Ardını oxu...
Neçə vaxtdır Badamdar qəsəbəsindəki bir məhəllənin problemi bütün ölkənin gündəmini zəbt edib. Əslində bura heç məhəllə də demək olmaz. Söhbət bir neçə qonşunun yaşadığı kiçik bir dalandan gedir. Dəfələrlə saytlar yazsalar, TV-lər çəkib göstərsələr də, xırda bir problem həllini tapmır. Bu dar dalanın məsələsi lap dalana dirənib. Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, yerli icra orqanları, polis və daha hansı qurumlara şikayət olunsa da, bu günə qədər nəticə yoxdur. Bu qədər qurumlar balaca bir dalanda sülh yarada bilmirlər. Ona görə "sülh yarada bilmirlər" deyirik ki, burada tez-tez qarşıdurma yaranır. Və nə qədər ki, məsələ yoluna qoyulmayıb, Allah eləməmiş, bu dava-dalaş kimlərinsə ciddi şəkildə zərər çəkməsi, xəsarət alması ilə də nəticələnə bilər.

Hər yerdən əli üzülən Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, Topçubaşov küçəsi, ev 246-nın daimi sakinləri - Şərifli Bəhruz Elxan oğlu, Zahirov Nadir Şərif oğlu, Zahirova Təranə Zöhrab qızı və Zahirova Zəminə Ağadadaş qızı yenidən Bakupost.az -a müraciət ediblər. Müraciət barədə bir qədər sonra...
Hələliksə mövzudan xəbəri olmayanlara xeyli vaxtdır həmin ərazidə nələrin yaşandığı haqda qısaca məlumat verək.
Topçubaşov küçəsi, ev 246 sakinlərinin dediyinə görə, vaxtı ilə Laçın qaçqın məktəbinin direktoru Piyalə Xudayarova onlardan evlərinin arxasında yerləşən məktəbə gedib gəlmək üçün yol istəyib. Bax, söhbət bir maşının zorla sığışdığı həmin dar dalandan gedir. Onu da qeyd edək ki, əvvəllər məktəbin yolu başqa istiqamətdən olub. Lakin orada bina tikildiyindən yol bağlanıb. Məktəbin arxa tərəfi isə sal qayalıqdır. Beləliklə, məktəbə gediş-gəliş üçün yeganə yol sakinlərin həyətindən keçə bilərmiş. İnsafən, sakinlər direktorun xahişinə "yox" deməyiblər. Onun, müəllim və şagirdlərin məktəbə gedib-gəlmək üçün həmin dar dalandan istifadəsinə razı olublar.
Sakinlərin dediyinə görə, bu humanizm sonradan qarşı tərəfin "qoy özümə yer eləyim, gör sənə nə edirəm" misalına uyğun davranması ilə nəticələnib. Topçubaşov küçəsi, ev 246-da yaşayan Zəminə Zahirova Bakupost.az -a bildirib ki, direktor və müəllimlər məktəbə həmin dar dalandan keçməklə maşınla gəlib-getməyə başlayıblar:
"Gediş-gəlişə icazə verəndən sonra direktor və müəllim kollektivi gecə ilə bu ərazidə məktəb üçün otaqlar tikməyə başladılar. Bizim qonşu isə küçəmizə gələn yolu təmir etdirdi. Bundan sonra direktor öz bahalı avtomobili ilə mənim həyətimdən məktəbə gəlib-getməyə başladı. Bu səbəbdən aramızda mübahisə yarandı. Hətta o, məktəbin girişinə darvaza da qoydurdu. Darvazanı da mənim evimə bənd ediblər. Buna görə ona iradımı bildirdikdə dedi ki, mənim arxamda duranlar var, elə etmə ki, evini də sökdürüm. Hətta direktor avtomobili ilə həyətimə dönə bilmədiyi üçün səkimi belə sökdürdü. Bununla bağlı müvafiq qurumlara şikayət də etmişəm”.
Ardını oxu...
Ardını oxu...

Z.Zahirovanın sözlərinə görə, onların qapıları həmin dalana açılır. Maşınların hərəkəti isə uşaqların həyatına təhlükə yaradır:
“Uşaqlarımız həyətə düşə bilmirlər. Maşınlar evimizin giriş qapısının önündən keçib gedir. Direktor bizə həyətimizdə paltar asmağa da icazə vermir. Özünü bizim həyətin sahibi kimi aparır".
Beləliklə, neçə ildir məktəb rəhbərliyi və müəllimlər sakinlərin qapısının açıldığı dar dalandan maşın yolu kimi istifadə edirlər. Bu isə onların rahatlığını pozmaqla yanaşı, uşaqların həyatına da təhlükə yaradır. Bu səbəbdən uzun müddətdir ki, sakinlərlə məktəb rəhbərliyi arasında əsl savaş gedir. Birincilər müxtəlif orqanlara müraciət etdikdən sonra Laçın qaçqın məktəbinə digər məktəb binalarında yer verilməsi təklif olunub. Həmçinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçirib və məktəbin həqiqətən də təhlükəli ərazidə tikildiyi təsdiq edilib. Amma direktor digər məktəbə köçmək təklifi ilə razılaşmayıb. Sakinlər bu təklifin geri çevrilməsinin arxasında hansısa şübhəli məqamların olduğunu bildirirlər.
Laçın qaçqın məktəbinin direktoru Piyalə Xudayarova isə Bakupost.az -a açıqlamasında ünvanına səslənən ittihamlarla razılaşmayıb. Direktor iddia edib ki, mübahisəsi gedən yol Zəminə Zakirovanın, deyil, məktəbin mülkiyyətinə məxsusdur. Onun sözlərinə görə, Laçın qaçqın məktəbi 1996-cı ildən həmin ərazidə fəaliyyət göstərib. Guya Zəminə Zahirovanın qayınanasının xahişi ilə onlara məktəbin yoluna qapı açmağa icazə veriblər:
“Bura köçkün məktəbidir. Müvəqqəti məskunlaşmışıq, Laçına qayıdacağıq. Zəminə xanım əsassız narahatlıq yaradır. Məndən əvvəlki direktorun vaxtında onlar məktəbin təxliyə yolunu tutublar. Amma heç kim deyə bilməz ki, məktəb kollektivi kimisə narahat edib. Burda 5-6 müəllimin avtomobili var və çoxu yaxında yaşadığı üçün məktəbə piyada gəlirlər. Biz insanıq, kiminsə yolunu kəsmək bizə xas olan xüsusiyyət deyil”.
İndisə sakinlərin yeni müraciəti haqda...
Ardını oxu...
Ardını oxu...

Onların bildirdiyinə görə, Laçın qaçqın məktəbində yalnız Piyalə Xudayarovanın yaxın çevrəsi çalışır. Bir çox müəllim və xadimələrin adları məktəbdə getsə də, özləri işə gəlmir:
"Hər dəfə biz bu məsələni qaldırandan sonra onlar məcbur qalıb işə gəlirlər. Direktorun özbaşınalığı ilə bağlı müvafiq qurumlara şikayətlər etmişik. Bütün qurumlar müraciətimizə müsbət cavab verib, lakin Elm və Təhsil Nazirliyi indiyə kimi heç bir məktuba cavab verməyib".
Sakinlərin sözlərinə görə, məktəbdə çalışanların böyük əksəriyyətinin eyni soyadları daşıması da, Laçın qaçqın məktəbinin ailə şirkətinə çevrildiyindən xəbər verir. Belə ki, məktəbin müəllimlərindən Məhəmməd Xudayarov direktor Piyalə Xudayarovanın həyat yoldaşıdır. Digər müəllim Habil Xudayarovun da onların qohumu olduğu deyilir.
Laçın qaçqın məktəbində çalışanlardan 5 nəfər isə Mayılov soyadını daşıyır. Müəllimlərdən Bəhlul Mayılov məktəbdə kitabxanaçı işləyən Xanə Mayılovanın həyat yoldaşıdır. Mayılov soydalı digər iki müəllim - Rafael Mayılov və Qətibə Mayılova da ər-arvaddırlar. Məktəbdə Qoşqar Mayılov adlı daha bir müəllim dərs deyir.
Lakin bu məktəbdə çalışan qohumların tam siyahısı deyil. Belə ki, Laçın qaçqın məktəbində 3 nəfər də Güləliyev soyadını daşıyır: Azər Güləliyev (müəllim), Rafael Güləliyev (müəllim) və Şəfəq Güləliyeva. Qeyd edək ki, R.Güləliyev də Ş.Güləliyevanın həyat yoldaşıdır.

Sakinlərin iddiasına görə, direktor Piyalə Xudayarova yaxın qohumlarını məktəbə cəlb edərək, müxtəlif maliyyə maxinasıyaları həyata keçirirlər:
"Onların digər məktəbə köçmək istəməməsinin arxasında da bu amil dayanır. Çünki qohumluq əlaqələri və maxinasiyalar faş ola bilər".
Piyalə Xudayarova isə Bakupost.az -a açıqlamasında məktəbdə yeyinti hallarının olması ilə bağlı ittihamları rədd edib:
“Doqquzillik məktəbdir, 60 şagirdimiz, 20 müəllimimiz var. Elə sinif var ki, orda 3 nəfər uşaq var. Burda hansı yeyintidən söhbət gedə bilər? Biz müəllimik, cəmiyyətə kadr hazırlayırıq, şəxsiyyət yetişdiririk”.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də sorğu ünvanladıq. Nazirlikdən isə sorğunu Şərqi Zəngəzur Təhsil İdarəsinə yönləndirdilər. İdarədən verilən açıqlamada deyilir:
Ardını oxu...
Ardını oxu...

"Vətəndaşların müraciəti üzrə araşdırma aparılıb. Bildiririk ki, Badamdar ümumi orta məktəbin birtipli binası yoxdur, təhsil müəssisəsi 1996-cı ildən həmin ərazidə uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Yaxınlıqda Laçın rayonundan olan bir neçə keçmiş məcburi köçkün ailəsi yaşayır. Həmin ailələrin uşaqları məhz adı çəkilən məktəbdə təhsilə cəlb olunublar. Vətəndaşların müraciətləri əsasında regional təhsil idarəsinin əməkdaşları əraziyə yerində baxış keçirib və digər aidiyyəti dövlət qurumları ilə birlikdə məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq".
Biz də çox ümid edirik ki, bu addımlar atılacaq və nəhayət ki, sakinlələrlə məktəb rəhdərliyi arasında qarşıdurmaya son qoyulacaq. Məktəbdə ciddi maliyyə maxinasiyalarının olması barədə iddialara gəlincə, gümani edirik ki, müvafiq qurumlar bu barədə araşdırma aparacaqlar.

Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Sabunçu rayon sakini Vüsalə Əliyeva adlı xanım redaksiyamıza müraciət edərək, Modern və Memorial hospitalın ona və ailəsinə çox böyük maddi və mənəvi ziyan vurduğunu bildirib.

Vüsalə xanım "DogruXeber.az"a ünvanladığı ərizəsində yazır ki," Ötən ilin noyabr ayında 19 yaşlı qızım Leyla Məhərrəmlinin sağrı nahiyəsindəki anadangəlmə xalında ağrılar yarandığı üçün "Modern" hospitala müraciət etdik. Orada xalı USM müayinəsi etdilər və bizi Elvina Səlimova adlı həkim-proktoloqun yanına göndərdilər. Elvina Səlimova müayinə cavabına baxdı və bildirdi ki, "Xalı götürmək lazımdır".

Elə həmin gün Elvina xanım özü mənim qızımı təcili yardım otağına aparıb neştərlə xalı açdı.

Qeyd edim ki, qızım ağrı hiss etdiyi üçün ona ardıcıl 9 ədəd novakain iynəsi tətbiq edildi. Hətta, buna rəğmən ağrını güclü hiss etdiyi üçün Leyla huşunu itirdi. Belə olan halda bəzi dərman preparatları ilə onu ayıldıb, yenidən əməliyyatı davam etdirdilər. Yara açıldıqdan sonra məlum oldu ki, xalın altında kütlə var imiş. Elvina Səlimova onu mənə verib, Memorial hospitalda əkdirib, bədxassəli olub-olmadığını aydınlaşdırmağımı məsləhət gördü.

Biz belə də etdik.

Amma, bir neçə gün gün sonra Memorial hospitalın verdiyi cavab övladıma da, mənə də, bütün ailəmə də vurulan ən ağır, sarsıdıcı zərbə oldu.
Cavabda qızımın xərçəng xəstəsi olduğu yazılırdı.

Bu cavab deyildi, ailəmizi mənəvi olaraq məhv edən yazılı material idi...

Xəbərin şoku ilə bir müddət özümüzə gələ bilmədik.

Sonra, bir neçə fərqli xəstəxanalarda qızım müayinə edildi və məlum oldu ki, sən demə Elvina Səlimovanın bizi göndərdiyi Memorial hospital yanlış diaqnoz veribmiş.

Amma, nə yazıq ki, qızıma bu yanlış diaqnoza görə Leylaya hüceyrə iynəsi belə vuruldu, bəzi müalicələr, lazımsız müayinələr, şüalı aparatlar və sair tətbiq edildi. İndi qızım da, özüm də o, zaman yaşadığımız travmanın təsiri səbəbilə əsəblərimizi sakitləşdirmək üçün müalicə alırıq."

Ardını oxu...

Bəli, bu, müraciətçinin ironiya ilə" qəssabxana" adlandırdığı iki özəl xəstəxananın - Modern və Memorial hospitalların bir gənc qızın və ailəsinin ömrünə "balta vuran" yanlışı idi və nə yazıq ki, bu hadisə sözügedən hospitalda yaşanan yeganə yanlışlıq da deyilmiş. Özünü Vüsalə Əliyevaya hospitalın direktoru kimi təqdim edən Füzuli adlı şəxs ona giley edən xanımla söhbəti zamanı, artıq ikinci dəfə eyni hadisənin baş verdiyini deyib.

Bu isə o, deməkdir ki, hələ özlərinin etiraf etdiyinə görə, artıq ikinci insana yaşarkən ölümü dadızdırıblar.
Ardını oxu...
Göyçay rayon sakinləri tərəfindən

ŞİKAYƏT

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun 16 avqust 2024-cü il tarixdə Göyçay rayonunda keçirdiyi vətəndaş qəbulunda özbaşınalıq oldu. Həmin günü heç bir qanunu əsas olmadan bizi qəbula buraxmadılar. Hansı ki, biz 15 gün əvvəl qəbula yazılmışdıq poçt vasitəsi ilə xəbərnaməli teleqram göndərmişdik.
Bizim şikayətimiz Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Orxan Mahmudovun qanunsuz fəaliyyətindən olduğu üçün onun müdaxiləsi nəticəsində qəbula düşə bilmədik.
Ancaq həmin günü bizdən başqa şəxslərdə qəbula düşə bilmədilər.Yağış yağdığı üçün qəbula gələnlə açıq havada dayana bilməyib qəbula girmədən oranı tərk etmək məcburiyyətində qaldılar. Həmin gün Göyçay rayon Suvarma Sistemləri İdarəsinin böyük akt zalını bağlayıblar ki, vətəndaşlar yağışda islanmamaq üçün qəbula girmədən oranı tərk edib getsinlər.
Bütün bu özbaşınalıqları edən Orxan Mahmudova bir başa yardımçı olan isə Dövlət Su Ehtiyatları Agentliyinin Bakıdan gələn Dilqəm Şükürov adlı əməkdaş oldu.
Hətda qəbul günü növbədən kənar qəbul olunması nəzərdə tutulan Şəhid anaları saatlarla gözləməli oldular.
Orxan Mahmudov təxminən 1 ildən çoxdur ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edir. Bizim yaşadığımız və digər kəndlərdə heç bir lildən təmizləmə, bənd vurma işləri aparılmayıb. Ancaq buna baxmayaraq Orxan Mahmudov hesabat xarakterli televiziya çıxışında bildirir ki, 2024-cü ilin yanvar ayından Göyçay rayonunun kəndlərində ümüumilikdə 280 km məsafədə su kanallarında lildən təmizləmə işləri aparılıb.

Bu tam yalandır şişirdilmiş rəqəmdir. 5-6 km məsafədə lildən təmizləmə işləri aparılsada rəqəmlər həddən artıq şişirdilərək vəsaiti siliblər. Bu fakt təcili və ciddi yoxlanılmalıdır. Orxan Mahmudov əvvəl bank sektorunda işləsədə oradan işdən çıxarılıb. Onun suvarma sahəsində heç bir təcrübəsi, biliyi və bacarığı olmadığı üçün Göyçay sakinləri əziyyət çəkirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaşların yerlərə qəbulunun səmərəli təşkili üçün sərəncamlar imzalayıb tapşırılar verib.Ancaq təssüf olsun ki, Orxan Mahmudov öz şəxsi maraqlarına görə Prezidentin sərəncamına əməl etmir verdiyi tapşırıqları qulaq ardına vurur.
Prezident cənab İlham Əliyevdən xahiş edirik şikayətimizi obyektiv araşdırıb yarıtmaz fəaliyyəti ilə dövlətə və xalqa ziyanlar vuran Orxan Mahmudovun barəsində ciddi tədbirlər görəsiniz.
İmza; Göyçay rayonu Cəyirli kənd sakinləri
Mirzəliyev Elman Çingiz oğlu
Feyzullayev Rahim Zülfü oğlu
REDAKSİYADAN: Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
 

 


Ardını oxu...
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti maşın və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Ultra Technoligies" MMC seçilib. Qurum şirkətdən alacağı İKT məhsullarına görə 210 199,3 manat ödəyəcək.

"Ultra Technoligies" MMC-nin veb-səhifəsində qeyd edilib ki, şirkət 1999-cu ildə təsis edilib. Lakin mediada Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına istinadən tirajlanan xəbərlərdə şirkətin 2000-ci ildə qeydiyyata alındığı bildirilir. Bu isə o deməkdir ki, şirkət bir il vergi qeydiyyatına alınmadan fəaliyyət göstərib.

Maraqlıdır ki, hazırda Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkət haqqında heç bir qeydə rast gəlinmir. Görünür, Xidmət saytını yeniləyərkən "Ultra Technologies" MMC-ni unudub. Faktiki olaraq saytın "Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi" və "Kommersiya hüquqi şəxslərin reyestr məlumatları" bölmələrində şirkətin adını və VÖEN-ni axtarışa verərkən "Daxil etdiyiniz ada uyğun kommersiya qurumu müəyyən olunmamışdır" qeydi çıxır.

Bununla belə, "Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlarındakı dəyişikliklərin tarixçəsi" bölümündə "Ultra Technologies" MMC haqqında müəyyən məlumatlar əldə etmək olur. Aydın olur ki, şirkət 2016-cı ilə qədər "Ultra Computers" Firması adı altında fəaliyyət göstərib.

MMC-nin nizamnamə kapitalı 1000 manat, qanuni təmsilçisi isə Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur. Araşdırmalarımız zamanı məlum olub ki, Məhəmməd Zülfüqarlı həm də "MSM" MMC-nin qanuni təmsilçisidir. Bu şirkət SMS satışını həyata keçirir.

Lakin mediada gedən məlumatlara görə, Məhəmməd Zülfüqarlı bu şirkətlərin sahibi deyil. Hər iki şirkətin Milli Məclisin VI çağırış deputatı olmuş Tahir Mirkişiliyə məxsus olduğu iddia olunur.

Tahir Mirkişilinin tərcümeyi-halında onun 2000-2011-ci illərdə adıçəkilən şirkətdə müxtəlif vəzifələrdə, o cümlədən direktor vəzifəsində çalışıb. Bu fakt şirkətin Tahir Mirkişiliyə bağlı olduğuna dair şübhələri daha da artırır.
 
Ardını oxu...
Milli Məclisə seçkilərin keçirilməsinə 14 gün qalır.

Adları qalmaqallardan əsirgənməyən, milyonluq villaları və biznes fəaliyyətləri ilə yerli medianın manşetlərini dağıdan bəzi deputatlar, nə hikmətdirsə, kreslo sevdasından indi də əl çəkmirlər. Belə şəxslər üçün ömrünün axır çağlarında 5 il öz kreslosuna yayxanıb Milli Məclisə gəlib getmək, əlbəttə ki, xalqının dərdini-sərini parlamentdə səsləndirməkdən daha üstündür.

TEREF Yenicag.az -a istinadən xəbər verir ki, bu şəxslərdən biri də adı biznes imperiyalarının zənginliyi ilə sadalanan Məşhur Məmmədovdur. 74 saylı Masallı seçki dairəsindən VII çağırış Milli Məclisə düşmək istəyən Məşhur bəyi ölkədə “məşhur” edən əsas fakt isə sözsüz ki, “Embawood”un sahibi olmasıdır

Vaxtaşırı medianın gündəmə gətirdiyi “Embawood Məşhur” öz şirkətini 1996-cı ildə qurub. Bu gün şirkət öz sərhədlərini bir xeyli genişləndirib. Şirkətin kağız üzərində rəhbəri isə hazırda Elşad Abbasovdur. Çünki Məşhur müəllim deputatlıq macəralarına görə de-yure öz qurduğu şirkətin rəhbərliyindən “istefa verib”.

Xülasə, keçək cənab Məmmədovun biznesinin onurğa sütunu sayılan “Embawood”a. Şirkət 1996-cı ildə Masallıda mebel istehsalını qurub, 2000-ci ildə Xırdalanda ikinci fabrikini açıb, 2005-ci ildə regionlarda böyük anbarlarını yaradıb, 2014-ci ildə isə Qazaxıstanda mebel fabriki açıb.

Bu gün “Embawood” şirkəti Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla, 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb. Qazaxıstanda 26, Gürcüstanda 21 mağaza və Ukraynada 20-dən çox mağaza, dünyanın digər ölkələrində isə satış nöqtələri var. Şirkətin Azərbaycanda toplam sahəsi 85 000 kv. metrdən çox olan 141 mağazası fəaliyyət göstərir.

Belə olan halda, bu boyda şəbəkənin həqiqi sahibinin Elşad Abbasov olmasına inanmaq mümkün deyil. Heç kimə sirr deyil ki, bu miqyasda şirkətlərin arxasından, adətən, nazir, komitə sədri, deputat çıxır. Bu şirkətin ərsəyə gəlməsində sabiq nazir Fərhad Əliyevin də “xeyir-duası” olub. Ancaq şirkətin əsl “patron”u deputat Məşhur Məmmədovdur. Təkcə bir faktı qeyd edək ki, cənab deputat özünə Nyu-Yorkda neçə milyonluq villa alması xəbəri mediada rezonans doğurmuşdu. Deputatın ilk kapitalı isə çirkli yolla İrandan gəlib.

Hazırda “Embawood” şirkətinə Almaniya və İtaliyadan avadanlıqların, Türkiyə, Rusiya, Avstriya, İtaliya, İspaniya, Çin, Belarus kimi ölkələrdən idxal olunan xammalın dəyəri 100 milyonu keçib. Görəsən, cənab Məmmədov bu milyonları haradan tapıb?

Xatırladaq ki, biznesmen deputatın adı bir zamanlar biznesinə şərik olan qohumları ilə arasında ədavətin yaşanması xəbərləri ilə eyni sırada çəkilmişdi.

Bununla bağlı mediada gedən informasiyanı oxucularımıza təqdim edirik:

“İş adamı, deputat Məşhur Məmmədov şəriki ilə Bank olmayan kredit kredit təşkilatı – “BOKT Embafinans”dakı payının bir hissəsini satıb. Belə ki, “Embafinans” QSC-in səhmdarları Elşad Abbasov (60% idi) və Milli Məclisin VII çağırış deputatı Məşhur Məmmədov (40%) paylarının bir hissəsini yeni investora satıblar. Məlumata görə, Tamara Polyakova BOKT-un səhmlərinin 14%-nə yiyələnib. Bu əməliyyatdan sonra Elşad Abbasovun payı 51%-ə, Məşhur Məmmədovunku isə 35%-ə düşüb”.

Medianın diqqətindən yayınmayan daha bir mühüm nüans isə Məşhur Məmmədovun oğlu ilə qızının ölkə xaricinə üz tutmasıdır. Bildirilir ki, biznesmen-deputatın Məmməd və qızı Mədinə Şahbazova artıq bir müddətdir ki, ABŞ-yə köçüb. Babalarının adını soyad götürən deputatın övladlarının Nyu-Yorkda məskunlaşdıqları deyilir. Qeyd olunur ki, deputatın oğlu ABŞ-də təsis etdiyi “Masalli Enterprise LLC” şirkəti Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınaraq rəsmi fəaliyyətə başlayıb.

Uzun sözün qısası, bu gün seçicilərin ətəyindən yapışan Məşhur müəllimi Masallı camaatı da, elə biz də yaxşı tanıyırıq. Görünən kəndə nə bələdçi?
Görək, Məşhur müəllimin builki seçkilərdə verdiyi inanılmaz vədlər nə olacaq? Ümumiyyətlə, mandatını “kupçalayan” cənab Məmmədov qarşıdakı 5 ildə hansı “sürprizlər”ə bizi qonaq edəcək?
Yaşayıb görərik…

Mövzunu davam etdirəcəyik…
 
 
 
Ardını oxu...
Paytaxtın Qaradağ rayonunda “Kral” şadlıq sarayının sahibi əhalinin gündəlik istifadə etdiyi əsas yolu zəbt edib. Tribunainfo.az-ın verdiyi məlumata görə, yerli icra hakimiyyəti yolun obyekt rəhbəri tərəfindən “işğal” edilməsinə göz yumur. Halbuki Qaradağ rayon icra başçısı Süleyman Mikayılov daşı daş üstünə qoymaq üçün pulsuz sərəncam vermir. İndi “Kral” sahibi özünü kral kimi apararaq yolu tutub və görünür ki, bu qanunsuz hərəkətə yol vermək üçün icra başçısından razılıq alıb. Sakinlərin sözlərinə görə, Qaradağ rayon İcra Hakimiyyəti və başqa qurumlar məlumatlandırılıb, amma addım atılmır. Yolsuz qalan sakinlər problemin həlli üçün artıq kimə müraciət etməli olduqlarını bilmirlər. Narazı sakinlər bildirirlər ki, başda Qaradağ İH olmaqla, heç bir dövlət qurumu onların şikayətinə baxmır.
“Nə problem olur gərək prezidentə müraciət edək. Su, qaz, işıq, yol… Yenə də prezidentə müraciət etməli oluruq. Belə iş olar? Bəs, bu məmurlar nə işə yarayır? Bu dövlət qurumlarında, icra hakimiyyətində bir insaflı, işini bilən, prezidentin əmrlərinə tabe olan bir məmur varsa, gəlsin çıxsın ortaya. Bu qədər insanın yolunu bağlayan bir iş adamına heç kəs bata bilmir. Biri gəlib bu yol kəsən “Kral” şadlıq sarayının sahibinin sənədlərini araşdırsın. “Kral” şadlıq sarayının Səfa adlı sahibi vətəndaşların ümumi istifadəsində olan yolu bağlayıb. Heç kəs də vecinə deyil bu adamın. Deyir, sənədim var. Kim verib bu adama bu sənədi?”
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 
Ardını oxu...
35 ildir dalbadal Qubadan deputat seçilən Vahid Əhmədovun son illərdə davamlı şəkildə etdiyi “siyasi səhvləri” budəfəki növbədənkənar seçkilərdən kənarda qalmasına gətirib çıxardı. YAP da həmin bitərəf namizədin yerinə “bitərəf şəxs” axtarmaqdansa, özlərinə yaxın birini tapıblar. Bu tapıntı da təsadüfi olmayıb. Ən azından əslən qubalıdır, Vahid Əhmədovdan geri qalmır, iqtisadçıdır. Üstəlik, elmi dərəcə və digər peşə bacarıqları da var. Söhbət iqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçı (?????) Əlibala Səttar oğlu Məhərrəmzadədən gedir. AzToday.az xəbər verir ki, “Çovdar çörəyi!”, “Kənar adamın söylədikləri” kitablarının müəllifi olan Ə.Məmmədzadənin peşəsi çox olsa da, həm də biznesmendir. Özü də indiki deputatlardan fərqli olaraq biznesini gizlətmir, hamı bilir ki, Qubada sanatoriya sahibidir.

Lakin Qubanın yeni deputatı olmağa namizədin ən maraqlı və gülünc fəaliyyəti də “motivasiya spikeri” peşəsi ilə bağlıdır. Belə ki, Əlibala özünə məxsus olan “Youtube” kanalında rus dilində “Ev tapşırığı” silsilə dərsləri ilə “Uğur düsturu”nu təqdim edir. Məsələn, “Ev tapşırığı”nın 13-cü hissəsində “Məhəbbət düsturu” haqqında danışır, özü də rus dilində məhəbbətin nə olduğunu, necə cinsi əlaqə və uğurlu ailə qurmağın yollarını öyrədir (https://www.youtube.com/watch?app=desktop&v=5KSEr4rKwic). Buna “öyrədir” də demək olmaz. Çünki 1 il yarımdır paylaşdığı 13-cü “Ev tapşırığı”na cəmi 34 nəfər baxıb, şərh yazan da yoxdur...
Bax, elə bizim Milli Məclisdə onun kimi, mütəxəssislər çatışmırdı. Düşsün parlamentə Elza Seyidcahanla birlikdə qoca, cavan bütün deputatlara məhəbbətdən motivasiya versin...

Məlum olur ki, Əlibala yuxarıda qeyd edilən peşələri qazanmaq üçün əlindən gələni edib. Bəs deputat olmaq üçün nə edir? İndi onu araşdıraq.

Qubadan gələn həyəcanlı xəbərlərə görə, Əlibala əsas rəqibi sıradan çıxdığı üçün fürsətdən istifadə edərək “seçkidə necə qalib gəlməyin düsturu”nu işləyib hazırlayıb. Əvvəlcə özünə “rəqib” hazırlayıb, yaxın qohumu Əliabbas Məhərrəmovu eyni dairədən namizəd kimi qeydiyyatdan keçirib. Digər namizədlərə qarşı isə təzyiq və hədə-qorxu gəlməyə başlayıb. “Qalib gəlmək düsturu”nun əsas hissəsi isə rayondakı biznes fəaliyyətindən əldə etdiyi üstünlüyü YAP-dan gələn dəstəklə çuğlaşdırmaq təşkil edir.

Beləliklə, inzibati resursları da arxasına alan “Motivasiya spikeri”nin düstur əsasında qurduğu plan öz axarnda getdiyi bir dövrdə bizim media təmsilçiləri də dinc durmayıb, araşdırıblar ki, Qubadakı “Şahdağ Turuskavets” sanatoriyasının sahibi olan Əlibala Məhərrəmzadənin 10 milyon manata yaxın borcu var.
Medianın yaydığı digər xəbərə görə, YAP İdarə Heyətinin 59 saylı Quba seçki dairəsindən namizəd kimi Əlibala Məhərrəmzadəni irəli sürməsini Quba YAP-çıları müsbət qarşılamırlar. Çünki Ə.Məhərrəmzadə əslən Qubadan olsa da, YAP-ın Quba rayon təşkilatının üzvü də deyil. Bakının Səbail rayonunda qeydiyyatda olan Ə.Məhərrəmzadənin isə bu cür xəbərlər heç vecinə də deyil.

Belə ki, 59 saylı Quba seçki dairəsindən namizəd Əlibala Məhərrəmzadə 10 milyonluq borcu ilə bağlı xəbərləri 20 gündən sonra təkzib edib. Çox güman ki, Əlibala YAP-ın verdiyi “ev tapşırığı”nı Qubada yerinə yetirməyə və daha sonra Milli Məclisə düşəndə digər həmkarlarından “ac-yalavac” parlamentə gəlib “deputat ola-ola milyonlara necə sahib olmağın düsturu”nu öyrənərək (Azərbaycan dilini bilməsə də) pul qazanmağa və bütün borclarını qaytarmağa söz verib.

Verilən sözlər və planlar öz axarı ilə getsə, Milli Məclis “Motivasiya spikeri”, YAP isə növbəti biznesmen-deputat qazanacaq..
 
Ardını oxu...
Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə “qələbə”si öncədən proqnozlaşdırılan bir sıra namizədlərlə bağlı ortaya xeyli suallar çıxır.

2020-ci ilin fevralında keçirilmiş növbədənkənar seçkilər nəticəsində formalaşan VI çağırış Milli Məclis də gözlənildiyi kimi, özünün səalhiyyət müddətini sona qədər davam etdirmədi. Prezident İlham Əliyevin iyunun 28-də imzaladığı müvafiq Sərəncama uyğun olaraq, parlament vaxtından əvvəl buraxıldı və sentyabrın 1-nə yeni seçkilər təyin olundu. Təbii, erkən seçkilərə start verildikdən sonra bütün diqqətlər başda hakim partiya olmaqla, siyasi qüvvələrin, o cümlədən, müstəqil siyasətçilərin seçki hazırlıqlarına yönəldi. Eyni zamanda, təyin olunan seçkilərin ölkə parlamentarizmi tarixində yeni mərhələnin başlanğıcı olaraq təqdim edilməsi bu mühüm siyasi kampaniyaya marağı daha da artırırdı. O baxımdan, namizədlərin irəli sürülməsinə start verildikdən sonra partiyaların kimləri “döyüş”ə cəlb etmələri istiqamətində müzakirələr vüsət aldı.

Sözsüz ki, bu sırada ilk növbədə 1995-ci ildən sonra keçirilmiş bütün parlament seçkilərində parlament çoxluğuna sahiblənən Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısı bu müzakirələrin episentrini təşkil edirdi. Bu, bir tərəfdən YAP-ın hakim partiya olması ilə əlaqədar idisə, digər tərəfdən Milli Məclisin yeni tərkibinin əhəmiyyətli dərəcədə yeniləcəyinə dair gözləntilərlə şərtlənirdi. O baxımdan, parlamentin tərkibində gözlənilən yeniliklər YAP-ın deputatlığa namizədlər korpusunun tərkibi ilə əlaqələndirilirdi. Qısaca demək olar ki, bu gözləntilər təsəvvür edilən miqyasda doğrulmadı. Çünki YAP-ın parlament karyeraları hələ ötən əsrdən başlayan veteranlarının yeni siyahıda da yer alması həm birmənalı qarşıalanmadı, həm də bəhs olunan gözləntiləri yetərincə zəiflətdi. Yəni belə hesab edildi ki, hakim partiyanın stajlı deputatları yenə namizəddirlərsə, onların növbəti dəfə mandat almamaları istisnadır.

Lakin YAP-ın 1 sentyabr seçkilərində namizədliyini irəli sürdüyü fərdlərin içində yenilərin olmadığını söyləmək də imkan xaricindədir. Hər halda, nəinki cəmiyyətdə, hətta media cameəsində belə adını kimsənin eşitmədiyi bəzi fiqurlar hakim siyasi təşkilatın namizədləri qismində mübarizəyə qoşulublar. Doğrudur, onlardan bir çoxunun “növbətçi namizəd” olduqları iddia edilsə də, həmin şəxslərin YAP-ın deputatlığa rəsmi namizəd statusu qazanmalarının özü də üstündən sükutla keçiləcək məsələ deyil.

Cəmiyyətdə adı eşidilməyən, jurnalistlərin belə tanımadığı YAP-ın deputatlığa namizədləri arasında Elnur Fidail oğlu Rəhimovun adı xüsusi seçilir. Əslində, burada “seçilir” sözü bəlkə də yerinə düşmür – artıq deyildiyi kimi, onun hər hansı ictimai obrazı mövcud deyil. Amma onun adını ictimai diqqətə yönəldən ciddi bir amil var – o, “Bakı Tikiş Evi” ASC-nin rəhbəri Fidail Rəhimovun oğludur. Həm də sadəcə oğlu deyil, eyni zamanda, atasının maliyyə məsələləri üzrə müavinidir. Bununla belə, xarici ölkədə təhsil almaq və tanınmış iş adamının oğlu olmaq YAP-ın namizədlər siyahısına düşmək üçün nə qədər yetərli ola bilər? Axı son məlumatlara əsasən, hakim partiyanın üzvlərinin sayı 700 min nəfəri çoxdan keçib. Təsəvvür edin, onların arasında Elnur Rəhimova siyasətdə master-klass keçə biləcək yüzlərlə, minlərlə, lap on minlərlə hazırlıqlı insan var. O zaman “Bakı Tikiş Evi”ndə gəlir-çıxar məsələləri ilə məşğul olan birinin YAP-ın namizədlər korpusuna daxil edilməsi nə dərəcədə təbii görünür? Cavab özlüyündə aydındır.

Bundan başqa, Elnur Rəhimovun atası Fidail Rəhimovun rəhbəri olduğu “Bakı Tikiş Evi” ASC-nin də cəmiyyətdəki reputasiyası müsbət deyil ki bu amilin onun namizədliyinə təsirindən danışmaq mümkün olsun. Əksinə, son illərdə məktəbli formalarının istehsalını monopoliyaya götürən, o məhsullara istədiyi qiyməti qoyaraq valideynləri soymaqdan çəkinməyən bir şirkətin belə məsələlərdə pozitiv rolu ola bilməz.

Ona görə də Elnur Rəhimovun YAP-ın namizədlər syahısına salınmasında “qüdrətli gizli əl”in rolu haqqında fikir yürütmək olar. Bəli, rəqiblərindən biri uzunmüddətli deputat Ziyad Səmədzadə olsa da, YAP-ın namizədi olması onun mandat almaq şansını artırır. Ancaq mandat qazansa belə, fövqəladə nə baş verəcək ki? VI çağırış Milli Məclisin deputatı olan və namziədliyi yenə irəli sürülən, Nurlan Həsənovdan fərqli nə edəcək? O da xaricdə təhsil almışdı, “yeni təfəkkür” sahiblərindən hesab olunurdu. Amma mətbuata ilk açıqlamasındaca Azərbaycanla Almaniya arasında “möhtəşəm” müqayisə apararaq, özünü ömürlük gülüş hədəfinə çevirdi.

Görək, Elnur Rəhimov mandat alacağı təqdirdə Azərbaycanı hansı ölkə ilə müqayisə edəcək?

www.yenicag.az
 
Ardını oxu...
Bakıda fəaliyyət göstərən daha bir obyektin açıq şəkildə vergidən yayındığı müəyyən olunub. Dia-az.İnfo bildirir ki, bu barədə bir vətəndaş gileyindən anlaşılır.

Belə ki, aldığı məhsula görə uyğun satış çekinin verilmədiyini müəyyən edən Malik Səbuhi adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupundakı paylaşımında belə yazır:

Ardını oxu...

"Deməli, Elmlər akademiyası metrostansiyası yaxınlığında yerləşən "Peynirçi Baba" deyilən məkandan 8.82 manatlıq məhsul alırsan... Evə gələndə görürsünüz ki, ƏDV çekini 3.73 manat vurublar...

Ora gedən olanda diqqətli olsun..."

Dia-az.İnfo qeyd edir ki, bu həm də vergidən yayınmanın təsbitidir...
Ardını oxu...
"Sumqayıtda sığorta ilə bağlı olaraq bütün həkimləri 5 saylı uşaq poıiklinikasına toplayıblar..." Dia-az.İnfo bildirir ki, bu barədə Sumqayıt sakininin gileyində bildirilir.
Narazı vətəndaş daha sonra yazır: "Hər uşaq üçün əvvəlcə ayrı-ayrı mikrorayon poliklinikalarındakı sahə həkimlərinin yanına gedilir, onlar şikayətlər üzrə- göz, burun, cərrah və s. sahələr üzrə təqdimat verir, kompyuter arxasında oturan xanımlar çek verir və səni 5 saylı poliklinikaya göndərirlər. Əsl həngamə bundan sonra başlayır.
Hər səhər saat 8-dən növbəyə insanlar, uşaqlar ( körpələr və 18 yaşa qədər uşaqlar) və valideynləri yığılır. saat 9-dan guya işə başlayan işçilərdən bəzən biri, bəzən isə 2-3 nəfər 50-60 valideynə ( bəzən daha da çox olur) çek verməyə başlayır. Valideynlər arasında növbəyə görə narazılıq, səs-küy yaranır. Xüsusilə də, əgər yaydırsa, vəziyyəti təsəvvür edin. Buradsn birtəhər çek alan valideyn sonra saatlarla, hətta günlərlə həkimin, rentgenin, analizin qapısında növbədə durur.
Bu necə qayda qanun yaratmaqdır. Analiz vermək üçün uşaq ac qarına saat 8-də evdən çıxır, saat 10:30, 11-də analiz götürülür. (Hər yaşdan uşaq olur.) Analizdən sonra da uşağın halı pisləşir.
Hələ analiz nəticəsini götürəndən sonra görək neçə gün həkim qapısında yatmalıyıq?
Bir problemə görə bir həftə xəstəxana qapılarındayam. Sığorta pulsuz demək deyil. 18 ildir təhsil sahəsində işləyirəm. Əvvəl də pulumu verib bu işləri görürdük. Ancaq bu qədər qapılarda yatmırdıq. Sığorta tətbiq ediləndən sonra da maaşımdan hər ay müəyyən məbləğ çıxılır. Ancaq burnumuzdan gətirilir.
Ya bu yeni biabırçı sistemi ləğv edin, ya da sığortanı ləğb edin. Ayıbdır. 21-ci əsrdir. Bizdə hələ də sovet dövrünün növbəsi davam edir..."
 

Dünyapress TV

Xəbər lenti