Ardını oxu...
Ağsu rayonu, Mirzağa Əliyev küçəsi, ev 6-da yaşayan Birinci Qarabağ veteranı, YAP-ın üzvü Məmmədov Fəyyaz Adgözəl oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Ağsu Rayonu Təhsil Şöbəsində metodist və müdir əvəzi işləyən Heydərov Natiq Fazil oğlundan şikayətçi olan F.Məmmədobun müraciətini olduğu kimi dərc edirik:

“Mən, Məmmədov Fəyyaz Adgözəl oğlu, yazaraq bildirirəm ki, Natiq Heydərov 2000-2006-cı illərdə Ağsu rayonu Nuran və Zərqava kənd bələdiyəsinin sədri vəzifəsində işləmişdir. 2002-ci ildə təbii fəlakət nəticəsində Nuran və Zərqava kəndlərindəki evlərə dəymiş ziyanın aradan qaldırılması üçün dövlət tərəfindən təxminən 125 000 manat vəsait ayrılımışdır. N.Heydərov kənd camaatının şəxsiyyət vəsiqələrini və torpaq sənədlərini qaydaya salmaq adı ilə toplayaraq, özü və atası ziyan dəymiş şəxslərin yerinə saxta qol çəkərək, dövlət vəsaitini mənimsəmişdir. Bu vəsaitlə Bakı şəhərinin Əhmədli qəsəbəsində yaşayiş evi, Ağsu rayonunda 2 mağaza, 1 təmir sexi, 3 gözlü mağaza və 31 min manata “Mercedes” maşını almışdır. Bundan gözü doymayan Natiq Heydərov Bakı şəhərində inistitutların birində müəllim işləyib.

Bakıda qeydiyyatda olan Seyfəddin Qəndilovdan külli miqdarda pul alaraq, ona Nuran kəndinin şəfalı yerlərindən torpaq sahəsi satmışdır. Nuran kəndində demək olar ki, hektarlarla torpaq sahələrini qohumlarının adlarına rəsmiləşdirərək, mənimsəmişdir. Nuran və Zərqava kəndlərinə məxsus torpaq sahələrini Ağsu rayonunun keçmiş Torpaq, Xəritəçəkmə Komitəsinin şöbə müdiri işləmiş Alıyev Arzu Təvəkkül oğluna satmışdır. 30 hektarı isə özünə götürmüşdür.

Rayonda 3 nömrəli tam orta məktəbin yanında oğlunun adına “Ayxan hədiyyələr aləmi” mağazası açmışdır. Bakı şəhərində nəşriyyatda qanunsuz olaraq test kitapları çap etdirib, müəllimlərə 32 manata satıblar.

Heydərovun qanunsuz əməlləri haqqında rəsmi qurumlara müraciət etmişəm. Aidiyyəti orqanlar isə şikayəti Ağsu rayonuna yönləndirmişlər. İki dəfə Prokurorluqda olmuşam, izahat götürülüb. Lakin heç bir nəticə olunmayıb. Əksinə, şikayət olunduqca Heydərov daha da güclənir.

İndi isə Ağsu rayonu Təhsil Şöbəsinin müdiri olmaq arzusundadır. Hazırda müdir əvəzi işləyir. Yeni “Kia Sorenta” alıb.

Adını çəkdiyim şəxs hərbi xidmətdə belə olmayıb. Hərbi bileti yararsızdır. Mənə və kənd sakinlərinə çox maraqlıdır ki, bu qədər yeyinti edən məmur niyə hələ də vəzifədədir”.
 
Ardını oxu...
Bir müddət əvvəl adı Beynəlxalq Dəniz Agentliyinin “qara siyahı”sına düşən Dövlət Dəniz və Liman Agentliyi (DDLA) adını siyahıdan çıxarmaq əvəzinə, tender işləri ilə məşğul olmağa başlayıb.
Gəmilərin bərbad vəziyyətdə olması, habelə dünya sularında üzmək üçün standartlara cavab verməməsi səbəbindən “qara siyahı”ya salınan agentliyin yeni tenderinin məbləği isə 101 min 952 manat təşkil edir.
Qeyd edək ki, tenderin qalibi “AZ SYSTEMS” MMC-dir. Bu şirkət kompyüter avadanlıqlarının təmiri, satışından tutmuş, tibbi avadanlıqlara qədər hər şey satır. Elə tender də “Kompüter və texniki avadanlıqların satın alınması” adı altında keçirilib. Lakin alınacaq malların siyahısına diqqət etsək, məlum olacaq ki, rəqəmlər həddindən artıq şişirdilib.
Məsələn, Dövlət Dəniz və Liman Agentliyi daxili kompüter şəbəkəsinin təhlükəsizliyini təmin etmək üçün 3 illik lisenziyaya malik xidmət alıb. İki parametr üzrə lazım olan həmin lisenziyaların ümumi qiyməti 10-15 min manatdan baha deyil. Yəni, dünyanın ən yaxşı şirkətlərinin təklif etdiyi qiymətlər bu rəqəmləri üstələmir.
Və ya Agentlik 10 ədəd Qulaqlıq+ mikrofon (USB) sifariş edib ki, onun da Bakıda ən yaxşısının qiyməti 60.80 manat təşkil edir. Yəni, qurum bu istəyinə çatmaq üçün 680 manat xərcləsə, kifayətdir.
Agentliyin istədiyi mallardan biri də “Cat5e UTP 305m” kabeldir. UTP tipli bu kabellərin faktiki bazar qiyməti isə 139 manatdır ki, agentlik də bundan 7 qutu sifariş edib. Yəni, 973 manat.
Tender satınalmasında göstərilən bir başqa mal isə “RJ45 Cat5” 8 çıxışlı konektorlardır. Agentliyin şərti budur ki, “AzSystem” MMC ona bunlardan 500 ədəd alsın. Onun isə qiyməti 20 manat 40 qəpikdir ki, bu da toplamda 10200 manat edir.
Dövlət Dəniz və Liman Agentliyi satınalma müqaviləsində ehtiyacı olduğu daha iki məhsulun da adını qeyd edib. Tribunainfo.az xəbər verir ki, onlardan biri 27A, 12V, digəri isə 23A, 12V olan batareyalardır. Agentlik birinci kateqoriya üzrə 6 ədəd, ikinci məhsul üzrə isə 5 ədəd batareyanın alınmasını istəyib. Bu məhsullarla bağlı araşdırma zamanı məlum olub ki, 27 amperaj və 12 volt olan batareyanın qiyməti 2 manat 10 qəpik təşkil edir. Yəni, 6 ədəd batareya üçün cəmi 12 manat 60 qəpik lazımdır. 5 ədəd 23 amper və 12 voltluq batareyanın qiyməti isə toplam 16.50 manat edir ki, bu da bir batareyanın qiymətinin 3.29 manat olduğunu göstərir.
İndi isə tender üçün ayrılan məbləğlə xərclənən vəsaitlərin fərqinə diqqət edək. Toplamda bu məhsulların alınmasına 26882 manat lazım olduğu halda, Agentlik 101 min 952 manat vəsait ayırıb ki, bu da 75 min 070 manat fərq edir.
Bu gedişlə Dövlət Dəniz və Liman Agentliyi təkcə, beynəlxalq təşkilatların deyil, elə Azərbaycanda Tender Komissiyasının da “qara siyahı”sına düşəcək.
Tribunainfo.az
 
 


 
Ardını oxu...
Azərbaycanda hakimlərin statusu Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsi ilə bəlirlənib. Həmin maddəyə görə, hakimlər müstəqildir və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Hakimlər işlərə QƏRƏZSİZ, ƏDALƏTLƏ, tərəflərin hüquq BƏRABƏRLİYİNƏ, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə və ya dolayı yolla məhkəmə icraatına MƏHDUDİYYƏT qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi YOLVERİLMƏZDİR.
Bu ölkədə ən yüksək hüquq qüvvəsinə malik olan qanunun – Konstitusiyanın tələbidir, bəs bu tələbə hakimlər necə əməl edir? Bəri başdan deyək ki, ölkədə vicdanlı, ədalətli, humanist, qərəzsiz hakimlər yetərincədir. Di gəl, tam əks keyfiyyətə malik olanlar daha çoxdur. Konstitusiyaya tabe olmalı olan hakimlərin Konstitusiyanı qərəzlərinə tabe etmələri faktları, hətta hakimlərin özlərinin (?) MƏHKƏMƏ icraatına MƏHDUDİYYƏT qoymaları məhkəmə aktları ilə sübut olunur. İnanmırsınız?
Qısaca , eldə deyildiyi kimi, başımıza gələnlərdən başmaqçı olduğumuz bir məhkəmə özbaşınalığını, qadağasını diqqətə çatdıraq. 12.12.2022-ci il tarixli Bakı İnzibati Məhkəməsinin ( h. Orxan Həsənov) iki qərardadından apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının eyni heyəti ( Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov) iddiaçı 1-ci dərəcəli Qarabağ qazisinin dövlət hesabına vəkillə təminatı barədə ərizəsini 25.04.2023 tarixli qərardadla təmin etməyib. Bu qərardadın Konstitusiyanın 60, 61-ci maddələri ilə təminat verilən məhkəmə müdafiəsi, hüquqi yardım almaq hüququna qadağa olması bir yana, artıq preyudisial akt qüvvəsindədir və Konstitusiyadan da üstün presedent hüququ kimi tətbiq edilir. Bunu açıq mətnlə Bakı AM-in İK-sının heyət sədri Şərafət Məmmədova 08.05.2024 tarixli məktubla və bu günlərdə 31.07.2024 tarixli məktubla aparat rəhbərinin müavini Nizami Hüseynov Məhkəmə Hüquq Şurasından gələn şikayətə cavab olaraq bildirib(lər).
Konstitusiyaya hörmətsizliyə baxın, iddiaçı 1-ci dərəcəli Qarabağ əlili Bakı AM-in İK-sının ( Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov ( 23.04.2024-cü ildə Mehriban Qarayeva ilə əvəzlənib) 23.04.2024 tarixli, 2-1(103)/1960/2024 saylı qərardadından öncə və sonra 6 aydır məhkəmə tərkibinə etiraz, kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatına ərizə, iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirməsinə vəsatət verir, 6 aydır cavab verilmir. Halbuki bu müraciətlərə məhkəmə aktı ilə cavab verilməlidir. Məhkəmə Hüquq Şurasına şikayətə isə texniki aparat işçisi cavab verir ki, bir il qabaqkı 25.04.2024 tarixli vəkil ayrılmasından imtina haqqında qərardad qanuni qüvvəyə minib və hələ də qüvvədədir. (?)
Meqrub Bedelsoy
TEREF
 
Ardını oxu...
Bakının Binəqədi rayonu ilə Abşeron rayonunun birləşdiyi hissədə - Binəqədi Gənclər
şəhərciyinin qarşısındakı ərazidə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus
(SOCAR) neft və qaz boruları kanalizasiya suları içərisində çürüməkdə, məhv olmaqdadır.
Vaxtiylə Xaləddin İsgəndərovun Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə
gəlişindən sonra ərazidə gecəqondu tipli tikililərin sayı sürətlə artmağa başladı ki, nəticədə
kanalizasiya sisteminin olmadığı ərazidə çirkab suların axıdılması problemi aktuallaşdı. Nə qədər
qəribə də olsa, strateji əhəmiyyətli neft-qaz kəmərlərinin yaxınlığında qanunsuz tikililərin
artmasına SOCAR, eləcə də bu qurumun müvafiq idarəsi olan Neft Kəmərləri İdarəsi də etiraz
etmədi. Nəticədə, evlərdən axan çirkab sular dəyəri milyonlarla manat olan neft-qaz borularının
keçdiyi ərazidə cəmləşməyə, burada irili-xırdalı zəhərli göllər əmələ gətirməyə başladı. Bu gün
sözügedən ərazidəki bütün neft-qaz kəmərlərinin aktiv korroziyası prosesi gedir ki, bu da
SOCAR-ın dövlət vəsaitinə hər kəsin gözləri qarşısında qəsd etdiyini göstərir.
Kənd icra nümayəndəsi və bələdiyyə sədrinin yeyinti mənbəyi: Dövlət itirdikcə məmurlar
necə qazanır?
Ardını oxu...
Neft kəmərlərinin mühafizə zolağının yaxınlığında qanunsuz tikililərin artmasında SOCAR-ın
Neft Kəmərləri İdarəsi ilə yanaşı, Binəqədi kənd icra nümayəndəsi ilə Binəqədi bələdiyyəsinin
də “xidməti” böyükdür. Həm icra nümayəndəsi, həm də bələdiyyə sədri illər uzunu şəxsi
maraqları konteksində gecəqonduların neft kəmərlərinə doğru geişlənməsinə göz yumub,
vəziyyətin fəlakətli həddə çatmasında mühüm rol oynayıb. Ən maraqlı məqamlardan biri də
ondan ibarətdir ki, Binəqədi və Abşeron rayonlarının birləşdiyi bu ərazidə Abşeron rayonuna aid
torpaq sahələri də Binəqədi bələdiyyəsinə aid sənədlərlə satılıb ki, bu da qanunsuzluğun
miqyasından xəbər verir. Bu məsələdə kənd Binəqədinin sabiq bələdiyyə sədri Elman adlı şəxsin
adı xüsusilə hallanmaqdadır.
Ardını oxu...
Ərazi ilə tanışlıq, neft kəmərlərinin acınacaqlı durumu göstərir ki, dövlət itirdikcə məmurlar
qazanmaqda, şəxsi büdcələrini genişləndirməkdədir.
COP29 ərəfəsində ölkəmizi rüsvay edənlər cəzalanacaqmı?
SOCAR-ın neft kəmərlərinin məhv edilməsinə olan laqeyid münasibəti nəticəsində bu gün
sözügedən ərazidə əsl ekoloji fəlakət yaşanmaqda, ciddi antisanitariya şəraiti hökm sürməkdədir.
Torpaq sahəsinin kanalizasiya suları ilə çirklənməsi, ərazidəki üfunət iyinin kilometrlərlə ətrafa
yayılması, bitki örtüyünün məhvi bu qurumun ölkəmizi COP29 ərəfəsində bütün dünyada rəzil
etdiyini göstərir. Bu baxımdan bütün əlaqədar qurumların, eləcə də Baş Prokurorluğun, Dövlət
Təhlükəsizliyi Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövcud məsələ ilə bağlı
lazımi ölçü götürməsinə, şəxsi maraqlarını təmin etmək üçün ərazidə ekoloji fəlakət yaradan
şəxsləri məsuliyyətə cəlb etməsinə ehtiyac var.
Ardını oxu...
Ümid edək ki, aparılan hüquqi araşdırma nəticəsində bütün günahkarlar öz layiq olduğu cəzasını
alacaq, ərazidəki çirkab suların axıdılması problemi qəti şəkildə öz həllini tapacaq.
Arif Qasimov
REDAKSİYADAN: Qarşı tərəfində mövqeyini dərc etməyə hazrıq!
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycanda səhiyyənin rəqəmsallaşdırılması tədbirləri çərçivəsində nəzərdə tutulan Elektron Resept sistemi hələ də aktivləşdirilməyib. Bu il mayın 1-dən tətbiq ediləcəyi vəd olunan, yüz min manatlarla dəyəri olan layihənin adı olsa da, özündən xəbər yoxdur.
Qeyd edək ki, E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını və bir mərkəzdən idarəsini nəzərdə tutur.

Elektron resept sistemi Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli 318 saylı Sərəncamına əsasən, 2024-cü ilin yanvar ayından etibarən ölkə üzrə dövlət və özəl tibb müəssisələrində başlanılmalıydı.
Lakin nə poliklinikalar, nə dövlət və özəl xəstəxanalar, nə həkimlər, nə də apteklər bu sistemin necə işlədiyini bilmirlər. Xəstəxanalarda hələ də köhnə qaydada kağız reseptlər yazılır.
Bakupost.az -ın məsələ ilə bağlı apardığı araşdırma zamanı bir çox xəstəxanaların ümumiyyətlə, E-Resept sistemindən, onun necə işlədiyindən xəbərsiz olduğu ortaya çıxıb.
Əməkdaşımızın əlaqə saxladığı əksər apteklərdən hələ ki, elektron resept görmədiklərini, o reseptə harda və necə baxıb dərman satacaqlarını bilmirlər.
TƏBİB-in tərkibində olan və İcbari Tibbi Sığorta sistemi ilə hər gün yüzlərlə xəstə qəbul edən əsas xəstəxanalardan aldığımız cavablar da elektron reseptdən səs-səmir olmadığını göstərir.

Klinik Tibb Mərkəzdən bildirdilər ki, hələ Elektron Resept sisteminə keçməyiblər. Bu mərkəzin həkimləri qəbullarında olanlara kağız resept təqdim edirlər.
19 saylı poliklinikadan da köhnə qaydada resept yazdıqlarını və yaxın aylarda dəyişiklik gözlənmədiyini bildirdilər.
Özəl klinikalar arasında da sorğu keçirdik.
"Baku Medikal Plaza"da ümumiyyətlə, Elektron Respet sistemindən xəbərsiz olduqlarını dedilər.

"MedEra" klinikasında da elektron resept sistemindən istifadə olunmur.
"İstanbul NS" klinikasından da təəssüf ki, hələ də köhnə qayda ilə işlədiklərini dedilər.
"Yeni Klinika"dan da eyni cavabı aldıq. Xəstələrə elektron resept təyin olunmadığını vurğuladılar və bununla bağlı TƏBİB-ə müraciət etməyimizi məsləhət gördülər..
Məsələ ilə bağlı TƏBİB-in sorğumuza cavabı da qısa oldu: "Elektron Resept sistemi TƏBİB-ə adi deyil. Bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur".

Səhiyyə Nazirliyindən aldğımız cavabdan isə Elektron Resept sisteminin niyə işləmədiyinin pərdəarxası məqamları üzə çıxdı:
“Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli 318 saylı Sərəncamına əsasən, cari ilin yanvar ayından etibarən ölkə üzrə dövlət və özəl tibb müəssisələrində Elektron Resept Sisteminin tətbiqinə başlanılıb. Səhiyyə Nazirliyinin tabeliyində olan bütün tibb müəssisələrində artıq reseptlər pasiyentlərə yalnız elektron formada təqdim edilir. Digər səhiyyə qurumları və tibb müəssisələrinə isə Elektron Resept sistemindən istifadənin vacibliyi və Elektron Resept sisteminə keçidin təmin edilməsi ilə bağlı sirkulyar məktublar göndərilib. Azərbaycan hökumətinin prioritet hesab etdiyi ölkənin sosial-iqtisadi sferasının rəqəmsallaşdırılmasının bir istiqaməti olan Elektron Resept sisteminə tam keçidin reallaşdırılmasına tibb müəssisələrinin rəhbərliyi təşəbbüs göstərməlidir.
Hər bir vətəndaş müalicəni təyin edən həkimdən Elektron Resept yazılmasını tələb etmək hüququna malikdir. Müalicəni təyin edən həkimlər isə Elektron Resept sistemini tətbiq etməyə təşəbbüs göstərməli və resepti pasiyentə elektron qaydada təqdim etməlidir. Həkimlər Elektron Resept yazmaqdan, apteklər isə dərman vasitələrini Elektron Resept əsasında buraxmaqdan imtina etdikləri təqdirdə, vətəndaşlar Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar Xətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28 (“WhatsApp”) əlaqə saxlaya bilərlər.
Elektron Resept sistemindən istifadəni asanlaşdırmaq məqsədilə, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq tibb işçiləri üçün təlim və vebinarlar təşkil edilir. Eyni zamanda Elektron Reseptin tətbiqi ilə bağlı tibb müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Bundan başqa, Elektron Resept sistemi (reseptim.az) ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün Səhiyyə Nazirliyinin rəsmi internet resursu olan sehiyye.gov.az portalında xüsusi link yaradılıb. Linkdə pasiyentlər və həkimlər üçün Elektron Resept sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın tərzdə Elektron Reseptdən yararlanma qaydaları ilə tanış ola bilərlər. Həmçinin, linkdə yerləşdirilən QR kodlar vasitəsi ilə mobil cihazlardan istifadə edərək Elektron Resept sisteminə daxil olmaq mümkündür (reseptim.az)”.

Göründüyü kimi, nazirliyin nəzdində olan bir neçə tibb müəssisəsində, - onların sayı çox azdır, – elektron resept yazılır. Amma apteklər Elektron Reseptin necə işlədiyini bilmirsə, bəs bu reseptlə xəstələr hansı aptekdən dərman alır?
Ölkənin tibb müəssisələrinin 90 faizi TƏBİB-in tabeliyində olduğu üçün görünür, bu xəstəxanalar və onların rəhbərləri Səhiyyə Nazirliyinin məktublarını ya oxumur, da Elektron Reseptə keçməkdə hansısa maneələr var.
Hökumətin yüz min manatlarla vəsaitlər xərclədiyi Elektron Resept layihəsinə keçidə tibbi qurumlar və aiddiyatlı şəxslər niyə təşəbbüs göstərmir?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən alqoloq Zülfüqar Yusifov Elektron Resept sisteminə keçidin müsbət hadisə olduğunu bildirdi:
"Bu sistemin tətbiqi ilə ölkədə vətəndaşlara yazılan bütün reseptlər mərkəzləşmiş qaydada bir yerə toplanır. Digər tərəfdən, müxtəlif ixtisaslı həkimlərin öz ixtisaslarına, sahələrinə uyğun, öz profilində xəstələrə resept yazıb-yazmadığına nəzarət etmək mümkün olacaq. Bu da həkim-firma münasibətlərinə nəzarət etməyə imkan verəcək".
Z.Yusifov deyir ki, İcbari Tibbi Sığorta getdikcə dərman ödəmələrini də təmin etməyə başlayacaq, bu da reseptə ciddi nəzarətin olmasını tələb edir:
"Bu, sadə məsələ deyil. Bütün həkim cameəsinin bu sistemi öyrənməsi lazımdır. Bununla bağlı nazirlik tərəfindən onlayn maarifləndirici tədbirlər davamlı aparılır. Amma bu ləngiməyə səbəb böyük həkim ordusunun prosesə qoşula bilməməsidir. Getdikcə bütövlükdə səhiyyənin elektron səhiyyə formasına keçidi nəzərdə tutulduğundan resept də bu işin parçasıdır və proses qaçılmazdır.
Yaxın aylarda bu proses sürətlənəcək. Xəstələr yaşı və sosial durumundan asılı olaraq, apteklərdə müəyyən çətinliklərlə üzləşə bilərlər. Bu barədə maarifləndirici təlimatlar olmalıdır”.
Beləliklə, araşdırma zamanı məlum olur ki, Elektron Resept sistemi qarşısında əsas maneə həkimlər və dərman monopoliyasıdır. Yəni nə həkimlər, nə də dərman bazarında hegemonluq edən şirkətlər bu sistemin tətbiqində maraqlı deyillər. Çünki hələ ilin əvvəlində Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov Elektron Reseptlə dərman satışı sahəsində aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta məhsulların yayılmasının qarşısının alınmasının mümkün olacağını demişdi:
"Dərman vasitələrinin yenilənmiş reyestri ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman preparatlarını kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu, həm də dərman satışı sahəsində aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta məhsulların yayılmasının qarşısının alınması nəticəsində əlavə iqtisadi effekt yaradacaq".
Deməli, bu sistemə keçdikdə həkimlər ona aid olmayan xəstəyə firma dərmanları, qida əlavələri və ya çox sayda yanaşı dərman yaza bilməyəcək. Həkimlərin yazdıqları reseptlərə sistemdə göz gəzdirmək kifayət edəcək ki, onun hansı şirkət, firma ilə əməkdaşlıq etdiyi görünsün. Üstəlik xəstənin diaqnozuna uyğun olmayan dərmanların yazılması da çətinləşəcək.
Amma görünür, bu sistem Azərbaycan səhiyyə reallıqları ilə hələ ki, üst-üstə düşmür.
Sadəcə, Nazirlər Kabinetinin qərarı havada qalmasın və dövlət başçısına Azərbaycan səhiyyəsi rəqəmsallaşdığı barədə məruzə olunsun deyə layihələrə vəsaitlər xərclənir, təqdimatlar həyata keçirilir...
 
 
 
Ardını oxu...
Bu məbləğ hər doğuş üçün 100 manat nəzərdə tutulub. Muxtar respublika hər il on minlərlə buzovun bu yolla doğulduğunu nəzərə alsaq, söhbət milyonlarla manatdan gedir. TEREF yazır ki, yerli fermerlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, bu pullar iki ilə yaxındır ki ödənmir.
Şərur rayonundan olan fermer Cavad Qasımov deyir ki, ötən ildən bəri 7 inəyi bu yolla bala versə də, yerli Kənd Təsərrüfatı Nariyliyindən pulunu ala bilmir:
“Ötən ildən bəri təkcə Şərur rayonundan olan fermerlərə süni mayalanma ilə doğulan minlərlə buzova görə ödəniləcək pullar mənimsənib. Həmin pullar kənd təsərrüfatın inkişafına dəstək məqsədi ilə ödənilməlidir. Biz hər süni mayalanma üçün baytarlara 40 manat pul ödəyirik. Qanunla doğuşdan sonra nazirlik hər buzov başına 100 manat ödəməlidir. Biz buzovların doğulması ilə bağlı sənədləri nazirliyə təqdim etsək də, pulumuzu vermirlər. 2022-ci ilə kim bu pullar vaxtlı-vaxtında ödənirdi. Naxçıvanda hakimiyyət dəyişdikdən sonra mənimsəyirlər pullarımızı. Kimə şikayət ediriksə, xeyri yoxdur”.
Babək rayonundan olan digər fermer Nüsrət Hüseynov da sünü mayalanmadan doğulan 5 buzova görə nazirlikdən pul ala bilməməsindən gileylənir:
“Təkcə bu il 8 buzovum doğulub. Süni mayalanmaya görə baytarlara 240 manat ödəmişəm. Lakin, nazirlik bizə çatacaq pulları vermir. Dəfələrlə nazirlikdə olmuşuq, bizi başlarından edirlər. Bizə çatacaq milyonlar mənimsənilir”.
Naxçıvanda Süni Mayalanma Mərkəzi 2020-ci ildən fəaliyyət göstərir.
 

Ardını oxu...
Mingəçevir sakini Bədəlov Mahir Telman oğlu “Hürryyət”in redaksiyasına şikayətlə müraciət edib. Vətəndaş bildirir ki, bacısı Bədəlova Xatirə Telman qızı evdə kafelin üstündə müvazinətini itirərək yıxılıb. Bu zaman qadının dizi yaralanıb.

Ailə bir il bundan əvvəl icbari tibbi sığortadan yararlanaraq, xəstəni Bakı şəhərində yerləşən “HTC Cliniva Hospital”ında travmotoloq-ortoped Emil Kazım adlı həkimə əməliyyat etdirir. Şikayətçi iddia edir ki, həkim onlardan 1500 manat alıb. Tibbi aparatlarla baxış, həkimlər tərəfindən yoxlanış, analiz və s. proseslər zamanı da min manata yaxın pul xərclənilib.

Daha sonra evdə Bədəlova Xatirə bud nahiyyəsindən zədə alır və yenə həmin həkim tərəfindən əməliyyat olunmaq məcburiyyətində qalır. Bundan sonra isə xəstədə infarkt baş verir və onda insult yaranır. Bundan başqa Bədəlova Xatirə Telman qızı şəkər xəstəsidir.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Bədəlova Xatirə Telman qızının səhhətinin qiymətləndirilməsi üçün ona məxsus sənədləri komissiyaya göndərir. Xəstəyə III qrup əlillik verilərək aylıq 150 manat məbləğində təqaüdlə təmin olunub. Bədəlov Mahir Telman oğlu vurğulayır ki, Bədəlova Xatirə Telman qızı ağır xəstə olduğuna və əlillik dərəcəsinin düzgün verilmədiyinə görə, iyunun 11-də bacısını Respublika Reabilitasiya Mərkəzinə aparıb. Ancaq qurum məsələni çözməkdən imtina edib.

Şikayətçi iddia edir ki, Respublika Reabilitasiya Mərkəzi Bədəlova Xatirə Telman qızını dəlixanaya göndərəcəklərini deyib. Şikayətçi isə məsələnini həllinin tapmadığına görə, narazıdır.

Məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirir ki, Bədəlova Xatirə Telman qızının əlilllik dərəcəsi III qrup olaraq düzgün müəyyən olunub:

“Mingəçevir sakini Bədəlova Xatirə Telman qızının əlilliyi həm elektron sistem üzərindən, həm də 11.06.2024-cü il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən əyani baxış zamanı qiymətləndirilib.

Hər iki qiymətləndirilməyə uyğun olaraq, vətəndaşa Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, orqanizm funksiyalarının 60% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılıb”.
Ardını oxu...
İş adamı Dövlət Gömrük Komitəsinin onları get-gelə salmasından şikayətçidirlər.

Yenicag.az xəbər verir ki, Dövlət Gömrük Komitəsində problemlərlə üzləşən iş “LİON CENTRE” MMC-nin direktoru, Çindən satış üçün Azərbaycana mallar idxal edən iş adamı Ramil Aslanov bu qurumda üzləşdikləri məsuliyyətsiz yanaşmadan narazılıq edirlər.

İş adamı qeyd edir ki, Dövlət Gömrük Komitəsində Bakı Baş Gömrük İdarəsinin işindən xəbərləri yoxdur. Bildiriblər ki, əgər komitə paytaxtda yerləşən idarədə baş verənlərdən xəbərsizdirsə, o zaman Astara, Biləsuvar gömrük postlarında nələrin baş verdiyini heç bilməzlər.

Komitənin işindən şikayət edən R.Aslanov akt imzaladığını bildirib. Qeyd edib ki, məktubda da aktın olduğu görünür. Lakin Dövlət Gömrük Komitəsində Samir Əhədov iş adamına bildirib ki, sahibkara verilən elektron qaimə-fakturaların tərtibi üçün nəzərdə tutulan mal (iş və xidmətin) kodu dəyişdirilib.

Sahibkar həmin kodun hansı əsasla dəyişdirildiyi barədə məlumatsız olduğunu bildirib, yalnız akta imza atdığını deyib.

Yenicag.az bu problemin həlli ilə bağlı Dövlət Gömrük Komitəsinin də cavabını dərc etməyə hazır olduğunu bildirir.
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi Publik Hüquqi Şəxs daha bir milyonluq tenderə imza atıb. JAMAZ.İNFO xəbər verir ki, e-tender.az saytında yerləşdirilmiş məlumata görə, Agentlik bu ayın 21-də anbar xidmətlərinin satın alınması kateqoriyası üzrə “ABŞERON EXPRESS” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Həmin müqaviləyə əsasən Agentlik ümumi sahəsi 13500 kvadrat metr olan anbarı bir illik müddətinə icarəyə götürəcək. Bunun üçün isə 1.425.600 manat pul ödənişi edəcək.

Araşdırmamız zamanı məlum olub ki, bu, Dövlət Məşğulluq Agentliyi ilə “Abşeron Express” arasında ilk anlaşma deyil. Bundan öncə də agentlik MMC ilə tender oyununun içində olub. Belə ki, 2021-ci ildə Dövlət Məşğulluq Agentliyi “Özünüməşğulluq proqramı çərçivəsində satın alınan inventar, maşın və avadanlıqların saxlanması üçün anbar xidmətlərinin satın alınması” kateqoriyası üzrə “ABŞERON EXPRESS” MMC-ni qalib edib. Bunun üçün isə həmin vaxt 849 min manat ödəniş edib.

Amma proses bununla yekunlaşmayıb. Agentlik 2022-ci ildə də eyni şirkətlə anbar xidməti üçün satınalma müqaviləsi bağlayıb. Bu dəfə isə agentlik MMC-yə 954 min manat ödəyib.

Qeyd edək ki, “Abşeron Express” MMC Qaradağ rayonu, Xocahəsən yolu 57 ünvanında yerləşir. Böyük imkanlara sahibdir, əsasən logistika üzrə ixtisaslaşıb. Lakin buna baxmayaraq, geniş anbar xidmətləri də mövzuddur.

Bildirək ki, “Abşeron Express”in İdarə Heyətinin sədri Ziya Ağayevdir.
 
Ardını oxu...
19 il Gəncə şəhər 39 saylı məktəbdə müəllim işləyən Səfər Hüseynov işdən qanunsuz olaraq çıxarıldığını iddia edir.

O, bu barədə "Bakupost" TV -yə müsahibəsində bildirib.
Məktəbdə "Çağırışaqədərki hazırlıq" fənnini tədris edən müəllim deyir ki, bəzi şagirdlər günlərlə dərsdə iştirak etmədiyi üçün onlara qayıb yazıb. Məktəb direktoru isə bu addımına görə onunla mübahisə edib və S.Hüseynovu işdən çıxarıb.
“O, jurnalda uşaqlara qayıb yazılmasından narazı idi. Bir sinifdə 17 şagird 5 ay dərsə gəlməyib. Elə sinif var ki, heç 20 şagird dərsə gəlmirdi. Direktor deyirdi ki, “şagirdlər dərs vaxtı repetitor yanına getməklə yüksək bal toplayırlar və məktəbin reytinqini qaldırırlar. Əgər onlar hazırlığa getməsələr, savadları olmayacaq. Ona görə də biz bu uşaqlara imkan yaratmalıyıq ki, yüksək bal toplamaq naminə hazırlığa gedib-gələ bilsinlər". Mən isə dərsdə olmayanlara qayıb yazırdım. Buna görə də direktor saxta sənədləşməylə məni Əmək Məcəlləsinin "ç" bəndiylə işdən çıxardı”.
S.Hüseynov bundan sonra işinə bərpa olunmaq üçün məhkəməyə üz tutub. Ancaq o, hələ də işə bərpa oluna bilməyib.
Daha ətraflı təqdim etdiyimiz süjetdə:

 

Dünyapress TV

Xəbər lenti