Ardını oxu...
Ölkədə 1 sentyabr parlament seçkilərinə 1 həftə qaldığı bir vaxtda, bəzi dairələrdə rəqabət pik həddə çatıb. Onlardan biri də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsidir.

Bu dairədə əsas rəqabət jurnalist İntiqam Alıyevlə VI çağırış Milli Məclisin deputatı olmuş İmamverdi İsmayılov arasındadır.
Sitat.info xəbər verir ki, bu günlərdə dairədə daha bir xoşagəlməz hal yaşanıb.

İntiqam Alıyevin seçki prosesində fəal iştirak edən, şəhid Ələmqulu Quliyevin oğlu Anar Quliyevin ailəsi təzyiqlə üzləşib.

Belə ki, bir neçə gün öncə Qubadlının icra başçısı Malik İsaqov I Qarabağ müharibəsi şəhidi Ələmqulu Quliyevin həyat yoldaşı Fəxriyyə Nəcəfquliyevanı qəbuluna çağırıb. Ona oğlu ilə bağlı xəbərdarlıqlar edib.

Bildirib ki, Anar Quliyev deputatlığa namizəd İntiqam Alıyevin seçki kampaniyasında iştirak etməsin, əks halda problemlər yaşayacaq.

A.Quliyev deyir ki, bundan sonra anası qorxu keçirib: "İki gün öncə icra başçısı anamı qəbuluna çağırıb, təzyiqlər edib. Şəhid xanımına hədə-qorxu gəlmək nə deməkdir? Anama deyib ki, oğlun namizəd İntiqam Alıyevin seçki prosesinə qatılmasın. İcra başçısısı bu yolla azad seçki kampaniyası aparmağımıza əngəl törətmək istəyir. Xəstə anamı qorxuya salıblar ki, oğluna nəsə edəcəklər".
Məsələ ilə bağlı Qubadlı RİH-nin ə mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Məğrur Salmanov,
Sitat.info
 
Ardını oxu...
Sabah, avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayı keçiriləcək. Qurultayda Səttar Möhbalıyev AHİK sədrliyi ilə vidalaşacaq. Möhbalıyev artıq AHİK-dəki kabinetini təhvil verib.

Musavat.com-a daxil olan məlumata görə, Səttar Möhbalıyev avqustun 22-də, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) sədrliyindən istefa verdiyi saatlarda köməkçiləri onun kabinetini boşaldıblar.

33 il Səttar Möhbalıyevin AHİK “fironluğu”na şahidlik edən divarlar boş qalıb.

Musavat.com xəbər verir ki, 2006-cı ildən bu postu tutan Səttar Möhbalıyev qurultayda səhhətindəki problemlərlə əlaqədar sədrlikdən gedəcəyini deyəcək. Əslində isə belə deyil. Əgər Səttar Möhbalıyevin səhhətində problem varsa, o, növbədənkənar parlament seçkilərinə də qatılmamalıydı. Səttar Möhbalıyev isə 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verib. Xəstə, səhhətində problemləri olan biri seçkiyə necə qatılıb?

Səttar Möhbalıyevin AHİK sədrliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi rəhbərliyindən 4 gün fərqlə istefası “örtülü bazar”ında baş verənlərlə bağlıdır. Səttar Möhbalıyev uzun illər 2 milyon 500 min nəfərdən çox üzvü olan, hər ay hər bir işçinin məvacibindən 2-5 faiz AHİK-ə pul ödəyib.

Bu qədər astronomik gəlirin qarşısında neçə işçinin hüququ bərpa olunub? Nə qədər həmkar Möhbalıyev və ətrafının istirahət mərkəzlərinə göndərilib?

Formal olaraq bu sualları əhatə edən hesabatlar əlbəttə ki, var. Amma reallığı əks etdirirmi?

AHİK qurultayına 3 gün qalmış Səttar Möhbalıyev 18 il sədrlik etdiyi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsindən istefa verdi. Azərbaycanda 210 min müəllim var. 210 min nəfər müəllimin hər biri hər ay məvacibinin 2 faizini Səttar Möhbalıyevə veriblər.

Bunun qarşılığında Səttar Möhbalıyev neçə müəllimin hüququnu qoruyub, haqqını bərpa edib?

İl ərzində neçə müəllim Səttar Möhbalıyevdən “putyovka” ala bilib?

“Putyovka” biznesi illərdir ki, mətbuatın əsas mövzularından biridir. Bu illər ərzində Səttar Möhbalıyev 1 dəfə də olsun bu haqda danışmayıb. “Putyovka”ların necə payi-mal olunması isə gizlin deyil. Pulunu ver, “putyovkanı” al yanaşması Səttar Möhbalıyevin “örtülü bazar”ında həmişə keçərli olub.

Səttar Möhbalıyev 33 ildə bu biznesdən xəbərsiz olub?

Yazmışdıq, bir də yada salaq.

Bu gün Azərbaycanda müəllim minimum 600 manat əmək haqqı alır. 1200 manat və daha çox məvacib alan müəllimlər də var. Ortalama 1 müəllim hər ay 600 manat əmək haqqı alıbsa, bu halda Səttar Möhbalıyevin cibinə hər ay 12 manat, ildə isə 144 manat ödəniş olub. Müəllimlərin sayını da əldə etdiyimiz 144 rəqəminə vursaq, 1 ildə təkcə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsindən Səttar Möhbalıyevin cibinə 30 milyon 240 min manat pul axıb.

Bunca vəsait toplanarkən hər il müəllimlərin hüquqlarının qorunmasına, onların istirahət hüquqlarına nə qədər ayrılıb?

Səttar Möhbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə 18 il sədrlik edib. 18 ilin 8 ilini cari xərclərə çıxsaq, 10 illik gəlir 324 milyon manata bərabərdir. 24 milyon manatı da silsək, ortada 300 milyon manat qalır və bu pulun yerini təbii ki, Səttar Möhbalıyevdən soruşmaq yerinə düşər.

Səttar Möhbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə biləvasitə rəhbərlik edib, bundan başqa 27 üzv təşkilat da olub.

Həmin təşkilatların sədrlərinin gün-güzəranı Səttar Möhbalıyevlə müqayisəyə gəlməsə də, aralarında multimilyonçular az deyil. Möhbalıyevin ətrafında olanların dəyəri 100-200 min manatlıq bir deyil, bir neçə maşınları, 2-3 milyonluq villaları, ölkənin turistik, gözəgəlimli yerlərində imarətləri, saysız-hesabsız torpaq sahələri, biznesləri var.
Bu adamların gəlirlərinə illərlə tək nəzarət edən, “təftiş” edən elə Möhbalıyevin özü və başına topladığı müavin-katibləri olub.

Səttar Möhbalıyevin AHİK sədrliyindən kənarlaşdırılacağı indidən bəllidir. O, 33 ildir ki, bu postdadır. Bir qərinə Səttar Möhbalıyevin oliqarxlaşması, həddindən artıq var-dövlət toplaması, ölkənin gizli milyonçuları sırasına çıxmasına çoxdan kifayət edib.

Səttar Möhbalıyevi yaxından tanıyanlar deyirlər ki, ciddi-cəhdlə gizlətməyə çalışdığı var-dövlət hərisliyi onu dəfələrlə “sahildən sahilə” atıb.

Ötən illər ərzində Möhbalıyevin “krışa”sı kimlər olmayıb ki? Bir-birinə az qala düşmən mövqedə olan vəzifə daşıyıcılarının kölgəsində daldalanan Səttar Möhbalıyev vəziyyət dəyişən kimi “krışa”sını dəyişib. Uzun illər Ramiz Mehdiyevin patronajlığı altında AHİK-də “at çapan” Səttar Möhbalıyev Eldar Mahmudov vəzifəyə təyinat alandan sonra onun cinahına keçib. Hətta Eldar Mahmudovun həyat yoldaşı Tahirə Mahmudovanı 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsinə təyin edib. O, həm də AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvü olub. 2015-ci ildə Eldar Mahmudov vəzifəsindən çıxarılandan 1 gün sonra Səttar Möhbalıyev Tahirə Mahmudovanı vəzifəsindən uzaqlaşdırmışdı. Özü isə Naxçıvan “xanı” Vasif Talıbovun “krışa”sı altına keçmişdi. Böyük varidat sahibi olan Səttar Möhbalıyev hər kiçik fürsətdə üzv təşkilat rəhbərlərindən pul qoparmağından da qalmırmış. Məsələn, 2020-ci ildə Milli Məclisə namizədliyi Naxçıvandan verilən Səttar Möhbalıyev “kiçik torpaq”da təmir-tikinti işləri görəcəyini deməklə AHİK-ə üzv olan təşkilat rəhbərlərinin hər birindən 10 min manat yığmışdı. Təmir-tikinti işlərini isə təbii ki, Səttar Möhbalıyev həyata keçirməmişdi.

AHİK ölkə daxilində ofşor adadır, uzun illər böyük pulların hardan gəlib, hara getdiyinə Səttar Möhbalıyevlə ətrafına topladığı 3-5 nəfərdən başqa kimsə vaqif olmayıb. İndi isə vəziyyət dəyişib, pulların Möhbalıyevin nəzarəti altında necə bölüşdürülməsi, dağıdılması araşdırılmağa başlanıb. Araşdırmalar başlar-başlamaz AHİK sədri ürək xəstəliyi tapıb. Səttar Möhbalıyevi yaxından tanıyan mənbənin verdiyi məlumata görə, AHİK sədrinin mal və sərvətinin dəyəri 3 milyard manatı aşır. Hazırda AHİK ölkə içərisində fəaliyyət göstərən ən böyük şəxsi imperiyadır. Səttar Möhbalıyev 2,5 milyon işçinin əmək haqqından hər ay AHİK-in hesabına köçürülən 2-5 faizin gətirdiyi milyonlar üzərində illərlə sərəncam verib.

Artıq AHİK-də Səttar Möhbalıyevin dövrü bitir. Onun varidatının araşdırılmasının cildlərlə cinayət işi materialına sığmayacağı da indidən bəllidir. Sabahkı növbədənkənar qurultaydan sonra həbs olunacağı ehtimalı da var.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com
 
Ardını oxu...
“Həkim çağırıb dedi ki, xəstənin vəziyyəti ağırdır. Dedim, axı bayaq onu bura sağlam gətirmişəm, əməliyyata da gülə-gülə getdi. Necə oldu, bu? Bəlkə götürüb Bakıya aparım? Dedi: “Əlimizdən gələni edirik, sizsə dua edin”. Sonra bizi xəstəxanadan çölə çıxartdılar. Yarım saat da keçdi, həkim yenə çağırdı, dedi, Allah rəhmət eləsin”.

Xaçmaz sakini Habil Məmmədzahidov Meydan TV-yə danışır ki, həyat yoldaşı 24 yaşlı Samirə Nəsirova doğuş üçün avqustun 21-də Quba Perinatal Mərkəzə götürülüb. Xəstəxana qarşısında gözləyən ailə üzvlərinə az sonra xəstənin və körpənin ölüm xəbəri verilib:

“Samirənin hamiləliyi normal keçib, daim həkim nəzarətində olub. Avqustun 17-də Qubaya getmişdik, yenə UZİ-dən keçdi. Həkim dedi ki, qan laxtalanması yüksəkdir, təbii doğuş olmaz. Ayın 21-də gətirərsiz, körpəni əməliyyat yoluyla götürərik. Avqustun 21-də səhər saat 9 radələrində xəstəxanaya gəldik. Yenə də bildirdilər ki, qan laxtalanması yüksək olduğuna görə, əməliyyata alırıq. Samirə bizimlə gülə-gülə sağollaşdı, çox səbirsizlənirdi körpəni qucağına almaq üçün…”.

Ancaq təqribən 20 dəqiqədən sonra Habil Məmmədzahidova bildirilib ki, xəstənin vəziyyəti ağırdır. O, həyat yoldaşını Bakıya aparmaq istədiyini deyib, ancaq həkim “get dua et” deyib. Habil Məmmədzahidovun çarəsiz vəziyyətdə xəstəxananın qarşısında gözləməkdən başqa yolu qalmayıb:

“Təxminən yarım saat da keçdi, həkim bizi yenə içəri çağırdı. Bircə kəlmə dedi ki, “ana da, körpə də öldü, başın sağ olsun”. Dedim, nə danışırsan? Mən həyat yoldaşımı bura sağlam gətirmişəm, 9 ay həkim nəzarətində olub, vəziyyəti yaxşı olub. Qəfil nə baş verdi ki, həyat yoldaşım da, balam da öldü? Gah dedi, şok keçirdib, gah dedi, heç cərrahın əli dəymədi xəstəyə, əməliyyat başlamamışdı. Elə durumdaydıq ki, həkimin dediklərini beynimiz qəbul etmirdi, özümüz şoka düşmüşdük”.

Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzindən bildirilib ki, 38 həftəlik hamilə olan qadın “uşaqlıq üzərində çapıq” diaqnozu ilə Mərkəzə yerləşdirilib. Müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alaraq, təkrar qeysəriyyə kəsiyi əməliyyatı həyata keçirilib. Saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub. Xəstəyə reanimatoloji yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar aparılır. Habil Məmmədzahidov deyir, rayon prokurorluğundan gələrək ailə üzvlərinə yas mərasimini yola verəndən sonra araşdırmayla bağlı quruma gəlmələrini tapşırıblar:

“Həyat yoldaşımla körpəmin qətlini ört-basdır etmələrinə imkan verməyəcəyəm ki, cəzasız qalıb növbəti ana-uşaq faciəsinə səbəbkar olmasınlar. Hələ də ölümünə inana bilmirəm (qəhərlənir). 2 yaşında qızımız var, bundan sonra onu anasız böyüdəcəm”.
Ardını oxu...
Vəkillər Kollegiyasının rəhbərliyi diletant peşəkarlarla doldurulur
Dünəndən media başlıqlarını 5 ilin vəkili Orxan Babayevin Vəkillər
Kollegiyası Aparatının rəhbəri təyin olunması haqqında xəbər “bəzəyir”. Bu
şəxsin vəkillik stajı 3 il olanda -12 dekabr 2022-ci ildə özbaşına,
hüquqverici sənəd olmadan Bakı İnzibati Məhkəməsində DİN-in vəkili və
nümayəndəsi (?-M.B.) statusunda iştirak edib. Özbaşınalığın qaynağı
odur ki, bu şəxs məhkəməyə nə etibarnamə təqdim edib, nə də müqavilə.
Təqdim etdiyi yalnız Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü
Əlirza Həbilovun Şəki İnzibati – İqtisadi Məhkəməsinin hakimi İlqar
Cabbarovun ( “xidməti” yüksək qiymətləndirilib, hazırda Xızı
məhkəməsinin sədridir) adından tərtib etdiyi saxta 15.02.2019
tarixli iddianın mümkün sayılmaması haqqında QƏRARDAD olub.
Qərardadın saxtalığını “e-məhkəmə” sisteminin həmin gün qərar qəbul
edilmədiyi, iclasın növbəti tarixə salınması haqqında məlumatı sübut edir.
Saxtalıqdan başqa iddianın mümkün sayılmaması haqqında
qərardadın , mümkünlük şərtlərinə əməl etməklə, yenidən eyni
predmet əsasında iddia qaldırmaq imkanını istisna etmədiyini Ali
Məhkəmə Plenumunun 10.04.2015 tarixli, 5 saylı “ İnzibati məhkəmə
icraatında iddianın mümkünlüyünə dair” Qərarının 8.3 bəndi
doğrulayır. Bu yol hakim Orxan Həsənov 15.02.2019 tarixli iddianın
mümkün sayılmaması haqqında saxta qərardadı qanuni qüvvəyə minmiş
məhkəmə qətnaməsi kimi preyudisial akt qüvvəsinə “mindirib”. Bakı
Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası ( Pərviz Hüseynov,
Şərafət Məmmədova, Cahangir Hüseynov) da “preyudisiallığı”
qüvvədə saxlayıb. Hələ də bu “minmə” bütün məhkəmə
instansiyalarında Konstitusiyanı qüvvədən salır. 3 ilin vəkili Orxan Babayev
yuxarı instansiyada da 105 ilin DİN-inin etibarnaməsiz və müqaviləsiz
“vəkili və nümayəndəsi” kimi iştirak edib. VK-ya şikayətə isə VK
rəhbərliyi “vəkilin müqaviləni məhkəməyə təqdim etməsi” saxtalığı ilə
cavab verib. Buyurun, indi saxta vəkil və nümayəndə özü VK rəhbərliyinə
gətirilib. Qərardadla qətnamənin fərqini bilməyən belə dırnaqarası vəkillər
necə rəhbər posta təyin olunurlar?
Vəkilin dövlət orqanına, ittiham, istintaq orqanına vəkillik edə bilməzliyini,
deyəsən, VK rəhbərliyi bilmir. Onu da bilmir ki, vəkilin görəvi fiziki və
hüquqi şəxsləri müdafiə etməkdir, dövlət (orqanarını,) ittihamı(nı) yox! VK-
nın rəhbər vəzifəli şəxslərinin qərardadla qətnaməni ayıra bilməmələri bir
yana, dövlətdən, büdcədən maliyyələşmələri də cinayət məsuliyyəti
yaradır. Nə yazıq, nə Ədliyyə Nazirliyi, nə Hesablama Palatası, nə də
prokurorluq VK-nın vəzifəli şəxslərinin, vəkillərin büdcədən maliyyələşməsi
bir yana, dövlət orqanında işləmələrinə, həm vəkil, həm də nümayəndə
kimi vətəndaşların məhkəmədə müdafiəsinə diletantlıqla “peşəkar”
qadağa qoymalarına qiymət verir. 39 saylı vəkil bürosunun tam tərkibdə
DSMF-in MƏHKƏMƏ FİLİALI ( icra orqanında məhkəmə filialı, vəkil bürosu
necə fəaliyyət göstərə bilər?) kimi fəaliyyət göstərməsi əlillərin,
pensiyaçıların pulunun, hüququnun qeyri-prosessual peşəkarlıqla
yeyilməsinə gətirmirmi? Di gəl, bu yeyilmə 4 ildən çoxdur sürür.
Mövzudan uzaqlaşmağımızı fikirləşənlər yanılır. Dediyimiz odur ki, VK
rəhbərliyi qıraqdan formalaşır, hərə öz saxta vəkilini və nümayəndəsini
rəhbərliyə yerləşdirir. Bununla da vəkillik sistemi sıradan çıxarılır, ayrı-
seçkilik edilir. Yenə də savadlı vəkillər ola, dərd yarıdır. Qərardadla
qətnaməni ayıra bilməyənlər necə vəkil olur, hələ üstəlik VK rəhbərliyində
təmsil olunurlar? Bəs hakimlər necə? Hətta apellyasiya , ali instansiya VK-
nın intizam komissiyasının “ DİN-dən olan” üzvü Əlirza Həbilovun, onun
DİN-ə vəkil və nümayındə etdiyi Orxan Babayevin sifarişi qarşısında acizdir.
Hətta Konstitusiya Məhkəməsinin Plenumu da 15.05.2020 tarixli qərarında
Əlirza Həbilovun “DİN-in vəkili” statusunda “qəti, ləğvedilə,
dəyişdirilə, təfsir oluna bilməzliyini” doğrulayıb. (?)
Hələ 39 saylı vəkil bürosu (DSMF-in tərkibində) yaradılmamışdı. Yoxsa DİN-
ə belə “konstitusion vəkillik”dən 39 saylı bürosu da “peşəkarlıqla”
yararlanardı...
Məğrur Bədəlsoy
Ardını oxu...
 

Ardını oxu...
İcra başçısı 51 saylı seçki dairəsinin bütün məntəqələrinin sədrlərini və üzvlərini toplayaraq, Heydər Əsədova dəstək olmaqlarını və onun seçilməsi üçün var gücləri ilə çalışmalarını tapşırıb
Yenixeber.org: Bu haqda 51 saylı seçki dairəsindən düputatlığa nazmizəd, jurnalist Payman Sadıqov FB səhifəsində yazıb: 
Hörmətli media nümayəndələri!
Bu gün səhər saatlarından Şirvan şəhərinin sayılıb-seçilən ziyalılarından mənə gələn çoxsaylı zənglər gəlib. Hər biri telefonda danışarkən qeyd edir ki, icra başçısı 5-ci gün 51 saylı seçki dairəsinin bütün məntəqələrinin keçmiş sədrlərini və üzvlərini toplayaraq, Heydər Əsədova dəstək olmaqlarını və onun seçilməsi üçün var gücləri ilə çalışmalarını tapşırığını vermişdir. Həmçinin görüşdə Şirvanın bir qrup ziyalıları iştirak edib. Görüşdə iştirak edən hər kəsə qəti tapşırıq verilib ki, Heydər Əsədova səs verilməli və onun deputat olması üçün insanları səfərbər etməliyik.
Ardını oxu...
“Hazırda bütün vaxtımı ev dalınca qaçmağa sərf edirəm. Bəs gəncliyimi necə yaşayım, özümü necə inkişaf etdirim? Heç bir təlimə gedə bilmirəm ki, pulumu yığıb ev alacağam”.

Bu sözləri 24 yaşlı gənc Fərhad Kərimli AzadlıqRadiosuna deyir. O, illərdir ev almaq üçün pul topladığını, amma qiymətlərin gözlədiyindən 30-40 min manat baha olduğunu söyləyir.

Son illərdə Azərbaycanda daşınmaz əmlak bazarında davamlı qiymət artımı ev sahibi olmaq istəyən gənclərin bu arzusunu çətin hədəfə çevirir. Xüsusilə Bakı, Sumqayıt kimi şəhərlərdə mənzillərin sürətlə bahalanması insanların kirayə evlərə üstünlük verməsinə gətirib çıxarır.

Qiymət niyə qalxır?
Müşahidələr göstərir ki, Bakıda şəhər mərkəzində evlərin kvadratmetri təxminən 1500-2500 manata təklif olunur. Sumqayıtda isə bu qiymətlər bir qədər aşağı olsa da, ötən illərə nisbətən böyük artım var. Hazırda Sumqayıtda şəhər mərkəzində evlərin kvadratmetri 1500 manat civarındadır. Halbuki 2022-ci ildə bu rəqəm təxminən min manat idi.

Fərhad Kərimli üstəlik, kirayə qiymətlərinin də əl yandırdığını, indi ikiotaqlı kirayə evlərin 800 manata qədər çatdığını söyləyir.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, Sumqayıt şəhərindəki artımın səbəbi ötən il Bakıda mənzil qiymətlərindəki sıçrayışdır:

“Ötən il mənzil qiymətlərində 30 faizə qədər artım olub və Bakıda qiymət sıçrayışı Sumqayıta da təsirsiz ötüşməyib. Bu ilin birinci yarımilliyində mənzillərin qiymətində artım olmayıb. Ötənilki qiymət artımından sonra məlum oldu ki, alqı-satqıda yarıbayarı azalma olub. Ancaq vətəndaşlar hələ də ötənilki qiymət artımına öyrəşməyib. Təklif böyükdür və tələbat da var, ancaq heç kim, məsələn, birotaqlı mənzilə yüksək qiymət ödəmək istəmir”.

R.Qasımzadə bildirir ki, ötən il əsas qiymət artımı köhnə tikililərdə olub, yeni tikililərdə qiymət artımı təxminən 15-20 faiz həddində idi.

İqtisadçı Eyyub Kərimli də Bakıda mənzil qiymətlərindəki artımın bölgələrə təsir etdiyini deyir:

“Bakıdakı qiymət artımı ümumi qiymət artımı ənənəsinin davamıdır. Bu həmişə olub. İnsanlar gəlib Bakıda ev alırsa, regionlarda da evlərini baha qiymətə satırlar”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı AzadlıqRadiosuna bildirib ki, alıcılıq qabiliyyəti aşağı olduğuna görə bir çox insanlar məcburən kirayədə yaşamağı seçirlər. O, mənzil qiymətlərində sürətli artımın makroiqtisadi və inzibati səbəblərini sadalayır:

“Makroiqtisadi səbəblərə inflyasiya, ümumi daxili məhsulun artımı, ölkəyə qəbul edilən valyutanın artımı, istehlak bazarlarındakı artım və s. səbəbləri misal göstərmək olar. Lakin inzibati səbəblər də var. Məsələn, tikinti ilə bağlı şərtlərin, qaydaların sərtləşdirilməsi və bunun nəticəsində tikinti şirkətlərinin xərclərinin artımı ev qiymətlərinə təsir edir. Bütün bu amillərin hər biri təəssüf ki, bazarda daha çox qiymət artımına əsaslanan, hesablanan addımlar kimi qiymətləndirilir”.

“İnsanlar evə investisiya aləti kimi baxırlar, çünki...”
İqtisadçı E.Kərimli bildirir ki, mənzil qiymətlərinin artmasının səbəblərindən biri də insanların mənzilə investisiya aləti kimi baxması, digər səbəb isə hər kəsin şəxsi evə sahib olmaq istəməsidir:

“Məsələn, Avropada, yaxud Türkiyədə insanlar daha çox böyük vəsaitləri biznesə yatırıb, onun gəliri ilə kirayə qalmağa üstünlük verirlər. Bizdə bu ənənə formalaşmayıb. Bu da, sözsüz ki, böyük tələbat yaradır və evlərin qiymətini artırır. İkinci tərəfdən, bizdə evlərə həm də investisiya aləti kimi baxırlar. Çünki həm sabitdir, həm də digər investisiya alətləri məhduddur. Yəni, bugün ölkəmizdə qiymətli kağızlar bazarı inkişaf etməyib. Başqa investisiyalara yatırım etmə imkanları bir o qədər də sabit deyil və insanlar daha çox vəsaiti evə yatırır, kirayə verib oradan hansısa vəsait əldə edir”.

Bəs, yerli istehsal mənzil qiymətlərinin aşağı düşməsinə təsir göstərə bilərmi?

Tikinti şirkətindən Ülviyyə Quliyeva indiki halda yerli tikinti materiallarının istehsalının da qiymət artımına təsir etməyəcəyini düşünür:

“Qiymət tənzimlənməsində evin məkanı, infrastrukturu mühüm rol oynayır. Yerli tikinti materiallarının da etibarlı olması vacibdir. İlk olaraq, insanlara bunu aşılamaq lazımdır ki, insanlar güvənsinlər, istifadə artsın. Düşünürəm ki, yerli tikinti materiallarından istifadə 90 faiz artsa, o zaman evin ucuzlaşmasına təsir edər”.

Zaman-zaman ölkədə mənzillərin şişirdilmiş qiymətə satılmasıyla bağlı da fikirlər səslənib. Amma əmlak eksperti Ramil Osmanlı bu fikirlə razı deyil, deyir ki, bazarda təklif edilən qiymət civarında alıcı varsa, qiymətin şişirdildiyini söyləmək olmaz:

“Azərbaycanda mənzil bazarında tikinti şirkətləri qiymət formalaşdırarkən iqtisadi tendensiyaları deyil, digər istiqamətləri daha çox əsas götürürlər. Bu gün tikinti şirkətlərinin əksəriyyəti kənar maliyyə resursları hesabına fəaliyyət göstərirlər. Dövriyyə vəsaitlərindən asılı deyillər. Buna görə də təbii ki, qiymət siyasəti həyata keçirərkən onları maraqlandırmır ki, qoyduqları qiymətə əmlak satılacaq, ya yox”.

R.Osmanlı dövlətin insanların ev sahibi olması üçün bir sıra alternativlər təqdim etdiyini bildirir. O, Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) xətti ilə ucuz evlər layihəsini, İpoteka Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə ümumi və güzəştli ipotekanı misal çəkir. Bundan başqa, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə kirayə satmaq öhdəliyi ilə mənzillərin uzunmüddətli kirayə verilməsi layihəsi də var.

“Evlər bir saniyəyə satılır”
Mənzil sahibi olmaq istəyən Fərhad Kərimli isə danışır ki, MİDA-ya müraciət etsə də, evlər bir saniyəyə satılıbmış:

“Halbuki bir saniyədə o xananı doldurmaq mümkün deyil. Sosial evlərə müraciət edə bilmədik. İpotekada da evin qiyməti, tutaq ki, yüz iyirmi mindir, ipotekaya müraciət edirsən, iyirmi beş il ödəyirsən, evin yekun qiyməti gəlir çıxır üç yüz min manata. Üçqat pul ödəyirəm bir evə. Ona görə nə ipoteka sərf edir, nə sosial evlər. Hətta ipotekaya müraciət edəndə də düşə bilmirik. Mən 3-4 ildir müraciət edirəm”.

İqtisadçı E.Kərimli dövlətin gerçəkləşdirdiyi ipoteka və digər proqramların tələbi yüksəltdiyini və bunun da qiymət artımına səbəb olduğunu bildirib. O, ölkədə mənzil qiymətlərində daimi artım proqnozlaşdırır.
 
Ardını oxu...
Parlament seçkilərinin təbliğat kampaniyası avqustun 30-da yekunlaşır. Cəmi bir neçə gün qalan təşviqat dövründə Bərdənin deputatlığa namizədi Fatma Yıldırım üçün bütün inzibati resurslar səfərbər olunub. Anaxeber.info-ya verilən xəbərə görə, Bərdə rayon İcra Hakimiyyəti və Dairəsi Seçki Komissiyası var gücü ilə Fatma Yıldırımın qələbəsi üçün fəaliyyətdədir. Yerli mənbələr xəbər verirlər ki, seçicilərlə görüşlər yalnız Fatma Yıldırım üçün təşkil olunur. Yerli icra strukturları, kənd icra nümayəndələri, hətta bələdiyyə üzvləri, o cümlədən məntəqə sədrləri və üzvləri, Bərdə İH nümayəndələri görüşlərin keçirilməsində həm iştirak edir, həm camaatın görüşlərə gətirilməsində rol oynayır. Bu da administrativ resurslardan istifadə və seçki qanunlarını pozmaq deməkdir. Hazırda Bərdənin icra başçısı Vidadi İsayev komandası, habelə, Bərdə DSK sədri ilə onun əlaltıları Fatma Yıldırım üçün dəridən-qabıqdan çıxır, görüşlər keçirir, təşkilatçılıq işlərini üzərinə götürür, bununla da seçki mühitini pozurlar. Bundan əvvəlki seçkilərdə Prezident Administrasiyası Bərdə İH başçısı Vidadi İsayevə bu cür əməllərinə görə xəbərdarlıq etmişdi və seçki qaydalarını pozduğunu açıqlamışdı. Habelə, Mərkəzi Seçki Komissiyası da Fatma Yıldırıma ötən seçkilərdə qanunları pozduğuna görə rəsmi xəbərdarlıq etmişdi. Bu xəbərdarlıqlardan 5 il keçir və gördüyünüz kimi, yenə təşviqat prosesində Vidadi İsayev-Fatma Yıldırım tandemi qanunlar pozmağa davam edirlər.

Anaxeber.info
Ardını oxu...
Bakının Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində ağaclar quruyur. Buna səbəb ərazidə ziyanvericilərin artmasıdır. Sakinlərin dediyinə görə, 20 yanvar metrosundan 3-cü mikrorayon istiqamətindəki yaşıllıqlarda bütün tut ağaclarına qurd düşüb. Onlar ağacların gövdəsi və yarpaqlarını yeyir, nəticədə bir müddətdən sonra ağaclar quruyur. Sakinlər ərazidə çəkdikləri görüntüləri də redaksiyamıza təqdim ediblər.
Məsələ ilə bağlı Bakupost.az -a danışan aqronom Mübariz Nədirovun bildirib ki, adətən, tut ağaclarında olan bu cür qurdlar laborator müayinədən keçirilir və onların hansı qurd növünə aid olduğu təyin edilir. Mütəxəssisin sözlərinə görə, yalnız bundan sonra proflaktik tədbirlər görməyə başlayırlar.
M.Nədirovun sözlərinə görə, tut ağaclarının yarpaqlarını yeyən qurdlar əsasən, tut yastıcalarıdır:
“Çox güman ki, həmin ərazidə də əsas zərərvericilır tut yastıcalarıdır. Bu qurdlara qarşı dərmanlama işləri aparılmalıdır. Onları zərərsizləşdirmək üçün yastıcılara qarşı dərmanlardan istifadə edilməlidir. Zərərvericilər dünyanın hər yerində var. Bu gün kənd yerlərində də zərərvericilər çoxalıb. Bu il nəmişlik olduğu üçün onların yayılmalarına münbit şərait yaranıb”.
M.Nədirov zərərvericilərə qarşı dərman alarkən keyfiyyət məsələsinə diqqət edilməli olduğunu bildirib:
“İndi müxtəlif şirkətlər dərmanların tərkibini aşağı salırlar və onun təsiri az olur. Son vaxtlar fermerlər dərmanların təsirinin aşağı olmasından çox şikayət edirlər. Ona görə də dərman alarkən, bu məqama diqqət etmək lazımdır".
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovayla əlaqə saxladıq.
O, bu məsələnin ETSN-ə aidiyyatı olmadığını bildirdi və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etməyi məsləhət gördü.
Təəssüf ki, dəfələrlə əlaqə saxlamağımıza baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən suallarımıza cavab ala bilmədik.

Vasif Əlihüseyn
BakuPost
 
 

 


Ardını oxu...
Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti öz səlahiyyətinə aid olmayan işlərlə məşğuldur.

Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, NK dövlət büdcəsindən maliyyələşən təşkilatlara təzyiq edərək, “Dövlət Satınalmarı haqqında Azərbaycan Respublikasının qanunu”nu heçə sayır, işlərin görülməsinə və müəssisələr üçün lazımi avadanlıqların və malların alınmasına qarşı gəlir.

Bu haqda redaksiyamıza danışan mənbə deyir ki, Nazirlər Kabinetində belə qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin başında hansı vəzifəni daşıdığı bəlli olmayan Tamir Yüsifov dayanır. Onlar dövlət müəssisələrinin satınalmasına aid predmetləri, yəni cihaz və avadanlıqların adlarını, texniki xüsusiyyətlərini, paremetrlərini, ən əsası da tenderə çıxarılana qədər heç kimin görməməsi lazım olan şərtlər toplusunu tələb edərək, mənimsəyirlər. Bunun da əsl səbəbi özləri tərəfindən yaradılan, ancaq təsisçisi və ya icraçı direktoru başqa şəxslər olan, təchizatçı kimi fəaliyyət göstərən şirkətlərə yuxarıda göstərilən sənədləri təqdim edib, əvvəlcədən qiymət alıb, şərtlər toplusunu qəlizləşdirərək, dövlət büdcəsini talamaqdır.

Mənbə, bu şəbəkəyə məxsus çoxsaylı şirkətlərdən ikisinin - “AGAT GROUP” MMC və “PROFİ TOOLS” MMC-nin adını da açıqlayıb.

“Qanunda Nazirlər Kabinetinin belə səlahiyyəti olduğunu təsdiq edən sənəd olmadığı təqdirdə, dövlət müəssisələrinin iş mexanizmi və işlərinin ləngiməsinə səbəb olurlar. Dövlət müəssisələrindən aldıqları cihaz haqqında məlumatları, yəni malları satışı həyata keçirən xarici şirkətlərdə əvvəlcədən stoklayaraq, satınalma prosesində yaradılmış şəffaf mühiti kobud şəkildə pozurlar. Öz istədikləri şirkətləri qalib etmək üçün şərtlər toplusunu məhz öz şirkətlərinə uyğun hazırlayaraq, dövlət müəssisələrinin səlahiyyətli şəxslərinə göndərib, satınalmanın onların istədikləri kimi təşkil olunmasını tələb edirlər. Buna səbəb kimi, “biz dövlət büdcəsinin qənaətcil və səmərəli şəkildə xərclənməsini istəyirik” deyirlər”, - mənbə vurğulayır.

Məlumata əsasən, dəfələrlə dövlət müəssisələrinin şikayət etmələrinə baxmayaraq, sözügedən şəbəkə heç kimə məhəl qoymadan, öz qanunsuz əməllərini davam etdirməkdədir. Yəni Ali orqanın təmsilçiləri dövlətin mənafeyini zədələyərək, öz şəxsi mənafelərini (şəxsi qazanclarını – red.) ondan üstün tutub, özbaşınalıq edirlər.

“Nazirlər Kabinetinin işçisi Tamir Yüsifov Naxçıvana hansı məqsədlə gətirilib və nazirlikdə vəzifəsinin nə olduğu da bəlli deyil. Belə ki, otaqların girəcəklərində hər bir şöbənin və ya sektorun ümumi adı qeyd edilsə də, adıçəkilən şəxsin otağının girəcəyində heç bir məlumat lövhəsi asılmayıb və vəzifəsi qeyd edilməyib”, - deyə mənbə bildirir.
Ardını oxu...
Tamir Yüsifov

O da vurğulanır ki, son zamanlar tenderlə bağlı qalmaqal çıxdıqdan sonra Tamir Yüsifov dövlət müəssisələrinin satınalma üzrə səlahiyyətli şəxslərini dəvət edərək, onlara bir sıra tapşırıqlar verib. Məsələn, heç bir halda elektron yazışma aparılmaması haqda göstəriş verilib: “Əlavə olaraqda qeyd edə bilərik ki, “Əlibaba və qırx quldur” nağılına uyğun olaraq, baş nazirin tapşırığına əsasən, ştatda olmayan digər dövlət müəssisələrindən kadrları cəlb edərək, satınalmada tam nəzarəti mənimsəmək məqsədilə onların gələcək karyeraları ilə də oynyırlar.

Satınalma üzrə ayrıca onu da bildirək ki, Nazirlər Kabinetindən müəssisələrə etiraz əlaməti olaraq, səlahiyyətli nümayəndəliyin adını çəkməklə, tenderə icazə verilmədiyini qeyd edirlər. Bu və bunun kimi halların qarşısın almaq üçün müvafiq dövlət orqanları tərəfindən ciddi addımlar atılmalı və dövlətin adına qara ləkə yaxacaq bu adamları bu cür yüksək səviyyəli orqanlardan uzaqlaşdırmaq lazımdır”.

Hazırladı: KƏNAN

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti