Ardını oxu...
"Gedib" sözünü ona görə deyirik ki, onu Zaqatalanı təmsil etməyə hakim Yeni Azərbaycan Partiyası onu göndərib.
Əslində Asif Əsgərov əslən Zaqataladan da deyil; Naxçıvan Muxtar Respublikasındandır. Amma, əlbəttə, hər bir seçki yaşına çatmış vətəndaş ölkənin istənilən bölgəsindən deputatlığa iddia edə bilər. Sadəcə, Asif Əsgərovu Zaqatalaya icra başçılığından başqa nəyin bağladığı bizə məlum deyil.

O, Zaqataladan gəlib Bakı şəhər Səbail rayon icra hakimiyyətinin başçısı oldu. Sonra isə Nəsimi rayonuna başçı təyin etdilər.

Hələ Səbail rayonunda başçı olarkən, Asif Əsgərovun oğlu sürücüsündən sükanı alaraq, sürətlə avtomobil idarə etmiş, ağır yol-nəqliyyat hadisəsi törətmişdi. Nəticədə avtomobilin sərnişini olan 16 yaşlı yeniyetmə Sənan Mirzəyev (McDonalds şirkətinin Azərbaycan üzrə təmsilçisi olmuş Maksud Mirzəyevin oğlu) aparıldığı Sabunçu xəstəxanasında aldığı yaralardan vəfat etmişdi. O zaman Asif Əsgərov öz oğlu İlham Əsgərlini təcili əməliyyat üçün Ankaraya aparmış, Maksud Mirzəyevin oğlu isə xəstaxanada qalaraq can vermişdi.

Bu haqda mediada çoxlu yazılar yazılmışdı. Hadisənin günahkarı başçının oğlu İlham Asif oğlu Əsgərli olsa da, təqsir avtomobilin arxadan çırpıldığı “Howo” markalı yük maşınının sürücüsü Əhliman Qəhrənanovun üzərinə yıxılmış, o, günahsız yerə 6 il həbsdə yatmışdı. Asif Əsgərovun oğlu İlham Əsgərli qısa müddət həbsdə qalsa da, "xəstəliyinə görə" cəzadan yayındırılmışdı. Bu hadisədən sonra isə Asif Əsgərov Nəsimi rayon icra hakimiyyətinin başçısı təyin edilmişdi. İndi isə o, Zaqatalaya - Milli Məclisə deputat mandatı dalınca gedib.

Asif Əsgərovun adı mediada bir çox başqa neqativ işlərdə də hallanıb. O cümlədən, Nəsimi rayonu ərazisində pilot tikinti layihələri və ərazidə söküntü işləri ilə bağlı. Ancaq bütün bunlar Asif Əsgərovun karyerasına heç bir mənfi təsir etməyib. Başçı hətta "Tərəqqi" medalı ilə təltif olunub. Hazırda isə hakim partiyanın siyahısından deputatlığa namizəddir.

Bütün bunlardan sonra Zaqatala Asif Əsgərova səs verəcəkmi?! Sentyabrın 1-də bunu biləcəyik. Hərçənd bəlkə də Asif Əsgərov öz "qələbəsi"ni indidən bayram edir. Adı "siyahı"dadır deyə arxayındır. Ancaq nə bilmək olar?! Rəqibi Qarabağ müharibəsi qazisidir. Zaqatalalılarda isə torpaq uğrunda vuruşanlara sevgi və sayğı var.

Seyid Əhmədli, Bizimyol.info
 
Ardını oxu...
Redaksiyamıza müraciət edən sahibkar Ramil Aslanov bildir ki, Elmir Ramazanov özünə yaxın sahibkarlar imtiyazlar tanımaqla bizim kimi sahibkarları öz basqısına tabe etmək üçün əlindən gələni edir. Lakin qeyd etməliyik ki, Ölkə rəhbəi hər bir məmura dəfələrlə xəbərdarlıq edərək sahibkarların inciudilməsinə görə şiddətli cəza tədbirləri görəcəyini bildirmişdir. Amma E.Ramazanov bundan heç bir nəticə çıxarmadığı kimi çirkin niyyətini əl altından davam etdirməyədə davam etdirir.

Qanunların işləmədiyi Bakı Baş Gömrük idarəsi Elmir Ramazanovun qanunsuz əməllərinin poliqonuna çevrilib. Beləki, Gömrük rüsumlarının hesablanması təyinatların verilməsi ilə məşğul olmaq əvəzinə Sahibkara nə qədər ziyan vura biləcəyinin hesabatın aparan Elmir Ramazanov qanunları deyil şəxsi maraqlarını əsas götürür. Maddi subutları ilə deyilənləri sözdə deyil sənədlərdə təsdiq edən Sahibkar Ramil Aslanov şənbə günü işin bitdiyi saatdan sonra ona bildirişin verilməsi təmin edilib. Məhs Gömrük qanunlarında 5 iş günü müddəti göstərilsədə Elmir Ramazanov prinsip apardığı sahibkara qanundan kənar nə qədər əməl varsa tətbiq edir. Sahibkar bildirir ki, Elmir Ramazanov İqtisadiyyat nazirinin birinci müavinin adından ona təzyiq edir. Gömrük haqqında qanunda deyilir ki, sahibkarlığın inkişafı üçün iş adamlarına tarif qanun 7.4-cü maddəsində deyilir malların dəyərləndirilməsi ən sadə və ədalətli prinsiplə təqdim edilməlidir. Lakin Elmir bəyin niyyəti ifşa edilir. Elmir Ramazanov kimə və hara tabe olduğunu unutsada Dövlət Gömrük Komitəsi ona bunu xatırlatmağızərurət daşıyır. Axı sahibkarın incidilməsində onun müflis edilməsi atılan addımlar ölkə iqtisadiyyatına vurulan zərbələrdəndir. Bir iş adamının formalaşması və uğurlu biznesmenə çevrilməsində mütləq dövlət qayğısı və zəhməti var. Dövlətin sahibkarları dəstəkləməsi isə Prezidentin çıxışları ilə öz təsdiqin tapır. İllərlə çəkilən zəhmətlər bir Elmir Ramazanova qurban edilə bilməz. Monopolis şəbəkəyə rəhbərlik edən və İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyevin adını özünə qalxan edən Elmir Ramazanov artıq həd-hüdud tanınmaz hala çatıb desək yanılmarıq. “Gözlə görülən dağa nə bələdçi gərəkdir”. Artıq aylardır eyni mövzu suni qiymət artımına israrlı olan Bakı Baş Gömrük idarəsinin məqsədi Ölkə rəhbərinin apardığı iqtisadi siyasətə kölgəmi salmaqdır... deyə sual yaranır. Axı apardığınız iş prossesinizin nəticələri onu göstərir ki, Sahibkarı düşdüyü durumdan çıxmasına deyil daha da dərinə batmasına şərait yaratmaqda olan Elmir Ramazanov durmadan iş adamının hesabında olan puları ödəniş olaraq qəbul edir. Lakin sonuncu məktublarında pulunun geri qaytarılmasını tələb etsədə təəsüf hissi ilə qeyd etməliyik ki, sahibkarın depozit hesabına pulu geri qaytarmayıb. Qanunsuzluğun təməli isə sahibkarın haqlı tələbinin icra edilməməsi Elmir Ramazanov tərəfindən verilən əmirdir. BGİ mallarını buraxılışda göstərsədərək yuxarı dairələrə yalan məlumatlar ötürərək sahibkarı haqsız çıxarmağa cəhd edir. Hazırda bir neçə malın ödənişini etmiş olan Ramil Aslanov günlərdir Elmir Ramazanovun şəxsi prinsiplərinin qurbanına çevrilir. Məhs bu prinsiplərin əsasında isə gömrük əməkdaşları qanuna zidd verilən əməlləri icra etməkdən geri durmur. Depozitdən pulları silən Elmir Ramazanov monopoliyasına boyun əymiyən sahibkarın sonun gətirəcək hər bir addımı məqbul hesab edir?

Ölkədə siyasi iqtisadi vəziyyətin çətinləşməsi Elmir Ramazanova niyə sərf edir?

Sahibkar birdirir ki, Elmir Ramazanova göstəriş verib sahibkarı narazı salmamağı tapşıran DGK rəhbərlər şəxslərin sözləri sanki Dövlət Gömrük Komitəsinin inzibati binasında qaldı. Elmir Ramazanova Şahin Bağırovun tövsiyələrini xatırlatdıqda isə aldığımız cavab şok edici oldu. “Mən Şahin Bağırov u tanımıram və yeganə əmr aldığım adam isə Elnur Əliyevdir”. Bu halın yaşanmasından təsirlənən sahibkar təsüf hissi ilə qeyd edib. Sahibkarın müflis edilməsində maraqlı təəf olan Elmir Ramazanov onun depozitə qoyduğu pulların silir amma və lakin gətirilən mallarını götürə bilmir. Yazılı olaraq malının verilmədiyi üçün silinən vəsaitinin hesabına qaytarılmasın tələbinədə məhəl qoyulmur.
Ölkədə işsizliyin sayının artmasına yönələn addımlar cəmiyyət tərəfindən qəbul edilmir. Bu gün Aqil İbadov adlı gömrük əməkdaşının Qazinin sənədlərin qəbul etməməsi ilə ölkənin rəhbər şəxslərinin tövsiyələrinədə məhəl qoymadıqların açıq bəyan edirlər. Elmir Ramazanovun qurduğu daxili imperiyası tək sahibkarlara deyil Azərbaycanın daxili bazarında yüksək artımlara hesablanıb. Beləliklə ölkədə total narazılığın qimətlərin suni artımı Elmir Ramazanovun qəbul edilməz qərarları ucbatından formalaşır. Bəs bu şəxsin qanunsuz addımlarına nə vaxt dur deyiləcək. Sahibkar efir vasitəsi ilə dəfələrlə qanunsuzluqları dilə gətirib. Amma yenədə şəxs toxunulmaz olaraq qalmaqdadır. Broker siyyasətini yenidən qurmaq yönündə sürətlə addımlarıan Elmir Ramazanov 000karqoların bir əldə cəmlənməsini mütləq lüzumsuz məclisdə dilə gətirməsidə verilən məlumatlarda yer almaqdadır. Bu isə Prezidentin iradəsinə qarşı atılan addım olaraq qiymətləndirilən gedişatdır. Qısa müddət əvvəl məhs Prezident İlham Əliyevin göstərişi ilə Gömrük sistemində yaradılan qanunsuz bkoker şəbəkəsi hüquq mühafizə orqanları tərəfindən ifşa edilərək ləğv edildi.

BakuNews
 
Ardını oxu...
Göyçay Peşə Liseyində təhsil alan tələbələrin taleyi bir qrup şəxsin əlində oyuncağa çevrilib.

Bu barədə tələbələrin valideunləri "Arqument.az"a danışıblar.

Onlar deyiblər ki, Peşə liseyində tələbələr məqsədli şəkildə uzaqlaşdırılır, onlara diplom verilmir.

"Əvvəl 80-dən yuxarı tələbənin adı saxtalaşdırılmış sənədlə möhürlənərək Peşə Təhsili üzrə Dövlət Agentliyinə göndərilib. Guya bu tələbələr il boyu dərslərdə iştirak etməyiblər. Sonra isə davamiyyətə məsul şəxs guya siyahını hazırlayarkən mexaniki səhvlər etdiyini deyərək bəzi tələbələrin adını siyahıdan çıxarıb və sayı azaldır. Müvafiq agentlik isə dövlət sənədi sayılan qrup jurnallarında bütün illlik və yarımillik qiymətləndirilmələrə baxmadan "qayıb" limitini aşmayan tələbələri həmin saxta siyahı əsasənda liseydən xaric edir".

Şikayətçilər deyirlər ki, bu addımlar diplomların verilməsi ərəfəsində atılır, çünki şəxsi məqsədləri var. Onlar bu barədə təhsil naziri Emin Əmrullayevə də məktib göndərdiklərini bildiriblər.

Valideynlər liseydən xaric edilən tələbələrin imtahanlarında iştirak etdiyini təsdiq edən foto və videogörüntülərin də olduğunu deyiblər: "Kimlərə necə diplom verirlər, bilirik. Liseydən azad olunan 70-dən çox tələbədən 44 nəfəri bu il üçün diplom almalı olan məzunlar idi. Hansılar ki həm istehsalat təcrübələrində olmuş, həm də dövlət buraxılış imtahanlarının hər ikisində iştirak edib qiymət almışdılar. Bütün bunlar tələbələrin hər birinin imtahanlarda iştirakını təsdiq edən foto şəkillərdə və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən imtahanların onlayn monitorinqi zamanı çəkilmiş videolarda əksini tapıb".

Göyçay Peşə Liseyində baş verən qanunsuzluqlardan danışan valideynlər qeyd ediblər ki, şikayətlərinə də baxan yoxdur: "Bu gün bu məsələ ilə bağlı liseyə müraciət edən valideynlərə yanlış məlumat verilir. Deyirlər ki, guya baş verənlərdən liseyin rəhbərinin xəbəri yoxdur. Onlar məsuliyyəti agentliyin üzərinə atırlar. Amma xaric ediləcək tələbələrin adlarının liseydən göndərildiyini gizlədirlər".

Göyçay Peşə Liseyindən və Peşə Təhsili üzrə Dövlət Agentliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
 
Ardını oxu...
Ulu öndərin layiqli varisi, Ali Baş Komandan İlham Əliyev dünyanın siyasi arenasında çox sanballı və önəmli yer tutur.

Belə ki, dünyanın ən güclü, nəhəng ölkələrinin siyasi liderləri cənab Prezidentimizlə hesablaşır, ondan çəkinirlər. Çünki Prezidentimiz xalqımızın xəlqi oğlu və çox böyük bir şəxsiyyətdir. Onun dünya siyasətində öz xüsusi yeri və çəkisi vardır. Və bir də, cənab Prezident nəyi, necə və nə vaxt etməyi hamıdan dəqiq, yaxşı bilir. Xalqımız əsrlərdən bəri bizə məxsus olan əzəli torpaqlarımızı itirə-itirə gəlirdi. Tarixin bizim olan İrəvan xanlığında Rusiyanın yaratdığı Ermənistan adlı “dövlət” 34 il əvvəl rus imperatorluğunun kömək və dəstəyi ilə minlərlə azərbaycanlı türkünü qanına qəltan edib, torpaqlarımızın 20 faizdən çoxunu işğal etdi. Öz doğma torpağında 1 milyona yaxın həmvətənimiz məcburi köçkün oldular. Düz 30 il bu bir milyonluq vətəndaşları çörək, iş və yaşayış yeri ilə təmin edib, hərtərəfli qayğılarını, dərdlərini çəkən Prezident İlham Əliyev, eyni zamanda dünyanın çox güclü ordularından birini qurdu. Ordumuz ən müasir hərbi silahlarla təmin olundu. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin müdrik və milli siyasətinin ətrafında birləşərək dəmir bir yumruğa döndük. Cənab İlham Əliyevin hərb siyasətində biliyi, yeniliyi və olduqca təmkinli əmri ilə ordumuz qarı düşmənin üstünə qartal kimi şığıdı. Qorxunun nə olduğunu bilməyən qəhrəman Azərbaycan oğulları cəmi 44 gün ərzində torpaqlarımızı düşmənin cəngindən qurtardılar. Taleyimizdə, tariximizdə ilk dəfə olaraq itirilmiş torpağımız Vətənə qaytarıldı. Bütün dünya İlham Əliyevin necə mərd, qorxmaz, bilikli, ağıllı bir Prezident və Ali Baş Komandan olduğundan danışdı... Vəhşi, insanlıqdan xəbərsiz olan düşmənlərimiz haylar, rayonlarımızı, kəndlərimizi, qəbristanlıqlarımızı viran qoyub, yerlə yeksan etmişdilər. Ata vəsiyyətinə bir oğul, əsl kişi kimi əməl edən İlham Əliyev Vətənimizin döyünən ürəyi, mənəvi dəyərlər mənbəyi olan Şuşamızı azad etdi, bizə qaytardı. Dost da, düşmən də gördü ki, biz necə qorxmaz, qeyrətli, döyüşkən, qürurlu bir xalqıq. Və xalqımızın böyük oğlu İlham Əliyev uzaqgörən siyasətində yeni bir mərhələni həyata keçirməyə başladı. Azad olunmuş torpaqlarda şəhərlər, kəndlər müasir zamanın arxitekturasına cavab verən üslubda, milli ornamentlərlə zəngin olan səviyyədə tikilməyə, yenidən salınmağa başladı. Bütün Qarabağ geniş tikinti meydanına çevrildi. Prezidentimiz azad olunan torpaqlarımızın dirçəlib yenidən həyata qayıtması, həmvətənlərimizin yeni, müasir evlərdə xoş, firavan yaşamaları üçün milyonlarla vəsait ayırdı. Bütün şüurlu ömrünü xalqın rifahına həsr edən Prezident gecə-gündüz yatmır. Hər şeyi nəzarətdə saxlayır. Gündə istifadəyə verilən əhəmiyyətli bir binanın, obyektin açılışını edir.

***

...Qarabağın dirçəlişi üçün ayrılan bu pulların bir hissəsini Azərbaycan oğulları, bu torpaq uğrunda cavan canını fəda edən şəhidlərimizin yaxınları, qohumları buradakı tikintilərdə minbir əzab-əziyyətlə qazanır, hər cür rahatsızlığa və şəraitsizliyə kişi kimi sinə gərir, çətinliyə dözürlər. Amma bəzi məmurlara bənzəyən tikinti rəhbərləri fəhlələri aldadır, pulunu vermirlər. Belə ki, Ağcabədi rayonunun Salmanbəyli kənd sakinləri Cahangir Əli oğlu Əhmədov, Ülvi Cahangir oğlu Əlizadə, Adil Əli oğlu Əhmədov, yenə həmin rayonun Aran kənd sakini Taleh Nəsib oğlu Hüseynov, Yeni Qaradolaqdan Fehruz Paşa oğlu Məmmədov, Kürdəmirdən Cəsarət, Güzdək qəsəbəsindən Füzuli Osmanov, Sədulla Yarıyev, Cəlilabaddan Elşən, Ağdamdan Emin Qarayev Laçın şəhərində xəstəxananın bərpasında aprel ayının 5-dən may ayının 20-nə kimi “Kaspiyon Road” şirkətində malyar və fəhlə kimi çalışıblar. Amma nədənsə bu şirkətin hesabdarı Elşən ( tel: 050 264-06-08), iş icraçısı İsa ( tel: 050 241-99-53) və “baş qəhrəman”ımız, şirkətdən iş götürüb, fəhlələri işlədib, pullarını mənimsəyən, verməyən podratçı İbrahim Musa oğlu Nəbiyev ( tel: 050 329-69-25, 077 516-19-09) Laçında fironluq edir, işçilərin başına min oyun açırlar. Bu işdə xüsusi ilə İbrahim canfəşanlıq edir, fərqlənir. Şirkətin adı ilə adamları portaldan keçirib işlədir. Sonda da deyir ki, mən əmim generaldır. Mən heç kimdən qorxmuram. Hara istəyirsiniz, gedin şikayət edin.

Əvvəla onu qeyd edək ki şirkətdə fəhlələr üçün yaradılan şərait qənaətbəxş deyil. Çarpayılardakı döşəklər keyfiyyətsizdir. “Yorğan”lar parça arasına doldurulmuş pambıqdan ibarətdir. Və çox gödəkdir. Yastıq, döşək üzü, mələfədən söhbət gedə bilməz. Çünki fəhlələrə onları verən yoxdur. Yeməkləri də keyfiyyətsiz, təsadüfi adamlar tərəfindən bişiriləndir. “Kaspiyan Road” şirkətində fəhlələrə verilən “yeməklər”i itə atmaq mümkündür.

İbrahim Nəbiyev fəhlələrlə kobud, əl-qol ilə danışır, hədə-qorxu gəlirdi addımbaşı. Tez-tez fəxrlə əmisinin general olduğunu bildirir və heç kimdən qorxmadığını vurğulayırdı. Laçında xəstəxananın bərpasında çalışan fəhlələr şikayət etmədikləri qurum, yer qalmadı. Hətta sonda Prezidentə də teleqram vurub İbrahim kimilərinin onların halal zəhmətlə qazandıqları pullarını mənimsədiyini bildirdilər. Prezident Administrasiyasından onları Bərdədəki Regional Prezident nümayəndəliyinə (Bərdə rayon İcra Hakimiyyətinin binasında 2-3 nəfər işbilməz gənc guya burada çalışırlar) yönəltdi. Bu nümayəndə isə icra hakimiyyətində növbətçi olan polisin müdaxiləsi ilə Bərdədəki Əmək Müfəttişliyi Xidmətinin Qarabağ Regional şöbəsinə göndərdilər. Burada şikayət ərizəsi alınıb müraciət edən fəhlələr yola (uzaga) salındılar...

Təəssüf ki, Laçında inşaatçı adı altında başqa işlərlə məşğul olan, fəhlənin başına oyun açıb, qazandığı pulu verməyən qazaxlı Nəbiyev İbrahim Musa oğlunun “Gedin, hara istəyirsiniz şikayət edin, fərqi yoxdur, siz məndən pul ala bilməyəcəksiniz” deməsi səbəbsiz deyilmiş. O, Qarabağda tikintilərdə iş gördürənlər tərəfindən edilən özbaşınalıqdan yuxarıdakı bəzilərinin də xəbərdar olduğuna işarə edirmiş...

Təzadlar.Az
Ardını oxu...
Masazır qəsəbəsinin Şahmar Ələkbərov küçəsində yaşayan sakinlər tullantıların daşınmamasından şikayətçidirlər.

Onlar iddia edirlər ki, ərazidəki zibillər həftələrlə daşınmır.

Sakinlər deyirlər ki, üfunətdən evdə oturmaq mümkün deyil.

"10 ildən çoxdur burada yaşayırıq. Hər ay sakinlərdən lazımi qədər vəsait yığırlar. Amma zibilin normal qaydada daşındığını görməmişik", - deyə sakin narazılıq bildirib.

Problem təkcə bununla yekunlaşmır. Üç minə yaxın sakinin yaşadığı küçəyə 10 ildən çoxdur ki, asfalt örtüyü salınmır.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem həllini tapmır.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
2021,2022 və 2023-cü illər üzrə Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən tenderlərdə "Dövlət satınalmaları haqqında Qanunu"na əməl edilməyib.

Bununla bağlı Sonxeber.az-a Biləsuvar rayon sakini Sədrəddin Məmmədov müraciətində deyib. O bildirib ki,Tender komissiyası tenderlərdə iştirak edən müəssisələrin ixtisas uyğunluğunu əvvəlcədən müəyyənləşdiriməli idi. Lakin komissiya bu işə məhəl qoymayıb:

"Nəticədə keçən 3 ildə rayonun ərazisində görülən işlərdə xüsusən küçələrin asfaltlaşmasında və abadlaşdırma işlərində qalib podratçının maddi-texniki bazası olmadığı halda, yəni asfaltlaşmaya aid asfalt zavodu, asfalt basmaq üçün texnikası, əmək müqaviləsi bağlanılmış təcrübəli işçi qüvvəsi və səriştəsi olmadığı halda özəl müəssisələr əsassız qalib çıxarılmış və onlarla müqavilə bağlanılmışdır. Buna nümunə olaraq 2022-ci ildə ilin sonunda qalib çıxarılan müəssisə 2023-cü ilin yanvar fevral aylarında küçələrə asfalt qoymuş, nəticədə heç üstündən bir həftə keçməmiş qoyulan asfalt dağılıb məhv olmuşdur. Olunan şikayət əsasında görulən işlər mərkəzi orqanlar tərəfindən yoxlanılmış asfaltın yenidən qoyulmasını göstəriş versələr də bu işə məhəl qoyulmamışdır. Axı nə səbəbə Biləsuvar Rayon İcra Hakimiyyəti görüləcək işlər üçün tenderi ilin ortalarında yox, ilin axırında tələm-tələsik keçirir?"

Sədrəddin Məmmədovun sözlərinə görə, dövlət büdcəsinə ayrılan vəsaitdən mənimsənmə var. Hesablama Palatası Biləsuvar rayonu İcra hakimiyyəti ilə əlbir olaraq maddi maraqlarını güdüblər:

"Biləsuvar rayonunun Milli Qəhrəman Mübariz İbrahimov küçəsi, Səməd Vurğun küçəsində yolları bərbad vəziyyətdədir. Hesablama Palatasının şöbə rəisi Azim Abasov Heydər oğlu asfaltlaşmaya yoxlamaya aidiyyəti olmayan işçi göndərib. Onların dediyinə görə yoxlamalar keçirilib. Amma mən onu görməmişəm. Əgər gəlibsə, niyə məni çağırmadılar? Mən müraciətimdə bildirmişəm ki, yoxlama mənim iştirakımla keçirilsin. Hesablama Palatasının özlərinin dediyinə görə, mənim iştirakım olmadan gizli və qapalı şəkildə keçirdiyi yoxlamanı saxta və etibarsız sayıram. Cənab prezidentdən xahiş edirəm ki, rayonumuza nəzarətlə və mənim iştirakımla yoxlamalar həyata keçirilsin. Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tenderlərin 2021, 2022 və 2023- cü illər üzrə qanuna müvafiqliyi yoxlanılsın. Görülən işlərin, asfaltlaşmanın eni, uzunluğu və hündürlüyü, keyfiyyəti və asfaltlaşmadan qabaq asfaltın altında görülən işlər mənim iştirakımla ciddi şəkildə yoxlanılsın. Hesablama Palatasının xoşagəlməz hərəkətləri məni elə fikrə salır ki, Biləsuvar Rayon İcra Hakimiyyəti ilə əlbir olaraq hansısa maraqları güdüb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, şöbə rəisi Azim Abasov, aidiyyəti üzrə dövlət qurumlarında mənim əlaqə saxlanılsa daha açıq, ətraflı izahat verməyə hazıram".

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Milli Məclisə seçkilər ərəfəsində haqqında bəhs etdiyimiz bir çox şəxslərlə bağlı silsilə tənqidedici materiallar hazırlayıb nəticəni oxucuların ixtiyarına buraxmışıq.

Parlamentə düşmək uğrunda qızğın mübarizənin getdiyi bu zamanda təbliğat-təşviqat kampaniyası çərçivəsində yenə də seçicilərin “ətəyindən yapışan” namizədlərdən fərqli olaraq, bəziləri heç seçicinin ayağına belə getmək istəmir. Lakin gedəndə belə sanki özünü şah oğlu Şah Abbas zənn edərək, onların qarşısında təzim etməsini və bu anın “qürurla” kameraların obyektivində əks olunmasını istəyirlər.

Bir çox namizədlə bağlı sərt yazılar yazıb onların kimliyini oxucularımıza tanış etmişik.

Yenicag.az-ın qalmaqallı deputatlarla bağlı apardığı araşdırmanın bugünkü “qonağı” 14 il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olmuş, Milli Məclisin VI çağırış deputatı Hicran Hüseynovadır. O Hicran xanım ki 2016-cı ildə adı 170 min dollar və yarım milyonluq rüşvət qalmaqalında səslənirdi.

Namizədliyini 42 saylı Sumqayıt birinci seçki dairəsindən verən Hicran Hüseynova ilə bağlı axtarış alətlərində apardığımız araşdırmalar nəticəsində onunla bağlı xoşagəlməyən nüansların ortaya çıxdığının şahidi olduq.

Belə ki, 2016-cı ildə vəkil Adəm Məmmədov adını açıqlamaq istəmədiyi müvəkkilinin Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olmuş Hicran Hüseynovaya işə düzəlmək məqsədilə 170 min dollar verdiyini iddia etmişdi.

Sözügedən Komitənin şöbə müdiri Elgün Səfərov isə pul verilməsi məsələsini təkzib edib bildirmişdi ki, məsələ hazırda araşdırılır və nəticədən sonra hər şey bəlli olacaq.

Qeyd edək ki, həmin vaxt vəkil Adəm Məmmədov yerli saytlardan birinə açıqlamasında bildirmişdi ki, müvəkkili Hicran Hüseynovanın yerlisidir, yəni hər ikisi Qubadlı rayonundandır.

Onun mediada gedən açıqlamasını olduğu kimi təqdim edirik:

“O adının hələ ki ictimaiyyətə açıqlanmasını istəmir. Rayonlarında tanınan şəxsdir. Əlimizdə Hicran Hüseynovaya, o cümlədən aparat rəhbəri Səfər İmanova qarşı ittiham irəli sürmək üçün ciddi sübutlar var. Məlumatları açıqlasaq, bu, istintaqın gedişinə maneçilik törədər. İş hazırda prokurorluqda araşdırılır”.

Vəkil bildirib ki, sözügedən problem 2012-ci ildən bəri davam edir:

“Müvəkkilim dəfələrlə pulu geri almaq üçün Hicran Hüseynova və Səfər İmanovla görüşüb.

Axırıncı dəfə yanvarın 31-nə pulu qaytaracaqlarına söz veriblər. O tarixdən etibarən də Səfər İmanov ölkədən qaçıb. Əslində, müvəkkilim adi bir iş üçün Hicran Hüseynovaya müraciət edib. Amma Hicran Hüseynova özü ona icra başçsının müavini təyin etməklə bağlı təklif irəli sürüb. Baxıblar ki, adamın imkanı var, ona görə bu işi təklif ediblər. Bu məsələdən sonra isə müvəkkilim müflis vəziyyətə düşüb”.

Yazıdan da göründüyü kimi, Hicran xanım komitəyə rəhbərlik etdiyi dövrlərdə adı külli miqdarda rüşvət qalmaqalında hallanmış və bu məsələdən yaxasını çəkə bilmişdi.

Bundan başqa, 2019-cu ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tədbirlərin təşkilinə dair dövlət satınalmalarının qaliblərinin adlarını açıqlamışdı ki, onların arasında ölkədən qanunsuz olaraq 630 min dollar çıxaran şirkət də var idi.

Belə ki, Dövlət Satınalmaları Reyestrinin məlumatına əsasən, 2019-cu ilin sentyabrın 2-də Hicran Hüseynovanın rəhbərlik etdiyi komitə dörd şirkətlə ümumilikdə 833,6 min manatlıq (490 min dollar) on müqavilə bağlayıb.

Bu müqavilələrdən dördü açıq tenderin nəticələrinə görə “MADERIN-AA” MMC-ə (VÖEN: 7100345951) verilib. Bu müqavilələrin ümumi dəyəri 322,2 min manatdır ($189,5 min).
Xatırladaq ki, həmin ilin mart ayında Sumqayıt Apelyasiya Məhkəməsi bank əməliyyatları vasitəsilə ölkədən 629.697 dolların çıxarılması ilə bağlı inzibati xəta barədə protokolların tərtibatı faktına dair “MADERIN-AA” MMC-nin şikayətinin təmin edilməməsi ilə bağlı yekun qərar çıxarıb. Bu faktlar üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası “MADERIN-AA” MMC-ə qarşı çıxarılan vəsaitlərin 20% qədərində inzibati cərimə tətbiq etmişdi.
“MADERIN-AA” şirkəti 2017-ci ilin noyabrın 20-də Siyəzən şəhərində təsis edilib. Şirkətin direktoru Zaur Nəsrəddin oğlu Əliyevdir. O, həmin tarixdə təsis edilmiş daha dörd şirkətə (“Aypeks-TT” MMC, “Dalğa-LM” MMC, “Anako-Ltd” MMC, “ANTIK İNŞAAT” MMC) rəhbərlik edir.

Əlavə edək ki, qanunla xaricə çıxarılan vəsaitə nəzərdə tutulan müddətdə hər hansı mal alınaraq, ölkəyə idxal olunmadıqda, bununla bağlı sanksiya tətbiq olunur. Bununla da ölkədən külli miqdarda vəsaitin qanunsuz yolla çıxarılmasının qarşısının alınması məqsədi güdülür.

Uzun sözün qısası, Hicran xanımla bağlı aparılan araşdırmalardan da bəlli olur ki, o, deputatlıq fəaliyyətindəki səssizliyinin əksi olaraq, komitə sədrliyi dövründə milyonluq qalmaqallarla yadda qalıb.

Mövzunu davam etdirəcəyik…

www.yenicag.az
Ardını oxu...
Sentyabr ayının birində Azərbaycanda parlamet seçkiləri keçiriləcək.

Təşviqat prosesinə start verilən bu seçkidə bəzi namizədlərin böyük kapital sahibləri olmasıdır.

AzFakt.com xəbər verir ki, 49 saylı Abşeron ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Faiq Xudayevin də böyük var-dövlətinin olduğu bildirilir.

Faiq Xudayevin hazırda Mehdiabad qəsəbəsinin Şıxəli Qurbanov küçəsində inşa etdirdiyi villasının dəyərinin 1 milyon manat olduğu vurğulanır.

Qeyd edək ki, F.Xudayev deputatlığa namizəd olan digər imkanlı namizədlər kimi biznes fəaliyyəti ilə məşğul olmur.

O, Əkinçilik Elmi Tədqiqat İnstitunun direktorudur.

Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Məsələ ilə bağlı Faiq Xudayevə ünvnladığımız sorğuya cavab vermədi.
 
 
 

Heydər Əsədov rəqibindən ehtiyat edir? –Peyman Sadıqovun plakatları lövhələrdən qoparılır
Ümid Partiyasının 51 saylı Şirvan seçki dairəsindən namizədi Peyman Sadıqovun təbliğat plakatları lövhələrdən qoparılır.
Reportyor.info xəbər verir ki, Peyman Sadıqovun seçki qərargahının apardığı monitorinq zamanı məlum olub ki, Şirvan şəhərinin mərkəzi hissələrindəki təşviqat lövhələrindən onun plakatları qoparılıb.
Peyman Sadıqov bunu özünə qarşı təxribat kimi qiymətləndirir.
Ümid Partiyasının namizədi hesab edir ki, bu tip əməllər ilk dəfə olaraq işğaldan azad edilən ərazilərdə də keçirilən parlament seçkilərinə kölgə salmaqdır.
Bu arada qeyd edək ki, 51 saylı Şirvan seçki dairəsindən Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov da namizəddir.
Heydər Əsədov uzun illər məmur olub. O, 1995-1996-cı illdə maliyyə nazirinin müavini, 1996-2007-ci illərdə nazir müavini olmaqla yanaşı Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, 2007–2013-cü illərdə Hesablama Palatasının sədri, 2013-2018-ci illərdə isə kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
Ziya Məmmədovun qudası olan Heydər Əsədovun məmur kimi fəaliyyəti o qədər də qənaətbəxş olmayıb. Hər halda o, yaddaşlarda mediada tənqid hədəfi olan məmurlardan biri kimi qalıb.
Bütün bunlar seçkidə qalib gəlməsini çətinləşdirən amillərdir.
Hesab edilir ki, 51 saylı Şirvan seçki dairəsində Peyman Sadıqov və digər namizədlər uğurlu seçki kampaniyası aparacağı təqdirdə seçki Heydər Əsədov üçün sürprizlə nəticələnə bilər.

Ardını oxu...Ardını oxu...Reportyor.info

Nihat

 
 

Heydər Əsədov rəqibindən ehtiyat edir? –Peyman Sadıqovun plakatları lövhələrdən qoparılır
Ümid Partiyasının 51 saylı Şirvan seçki dairəsindən namizədi Peyman Sadıqovun təbliğat plakatları lövhələrdən qoparılır.
Reportyor.info xəbər verir ki, Peyman Sadıqovun seçki qərargahının apardığı monitorinq zamanı məlum olub ki, Şirvan şəhərinin mərkəzi hissələrindəki təşviqat lövhələrindən onun plakatları qoparılıb.
Peyman Sadıqov bunu özünə qarşı təxribat kimi qiymətləndirir.
Ümid Partiyasının namizədi hesab edir ki, bu tip əməllər ilk dəfə olaraq işğaldan azad edilən ərazilərdə də keçirilən parlament seçkilərinə kölgə salmaqdır.
Bu arada qeyd edək ki, 51 saylı Şirvan seçki dairəsindən Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov da namizəddir.
Heydər Əsədov uzun illər məmur olub. O, 1995-1996-cı illdə maliyyə nazirinin müavini, 1996-2007-ci illərdə nazir müavini olmaqla yanaşı Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, 2007–2013-cü illərdə Hesablama Palatasının sədri, 2013-2018-ci illərdə isə kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
Ziya Məmmədovun qudası olan Heydər Əsədovun məmur kimi fəaliyyəti o qədər də qənaətbəxş olmayıb. Hər halda o, yaddaşlarda mediada tənqid hədəfi olan məmurlardan biri kimi qalıb.
Bütün bunlar seçkidə qalib gəlməsini çətinləşdirən amillərdir.
Hesab edilir ki, 51 saylı Şirvan seçki dairəsində Peyman Sadıqov və digər namizədlər uğurlu seçki kampaniyası aparacağı təqdirdə seçki Heydər Əsədov üçün sürprizlə nəticələnə bilər.

Ardını oxu...Ardını oxu...Reportyor.info

Nihat

Dünyapress TV

Xəbər lenti