Ardını oxu...
Ölkəmizdə bəzi qurumlar kimi Həmkarlar İttifaqları adlanan təşkilatın da varlığı ilə yoxluğu ancaq vətəndaşlardan, üzvlərdən ödəniş tələb edərkən hiss olunur. Belə ki, dövlət orqanlarında çalışan vətəndaşların əməkhaqqından hər ay müəyyən miqdarda vergi tutulur, lakin tutulan pulun hara və necə xərcləndiyi heç kimə məlum deyil. Elə ötən gün redaksiyamıza bu barədə bir qrup müəllim tərəfindən şikayət daxil olub.
Onlar bildirib ki, hər ay Həmkarlar İttifaqları tərəfindən maaşlarından 2 faizlik üzvlük haqqı tutulur. Bu pulun sanatoriya göndərişləri, bayram tədbirləri, mədəniyyət proqramları və digər xidmətlər üçün sərf olunacağı deyilsə də, şikayətçilər bu günədək qeyd olunan xidmətlərin heç birindən yararlana bilmədiklərini vurğulayıblar.
Rəsmi məlumata görə, ölkənin ümumtəhsil müəssisələrində 150 min müəllim fəaliyyət göstərir. Orta əməkhaqqının 900 manat olduğunu və hər müəllimin aylıq maaşından 2 faizlik üzvlük haqqının tutulduğunu nəzərə alsaq, bu, aylıq 2 milyon 700 min, illik isə 32 milyon 400 min manat deməkdir. Bu isə heç də az məbləğ deyil. Hələ digər dövlət müəssisələrində çalışan vətəndaşlardan tutulan vergiləri demirik. Burada söhbət milyonlardan gedir. Lakin bu milyonların hara və necə xərcləndiyi heç kimə məlum deyil.
Maraqlıdır, bu qədər vəsait hara sərf olunur? Əgər müəllimlər bu imkandan yararlanmırsa, nə üçün onlardan hər ay bu qədər vəsait tutulur?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Publika.az-ın suallarını cavablandırdı.
O bildirdi ki, Həmkarlar İttifaqlarının fəaliyyəti işçilərin hüquqlarını qorumaq, onların sosial rifahını artırmaq və peşəkar inkişafını dəstəkləmək məqsədini daşımalıdır:
“Müəllimlərin maaşından hər ay 2 faizlik üzvlük haqqının tutulması bu məqsədlərin həyata keçirilməsi üçün maliyyə bazası yaradır. Azərbaycanda 150 min müəllimin olduğunu nəzərə alsaq, bu, illik təxminən 32 milyon manata yaxın böyük bir məbləğin toplanması deməkdir. Bu rəqəm ciddi sosial proqramlar həyata keçirmək, müəllimlərin həyat şəraitini yaxşılaşdırmaq və onların peşəkar inkişafına dəstək vermək üçün kifayət qədər böyük potensiala malikdir. Lakin şikayətlər göstərir ki, bu vəsaitlərdən effektiv və şəffaf istifadə edilməməsi müəllimlər arasında narazılığa səbəb olur”.

K.Əsədovun sözlərinə görə, Həmkarlar İttifaqlarının əsas funksiyası yalnız maliyyə toplamaqdan ibarət olmamalıdır:
“Bu vəsaitlərin toplanmasının məqsədi onlardan müəllimlərin sosial ehtiyaclarına xərclənməsini təmin etməkdir. Məsələn, dünya təcrübəsində həmkarlar ittifaqları vasitəsilə işçilər üçün sanatoriya göndərişləri, bayram tədbirləri, mədəniyyət proqramları və peşə təlimləri təşkil edilir. Almaniyada həmkarlar ittifaqları işçilərin sağlamlıq və təhsil sahələrindəki ehtiyaclarını ödəmək üçün xüsusi proqramlar həyata keçirir. İtaliyada müəllimlər üçün həmkarlar ittifaqları vasitəsilə güzəştli səyahət paketləri və təqaüd proqramları təşkil edilir. Azərbaycanda bu cür layihələrin həyata keçirilməməsi isə həmkarlar ittifaqının fəaliyyətində ciddi boşluqların olduğunu göstərir.
Beynəlxalq statistikaya əsasən, inkişaf etmiş ölkələrdə həmkarlar ittifaqlarının fəaliyyəti nəticəsində işçilərin 70%-dən çoxu sosial dəstək proqramlarından yararlanır. Bu proqramlar təkcə sağlamlıq və mədəni fəaliyyətləri deyil, həm də təhsil materialları, peşəkar inkişaf kursları və hüquqi müdafiəni əhatə edir. Azərbaycanda isə müəllimlərin bu xidmətlərdən istifadə edə bilmədiyi, toplanan vəsaitlərin şəffaflığı barədə məlumatın olmadığı bildirilir. Bu, həmkarlar ittifaqlarına olan inamı sarsıdır və onların əsas funksiyasını sual altına alır”.
Ekspert onu da əlavə etdi ki, 150 min müəllimdən hər ay toplanan vəsait illik büdcə baxımından həmkarlar ittifaqına böyük imkanlar yaradır:
“Bu vəsaitlə sanatoriya göndərişləri təşkil etmək, müəllimlər üçün təlimlər və konfranslar keçirmək, bayram tədbirlərində iştirak üçün bilet və ya hədiyyələr təmin etmək mümkündür. Əgər bu addımlar atılmırsa, bu, həmkarlar ittifaqının fəaliyyətində ciddi çatışmazlıqların olduğunu göstərir. Müəllimlər haqlı olaraq soruşurlar: bu qədər vəsait nəyə sərf olunur?
Maliyyə şəffaflığı həmkarlar ittifaqlarının fəaliyyətinin əsas prinsiplərindən biri olmalıdır. Bu səbəbdən illik hesabatlar ictimaiyyətə təqdim edilməli, toplanan vəsaitlərin hansı məqsədlər üçün sərf edildiyi aydın şəkildə göstərilməlidir. Şəffaflıq olmadan həmkarlar ittifaqlarının cəmiyyətdəki nüfuzu ciddi şəkildə zədələnir. Məsələn, Skandinaviya ölkələrində həmkarlar ittifaqları hər il işçilər qarşısında hesabat verir və bu, onların işçilərlə etibarlı münasibət qurmasını təmin edir.
Nəticə olaraq, həmkarlar ittifaqının müəllimlər üçün real dəyər yaratması üçün aşağıdakı addımlar atılmalıdır: maliyyə şəffaflığı təmin edilməli, sanatoriya və sağlamlıq proqramları təşkil olunmalı, müəllimlər üçün mədəni və peşəkar inkişaf tədbirləri keçirilməlidir. Bu addımlar həm müəllimlərin sosial rifahını artıracaq, həm də həmkarlar ittifaqına olan etimadı bərpa edəcək. Əgər bu cür tədbirlər həyata keçirilməzsə, həmkarlar ittifaqlarının mövcudluğunun məqsədəuyğunluğu sual altına düşəcək. Belə bir vəziyyətin qarşısını almaq üçün dərhal tədbirlər görülməsi vacibdir”.
Qeyd edək ki, məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Gülnar Süleymanova
 
 
 
Ardını oxu...
Redaksiyamiza Cəlilabad rayonundan daxil olan çoxsaylı şikayətlərdə bildirilir ki, Cəlilabad sakini, iş adamı kimi tanınan Əsgərov Cəfər Sahib oğlu Cəlilabad rayonunda "at oynadlr". Bu şəxs Cəlilabad rayonun Darılıq və Güneyli kəndləri ərazisində olan müxtəlif vətəndaşlara məxsus paybəlli torpaqları zəbt edib və o, torpaqlarin bir hissəsində qeyri- qanuni olaraq mal-qara tövlələri salıb.
Ardını oxu...
Redaksiyamıza daxil olan digər bir şikayət məktubunda deyilir ki, "Əsgərov Cəfər Sahib oğlu 2012-ci ildən Qaradağ rayonunda yerləşən "Çənlibel" ərazisində mişar daşı istehsalı ilə məşğul olur. Qeyri- qanuni olaraq əhəng daşı yatağında daş kəsir, ərazidə qeyri- qanuni qazıntı işləri aparmış və hazırda da aparmaqdadir. Bu şəxs Əmək Məcəlləsinin qanunların gobud şəkildə pozaraq işçiləri qanunsuz işlədir (Yəni onları rəsmiyyətə salmır, iş saatından çox işlədir) , vergidən yayınır və s..

Cəfər deyir: "Mənim arxamda Cəlilabadın İcra başçısı Rafiq müəllim durub və heç kim mənə heçnə edə bilməz.
Ardını oxu...
P.S Ekologiya və Təbii Sərvətləri Nazirliyi yanında Mineral Xammal Ehtiyyatları Agentliyi hara baxır?

Məgər onlar bu qanunsuzluqları görmür, ya özlərin görməməzliyə vururlar?

Görünür cənab Prezidentin ekoloji problemlər haqda dediyi çıxışlar bunlara yetərincə yaxşı təsir etməyib və elə bil, qış yuxusuna gediblər.

Sözügedən şikayət barədə Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Əmək Müfəttişliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə .. sorğular göndərəcəyik.

Əsgərov Cəfər barəsində araşdırmamız davam edir.

Qarşi tərəfin mövqeyin həmişə kimi dinləyib dərc etməyə hazırıq

Qaynarxeber.az
Ardını oxu...
ƏƏSMN-in tabeliyində olan Sosial Xidmətlər Agentliyi dünən daha bir tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, bu dəfəki müsabiqə digərlərindən bir xeyli fərqlənir.

Belə ki, söhbət Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yeməklə təmin edilməsi xidmətlərinin satın alınmasından gedir. Nazirlik bu məqsədlə 9.308.116,12 manat vəsait ayırıb. Həmin işlərin icrası ilə bağlı isə fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyevlə müqavilə imzalayıb.

Açıq mənbələrdə Ziyafət Fərzəliyevin kimliyi ilə bağlı heç bir məlumat yoxdur. Amma ƏƏSMN-lə bu şəxs arasında əlaqələr xeyli əvvəldən mövcud olub. Belə ki, həmin şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə 2022-ci ildə bir araya gəlib. Həmin vaxt elan edilmiş tenderə görə, Ziyafət Fərəzliyevə 978 min manat ödənilib.

Növbəti tender isə bu ilin martında baş tutub. Tribunainfo.az xəbər verir ki, həmin satınalma müqaviləsi də ƏƏSMN tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) ilə imzalanıb. Tenderin nəticələrinə görə, Agentliyə hazır yemək satan Fərzəliyev bunun müqabilində 3 336 258 AZN dəyərində müqavilə bağlanıb.

Qeyd edək ki, bu tender çərçivəsində təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində 12 ay ərzində, həftədə 7gün, sutkada 3 dəfə olmaqla böyüklər üçün 156 950 ədəd, uşaqlar üçün isə 18 250 ədəd yeməyin alınması nəzərdə tutulub.

Tenderin məbləğini və yemək sayını nəzərə alanda 1 nəfər üçün yeməyin qiyməti 19 manat təşkil edir.

Bu ilin yanvarında isə sözügedən tərəflər arasında daha bir 430 000 manatlıq saziş bağlanıb.

Maraqlıdır ki, fiziki şəxs bu qədər yeməyi təkbaşına necə təşkil edə bilir? Hələm-hələm böyük restoranlar belə bu qədər hazır yeməyi hazırlamaq iqtidarında deyil. Bəs, o zaman Fərəzliyev hansı güc və imkana sahibdir ki, bir yox, bir neçə agentliyə bu qədər yemək sifarişlərini çatdıra bilir?
 
Ardını oxu...
Əslən Qubadlıdan olduğu, arxasında yuxarıdakıların dayandığı deyilən Novruz Həsənovun rəhbərlik etdiyi “Capital City” tikinti şirkəti paytaxtın Nəsimi rayonundakı Mərdanov qardaşları və Abbas Səhhət küçələrinin kəsişməsində yaşayan sakinlərin də sakit həyat tərzini pozmaqdan çəkinməyib. Hətta onlar yatarkən, heç bir xəbərdarlıq olmadan başlarına uçurdulub, məhv edilən evləri və xırda obyektləri artıq su altındadır. Belə çıxır ki, şirkət dağıntıda israrlıdır və rəhbərinin dünya vecinə deyil.

Dağıntı baş verən yerə baş çəkən araz.az-ın əməkdaşına sakinlər deyiblər ki, paytaxtın bu ərazisində adıçəkilən tikinti şirkəti xeyli müddətdir mülk sahiblərinin sakitliklərini pozmaqda davam edir. Mediada daha öncələr də bu haqda yazılıb, lakin tikinti şirkəti sakinləri mülklərindən didərgin salmaqda, evləri məhv etməkdə israrlıdır. Onların təbirincə desək, artıq, “Capital City” “hücum səmtini dəyişib, bu istiqamətdə qələbəyə doğru gedir”. Əvvəlki qanunsuzluqlar barədə əlaqədar dövlət qurumlarının hamısı xəbərdar edilsə də, indiyədək dərdlərinə əlac edən tapılmayıb.

“Şübhəsiz, eyni aqibəti biz də yaşayacağıq. Məcburiyyətdən, ölkə rəhbərliyinə – Prezidentə, Birinci Vitse-Prezidentə müraciət edərək, bizə qarşı edilən bu qanunsuzluqların qarşısının alınmasını xahiş edəcəyik. Başqa əlacımız qalmayıb“, — narazı sakinlər deyirlər.

Şikayətçilərin sözlərinə görə, müraciətlərində onu da qeyd edəcəklər ki, nizamnamə kapitalı çox aşağı məbləğdə olan, MMC kimi tanınan bu tikinti şirkətinin bu layihəyədək həyata keçirdiyi bütün tikinti işləri səs-küylü olub. Etdikləri özbaşınalıqlara görə, rəhbər kreslosunda oturanlar məsuliyyətə də cəlb olunublar: “Əmin deyilik ki, MMC başladığı layihəni icra edib, uğurla sona çatdıra biləcək. Çünki bu ətrafda yüzlərlə sakin var, belə bir şirkətin edə biləcəyi iş deyil ki, hamı evlə, kompensasiya ilə təmin edilə bilsin. Habelə, bu, dövlətin uğurlu pilot layihəsi olmadığı üçün, biz işin yekunlaşdırıla bilməsinə inanmırıq. Həm də, bu ərazi çox böyükdür və gələcəkdə bu adamlar evsiz-eşiksiz qalan narazı kontingentə çevrilə bilər.

Üstəlik, bu MMC-nin nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi Rayon icra hakimiyyəti ilə, tikintinin deyilən vaxtda yekunlaşacağına dair müqavilələri yoxdur. Şirkət, sadəcə, BŞİH-dən bu ətrafdakı ərazidə tikinti aparmağa razılıq alıb, heç bir öhdəlik götürməyib. Ölkə mətbuatının da əvvəllər yazdığı kimi, ən pisi odur ki, BŞİH və Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri vətəndaşları qorxutmağa çalışırlar, sanki şirkətin “vəkili” rolunda çıxış edirlər.

Həmin yazılarda da deyildiyi kimi, bu MMC sakinlərdə xof yaratmaq üçün, ərazidəki bir-neçə mülk sahibləri ilə gizli danışıqlara gedərək, bəzilərini aldadaraq, söküntü görüntüsünü yaratmaq məqsədi ilə, həmin evlərin qapı-pəncərələrini, divarlarını söküb. Üstəlik, qəsdən həmin yararsız hala saldıqları evlərə heyvan iç-çalatları ataraq, süni şəkildə üfunət qoxusu yaradıb, sakinləri didərgin salmağa çalışıblar. Həmçinin, burada qapı-pəncərəsi olmayan mənzillər uzun müddət narkomanların və qeyri-əxlaqi hərəkətlər edən ünsürlərin “yuvasına” çevrilib. Uşaqlarımızı həyətə buraxa bilməmişik.

Faktiki olaraq, zorakı şəkildə – bizim razılığımız alınmadan, bu yerin taleyinin də sual altında qalaraq, kompensasiya almadan və qanunsuz şəkildə mülklərimizin söküntüsü davam etdirilib”.

Doğrudan da, MMC-nin bu sahədə törətdiyi özbaşınalıqlar ölçüyəgəlməzdir. Götürək, elə burada yerləşən “1001 xırdavat” mağazasının sahibi Yusif Bayramovun başına gətirilənləri: Ona da, indiyədək heç bir xəbərdarlıq edilməyib. Özünün dediyi kimi, razılıq üçün, indiyədək onunla danışığa gələn də olmayıb. Səhər mağazasının qapısını açanda görüb ki, qonşu evin divarları yerlə-yeksan edilib. İndi daxili fotogörüntüsünü təqdim etdiyimiz bu mağazasında satışa qoyduğu bütün xırdavat təhlükə altındadır. Yağış suyu, divarın hər an çökə biləcəyi onu yaman qorxuya salıb: “Xeyli müddətdir ailəmi bu mağazam hesabına dolandırmışam. Bundan sonra nə edəcəyimi bilmirəm! Heç olmasa, gəlib deyən belə yoxdur ki, obyektimin əvəzini verəcəklər. Hüquq-mühafizə orqanlarına etdiyimiz şikayətlərin də nəticəsi olmur”.

Sonda, qəti şəkildə onu demək istəyirik ki, bu ünvanda yerləşən mülk sahiblərini belə incitmək mövcud qanunlarımızın tələbləri çərçivəsinə sığmır. Axı, bunu kim bilmir ki, yaşayış ərazisində hər hansı tikinti-quraşdırma işlərinin, o cümlədən tikintiyə hazırlıq işlərinin aparılması, köçürülmüş sakinlərin belə evlərinin sökülməsi, mülklərə daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması qadağandır. “Capital City” MMC isə, qanunları pozmaqda davam edir, dövlət qanunlarına tabe olmamaq üçün, hər vasitəyə əl atır, ərazini viran qoymaqda davam edir.

araz.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Yevlaxda təhsilin vəziyyətindən dəfələrlə yazmışam. Bu yaxında nazirlikdən ora yoxlama getmişdi.
Dedim, yəqin qayda-qanun yaradarlar. Amma Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb.
Sektor müdiri Namidə xanım və ətrafındakı direktor rəfiqələri yoxlamağa gələnləri gəldikləri kimi də Bakıya yola salıblar.
Hörmətli elm və təhsil nazirimiz cənab Emin Əmrullayev brifinqlərində yaxşı sözlər deyir. Bu sözlər elə söz olaraq da qalır. Çünki sözü ilə əməli düz gəlmir.
Ardını oxu...
Əməli onun adından gələn komissiyanın özünü kor kimi aparmasıdı. Bu qədər qanunsuzluğa göz yumub heç nə olmamış kimi geri dönürlər.
Xidməti araşdırma aparın görək Yevlaxa sadə əməkdaş kimi gələn Namidə xanım bir neçə ilə hündür maşını, var-dövləti necə qazanıb?
Deyin bilək ki Yevlax şəhər 3 saylı məktəbə niyə 3 ildir direktor təyin olunmur?
3saylı məktəbdən Namidə xanım obyekt kimi istifadə edir.
Nazirin ətrafı feminist qadınlar olanda yerlərdə də belə halların baş verməsi təbiidir. Ona görə Yevlax təhsili Namidə xanım və rəfiqələrinin ümidinə qalıb.
Əsas da baş rəfiqəsi- 4 saylı məktəbin direktoru Zərif xanım. Hərəsi də özünə bir köməkçi götürüb ştatda xadimə kimi yazdırırlar.
Ardını oxu...
3 saylı məktəbdə Püstə adlı xanım süpürgəçi ştatında olsa da direktorun köməkçisi kimi işlər görür. Kərimova Fizzə adlı qadın isə hansısa məktəbdə süpürgəçidir. Ancaq sektor müdiri Namidə xanımın yanında onun bütün tapşırıqlarını yerinə yetirir.
Xaldan kimi dünyaca məşhur məktəbin adı bunların sayəsində prokurorluqda hallanır. Onlar da işi araşdırıb qurtara bilmirlər.
Nə işdirsə, Yevlax icra başçısı da bunların harınlığına bir söz deyə bilmir. Hətta sektor müdiri Namidə xanım deyir ki, nazirlik də, icra da arxasında durur.
Hər iki qurumun bunların qanunsuzluqlarına göz yumması elə sektor müdirinin sözlərini inandırıcı edir.
Heç biri bunlara "gözün üstə qaşın var" demir. Feminist qadınlara " yuva" quran nazir Əmrullayev deyirdi ki övladı təhsil alan müəllim ilk növbədə işlə təmin ediləcək. Bu söz də havada qaldı.
Müəllim adına hörmət qoyulsaydı 4 nömrəli məktəbdə bufeti işlədən xanım artıq müavin kimi əmr verməzdi.
Yevlax təhsilinin aqibəti göz qabagındadır.
Sima Babayeva
 
 
 

     

Ardını oxu...
Bakı-Qroznı reysini idarə edən pilotların qəza anında söhbətlərinin stenoqramı açıqlandıqca hadisənin əsl səbəbi anlaşılır.
VÇK-OGPU adlı Telegram səhifəsi təyyarənin ekipaj üzvləri ilə qüllə dispetçerləri arasındakı söhbətin stenoqramını yayıb. Stenoqramdan anlaşılır ki, təyyarənin Qroznı hava limanına enməsinə izn verilməyib, ardınca da təyyarə vurulub. Həyati təhlükəli xəsarət alan təyyarə yaxınlıqdakı Maxaçqala limanına enməyə çalışıb. Ona da icazə verilməyib. Pilot məcburən təyyarəni Xəzər dənizi üzərindən keçərək Aktau aeroportuna çatdırmağa çalışıb və hava limanının bir neçə km-liyində idarəetməni itirərək dəniz sahilinə enib.
Bu fakt sübut edir ki, təyyarənin qəzaya uğramasında Rusiya tərəfi maraqlı olub. Amma rus silahlarının “keyfiyyəti” və pilotun bacarığı sayəsində Moskva öz məqsədinə çata bilməyib. Zira təyyarəni Qroznıda düşürə bilsəydilər, günahı rahatlıqla başqalarının boynuna ata bilərdilər. Təyyarədən salamat qurtulan olmayacağından şahidlər də ortaya çıxmayacaqdı və Moskva kimi istəsə günahlandırmaq imkanı qazanacaqdı. İndi isə həm canlı şahidlər var, həm də təyyarənin qara qutusu Rusiyanın yox, qardaş dövlətin əlindədir. Rəsmi Bakı istədiyi anda təyyarə “qəza”sının bütün mübhəmlərini açıqlamaq imkanına malikdir.
VÇK-OGPU-nun yaydığı stenoqramın mətnini təqdim edirik.
“VÇK-OGPU Groznıdan olan dispetçerin “Bakı-Groznı” reysi ekipajı ilə danışıqlarının stenoqramından fraqmentləri dərc edir. Ekipaj bir neçə dəfə Groznıda eniş etməyə icazə almır, sonra GPS sistemi sıradan çıxır. Təyyarə Bakıya uçmağa qərar verdikdə, pilot güclü zərbə aldığını bildirir. Əvvəlcə o, təyyarənin quş sürüsü ilə toqquşduğunu düşünür. Sonradan isə təyyarənin idarəetmə və hidravlikası işləmir.
08:11:50
e: AXY8243 Bakı istiqamətinə gedirik.
08:11:58
d: AXY8243 mövcud kursda 900 metr hündürlük yığın.
e: Mövcud kursda 900 metr yığıram, AXY8243.
08:12:12
d: AXY8243 təsdiqləyin, ehtiyat olaraq Bakıya uçursunuz?
e: Təsdiq edirəm, ehtiyat olaraq Bakıya uçuruq, AXY8243.
08:12:29
d: AXY8243 ilkin olaraq FL80 yığın və deyin, Pinta nöqtəsinə birbaşa uçmağı bacaracaqsınız?
e: FL80 yığırıq, bir azdan deyəcəyik, AXY8243.
08:12:48
e: AXY8243, hər iki GPS sıradan çıxdı, vektoring lazımdır.
d: AXY8243, başa düşdüm, sağa 360 kursu.
e: Sağa 360 kursu, AXY8243, təşəkkür edirəm.
08:14:15
d: AXY8243 FL150 yığın.
e: FL150 yığırıq (naməlum), AXY8243.
d: AXY8243, sürətlə yığın.
e: Sürətlə yığırıq, AXY8243.
08:16:05
e: Bizdə idarəetmə sıradan çıxdı, kabinədə quş zərbəsi oldu. Kabinədə quş zərbəsi (naməlum).
08:16:16
d: AXY8243, başa düşdüm, sizə hansı kömək lazımdır?
08:16:41
e: Mineralnı Vodı hava şəraiti necədir, kömək edin, zəhmət olmasa.
d: AXY8243, 16-cı dəqiqədə.
e: Anlamadım.
d: AXY8243, 16-cı dəqiqədə.
e: Nə 16-cı dəqiqədə?
d: AXY8243, mesajınızı təkrarlayın, sizi pis eşidirik.
08:17:15
d: AXY8243, hər şey qaydasındadırmı?
e: Hər şey qaydasındadır, Mineralnı Vodıya gedirik.
d: AXY8243, başa düşdüm, komandaya qədər mövcud kursda qalın.
e: Başa düşdüm, komandaya qədər mövcud kursda gedirik. Mineralnı Vodının hava şəraitini deyin, zəhmət olmasa.
d: AXY8243, gözləyin, FL150 yığın.
e: FL150 yığırıq.
08:18:29
d: AXY8243 sola orbit edin.
e: Orbit edə bilmirəm, idarəetmə sıradan çıxır. Mineralnı Vodıya vektoring verin və hava şəraitini deyin, zəhmət olmasa.
d: AXY8243, başa düşdüm, gözləyin. Sola 030 kursu.
e: Sola 030 kursu.
08:19:12
e: FL150-ni saxlaya bilmirəm, kabinədə təzyiq artır.
d: AXY8243, başa düşdüm.
08:20:27
d: AXY8243 sola 360 kursu edin.
e: Sola 360 kursu, təyyarə idarəetməni itirir.
08:21:20
e: Mahacqalaya.
d: AXY8243 Mahacqalaya getməyə qərar verdiniz?
e: Bəli, Mahacqalaya, hava şəraitini deyin.
d: AXY8243, gözləyin.
08:22:12
d: AXY8243 sağa 110 kursu.
d: AXY8243 Groznı Qüllə.
e: Əlaqədəyik.
d: AXY8243 sağa 140 kursu.
08:22:57
e: İndi hidravlika sıradan çıxdı.
08:23:03
d: AXY8243 Groznı Qüllə.
e: Əlaqədəyik, hidravlika sıradan çıxdı.
d: AXY8243, başa düşdüm. Kursları yerinə yetirə bilərsinizmi?
e: Yerinə yetirə bilmirik. Konkret kurs verin, Mahacqalaya gedirik.
d: AXY8243 sola 100 kursu, düzəliş sağa 100 kursu.
e: Sağa 100 kursu. Mahacqalının hava şəraiti.
d: AXY8243, Mahacqalının hava şəraiti: külək 310°, 2 m/s, görünüş 3300 m, aşağı bulud səviyyəsi 750 m, tüstü, QNH 1026 hPa, 32-ci zolaq işləkdir.
e: Başa düşdüm.
08:24:26
d: AXY8243, təsdiqləyin, təyyarədə fövqəladə vəziyyət elan etmisiniz?
e: (Naməlum) başa düşmədim (naməlum).
08:24:43
e: AXY8243, təkrarlayın.
d: AXY8243, təyyarədə hər şey qaydasındadırmı?
e: Təyyarədə hər şey qaydasındadır.
08:24:55
e: Bizə icazə verin (naməlum).
d: AXY8243, təkrarlayın.
e: (naməlum).
08:25:09
d: AXY8243, sizi aydın eşitmək olmur, mesajınızı təkrarlayın.
e: (naməlum).
08:25:30
e: AXY8243, necə qəbul etdiniz? Əlaqədəyik.
d: AXY8243, Groznı Qüllə əlaqədədir, sizi çox zəif eşidirik.
e: (naməlum).
08:25:47
e: AXY8243, bu hündürlükdə uçmağa icazə verin.
d: AXY8243, dispetçerə görə sizi müşahidə etmirik, hündürlüyünüzü deyin.
08:26:10
e: Hündürlüyümüz 80.
d: AXY8243, FL100 hündürlüyünü yığmağa çalışın.
e: Əgər bacarsaq.
08:27:00
d: AXY8243, Groznı Qüllə.
e: Əlaqədəyik, AXY8243.
d: AXY8243, 134.1 tezlikdə Rostov Kontrol ilə işləyin.
e: Rostov Kontrol, 134.1, AXY8243.
Daha sonra “Bakı-Groznı” reysi ekipajı Rostovdan olan dispetçer ilə danışıqları davam etdirib”.
"У меня самолет теряет управление"
ВЧК-ОГПУ публикует выдержки из стенограммы переговоров диспетчера из Грозного с экипажем рейса «Баку-Грозный». Экипажу несколько раз не давали сесть в Грозном, потом отказал GPS. А когда самолет решил лететь в Баку, пилот сообщил о сильном ударе. Правдая, он сначала решил, что самолет столкнулся со стаей птиц. Потом у самолет стали отказывать управление и гидравлика.
08:11:50
э: AXY8243 следуем Баку.
08:11:58
д: AXY8243 с текущим курсом набирайте 900м
э: С текущим курсом набираю 900м AXY8243
08:12:12
д: AXY8243 подтвердите, уходите на Баку запасной?
э: Подтверждаю, уходим на Баку запасной AXY8243
08:12:29
д: AXY8243 первоначально набирайте FL80, и подскажите сможете следовать прямо на точку Пинта?
э: Набираем FL80, щас подскажем AXY8243
08:12:48
э: AXY8243 оба GPS потеряны, нужно векторинг.
д: AXY8243 вас понял, вправо курс 360.
э: Вправо курс 360 AXY8243 спасибо.
08:14:15
д: AXY8243 набирайте FL150
э: Набираем FL150 (неразборчиво) AXY8243
д: AXY8243 и ускорьте набор
э: Ускоряем набор AXY8243
.....
08:16:05
э: У нас отказало управление, удар птиц в кабине. Удар птиц в кабине (неразборчиво)
08:16:16
д: AXY8243 вас понял, какая помощь вам нужна?
08:16:41
э: Какая в Мин-Водах погода, окажите пожалуйста помощь.
д: AXY8243 в 16 минуту.
э: Не понял
д: AXY8243 в 16 минуту.
э: Что в 16 минуту?
д: AXY8243 повторите ваше сообщение, вас плохо слышно.
08:17:15
д: AXY8243 борт порядок?
э: Борт порядок, следуем на Мин-Воды.
д: AXY8243 вас понял, следуйте с текущим курсом до команды.
э: Понял, с текущим курсом следуем до команды. Пожалуйста, просьба большая погода Мин-Вод.
д: AXY8243 ожидайте, набирайте FL150.
э: Набираем FL150.
08:18:29
д: AXY8243 выполняйте левую орбиту.
э: Не могу выполнять, управление теряется. Дайте нам векторение на Мин-Воды, и пожалуйста дайте нам погоду Мин-Вод.
д: AXY8243 вас понял, ожидайте. Влево курс 030
э: Влево курс 030
08:19:12
э: Я не могу сохранять 150, у нас давление повышено в кабине
д: AXY8243 вас понял.
08:20:27
д: AXY8243 влево курс 360
э: Влево 360, у меня самолет теряет управление.
д: AXY8243 для информации погода Мин-Вод: ветер 120гр, 6 м/с, видимость более 10км, облачность сплошная нижний край 180м, QNH1024гПа, полоса в работе 11
э: Дай нам Махачкалу.
08:21:20
э: И Махачкалу.
д: AXY8243 решили следовать на Махачкалу?
э: Так точно, на Махачкалу дайте погоду.
д: AXY8243 ожидайте.
08:22:12
д: AXY8243 вправо курс 110.
д: AXY8243 Грозный Вышка.
э: На приеме
д: AXY8243 вправо курс 140.
08:22:57
э: Теперь гидравлика отказала
08:23:03
д AXY8243 Грозный Вышка.
э: На приеме, у нас отказала гидравлика.
д: AXY8243 понял. Можете выполнять курсы?
э: Да не можем выполнять. Дайте конкретный курс, мы пойдем на Махачкалу.
д: AXY8243 влево курс 100, поправка вправо курс 100.
э: Вправо курс 100. Погоду Махачкалы.
08:23:42
д: AXY8243 погода Махачкалы: ветер 310 гр 2 м/с, видимость 3300, нижний край 750м, дымка QNH1026гПа, полоса в работе 32
э: Понял
08:24:26
д: AXY8243 подтвердите, объявили бедствие?
э: ( Неразборчиво) не понял (неразборчиво)
08:24:43
э: AXY8243 повторите.
д: AXY8243 борт порядок?
э: Борт порядок.
08:24:55
э: Разрешите нам (неразборчиво)
д: AXY8243 повторите
э: (неразборчиво)
08:25:09
д: AXY8243 вас слышно неразборчиво, повторите ваше сообщение.
э: (неразборчиво)
08:25:30
э: AXY8243 как приняли? На приеме
д: AXY8243 Грозный Вышка на приеме, вас слышно очень плохо.
э: (неразборчиво)
08:25:47
э: AXY8243 разрешите следовать на данной высоте.
д: AXY8243 сию по диспетчерскому вас не наблюдаю, подскажите вашу высоту.
08:26:10
э: Наша высота 80
д: AXY8243 постарайтесь набрать FL100
э: Если сможем.
08:27:00
д: AXY8243 Грозный Вышка
э: На приеме AXY8243
д: AXY8243 работайте Ростов Контроль 134,1
э: Ростов Контроль 134,1 AXY8243
Далее экипаж рейса «Баку-Грозный» вел переговоры с диспетчером из Ростова.
Heydər Oğuz
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

 


Ardını oxu...
Xəzər rayonu Buzovna qəsəbəsində, Hava limanının düz yaxınlığındaca 110 fərdi yaşayış evi tikilib istifadəyə verilib, amma nə rayon rəhbərliyinin, nə də bu işə cavabdeh olan digər qurumların xəbəri olmayıb...

AzFakt.com bildirir ki, paytaxtda və ətraf ərazilərdə tikinti işləri aparmağın hansı çətinliklər hesabına başa gəldiyini hamı bilir. Əlaqədar təşkilatların dilin-ağzın bağlamadan daşı daş üstə qoymaq mümkün deyil. Kasıb bədbəxt bir koma tikənəcən onun ömrün-günün elə tikirlər ki, yazıq tikdiyinin içində “oxay” deyib otura da bilmir. Amma...

Ölkəmiz “amma”lar ölkəsidir nə yazıq ki. Kasıb-kusubun evini başına yıxanların bəzən gözü elə bağlanır ki, bütöv bir qəsəbənin tikintisindən xəbər tutmurlar. Qış yuxusuna gedirlərmi, fil qulağında yatırlarmı, bilmirəm. Bildiyim odur ki, Xəzər rayonu Buzovna qəsəbəsində, Hava limanının düz yaxınlığındaca 110 fərdi yaşayış evi tikilib istifadəyə verilib, amma nə rayon rəhbərliyinin, nə də bu işə cavabdeh olan digər qurumların xəbəri olmayıb.

Adamın yadına Sabir rəhmətlyin “pay atonnan, nə ağır yatdı bu oğlan, ölübə” misrası düşür. Qaraca çoban demişkən, “ölmüşmüydün,Qazan, itmişmiydin,Qazan”?

Görəsən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi Read Qasımov, elə həmin idarənin Qanunsuz Tikintilərə nəzarət şöbəsinin rəisi Nadir Aslanov necə olub ki, bu boyda həngamədən xəbərsiz qalıblar. 110 evin tikintisini hər gün hava limanından uçan təyyarələr görsə də, bu cənabların gözü bağlanıb, görməyiblər.

Tutaq ki, onların gözlərini bağlayıblar, bəs yerli icra hakimiyyəti orqanları, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədri Cəbrayıl Xanlarov, Qanunsuz Tikililərə Nəzarət şöbəsinin yeni rəisi Samir Musayev hara baxırdılar? Onlardamı bu boyda qəsəbənin tikintisindən xəbər tutmayıblar?

Necə olur ki, binəva Məmmədhəsən əmi həyətində toyuq hini tikəndə bu cənablar o dəqiqə xəbərdar olur, amma 110 fərdi yaşayış evinin tikintisindən xəbər tutmurlar?

Siz elə bilirsiniz onların “xəbərsiz olduğu” təkcə bu 110 evdir. Əsla, bu 110-nun arxasına hələ neçə sıfır artırmaq olar.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzində şöbə müdiri Fərid Hüseynovun isə deyəsən gözləri çoxdan açılıb. Hər haqq hesabıda çox gözəl bilir. Sədr Ramin Adullayevin "sağ əli" hesab edilən bu məmurun da qohumuna güvənərək "qaz vurub qazan doldurtduğu" bildirilir.

Adını çəkdiyimiz dövlət qurumlarının və onların rəhbərlərinin “xəbərsiz” olduğu tikililərdən hüquq mühafizə orqanları xəbərdar olub. İndi birbaşa Prezident Adminstrasiyasının nəzarətində ciddi yoxlamalar aparılır, əldə olunan məlumatlar birbaşa Baş Prokurorluğa göndərilir. Aparılan yoxlamalardan sonra kürkünə birə düşənlərin, yuxusu ərşə çəkilənlərin sayı çoxalıb. Deyəsən yaxında qanunsuz tikilən evləri görməzdən gələnlərin çoxunun tifağını qanuni yolla dağıdacaqlar.

Öz işinə məsuliyyətsiz yanaşan, qanunlara məhəl qoymayan məmurlar dövlət üçün ən böyük təhlükədir. Cənab prezidentin göstərişi ilə belələrinə qarşı indiyə kimi dəfələrlə sərt tədbirlər görülsə də görünür bu ,bəziləri üçün yetərli dərs olmayıb. Əks təqdirdə böyük bir qəsəbənin tikintisini görməzdən gəlməz, bu boyda qanunsuzluğa imza atmazdılar...

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

AzFakt.com
Ardını oxu...
Dövlətimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi həm dövlətimiz, həm də xalqımız tərəfindən daim uca tutulur. Vətən mübahirbəsindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhidlərimizin xatırələrinin əbədiləşdirilməsi üçün sərəncam və fərmanlar imzalamış, əziz vətən övladlarının adları küçələrə, məktəblərə verilərək əbədiləşdirilmişdir.

Ölkəmizdə şəhid adlarının əbədiləşdirilməsinin bir istiqaməti də doğulub-böyüdükləri ərazidə şəkil löhvələrinin ucaldılmasıdır.

Hazırda demək olar ki ölkəmizin bütün ərazilərində şəhid şəkilinin löhvələri ucalmaqdadır.

Hər gün bu şəhid löhvələrinin önündən keçən xalqımızın bütün nümayəndələri - körpəsindən-yaşlısınadək hər bir kəs bu plakatlara böyük ehtiram göstərirlər.

Lakin təəssüflər olsun ki, bəzi hallarda xoşagəlməz hallar da olur. Belə ki, kimlərsə şəxsi mənafeləri, qazancları naminə şəhidlərimizin şəkili olan plakatları sözün əsl mənasında kölgədə qoyur.

Paytaxtımızda şəhid şəkili olan plakat Xırdalan dairəsinə yaxın ərazidə fəaliyyət göstərən "Evrohome" inşaat bazarı tərəfindən görünməz hala salınıb.

Belə ki, "Evrohome" bazarının inşa etdiyi metal baner-hasar şəhid Tural Rəhimlinin şəklinin önündə inşa edilib.

Bazarın metal konstruksiyadan inşa etdirdiyi metal baner-hasar Şəhid tural Rəhimlinin şəklinin önünü kəsdiyinə görə şəhidin şəklini magistral yoldan keçən heç bir kəs görə bilmir.

Azfakt.com-un müxbiri Bakı şəhərinin inkişafı ilə bağlı reportaj hazırlayarkən belə bir faktın şahidi olub.

Sakinlər əməkdaşımıza bu məsələ barədə narahatlıqlarını bildiriblər.

Onlar qeyd edirlər ki, bu şəhidin doğulub böyüdüyü ərazidə özünə bazar tikib milyonlar qazanan Azay Möhnətov indiyədək hələ bir dəfə də olsun bu şəhidin plakatı önündə nə bir abadlıq işi görüb, nə də bir çiçək qoyub.

"Əksinə bazarın zir-zibili şəhid plakatının yanında olan qutulara yığılır. Tural bu məhlədə böyüyüb, Onun ruhu buralarda dolaşır. Gərək bu bazarın müdiriyyəti belə iş görməyəydi. Şəhidimizin şəklinin önünə gətirib profnastillə bağlayıblar. Utanmırlar etdikləri əməldən? Niyə gözləri doymur? Hər ay yüz minlərlə manat qazanırlar bu bazardan. Səs-küylərindən evimizdə otura da bilmirik. Hələ indiyədək bir dəfə də olsun bazarın müdiriyyəti tərəfindən bu şəhid plakatının qarşısına bir çiçək qoyulmayıb. Halbuki onlar bu kiçik yeri abadlaşdırmalı idilər"-deyə, sakinlər əməkdaşımıza deyib.

Maraqlıdır ki, şəhid Tural Rəhimlinin plakatının qarşısını işbazlar profnastillə bağlaması bu yoldan hər gün istifadə edən yüksək dövlət nümayəndələrinin, ictimai xadimlərin diqqətini çəkməyib.

AzFakt.com-un əməkdaşı bazar rəhbərliyi ilə əlaqə saxlamaq istəsə də, bu alınmayıb.

Qeyd edək ki, "EvroHome" İnşaat bazarı iş adamı Azay Möhnətovundur.

Azay Möhnətovun Bakıda bazarı və iaşə müəssisələri var.

Lakin bununla belə Azay Möhnətovun adı ölkənin sosial həyatında heç vaxt çəkilməyib. Ölkənin ən tanınmış iş adamlarından olan Azay Möhnətovun xeyriyyəçilik əməlləri barədə mediada indiyədək heç bir məlumat getməyib.

Məsələ ilə bağlı "EvroHome" rəhbərliyinin münasibətini örgənə bilmədik.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
TEREF yazır ki, bloqumuza müraciət edən şikayətçi Cenub Elektrik Stansiyasinda baş verən qanunsuzluqlardan şikayət edir. Şikayətçinin göndərdiyi məlumatın nöqtə vergülünə əl dəymədən təqdim edirik. Şikayətçi yazır
"Baxin adi bir sey, bura Cenub Elektrik stansiyasidir, onun erazisinde baliq golu yaradilib, qiymeti miyonlari kecib hansi ki stansiyanin erzisinde biznes, ve nere asatirin saxlanilir, Baba Rzayevin xeberi var. Orda ishleyenler stansiyanin işcilerdir, bezileri baliq mutexesisidir ama coxu cox kasib qorxaq ishden cixma qorxusu olan miletdir. "
Yani Cenub Elektrik Stansiyasinın rəhbəri Üzeyir Yusifov stansiyanın ərazisi, resursları və işçi qüvvəsindən istifadə edərək dövlət müəsisəsində özünə şəxsi balıq təsərrüfatı yaradıb. Şikayətçiinin iddiasına görə bu təsərrüfatdan "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevində xəbəri var.Təsərrüfatın qiyməti milyonlarla ölçülür. Şikayətçi dediklərinin sübutu kimi stansiyada qurulmuş göllərin şəklini göndərib.Şəkli təqdim edirik:
P.S Davamı var və şikayətçinin dediyinə görə bu və bundan başqada Stansiyanın ərazisində baş verən qanunsuzluqlarla bağlı məlumatları verəcək!
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti