Dekabrın 14-də Avrasiya Hospitalda ölümlə nəticələnən hadisə baş verib. Kürdəmirdə doğulan, Bakı şəhəri, Xətai rayonunda yaşayan Məmmədov Arif Əlisəfa oğlu həkim səhlənkarlğından dünyasını dəyişib. Bu haqda Yenixeber.org-a mərhumun qardaşı Mais Məmmədov məlumat verib. O, qardaşının aldadılaraq Hospitala dəvət edildiyini və heç bir hazırlıq işləri görülmədən damarına stend qoyulması üçün aparılan əməliyyat zamanı dünyasını dəyişdiyini deyib. Zərərçəkən tərəf olaraq Hospitalı ittiham edən Mais Məmmədov onu da israrala qeyd edir ki, qardaşı dünyasını dəyişdikdən sonra onun ölümünü yaxınlarına bildirməməklə daha dəhşətli cinayətə imza atıblar. Belə ki, mərhumun sağ olduğunu, əməliyyat sonu reanimasiyaya yerləşdirildiyini və oksigen aparatına qoşulduğunu deyib və cinayətin baş verdiyi anı uzadaraq ölümün əməliyyatdan deyil, müxtəlif fəsadlardan olduğunu bildirmək istəyiblər. Lakin bunu sona qədər edə bilməyiblər, Mərhumun yaxınlarının tələb və təzyiqindən sonra nəhayət ölüm faktını etiraf ediblər. Mərhum Arif Məmmədov hadisədən 14 gün əvvəl, Noyabrın 30-da adıçəkilən Hospitalda əməliyyat olunub və onun 2 damarına stend yerləşdirilib. Ümumilikdə 4 ədəd stend qoyulacaqmış. Əməliyyatı edən cərrah Elnur Əlizadə deyib ki, 14 gündən sonra Bakıda olacaq və daha iki damara stend qoyulacaq. Xatırladaq ki, o Türkiyə Cümhuriyyətində işləyir və ayda iki dəfə gəlib burada əməliyyat edir. Onun üçün xəstələri Zəhra adında tibb işçisi toplayır. Bu dəfə də elə olur...
Arif həkimə və yaxınlarına bildirir ki, damarlarına stend qoyulandan sonra özünü daha pis hiss edir. Onu həkim inandırır ki, bu keçici haldır. Beləliklə onu dekabrın 13 də zəng edib əməliyyata dəvət edirlər. Beləliklə, ğursuzluqla nəticələnən əməliyyat başlayır. Əməliyyat öncəsi mərhum yaxınlarına votsap vasitəsi ilə zəng edərək səs atır: Mənə iynə vurdular, halım daha da pisləşib. Lakin, Yenixeber.org-a olunan mürəciətdə qeyd edilir ki, həkim Elnur Əlizadə xəstəyə iynə vurduğu ilk anda onun həyatına son qoyur. Bundan sonra heç bir hadisə baş verməmiş kimi digər xəstəni əməliyyat etmək üçün gedir. Axı ayda iki dəfə onun üçün xəstələr yığılır və o Türkiyədən gələrək 1 gün ərzində əməliyyatları edib gedir. Dəhşətli olaylardan biri də ondan ibarətdir ki, əməliyyatı icbari sığortanın maliyyə dəstəyi ilə etdirdiklərini deyən hospital rəhbərliyi qarşı tərəfdən aldıqları 3.000 (Üç min) manata görə heç bir sənəd də verməyiblər. Bundan əlavə, Mais Məmmədov Yenixeber.org-a bildirdi ki, Hospitalın liftinə minmək istədikdə, liftin şaxtasına yıxılır. 8 qabırğası, diz və çanaq oynaqları, digər əzaları sınır və çat verir. Baclılarının ürəyi gedir, lakin hospitalda heç bir ilk tibbi yardım göstərilmir. Neftçalada toyda olan baş həkim Azər Nağıyevə zəng olunur. Bundan sonra bir şəfqət bacısı yaxınlaşır, hospitalda ağrıkəsici iynənin belə olmadığını deyir. Məcbur olub, Hospitala təcili tibbi yardım çağırılır...
Redaksiyadan: Biz Yenixeber.org olaraq məlum prinsip və qanunlara uyğun olaraq yazıda yer alan iddialarla bağlı qarşı tərəfi də, dinlədik. Bizimlə telefon söhbətində Avrasiya Hospitalının direktoru Vaqif Mirzəyev səslənən iddialarla razılaşmadı: Xəstənin vəfatının araşdılımasında biz də, maraqlıyıq. Hazırda müvafiq ekspertiza aparılır. İddia olunan 3000 manat da, yalandır. Əgər belə hal olubsa, ortaya bir sübut qoyulsun. Lift məsələsinə gəlincə, bildirim ki, xəstənin yaxınları lifti ayaq zərbələri ilə zədələyiblər və mən qaışıq Hospitalın 4 əməkdaşına zor tətbiq edib, bədən xəsarəti yetiriblər. Hazırada həm ölüm faktı, həm də zorakılıqla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında növbəti ana ölümü baş verib.
TEREF xəbər verir ki, bu barədə Axar.az-a mərhumun yaxınları məlumat veriblər.
Belə ki, 2001-ci il təvəllüdlü Rübab İntiqam qızı Dadaşova 2025-ci il yanvarın 1-də hamiləlik diaqnozu ilə xəstəxanaya gətirilib və anamnezi götürülmədən birbaşa əməliyyata aparılıb. Körpə dünyaya gəldikdən sonra xəstənin epilyasiyası olub və ona naməlum iynə vurulub. Bu iynə ilə komaya girən R.Dadaşova yanvar ayının 2-si dünyasını dəyişib.
Əməliyyatı həkim Elnurə Əliyeva edib. R.Dadaşovanın yaxınlarının sözlərinə görə, hamilə qadın xəstəxanaya sağlam vəziyyətdə gətirilib və heç bir problemi də olmayıb. Onun ölümü birbaşa həkim səhlənkarlığı ilə bağlıdır.
Məsələ ilə əlaqədar TƏBİB-ə şikayət edilib, hələ ki, hər hansı rəsmi açıqlama verilməyib.
Kaş, çoxdan axtardığımız bələdiyyə sədri Əziz Zeynalovu da, heç olmasa beləcə tapa biləydik Yanvarın 29-na təyin olunan bələdiyyə seçkiləri prosesində seçkiqabağı təşviqat kampaniyası başlayıb. Seçki Məcəlləsinə əsasən rəsmən qeydə alınan namizədlər artıq meydandadırlar.
“Araz” Media Qrupunun əməkdaşı olsam da, bu bələdiyyə seçkilərinin təbliğat və təşviqat kampaniyasının necə keçəcəyi marağımda deyildi. Çünki seçiciləri üçün fəaliyyəti önəmsiz bir qurum olaraq yaddaşımda əbədiləşib. Üstəlik, nəinki bir media subyektinin əməkdaşı, bu seçki dairəsinin seçicisi kimi, uzun müddətdir Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalovla və onun müavinləriylə görüşmək “səadəti” əksər seçicilər kimi, mənə də qismət olmayıb — bələdiyyəyə aid məhəllə problemlərini, dərd-sərimizi onlara çatdırmağımız üçün!
Nə yaxşı ki, bu seçki kampaniyası məhəllə çayxanamızın önündəcə məni çoxdankı istəyimin birinə qovuşdura bildi. Gözlərimə inanmadım…
…Çayxanamız önünə bir az dumanlı hava çöksə də, nə görsəm yaxşıdır: “Qızğın” təbliğat gedir! Dumanlı və kölgəli fəaliyyət sahibi kimi özünü tanıtmasına baxmayaraq, YAP tərəfindən bir daha namizədliyi verilən bələdiyyə sədrinin birinci müavini Rahib Hacıyev 5-6 nəfər məhəllə sakini — “seçiciləri” yanında özünü qaldırıb “dağ başına”.
Mənə də elə bu lazım deyildimi?! Sədri Əziz Zeynalov və özü qarışıq, digər səlahiyyət sahibi həmkarlarını belə, könül rahatlığı və təsəlli tapmağım üçün, “dişimin dibindən çıxanlarla ağ yuyub, qara sərdim”: “Bəyəm bizim rayonda belə bir qurum var?! Varsa, nədən şikayətçi məktublarına qanun çərçivəsində baxa bilmir?! İçi mən qarışıq, camaatın “canını yığmısınız boğazına”. Telefon zənglərimiz cavabsız qalıb. Saysız-hesabsız şikayət məktubları başdansovdu cavab və dərkənarlarla ümidsiz sakinlərin üstünə qaytarılıb.
Səməd Vurğun küçəsi, 112 ünvanındakı yeriniz də can verən xəstə günündədir. Belə bir qurum bizim nəyimizə gərək?! Qoyun, heç olmasa camaat sakit yaşasın…”. Bələdiyyə səlahiyyətlərinin məhdud, funksiyalarının zəif olması ilə əlaqədar olaraq, bu seçkilərə ictimai maraq yüksək deyil. Yaxşı yöndən tanıdığımız, qələbə qazanmaq üçün kifayət qədər şansları olan namizədlərin qalib gəlmələrinə də inanmaq olmur. Əslində, namizədlər yerlərdə tanınan adamlar olmalıdırlar. Rahib Hacıyev isə, belələrindən deyil. Halbuki, arxasında duranların köməyi ilə, hətta sədr olacağını bəyan edir və yaxşıları kölgədə qoymaq istəyir.
Bu yerdə, “keçəl bir daha suya getməz” zərb-məsəlini ortaya atır və belə namizədləri baykot edirəm — indiyədək bələdiyyə yalanlarına çox uyduğuma görə! Bir də ki, mən başıma gələnləri, gördüyüm və şahidi olduqlarımı yazıram. Onun dedikləri isə, heç vecimə də deyil.
Kaş, çoxdankı digər bir istəyimə çatmağı — sədr Əziz Zeynalovla belə bir görüşü Uca Tanrı mənə nəsib edəydi. Könül rahatlığım üçün, necə deyərlər, əsl konsert onda olardı.
Tovuz rayonunun Qovlar şəhərində yerləşən “Nur-Klinika”sında pasiyentlə yarıçılpaq selfie çəkilib. TEREF Ajans.az-a istinadən xəbər verir ki, foto klinikanın rəsmi instagram səhifəsində paylaşılıb.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq Muxtar Respublikanın rəhbərliyinin yeni olmasından istifafə edib onlara saxta sənədlərə imza atdırmışdır. Belə ki,səhiyyənin əsas gücü məndə qalmalıdır deyə,keçmiş həkim ambulatoriyalarının və feldşer mama məntəqələrini Ailə Sağlamlıq Mərkəzi adı altında birləşdirərək həmçinin Naxçıvan diaqnostika Mərkəzinin də adını dəyişərək Naxçıvan Sağlamlıq Mərkəzi edib və ən əsası səhiyyənin ilk dayaq nöqtəsi olan Təcili Yardım stansiyalarını Təcili Tibbi Yardım adı altında Naxçıvan Səhiyyə Nazirliyinin tabeçiliyində olması barədə fərman imzalatdırmışdır. TEREF yazır ki, bu iddianı jurnalist Sima Babayeva öz məqaləsində yazır. Sima xanım səsləndirdiyi iddalarla bağlı fikirlərini genişləndirərək faktlara müraciət edir və yazır: Halbuki Azərbaycanın mövcud qanunvericiliyinə əsasən Təcili Yardım Xidməti,Ailə Sağlamlıq Mərkəzləri və Diaqnostika Mərkəzləri Naxçıvan TMİB-in tabeçiliyində olmalıdır.Necə ki,Azərbaycanda adı qeyd olunan qurumlar Səhiyyə Nazirliyinin deyil,TƏBİB-in tabeçiliyindədir. Əhaliyə və rəhbərliyə səhiyyədə yeniliklər edirəm adı altında yalanlar danışan Samiq Sadıxov tabeçiliyində saxladığı müəssisələrdə özünün yaratdığı,rəhbərliyinə də Rifat Məmmədov adlı şəxsi gətirərək Səhiyyənin Təminat Mərkəzini PHŞ-tərəfindən böyük məbləğli tenderlər etdirir,Rifat Məmmədovun yaxınlarına verdiyi məlumata əsasən 15-20% otkat alaraq şirkətləri qalib elan etməsini Rifat Məmmədovu məcbur edir.Hal-hazırda olan təcili yardım maşınlarını təmir etmək əvəzinə dövlət büdcəsindən külli miqdarda vəsait xərcləyərək yeni təcili yardım maşınları alır. Naxçıvan Səhiyyəsində barmaq sayı qədər xidmət göstərən təcili yardım həkimləri olmağına baxmayaraq bu qədər təcili yardım avtomobili ilə tarix boyu çətinliklər görmüş Naxçıvan əhalisinə həkimsiz maşınlarla taksi xidmətimi göstərəcək??? Təcili Yardım həkimlərinin verdiyi məlumata əsasən təcili yardım maşınlarında xəstələrə ilkin təcili yardım göstərməyə demək olar ki,dərman və tibbi ləvazimatlar yoxdur. Həkimlərin verdiyi məlumata əsasən lazım olan ləvazimatları ciblərinin pulu ilə alırlar.Samiq Sadıxov isə qaynatasının adına bahalı vahimə yaradan qara maşınlar, dəbdəbəli evlər almaqla, Türkiyə Respublikasından qızıl-brilyant aldırıb yığmaqla məşğuldur. Anlaşılan deyil ki, bütün bunlar çox hörmətli Prezidentimizin etibar edib təyin etdiyi nümayəndənin gözü qarşısında baş verir və qanunsuzluqlara reaksiya verməyə dərhal borclu olduğu halda, əksinə, hansı səbəbdənsə seyirçi mövqe tutulur. Adları çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq! TEREF
““Azəriqaz”-ın baş direktor müavini Nail Abdullayev qəza törədib, nəticədə piyada həyatını itirib”.
Gununsesi.info xəbər verir ki, bunu jurnalist Fərid İsmayılov sosial şəbəkə hesabında yazıb.
Jurnalist qeyd edir ki, hadisə yanvarın 8-də Sabunçu körpüsünün yaxınlığında olub, faktla bağlı Sabunçu RPİ-də cinayət işi də başladılıb:
“Lakin bu məlumat KİV-dən gizlədilib. Ölən şəxsin yaxını qorxa-qorxa zəng edib ki, Nail Abdullayev onlara pul təklif edir. Onlar məlumatın ictimailəşdirilməsi üçün kömək istəyir.
Nail Abdullayevin idarə etdiyi avtomobil isə “Mercedes” markalı 77 YD 054 nömrə nişanlıdır. Abdullayevin özü ilə əlaqə saxlaya bilmədim”.
Bakının məşhur və ilk restoranlarından biri olan “Şuşa” restoranı sökülüb. Nərimanov rayonu, Təbriz küçəsində yerləşən restoranın söküntüsünə bu gün başlanılıb. Restoran tam olaraq sökülüb. Bu barədə məlumatı restoranın sahibi Elxan Qasımovun qızı verib. Onun sözlərinə görə restoran qanunsuz və onların xəbəri olmadan sökülüb. Söküntü işləri aparılan zaman tərəflər arasında mübahisə də yaşanıb. Söküntünü aparan şəxlər mülk sahiblərinin çəkiliş aparmasına mane olmağa çalışıblar. O, restoranın ADA universitetinin prorektoru Şahmar İbadov tərəfindən söküldüyünü iddia edib.
Bəs kimdir bu Şahmar İbadov? Uzun illər Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş İbadov hazırda Prezident Adminstrasiyasının İşlər İdarəsində sektor müdiri vəzifəsində çalışır. Şahmar İbadov var-dövləti ilə seçilən məmurlardandır. Onun obyektləri və özünə tikdirdiyi villalar buna misal ola bilər. Məsələn qalmaqallarda adı hallanan “Ariva” hotelin, Nərimanov rayonunda “Çanaqqala”, “Pürrəngi”, Nərimanov parkının içində yerləşən obyektlərin onun təsir dairəsində olduğu bildirilir. Onu da qeyd edək ki, cənab İbadov biznes fəaliyyətinə hələ 90-cı ilin əvvəllərində Binəqədidə (“pasyolka kirov”da) başlayıb. Kifayət qədər geniş maddi imkanlara malik olan İbadovun adı ölkədəki FETÖ şəbəkəsi ilə də hallanıb.
Bununla bağlı cumhuriyyet.az bildirir ki, Şahmar İbadovun Gülənin Azərbaycanda fəaliyyət göstərən “komandasının” rəhbərlərindən birinın olması ilə bağlı hətta türk mətbuatı da geniş məqalə dərc etmişdi. Bundan başqa Şahmar İbadovun Elnur Aslanov və Ceyhun Osmanovla ilişkilərinin olması da artıq sübut olunub.
Parlament sədrinin köməkçisi vəzifəsindən, Nərimanov İcra Hakimiyyətinə şöbə müdiri təyinatı və ən qısa zamanda icra başçısının I müavini təyin olunması, burdan uzaqlaşan kimi isə Prezident Adminstrasiyasında vəzifə alması da onun hansısa qüvvələr tərəfindən himayə olunduğunu düşünməyə əsas verir. Bu imkanlar qalmaqallı məmurun övladlarına təsir edib. Şahmar müəllimin oğlu Elmar İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub. Bir neçə gündən sonra qadın ölüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Elmar İbadov 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib.
Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi ona tam bəraət verib. Hakim Məhəmmədəli Rzayevin məhkəmə-hüquq sisteminin tarixinə “qızıl” hərflərlə “imza” atdığı bu qərara Şahmar İbadovun zərərçəkmişin ailəsinə hədiyyə etdiyi təzə avtomobil mühüm rol oynayıb. Şahmar İbadovun o biri Totu ləqəbli oğlunun isə 555 qeydiyyat nişanlı milyon manatlıq avtomobil kolleksiyası var. Bir sözlə, Şahmar İbadov və oğlanları bu məmləkətdə nə lazımdırsa edirlər. Bunlar üçün qayda-qanun-zad kağız üstündədir. Məlumata görə qalmaqallı tarixçəyə malik İbadov rayonların birinə icra başçısı və ya nazir müavini getməyə hazırlaşır. cumhuriyyet.az
29 yanvar bələdiyyə seçkiləri yaxınlaşdıqca ayrı-ayrı bölgələrdə rayon icra başçılarının öz yaxınlarını bələdiyyəyə yerləşdirmək fəallığı da artıb. Bununla bağlı Ağstafa rayonu ilə bağlı ALFA.TV-yə ilginc məlumatlar daxil olub. Məlumatda rayonun əksər bələdiyyə sədrlərinin artıq müəyyənləşdiyi bildirilir. Bu bazarlığı isə icra başçısı adından başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Eyyubova Lalə Sücayət qızının apardığı deyilir. Ağstafada artıq müəyyənləşmiş bələdiyyə sədrləri bunlardır: 1. Ağstafa bələdiyyəsi üzrə Nəsib Hacıyev 2. Dağ Kəsəmən bələdiyyəsində Solmaz Namazova, 3. Köçəsgər və Eynallı bələdiyyəsində Asim Namazov, 4. Göycəli, Tatlı, Köhnə Qışlaq və Yaradullu bələdiyyəsində Yasin Əhmədov, 5. Həsənsu və Vurğun qəsəbə bələdiyyəsindı Nizami İsgəndərov 6. Qırılı bələdiyyəsində Şahlar Əzimov, 7. Poylu, Qıraq Kəsəmən, Poylu qəsəbə və Saloğlu bələdiyyəsindı Alı Məmmədov, 8. Aşağı Kəsəmən və Zəlimxan bələdiyyələsindı Şirin Namazov 9. Aşağı Göycəli, Xətai, və Yenigün bələdiyyəsində Mirəsgər Mahmudov 10. Pirili, Kol Xəlifəli, Qarahəsənli, Düz Qışlaq, Kolayır, Xılxına və Molla Cəfərli bələdiyyəsindı Arifə İsmaylova, Bələdiyyə sədri olması üçün bazarlığını edib.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı Lalə Eyyubova ilə bağlı ilginc məlumatlar əldə etdik. Həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Nizaməddin Quliyevin cinayət işi üzrə şahid qismində tanınan RİH-in başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubovanın istintaqa verdiyi ifadəsi məlum olub. O ifadəsində bildirib ki, 2008-ci ildən Ağstafa RİH-in başçısının müavini vəzifəsində çalışır, xidməti fəaliyyətilə əlaqədar təhsil, səhiyyə, mədəniyyət sahələrinə nəzarəti həyata keçirir.
O deyib ki, N.Quliyev 2019-cu ilin aprel ayının 5-də Ağstafa RİH-in başçısı təyin olunduqdan bir müddət sonra rayonda fəaliyyət göstərən bağçalardan abadlıq işlərinə yardım adı altında rüşvət toplamağa başlayıb:”Bu barədə icra başçısının sabiq müavini Ramiz Tatarov vasitəsilə mənə məlumat göndərdi. Nizaməddin Quliyevin tapşırığı ilə Ağakişiyev Fazil Maksim oğlu və Yaqubova Zülfiyyə Hüseyn qızından Ağstafa rayon Qarayazı kənd uşaq bağçasına vakant gözətçi yerlərinə işə düzəlmək üçün müdir Rəsmiyyə Əhmədova vasitəsilə hər birindən 3 000 manat, ümumilikdə 6 000 manat, Pirili kənd uşaq bağçasına vakant gözətçi ştatlarına işə düzəlmək üçün Məmmədova Gülsarə Səlim qızı və Mirzəyev Elman Telman oğlunun hər birindən 1 000 manat olmaqla ümumilikdə 2 000 manat, Vurğun qəsəbə 1 saylı körpələr evi və uşaq bağçasının müdiri Fatapur Afaq Bayraməli qızından vəzifədə saxlanılması görə 2 000 manat, Qarayazı kənd uşaq bağçasının müdiri Əhmədova Rəsmiyyə Xəlil qızından vəzifədə saxlanılması görə 1 800 manat, Vurğun qəsəbə 2 saylı körpələr evi və uşaq bağçasının müdiri Qasımova Rahilə Əli qızından vəzifədə saxlanılması görə 2 500 manat, Böyükkəsik kənd uşaq bağçasının müdiri Hüseynova Sədaqət Baba qızından vəzifədə saxlanılmasına görə 1 700 manat, Sadıqlı kənd uşaq bağçasının müdiri Mustafayeva Rəsmiyyə Veysəl qızından vəzifədə saxlanılmasına görə 1 500 manat, Xətai kənd uşaq bağçasının müdiri Hüseynova Mülayim Əli qızından vəzifəsində saxlanılmasına görə 2 000 manat məbləğində rüşvət aldım. Həmin pulları da Nizaməddin Quliyevə çatdırmaq üçün xidməti otağında Ramiz Tatarova verdim”.
Şahid söyləyib ki, bundan başqa o, Ağstafa RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir müavini vəzifəsində işləyən Əziz Məsmalıyev vasitəsilə Qırılı kənd uşaq bağçasının müdiri Nağıyeva Zahirə Əmiraslan qızından vəzifədə saxlanılmasına görə 2 000 manat, Poylu qəsəbə 2 saylı uşaq bağçasının müdiri Hüseynova Zərnişan Mığır qızından 1 000 manat, Qırlı kənd uşaq bağçasının müdiri Allahverdiyeva Xalidə Hidayət qızından 1 500 manat məbləğində rüşvət alıb: “Daha sonra həmin pulları Nizaməddin Quliyevə çatdırması üçün xidməti otağında Ramiz Tatarova təqdim etdim”. L.Eyyubova ifadəsində vurğulayıb ki, N.Quliyevin tələbi ilə Ağstafa rayonun Köçəsgər kənd 1 saylı uşaq bağçasının müdiri Sevda Rəhimovadan 2 500 manat məbləğində rüşvət istəyib: “Lakin Sevda Rəhimova buna etiraz etdi və həmin pulu vermədi”.
Qeyd edək ki, Lalə Eyyubova Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.
Xəbər verdiyimiz kimi, burun əməliyyatı etdirən Nəzrin Mansurovanın vəziyyəti ağırdır. 30 yaşlı Nəzrin də ölkədəki faciəli plastik cərrahi əməliyyatlardan birinin qurbanı olub və artıq 4 gündür komadadır.
Nəzrin burun çəpərindəki əyriliyə görə əməliyyat olunmuşdu. İndi isə ölümün pəncəsindədir. Onu əməliyyat edən həkim Sənan Mehdiyevdir.
Bu, Sənan Mehdiyevin faciə ilə nəticələnən ilk əməliyyatı deyil. Bu haqda sonra...
Əvvəlcə Nəzrinin başına gələnlər haqda... Fotodakı Nəzrin Mansurova
Nəzrinin ailəsi iddia edir ki, onun beyninə çirk yayıldığı üçün əməliyyatdan cəmi bir gün sonra vəziyyəti ağırlaşıb. Həkiminə zəng ediblər. Həkim bildirib ki, bu, normal haldır və düzələcək. Nəzrinin vəziyyətinin yaxşı olmadığını görən ailəsi onu özəl klinikalardan birinə yerləşdirib. Həkimlər bildirib ki, Nəzrinin beyni zədələnib. Sonra da Nəzrin komaya düşüb.
Sənan Mehdiyev isə Nəzrinin əməliyyatdan sonra öz ayaqları ilə evə getdiyini, əməliyyatın heç bir yan təsirinin olmadığını deyib.
Qeyd edək ki, bu hadisə ilə bağlı araşdırma başlayıb. Fotodakı Sənan Mehdiyev
Həkim Sənan Mehdiyevin ilk qurbanlarından biri 18 yaşlı tələbə Leyla idi. Onun 2015-ci ildəki faciəli ölümü böyük səs-küyə səbəb olmuşdu. Leyla Mürsəlova da burun çəpərindəki əyriliyə görə Sənan Mehdiyevə üz tutmuşdu. Lakin “Starmed” klinikasında baş tutan əməliyyat zamanı Leyla həyatını itirdi.
Leylanın əməliyyat zamanı təzyiqi düşmüşdü. Ona adrenalin vurulmuşdu. Lakin həmin zaman Leylanın ürəyi dayanmış imiş. Onun ölümü ailəsindən 3-4 saat gizlədilmişdi. Fotodakı Leyla Mürsəlova
Araşdırmalardan sonra Leylanın ölümünə səbəb kimi narkozun çox verilməsi göstərilirdi. Əməliyyatın sonuna 15 dəqiqə qalmış Leylanın vəziyyəti pisləşmişdi. Lakin “Starmed” klinikasında reanimasiya otağı olmadığından müdaxilə gecikmişdi. Yaxınlıqdakı klinikalardan və xəstəxanalardan reanimasiya briqadası çağırılmışdı. Amma onun həyatını xilas etmək mümkün olmamışdı.
Leylanın ölümündən sonar Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdı. Sənan Mehdiyev 9 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Onun azadlıqdan məhrumetmə cəzası barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənmişdi. Bundan sonra cərrah kimi fəaliyyətini davam etdirmişdi.
Cərrah Sənan Mehdiyevin daha bir neçə pasiyenti onun əməliyyatından şikayət etmişdi. Səbinə Nağıyeva adlı xanım burun əməliyyatından sonra yaranan fəsadlara görə S.Mehdiyevdən şikayət etmişdi. Sonra həkimlə barışıq əldə etmişdi.
Başqa bir şikayətçi isə Ülviyyə İmanzadə idi. O, şikayətində qeyd edirdi ki, burun əməliyyatından sonra nəfəs almasında problem yaranıb.
Sosial şəbəkələrdə isə Sənan Mehdiyevdən şikayətçi olan onlarla şəxs var. Yazının sonunda S.Mehdiyevin pasiyenti olmuş şəxslərin sosial şəbəkələrdə yazdığı şərhləri təqdim edirik:
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun işçiləri layihə təqdim edən vətəndaşlardan şirinlik istənilir?
Agenliyə sənəd təqdim edənlərdən şirinlik kim istəyir? Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun bu məsələdən xəbəri var?
Redaksiyamıza daxil olan məlumat görə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə sənəd təqdim edən vətəndaşlardan şirinlik istənilir.
Sənədləri qəbul edən əməkdaşlar layihə əsasən vətəndaşlardan 100-500 manat arası şirinlik istənilir. Belə ki, layihənin həcminə baxıb özləri xeyr-dua verərək kiçik ölçulü layihələr 50, 100 manat nə vərərsən prisnipi ilə yanaşaraq daha böyük ölçülü sənədlərə əsasən isə 300, 500 manat şirinlik istəyirlər. Bu məsələ ilə bağlı bir necə vətəndaş bildirib ki, sənədlərin qəbulu zamanı Agentliyin əməkdaşlar xoş münasibət göstərib söhbət əsanasında şirinlik tələb edirlər.
Bu məsələ nə qədər doğru olduğu üçün araşdırmalarımız zamanı məlum olmuşdur ki, hətta nağd pulu olmayan şəxslərdən bank kartı nömrəsi bildirib pulu ora atmaqlarını deyirlər.
Məsələ ilə bağlı Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən münasibət öyrənmək mümkün olmadı. Onlarında mövqeyini dərc etməyə hazırıq.(xalq.az)