Ardını oxu...
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, manzil 2-də yaşayan Hüseynova Üzrə İsrafil qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Ədliyyə naziri Fərid Əhmədova müraciət edir:

“Cənab nazir!

Mən, Hüseynova Üzrə İsrafil qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimin həllinə kömək göstərəsiniz.

Bildirim ki, bu barədə dəfələrlə rəsmi qurumlara müraciət etmişik, amma təmin olunmayıb.

Belə ki, cavabdehlər Rəfiyeva İlhamə İsrafil qızı, Rafiyev Nurxan Qurban oğlu, Rafiyev Qurban Hidayət oğlu, Məmmədova Qəmər İsrafil qızı və Məmmədova Nigar Telman qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şpsesi (indiki Elşan Mehdiyev) küçəsi, döngə 1, ev 18 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və mənim həmin fərdi yaşayış evinə köçürülməyim barədə qətnama çıxarılmasını xahiş etmişdim. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 31.03.2023-cü il tarixli qətnaməsi ilə tələbim qismən təmin edilmişdir.

Məhkəmə iddia tələbini qismən təmin etməklə, yəni heç bir maddi və mənəvi haqqı olmayan, mənə aid olan evin alınması, əlavə olaraq artırılması, yaşayış sahəsinin yaxşılaşdırılması və tamiri üçün 1 manat da pul xərcləməyən, evimə qonaq kimi gəlib, sonra İlhamə bacımın külfətini evimə yığıb “sən sonsuzsan, ev nəyinə lazımdır, get qardaşıngildə yaşa”, - deyərək məni döyərək evimdən qovan Məmmədova Qəmər İsrafil qızına mənzildə yaşamaq hüququ verərək, onu mübahisəli evdən çıxarmamaqla düzgün nəticəyə gəlməmişdir. Qətnamənin həmin hissəsindən narazı qalıb, Apellyasiya şikayəti verərək Məmmədova Qəmərin də həmin mübahisəli evdən çıxarılması barədə yeni qətnama qəbul edilməsini xahiş etmişdim. 22 avqust 2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsində işə baxıldı və mənim iddiam təmin olundu.

Sabunçu Rayon Məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edildi və Məmmədova Qəmər İsrafil qızının da mübahisəli evdən çıxarılması haqqında qətnamə qəbul olundu.

26 dekabr 2023-cü il tarixdə Azarbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında yenidən işə baxıldı. Məmmədova Qəmər İsrafil qızı və digərlərinin evdən çıxarılması haqqında qərar qüvvəsində qaldı.

Canab nazir!

21.02.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə "icraata başlamaq haqqında” Sabunçu Rayon İcra şöbəsi tərəfindən məlumat verilməsinə baxmayaraq, heç bir iş görülməmişdir. Məmmədova Qəmər İsrafil qızı hələ də mənim evimdə yaşayır.

Mən qardaşımın, onun-bunun evinda qalmışam. Evimə gedə, paltarlarımı götürə bilmirəm, küçələrdə, yollarda qalmışam. Hər həftə Sabunçu Rayon İcra şöbasinə gedirəm, söz verirlər, aldadırlar.

Təxminən 6 dəfə evə bildiriş göndəriblər, hər dəfə də bir başqa sözlə məni aldadıb, sakitləşdirib, ümid verib yola salıblar. Mən yaşlı, tək yaşayan qadınam, dərdimi kimə deyim?

Evimə köçmək, orada rahat yaşamaq istəyirəm. Rusiya vətəndaşı olan Qəmər mənim evimə sahib çıxıb, orda oturur. Ali və Apellyasiya məhkəmələrinin qərarını Sabunçu İçra Şöbəsi icra etmir, onu niyəsə evdən çıxartmır.

Qanunları, məhkəmə qərarlarını saymır, vəzifələrini vaxtında və düzgün yerinə yetirmirlər.

Cənab nazir!

Xahiş edirəm ki, 6 aydan artıq müddətdə başlamış icraatın başa çatması, yəni Məmmədova Qəmər İsrafil qızının evimdən çıxarılması barədə tədbir görəsiniz”.

P.S. Məlumat üçün bilərk ki, icra məmurların işlərini qanuni çərçivədə görmədikləri haqda çoxsaylı müraciətlər alırıq. Hər birini də sayt və qəzet vasitəsilə işıqlandırırıq. Lakin icra məmurlarına verilən yüksək səlahiyyət onların əlindən alınmır. Hətta bəzi şikayətçilər deyir ki, “icraçının prezident qədər səlahiyyəti var”.

İllərdir aliment borcu olan şəxslər var ki, şikayət olunsa belə, həbs olunmur. Bununla bağlı əllimizdə çoxsaylı şikayətlər var. Bəzi şikayətçilər “yeni nazir yaxşı olar”, - deyə ümid edirdi. Lakin görünür, onların da bu ümidləri boşa çıxır, çünki bu sahədə hələ də “köhnə hamam, köhnə tas”dır.

Onu da qeyd edək ki, şikayətçilərlə birgə biz özümüz də dəfələrlə Ədliyyə Nazirliyinə icra məmurların özbaşınalığı haqqında məlumat vermişik. Təəssüflə qeyd edirik ki, onların barəsində heç bir tədbir görülməyib.
 
 
 
Ardını oxu...
Bakı şəhəri, Nərimanov rayonu, Habil Mirzəyev küçəsi, ev 10-da yaşayan Vətən Müharibəsi iştirakçısı Babazadə Mehdi Teymur oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə aidiyyəti qurumlara müraciət edən M.Babazadənin məktubunu olduğu kimi dərc edirik:

“Səhhətimdə problemlər olduğu üçün 08.07.2024-cü il tarixində göndərişlə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsində yerləşən Respublika Müharibə Veteranları Xəstəxanasının Nevrologiya şöbəsində müalicə almağa göndərildim. Yenicə müalicəyə başlamışdım ki, baş həkim Cəlilov Nicat Vidadi oğlunun mürtəce qanunlarına görə 11.07.2024-cü il tarixində xəstəxananı tərk etdim. Yəni müalicə olunmadan geri döndüm. Buna səbəb Nicat Cəlilovun özünü baş həkim deyil, kral kimi aparması oldu.

Belə ki, 10.07.2024-cü il tarixində hər gün axşam Qazilərə kartof püresi və balıq verilməsini baş həkim Nicat Cəlilova bildirdim. Bunu Qazilərə hörmətsizlik və diqqətsizlik kimi dəyərləndirdim. “Hər gün insan eyni qida ilə qidalana bilməz”, - dedim. Dövlətimizin imkanı var ki, ayrı qida normasını tətbiq etsin. Baş həkim Nicat Cəlilov hər axşam kartof pürüsi ilə balıq verilməsinin tibbi əsaslarla düz olduğunu və bunun üçün 1994-cü ildə baş nazir olmuş Surət Hüseynovun 9 mart 1994-cü il tarixli, 103 nömrəli qərarını rəhbər tutduğunu bildirdi.

Xahiş etdim ki, bir gündən bir vətəndaşların qida normaları tətbiq edilməsi qaydasını günorta qidası ilə dəyişsin. Çünki bir ildən çoxdur ki, Nicat Cəlilovun özbaşına qərarına görə həmin xəstəxanada axşam vətəndaşların qida norması kartof püresi və skumbriya balığı olur.

Məndən sonra daha 6 nəfər baş həkim Nicat Cəlilovun qəbuluna getdi. Onlar da xahiş etdi, nəticəsi olmadı. Bunu araşdırmaq üçün Nicat Cəlilovun qəbul otağında olan müşahidə kameralarına baxmaq kifayətdir ki, mən və daha 6 nəfər vətəndaş veteranların qida normalarının düz tətbiq edilməsi üçün müarcət etmişik.

Xəstəxanaya müalicyə gələn veteranlar müxtəlif ictimai birliklərdə təmsil olunurlar. Veteranar ictimai birliyindən baş həkim, həkimlər üçün, yeməkxana heyəti (kiçik tibb bacıları) və tibb bacıları üçün müxtəlif fəxri fərmanlar və təşəkkürnamələr təqdim edirlər.

Baş həkim Cəlilov Nicat Vidadi oğlunun qəbul otağında olan fəxri fərmanlar, təşəkkürnamələr və ona görə TƏBİB-ə göndərilən fərmanları verən həmin veteranlar, Qazilər yemək yeyəndən sonra bayıra çıxırlar. 34 dərəcə istidə özlərini elə hiss edirlər ki, baş həkimin kondisioner olan qəbul otağındadırlar. Yeməkxanada yuxuarı dərəcədə isti olur, kondisioner yoxdu. Bu barədə Nicat Cəlilov xəstəxananın rəhbəri kimi yuxarı təşkilatlara müraciət belə etmir ki, Qazilər bu istidə qidalana bilmir, yeməkxanaya kondisioner lazımdır. Yəni baş həkim öz vəzifəsini icra edə bilmir.

Dövlətimiz 3 ədəd kondisioner problemini həll edə bilər ki, bunu Nicat Cəlilov baş həkim kimi rəhbərliyə bildirməli və yeməkxana kondosionerlə təmin olunmalıdır. Çünki baş həkim ancaq fəxri fərman yığır, kolleksiya toplayır. Yuxarı təşkilatlara – TƏBİB-ə, hər ünvana nümunəvi baş həkim olması barədə mesaj verir, karyerası haqda düşünür. O, veteranlarla bir gün belə, həmin yeməkxanada yemək yeməyib, özünə yaraşdırmayıb. Özü və əzizləri hər gün kartof pürüsi və skumbriya balığı ilə qıdalanmayıb.

Vətən Müharibəsi iştirakçılarının yemək yediyi yeməkxanaya baxmaq kifayətdir ki, Nicat Cəlilovun veteranlara olan “hörməti” görünsün. Xahiş edirəm, bununla bağlı aidiyyəti qurumlar araşdırma aparsın. TƏBİB-in idarə heyəti əgər belə bir insanı həssas qrupa aid veteranların xəstəxanasına baş həkim təyin edibsə, TƏBİB rəhbəri Vüqar Qurbanovdan da kömək gözləmək olmaz. Qışda - soyuqda həmin yeməkxanada Qazilər gödəkcədə, palto ilə əyləşir, sonra qidalanırlar. Yeməkxananın dəhlizində şüşələr sınıb, yerini taxta və kartonla bağlayan baş həkim Qaziləri başa düşə bilməz. Çünki onu karyera maraqlandırır. Yayda 34 dərəcə istidə baş həkim həmin yeməkxanada yemək yeməz, amma bunu Qazilərə məcbur edir.

Nicat Cəlilov xəstəxanada müalacə qəbul edən veteranların, Qazilərin yolunu bağlayıb. Əsas qapıya mərkəzi yoldan səki ilə gəlmək mümkün idi. Hal-hazırda istifadə olunan qapıya gəlmək həm çox uzun, həm də təhlükəli yoldur. Çünki səki yoxdur. Qazilərə yolun daha qısa, təhlükəsiz olması vacibdir ki, Nicat Cəlilov bunu düşünmür, ona çatmır. Xahiş edirəm ki, əsas qapının hansı səbəbdən bağlanmasını da TƏBİB-dən soruşasınız.

Xahiş edirəm, Surət Hüseynovun 9 mart 1994-cü il tarixli, 103 nömrəli qərarının Nicat Cəlilov tərəfindən niyə rəhbər tutulduğunu aydınlaşdırasınız. Surət Hüseynovun bütün təltifləri dövlət tərəfindən ləğv olunub, özü qanunsuz əməlləri, göstərişləri ilə bağlı həbs olunub. Xalqın nifrətini, qəzəbini qazanıb. Baş həkim Nicat Cəlilovun isə Surətə hörməti, rəğbəti hələ də davam edir.

Xahiş edirəm ki, ölkə rəhbərliyini Mərdəkanda, Baba Əliyev küçəsində yerləşən Respublika Veteranlar Xəstəxanasının yeməkxanasında baş verənlər və acınacaqlı vəziyyət barədə xəbərdar edəsiniz. TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov burada baş verənlərə diqqət etmir və ya maraqları çərçivəsində deyil. Axşam saat 18:00-da xəstəxanada video çəkiliş etmək lazımdır ki, veteranlardan saysız-hesabsız fəxri fərman və təşəkkürnamələr alan baş həkimin Qazilərə münasibətini görəsiniz.

Xəstəxanada olan təmirsiz palatalar isə tamamilə ayrı mövzudur...”.
Ardını oxu...
Ağsu rayonu, Pirhəsənli kənd sakini, 62 yaşlı Xasayev Samir Alxan oğlu 10 ildən çoxdur ağır şəkər, yüksək – hiper qan təzyiqi xəstəliyindən yatağa düşüb. Son illərdə xəstəliyini “Parkinson”, astma, görmə, nitq qabiliyyətinin itirilməsi daha da gücləndirib. Bir aydır xəstənin şəkəri 600-ə, qan təzyiqi 300-ə qalxdığından daim nəzarətində olduğu Ağsu Mərkəzi Xəstəxanası Bakını məsləhət bilir, amma yola çıxmağın riskini boynuna götürmür.
Bəs Şamaxı HMK- Həkim Məsləhət Komissiyası Nazirlər Kabinetinin qərarı ilə üzərinə qoyulan görəvi necə yerinə yetirir? Tam məsuliyyətilə demək olar ki, HMK görəvini qərəzlə, həkim adını və andını pozmaqla icra etmir, ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yataqda ölümlə çarpışan xəstənin əlilliyinin müəyyən olunmasına forma-88 arayışı verməkdən imtina edir.
Xəstənin oğlu Sahil Xasayev gənc yaşında böyük ailəsinin problemi ilə təkbaşına qalıb. Bilmir körpə balalarını necə saxlasın, xəstə atasının ağırlığını çiynində necə daşısın? Son 2 ildə Sahil Samir oğlunun atasına əlillik dərəcəsi verilməsinə yardımçı olmaq amacı ilə üz tutmadığı ünvan qalmayıb. Di gəl, Şamaxı HMK 2 il qabaq qan təzyiqi 180-200, şəkəri 600-ə qalxan, nitqi, gözləri, ayaqları tutulan, əlləri əsən yataq xəstəsinə arayış verməkdən imtina edib ki, əlillik əlamətləri yoxdur. İndi isə xəstənin oğlu HMK üzvlərini heç atasının yatağı yanına gətizdirə də bilmir ki, yerində yoxlayıb TSEK-ə arayış göndərsinlər. O ki qaldı Şamaxı HMK-nın əlillik əlamətlərini görməməsinə, bu əlamətləri – ağır şəkərdən hər iki ayağında anginopatiya, retinopatiya, nevropatiya olduğunu akademik Topçubaşov adına xəstəxana müəyyən edib . Özü də iki il qabaqdan . İndi isə şəkərdən gözləri də görmür. Xəstənin şəkərdən gözlərinin görməməsini həkim komissiyası necə görməyə bilər? Bəyəm HMK-nın NK-nın “ Əlillik meyarları haqqında Əsasnaməsi”ndən xəbəri yoxdur? Şəkər bir yana, nitqin, ayaqların, gözün tutulması o biri yana, təkcə qan təzyiqindən xəstə orqanizmin funksiyasının 80 faizindən çoxunu itirib. Bu isə , NK meyarlarına görə, şəxsə 1-ci dərəcəli əlillik təyin edilməsinə əsas verir. Şamaxı HMK inadından, yəni qanunsuz haqqından əl çəkib, ƏƏSMN-ə- TSEK-ə 88 saylı arayış göndərsə, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bununla bağlı əlillik təyinatı aparmaqda çətinlik çəkməz.
Qalır Şamaxı HMK-nı görəvinin icrasına məcbur etmək. Bu məcburiyyət görəvini isə NK-nın özü icra edər. Heç bir həkim komissiyası özbaşına deyil. Özbaşınalıq xəstələri reabilitasiyadan, sağlamlıqdan, həyatdan məhrum edir. Bunun bədəli isə ağırdır. Dəmir barmaqlıqlardan baxmağa nədən olur.
Məğrur Bədəlsoy
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Göyçay rayonu Bəydövül kənd sakini Hümbətov Asif Atəş oğlu tərəfindən

MÜRACİƏT

Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Orxan Mahmudovun yarıtmaz fəaliyyəti nəticəsində rayonun kəndlərində suvarma arxları lildən, koldan və qamışdan təmizlənmədiyi üçün insanlar əziyyət çəkirlər.
Ancaq Orxan Mahmudov çıxışında bildirri ki, 2024-cü ildə ümumilikdə 280 km məsafədə suvarma kanalları lildən təmizlənmişdir. Kürşaban, Alpout, Qızılağac, Hüngütlü, Mallı-Şıxlı, Hacağabəyli, Ərəbşahverdi, Bəydövül kəndlərində və digər suvarma arxlarında lildən təmizləmə işləri aparılıb.
Bu tam yalandır çünki gözdən pərdə asmaq üçün həmin kəndlərin hər birində suvarma kanallarında 300-500 metr məsafədə təmizləmə işləri aparıb sənəddə isə 280 km qeyd edib dövlət vəsaitini silib talan ediblər. Yerində araşdırma aparılarsa bu tam subut olunacaq ki, Orxan Mahmudov korrupsiya əməlləri ilə məşğul olub dövlətin ayırdığı vəsaiti talan edir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov 16 avqust 2024-cü il tarixdə Göyçay rayonunda vətndaşları qəbul edəcək. Buna görə Göyçay Suvarma Sistemləri İdarəsinin müdiri Orxan Mahmudov əl-ayağa düşüb özünü qəbulda təriflətdirmək üçün insanlar toplayır.Hansı ki, Orxan Mahmudovun bütün çirkli korrupsiya fəaliyyəti göz önündədir.

Zərurət var ki, Göyçay Suvarma Sistemləri İdarəsində təcili maliyyə yoxlaması aparılıb Orxan Mahmudovun və onun müavini Lətif Əliyevin barəsində ciddi tədbirlər görülsün.
Buna görə mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovdan xahiş edirik Orxan Mahmudovun 280 km məsafədə lildən təmizləmə işləri yerində obyektiv araşdırıb barəsidnə qanunu tədbirlər görülməsinə tapşırıq verəsiniz .
Qarşı tərəflə əlaqə qurmaq istəsəkdə buna nail ola bilmədik!
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
Ardını oxu...

 
 
 
Ardını oxu...
Hər gün süfrəmizə qoyduğumuz duzun tərkibindən xəbəriniz varmı?

Azərbaycanda istehsal olunan bəzi duzların mənbəyi – Masazır gölü – həm də kanalizasiya sularının təyinat nöqtəsidir.

“Duz istehsalı zavodunun yaradılması Azərbaycanda aparılan iqtisadi islahatların məntiqi nəticəsidir”. Bu sözləri prezident İlham Əliyev 2010-cu ildə “Azərsun Holdinq”ə məxsus olan duz zavodunun açılışında demişdi.

Prezidentin söz açdığı yüksək standartlar istehsal olunan duzun keyfiyyətinə həqiqətən aiddirmi? Zavodun istehsal sahəsi Masazır gölündə yerləşir. Ekoloqlar bir neçə dəfə gölün qurumasıyla bağlı öz narahatlıqlarını ifadə edib. Lakin ətraf ərazilərdə yerləşən binaların kanalizasiya suları gölün qurumasına imkan vermir.

Sonra isə bu gölün suyu emal olunaraq, duz şəklində süfrələrimizə gəlir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində İctimai Şuranın sədri Eyyub Hüseynov deyir, bu problem heç də yeni deyil.

Gölün yaxınlığında yaşayan sakinlərlə əməkdaşımız həmsöhbət olub. Binaların çirkab sularının hara axıdılmasını nə cavanı bilir, nə də qocası. Bilənlər isə təəccüblənir.

Masazır gölünə kanalizasiya sularının axıdılması ilə bağlı “Azərsu” ASC-dən Toplum TV-nin sorğusuna cavab olaraq bildirildi ki, gölə tullantılar yalnız qış aylarında axır.

Masazır gölünün ətrafında infrastruktur qurulub. Amma gölün bir hissəsində infrastruktur boş olan ərazini əhatə etmir. Qış aylarında qrunt suları artanda gölə axır. Bu da sırf yağıntılarla bağlı olan məsələdir.

Kanalizasiya axıntısının dolub daşaraq, gölə yönəldiyi gözlə görünür.

Eyyub Hüseynov deyir, keyfiyyətsiz qida istehsalı istehlakçıları çətin vəziyyətdə qoyur. Nə keyfiyyətli qida istifadə edə bilirlər, nə də sağlamlıqlarını qoruya.
Masazır gölündən duz istehsal edən Azərbaycan Duz İstehsalat Birliyi “Azərsun Holdinq”in tərkibindədir. Holdinq kanalizasiya sularının duz istehsalına təsiri ilə bağlı sualları cavabsız qoyması nəticəsində hər gün süfrəmizə gələn duzun tərkibində kanalizasiya sularının qatqısı her gün çoxalır.

 
Ardını oxu...
“3 nömrəli poliklinikadan 3 həftədir şəkər dərmanlarımı ala bilmirəm. Səbəb olaraq isə bunu deyirlər ki, 6 aydan bir gəlib həkim yoxlanışından keçməlisiniz. TƏBİB hər adama 10 min sığorta pulu verib. İndi bunları silmək lazımdır axı! Bütün şəkər xəstələrini 6 aydan bir məcburi şəkildə həkimdən keçirirlər ki, sığortanın pulları silinsin. Yoxlanışdan keçməyənlərə şəkər dərmanlarını vermirlər”

Bunu Moderator.az-a açıqlamasında şikayətçi Raifə Səfərova deyib. O daha sonra poliklinikada növbə sisteminin olmamasından gileylənib.

“3 həftədən sonra vaxt edib poliklinikaya getdim. 2 həkimdən keçdim. 3-cü həkim kardioloq Balakişi Quliyev orada canlı növbə yaradıb. Halbuki resepşında bizə növbə verilir. Mən 4-cü adam ola-ola, adını çəkdiyim həkim 12-ci, 8-ci adamı qəbul edir. Məni saxladır, gözlədir. Sonda əsəblərim dözmədi. Baş həkimin yanına qalxdım. Baş həkim yerində deyildi, onu müavini Füzuli Xəlilov əvəz edirdi. Vəziyyəti ona izah etmişəm. Mən şəkər xəstəsiyəmsə, dövlət bu dərmanları bizim üçün ayırıbsa, biz niyə gəlib onları vaxtlı-vaxtında götürə bilmirik?! Hələ də şəkər dərmanımı almamışam. Bir söz deyən kimi də deyirlər ki, TƏBİB bizə belə göstəriş verib. TƏBİB göstəriş verib ki, şəkər xəstələrini incidəsiniz?! Əgər mənim şikayətim varsa onsuz da həkimə gedəcəm. Yoxdursa mən niyə boş-boşuna həkimə getməliyəm ki? 6 aydan bir bu nə oyundur çıxarırsız? Niyə mənim sığortam boş-boşuna xərclənməlidir?!” deyə şikayətçi iddia edib.
Problemlə bağlı adıçəkilən poliklinika ilə əlaqə saxladıq. Poliklinikadan “Rəhbərlik hazırda iş yerində deyil, çölə çıxıb. Siz nömrə verin əlaqə saxlayacağıq. Yaxud da yarım saat sonra özünüz zəng edərək rəhbərliklə danışın. Mən sizə kömək edə bilməyəcəm. Şikayətlərin olması əlbəttə ki, normaldır” deyildi.
Yarım saat sonra, hətta bir gün sonra zəng edib problemə aydınlıq gətirmək istəsək də cəhdlərimiz boşa çıxdı. Poliklinikanın və adıçəkilən həkimin mövqeyini dərc etməyə hazırıq.
 

Ardını oxu...
2013-cü ildən bəri Pirallahı rayonunun icra başçısı vəzifəsini tutan Vasif İmanov və onun sevimli oğlu adanı “işğal” edib. JAMAZ.İNFO xəbər verir ki, bunu rayon sakinləri deyirlər. Və bildirirlər ki, İmanovlar rayonda kənar şəxslərin kiçik biznes qurmasına belə imkan vermilər.

Həmin məlumatda deyilir ki, icra başçısının oğlu Zöhrab İmanov rayonda sahibkarlardan qanunsuz pul yığımında adı hallanır. İddia olunur ki, o, istədiyi vaxt sahibkarlardan istədiyi qədər pul alır. “Narazılıq edən sahibkarların isə obyektlərini sökdürür».

Zöhrab İmanovun adı «Əjdakan LTD» MMC məsələsində də hallanır. Yerli mediada yayılan xəbərlərdən belə məlıum olur ki, icra başçısının oğlu şirkətin yerləşdiyi 33 hektar ərazini yerlə yeksan etdirib. Bu azmış kimi, şirkətin inzibati binaları və həyətindəki bahalı ağacları yoxa çıxarıb. Binanın daşları və digər materialları ilə isə rayon ərazisində özü üçün bir neçə avtoyuma məntəqəsi və digər ticarət obyektləri inşa etdirib.

JAMAZ.İNFO xəbər verir ki, Pirallahı icra başçısı Vasif İmanovun sərvəti də az deyil. Bununla bağlı aparılan araşdırma zamanı məlum olub ki, sözügedən şəxs kiçik bir adadan milyonlara sahib olub. Şabranın Gilavar kəndindəki 5 milyon manat dəyəri olan villanın mövcudluğu bunu təsdiq edən faktlardan biridir.

Bizneslə də məşğul olan Vasif İmanov öz adına uyğun VAST MMC şirkəti yaradıb. Həmin şirkət isə Pirallahı rayonunda görülən yenidənqurma və təmir işlərinin hamısında iştirak edir. Onun digər şirkəti isə Tariyel adılı qudası ilə birlikdə yaratdığı “Azərsüvinir” MMC–dir.

Onu da bildirək ki, icra başçısı Pirallahıda “Pirallahi Fihs House” və “Balıq Bazarı” adlı restoranların da sahibidir.

Bundan başqa, icra başçısının böyük oğlunun Çexiyada, Polşada və digər ölkələrdə əmlakları olmasına daier məlumatlar var.

Vasif İmanov bu posta qudasının sayəsində sahiblənib. Belə ki, Vasif İmanovun oğlu Turan Həsənzadə Qorxmaz Hüseynovun qızının həyat yoldaşıdır. Qudası, “Azərsu”nun sabiq rəhbəri Qorxmaz Hüseynov sayəsində Pirallahıya icra başçısı təyin olunan İmanov, indi günlərini saymağa başlayıb.

Həm Qorxmaz Hüseynov yoxdur, durumunun da yaxşı olmadığım bildirilir. Həm də İmanovun bəzi əməlləri haqqında mənfi rəyin yaranmasına səbəb olub.
Ardını oxu...
"Sabiq millət vəkili Adil Əliyevin Bakının Suraxanı rayonunun icra başçısı təyin olunması Əziz Əzizov və onun “əzəli şəriki” Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə sabiq vitse-prezidenti Bədəl Bədəlovun yuxusunu ərşə çəkib. Belə ki, Adil Əliyev icra başçısı təyin ediləndən qısa müddət sonra, rayon ərazisində həyata keçirilən alqı-satqıların, tikinti işlərinin təftişinə qərar verib ki, bu da dəhşətli qanunsuzluqları üzə çıxarıb". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Hələ də davam edən təftiş nəticəsində məlum olub ki, rayon ərazisində Əziz Əzizov və Bədəl Bədəlova məxsus dəyəri milyon manatlarla ölçülən çoxlu sayda obyekt mövcuddur. Hansı ki, bu obyektlərin hamısına qanunsuz yollarla – vəzifə səlahiyyətindən sui-istifadə etmək, dövlət büdcəsini talamaq, vətəndaşlardan külli miqdarda rüşvət almaqla sahiblənilib. Rayon əraizindəki əksər iri ticarət mərkəzlərinin, restoran və kafelərin sahibi bu iki şəxsdir.
Ən maraqlısı isə bu obyektlərin bir çoxunun SOCAR-a məxsus ərazilərdə inşa edilməsidir. Nümunə üçün qeyd edək ki,Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, döngə 2-də Neft Şirkətinə məxsus torpaqlar Əziz Əzizov və Bədəl Bədəlov tərəfindən zəbt edilib. Zəbt edilən bu ərazidə onlar fərdi ev və obyekt inşa deilib ki, onların ən ”sanballıları” Əziz Əzizovla Bəsəl Bədəlova məxsusdur.
Suraxanı rayonunun Yeni Suraxanı ərazisində – “Araz” market yaxınlığında vətəndaşların xeyir-şər yeri üçün nəzərdə tutulan ərazi belə Bədəl Bədəlov tərəfindən zəbt edilərək mənimsənilib.
Təftiş çərçivəsində aparılan araşdırma nəticəsində bəlli olub ki, Əziz Əzizovla Bədəl Bədəlov uzun illər ərzində neft torpaqlarını kütləvi şəkildə satıb. Nəticədə bu gün Suraxanıda SOCAR-a məxsus ərazilərdə minlərlə ev və qeyri-yaşayış obyekti tikilib ki, onların sökülməsi vətəndaşlar tərəfindən kütləvi etiraza səbəb ola bilər. Başqa sözlə desək, Əziz Əzizovla Bədəl Bədəlovun tamahı dövlət üçün həlli müşkül olan ciddi problemlər yaradıb ki, Adil Əliyevin bu problemləri necə, hansı şəkildə həll edəcəyi maraq doğurur.
Ehtimal ki, bütün bu qanunsuzluqlar, Əziz Əzizov və Bədəl Bədəlova məxsus külli miqdarda sərvətlə bağlı məlumatlar Adil Əliyev tərəfindən yuxarı instansiyalara təqdim ediləcək, problemin həlli yolu da məhz “yuxarıların” təlimatı əsasında həyata keçiriləcək. Bu isə o deməkdir ki, Adil Əliyevlə Bədəl Bədəlovun Surxanıdakı daşınmaz əmlaklarının taleyi risk altındadır və bu əmlakların dövlət tərəfindən müsadirə edilərək təkrar satışa çıxarılması, əldə edilən vəsaitlərin Qarabağdakı bərpa prosesinə yönəldilməsi ehtimalı kifayət qədər böyükdür..."

Ardını oxu...
Mediatv.az-ın elektron poçtuna Nazim Eliyev adlı şəxsin adlınazim_8891@mail.ru -dən şikayıt məktubu daxil olub.
Şikayətçi yazır:Uzun müddət Bakının Nəriman Nərimanov rayonunda icra başçısının müavini olan, hazırda Abşeron Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində çalışan Nurlan Həsənov rayon ərazisində sözün həqiiq mənasında at oynadır. Abdin Fərzəliyevin qəti dəstəyi sayəsində faktiki olaraq icra başçısının bütün müavinlərinin səlahiyyətini mənimsəyən, onların özünə belə göstərişlər verən Nurlan Həsənov, külli miqdarda qanunsuz vəsaitlər əldə etməklə bağlı “Nərimanov təcrübəsi”ni Abşeronda “uğurla” davam etdirməkdədir. Rayon ərazisini qarış-qarış satan, ərazidə inşa edilən adi toyuq hini üçün belə haqq alan Nurlan Həsənov, hər bir obyektin inşası üçün konkret qiymətlər müəyyənləşdirib, sahibkarların üzərinə qeyri-rəsmi haqq qoyub.
Bina tikintisi üçün 200 min, ticarət obyekti üçün 100 min, “xırda-xuruş” üçün 50 min “icazə haqqı”
Yuxarıda qeyd etdiyimiz kimi, Nurlan Həsənovun Abşeron Rayon İcra Hakimiyyətindəki rəsmi vəzifəsi baş məsləhətçi olsa da, keçmiş müavin praktiki olaraq Abdin Fərzəliyevdən sonra ikinci şəxs hesab edilir. Bu səbəbdən də rayon ərazisində hər hansı tikinti işi aparmaq istəyən şəxs hökmən Nurlan Həsənov, yaxud onun əlaltıları ilə görüşərək razılıq almalı, qabaqcadan tələb olunan vəsaiti ödəməlidir.
Nurlan Həsənov sahibkarlaırn işini “asanlaşdırmaq”, onlarla “boş yerə” çənə-boğaz vurmamaq üçün tikiləcək obyektlərin təyinatına əsasən konkret qiymətlər də müəyyənləşdirib. Məsələn, rayon ərazisində bina tikmək istəyən hər bir sahibkar bunun üçün Nurlan Həsənova 200 min manat məbləğində “şirinlik” verməli, “toxunulmazlıq təminatı” almalıdır. Bu pul icra hakimiyyətinin tikinti prosesinə müdaxilə etməməsi üçündür və bundan dövlət büdcəsinə bir qəpik də olsun vəsait daxil olmur.
Abşeron rayonu daxilində ticarət və ya ictimai iaşə obyekti inşa etmək istəyən sahibkarlar isə bunun üçün obyektin ölçü və miqyasından asılı olaraq 70-100 min manat arası pul ödəməlidirlər. Nurlan Həsənovun qiymətlər piramidasında daha kiçik, “xırda-xuruş” obyektlərin inşası üçün isə 50 min manat məbləğində ödəniş nəzərdə tutulur.
“Xüsusi təyinatlı obyektlər”lə bağlı xüsusi qiymətlər...
Yuxarıdakı kateqoriyaya daxil olmayan, Nurlan Həsənov tərəfindən “xüsusi təyinatlı obyektlər” adlandırılan elə obyektlər də var ki, baş məsləhətçi onlarla bağlı “xüsusi qiymətlər” müəyyənləşdirib. Belə obyektlərdən biri apteklərdir. Rayon ərazisində aptek tikmək istəyən şəxs bunun üçün nəhəng ticarət mərkəzi inşa etmək istəyən şəxs qədər – təxminin 70-100 min manat arasında pul ödəməlidir. Nurlan Həsənov bunu aptekin “daim işləyən, pul gətirən” xüsusi təyinatıl obyekt olması ilə izah edir. Baş məsləhətçi açıq şəkildə bəyan edir ki, “çox pul qazanan çox ödəməli”, “pul xərcləməyə xəsislik etməməlidir”.
Məlumat üçün qeyd edək ki, sahibkarları “səxavətli olmağa” səsləyən Nurlan Həsənov bugünə qədər nə Qarabağdakı quuculuq prosesinə, nə də ölkə daxilindəki digər ümummilli əhəmiyyətli layihələrə bir qəpik də olsun vəsait xərcləməyib.
Gələn dəfə sizi Nurlan Həsənovla bağlı aşağıdakı həqiqətlərdən hali edəcəyik:
1.Abdin Fərzəliyev Nərimanovda müavini olan Nurlan Həsənova Abşeronda eyni vəzifəni niyə verə bilmədi?

2.Nurlan Həsənovu xaricdəki blogerlərlə nə bağlayır?

3.Baş məsləhətçi Nərimanovda hansı obyekt və əraziləri yaxın qohumlaırnın adına sənədləşdirib?

4.Nurlan Həsənovla AMAY Abdulla arasındakı əlaqə nədən ibarətdir və ikili birlikdə hansı qaranlıq işlərə imza atıb?

5. Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Azər Məmmədovu Abdin Fərzəliyevin sevimlisinə çevirən nədir?

6.Baş məsləhətçi ara-sıra İngiltərəyə niyə, hansı məqsədlə gedir?
 
 
 

Ardını oxu...
30 illik əzab-əziyyətdən sonra torpaqlarımızın şərəfli SAVAŞ yolu ilə azad edilməsinin ardından ümummilli leksikonumuzda ən mübarək yerlərdən birini tutmaqda olan ZƏFƏR... ZƏFƏR YOLU kimi kəlmələr maləsəf ki, bütün ünvanlarda eyni uğurla, eyni fərəhlə istifadə olunmur. Məsələn, hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru postunu Zəfər Qurbanov adlı elmdən kənar bir sima tutmaqdadır. Və maləsəf ki, adı Zəfər olan bu rektorla elmimiz heç də hansısa qələbəyə ümid edə bilməz...

Bunu elə Dia-az.İnfo-ya daxil olan ADAU müəllimlərinin növbəti müraciətindən də anlamaq olar. Müəllimlər yazırlar:

Əvvəli BURADA: Zəfər Qurbanovu DURDURAN OLACAQMI? - ADAU adlı BAZAR...

Yazının DAVAMI: "Azərbaycan Dövlət Aqrar Universitetində Aqrar-İqtisadiyyat fakültəsində yazılı olan imtahanların hamısını kənardan komissiya gəlib yenidən qiymətləndirsə, məlum olar ki tələbələrin cavablandırdıqları nəticənin 85-90 faizi 2 qiymətə layiqdir.

Son vaxtlar 12 kafedranın birləşdirərək 6 kafedra yaradıb. Burada məqsəd ancaq rüşvət yığmaqdan ibarətdir.

Onu da qeyd etmək istəyirik ki, Zəfər Qurbanovun işlədiyi iki il müddətində bir dənə belə olsa daşı daş üstünəə qoymayıb, Görülən işlərin hamısı keçmiş Rektor İbrahim Cəfərovun işləridir. Hazırki rektor isə quruculuq yox, dağıdıcılıq fəaliyyəti ilə məşğuldur.

Əgər bunun son iki ildən az olan dövrünü yoxlatdıran olarsa, büdcədən milyonlarla pulun talan olduunduğu aşkara çıxacaq...

Biz ADAU müəllimləri olaraq ölkə rəhbərliyinə müraciət edirik: Hörmətli Prezident, əgər Zəfər Qurbanov bir-iki il daha bu şəkildə davam etsə, Azərbaycan Dövlət Aqrar Universiteti məhv olacaq..."

DAVAMI MÜTLƏQ OLACAQ...
 

Dünyapress TV

Xəbər lenti