Şukür, Nəsimi Bələdiyyəsi sədrinin birinci müavini Rahib Hacıyev TAPILDI —
Kaş, çoxdan axtardığımız bələdiyyə sədri Əziz Zeynalovu da, heç olmasa beləcə tapa biləydik
Yanvarın 29-na təyin olunan bələdiyyə seçkiləri prosesində seçkiqabağı təşviqat kampaniyası başlayıb. Seçki Məcəlləsinə əsasən rəsmən qeydə alınan namizədlər artıq meydandadırlar.

“Araz” Media Qrupunun əməkdaşı olsam da, bu bələdiyyə seçkilərinin təbliğat və təşviqat kampaniyasının necə keçəcəyi marağımda deyildi. Çünki seçiciləri üçün fəaliyyəti önəmsiz bir qurum olaraq yaddaşımda əbədiləşib. Üstəlik, nəinki bir media subyektinin əməkdaşı, bu seçki dairəsinin seçicisi kimi, uzun müddətdir Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalovla və onun müavinləriylə görüşmək “səadəti” əksər seçicilər kimi, mənə də qismət olmayıb — bələdiyyəyə aid məhəllə problemlərini, dərd-sərimizi onlara çatdırmağımız üçün!

Nə yaxşı ki, bu seçki kampaniyası məhəllə çayxanamızın önündəcə məni çoxdankı istəyimin birinə qovuşdura bildi. Gözlərimə inanmadım…

…Çayxanamız önünə bir az dumanlı hava çöksə də, nə görsəm yaxşıdır: “Qızğın” təbliğat gedir! Dumanlı və kölgəli fəaliyyət sahibi kimi özünü tanıtmasına baxmayaraq,
YAP tərəfindən bir daha namizədliyi verilən bələdiyyə sədrinin birinci müavini Rahib Hacıyev 5-6 nəfər məhəllə sakini — “seçiciləri” yanında özünü qaldırıb “dağ başına”.

Mənə də elə bu lazım deyildimi?! Sədri Əziz Zeynalov və özü qarışıq, digər səlahiyyət sahibi həmkarlarını belə, könül rahatlığı və təsəlli tapmağım üçün, “dişimin dibindən çıxanlarla ağ yuyub, qara sərdim”: “Bəyəm bizim rayonda belə bir qurum var?! Varsa, nədən şikayətçi məktublarına qanun çərçivəsində baxa bilmir?! İçi mən qarışıq, camaatın “canını yığmısınız boğazına”. Telefon zənglərimiz cavabsız qalıb. Saysız-hesabsız şikayət məktubları başdansovdu cavab və dərkənarlarla ümidsiz sakinlərin üstünə qaytarılıb.

Səməd Vurğun küçəsi, 112 ünvanındakı yeriniz də can verən xəstə günündədir. Belə bir qurum bizim nəyimizə gərək?! Qoyun, heç olmasa camaat sakit yaşasın…”.
Bələdiyyə səlahiyyətlərinin məhdud, funksiyalarının zəif olması ilə əlaqədar olaraq, bu seçkilərə ictimai maraq yüksək deyil. Yaxşı yöndən tanıdığımız, qələbə qazanmaq üçün kifayət qədər şansları olan namizədlərin qalib gəlmələrinə də inanmaq olmur. Əslində, namizədlər yerlərdə tanınan adamlar olmalıdırlar. Rahib Hacıyev isə, belələrindən deyil. Halbuki, arxasında duranların köməyi ilə, hətta sədr olacağını bəyan edir və yaxşıları kölgədə qoymaq istəyir.

Bu yerdə, “keçəl bir daha suya getməz” zərb-məsəlini ortaya atır və belə namizədləri baykot edirəm — indiyədək bələdiyyə yalanlarına çox uyduğuma görə! Bir də ki, mən başıma gələnləri, gördüyüm və şahidi olduqlarımı yazıram. Onun dedikləri isə, heç vecimə də deyil.

Kaş, çoxdankı digər bir istəyimə çatmağı — sədr Əziz Zeynalovla belə bir görüşü Uca Tanrı mənə nəsib edəydi. Könül rahatlığım üçün, necə deyərlər, əsl konsert onda olardı.

Məhi ELSEVƏR,
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736749597_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736749597_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736749597_3.jpg
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI

Dünyapress TV

Xəbər lenti