“Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
“Azercell Telekom” fakturalı xətt sistemində korporativ abunəçilərin istifadəsində olan “Data” nömrələr üçün təqdim edilən "Biznesim IoT 50 MB" və "Biznesim IoT 100 MB" tarif paketlərinin şərtləri və adlarını dəyişdirir.

İqtisadiyyat.az xəbər verir ki, dəyişikliklər fevralın 18-dən qüvvəyə minəcək.

Belə ki, "Biznesim IoT 50 MB" "Biznesim IoT 60 MB", "Biznesim IoT 100 MB" isə "Biznesim IoT 150 MB" adlandırılacaq.

Bununla bağlı aşağıdakı dəyişikliklər tətbiq ediləcək:
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1737185948_2.jpg
Bundan əlavə, həmin tarixdən etibarən fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən “Buraxılmış zəng” xidmətinin aylıq abunə haqqı 0,60 AZN olaraq təyin ediləcək və “Buraxılmış zəng” xidməti ilə birlikdə təqdim edilən “Xəbər ver” xidmətindən ödənişsiz istifadə imkanı yaradılacaq.

Aktivetmə qaydaları:

Yalnız “Buraxılmış zəng” xidmətini aktivləşdirmək üçün *608*01#YES yığmaq və ya START açar sözünü 6080-ə göndərmək kifayət edir. “Buraxılmış zəng” və “Xəbər ver” xidmətini birlikdə aktivləşdirmək üçün (hər iki xidməti aktiv edir) həmçinin *608*1#YES yığmaq və ya START+ açar sözünü 6080-ə göndərmək kifayət edir.

Deaktivetmə qaydaları:

Xidmətdən imtina etmək üçün STOP yazıb 6080-ə göndərmək və ya telefonda *608*0#YES yığmaq lazımdır. “Buraxılmış zəng” xidməti ləğv edildikdə, müstəqil çalışmadığı üçün “Xəbər ver” xidməti də ləğv ediləcək. Yalnız “Xəbər ver” xidmətindən imtina etmək üçün isə telefonda *608*001#YES yığmaq və ya STOP+ yazıb 6080-ə göndərmək lazımdır.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI

Dünyapress TV

Xəbər lenti