Diaspor Komitəsinin işini tənqid edir, bəzi faktları araşdırırdı.
Samir müəllimin prinsipiallığını görüb ona daha sərt təsir göstərmək qərarına gəldilər. Türkiyədə olarkən bir neçə şəxs hücum edib İSBAM rəhbərinə bıçaq zərbələri endirmişdi.
. Samir müəllim bəyanat verərək bu məsələdə Fuad Muradovun müavini Valeh Hacıyevdən şübhələndiyini bildirmişdi.
Bildirməyinə baxmayaraq hüquq mühafizə orqanları bu məsələyə laqeyd yanaşdılar.
Şakir müəllim deyir ki, İsraildə Azərbaycan məktəbi açmaq istəyib. Bu barədə Fuad Muradova bildirib, köməklik göstərilməsini xahiş edib.
Hörmətli Fuad Muradov onu arxayın edib. Vədlər verib. Şakir müəllim də sevinərək işə başlayıb, yer seçib, müəyyən işlər görüb.
Ümumilikdə öz vəsaitindən 50 min manat xərcləyib. Vaxt gəlib çatanda Fuad Muradov vədinə xilaf çıxıb.
Kömək etməməsi bir yana, hətta mane olmağa başlayıb. Səbəbini əsl azərbaycanlılar başa düşə bilməz.
. Çünki azərbaycanlı xaricdə öz dilində məktəb açılışına mane ola bilməz. Erməni xaricdə cüzi bir fürsətdən istifadə edib maarif ocaqları yaradır.
. Bu adam isə əksini edib bağlatmağa çalışır. Şakir müəllim onu da bildirir ki, Fuad Muradovun İsraildə Azərbaycan diasporu kimi dəstək verdiyi adamlardan bəziləri vətəndaşları olduqları İsrail dövlətinə naxələf çıxıblar.
İsrail hüquq-mühafizə orqanları onlar haqqında araşdırma aparır, bəziləri saxlanılıb. Onlardan biri Sveta adlı şəxsdir.
Hörmətli Fuad müəllim bu qadına çox güvənir, Diaspor Komitəsi adından medallar verir, mükafatlandırır.
Şakir Əhmədov media vasitəsilə həm bu məsələni ictimailəşdirmək, həm də haqqını tələb etmək istəyir. Söz Diaspor Komitəsində və əlaqədar təşkilatlarımızdadır.
Sima Babayeva
Adları çəkilən şəxslrində mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
Ardını oxu...
 
Ardını oxu...

Emin Əmrullayev uşaq bağçalarının həyətini kafelərə satır - İDDİA+FOTOFAKT

 
 
7news.az "Aran Media"ya istinadən xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonu Nəsifbəy Yüsifbəyli küçəsi və Nəsimi rayon Mustafa Topçubaşov küçələrinin kəsişməsində yerləşən 76 saylı körpələr evinin həyəti kafeyə çevrilib. Belə ki, bağçanın həyətində "FOOD TİME" adlı kefe tikilib. Tikilinin girişi M.Topçubaşov küçəsinə baxsa da, kefenin əsas hissəsi uşaq bağşasının həyətində yerləşir. Məsələni diqqətdə saxlayacağıq.
 
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması barədə Suraxanı rayonuna hələ ı Əziz Əzizov başçııq etdiyi dönəmlərdə yazmışdıq. Burada o zaman hasara alınaraq ticarət məgsədi ilə tikinti işlərinə başlanılması barədə məlumatı ictimaiiyyətə çatdırmışdıq. Bir sıra aidiyyəti dövlət qurumlarına müraciət etmişdik. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsinə birbaşa cavabdeh olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi göstərilən ünvanda tikinti işlərinin aparılmasına göz yumdu.

Məlum olduğu kimi Suraxanı rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. 8 iyul 2024-cü ildən Prezident İlham Əliyevin Sərəncamı ilə başçı vəzifəsinə Adil Əliyev təyin edilib. Əldə etdiyimiz məlumatlara görə Adil Əliyev vəzifə başına keçər-keçməz Suraxanıda qanunsuz tikililərin sayı artıb. Məlumata görə o, başçısı təyin olunanda özü ilə yüzə yaxın adam gətirərək Suraxanıda qanunsuz tikililərin aşkar edilməsini tapşırıb. Hətta onlara qeyri rəsmi maaş da verir. Burada məqsəd qanunsuz tikililərin aşkar edilərək dayandırılıması deyil, qanunsuz tikintilərin başqa yollarla leqallaşdırılmasıdır.

Adil Əliyev Suraxanı rayon İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində yenə qanunsuz tikinti işlərinə başlanılıb. Yəni. əvvəlki başçının daş qoyduğu torpağa Adil Əliyev də daş qoymağa başlayıb.

Aktualinfo.org bir daha xatırladır ki, sözügedən ərazidə qanunsuz tikinti işlərinin aparılmasına bir neçə il əvvəl toxunmuşdu. Bir daha qeyd etmək istərdik ki, tikintiyə sənədləri hansı dövlət qurumunun, Suraxanı rayonu İcra Hakimiyyətinin yoxsa Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verməsinin bəlli olmadığını qeyd etmiş, əslində isə tikintiyə icazənin adıçəkilən qurumların birgə rəyi əsasında verildiyini oxucuların diqqətinə çatdırmışdıq. Onu da əlavə etmişdik ki, tikinti işləri sözügedən ərazidə istismar müddəti bitmiş neft quyularının üstündə aparılır. SOCAR-ın ərazisində tikintiyə icazənin hansı qurum tərəfindən verildiyinə aydınlıq gətirilməsini istəmişdik.

Sözügedən məqalədə göstərilən ərazidə tikinti işlərinin aparılmasına münasıbət bildirən SOCAR Təhlükəsizlik İdarəsinin rəsmisi redaksiyanın əməkdaşına zəng edərək bildirmişdi ki, həmin ərazinin SOCAR-a heç bir aidiyyatı yoxdur. Ərazi ola bilsin ki, əvvəllər Neft Şirkətinə məxsus olub. Lakin orada çoxsaylı evlər və məktəb tikildiyindən qurum rəsmisinin sözlərinə görə, ərazi artıq İcra Hakimiyyətinin balansına verilib.

Qeyd etdiyimiz kimi ərazi həm istismar müddəti bitmiş neft quyuları ilə əhatə olunub, həm də yaxınlığında orta ümumtəhsil məktəbi yerləşir ki, belə bir ərazidə hər hansı ticarət obyektin tikintisi yalnız şəhərsalma planlarına və normalarına uyğun şəkildə aparılmalıdır. Bunu ötən yazılarda da qeyd etmişdik və bir daha xatırladırıq ki, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf istiqamətlərini və memarlıq-planlaşdırma strukturlarını müəyyən etmək; müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlərin hazırlanmasında iştirak etmək; müvafiq sahədə öz səlahiyyətləri daxilində layihələndirilmə prosesində müəssisə və təşkilatlar arasında baş verən fikir ayrılığını araşdırmaq və müvafiq qərar qəbul etmək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa vəzifələrinə aiddir. Lakin proseslərin gedişindən də göründüyü kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazidə bu qanunsuz tikinti işinin aparılmasına israrlıdır.
Ardını oxu...
Ardını oxu...
Qeyd edək ki, ərazidə qanunsuz tikinti işlərinin kimlər tərəfindən başladıldığını öyrənməyə çalışdıq. Lakin heç bir məlumat əldə edə bilmədik. Yalnız onu öyrənə bildik ki, tikinti işlərinə Adil Əliyevin qeyri rəsmi tapşırığından sonra başlanılıb. Ümid edirik ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına verilmiş icazəyə aydınlıq gətirilməsi üçün göstəriş verəcək.
Aktualinfo.org
 
Ardını oxu...
“Kids Academy by British School” bağçasının Nəsimi filialı ilə bağlı şikayət var.

Bu barədə Sfera.az-a vətəndaşlardan biri məlumat verib.

O qeyd edib ki, bağçanın meydançası uyğun olmayan yerdə salınıb.

“Bağça meydanının yerləşdiyi ərazidə dəmiryolunun mühafizə xətti, yüksək gərginlikli elektrik naqilləri var. Düz elektrik naqillərinin altında uşaqlar üçün meydança, “besedka” quraşdırılıb. Eyni zamanda meydançanın ətrafı da gigiyenik şəraitə uyğun deyil”, – şikayətçi bildirib.

Vətəndaşın paylaşdığı görüntülərdə bağça ərazisinin ətrafında Nəsimi 45 MMC, Xətai prospekti 38 ünvanın yerləşən çoxmənzilli binaya məxsus zibil qutularının olduğu görünür:

“Hansı ki, onlar camaata xidmət göstərdiklərini deyirlər. Amma zibillik də pis vəziyyətdədir. Bəlkə bir həftədir, nə zibil aparılır, nə də digər işlər görülür. Maraqlıdır ki, bağçaya pul ödəyən valideynlərə bu vəziyyət necə xoş gəlir”.

 
Ardını oxu...
Amerikada yaşayan tele-aparıcı Qənirə Ataşova sosial media hesabında saxta həkimlərlə bağlı daha bir açıqlaması ilə diqqət çəkib.

O, İnstaqramda hekayə bölümündə plastik cərrah kimi fəaliyyət göstərən Səma Qasımova haqqında bu sözləri yazıb: Saxta doktor Səma Qasımova 2020-ci ildə paltar reklamı ilə məşğul imiş. Reklamdan cərrahlığa bir addım…” İddialara görə, Səma Qasımovanın tibbi təhsili olmaması bildirilir.
Ardını oxu...
XALQ.AZ xəbər verir ki, hətta artıq sosial şəbəkələrdə səhifələrin bağlayıb. Hətta çalışdığı klinikanın həkim siyahısında adı çıxarılıb.
Ardını oxu...
Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasına əsasən, Qasımova Səma Yaşar qızının nə tibb sahəsində təhsili, nə də sertifikasiyası haqqında məlumat mövcuddur. Dövlət Reyestrində və “Tələbə-Məzun” sistemində onunla bağlı heç bir qeyd yoxdur.Yəni onun heç bir ali və ya orta ixtisas təhsil yoxdur.
Ardını oxu...
Məlumatda qeyd olunur ki, Səma Qasımova 2024-cü ilin əvvəlində o plastik cərrah kimi liposaksiya əməliyyatları edir, ilin son günün də isə Səma Qasımovanı “ mükafatı alaraq “ İlin dermatoloqu” elan edilib. Bəli, düz eşitdiniz, diplomu olmayan birisi dermatologiya sahəsində ilin ən yaxşısı seçilib…”
Ardını oxu...
Səma Qasımova əməkdaşımıza açıqlamasında bildirib ki, mənim vəkilim heç kəsə açıqlama verməyə icazə vermir. Əməkdaşımızın tibbi təhsiliniz var sualına isə Səma Qasımova bildirib ki, bütün bunlar açıqlanacaq.
 
Ardını oxu...
Bir neçə gün əvvəl "DİA-AZ" olaraq redaksiyamıza göndərilən və ilginc iddiaların yer adlığı bir məqaləni diqqətinizə təqdim etdik. Həmin məqalədə maraqlı faktlar da var idi ki, sonradan böyük rezonansa nədən oldu. Elə bu səbəbdən məqaləni olduğu kimi təkrar xatırladırıq:

***

"Son bir neçə aydır ki, Dövlət Sərhəd Xidməti (DSX) və bu Xidmətdəki problemlərlə bağlı ölkə mətbuatında müntəzəm məlumatlar yer almaqdadır. Bu qurumla bağlı ən maraqlı faktlardan biri DSX-nın Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə bağlıdır.
Bir neçə ildir ki, DSX Sahil Mühafizəsinin rəisi kimi Xəzər dənizində at oynadan Müzəffər Pirizadə, qanunsuz balıq ovundan milyonlarla manat məbləğində vəsait qazanıb. Amma generalın yeganə gəliri balıqla məhdudlaşmır. Müzəffər Pirizadə həm də Xəzər dənizində batan gəmilərdən böyük pullar əldə etməkdədir. Dəmir işbazları ilə sövdələşən general onların dənizdə batan gəmiləri çıxarmasına, bu gəmilərin “metallom” kimi satılmasına şərait yaradır. Əvəzində bu iş birliyindən külli miqdarda gəlir qazanır.
Maraqlı nüanslardan biri isə ondan ibarətdir ki, Müzəffər Pirizadə batan gəmilərlə bağlı şıdırğı alverini öz rəhbərliyindən – Xidmət rəisi Elçin Quliyevdən gizli şəkildə həyata keçirir. Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazansa da, dövlət büdcəsinə bu fəaliyyətdən bir qəpik də olsun vəsait daxil olmur. Bütün pullar general tərəfindən təkbaşına mənimsənilir. Müzəffər Pirizadə qanunsuz pullar hesabına ailə üzvlərinə, yaxın çevrəsinə gün ağlayır.
Generalın Müşfiq və Araz adındakı qardaşları heç harda işləmədiləri halda “Range Rover” və digər bahalı marka avtomobillər sürür, bahalı otellərdə kef edirlər. Gələn yazımızda Müzəffər Pirizadənin Pirallahı və Nargin adalarındakı “əmək fəaliyyəti” haqqında maraqlı məlumatlar verəcəyik".

***

Qeyd edək ki, bu yazıda iddia olunanlarla bağlı qarşı tərəfin rəyini öyrənməyə çalşşsaq da görünür, deyiləcək sözləri olmadıqlarından daha çox hədə dili ilə danışmaq fikrinə düşdülər ki, bununla bağlı redkasiyamıza edilən telefon nömrələrini də qeydə almışıq. Bu azmış kimi hörmətli Müzəffər Pirizadə cənabları "DİA-AZ"ın "TikTok" səhifəsini də TROL ATƏŞİNƏ tutaraq özü barəsində müsbət fikirlər yazdırmağa daha çox maraqlı göründü. Sanki bu yolla deyilənlər təkzib olunmuş oldu.

Özü haqqında müsbət rəylər yazdıran generala bu işin əslində bir neçə şəxs tərəfindən xidmət olaraq göstərildiyi də şübhəsiz idi. Yəni ənənəvi üsulla kimlərsə Pirizadəni aldadaraq "əşi problem həll olunub" qənaətini formalaşdırmağa çalışıblar.

Problem isə ciddidir və təbii ki, gərəkən qurumlar yuxaırda iddia olunanları araşdıracaqlar. Bu zaman isə "cənab general, görürsünüz, xalq sizi sevir... rəylər nə qədərdir" deyə yazanlar daköməyə çatmayacaq, onların absurd rəyləri də...

Biz isə araşdırmalarımızı davam etdiririrk və bu yöndə yeni yazımız olacaq. Bizi izləməyə davam edin...

P.S. Hə... onu da qeyd edək ki, həmin o trolların rəylərinin bəzilərində öz ailələrinə aid söyüşlər var ki, biz də eyni qaydada onlara və əzizlərinə şamil edirik...
Ardını oxu...
Bakıda Nəsimi rayonunda baxçanın həyətində kafe açıldı.

XALQ.AZ xəbər verir ki, Bak şəhəri Nəsimi rayonu Mustafa bəy Topçubaşov küçəsində yerləşən 76 saylı körpələr evi uşaq bağçasının həyəti kafe üçün kimə satılıb?

Məlumata görə bağçanın həyətində “FOOD TİME” adlı kafe açılıb. Kafenin girişi Topçubaşov küçəsində olsada umumi ərazizisi 76 saylı baxçanın həyətində yerləşi . Bununla bağlı baxçadan açıqlama almaq mümkün olmadı.

Qeyd edək ki, Nəsimi İcra hakimiyyətinin keçmiş icra başçısı Asif Əsgərov millət vəkili seçildikdən sonra başçı vəzifəsinə təyinat olmayıb.

Nəsimi rayon icra hakimiyyətindən bu barədə heç bir açıqlama almaq mümkün olmadı
 
Ardını oxu...
Dövlət büdcəsi hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin…
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi ötən ilin son günlərində daha bir tenderi yekunlaşdırıb. 20.12.2024-cü il tarixdə Nümayəndəlik “Vedibasar İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb. Bu müqavilə ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi Yardımlı şəhərində bir sıra yaşayış binalarında aparılacaq əsaslı təmir qarışılığında “Vedibasar İnşaat” MMC-nə 51.743 manat ödəməli olacaq.
İlk baxışdan heç bir qeyri-adilik müşahidə edilməsə də, Yenixeber.org-a daxil olmuş məlumatlar müəyyən araşdırmaları zərurətə çevirir…
Əvvəla, Yardımlının rayon mərkəzini (İndiki halda Yardımlı şəhəri. Red.) görənlər həm də, onu bilirlər ki, burada yaşayış binalarından danışmaq yumşaq desək çətin məsələdir. Müxtəlif səbəblərdən rayon mərkəzində kütləvi yaşayış müşahidə edilmir ki, yaşayış binalarıda sıralansın. Və bu binaların təmirinə də, vaxtaşırı dövlətin pulu xərclənsin…
Bu əməkdaşlıqda diqqət çəkən digər faktor Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin heç də az olmayan dövlət vəsaitini etbar etdiyi “Vedibasar İnşaat” MMC ilə bağlıdır. Heç də az olmayan dövlətin pulunun etibar edildiyi bu şirkətin nəinki Veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür(?)
İnternet üzərindən apardığımız araşdırmalarla yalnız önu öyrənə bildik ki, “Vedibasar İnşaat” MMC-nin hüquqi ünvanı Samux rayonu, Seyidlər, qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğludur. Şirkət 15.11.2022 tarixində dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 50 manatdır.
Ünvanı Samux rayonunda olan və məlum potensiallara malik olması şübhə doğuran bir şirkətin Yardımlı rayonunda yaşayış binalarını əsaslı edəcəyinə kimsə inanırsa, əmindirsə özü bilər…

Məlum olduğu kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qaununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması kimi öhdəliklər qoyulur.
Belə olan halda yumşaq desək “Vedibasar İnşaat” MMC-nin fəaliyyəti ciddi şübhələrə yol açır, suallar doğurur… Necə olur ki, “izi-tozu bilinməyən” bir şirkətə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi İlham Rzayev dövlətin pulunu etibar edir? Əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür? İlham Rzayevin bu şirkəti “gündüz çıraqla tapması” hansı səbəb və maraqlardan qaynaqlanır? Və s.
Bəzən elə belə olur, dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlər “yada düşür”…
Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?)
***
Biz Yenixeber.org olaraq hər iki tərəfdən – həm Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlikdən, həm də “Vedibasar İnşaat” MMC-dən müəyyən suallarımıza cavab almaq istədik.
“Vedibasar İnşaat” MMC ilə bağlı durum məlumdur: qeyd etdiyimiz kimi, bu şirkətin hansısa bir əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür.
Yardımlı Rayon İcra Hakimiyyəti başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi cənab İlham Rzayevəisə7 sualdan ibarət online sorğu ünvanladıq… Ötən ayın 20-sində göndərdiyimiz online sorğumuza hələ ki, cavab ala bilməmişik(?) Baxmayaraq ki, İlham müəllim bizimlə telefon danışığında sorğumuza tezliklə cavab verəcəklərini bildirdi.
Cənab İlham Rzayevə xatırlatmaqda fayda var ki,hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…
Dövlət büdcəsi də, hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin…
Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb…(Yenixeber.org)
Mövzunun davamı olacaq.
 
Ardını oxu...
Qəbələ rayonu Kiçik Əmili kənd sakini Şəhid anası Bayramova Dilbər Ağaşirin qızı tərəfindən

MÜRACİƏT

Mən Şəhid anası olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və TƏBİB-in icraçı direktoru cənab Vüqar Qurbanova müraciət edirəm.
Xahiş edirəm şikayətimi obyektiv araşdırıb bizi təhqqir edib alçaldan Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini həkim Fikrət Cəfərovun barəsində qanunu tədbirlər görəsiniz.
23 dekabr 2024-cü il tarixdən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının terapeya şöbısində stasionar müalicə olunuram. Oğlum İntiqam əşyalarımı gətirəndə avtomobilini xəstəxananın həyətində saxlayıb ki, aparmaq asan olsun. Bunu görən həkim Fikrət Cəfərov oğlumu acılayıb üstünə qışqırıb ki, avtomobili orada saxlamaq olmaz. Oğlum İntiqam ona izah edib ki, müalicə olunan xəstə anamın yanına əşyalarını gətirmişəm tez təhvil verib gedirəm. Həkim Fikrət Cəfərov səsin başına atıb səs-küy yaradıb. Sonra mən ona irad bildirdikdə “şəhid anası olmursan nə olursan ol orada maşın saxlamaq olmaz” deyə yüksək səslə bizi təhdid etdi.Mən həkim Fikrət Cəfərovun belə həyasızlığına görə sanki şoka düşdüm.
Qeyd edim ki, oğlum İntiqam 4 ikldir ki, mühafizə polisində işləyirdi və Qəbələ Rayon Mərkəzi Xəstəxanasında xidmətə çıxırdı. Bir neçə dəqiqəlik avtomobili ərazidə saxladığı üçün həkim Fikrət Cəfərov bizi təhdit etdiyi bəs deyilmiş kimi oğlum İntiqamı xəstəxanadan işdən uzaqlaşdırdı.
Mən bunu şəhid ruhuna təhqir, hörmətsizlik və ədəbsizlik hesab edirəm.Oğlum İntiqamın avtomobili bir neçə dəqiqə orada dayanmaqla dünya dağılmayacaydı və burada heç bir qanun pozuntusuda yoxdur. Sadəcə direktor müavini Fikrət Cəfərov özünü kollektivə və camaata göstərmək üçün belə bir kobud hərəkətlər etdi.
Mənim övaldım Coşqun Ənvər oğlu Bayramov Vətən müharibəsində torpaqlarımızlın azadlığı uğurunda canından keçdi ki, Fikrət Cəfərov kimi yaramaz özünə var dövlət toplayıb rahat yaşasın, Şəhid ailəsini təhqqir etsin, xidmətdən kənarlaşdırsın ?
Belə bir qanunsuzluqla üzləşsəmdə ümidimi üzməmişəm ona görə ki, Azərbaycan Respublikasının İlham Əliyev kimi ədalətli Prezidenti və Mehriban Əliyeva kimi mərhəmətli birinci xanımı var. Siz daima Şəhid ailələrinə diqqət və qayğı göstərirsiniz. İnanıram ki, bu müraciətimi obyektiv araşdırıb lazımı tədbirlər görəcəksiniz.
Hər bir həkim və ya hər hansı dövlət qulluqçusu etik davranış kodeksinə riayət etməklə vətəndaşlarla mehriban davranmalıdır.
Mən Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və TƏBİB-in İcraçı direktoru cənab Vüqar Qurbanovdan xahiş edirəm şikayətimi obyektiv araşdırıb Şəhid ailəsi ilə kobud rəftar edib təhqir etdiyi üçün Qəbələ Rsyon Mərkəzi Xəstəxanasının direktorunun müavini həkim Fikrət Cəfərovun barəsində qanunu tədbirlər görəsiniz
 

Dünyapress TV

Xəbər lenti