Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Abşeron rayonu, Xırdalan şəhəri, "AAAF Park" yaşayış kompleksinin girişində dövlət atributları sökülərək yerində restoran tikilir.

Bu barədə sakinlər "Arqument.az" xəbər veriblər.

Sakinlər bu barədə sosial şəbəkələrdə də məlumat yayıblar.

Onlar kompleksdəki mövcud vəziyyətdən şikayətçidirlər.

Sakinlər bildirirlər ki, tikinti sahəsi yaşayış binasına çox yaxındır.

Tikinti gizli aparıldığından inşaat işçiləri gecə də işləyirlər. Səs-küydən qulaq tutulduğunu bildirən sakinlər əraziyə indiyə qədər heç bir dövlət qurumundan nümayəndə gəlmədiyini bildirirlər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə dəfələrlə müraciət edən sakinlər "Arqument.az"a bildiriblər ki, bu qurumlar da "müdrikcəsinə" susur.

Yenilikçi məmur kimi təqdim edilən, Bakının Baş Planı tapşırılan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev də "AAAF PArk"da baş verənlər barədə nədənsə ona ünvanlanan şikayətlərə əhəmiyyət vermir.

Saknərin dediyinə görə, narazılığa səbəbə sözügedən tikintinin Heydər Əliyevin posterinin sökülərək yerində inşa edilməsidir.

Sakinlər onu da qeyd edirlər ki, bu tikintini aparan hər kimdirsə, həm FHN, həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu şəxsdən bərk çəkinir.

Abşeron Rayon İcra Hakimiyyətindən isə ümumiyyətlə danışmağa dəyməz.

Sakinlər deyirlər ki, tikintini Namiq Məmmədov adlı şəxs aparır, o da şikayətçilərə yuxatılarla anlaşdıqlarını, şikayətlərin mənasız olduğunu deyir.

"AAAF Park" Yaşayış Kompleksinin sahibi idman ustası Tofiq Heydərovdur.

Tofiq Heydərov həm də "AAAF Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. "AAAF Holding" MMC 2016-cı ildə təsis edilib.

Sözügedən qanunsuz tikintinin aparıldığı "AAAF Park" Yaşayış Kompleksində fəaliyyət göstərən daha bir şirkət - "AAAF Park Xırdalan" MMC də Heydərovlara məxsusdur.

"AAAF Park Xırdalan" MMC-nin qanuni təmsilçisi Tofiq Heydərovun qardaşı Səlim Heydərovdur.

Bu şirkət 2013-cü ildə təsis edilib.
 

Bölmənin digər xəbərləri

22 Yanvar 2025 “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
22 Yanvar 2025 Məzahir Pənahovun nəzərinə - Bakının iki bələdiyyə sədrindən inanılmaz seçki oyunu: Qohumbazlıq, tayfabazlıq ... -- FOTOLAR/İDDİA
22 Yanvar 2025 Valideynlərin BSQ üsyanı: Nazirlik özü qoyduğu qaydaları niyə pozub? - VİDEO
22 Yanvar 2025 Gəncə Tibb Kollecində rüşvət tələb olunur?
22 Yanvar 2025 "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
22 Yanvar 2025 Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
21 Yanvar 2025 İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" - FOTOLAR
21 Yanvar 2025 Astarada iki hakimiyyət: Allahverən Mahmudov Qəzənfər Ağayevin kreslosuna göz dikib
21 Yanvar 2025 Xırdalan şəhər 1 nömrəli məktəbdə BSQ testləri üçün pul yığılır iddiası: Təhsil Nazirliyi araşdırma aparmalıdır
20 Yanvar 2025 Gəncə Tibb Kollecində rüşvət İDDİASI: 500 manat TƏLƏB OLUNUR
20 Yanvar 2025 Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
19 Yanvar 2025  “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
19 Yanvar 2025 NAXCIVAN SƏHİYYƏ NAZİRİ SAMİQ SADIXOVDÖVLƏT BÜDCƏSİNƏ GÖRƏN NİYƏ QƏNİM KƏSİLİB?
19 Yanvar 2025 Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir
19 Yanvar 2025 Masazır bələdiyyəsinin fəaliyyəti bunlardan ibarət imiş...
19 Yanvar 2025  “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
19 Yanvar 2025 SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi...
18 Yanvar 2025 Nuriyevlərin Sabirabadda seçki sabotajı – Zakir Quliyev bundan sonra da qoyunlarını otaracaq İDDİA
17 Yanvar 2025 Hacı Ramazanın şirkəti 32 milyon manatlıq tenderi uddu
17 Yanvar 2025 Fəhlənin faciəvi ölümü ilə bağlı cinayət işi açılıb: "SPARK MMC"- dən kimlər istintaqa cəlb edilib?

Dünyapress TV

Xəbər lenti