Ardını oxu...
"Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri, bu Xidmətin “Akif Çovdarovu” kimi tanınan Taleh Bəşirov yeni il gecəsini yaxın ətrafı ilə birlikdə Xankəndidə yüksək təmtaraqla qeyd edib. Şəhid qanı hesabına azad edilən şəhərdə yeni il gecəsi yaxın ətrafına böyük ziyafət verən şöbə müdiri, ziyafət iştirakçılarına 30 min manatlıq viskilər, o cümlədən, nadir ov əti məhsulları təqdim edib". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məaqlədə daha sonra bildirilir: "Xankəndi azad ediləndən dərhal sonra Əmlak Məsələləri Dövlət Xidmətindəki vəzifəsindən istifadə edərək şəhərdəki ən baxımlı vilalardan birini zəbt edən Taleh Bəşirov, yeni il gecəsi yaxınlarından birinə dəyəri 300 min manat olan avtomobil hədiyyə edib. Şöbə müdiri yeni il gecəsi ilk badəsini isə nə ölkə başçısının, nə də qazilərin deyil, keçmiş müdiri, Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubovun sağlığına qaldırıb. Taleh Bəşirov bildirib ki, Elçin Yusubov onun ağsaqqalıdır və həyatdakı bütün uğurlarına, əldə etdiyi bütün sərvətlərə görə Elçin Yusubova borcludur.

Şöbə müdiri Elçin Yusubovun sayəsində Xankəndi, Ağdərə və Xocalıda külli ixtiyar sahibi olduğunu, bütün yaxın çevrəsinin bu ərazilərdə daşınmaz əmlak sahibinə çevrildiyini bildirib. Xatırladaq ki, Taleh Bəşirovun adı ölkə mediasında ilk dəfə “Range Rover” markalı avtomobil hədiyyə alması ilə gündəmə gəlib. Taleh Bəşirov Əmlak Məsələləri Dövlət Xidmətində həyata keçirdiyi çoxsaylı çirli maliyyə əməliyyatları, ağlasığmaz qanun pozuntularına görə bu qurumun “Akif Çovdarovu” ləqəbini qazanıb".
 
Ardını oxu...
"Sahil - S İnşaat" tikinti firmasında vaxtilə vəzifə tutmuş və mənzil alan 165 ailəni dələduzluq edərək aldatmış Pənah Kərimovun ev dustaqlığına buraxılması payçılarda ciddi etiraz doğurmaqdadır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevə bu işin verilməsindən sonra elə ilk iclasda Pənah Kərimovu azad etməsi bütün femidaya, məhkəmə-hüquq sisteminə tüpürməkdir. Anaxeber.info-ya məlumat verən sakinlərin sözlərinə görə, Pənah Kərimovun ev dustaqlığına buraxılması əsassız qərardır və hakim Elnur Nuriyevin çıxardığı qərardada etiraz olaraq Prezident Administrasiyası, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası önündə toplaşıb aksiya keçirəcəklər. 165 ailəni fırıldağa yol verərək, bir mənzili bir neçə adama sataraq yüzminlərlə vəsaiti mənimsəmiş Pənah Kərimovun azadlıqda olması birmənalı şəkildə qəbul edilmir. Sakinlər Prezident İlham Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimova müraciətdə qeyd ediblər ki, iş əvvəl hakim Əli Məmmədovda olub. Onun prosesə sədrlik etdiyi dövrdə Pənah Kərimovun vəkili dəfələrlə vəsatət qaldırıb ki, təqsirləndirilən şəxs ev dustaqlığına buraxılsın. Lakin hakim Əli Məmmədov vəsatətlərin heç birini təmin etməyib. Çünki Pənah Kərimovun sərbəst buraxılmasına heç bir əsas yox idi və onun dələduzluğa yol verməsi istintaq müddətində sübut olunub: "Hələ o zaman Pənah Kərimov bizi təhdid edirdi. Məhkəmə proseslərində zərər çəkənləri hədələyirdi ki, başınıza oyun açacam, azadlığa çıxıb mənzillərinizi əlinizdən alacam. İndi belə bir şəxsi hakim Elnur Nuriyev ev dustaqlığına buraxıb. Biz qərardan narazıyıq və prokurorluğun protest verməsini, Pənah Kərimovun həbsə qaytarılmasını istəyirik. Çünki bu adam şirkətə şərik gələnə qədər binada hər hansı problem, fırıldaq, bir mənzilin bir neçə şəxsə satılması yox idi. MTK rəhbəri Taley Alaverdiyevdir, binanın 2018-ci ildə tikintisi başlanıb, 2021-ci ildə Pənah Kərimov ona şərik olan kimi dələduzluğa, fırıldağa əl atdı. İndi hər ikisi həbsdə cəzasını çəkməlidir. İstintaq materialları sübut edir ki, Pənah Kərimov vətəndaşları aldadıb, pulunu mənimsəyib".
Müraciətdə o da deyilir ki, Pənah Kərimov sayğaclar üçün hər sakindən 5 min manat tələb edib və istintaq dövründə sakinlərin yazdığı izahatlarda bu məsələ öz əksini tapıb: "Bizə deyirdi ki, ya 5 mini verin, ya da evinizi əlinizdən alacam. Halbuki sayğaclar dövlət qurumları tərəfindən ödənişsiz qoyulur. Bütün bu özbaşınalıqlar, Pənah Kərimovun hədə-qorxu gəlməsi, insanlardan pul tələb etməsi istintaq materiallarında var. Ancaq hakim Elnur Nuriyev belə bir dələduzu açıb buraxır, bizi təhdidlərlə üz-üzə qoyur. Onun bu qərarı hüquqa, məhkəməyə, qanunlara və zərər çəkənlərə hörmətsizlikdir. Hakimin bu qərarı niyə verməsi də araşdırılmalıdır. Biz Ali Məhkəmə sədri İnam Kərimovdan və Baş Prokuror Kamran Əliyevdən xahiş edirik ki, hakim Elnur Nuriyevi dələduz Pənah Kərimovla nə bağladığı yoxlanılsın, bu qərarı niyə verdiyi əsaslandırılsın. Öyrənilməlidir ki, hakim qərar çıxararkən hansısa maddi maraq güdüb, yoxsa Pənah Kərimova ürəyi yanıb. Hər halda, hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovu ev dustaqlığına buraxmaq istəyi ədalətli olmaqdan irəli gəlməyib. Ədalətli hakim aldadılan 165 ailəni müdafiə edir, dələduzu deyil. Deməli, Elnur Nuriyev pul iyini hiss edib və ilk iclasda onu azad edib. Biz bununla bağlı toplaşıb şikayətimizi çatdıracağıq. Biz şübhələnirik ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin və bütövlükdə Azərbaycan məhkəmə sisteminin adına ləkə gətirən hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovla sövdələşməsi olub, pul marağından irəli gələrək onu ev dustaqlığına buraxıb. Bu adam bir neçə cinayət törədib və heç bir halda, ev dustağı ola bilməz. Yəni cəzasını həbsdə çəkməlidir. Çünki bir mənzili bir neçə şəxsə satıb, dəfələrlə insanları təhdid edib, təzyiq və hədə yolu ilə pul istəyib, ona görə də hər biri ayrılıqda cinayət işi sayılır. Odur ki, Pənah Kərimovun azadlıqda gəzməsi təhlükəlidir. Eyni zamanda, dövlətin, onun hüquq sisteminin və məhkəməsinin adına xələl gətirmək, vətəndaşlarda hakimlərə, məhkəmələrə inamsızlıq yaratmaqdır.
Biz prezidentimizə və dövlətimizə inanırıq. Ümid edirik ki, hakim Elnur Nuriyevin bu səhvi düzəldiləcək. Çünki dələduzun yeri həbsxanadır".

Anaxeber.info
Ardını oxu...
"Bakı Metropoliteni” QSC-də ciddi yoxlamalar aparılır.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə aparılan yoxlamalar əsasən son 3-4 ildə "Bakı Metropoliteni”nin stansiyalarında görülən təmizlik işlərinə və infrastruktur obyektlərində yerləşən bina, qurğu və avadanlıqlarının təmizlənməsinə ayrılan vəsaitləri əhatə edir.

Dövlət büdcəsindən bu sahələrdə görülən işlərə milyonlarla vəsait ayrılmağına baxmayaraq, pulların düzgün xərclənmədiyi, külli miqdarda mənimsəmələrin olduğu iddia edilir.

Qeyd edək ki, "Bakı Metropoliteni” QSC-nin sözügedən işlərini son bir neçə ildə "TAİS İKF" Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirib.

Bu məqsədlə Metropoliten ilə "TAİS İKF" MMC arasında 2019-cu ilin noyabr ayında "Bakı Metropoliteni QSC-nin stansiyalarında təmizlik işləri" lotu üzrə 1.999.994 manatlıq, 2020-ci ilin yanvar ayında ""Bakı Metropoliteni” QSC-nin stansiyalarında təmizlik işləri xidmətinin satın alınması" lotu üzrə 1.999.994 manatlıq, 2020-ci ilin may ayında ""Bakı Metropoliteni” QSC-nin infrastruktur obyektlərində yerləşən bina, qurğu və avadanlıqlarının təmizlənməsi işlərinin satın alınması" lotu üzrə 1.001.445 manatlıq müqavilə imzlaanıb.

QSC ilə MMC arasında təmizlik işlərinə görə bağlanan müqavilələrin ümumi dəyəri 5.001.433 manat təşkil edib.

Lakin dövlət satınalmalarında göstərilən bu rəqəmin dəfələrlə şişirdildiyi vurğulanır.

Qeyd edək ki, "Tais İKF" MMC 1994-cü ildə təsis edilib. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.

Xatırladaq ki, hələ bir neçə il öncə Sevil Xanbabayeva adlı qadın sosial şəbəkələrdə Bakı metropoliteniylə bağlı videomüraciət yayaraq bir sıra ittihamlar səsləndirmişdi. O metropolitendə təmizlik sahəsində çalışan işçilərin Rafail adlı şirkət rəhbərinin bağında işlədiyini bildirirdi.

Qeyd edək ki, ötən ay Prezident İlham Əliyevin sərəncamı ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Zaur Hüseynov vəzifəsindən azad edildi.

Qlobal.az məsələ ilə bağlı nə "Bakı Metropoliteni” QSC-dən nə də "Tais İKF" MMC-dən mövqe öyrənə bilməyib.

Qarşı tərəf mövqe sərgiləyə bilər.

Qlobal.az
 
 
 
Ardını oxu...
TEREF əskərlik dövründə yaralanmış və bir sıra orqanlarından məhrum olmuş əskər Ucar rayonu Pirkənd kənd sakini Qasımov Məhəmmədəli Rafik oğlu tərəfindən Prezidentə və Mehriban xanım Əliyevaya ünvanlanmış şikayət məktubunu oxuculara təqdim edir:
Ucar rayonu Pirkənd kənd sakini Qasımov Məhəmmədəli Rafik oğlu tərəfindən

ŞİKAYƏT

Bu şikayətimdə yazıb bildirirəm ki, mən hərbi xidmət zamanı güllə yarası almışam ki, nəticədə də sol böyrəyim, dalağım və bağırsaqlarımdan 30 sm kəsilərək götürülüb.Buna görə əmək qabiliyyətimi itirsəmdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mənə əlillik dərəcəsi təyin edilməsindən qanunsuz olaraq imtina edib.

Belə ki, 15.01.2022-ci il tarixdə həqiqi hərbi xidmtə aparılmışam. Laçında yerləşən 888 saylı hərbi hissədə həbri xidmət keçmişəm. Hərbi xidmətimi başa vurmağıma 10 gün qalmış 20.06.2023-cü il tarixdə postda olan zaman əsgər yoldaşımın ehtiyatsılqdan əlindən silah açılması nəticəsində güllə (5x45) yarası aldım. Bundan sonra hərbi hospitala çatdırılıb müxtəlif vaxtlarda 2 dəfə cərrahiyyə əməliyyatı olundum. Sol böyrəyim, dalağım götürüldü, bağırsağımdan 30 sm kəsilərək götürüldü.Uuzn müddət kalastoma ilə hərəkət etmişəm. Hərbi xidmətimin müddəti bitsədə mən 40 gün hərbi hospitalda stasionar müalicə olundum. Aldığım ağır xəsarətə görə dinc və müharibə dövründə hərbiyə yararsız olmuşam ki, buna dair sənədlərdə qeyd edilib, əmək qabiliyyətimi itirmişəm. Adi əşyanı belə qaldıra bilmirəm.
Ağır yaralanıb xəstə olub əmək qabiliyyətimi itirməyimə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyimənə əlillik dərəcəsi təyin olunmasından qanunsuz imtina edilib.
Mən bu imtinanı qanunsuzluq və özbaşınalıq hesab edirəm.Çünki mən kiməsə rüşvət verib xəstəlik sənədi almamışam.Mənim xəstəliyim saxta yalan deyil.Mən güllə yarası alıb ağır yaralanmışam bir böyrəyim, dalağım və bağırsağımın bir hissəsi cərrahiyyə edilərək götürülüb, yarı can qalmışam. Adi yeriyəndə halsız oluram əmək qabiliyyətim yox dərəcsindədir.Bu səbəbdən mənə qeyri şərtsiz əlillik dərəcəsi təyin olunmalıdır.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən xahiş edirəm şikayətmi obyektiv araşdırıb mənə qanunu qaydada əlillik dərəcəsi təyin olunmasına köməklik göstərəsiniz.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
İmişli bazarına gündəlik 200-250 kq balıq satan və daha əvvəl brokonyerlik üstündə tutulub ETSN tərəfindən cərimələnən qoruq mühafizəçinin arxasında kim dayanır?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Ağ Göl Milli Parkında qanunsuz balıq ovu ilə bağlı ölkə mətbautında dəfələlərlə məlumatlar dərc edilib. Aidiyyatı qurumlar isə hər dəfə sübutun olmadığı bəhanə edərək, qanunsuz balıq ovuna göz yumular.

XALQ.AZ xəbər verir ki, “Beyləqan Xəbərləri” səhifəsinin yaydığı məlumata görə Ağgöl Milli Parkından gündəlik tutulan balıqlar İmişli, Beyləqan və Ağcabədi bazarlarına satılır. Səhifədə yerləşdirilən məlumatda qeyd edilir ki, artıq Ağgöl Milli Parkında brakonyerliyi qoruğun mühafizəsi ilə məşğul olan yegerlər edirlər.

Bildirilir ki, Ağgöl Milli Parkında brakonyerlik edən dəstənin əsas rəhəbri isə yeger vəzifəsində işləyən Rahim Gəncəliyevdir. Onun gündəlik İmişli bazarına 200-250 kq balıq satdığı iddia edilir. İmişli rayonunda Rahim Gəncəliyevin balıq satışı ilə məşğul olduğunu bilməyən yoxdur.

Bildirək ki, AzFakt.com saytı olaraq bir neçə il öncə Rahim Gəncəliyevin Ağgöl Milli Parkında müfəttiş işlədiyi dövrdə brakonyerlərdən gündəlik tutduqları balıqları ucuz alıb bazara satışa çıxartması barədə məlumat dərc etmişdik. Daha sonra Rahim Gəncəliyevin qanunsuz əməlləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri tərəfindən ifşa edilmiş və haqqında protokol yazılmışdı.Ən maraqlısı isə brakonyerlik fəaliyyəti ilə məşğul olan və Ağ Göl milli parkının yegeri işləyən Rahim Gəncəliyev nədənsə vəzifəsindən çıxarılmadı. İndi isə Rahim Gəncəliyev balıq biznesini genişləndirərək Ağ Göl Milli Parkında böyük bir şəbəkə qurub.

Rahim Gəncəliyev və digər yegerlərin Ağ Göl Milli Parkında brakonyerlik fəaliyyətiləri ilə məşğul olmalarından qoruğun direktoru Xəzər Məhərrəmovun xəbərsiz olması isə inandırıcı deyil. AzFakt.com

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 
 
Ardını oxu...
Xəzər rayonu, Buzovnada yerləşən 14 saylı poliklinika, çox təəssüf ki, vətəndaşlara tibbi xidmət təqdim etməkdə ciddi problemlər yaşamaqdadır. Həkimlərin və digər səhiyyə işçilərinin qeyri-peşəkar yanaşması, xidmətlərin qeyri-şəffaflığı və lazımi resursların çatışmazlığı burada vətəndaşların həyatını çətinləşdirir. Bir tibbi arayışın alınması üçün həyata keçirilən çətin və yorucu proses, insanların sözün həqiqi mənasında bezməsinə səbəb olur və TƏBİB-in yaratdığı sistemsizlik burada da özünü bir daha göstərir.

Bizimxeber.az-ın əməkdaşları, 14 saylı poliklinikada bir tibbi arayış almaq üçün baş verən prosesləri addım-addım izləyərək, bu sistemin vətəndaşlara necə əziyyət verdiyini detallı şəkildə qeyd edib. Bu vəziyyətin göstərdiyi kimi, insanların bir sadə tibbi arayış almaq üçün keçməli olduqları çətinliklər, səhiyyə sistemindəki ciddi qüsurları ortaya qoyur.

İlk olaraq qeyd etmək lazımdır ki, tibbi arayış almaq istəyən şəxslər üçün "həmən həll" tapmağın yolu yalnız öncədən kiminsə cibinə pul basmaqdan keçir. Əgər 30-40 manat arasında bir məbləğ xərcləsən işin yağ kimi gedəcək.

Lakin bu pulu verməyən vətəndaşlar üçün əsl müsibət başlayır. İlk çətinlik, həkimi tapmaqda yaranır. Əgər həkimi tapmaq mümkün olsa belə, artıq burada zülmün başlanğıcı olur. Vətəndaşın vaxtında gəlməməsi halında, ona heç bir xidmət göstərilməyəcək, "sabaha gəl" deyə bilərlər. Hətta həkim, xəstənin əlini yoxlayıb, xəstəliyi müəyyən etməyə çalışmadan, "nə isə verməyəcəyini" görərsə, təəssüf ki, bir çox hallarda heç bir xidmət göstərilmir.

Sonra vətəndaşlar müxtəlif analizlərə göndərilirlər. Lakin bu analizlər çox vaxt poliklinikada həyata keçirilə bilməz, buna görə də xəstə başqa xəstəxanalara göndərilir. Məsələn, qan analizləri, hepatit B, C, HIV kimi testlər buradan həyata keçirilmir, vətəndaşlar başqa bir xəstəxanaya göndərilir. Rentgen müayinəsi də burada mövcud deyil, bu da başqa bir xəstəxanaya yönləndirilməni tələb edir. Sonra növbə UZİ müayinəsinə çatır. Ancaq burada da problem var: ya həkim xəstə olacaq, ya da məzuniyyətdədir. Hətta əgər müayinəyə keçmək mümkün olsa belə, bir çox hallarda poliklinika vətəndaşları ya Zabrata, ya da Binəyə göndərir, yəni başqa ərazilərə yönləndirirlər.

TƏBİB rəhbəri Vüqar Qurbanovun qurduğu sistemin bu şəkildə olması, vətəndaşların həyatını daha da çətinləşdirir. Bu, yalnız bir neçə nümunədən ibarət olan məsələlərdir, ancaq həqiqət budur ki, əgər vətəndaşlar həkimi tapa bilsələr belə, növbəti mərhələlərdə daha da ağır və bezdirici bir proseslə qarşılaşırlar. Məsələn, cərrahın yanına getmək lazım gəlir və burada da vəziyyət eyni olur. Cərrah, xəstədən əvvəl əlinə baxır, sonra cibinə baxır və əgər əlində pul görməsə imza atması çətin ola bilər. Hər an nəsə problem tapıb, "yox bu belə deyil" deyə bilər.

Bundan sonra, vətəndaşlardan nəcis və sidik analizləri də tələb olunur. Xəstəyə iki qab verilərək "evdə doldur gətir" deyilir. Əslində tualetlər mövcuddur, amma xəstənin səbrini sınamaq üçün, onları çətin vəziyyətə salmaq məqsədilə hər şey çətinləşdirilir. Bu cür vəziyyətlər, insanların daha çox pul ödəyərək rahatlıq əldə etməsinə səbəb olur.

Bu cür sistemin TƏBİB rəhbəri Vüqar Qurbanovun tam məlumatında olduğunu söyləmək mümkündür. Çünki əslində bu qədər narazılıq və çətinlik, vətəndaşları daha sürətli xidmət almaq üçün rüşvət verməyə sövq edir. TƏBİB-in rəhbəri, bu problemləri həll etmək yerinə, vətəndaşların yalnız 40 manat ödəyərək bu əziyyətdən qurtulmalarını təmin edən bir sistem qurub. Bu sistem məhz bilərəkdən edilib.

Azyaşlı üçün pulsuz olan bir tibbi arayış almaq üçün vətəndaş 3-4 gününü, 20 manat yol pulusunü və başqa əziyyətləri gözə alması tələb olunur. İndi təsəvvür edin ki, bu qədər çətinlik və vaxt itkisi ilə bir tibbi arayış alınır. Daha sonra, əgər ciddi bir xəstəliklə qarşılaşmısansa və müalicə etmək istəyirsənsə, vəziyyətin necə olduğunu təsəvvür edin: Həqiqətən də, bu vəziyyətdə insan ölməyi seçərdi. Hətta poliklinikadakı baş həkim də, gündəlik həkimlərdən aldığı faizini alıb, rahat bir şəkildə özünü təmin edir, lakin vətəndaşlar poliklinika daxilində hər cür çətinliklə üzləşir.

Nəticə olaraq, 14 saylı poliklinikada baş verən bu cür biabırçılıqlar, yalnız bir arayış almaq üçün belə, vətəndaşların nə qədər əziyyət çəkməli olduqlarını göstərir. Bu cür sistemlər, vətəndaşların hüquqlarını kobud şəkildə pozur və ciddi islahatların həyata keçirilməsini zəruri edir. Hər bir insanın sağlamlıq hüququna hörmətlə yanaşılmalı və səhiyyə xidmətləri daha şəffaf və bərabər olmalıdır.
Ardını oxu...
Qarşıdan gələn bələdiyyə seçkiləri bu Kürsünün “dadı damağında qalan” bir çox hazırkı bələdiyyə sədrlərini hərəkətə gətirib.İllərdir kağız üzərində “tər töküb” sərvətlər toplayan sədrlərin bir qismi vəzifə borclarını unudub, bir qismi isə ümumiyyətlə vəzifə səlahiyyətlərinin nələrdən ibarət olduğunu belə bilmirlər.

Torpaq satmaq, küçələrə xırda daş səpib “küçə təmiri” adı altında hesabdan pul silmək, bələdiyyəyə aidiyyatı olan – olmayan ərazilərdən vergi toplamaq, ölü yaxınlarına məzar yeri satmaq və digər işlərlə özünə sərvət yığan sədrlər bu gün “əlim yandı”da imza toplamaqla məşğuldurlar. Təbii ki, bütün bu məsələlərdə onların ən böyük “yardımçıları və himayədarları” aid olduqları rayonların icra başçılarıdır. Məhz bu səbəbdəndir ki, yerlərdə bələdiyyə sədrlərinin böyük əksəriyyəti icra başçısının yaxın adamları olurlar.

Yeri gəlmişkən, icra başçısına yaxın olan belə bələdiyyə sədrlərindən biri də Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılovun kirvəsi olduğu deyilən, şəhər bələdiyyəsinin sədri Ramiz Əliyevdir.

Xatırladaq ki, bir müddət əvvəl haqsız yerə işindən azad edildiyini deyən keçmiş bələdiyyə üzvü Fərhad Abdullayev adlı şəxs mediaya məktubunda Ramiz Əliyevin yazıb-oxumağı belə bacarmadığını, şəhərin “Əli qəbristanlığı” deyilən böyük qəbristanlığında köhnə qəbr yerlərini belə satışa çıxardığını, bütün iclaslarında onu bələdiyyə sədri vəzifəsinə gətirdiyi üçün icra başçısına təşəkkür etdiyini iddia edirdi.

Qanunla seçki – səsvermə yolu ilə güya seçilən bələdiyyə sədrinin kirvəsi İlham İsmayılova təşəkkür etdiyi barədə deyilənlər elə onun bu vəzifə üçün nə dərəcədə uyğun biri olduğunun aşkar nümunəsi idi.

İdman müəllimliyindən icra başçısının müavini vəzifəsinə qədər qalxan Ramiz Əliyevin həmin vəzifədən o, zamankı icra başçısı Niyazi Bayramovdan xəbərsiz məktəblərdən “xərac” topladığına görə qovulduğu deyilir. O, “gəlişi ilə ona günəşi gətirən” kirvəsi İlham İsmayılovun sayəsində yenidən vəzifə kürsüsündə əyləşmə xoşbəxtliyinə nail olur. Elə gələr-gəlməz də köhnə iş yeri MKTİB-də “qara işləri”ndə onun köməkçisi və mühasibi olmuş, orta təhsilli, pensiya yaşına çatmış Yeganə Hüseynovanı bələdiyyəyə baş iqtisadçı, qohumu, orta təhsilli İsgəndər Yusubovu isə “Vergi və ödənişlər” şöbəsinə müdir təyin edir. Çünki, bu cür. “təcrübəli işçilər”lə işləmək ona daha rahat idi.

Bu dəfə isə vəziyyət başqadır. Son illər qanunda olan bəzi dəyişikliklər və nəzarətin gücləndirilməsi Ramiz müəllimi təşvişə salıb. Seçkiqabağı o, qədər həyəcan keçirir ki, həyəcandan danışığını, davranışını belə itirib.

Özünü “təmizə çıxarmaq” həvəsi ilə media dəvət edib, dərsinə yaxşı hazırlaşmayan uşaqlar kimi udquna-udquna ondan gileylənən müharibə veteranını dolayısilə “əxlaqsız”, “avara” adlandırır, ailəsindən boşandığını deyir.

Ancaq, veteranın ailəsindən boşanmasının, onun bələdiyyə sədrinin qanunsuz torpaq satdığı barəsindəki açıqlaması ilə əlaqəsi olmadığı kimi, idman müəlliminin də bu vəzifəyə aid olmadığı, şair Qabil demişkən, yerinin səhv düşdüyü, zorla qurduğu gülünc cümlələrin hər kəlməsindən aşkar görünür.

Bütün istedad və bacarıqlarını səfərbər edərək, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq görən sədr 2020-ci illərin “yeni piar metodu”nu da gözardı etməyib. Şəhidin anası ilə adını belə bilmədiyi şəhidin məzarı önündə fotosessiya edib, reportaj hazırlatdırmaqla cəmiyyət arasında güya “hər zaman onlara diqqət və qayğısını əsirgəmədiyi” fikrini aşılamağa çalışır.

Amma, artıq gecdir, Ramiz müəllim. Sizin önünüzə qalxan kimi verdiyiniz şəhid ailələrinə diqqətiniz, “avara” dediyiniz canlı şəhidə – müharibə veteranına qarşı münasibətinizdən bəllidir. Bu işlər ört-basdır etdiyiniz avtomobil qəzasına bənzəməz, hər halınızdan, hər kəlmənizdən büruzə verir.

Elə məsəlidir, “Əli yanan ağzına təpər”.

Redaksiamıza yerli sakinlər tərəfindən verilən məlumata görə, indi də Ramiz Əliyev üçün “əlimyandı” imza toplanır. Belə ki, yerli icra hakimiyyətləri tərəfindən bütün seçkilərdə və tədbirlərdə işləri bahasına “əl buyruqçusu” yerinə qoyulan kommunal işçiləri bu dəfə də Ramiz Əliyev üçün imza atmağa məcbur edilir. Sakinlərin sözlərinə görə illərdir nəinki sakinlərə heç bir xeyri dəymədiyindən, hətta insanlarla kobud və özündənrazı davranışlarından narazı olduqları üçün imza atmaq istəməyən kommunal işçiləri, kirvənin əmrindən çıxmağın, onlar üçün işlərini itirmə bahasına başa gələcəyindən qorxduqları üçün, “ağanın əmrilə dərəyə sürməyə” vadar edilirlər.

İlham İsmayılovun kirvəsi üçün göstərdiyi səylərin nəticəsi yanvar ayının 20-dən sonra bəlli olacaq. O, zamana qədər isə biz Ramiz Əliyevi bugünə qədərki fəaliyyətilə silsilə məlumatları təqdim edərək, həm Mingəçevir sakinləri, həm də aidiyyatı qurumlarla tanış etməkdə davam edəcəyik.

Yeri gəlmişkən, bir zamanlar barəsindəki məlumatlarla bağlı mövqe bildirməkdən yayınan, həqiqətləri dərc etdiyimizə görə bizi məhkəmə ilə hədələyən, 10 cümləlik təhdid məktubunda 20-dən çox hərf və söz səhvi edən bələdiyyə sədri barəsində yeni məlumatlarımız olacaq.Bizi izləməkdə davam edin.
Redaksiamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
 
Ardını oxu...
Abidin Fərzəliyevinn Abşeronda fəaliyyət göstərdiyi 3 il müddətində rayon ərazisində sənədsiz evlərin sayı bir neçə dəfə artıb…
Abşeron rayonunda sənədsiz evlərin sayının sürətlə artması Nazirlər Kabinetində və İqtisadiyyat Nazirliyində təlaşla izlənilir. Bu barədə qeyri-rəsmi şəkildə əldə etdiyimiz məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin çıxarış vermədiyi çoxlu ərazilər zəbt edilib və Əmlak Məsələləri Dövlət Xidməti istəsə belə həmin torpaqlara və tikintilərə çıxarış verə bilməz. Çünki həmin ərazilərin böyük əksəriyyətinin təyinatı kənd təsərrüfatıdır.

Xatırladaq ki, Abşeron rayonunda sənədsiz evlər həddindən artıq çox olması uzun illərdir ki, narahatlıq yaradan faktordur. Bundan əvvəl 2020-ci ildə Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev və bir sıra bələdiyyə sədrləri, o cümlədən icra nümayəndələri həbs olunmuşdu. Həmin qalmaqallı həbslərdən sonra isə Abşeronun icra başçısı İradə Gülməmədova vəzifədən alınmış, onu yerinə isə Abidin Fərzəliyev Abşerona təyin almışdı.
Ardını oxu...
Bu təyinatdan sonra Abşeronda səsndsiz evlərin azalmısı gözləntiləri olsa da, bu gözləntilər özünü doğrultmayıb və Abidin Fərzəliyevin təyinatından sonra sənədsiz evlərin sayı sürətlə artmağa başlayıb. Hazırda isə problem o qədər böyüyüb ki, Abşeronda yeni həbslərin olacağı qaçınılmaz kimi görünməkdədir.
Mənbələrin AzFakt-a bildirdiyinə görə Abşeronda qanunsuz tikintilərə icazəni bir qayda olaraq başçının sağ əli Nurlan Həsənov verir və bu icazə şifahi olur. Qeyd edək ki, Nurlan Həsənov Nərimonov rayon icra hakimiyyətində İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. Abdin Fərzəliyev Abşeron rayon icra başçısı təyin edildikdən sonra Nurlan Həsənov Abşeron RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsinə təyin edilib. Amma onun əsas işi Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və “icazə” işlərini həll eləməkdən ibarətdir.
Ardını oxu...
Yəni Abşeronda torpaq almaq üçün bələdiyyə sənədi almaq olsa da, tikintiyə rəsmi icazə verilmir. Çünki torpaq sahələri üçün verilən bələdiyyə sənədlərinin əksəriyyəti də əslində saxta olur. Nurlan Həsənovun şifahi razılıq verdiyi “icazə”dən sonra isə istənilən şəxs tikinti işləri apara bilir. Belə bir “icazə”si olmayan heç kim Abşeronda daşı daş üstünə qoya bilmir. “İcazə”nin necə verilməsinin təfərrüatlarına isə girmək istəmirik, çünki bu özü-özlüyündən aydındır.
Xatırladaq ki, Abşeron rayonunda torpaqların əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır. Ona görə də həmin torpaqlarda ev tikmək qanunla qadağandır və həmin torpaqlara tikinti icazəsi verilməsi üçün Nazirlər Kabineti tərəfindən torpaqların təyinatı dəyişdirilməlidir. Amma Abşeronun icra başçısının nümayəndələri həmin torpağın üstündə tikinti aparmaq üçün “icazə” vermək problem deyil. Yəni Nurlan Həsənov üçün…
Bəs 4 il əvvəl İradə Gülməmmədova Akif Əliyevi qurban verdiyi halda, Abidin Fərzəliyev Nurlan Həsənovu qurban verəcəkmi? Bu sualın cavabını birmənalı şəkildə vermək mümkün deyil. Çünki Nurlan Həsənovun Abidin Fərzəliyev üçün ayrı bir dəyər daşıdığı bildirilir…AzFakt.com
 
Ardını oxu...
Bu barədə zərərçəkmiş Rauf Hüseynov məlumat verib . O, bildirib ki, 31 dekabr 2024- cü il tarixində bayramı qeyd etmək üçün anası ilə birlikdə Hollivud restoranında yer rezerv edib. İlk başda hər şey normal olsa da məclisin sonuna yaxın yan stolda əyləşən şəxslər təhqiramiz ifadələr işlədib. Sözügedən şəxs buna etirazını bildirdikdə yeddi nəfər Raufu elə anasının gözü qarşısında döyüb.
Hadisədən sonra məlum olub ki, onu döyən şəxslərdən biri Şərurlu İsfəndiyarın oğlu Tanrıverdi imiş.
Ardını oxu...
Rauf Hüseynov hadisənin Binəqədi Rayon 5-ci Polis Bölməsində arasdirildığını bildirib.

Məsələ ilə bağlı “Şərur MTK” nın mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova bildirdi ki, Hollivud restoranı uzun müddətdir kı icarədədir.” Orada baş verən heç hadisəyə cavabdeh deyilik “. İsfəndiyar Axundovun oğlu Tanrıverdi Axundovun haqqındakı iddialara gəlincə , məsələdən İsfəndiyar bəyin və şəxsinin məlumatı olmadığını bildirdi.

Qeyd edək ki, bir müddət öncə “Hollivud” restoranında bıçaqlanma olmuşdur. Məlumata görə restoranın fəaliyyəti dayandırılmışdır.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.AzTimes.az
 

        

Ardını oxu...
Tovuz rayon sakinləri, Vəliyeva Aynurə Mirzəli qızı, İsayeva Aygün Müslüm qızı tərəfindən aidiyyatı dövlət qurumlarına mətbuat nümayəndəlirinə ikinci dəfə müraciət ünvanlanıb.

Bir nüsxəsi də TEREF-in poçtuna daxil olan müraciəti olduğu kimi oxuculara çatdırırıq:

Tovuz Dövlət Sosial – İqtisadi Kollecinin müəllimləri tərəfimizdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, müxtəlif dövlət qurumlarına, eləcə də KİV-lərə şikayət və müraciətlər ünvanlamaqla barədə,həm də bunun tərəfləri barədə məlumat vermişdik.

Bildirmişdik ki, Tovuz Dövlət Sosial – İqtisadi Kollecinin Həmkarlar İttifaqı Təşkilatı kollecin direktorunun 6 noyabr 2024-cü il tarixli 058 № -i təqdimatını, 14 noyabr 2024-cü il tarixində müzakirə edərək,Ələkbərova Şahnaz Azər qızı, Vəliyeva Aynurə Mirzəli qızı, İsayeva Aygün Müslüm qızı, Musayeva Şəhla Dilqəm qızının əmək fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib. Xəbər ictimailəşəndən bir müddət sonra İsayeva Aygün Müslüm qızı və Vəliyeva Aynurə Mirzəli qızı (yəni hazırkı halda biz) istisna olmaqla, digər üç müəllim müvafiq işlə təmin olunublar.

Belə ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəllimlərinin əmək fəaliyyətinə xitam verildikdən sonra adları yuxarda qeyd edilən müəllimlər tərəfindən hüquqlarının pozulması iddiası ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov cənabına məktub ünvanlanıb.Araşdırmalardan sonra müəllimlərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadənin imzası ilə 10 dekabr 2024-cü il tarixində 16-1-1/2-321/2024 saylı cavab məktubu göndərilib. Məktubda yazılır: “Tovuz Dövlət Sosial-İktisadi Kolleci Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatı olmadığından, müraciətlərinizin tərəfimizdən cavablandırılması mümkün deyil.”

Məlum cavab şikayətçi müəllimlər İsayeva Aygün Müslüm qızı və Vəliyeva Aynurə Mirzəli qızı( biz şikayətçi müəllimlərdə) eləcə də, digər müəllimlərdə təəccüb doğurub.Bundan sonra müxtəlif səpkidə yenə dövlət orqanlarına şikayət məktubları ünvanlamışıq.

Yazıb bildiririk ki,illərlə üzvlük haqqı ödədiyimiz Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin Həmkarlar İttifaqı Təşkilatının, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) üzv təşkilatı olmadığından xəbərimiz olmayıb. Ona görə də şikayətçi müəllimlər olaraq hesab edirlər ki, illərlə müəllimlərin əmək haqlarından tutulan üzvlük haqlarının hansı istiqamətlərdə xərcləndiyi, tibbi əməliyyat olunan, müalicə götürən, həyat yoldaşını itirən müəllimlərə yardımların edilib-edilmədiyi,müəllimlərə bu illər ərzində sanatoriyaya, istirahət evinə putyovkaların verilib-verilmədiyi yoxlanılmalıdır.

Hər iki şikayətçi müəllim olaraq vurğulayırıq ki,Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin Həmkarlar İttifaqı Təşkilatının sədr seçkilərinin nə zaman keçirildiyi, buna hansı baş təşkilatın nəzarət etdiyi şəffaf şəkildə müəllimlərə bəyan edilməlidir. Həmçinin, nədən bu qurumun Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) üzv olaraq fəaliyyət göstərmədiyi aydınlaşmalıdır.Demirlər biz şəffaf fəaliyyət göstəririk, elədirsə yoxlamalardan da qorxmamalıdırlar, bizim şikayət etməyimizdən də inciməməlidirlər. Yoxlanılsın, biz də görək ki, hər şey qaydasında imiş,illərlə müəllimlərdən tutulan üzvlük haqları da əsl sahiblərinə çatıb,xərclənib.İnanın səmimiyyətimizə,bundan sonra Tovuz Dövlət Sosial-İqtisadi Kolleci barədə ictimai nəzarəti bundan sonra ən yüksək səviyyədə həyata keçirdəcəyik.Hətta kollecdə qış sessiya imtahanları barədə də məlumat verəcəyik.

Şikayətçi müəllimlər olaraq onu da qeyd etməliyik ki,araşdırdıq bəlli oldu ki, müəllimlərin narazı olduqları həmkarlar təşkilatı “guya” Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri həmkarlar İttifaqı Tovuz Rayon Komitəsinin,Tovuz Dövlət Sosial – İqtisadi Kollecinin Həmkarlar İttifaqı Komitəsidir.Yəni,1986- cı ildə Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqları,1991-ci ildə Azərbaycan Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar ittifaqının adı dəyişdirilərək, Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri həmkarlar İttifaqı adlanıb.Qurumun saytında isə Tovuz Rayon Komitəsinin,Tovuz Dövlət Sosial – İqtisadi Kollecinin Həmkarlar İttifaqı Komitəsi adlı yoxdur.Fərdi qaydada Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının Tovuz Rayon Komitəsinə gəlincə,Tovuz rayonunda heç ofisləri yoxdur.Yəni “papka komitədir”,sədri də yaşlı Sahib Feyzizadə adlı şəxsdir.Hazırda həmin şəxsin xəstə olduğunu nəzərə alıb onunla görüşə bilməmişik.İndi bizim (Şikayətçi müəllimləri) ofisi olmayan, “papka komitənin” Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin Həmkarlar İttifaqı Komitəsi qərarla işdən çıxarılmağımızda “dəyənək rolu” oynayırsa yoxlanılmalıdır,şəffaflıq təmin olunmalıdır.Ümumiyyətlə,kollecin maliyyə-təsərrüfat fəaliyyəti də təftiş edilməlidir.Bu barədə Maliyyə Nazirliyinə də məktublar ünvanlayacağıq.Bütün bunlara rəğmən fəaliyyəti şübhə doğurduğundan sual veririk:

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına tabe olmayan təşkilatın müəllimlərin fəaliyyətinə xitam vermək hüququ varmı?
TEREF
 

Dünyapress TV

Xəbər lenti