Ardını oxu...
Qoçuluq zəmanəsidir,bunlarin cilovun çəkib yiğişdiran olmayacaqmi.?
Müsavat partiyasi 31sayli Suraxani ikinci seçki dairəsindən qeydə alimiş namizədi Arzulla Bulud :
31 saylı Suraxanı ikinci seçki dairəsindən qeydə alınmış namizəd olaraq plakatlarımı aidiyyəti olan löhvələrə yapışdırarkan, məntəqə sədri tərəfindən zorakılığa məruz qaldıq.
Belə ki, 285 saylı orta məktəbdə 3-məntəqə , 35,36 və 85 saylı Fizuli Ağcabədi seçki məntəqələri yerləşir.
35 və 36 saylı məntəqəyə aid löhvələr məktəbin həyətində, 85 saylı Füzuli Ağcabədi seçki məntəqəsinə aid löhvə isə yola yaxın yerdə yerləşir.
Biz məktəbin həyətindəki löhvələrə şəkil yapışdırmaq istərkən, dəfələrlə soruşmağımıza baxmayaraq özünü təqdim etməyən Eldar Rüstəmov adlı birisi şəkili yapışdırmağa imkan vermirdi.
Mən soruşdum siz hansı məntəqəyə aidsiz, o da bildirdi ki, "bu üç məntəqə mənlikdir". Dedim, axı elə şey olmur, siz necə üç məntəqənin əvəzinə danışırsız. Qısası, mübahisə yarandı və o, təhqir edərək, söyüş söyüb, əl-qol atmağa başladı.
Gördüm bu adam məni provokasiya çəkmək istəyir, polis çağırmağa məcbur oldum.
Bu cür manyaka, üç məntəqəni (E.C.mənlikdir) necə tapşırıblar. Bu cür tərbiyəsizi, özünü idarə edə bilməyən Eldar Rüstəmovu, məntəqə sdirliyindən kənarlaşdırmağı DSK və MSK-dan tələb edirəm.
Şəkildə də göründüyü kimi bu adam mənə hücum edir.
Özünü idarə edə bilməyən adama (özünün dediyinə) üç- məntəqəni tapşırmaq olarmı?.
TEREF olaraq qarşı tərəfində mövqeyini dərc edə bilərik.
TEREF
Ardını oxu...
Avqustun 9-da təbliğat-təşviqat kampaniyasının başlamasından sonra 4 il ortada görünməyən bəzi namizədlər yenidən görünməyə başlayıb. Onlardan bəziləri deputat kürsüsündə bundan sonra da kök salmaq istəsə də, bəziləri öz yerini gənclərə verməklə özlərinin “səxavətli” addım atmış olduğunu bir növ xalqa göstərməyə çalışırlar.

Əlbəttə ki, xalqın gözü tərəzidir və bu millət 30 illik müstəqillik tariximizdə Milli Məclisdə bir kəlmə də olsun danışmayan, onların dərdlərinə çarə tapmayan deputatları çox yaxşı tanıyır. Elə onların övladlarını da…

Parlament seçkiləri ilə bağlı başlatdığı marafonda Milli Məclisin qocaman deputatı sayılan Fəzail Ağamalı və onun qızı Günay Ağamalı barədə araşdırmanı təqdim edirik.

29 illik parlament təcrübəsi olan Ana Vətən Partiyasının sədri 6 çağırış parlamentdə təmsil olunduqdan sonra nədənsə, özünə “dayan” deməyi bacarıb. Lakin maraqlısı budur ki, cənab Ağamalı dayansa da, formal olaraq bundan sonra da deputatlıq fəaliyyətini davam etdirəcək. 77 yaşlı sabiq parlamentari bu dəfə mandatını qızını hədiyyə vermək niyyətinə düşüb. Fəzail bəy parlamentə olan “eşqindən” vaz keçməyərək, bu dəfə qızının deputat eləmək niyyətindədir.

Bundan əlavə, Fəzail Ağamalının ölkədə “boz kardinal” ləqəbi daşıyan Ramiz Mehdiyevlə yanaşı da adı dəfələrlə hallanıb. Hətta onların adlarını bərabər yazdıqda Mehdiyevin vəzifədə olduğu dönəmlərə aid fərqli fikirlərə rast gəlirik. Həmin fikirlərdən bəzilərini isə xatırlatmağa dəyər:

“Ölkədə həyata keçirilməsi gözlənilən dəyişikliklərə qarşı hər hansı müqavimət istisna edilir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin öz geniş məqaləsində də qeyd etdiyi kimi, əqidəsində müəyyən problemlər olan, tutulan yola sədaqət nümayiş etdirə bilməyən, fəaliyyətində yeniliyi ortaya qoymağı bacarmayan, tükənən məmurlar yeni komandada yer ala bilməyəcək. Hesab edirəm ki, Ramiz Mehdiyevin bu məsələyə aidiyyəti yoxdur. Ramiz Mehdiyev heç vaxt istəməz ki, dövlət qurumları və məmurlar arasında bu cür gərgin münasibətlər olsun”,– deyə cənab Ağamalı bir zamanlar söyləyib.

Xülasə, onun siyasi karyerası, deputatlıq dövrü və gilasın qiymət ilə səsləndirdiyi sensassional fikirlərə toxunub oxucularımızı yormaq istəmirik. Necə deyərlər, keçənə güzəşt… Bizim üçün bu gün maraqlı olan şəxs Fəzail müəllimin öz yerini qızına vermək istəməsidir. Bəli, Günay Ağamalı mediada bir o qədər də tanınan şəxs olmayıb. Əsasən, atasının partiyasında vəzifə tutan, arabir saytlarda açıqlamaları ilə çıxış edən Günay xanım bu dəfə atasının “şotuna” kartlarını açıq oynayaraq, Milli Məclisin deputat kreslosunun əzəmətini də dadmaq istəyir.

Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı ixtisasca psixoloqdur. O, eyni zamanda atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir.

Dövri mətbuatda gedən məlumatlara görə, paytaxtın Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12 D ünvanında yerləşən, ümumi sahəsi isə 617,24 kv.m obyekt xanım Ağamalıya aiddir. Yəni deputat olmaq istəyən Günay xanım həm geniş imkanlara, həm atası tərəfindən ciddi maddi-siyasi dəstəyə sahibdir.

Xanım Ağamalını mediada “məşhur” edən hadisə isə rəhbərlik etdiyi bağçada baş verən və ölkədə ajiotaj yaradan hadisələr olub. Bununla bağlı mediada gedən yazını olduğu kimi təqdim edirik:

“Qeyd edək ki, 2021-ci ildə Günay Ağamalı daha bir qalmaqalla gündəmə gəlib. Türkiyə vətəndaşı Abdurrahman Kumaş 7 yaşlı daun sindromlu övladının bağçada xəsarət alması, eyni zamanda vəd edilən dərslərin keçirilmədiyi üçün “Buta” bağçasının müdirəsi Günay Ağamalıdan pulunu istəmiş, razılaşmaya baxmayaraq, pulu qaytarmaq əvəzinə G.Ağamalı polisə müraciət etmişdi.

Həmin qalmaqal zamanı Türkiyə vətəndaşı atası F. Ağamalının mövqeyini də qınamış və bağça müdirini isə özbaşınalığa görə ittiham etmişdi:

“Günay Ağamalı deputat qızı ola bilər. Amma bu ölkənin qanunları var. Biz qanun çərçivəsində hüquqlarımızı qoruyuruq. Heç kimi şantaj etmirik və belə bir niyyətimiz də yoxdur. Ona görə biz də polisə müraciət etmişik, araşdırıb obyektiv qərar veriləcəyinə inanırıq. Bir məqamı da təəssüflə qeyd etmək istəyirəm ki, Fəzail Ağamalı deputat olmasına baxmayaraq, baş verənlərin təfərrüatlarını bilmədən haqsız fikirlər səsləndirib. Günay Ağamalının qalmaqallı əməlləri daha çoxdur. Onları saymaq üçün vaxt lazımdır”.

Elektron mənbə və media resurslarından əldə etdiymiz digər məlumatlara görə, Günay Ağamalı indi “Buta” adlı QHT yaradıb, fəaliyyətini güncəlləşdirib. Ən maraqlısı isə odur ki, xanım Ağamalı dəxli olmadığı halda, Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının üzvdür. Bir soruşan da yoxdur ki, Azərbaycanda fəaliyyət göstərə-göstərə ümumrusiya QHT-sində sənin nə işin var?

Beləliklə, Günay Ağamalının müdirə olaraq çalışdığı və siyasi fəaliyyət göstərdiyi Bakıdan yox, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olmasının səbəbi gün işığı kimi üzə çıxır. Halbuki, Salyan və digər rayon sakinləri onu heç tanımırlar və daha layiqli namizədə səs verəcəklərini bildiriblər.

Qısacası, baş verənlər mandatı öz uşaqlarına şərait yaratmaq üçün istifadə edənlərin zəli kimi millətin dərisindən əl çəkməməsinin təzahürüdür. Onları başa salmaq lazımdır ki, xalqın səsi onların xüsusi mülkiyyəti deyil.
/Yenicag.az/
 
Ardını oxu...
Oliqarx deputatın dərman monopoliyası: "Rəqabət Məcəlləsi" Kamaləddin Qafarovu durdura biləcək?Prezident İlham Əliyev 2006-cı ilin may ayının 23-də Azərbaycan Respublikasının "Onkoloji yardım Haqqında Qanunu"nu imzalayıb.

Prezidentin 18 il əvvəl imzaladığı bu Qanun onkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi və sosial yardımın göstərilməsinin hüquqi əsaslarını müəyyən edir.

Onkoloji yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

"Onkoloji yardım haqqında" Qanuna görə Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində "dövlət büdcəsi vəsaiti hesabına" həyata keçirilməlidir.

Qanunun 4.1-ci maddəsində onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirləri özündə profilaktika, diaqnostika, müalicə və reabilitasiya tədbirlərini nəzərdə tutur...

Bura qədər hər şey gözəldir. Bəs, Azərbaycanda onkoloji vəziyyət, bu xəstəliklərdən əziyyət çəkən ölkə vətəndaşlarının qarşılaşdıqları reallıq və dövlətin bu sahəyə hər il ayırdığı yüz milyonlarla vəsaitin taleyi necədir?

Azərbaycanın səhiyyə sistemində vətəndaşların ən çox şikayət etdiyi onkoloji sahədir. Onkoloji xəstəliklərdən əziyyət çəkən xəstələrin yeganə ümid yeri olan Milli Onkologiya Mərkəzi dövlətin ali instansiyalarına ən çox şikayət olunan qurumlardandır. Hökumət bu sahəyə yuxarıda da qeyd etdiyimiz kimi hər il yüz milyonlarla vəsait ayırmasına baxmayaraq, burada ciddi problemlər qalmaqdadır.

Hökumət çıxış yolu kimi onkoloji sahədə olan problemlərin həllini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil edilməsində görür. Lakin bir neçə ildir ki, Milli Məclisin Səhiyyə komitəsində müzakirə olunan bu məsələ öz həllini tapmır.

Qlobal.az xəbər saytının araşdırma qrupu Milli Onkologiya Mərkəzinə ayrılan vəsaitlər, həmçinin bu sahəyə məsul şəxslərinin fəaliyyəti barədə araşdırma aparıb. Araşdırmalar göstərir ki, onkologiya sahəsində olan problemlərin həll olunmamasının əsas səbəblərindən biri bu sahəyə məsul olan səlahiyyətlilərin şəxsi maraqları, maddi mənafeləridir.

Milli Onkologiya Mərkəzinə dövlətin ayırdığı milyonlara kim nəzarət edir?

Milli Onkologiya Mərkəzi hər il müxtılif lotlar üzrə smetası milyon manatlarla ölçülən satınalmalar həyata keçirir. Xüsusi təyinatlı yüklərin, radioaktiv maddələrin, kimyəvi dərman preparatları, laborator reaktivlər, birdəfəlik qablar, dərman vasitələri və digər tələb olunan maddələrın alınması üçün bir çox şirkətlərin xidmətindən istifadə edilir.

Qlobal.az-ın araşdırması zamanı məlum oldu ki, ölkəyə əsasən onkoloji dərman vasitələri və preparatları gətirən şirkətlərin başında Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov dayanır.

Uzun illərdir Azərbayacana gətirilən dərman vasitələri və preparatlarının monopoliyasının bir hissəsini əlində cəmləşdirə bilən Kəmaləddin Qafarov həm də Milli Məclisin deputatıdır.

K.Qafarov 2015-ci ildən indiyədək Milli Məclisdə qanunların qəbulu ilə məşğuldur.

O, eyni zamanda, Milli Məclisdə Səhiyyə Komitəsinin üzvüdür.

Yəni ölkə əhalisinin sağlamlığı ilə bağlı qərarların ilkin olaraq müzakirə edildiyi bir Komitədə söz sahibidir.

Deputat olduğu 11 il müddətində Kəmaləddin Qafarov Milli Məclisdə xalqın xeyrinə olan bir kəlmə də kəsməyib. Milli Məclisdə Səhiyyə Komitəsinin üzvü olan bu deputatın danışığını on bir ildir nə eşidən olub, nə də görən.

Deputat Milli Məclisdə keçirdiyi 11 ili düymə sıxmaqla yola verib.

Ona görədir ki, sosial şəbəklərdə Kəmaləddin Qafarov monopolist deputat ayaması ilə yanaşı, həm də "düyməsıxan" deputat kimi tanınır.

Daha dəqiq desək, Azərbaycanda onkoloji xəstələrin müalicəsi ilə məşğul olan bir qurumun - Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini eyni zamanda ölkəyə həm dərman preparatlarının idxalı ilə məşğuldur, həm də qanunverici ali orqan olan Milli Məclisdə deputatdır.

Bir neçə il öncə səhiyyə sistemində köklü islahatlara başlayan hökumət xaricdən aldıqları ucuz, keyfiyyətsiz dərmanları bir tikə çörəyə möhtac olan ölkə əhalisinə baha qiymətlərə sırıyan dərman monopolistlərinə qarşı ciddi addımlar atdı.

Lakin hökumətin apardığı bu islahatdan Kəmaləddin Qafarovun şirkətləri kənarda qaldı. Daha dəqiq ifadə etsək deputat "islahat sunami"sinin cəngindən öz şirkətlərini xilas edə bildi. Təbii ki, bu məsələdə Kəmaləddin Qafarovun harayına ilk olaraq deputat kreslosu çatdı.

Nəticədə isə hələ də ümidlərini allaha bağlamış on minlərlə onkoloji xəstə olan həmvətənlərimiz ortalıqda qalıb. Hər an ölümlərini gözləyən, yaşadıqları hər bir günü son gün kimi yaşayan bu insanların ahı-naləsi Milli Onkologiya Mərkəzinin qarşısında, kolidorlarında ərşə çıxır.

Amma çifayda. Bu sahədə dövlətin məsul etdiyi şəxslər - yəni, Kamaləddin Qafarov kimi bütün səlahiyyətlərindən istifadə edərək milyonlar qazanan oliqarxlar ancaq öz mülklərinin sayını, bank hesablarındakı vəsaitlərin məbləğini artırmaqla məşğuldurlar. Bəlkə də, bu yazıdqlarımız hansısa dəyərli oxucumuza qərəzli görünə bilər. Ona görə də qlobal.az saytının araşdırma qrupu Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü, Milli Onkologiya Mərkəzinin direktor müavini Kəmaləddin Qafarova məxsus olan şirkətlərin bir neçəsini təqdim edir...

Deputatın "MMC karvanı"

Deputat Kəmaləddin Qafarovun vikipediyasında onun 2005-ci ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışdığı, 2013-cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkildiyi, 2014-cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edildiyi yazılıb.

Ancaq deputatın bu illər ərzində hansı şirkətdə çalışdığı barədə yazılmır.

Qlobal.az-ın araşdırması zamanı məlum oldu ki, Kəmaləddin Qafarovun bu illər ərzində məşğul oldu şirkət elə onun özünə məxsus olub.

Kəmaləddin Qafarovun 2001-ci ilin yanvar ayında təsis etdiyi "Naturalist" Fərdi Firmasının qanuni təmsilçisi qardaşı Camaləddin Qafarov olub.

Şirkət deputatın yaşadığı Binəqədi rayonu, Mustafa Kamal Atatürk ev 65 A, mənzil 155 ünvanında qeydoyyata alınıb.

2010-cu ildə şirkətə Fərasət İbadov rəhbərlik etməyə başlayıb.

İxtisasca həkim-naturapat olan Fərasət İbadov "Naturalist" Fərdi Firmasına bir müddət rəhbərlik etdikdən sonra yerini yenidən Camaləddin Qafarova verib.

"Naturalist" Fərdi Firması hazırda dərman idxalçısı kimi bazarda yerini qoruyur.

Kəmaləddin Qafarovun digər şirkətləri isə birbaşa öz adına olub.

Sonradan diqqətdə olmamaq üçün deputat bu şirkətləri ailə üzvlərindən birinin adına rəsmiləşdirib.

"Azəri-Med-MNK" Məhdud Məsuliyyətli Cəmiyyəti 2008-ci ilin mart ayında təsis edilib.

Şirkətin o zaman qanuni təmsilçisi Kəmaləddin Qafarov olub. Bu şirkət də Binəqədi rayonu, Mustafa Kamal Atatürk ev 65 A, mənzil 155 ünvanındadır.

Kəmaləddin Qafarov 2014-cü ildə Milli Onkologiya Mərkəzinə baş direktor vəzifəsinə təyin olunanda "Azəri-Med-MNK" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçiliyini ailə üzvlərindən birinin - Qafarova Canilya Rəhim qızının adına rəsmiləşdirib.

Kəmaləddin Qafarov 2008-ci ilin may ayında daha bir şirkət yaradıb. Bu şirkətin adı "Kanon" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

"Kanon" MMC 2014-cü ilin sentyabr ayında Abbasov Səbuhi Füqar oğlunun adına rəsmiləşdirilib.

İdxalçı olan bu şirkətin hazırda nəzarətində yüzlərlə apteki var.

Deputat Kəmaləddin Qafarovun daha bir şirkətinin adı isə "Mega Pharmacy" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Deputat bu şirkəti 2009-cu ildə təsis edib. Bu şirkətin hüquqi ünvanı deputatın bir zamanlar yaşadığı mənzil olub - Binəqədi rayonu, Mustafa Kamal Atatürk ev 65 A, mənzil 155 ünvanı.

Deputat 2014-cü ildə şirkəti Qafarova Canilya Rəhim qızının adına keçirib. Xaricdən ölkəyə dərman vasitələri gətirən şirkətin Bakı və digər iri şəhərlərdə yüzlərlə aptekinin olduğu bildirilir.

Əlbəttə ki, bütün bunlar Milli Onkologiya Mərkəzində, Milli Məclisdə, Səhiyyə Komitəsində kreslo və tribuna əldə etmiş Kəmaləddin Qafarovun uzun illərdir ki, səlahiyyətlərindən istifadə edib genişləndirdiyi biznesinin görünən hissəsi, daha doğrusu öz adına olanlardır.

Deputatın şirkətində çalışan etibarlı adamların, dostlarının, qohumlarının adına rəsmiləşdirdiyi onlarla daşınan və daşınmaz əmlakların olduğu barədə dəfələrlə yazılıb.

Bu barədə növbəti yazımızda geniş yazacağıq...

Qeyd edək ki, cari ilin yanvar ayında Prezident İlham Əliyev Rəqabət Məcəlləsini təsdiq edib.

Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Rəqabət Məcəlləsinin qəbulu bazarlara giriş maneələrini aradan qaldıracağını, mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcəyinə ümidlər yaradır.

Ancaq Kəmaləddin Qafarovun timsalında monopolist deputatların, məmurların Rəqabət Məcəlləsinin fəaliyyətinə nə qədər imkan verəcəkləri artıq zaman məsələsidir...
Oliqarx deputatın dərman monopoliyası: "Rəqabət Məcəlləsi" Kamaləddin Qafarovu durdura biləcək?Oliqarx deputatın dərman monopoliyası: "Rəqabət Məcəlləsi" Kamaləddin Qafarovu durdura biləcək?Oliqarx deputatın dərman monopoliyası: "Rəqabət Məcəlləsi" Kamaləddin Qafarovu durdura biləcək?
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bərdədə yaşayan şəhid ailələri Bərdə şəhər Şəhidlər Xiyabanına aylardır su verilməməsindən narazılıq edir. Bərdə Suvarma İdarəsi isə Şəhidlər Xiyabanının su təminatında problem olmadığını bildirib.

"Şəhidlər Xiyabanı aylardır su ilə təmin edilmir. Sadəcə xiyabanın içində bulaq var. Orada da demək olar su sızaraq gəldiyi üçün xiyabanın içində olan ağac və gülləri sulamaq mümkün deyil. Bərdə Suvarma İdarəsinin rəisi Atamoğlan Babayevin qəbulunda da olmuşuq. O bildirib ki, artiziandan çəkilən su əkin sahələrinə verilir. Şəhidlər Xiyabanında olan bütün ağac və gülləri öz hesabımıza almışıq. İndi bu ağaclar susuzluqluqdan məhv olur. Atamoğlan Babayev dəfələrlə müraciət etməyimizə baxmayaraq bu məsələyə əhəmiyyət vermir. Bununla bağlı ölkə başçısından dəstək istəyirik ki, məsələyə biganə yanaşan Atamoğlan Babayev cəzalandırılsın", - şəhid valideynləri sosial hesablarında yazıb.

Bərdədə dəfn edilən şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə faktı anews.az-a təsdiqləyib və bildirib ki, artıq bu problem bir neçə aydır davam edir.

"Şəhidlər Xiyabanını yaxınlığında yerləşən artizan suyunu kəsiblər. Xiyabandakı gülləri suvarmaq üçün su tapa bilmirik. Bu hal bir neçə aydır davam edir. Məcbur olub müraciət ünvanlamışıq. Şəhid valideynləri bir neçə dəfə Bərdə Suvarma İdarəsinin rəisi Atamoğlan Babayevin qəbulunda olub. Onlara verilən cavab bu olub ki, su əkin sahələrinə verildiyi üçün kəsilib. Biz Xiyabandakı güllləri öz hesabımıza almışıq. İstəyimiz də budur ki, bu məsələ həll olunsun", - Radə Yusifzadə anews.az-a açıqlamasında bildirib.

Məsələ ilə bağlı Bərdə Suvarma İdarəsinin rəisi Atamoğlan Babayev anews.az-a açıqlamasında bildirib ki, Bərdədə yerləşən Şəhidlər Xiyabanında suyun verilməsində heç vaxt problem olmayıb.

"Şəhidlər Xiyabanında hər zaman su olub. Bu gün mütəxəssislər həmin əraziyə əlavə bir boru da çəkəcək. Artizian suyu da fasilə olmadan verilib. Artizian suyunun dayanması mümkün deyil. Orada əlavə quraşdırılmış nasos da var. Bundan başqa Şəhidlər Xiyabanında bulaq da tikilib. Oradan keçən əhali də o sudan istifadə edə bilir. Xiyabanda su ilə bağlı hər hansı problem yoxdur, - Babayev vurğulayıb.

 
 
 
Ardını oxu...
Hamının yaxşı tanıdığı, dələduzluğu, şər-böhtan atmağı və əxlaqsızlığı ilə ad çıxarmış Müqayis Cəmil oğlu Verdiyevin və oğlu Anar Verdiyevin qaranlıq əməlləri ilə bağlı redaksiyamıza faktlar daxil olub. Özünü iş adamı adlandıran Verdiyevin keçmişinə nəzər salanda oxucularımız bu şəxsin əsl kimliyini bilmiş olur. Dəfələrlə dələduzluq, rüşvət alma, şahtaj və böhtan atma, küllü miqdarda mənimsəmə və bu kimi ağır cinayətlərdə günahlandırılaraq həbs olunmuş Müqayisin qısa keçmişi aşadakı kimidir:
Müqayis Cəmil oğlu Verdiyev Bakı Şəhər Məhkəməsinin 24 yanvar 2000-ci il tarixli hökmü əsasında həmin dövr üçün qüvvədə olan AR CM-nin 93-8-ci maddəsinin 4-cü bəndi, 170-ci maddənin 3-cü bəndi, 148, 172 və 38-ci maddələri ilə 4 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəməsinin 30 dekabr 2002-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.2, 178.2.3, 178.3.2, 256.3, 311.2, 66.3-cü maddələri ilə 08 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 4 fevral 2015-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.2, 179.3.2, 211.1, 66.3 və 67-ci maddələri ilə 09 il 14 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Gəncə Apellyasiya Məhkəməsinin 17.02.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilib AR CM-nin 179.3.2, 178.3.2, 66.3 və 67-ci maddələri ilə 5 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.2, 62, 46.2, 222.2, 66.3, 66.4, 66.5-ci maddələri ilə 4 il müddətində azadlıqdan məhrum etmə və 2 il 6 ay müddətində dövlət orqanları və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmişdir
Müqayis Verdiyev – Dəfələrlə ağır cinayətlər törətməkdə, dövlət vəsaitini mənimsəməkdə ittiham olunmuş, külli-miqdarda dələduzluq faktlarına görə həbs olunub. İllərlə dustaq həyatı yaşayan dələduz iş adamı həbsxanalarda belə öz çirkin əməllərindən geri qalmayıb. Orda da dustaqları aldadan və qalmaqallar yaradan Müqayis Verdiyev dəfələrlə təhqir olunaraq döyülüb. Abır, həya məvhumlarından uzaq olan bu şəxsin qısa keçmişinə nəzər salanda məlum olur ki, Verdiyev Göranboyda dələduzluq etdiyinə, ixtişaşlar yaratdığına, İmişlidə, Yevlaxda eyni əməlləri təkrarladığına görə müxtəlif zamanlarda həbs olunaraq cəzalandırılıb. Onun qanunsuz fəaliyyətinin son ünvanı Sumqayıt şəhəri hesab olunur və o şəhər bulvarının tikintisi zamanı yüzlərlə insanın pullarını mənimsəmiş və dövlətdən ayrılmış vəsaitləri şəxsi büdcəsinə köçürmüşdür. Bu əməlinə görə bir neçə il öncə həbs olunan Müqayis Verdiyev hazırda ən çirkin vasitələrə əl ataraq insanları şərləməkdədir. Yuzlərlə insana olan borcunu qaytarmayan, hər gün evinin qarşısında söyülən və təhqir olunan, borc sahiblərini ailə üzvləri adı ilə hədələyən, qızlarının gözü qarşısında demək olar ki, hər gün aşağılanan bu məxluqun yenidən dələduzluq edərək tanış olduğu adamları aldatması dəhşətli mənzərəni göz önündə canlandırır. Nə qədər qəribə olsada özü və oğlu Anar Verdiyev 400 min manatlıq avtomobildə gəzir, amma...

Mövzuya qayıdacağıq.

BakuNews.az
 
Ardını oxu...
Parlament seçkiləri ərəfəsində istər yeni namizədlər, istərsə də uzun illər Milli Məclisdə papağını günə yandıran deputatlarla bağlı silsilə məqalələr yazmışıq.

Builki seçkilərdə də ortaya çıxıb vədlər verən, mandat almaq uğrunda əlindən gələni əsirgəməyən bəzi namizədləri də radarımızdan keçirib, onları törətdikləri əməllər ilə baş-başa qoymuşuq.

Yenicag.az-ın qalmaqallı deputatlarla bağlı başlatdığı rubrikada istər hakim YAP, istər müxalifət düşərgəsi, istərsə də parlamentə bitərəfliyi ilə girib elə öz dairəsinin problemlərinə qarşı da bitərəf olan deputatları daim hədəfə götürmüşük.

Mərkəzi Seçki Komissiyasının qeydə alınmış namizədlərlə bağlı siyahısına nəzər yetirərkən gözümüz 110 saylı Balakən seçki dairəsindən hakim YAP-ın sıralarından deputatlığa namizəd olan Nəsib Məhəməliyevə sataşdı. O Nəsib Məhəməliyev ki 2000-2006-cı illərdə Balakən rayonunun, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləyib. Bundan sonra isə o, Milli Məclisin V və VI çağırış deputatı olub.

N. Məhəməliyevlə bağlı isə apardığımız araşdırmanın nəticəsi isə heç də ürəkaçan olmayıb.

Onun deputatlıq fəaliyyətindən öncə isə gəlin 6 il rəhbərlik etdiyi Balakəndə necə yadda qaldığını öyrənək. Mediada onun fəaliyyəti, daha dəqiq desək, fəaliyyətsizliyi ilə bağlı gedən yazını olduğu kimi təqdim edirik:

“Cənab Məhəməliyevin Balakən rayonunda demək olar ki, heç bir nüfuz və dəstəyi yoxdur. Hazırda onun ətrafında rayonda imkanlı, nüfuzlu şəxslərdən demək olar ki, heç biri yoxdur. Rayon ziyalılarının fikrincə, müəyyən adamlar var ki, rayonda olduqca kasıb vəziyyətdə yaşayırlar. Həmin adamlar Nəsib Məhəməliyevdən pul qopartmaq naminə 2015-ci ildə onun ətrafına toplaşıb və seçkidə ona dəstək olacaqları vədini veriblər. Ancaq bu, baş tutan deyil. Əvvəla, ona görə ki, Nəsib Məhəməliyev uzun müddət Balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Bu adam bir nəfər kasıb, imkansız adama əl tutmayıb. Bu şəxsin işi-peşəsi pul, mal-mülk toplamaq olub. Bir sözlə desək, ev tikən yox, ev yıxan olub. Vaxtı ilə onun qəbuluna gələnləri icra hakimiyyətindəki polislərə, ətrafında olan şillə vuranlara döydürürdü. İnsanlara yuxarıdan aşağı baxırdı.

Nəsib Məhəməliyevin dövründə rüşvət, məmur özbaşınalığı heç vaxt olmadığı qədər yüksəklərə qaldırıldı. Həmin dövrlər niyə fikirləşmədi ki, bu günün sabahı da var? Axı bu illər ərzində Balakənə, balakənlilərə Nəsib Məhəməliyev nə verdi ki, indi də gəlib onlardan deputat olmaq üçün səs istəyir? Əgər Nəsib Məhəməliyev balakənlilərin başına açdığı oyunları unudubsa, biz bunu unutmamışıq. Rayon səhiyyəsini, təhsilini məhv etdi. Rüşvət hesabına nə qədər ki, savadsız adamlar var idi, hamısını yığıb vəzifələrə doldurdu. Onun səpdiyi toxumlar Balakəni hələ də ağrıdır. Hesab edirik ki, həm sadə balakənlilər, həm də rayon ziyalıları Nəsib Məhəməliyevi yaxşı xarakterizə etmir və onun Balakən rayonundan millət vəkili seçilməyinə də səs verməyəcəyik. Əgər o rüsvay olmaq istəmirsə, bu inadından əl çəkməlidir. Nə istəyir? Uzun illər həm Balakəni, həm də Nəsimi rayonunu çapıb talayıb. Yığdıqları indən belə yeddi nəslinə də yetər. Ümumiyyətlə, Nəsib Məhəməliyevin Balakən və balakənlilərin adından danışmağa heç bir haqqı çatmır”.
Namizədin əməlləri bununla da yekunlaşmır. Maraqlısı budur ki, cənab Məhəməliyev Nəsimi rayon icra hakimiyyətinin başçısı olduğu dönəmdə də maraqlı “fəaliyyət”i ilə ad çıxarmışdı.

Mediada bu barədə gedən digər yazını təqdim edirik:

“Məlumatlardan biri budur ki, o, Nəsimi rayon İH-nin başçısı kimi rayon ərazisində, 4-cü mikrorayon, Mircəlal Paşayev küçəsində 5 mərtəbəli binaların həyətində uşaq bağçası kompleksi inşa etdirib. Qeyd olunur ki, Mircəlal Paşayevin adını daşıyan küçədə 2 mərtəbəli, təqribən, 200 uşaq yerli olan bağça kompleksini icra başçısı vəzifəsindən uzaqlaşdırıldıqdan sonra təhvil verdirmir.

Məlumatda deyilir ki, cənab Məhəməliyev bu bağçanı həyat yoldaşının adına özəlləşdirib və bağçanın fəaliyyətinə icazə verilmədiyinə görə, qapısına qıfıl vurduraraq, ağzı bağlı saxlatdırır. Cənab Məhəməliyev görünür dövlət hesabına inşa etdirdiyi bu əmlakı hələ çox ağzı bağlı saxlayacaq”.

Xülasə, Nəsib müəllim və onun fəaliyyəti ilə bağlı bir çox faktlar dövri mətbuatda yayılsa da, biz oxucularımızı bununla yormaq istəmirik. Qısacası, sözümüzün canı odur ki, 15 illik icra başçısı, 9 illik isə deputatlıq dönəmində cənab Məhəməliyev Balakən və paytaxtın Nəsimi rayonlarına hansı müsbət işi ilə yadda qalıb ki, bu gün 3-cü dəfə böyük ehtirasla mandat əldə etmək uğrunda parlamentə düşmək istəyir? Balakəndə daş üstünə daş qoymayan, Arif Əsgərov kimi Nəsimi rayonunda öz mal-mülklərini artırmağa çalışan Nəsib müəllim hansı haqla bu gün parlamentə düşmək istəyir? Ümumiyyətlə, qalmaqallı keçmişi olan belə bir şəxs axı seçicilərin nəyinə lazımdır? Qəribədir…

Mövzunu davam etdirəcəyik…
 
 
 
Ardını oxu...
Azərbaycanda Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər artıq özünün həlledici fazasına daxil olub. Seçkilər çərçivəsində avqustun 9-da start götürən təşviqat mərhələsinin başlaması ilə deputatlığa iddialı olan namizədlər seçici rəğbəti uğrunda mübarizəyə girişiblər.

Azərbaycanda seçkilərin spesifikiliyinə dair hələ ki dəyişməz stereotiplərin qalmasına baxmayaraq, namizədlər “meydanda yeriyə-yeriyə qalib gəlməyin” mümkün olmadığının fərqindədirlər.

O baxımdan, millət vəkilliyi uğrunda rəqabətə baş vuranların əksəriyyəti ayrı-ayrılıqda özlərinin ən layiqli namizəd olduqlarına seçiciləri inandırmaq üçün az qala bütün vasitələrə əl atırlar.

Hər halda, təşviqat kampaniyasının hələ tam “relsə düşmədiyini” nəzərə alsaq, qarşıdakı həftələrdə maraqlı və gərgin mübarizənin şahidi olacağımız gözlənilir.

1 sentyabr seçkilərində mandatını qorumağa çalışan VI çağırş deputatların və millət vəkili statusunu ilk dəfə qazanmaq arzusunu gerçəkləşdirmək istəyənlərin bu mübarizəyə nə qədər hazırlıqlı olduqlarını isə yekun nəticələrgöstərəcək.

Bununla belə, səsvermənin nəticələrinin konkretləməsinin yaxın həftələrin söhbəti olduğunu vurğulayaraq qeyd edə bilərik ki, bir sıra iddialılar üçün sonucların artıq indidən müəyyənləşdiyini söyləməyə əsas yaradan ciddi səbəblər mövcuddur.

Həmin namizədlər arasında Milli Məclisin sonuncu tərkibinə daxil olmuş şəxslərin üstünlük təşkil etməsi isə onların 2020-ci il fevral seçkilərindən necə “qalib” çıxmaları və millət vəkili kimi fəaliyyətlərinin nə dərəcədə “effektli” olması ilə şərtlənir.

Çünki heç kəsə sirr deyil ki, ötən seçkilərdə namizəd olduqları dairələrdə seçicilərə “qızıl dağlar” vəd edən bir çox deputatlar mandat qazandıqdan sonra nə təmsilçisi olduqları seçicilər, nə də dövlət üçün faydalı işləri ilə seçildilər. Odur ki, nəzərdə tutulan keçmiş deputatların Milli Məclisdə yenidən təmsilçilik hüququ əldə etmələri yetərincə problemli görünür.

Onların sırasına ötəri nəzər yetirdikdə, fəaliyyətsizlik kriteriyası uyğun gələn sabiq parlamentarilərdən birinin 2020-ci il seçkilərinə 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputat olmuş Məzahir Əfəndiyev olduğunu görərik.

Əminliklə söyləmək mümkündür ki, bu ad nəinki ölkənin ictimai-siyasi həyatını yaxından izləyənlərə, heç Göyçay və Ağdaş seçicilərinə də heç nə demir. Axı tanınmaq üçün iş görmək, seçicilərin problemləri ilə maraqlanmaq, onların həlli istiqamətində çalışmaq lazımdır. Ortada faydalı bir yoxdursa, onu kim və necə tanısın?

Ümumiyyətlə, Məzahir Əfəndiyevin adı ilk dəfə geniş publikaya onun özünü saldığı çox komik bir situasiyada məlum oldu. O, parlamentdə fəaliyyətə başlamağından təqribən üç il keçdikdən sonra birinci dəfə çıxış etmək üçün elektron növbəyə yazılsa da, səriştəsizliyi üzündən bu imkanı itirmişdi. Bəhs olunan olayla əlaqədar spiker Sahibə Qafarova ilə Əfəndiyev arasında olmuş komik dialoq sosial şəbəkələrdə hələ də izlənməkdədir.

Bu da sözügedən keçmiş deputatın qeyri-adi sərgüzəştlərinin hamısı deyil. 2024-cü ilin yanvarında Məzahir Əfəndiyevin adı daha bir qalmaqalda hallandı və bu olay mediada, həmçinin sosial şəbəkələrdə geniş işıqlandırıldı.

Belə məlum oldu ki, Əfəndiyev yol hərəkəti qaydalarını pozduğu üçün yazılmış cəriməni ödəmədiyinə görə məhkəməyə verilib. Əlbəttə, qanunlara riayət etməkdə digər vətəndaşlara nümunə olası deputatın adının belə bir arzuedilməz məsələdə hallanması Milli Məclisin də reputasiyasına ciddi zərbə idi.

Lakin göründüyü qədər, bu qeyd olunan “ÇP”lər Məzahir Əfəndiyev üçün “sıradan olay”lar silsiləsinə aiddir. Əks halda, o yenidən eyni dairədən (Göyçay-Ağdaş seçki dairəsi yeni sıralamada 92 saylıdır) namizədliyini irəli sürməzdi.

Ancaq Əfəndiyevin 2020-ci ildə Milli Məclisə düşməsinə təkan vermiş amillərin bu dəfə “aktiv” olmadığı bildirilir. Mediada dərc edilmiş çoxsaylı materiallara əsasən, onun 2020-ci il seçkilərində mandat qazanması Azərbaycan cəmiyyətində “boz kardinal” kimi tanınan, yüksək vəzifədən azad edildikdən sonra da təsir imkanlarını müəyyən mənada qoruyub saxlamağı bacaran Ramiz Mehdiyevin dəstəyi sayəsində baş tutub. Mətbuatda yazılanlara görə, bu işdə Əfəndiyevlə qohumluq əlaqələrinə malik olan mərhum professor Seyfəddin Qəndilovun ailəsinin Mehdiyevlə yaxınlığı həlledici rol oynayıb.

Hər kəsə aydındır ki, indi vəziyyət kökündən dəyişib və “boz kardinal”ın erası çoxdan başa çatıb. Bu isə Əfəndiyevin öz əsas hamisindən məhrum olması, təkrar parlamentə düşmək şansını bəlkə də tamamilə itirməsi anlamına gəlir. Maraqlıdır, 4 il ərzində səsi çıxmayan, seçicləri üçün faydalı olmayan sabiq deputat bu dəfə kimə, yaxud nəyə güvənir?

www.yenicag.az
 
Ardını oxu...
"Gold Residence" adlı MTK şirkəti Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsindəki qəzalı vəziyyətdə olan beşmərtəbəli binanı söküb, ərazini almaq istəyir. Ancaq bina sakinləri buna etiraz edirlər.
Problemlə əlaqədar yerli sakinlər redaksiyamıza müraciət ediblər. Onların dediyinə görə, bu evlərin qarşılığında şirkət onlara 15 min manat pul təklif edir, ya da 14-15 kv. metrlik evlər verir. Həmin evlər də şəhərdən kənarda yerləşən Bakı kəndlərindədir. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunsa da, "baxılacaq" deyilib, amma hələ də baxılmayıb. Vətəndaşların qazını, suyunu və işığını kəsiblər, axşamlar da gəlib evdən çıxmaları üçün hədə-qorxu gəlirlər. Bina 30 ilə yaxındır qəzalı vəziyyətdədir, bu barədə həmin illər ərzində FHN-dən heç bir sənəd verilməyib:

"...Amma şirkət əraziyə yerləşib, köhnə binaların ortasında bir otel tikəndən sonra gözü bu binalara düşüb və FHN-dən onların qəzalı vəziyyətdə olması ilə bağlı "tezbazar" sənəd ala bilib. İndi həmin sənədi əsas gətirərək, bizdən bu binanı təcili tərk etməyimizi tələb edirlər. Kişilərimizlə, cavan oğlanlarla burda dava-qırğına, şillə-təpiyə çıxırlar, zor tətbiq edirlər, gecənin bir vaxtı gəlib, hədələyirlər ki, "səhər evi boşaldın!". Bizə 14-15 kv. metrlik evlər təklif edirlər, halbuki, pilot layihələrdə 56 kv. metrdən aşağı ev yoxdur. Suyumuzu, qazımızı, işığımızı kəsirlər. Bu binada ikili vətəndaşlığı olan sakinlər də yaşayır. Onlara deyirlər ki, "Azərbaycandan imtina et, get, Rusiya səni qəbul etsin". Bu şirkətin rəhbəri adını "Hacı" qoyub. Biz bilmirik, hacılıq bunun baş daşındadır, yoxsa əməlində? Əgər burdan köçürüksə, 45 kv. metr bizim haqqımızdır. Burdakılar 128-ci və 130-cu küçələrdəki binanın sakinləridir. Toplasan, burda 50 nəfər var. Zəhmət çəksinlər, haqqımızı versinlər",- deyə, məhəllə sakinləri şirkət nümayəndələrinin davranışından şikayət ediblər.

Məsələ ilə əlaqədar "Gold Residence"in (Digər adı ilə "İmişli MTK") rəsmi nümayəndəsi ilə əlaqə saxlsaq da, şirkətin mövqeyi ilə bağlı redaksiyamıza açıqlama verməkdən imtina etdi. "Vüsal müəllim" adlanan şəxs bizi şirkətin ofisinə dəvət edib, məsələ ilə əlaqədar "təklikdə özəl" söhbət etməyi təklif etdi. Bu təklifin qanundankənar olduğunu bildirsək də, "sizi belə adi zənglə tanıya bilmərəm, gəlin, ofisdə söhbət edək" deyib, açıqlama verməkdən imtina etdi. Şirkətin rəhbəri olduğunu iddia edən Vüsal müəllimə məhəllə sakinlərindən bir neçə nəfərlə şirkətə gəlib, məsələni müzakirə etməyi təklif etsək də, yenə də müsbət cavab ala bilmədik.

Bina sakinlərinin müraciəti üzrə ərazidən çəkdiyimiz görüntüləri təqdim edirik. Qarşı tərəfin mətbuat etikasına zidd təklifləri istisna olmaqla, məsələ ilə əlaqədar verəcəkləri açıqlamanı dərc etməyə hazırıq.

Problemlə bağlı hüquq-mühafizə orqanlarının hərəkətsizliyi barədə də araşdırma aparmaq üçün müvafiq qurumlara sorğu verəcək və nəticəsi barədə oxucularımızı məlumatlandıracağıq.

Mətin Şükürlü, Bizimyol.info
 

Ardını oxu...
Xızı rayonunun Sitalçay kənd sakinləri susuzluqdan şikayətçidirlər.

AFN.az xəbər verir ki, sakinlər artıq 4 ildir yay aylarında kəndə gələn içməli suyun tamamilə kəsildiyini deyirlər: "Rayon icra icra hakimiyyətinin başçısı Xəzər Aslanov kənddə suyun olmaması ilə bağlı bizim şikyətimizi dinləmək belə istəmir. Biz onunla görüşdə dedik ki, eşitmişik bizim kəndə su kanalı çəkiləsidir, niyə reallaşmır bu layihə? Dedi onu kim deyib?!"

Sakinlər bildirirlər ki, kəndin yaxınlığından 3 su xətti keçir: "2 Şollar suyu, bir kanal xətti keçir. Heç olmasa bizə kanal suyundan versinlər. Qonşu kəndlərin hamısında Şollar suyu da var, kanal suyu da. Bir dənə bizim kəndimizdə yoxdur. Yeni Yaşma, Şorabad, Türkoba, Məşədihəsən neçə kilometrlərlə burdan aralıdır, Giləzi qonşu kənddir, hamısına kanal suyu da gedir, Şollar suyu da. Bizə də deyirlər pul yığın verin, sizə də gəlsin. Dia-az.İnfo Xəzər Aslanov neçə hektar ərazidə zeytunluq salıb, oranı sulamağa su verirlər, biz kəndçilərə su verilmir. Borular da alınıb, amma imkan vermir çəkməyə. İmkan versinlər, özümüzə gün ağlayaq. Üzümüzü kimə tutaq bunun üçün? Bizim ağaclarımız quruyur, yaşıllıqlarımız məhv olur. İndi XXI əsrdir, eşşəklə su gətirmək olar?"

Sitalçay ərazisindən Samur-Taxtakörpü-Abşeron su kanalı, 1914-cü ildə və 1967-ci ildə çəkilmiş iki Şollar su xətti keçir. Kəndə ayrılan xətt 1967-ci ildə çəkilən xətdən qaynaqlanır. Yay aylarında həmin xətdə su azaldığı üçün problem yaranır. Bir neçə il əvvəl çəkilmiş Samur-Taxtakörpü-Abşeron su kanalından Sitalçay üçün ayrılmış xətdən kənd sakinləri, bələdiyyə və digər təşkilatlar vasitəsilə alınmış plastik borular vasitəsilə kəndə su çəkilməsinə isə Xızının icra başçısı Xəzər Aslanov icazə vermir. Hər halda, sakinlər belə deyirlər.

Şikayətçilərin sözlərinə görə, 2 il əvvəl Xəzər Aslanov kənddə olanda söz verib ki, özü də kömək edəcək suyun çəkilməsinə. Lakin nə hikmətdirsə, sakinlər öz hesablarına borular alsalar da, çəkilişə icazə verilmir: "Kəndin yolunu çəkdirəndə də icazə vermirdilər. Şirkət 100 min pul ayırmışdı, prezident gəlməli idi kəndə, icra başçısı deyirdi ki, pulu mənə verin".

Qeyd edilənlərlə bağlı Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun mövqeyini almaq istədik. İcra başçısının İH-in rəsmi saytında göstərilən telefon nömrəsinə cavab verən şəxs 5 dəqiqə sonra zəng etməyimizi istədi. 5 dəqiqədən sonra etdiyimiz zənglərə isə cavab verilmədi. Hər bir halda X.Aslanovun mövqeyini verməyə hazırıq.


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 67 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizədliyii növbəti dəfə irəli sürülmüş Əhliman Əmiraslanovun mülkləri sosial şəbəklərdə yenidən gündəm olub

Yerli.media ölkə mediasında gedən məlumatlara əsaslanaraq qeyd edir ki, Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, deputatlığa namizəd Əhliman Əmiraslanovun övladlarının biznesi əsasən Türkiyə və Rusiyanı əhatə edir.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazılanlara görə..

Onun sözlərinə görə, Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanovun və qardaşı Azər Əmiraslanovun biznes şəbəkəsinə çoxsaylı tikinti şirkətləri, ticarət mərkəzləri, restoran və kafelər daxildir:
Ardını oxu...
“1. İÇ MİMARLIK İNŞAAT PROJE TAAHHÜT TASARIM UYGULAMA TİCARET LİMİTED ŞİRKETİ 2015-ci il aprelin 17-də İstanbul, BEŞİKTAŞ, LEVENT MAH.ÜLGEN SK.47 ünvanında 50 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Qeydiyyat nömrəsi 971304-0-dır. Təsisçiləri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov və Türkiyə vətəndaşı Alev Kaygazdır. Alev Kaygaz Türkiyədəki biznesi idarə etməkdən əlavə London və Dubayda da tez-tez görünür. Deputatın oğlu ilə şərikliyə qədər o, 2K TASARIM VE İÇ MİMARLIK İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ-nin sahibəsi olub.
Ardını oxu...
Şirkət inşaat və daşınmaz əmlak sektorunda fəaliyyət göstərir, o cümlədən yaşayış binalarının tikintisi ilə məşğul olur.

2. Azər Əmiraslanovun Türkiyədə təsis etdiyi digər şirkət ENERJİM E TİCARET BİLİŞİM VE YAZILIM HİZMETLERİ LİMİTED ŞİRKETİdir. 250 min lirə nizamnamə kapitalı olan şirkətin qeydiyyat nömrəsi 801011-0, hüquqi ünvanı SARIYER, MASLAK MAH.AKASYA SOK.ECLİPSE MASLAK SİTESİ F BLOK NO:5 F/4-dür. Bu ünvan İstanbjlda deputatın oğluna məxsus AĞLANÇ RESTAURANT-ın yerləşdiyi ünvandır.elə şirkətin də kvalifikasiya sahəsinə restoran və içki məkanları, ərzaq və içki idxalı, ixracı daxildir. Azər Əmiraslanovun bu şirkətdəki şərikləri Elmir Cəbrayılov və Türkiyə vətəndaşı Emir Turacıkdır.

3. İstanbulda Əmiraslanovlara məxsus qeydiyyatdan keçmiş daha bir şirkət isə AZER GAYRİMENKUL MEDİKAL İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİdir. Bu şirkətin təsisçiləri qismində Azər Əmiraslanovdan başqa, Əhliman Əmiraslanovun digər oğlu, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov da iştirak edir.
Ardını oxu...
Şirkətin qeydiyyat nömrəsi 704740-0, hüquqi ünvanı İstanbul, BEŞİKTAŞ, LEVENT MAH.ÜLGEN SK.47-dir. Əvvəldə qeyd etdiyim kimi Azər Əmiraslanovun Alev Kaygazla ortaq qurduğu şirkət də bu ünvanda fəaliyyət göstərir.

Şirkət əsasən tibbi təyinatlı olmaqla, daşınmaz əmlak sektorunda fəaliyyət göstərir.

4. Deputatın oğlu Rusiyada da indiyədək 5 şirkət qeydiyyatdan keçirib, onlardan yalnız biri fəaliyyətini dayandırıb.
Ardını oxu...
“NOVİNKİ” MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “НОВИНКИ”) hələ Əliman Əmiraslanovun Tibb Universitetinin rektoru olduğu dönəmdə – 1996-cı ilin avqustunda Azər Əmiraslanov və şərikləri tərəfindən 8 milyon rubl nizamnamə kapitalı ilə təsis edilib (qeydiyyat nömrəsi 77160019227716). Hüquqi ünvanı Moskva, Novinki küçəsi 12 A-dır. Şirkətin adı elə bu küçənin adından götürülüb. Kolomenskoe metrosu yaxınlığındakı ünvanda şirkətə məxsus olan və hazırda “PRIMAVERA” şadlıq evi kimi fəaliyyətdə olan obyekt yerləşir.
Ardını oxu...
Şirkətin təsisçilərindən biri – Nəsimi Allahverdiyev Azərbaycan Dövlət Aqrar Universitetinin yoluxmayan xəstəliklər kafedrasının mərhum professoru, şair Rübail Allahverdiyevin oğludur. Rübail Allahverdiyev Əhliman Əmiraslanovla uzun illərin dostu olub.
Ardını oxu...
Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətin 2018-ci il maliyyə hesabatına görə gəlirləri 4 844 000 rubl təşkil edib.

5. Azər Əmiraslanov həmin tarixdə Nəsimi Allahverdiyevlə birgə Moskvada “Super-Kosna” MMC-ni də (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “СУПЕР-КОСНА”) qeydiyyatdan keçiriblər. 1 milyon 650 min rubl nizamnamə kapitalı olan daşınmaz əmlak şirkəti Rusiya paytaxtının Novinki küçəsi 12B ünvanında təsis olunub. Sözügedən ünvanda şirkətə məxsus “PRONTO” Ticarət mərkəzi və restoran fəaliyyət göstərir.
Ardını oxu...
2017-ci il maliyyə hesabatına görə şirləyin gəlirləri 8 milyon 251 min rubl təşkil edib.

6. “DİVİDEND” MMC (ООО “ДИВИДЕНД”) 2010-cu ilin mayında 10 000 rubl nizamnamə kapitalı ilə təsis olunub. Şirkətin 49 faiz hissələri Azər Əmiraslanova, qalan 51 faizi isə Nəsimi Allahverdiyevin və qardaşının adına rəsmiləşdirilib, 2017-ci il maliyyə hesabatına əsasən gəlirləri 39 milyon 784 min rubl (o zamankı valyuta kursu ilə 610 min dollar) təşkil edib.
Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkət Moskvada, Privolnaya küçəsi 63-də hüquqi qeydiyyatdadır. Bu ünvanda yerləşən və şərq mətbəxi təqdim edən ikimərtəbəli “Lepyoşka” kafesi “Dividend” MMC üzərindən idarə olunur.

7. Azəf Əmiraslanov “Bereq” MMC-ni (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “БЕРЕГ”) nizamnamə kapitalı 10 min rubl olmaqla 2014-cü ilin sentyabrında Fail Qurbanov adlı işadamı ilə birgə qeydiyyatdan keçirib.
Ardını oxu...
Şkulyova küçəsi 2a/1 ünvanında hüquqi qeydiyyatda olan şirkət restoran biznesi sahəsində fəaliyyət göstərir. Əhliman Əmiraslanovun oğlu və onun şəriki bu şirkət üzərindən həmin ünvanda “AnderSon” restoranına sahibdirlər. Şirkət hissələrinin 65 faizi Fail Qurbanova 35 faizi isə deputatın oğluna məxsusdur.
Ardını oxu...
8. Azər Əmiraslanovun Moskvada şərik olduğu daha bir şirkət – “PSK” MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “ПЕРВАЯ СТРОИТЕЛЬНАЯ КОРПОРАЦИЯ”)
Ardını oxu...
2003-cü ilin dekabrında qeydiyyatdan keçib. Tikinti sektorunda fəaliyyət göstərmiş şirkət 2013-cü ilin iyulunda ləğv edilib.
Ardını oxu...
Mətbuatda yer alan məlumatlara görə Azər Əmiraslanov yaxın adamı və köməkçisi kimi tanınan Vüqar Cavadovun adına rəsmiləşdirilmiş “Azər-Türk” klinikasına və başqa bir neçə klinikalara, apteklərə, restoranlara və mağazalara da sahibdir”.
Ardını oxu...
Həmçinin ökə mediasında gedən iddialara görə, Əhliman Əmiraslanovun oğlunu Türkiyədə qaçırıblarmış. Sözügedən mövzu ilə bağlı 03-10-2022-ci ildə ölkə mediasında çoxsayda materiallar dərc edilib.

Həmin məlumatlarda birini diqqətinizə çatdırırıq:

Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.

Danışıqların nəticəsi olaraq oliqarx deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

Deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmasının üzvləri olublar.

Qeyd edək ki, oliqarx deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.

****

***

Bakupost.az saytı isə oğurlanan şəxsin Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov olduğunu yazıb.

Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığı bildirilib.

****

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azər Əmiraslanov İstanbulda oğurlanıb. Bildirilir ki, A. Əmiraslanov bir müddət əvvəl Türkiyədə yaşayan kriminal aləmin üzvləri ilə problem yaşayıb. O, kriminal dairələrdən Türkiyənin hüquq-mühafizə orqanlarına şikayət edib və onların saxlanılmasına nail olub.

*****

Əhliman Əmiraslanov haqqında qalmaqallar bununla bitmir. 13/03/2020-ci il tarixində gedən məlumata görə, Əhliman Əmiraslanovun qardaşı oğlu da ölkədə “hoqqa” verib.
Ardını oxu...
vətəndaş Tamella Fərzəliyeva bildirir ki, Emil Vaqif oğlu Əmiraslanov ondan dəyəri 115.250 (Bir yüz on beş min iki yüz əlli) manat civarında qızıl-zinət əşyaları götürüb və qaytarmayıb.

Şikayətçinin sözlərinə görə, Emil Əmiraslanov həmin vəsaitin 30000 (otuz min) manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək iş görəcəyini vəd edib, hansı ki, yerinə yetirməyib. Qalan böyük hissəsini isə borc kimi alaraq hər ay hissə-hissə, hər dəfə 10000 (on min) manat qaytaracağını söz verib. İlk aylar 1000 (bir min), 2000 (iki min), 3000 (üç min) manat qaytarsa da, sonradan gizlənərək öhdəlikdən yayınıb, telefon zənglərinə də cavab verməyib.

Vətəndaş T.Fərzəliyeva əlacsız qalaraq Emilin böyüklərini axtarıb. Atası – Bakı Humanitar Kollecinin direktoru Vaqif Əmiraslanovla və anası ilə əlaqə saxlayıb. İlk əvvəl Emilin valideynləri işi qaydasına qoyacaqları barədə ümidverici sözlər desələr də, sonradan onlar da oğullarının borcunu ödəməkdən və yü ödətdirməkdən yayınıblar. Belə olan halda borc yiyəsi məcbur olub Əhliman Əmiraslanovun qəbuluna düşüb və akademikin diqqətinə çatdırıb ki, Emil ona iş düzəldəcəyini vəd edərkən, məhz nüfuzlu əmisinin adından istifadə edib. Hərçənd, alim əmi də qardaşoğlunun əməllərinə cavabdeh olmaqdan boyun qaçırıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti