Ardını oxu...
Milli Məclisə sentyabrın 1-ə təyin edilən növbədənkənar parlament seçkiləri Azərbaycan seçki tarixində görünməmiş ilklərlə yadda qalacaq. Çünki xalqın iradəsini heçə sayanlar parlamentdəki kreslolarını son 20-25 ildə yığdıqları var-dövləti ailə bizneslərinə çevirib öz adlarına özəlləşdirdikləri mülkləri ilə eyni gözdə görürlər. Bu səbəbdəndir ki, qocaldığına görə “ar edən” bir partiya sədri namizəd olmayacağını elan edəndən sonra partiyadan arvadını namizəd göstərir, digər partiya sədri isə özü olmasa da, qızını həmin partiyadan namizəd kimi ortaya çıxarır. Bizim fağır, məzlum xalqımızın təmsilçiləri də bu ikrah doğuran mənzərəni sakitcə seyr edirlər.

AzToday.az bu dəfə sizə Heydər Əliyev hakimiyyətə qayıdan kimi mövqe dəyişdirən və Xalq Cəbhənin şinelindən çıxmış Ana Vətən Partiyasının qurucusu Fəzail Ağamalıyevin qızının namizəd olmasından bəhs edəcək. Onun kimliyindən bəhs etməzdən öncə atası Fəzailin keçmişinə bir-iki cümlə ilə toxunmaq gərəkdir. Parlamentdə məskunlaşdığı 25 il, bəlkə də 30 il ərzində sadəcə digər deputat yoldaşı, hazırda həbsdə olan Hüseyn Abdullayev tərəfindən söyülməsi və döyülməsi ilə yadda qalan Fəzail Ağamalıyev danışanda ağzından hörrə tökülən ən işə yaramaz deputatlardan biri olaraq ad çıxarıb. Bu adam o dövrdən istifadə edib qurduğu partiyada da qeyri-sağlam mühit yaratdığı üçün indiki deputatlığa namizəd Zahid Orucu da oradan didərgin salmış biridir…

Bəs onun özünə varis elan elədiyi qızı Günay Ağamalı kimdir?

Adı mediada “Hunday” markalı maşınından oğurluq edildiyi məsələsi ilə ilk dəfə 2012-ci ildə hallanan Günay Ağamalı atasının mandatdan istifadə edərək qurduğu gün-güzarandan yararlanaraq özünə uşaq baxçası açıb. O vaxt qızının soyulduğunu ictimailəşdirən polis orqanlarına və mediaya sərt çıxan və ailəsi ilə bağlı hadisələrin mətbuatda işqlandırılmasına qarşı olan Fəzail Ağamalı indi nədənsə qızının xalqın deputat olmasına razılıq verib… Bu başqa söhbətin mövzusudur.

Onu da qeyd edək ki, 2021-ci ildə Günay Ağamalı daha bir qalmaqalla gündəmə gəlib. Türkiyə vətəndaşı Abdurrahman Kumaş 7 yaşlı daun sindromlu övladının bağçada xəsarət alması, eyni zamanda vəd edilən dərslərin keçirilmədiyi üçün “Buta” baxçasının müdirəsi Günay Ağamalıdan pulunu istəmiş, razılaşmaya baxmayaraq, pulu qaytarmaq əvəzinə G.Ağamalı polisə müraciət etmişdi. Həmin qalmaqal zamanı Türkiyə vətəndaşı atası Fəzailin mövqeyini də qınamış və baxça müdirəsini isə özbaşınalığa görə ittiham etmişdi: “Günay Ağamalı deputat qızı ola bilər. Amma bu ölkənin qanunları var. Biz qanun çərçivəsində hüquqlarımızı qoruyuruq. Heç kimi şantaj etmirik və belə bir niyyətimiz də yoxdur. Ona görə biz də polisə müraciət etmişik, araşdırıb obyektiv qərar veriləcəyinə inanırıq. Bir məqamı da təəssüflə qeyd etmək istəyirəm ki, Fəzail Ağamalı deputat olmasına baxmayaraq, baş verənlərin təfərrüatlarını bilmədən haqsız fikirlər səsləndirib”. Günay Ağamalının qalmaqallı əməlləri daha çoxdur. Onları saymaq üçün vaxt lazımdır.

Ardını oxu...

Elektron mənbə və media resurslarından əldə etdiymiz digər məlumatlara görə, Günay Ağamalı “Buta” uşaq baxçasına müdirliyi hələ qarət olunduğu dövrdəndir. Amma indi “Buta” adlı QHT yaradıb, fəaliyyətini güncəlləşdirib. Ən maraqlısı isə odur ki, dəxli olmadığı halda “ümumrusiya peşəkar psixoterapiya liqası”nın (???) üzvdür. Bir soruşan da yoxdur ki, Azərbaycanda fəaliyyət göstərə-göstərə ümumrusiya QHT-sində sənin nə işin var?

Keçək Günay Ağamalının siyasi kimliyinə. Siyasi fəaliyyəti atasının partiyasında yüksək vəzifələri qamarlamaqdan başqa bir şeydən ibarət deyil. Çünki partiya sədrinin kommunikasiya və humanitar məsələlər (?) üzrə müşaviri, Qadınlar şurasının sədri, daha nə bilim nələr… Hamısı Ana Vətən Partiyası ilə bağlıdır. Əslində Fəzailin qızını da qınamaq haqsızlıq olar. Siyasi cəhətdən səbatsız olan bir şəxsin yaratdığı partiyada adam varmı ki onlara da nəyisə həvalə edəsən. Zahid Oruc idi, o da parlamentdə ucadan danışa-danışa diqqəti cəlb edib vaxtında canını qurtardı.

Beləliklə, Günay Ağamalı müdirə olaraq çalışdığı və siyasi fəaliyyət göstərdiyi Bakıdan yox, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub. Yəni bunlar elə bil dairələri də özəlləşdiriblər, atasının seçildiyi dairədən namizəd olmaq istəyir. Halbuki Salyan və digər rayon sakinləri heç onu tanımırlar. Məsələn, Salyan rayonundan olan ziyalılar onu tanımadıqlarını, rayonu təmsil edəcək layiqli namizədə səs verəcəklərini bəyan ediblər.

Bütün yuxarıda qeyd edilnələrdən belə bir nətcəyə gəlmək olur ki, “Günay Ağamalı layihəsi” mandatı öz uşaqlarına şərait yaratmaq üçün istifadə edənlərin zəli kimi millətin dərisindən əl çəkməməsinin təzahürüdür. Milli Məclisdə “kreslo kupçası” aldıqlarını zənn edənlərdən bu milləti xilas etməyin yolu onların varislərinin deputat seçilməsinin qarşısını almaqdır. Bununla onları başa salmaq laızmdır ki, xalqın səsi onların xüsusi mülkiyyəti deyil.


Ardını oxu...
Şirvan şəhərinin əsas yolu, Bank Respublikanın yaxınlığında kimliyi hələlik məlum olmayan şəxs, özü üçün dövlətə aid əraziyə "pullu dayanacaq" plakatları vuraraq avtomobillərini parklayan sürücülərdən nağd şəkildə ödəniş götürür.

Amma şəxsin kiçik biznesi qısa ömürlü olacaq. Çünki qanuna əsasən dövlətə aid avtomobil yollarında səlahiyyəti olmayan şəxslər parklanma yerləri, parklanma xidmətinin göstərilməsi, və ya həmin xidmətlə bağlı ödənişin tələb edilməsini təşkil edə bilməz. Əgər bu qanunlar gözardı edilib, pozuntulara yol verilərsə, fiziki şəxslər yüz (100) manatdan iki yüz (200) manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz(300) manatdan beş yüz (500)manatadək məbləğdə cərimə ediləcək. Əlavə olaraq pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş gün inzibati həbs tətbiq olunacaq, hüquqi şəxsləri isə min beş yüz(1500) manatdan iki min (2000) manatadək məbləğdə cərimə gözləyir.

Patrul.Az

Daha ətraflı aşağıdakı videoda:

 

Ardını oxu...
97 saylı Tərtər - Ağdərə - Goranboy seçki dairəsindən Milli Məclisə deputatlığa namizədlər arasında qanun pozuntuları ilə bağlı qalmaqal səngimək bilmir. Artıq baş verən pozuntularla bağlı tərtib olunan protokol və fotofaktlar MSK sədri Məzahir Pənahova təqdim edilib. Dairədə əsas namizədlərdən biri olan Şəhriyar Məcidzadə apardığı müəyyən müşahidələrini sosial şəbəkələrdə ictimai müzakirəyə çıxarıb. O, facebook platformasında apardığı müşahidələrinin qeydlərini belə təqdim edib: "kiçik bir araşdırma kifayət edir ki, burada oturan və Anar Məmmədovun ətrafında gəzən adamların Bərdə, Goranboy və bizim dairəyə düşməyən bölgələrdən gəldiyi müəyyən edilsin. (97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə düşməyən bölgələrdən) gələn seçicilər olduğu müəyyən edilsin.
Mən Azərbaycan vətəndaşlarının digər rayonlara getməyinin əleyhinə deyiləm. Amma yaxşı olar ki, onlar öz rayonlarında deputatlarını seçsinlər. Konstitusiyaya görə də belədir. Məsələn, fotoda qırmızı halqa ilə işarələnmiş şəxs Bərdədə çox hörmətli Seyid Yusif Ağanın nəvəsi, Goranboyun keçmiş axundu, xətrini çox istədiyim Səbuhidir. İndi ortaya üç sual çıxır:
1. Tərtərlilərin yerinə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə düşməyən bölgələrin sakinləri, o cümlədən bərdəlilərmi səs verəcək?
2. YAP-ın namizədi niyə tərtərlilərdən dəstək ala bilmir?
3. Din xadimləri siyasətəmi gəlir?

Ardını oxu...

Bu fotolarda tanıdığınız adamları mənə yazıb göndərin. Azərbaycan Respublikasının Konstitusiyasına görə, din dövlətdən ayrıdır. Tərtərdə seçici tapmayanda digər rayonlardan kömək çağırmaq lazım deyil.
Mən Tərtərə, Ağdərə və Goranboya mütərəqqi fikirləri, elmi, yaradıcılığı təşviq etmək adına gəlmişəm".

GundemXeber.Az
 
Ardını oxu...
Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində binaların alt hissəsi sökülür.
32gun.az-ın əldə etdiyi məlumata görə, buna səbəb yeni obyektlərin açılmasıdır.
Ərazidən çəkilmiş görüntünü təqdim edirik:
Xatırladaq ki, Abşeron rayon İcra hakimiyyətinin başçısı Abidin Fərzəliyevdir.
Ardını oxu...
 
Ardını oxu...
Qanunla deputatların bizneslə məşğul olmasının qadağan edilməsinə baxmayaraq, hələ də bəziləri iş fəaliyyətini davam etdirir. Hətta onların bir qismi ölkədə qurduqları biznes imperiyasını xaricdə də genişləndirməklə məşğuldurlar.
Hurriyyet.az xəbər verir ki, “Yeni Gundem”in araşdırmasına görə, belə deputatlardan birinin də Anar Məmmədov olduğu iddia edilir.
96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinin deputatı Anar Məmmədovun Parlamentdə təmsil olunması müəmmalar doğurur.Əvvəla, ölkənin ictimai -siyasi həyatında heç bir rola malik olmayan Məmmədovun qanunverici hakimiyyətin üzvü olması əsaslı şübhələrə gətirib çıxarır.
İlk öncə şübhələr ondan ibarətdir ki, ixtisasca nəqliyyatçı olan deputat niyə Milli Məclisi seçib?. Normalda o, aidiyyəti üzrə vəzifələrə də yiyələnə bilərdi.
İkinci müəmmalı məqam isə ondan ibarətdir ki, Anar Məmmədov deputat olmamışdan əvvəl seçildiyi dairənin seçiciləri ilə bağlı heç bir ictimai fəaliyyəti olmayıb. Çünki Anar Məmmədovun sosial şəbəkə hesablarında fəaliyyəti, ictimai əhəmiyyət kəsb edən paylaşımları məhz deputatlığ mandatı əldə etdikdən sonra edilib.
Azərbaycan Respublikasının Sabiq nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı kimi tanınan Anar Məmmədov adı müxtəlif cinayətlərdə hallanan kriminal oliqarx Qulam Ələkbərovun kürəkəni olduğu üzə çıxıb. Bu barədə Axar.az bir müddət əvvəl məlumat yayıb.
Qeyd edək ki, Anar Məmmədov 1984-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsili haqqında məlumatları qeyri-müəyyən olan Məmmədovun Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsində ali təhsil aldığı müəyyən olunub. O, Z.Məmmədovun nəqliyyat naziri olduğu illərdə (2006-2009) Bakı şəhər Nəqliyyat Departamentində bölmə rəisi işləyib.
Anar Məmmədovun qayınatası Qulam Ələkbərov hamının bəlkə də az-çox eşitdiyi AQ İnşaatçı Servis MMC-nin sahibidir. Bu MMC-nin adı mənzil qalmaqallarına görə dəfələrlə mətbuatda çəkilib. O, vaxtilə paytaxtın “Gənclik” metrostansiyasının yaxınlığında “Milyonçular məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Z.Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam Ələkbərov nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra eks-nazir tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib və bununla da onlar arasındakı dostluq əlaqələri güclənib.
Eyni zamanda Qulam Ələkbərovun bir neçə icra hakimiyyəti başçıları ilə dostluq münasibətlərində olması barədə yerli mediada məlumatlara rast gəldik. Həmin icra başçılarından biri də bu yaxınlarda yüksək məbləğdə pul mənimsəyən və məhz bu səbəbdən vəzifəsindən azad edilərək həbs edilən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevdir. Qeyd edək ki, bu barədə məlumatı AzToday.az saytı yayıb.
Gənc deputat Anar Məmmədovun Ukrayna Respublikasında geniş biznes şəbəkəsi olduğu da üzə çıxıb. Bir müddət əvvəl jurnalist Cavanşir Həsənli bu barədə məlumat yaymışdı.
Onun sözlərinə görə, deputat qayınatası Qulam Ələkbərovla açdığı şərikli biznes tikinti sektorunda fəaliyyət göstərir:
“Ukraynanın Dnepr şəhərinin mərkəzində, Şmidt küçəsi 15-də “Bakı” adında möhtəşəm görünüşlü bina tikilib. Yaşayış kompleksi 21 mərtəbədən, 301 mənzildən ibarətdir.
Kompleksin tikintisi K.A.S. LTD tərəfindən həyata keçirilib. K.A.S. LTD Azərbaycan, Ukrayna, Türkiyə, Gürcüstan və Monakoda inşaat sektorunda fəaliyyət göstərir.
Ukraynanın şirkət və müəssisələrin vahid reyestr xidmətinin məlumatına görə şirkətin nizamnaməyə kapitalının 30 faizi Milli Məclisin gənc deputatlarından olan MƏMMƏDOV ANAR İLYAZ oğluna məxsusdur.
2005-ci ildə qeydiyyatdan keçmiş şirkətdə Anar Məmmədovun benefisiar olaraq yatırım payı 6 milyon qrivnadır, qalan 70 faiz deputatın qayınatası Qulam Ələkbərovun yaxın adamına məxsusdur. Ukraynada Anar Məmmədovun ailə üzvlərinin adına daha bir neçə şirkət fəaliyyət göstərir.
Jurnalist Səbuhi Abbasov deputat Anar Məmmədov haqqında bir müddət əvvəl maraqlı paylaşım edib.
“Bu deputatı, yəqin ki, tanıyırsınız, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən 2020-ci ildə seçilib. Necə seçilib, onu goranboylular, naftalanlılar çox gözəl bilirlər. Sözüm o deyil, Parlamentin “P”sından xəbəri olmayan bu şəxs surətlə tikinti maqnatına çevrilməkdədir. Və bunları dövlət büdcəsinə qənim kəsilməklə edir. Adamın şəxsən rəhbərlik etdiyi “Amazon” şikəti Qarabağdakı tenderlərə özünü soxuşdura bilib. Ayrı-ayrı şəxslərin texnikalarını işlədir, dövlətdən pulunu alır, sonra texnika sahiblərinə qırıq-salxaq texnikaları təhvil verir, qara qəpik vermədən. Çox yaxın insandan kran sifariş verib, rəsmi müqavilə bağlanıb, aylıq icarə müəyyəb edilib, 4 ay sonra kranı gətirib tullayıblar həyətlərinə, özünə də bir qəpik verməyiblər. Anar Məmmədov özü də qaynatası Qulam kişi ilə “Amazon” şirkətinin ofisində oturur. Bu özbaşınalıqlar birbaşa YAP-dakı islahatları puç edir, yeni kadrlara olan inamı sıfıra endirir. Ən əsası, Ali Baş Komandanın xalq arasındakı nüfuzunu xərcləyir, həm də Qarabağ adı ilə… Dünyadaka baş verən geosiyasi proseslərə baxın, bizim yeni kadrlarımıza baxın. Bunlarnan sizcə hara qədər getmək olar? Qarabağ adı ilə millətin qanını soran kim olursa olsun, xəyanətkardır. Deputatın biznes fəaliyyəti tam başqa mövzudur. Əl-qərəz, məsələ məhkəmədədir. Anar Məmmədovun qanunsuz fəaliyyəti, mülkləri, avtomobilləri, eyni zamanda, qeyd etdiyim özbaşınalığın məhkəmə müstəvisinə daşınması, məhkəmə prosesi: bir sözlə, geniş yazı gəlir…”,- deyə jurnalist qeyd etmişdi.
Haqqında müxtəlif vaxtlarda yerli mediada yayılan məlumatlara Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Anar Məmmədov bir neçə ay əvvəl bunları cəfəngiyat adlandırmışdır. Və bu məlumatların səhv olduğunu qeyd etmişdi.
“Yeni Gündem” saytı olaraq Milli Məclisin deputatı Anar Məmmədovun yuxarıda fakltarla sadalanan fəaliyyəti ilə bağlı açıqlamasını dərc etməyə hazırıq.
İlk yayım tarixi: 2024-02-09
https://hurriyyet.az/az/post/ziya-memmedovun-biznes-ortagi-kimi-taninan-qulam-elekberovun-biznesmen-kurekeni-anar-memmedov-milli-meclisde-nece-yer-alib-415771
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Nabranda, Xəzər dənizinin sahillərində tikilmiş “Atlant” İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun da adı qarışan cinayət dosyesi üzrə məhkəmə araşdırmaları aparılır.

"DogruXeber.az" xəbər verir ki, 171 nəfər Azərbaycan vətəndaşına qarşı külli miqdarda – 14 milyon manat dələduzluq cinayəti baş verib.

Buna görə ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub.

Ən son məlumata görə, iş üzrə zərərçəkənlər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovaya ərizə ilə müraciət ediblər.

Bu azmış kimi “Atlant” İstirahət Mərkəzi öz müştərilərini də aldatmaqdadır.

Bu barədə şikayətçi düşən Xəyalə Tağızadənin gileyini Dia-az.İnfo olaraq olduğu kimi təqdim edirik:

“Menim shikayetim Nabran Atlant istirahet merkezindendir. Dunen zeng elemishik 10defe belke deqiqleshdirmishik deyiblerki kotec 6neferlik kondisionerli , kotec pulundan elave 31azn adama gunde 3defe qidalanma. Defelerle sorushduq dedilerki 31azn, bu gun gelmishik deyirlerki adam bashi 37azndir 3 defe qidalanma. ishchimiz tezedir sehv deyib. Ishchi tezedi oyrensin , sehv melumat vermesin mushteriye. Men elimdeki pula dedikleri qiymet uygun geldiyi uchun razilashmisham. Gelmishem qapida 4nefere elave 48azn isteyirler) Neyse geldik kotece, demishdiler kondisionerli , girmishik icheri beledchi deyirki kondisioner bir otaqdadi) 3 otaq kotecde kondisioner bir dene otaqdadi) Hamamda ne dish shotkasi ne pasta ne sabun hechne yoxdur. Biz 2 aile ile gelmishik , yanimizda korpe ushag. Biabrchiliqdi uzun sozun qisasi. Peshman olduq gelmeyimize…”

Məsələ ilə bağlı bütün maraqlı tərəflər rəy açıqlaya bilər.//turantv.az
 
Ardını oxu...
Açıq diskusiyada sahibkar qürurla hüquqların tələb edir. Elmir Ramazanov yenidən rəhbərliyinin verdiyi tövsiyə və əmrləri icra etməkdən imtina edib. Məsələ ilə bağlı etibarlı mənbələrdən bizə məlumat verilmişdir. Artıq Elmir Ramazanovun istədiyi vaxt fikir dəyişdirməsi onun Gömrük orqanında nüfuzdan salıb.

Qeyd edək ki, sahibkar Ramil Aslanovun Prezident İlham Əliyevə müraciət etməsinin ardından Dövlət Gömrük Komitəsində yüksək vəzifə sahiblərindən məsələyə çox güman ki tələb yaranıb. Odur ki, Prezident aparatından və digər dövlət qurumlarından sahibkarların incidilməsi, onların qəsdən müflisləşdirilməsinə dair alınan siqnalara biganə yanaşılmayır. Prezident İlham Əliyevin sahibkarlara daim dəstəyini nəzərə alsaq görərik ki, Onların incidilməsi heçdə bir mənalı qarşılanmamaqdadır. Ramil Aslanovun media qarşısında dəfələrlə Prezidentə baş vermiş və verməkdə olan qanun pozuntuları, korrupsiya hallarının mövcudluğu ilə bağlı məlumat vermişdir. Mediada axtarış zamanı R.Aslanovun gömrükdə baş verən qanunsuzluqlarla bağlı yüzlərlə video müraciətlərinə rast gəlmək mümkündür. Elə bu edilən müraciətlər zəminində araşdırmalara start verilib. Səbəb Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun müavini Natiq Şirinov DGK-da iclas keçirib. Keçirilən iclasda sahibkar Ramil Aslanov dəvət edilib. Bir çox məsələlərə aydınlıq gətirilib. Elə Natiq Şirinovun gözü qarşısında Elmir Ramazanov yaxşıca rola girməyi bacarıb. Amma iclasda deyilənlər elə sös olaraqda o konfrans zalındada qalıb. N.Şirinov Elmir Ramazanova lazımı göstəriş və tapşırıqları verməklə yenidən Ramil Aslanovun vergi ödəyicisi olduğunu və dövlət büdcəsinə verdiyi xeyirləri ona xatırladıb.
Elmir Ramazanov hegemonluğu ilə DGK və yuxarı dairələri aldatmağa cəhd etdi
Amma nə fayda “burda mənəm Bağdatda kor xəlifə” misalı E.Ramazanov əməlindən geri çəkilmək istəmir. “Ağa nəzərəm belə gəzərəm” deyən Elmir Ramazanovun qurduğu bütün qanun zidd əməllərin ifşa edilməsi sahibkara qarşı qərəzli yanaşma, vəzifəsindən sui-istifadə etdiyi açıq aydın görünməkdədir... Bu isə sahibkarın illərdir topladığı vəsaitinin tamamilə əlindən çıxarılmasına onun tamam müflis edilməsinə hesablanan oyun olduğunu elə sahibkarın öz ifadələrində yer alır. E.Ramazanov və sahibkar arasında qərəzçiliyin bitirilməsi yönündə DGK rəhbərliyi tərəfindən atılan addıma R.Aslanov müsbət reaksiya verib. Lakin E.Ramazanov bu barışıq içərisində fəaliyyətləri tənzimlənməsi yönündə atılan addımları bir daha puç etməkdən çəkinməyib. Hazırda Sahibkarın mallını gömrükdə uzun müddətdir saxlayan və Natiq Şirinovun səyləri, sahibkarların məmnunluğu təsüflə qeyd edək ki, nəticəsiz qaldı. Elmir Ramazanovun Broker sistemini yenidən öz tərzində qurması sahibkarların gözündən yayınmayıb. Emil adlı “Karqo” əməkdaşının rahat şəkildə növbəsiz sənədləşdirmə aparmasıda digər iddialrın təsdiqi sahibkar tərəfindən efir vasitəsi ilə qeyd edilib. Lakin bu Emilin Elmir Ramazanovun yanına adına heç bir sənəd olmadan girib şıxmasını maraq edən yoxdur. Elmirin əldə edilən sazişə sahibkarın qanuni prosedurlara əməl edilməsi istəyi yenidən rədd edilib. Odur ki aldadılaraq əlindən alınan vəsaitin ona geri qaytarılması tələbi ilə yenidən Dövlət qurumlarına məktublar ünvanlanıb. Həmin məktubun bir nüsxəsidə məhs bizim redaksiyaya göndərilib.

Sahibkarı aldadaraq yenidən gömrük hesabına ödəniş etməsi üçün borc toplamasını daha sonra bankda qalan pulunun çıxarılmasına arayış verəcəyi vədin verən E.Ramazanov içində R.Aslanov nifrəti sahibkara açıq şəkildə otağında nümayiş etdirərək “səndən qorxan yoxdur, hara gedirsən ged, əlindən gələni nə bacarırsan ged et.” ifadələri ilə iki gündür gedən sülh danışıqları yenidən tarmar edilib.

Beləki, Natiq Şirinovun ciddi tapşırıqları Şahin Bağırovun tapşırıqları olduğun unutmamaq lazımdır. Burdan da belə çıxır ki, Elmir Ramazanovun arxalandığı şəxslər DGK rəhbərliyini sülh yaratmasını göstərişi verməklə yanaşı arxada isə E.Ramazanova “bildiyini beş qaba çəkməsi buyruq edilir?”. Şəxs artıq kreslosunun əbədi onun olması ilə bağlı çox böyük xülyalarda üzdüyü üçün Prezidentin himayəsində olan sahibkarlara istədiyi kimi hücm edir. Lakin unudur ki, Elmirin arxalandığı şəxsidə məhs elə sahibkarın güvəndiyi Prezident o posta təyin edib.

Bu gün yenidən artıq məbləğ təyin edilib. Lakin sahibkar yalnız məsələnin məhkəmə yolu ilə həl edilə biləcəyini qeyd edir. Mövzu diqqətimizdədir. Bizi izləməyi unutmayın.

BakuNews.az
 
Ardını oxu...
Mingəçevir Dövlət Dram Teatrı – 1968-ci ildə yaradılmışdı edilmişdir. (Teatr 1974-cü ildən Mərziyyə Davudova adınadır). Teatrın açılışı 1969-cu ildə Cəfər Cabbarlının “Almas” tamaşası ilə olmuşdur. Teatrın repertuarında klassik və müasir dramaturqların əsərləriəri geniş yer tutur.

Aran.Media bildirir ki, Mingəçevir Dövlət Dram Teatrı mədəniyyət ocağı kimi yarandığı vaxtdan etibarən repertuarında Azərbaycan və eləcə də dünya dramaturgiyasının diqqətəlayiq nümunələrinə geniş yer vermişdi. Öz səhnəsində nümayiş etdirilən və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan əsərlər ilə, teatr ənənələrinin daha da zənginləşdirilməsi işində yaxından iştirak etmiş, milli mədəniyyətin ümumi tərəqqisi naminə xidmətlər göstərmişdir. Lakin bu gün teatrın ətrafı çirkab içərisində batır. Sənət ocağının həyətində maşın yuma,,çayxana və atılmış zir-zibil xoş olmayan görüntü yaradır.
Şəhər sakinlər deyir ki,bu ərazidən keçəndə gördüyümüz vəziyyətə ürəymiz ağrıyır. Məyər bu sənət ocagının bir sahibi,yoxdurmu?Ölkənin 4-cü böyük şəhərinin mərkəzində belə bir rəzalət olarmı?. Mədəniyyət nazirliyi hara baxır ? Teatrda sənət ,tamaşa lazımdırsa onun ətrafında təmizlik ,səliqə -səhman da lazımdır.
Sakinlər onu da bildiri ki,teatrda tez tez rəhbərlik dəyişir,və xahiş edirlər ki,bu sənət ocağına can yandıran bir rəhbər təyin edilsin…

 
 
 
Ardını oxu...
Bu yazımızıda qanunlardan və ya qanunların maddələrindən yazmayacam. Bu yazımız da torpaq, vətən, xalq üçün canından keçmiş və bayrağımızı bayraq edən igidlərimizdən yazacam. O, igidlər ki, onların cansız bədənləri 1:2 olan üç rəngli bayrağımıza bükülüb gözü yaşlı analarına təhvil verildi. Dəfndən sonra həmin bayraq ailənin geridən qalan digər kişi fərdlərinə verildi. Azərbaycan Bayrağı ölkənin dörd atributundan biridi.

Bayrağa hörmətsizlik xalqa hörmətsizlikdi. Aran.Media bildirir ki, 09.08.2024-il tarixində Ağdaş rayon Qəsil kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və bir neçə inzibati binaların yerləşdiyi yerdən video çəkilərək sosial şəbəkədə paylaşılıb. Videoda Azərbaycan bayrağının zibillərin arasına atıldığı görünür.

Sözü gedən videonu təqdim edirik:

 
Ardını oxu...

Aliment ödəməkdən yayınan boşanmış ər keçmiş arvadına: “Uşağı saxlaya bilmirsən, ver göndərim kəndə, anam saxlasın”

Məhkəmə sizin xeyirinizə aliment tutulması haqqında qətnamə qəbul etdikdən sonra onu dərhal icraya yönəldir. Cavabdehin qeydiyyat yeri və yaxud iş yeri üzrə həmin qərarı almış icra məmuru icraata başlamaq haqqında qərar qəbul edərək alimenti ödəməli olan şəxsə bildiriş göndərir. Bundan sonra, əgər məhkəmə qərarına əsasən aliment şəxsin gəlirlərinin müəyyən hissəsinə yönəldilibsə, misal üçün gəlirin üçdə bir hissəsinə, icra məmuru aliment pulunun tutulması üçün cavabdehin iş yerinə müvafiq göstəriş verir. Həmin göstərişə əsasən cavadehin iş yeri üzrə mühasib hər ay aliment məbləğini cavabdehin gəlirlərindən tutaraq aliment alanın bank hesabına köçürür (aliment alanın bank hesabı olmadıqda icra şöbəsinin hesabına). Cavabdehin iş yeri və rəsmi gəliri olmadıqda məhkəmə alimentin sabit pul məbləğində tutulması haqqında qətnamə qəbul edir.

Daha sonra, aliment ödəməli olan şəxs hər ay qətnamədə müəyyən edilmiş alimenti tələbkara ödəməli və ödəməni təsdiq edən sənədi (bank qəbzi, poçt qəbzi və yaxud əllə yazılmış qəbz) işə baxan icra məmuruna təqdim etməlidir.

Bəs aliment ödənilmədiyi təqdirdə şəxs nə kimi məsuliyyət daşıyır?

Şahverdiyeva Pərvin Tumas qızı ərdə olduğu İbadov Səbahəddin Rüstəm oğlundan boşanıb. Onların rəsmi nikahdan bir uşağı var. Sonuncu iclası 2024-cü ilin fevral ayının 15-də baş tutan Balakən rayon məhkəməsinin qərarı ilə anasının yanında qalan uşaq üçün ataya aylıq 220 (iki yüz iyirmi) manat aliment kəsilib.

Lakin Səbahəddin İbadov ötən aylar ərzində aliment ödəməyib. İcra Şöbəsinin məmuru Vidadi Musayev Pərvin Şahverdiyevaya bildirib ki, guya keçmiş əri aliment pulunu əlbəəəl deyil, bank kartı vasitəsilə köçürmək istəyir. Pərvin öz adına aldığı bank kartının rəsmini telefon vasitəsilə icra məmuruna göndərib. Bir müddət puldan xəbər çıxmadığına görə icra məmurundan soruşub. O isə Pərvinə kartın balansını bir daha yoxlamağı tövsiyə edib. Sonra deyib ki, kartın nömrəsini cavabdehin özünə deyil, qardaşına göndərib.

P.Şahverdiyeva “Dəryaz” qəzeti redaksiyasına müraciətində icra məmurunun hərəkətinə təəccübünü ifadə edib: “Necə olur ki, məsələ ilə bağlı lazım olduğumuzda bizim İcra Şöbəsinə gəlməyimizi vacib sayır, amma cavabdehə yaxın düşmür, ismarıcını onun qardaşına göndərir?”.

Şikayətçi xatırladır ki, icra məmuru öz vəzifəsini ötən müddət ərzində Səbahəddinin yalan vədlərini mənə çatdırmaqla bitmiş hesab edir: “Gah deyib Novruz bayramından sonra, gah deyib Ramazan bayramından əvvəl, gah da deyib Qurban bayramından sonra pul ödəniləcək. Amma hamısı yalan çıxıb. Axırda da Səbahəddinin sözü çatıb ki, “Pərvin uşağı saxlaya bilmirsə, versin, göndərim kəndə, anam saxlasın”. Əgər məsləhət olsaydı, məhkəmə uşağın atasının yanında qalmasına qərar verərdi”.

Şəxs alimenti ödəməzsə, ilk növbədə tələb onun əmlakına yönəldilir («İcra Haqqında» Qanun 43-cü maddə). Yəni, şəxsin adına hər hansı bir daşınar və ya daşınmaz əmlak varsa, onun üzərinə həbs qoyulur. İlkin olaraq üzərinə həbs qoyulmuş əmlak borc məbləğinə uyğun olaraq alimentin yerinə tələbkara təqdim edilir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdiyi təqdirdə isə həmin əmlak hərracda satılır və əldə olunmuş vəsait alimentin əvəzinə tələbkara verilir.

Şəxsin aliment pulunun yönəldilə biləcəyi əmlakı olmadıqda isə icra məmuru praktikaya əsasən, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş edir.

Əgər məhkəmə şəxsi bu maddəyə əsasən təqsirli bilərsə, onda şəxs 500 manatdan 1000 manatadək cərimə və yaxud 10 gündən 30 günədək inzibati həbs oluna bilər.

Həmçinin aliment ödəməyən şəxsin borcu əhəmiyyətli dərəcədə olduqda (adətən 1000 manatdan yuxarı) icra məmuru onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında məhkəməyə müraciət edə bilər və nəticədə məhkəmə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edə bilər.

Yekunda əgər bütün məcburi icra tədbirləri fayda verməzsə, aliment ödəməli olan şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilir.

Deryaz.az

Dünyapress TV

Xəbər lenti