İsraildə yaşayan həmvətənimiz, Azad Yeni Azərbaycan təşkilatının sədri Şakir Əhmədov qürbətdə diaspor işinin təşkili, vəziyyəti ilə bağlı narahatlığını bildirir.
Deyir ki, Azərbaycanın Diaspor Komitəsi bu işlərə laqeyd yanaşsaydı dərdyarı idi. Fuad Muradovun idarəsi xaricdəki azərbaycanlılara kömək etmək əvəzinə onların görmək istədikləri işlərə mane olur.
TEREF yazır ki, bunu tanınmış jurnalist Sima Babayeva öz sosial media səhifəsində yazıb. Sima xanım daha sonra yazır:
Təsir edə bilməyəndə hətta təhdid də edirlər...
Yadıma Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyevin məsələsi düşdü. İSBAM başqanı Samir Adıgözəlli neçə müddət idi Diaspor Komitəsinin işini tənqid edir, bəzi faktları araşdırırdı.
Samir müəllimin prinsipiallığını görüb ona daha sərt təsir göstərmək qərarına gəldilər. Türkiyədə olarkən bir neçə şəxs hücum edib İSBAM rəhbərinə bıçaq zərbələri endirmişdi.
. Samir müəllim bəyanat verərək bu məsələdə Fuad Muradovun müavini Valeh Hacıyevdən şübhələndiyini bildirmişdi.
Bildirməyinə baxmayaraq hüquq mühafizə orqanları bu məsələyə laqeyd yanaşdılar.
Şakir müəllim deyir ki, İsraildə Azərbaycan məktəbi açmaq istəyib. Bu barədə Fuad Muradova bildirib, köməklik göstərilməsini xahiş edib.
Hörmətli Fuad Muradov onu arxayın edib. Vədlər verib. Şakir müəllim də sevinərək işə başlayıb, yer seçib, müəyyən işlər görüb.
Ümumilikdə öz vəsaitindən 50 min manat xərcləyib. Vaxt gəlib çatanda Fuad Muradov vədinə xilaf çıxıb.
Kömək etməməsi bir yana, hətta mane olmağa başlayıb. Səbəbini əsl azərbaycanlılar başa düşə bilməz.
. Çünki azərbaycanlı xaricdə öz dilində məktəb açılışına mane ola bilməz. Erməni xaricdə cüzi bir fürsətdən istifadə edib maarif ocaqları yaradır.
. Bu adam isə əksini edib bağlatmağa çalışır. Şakir müəllim onu da bildirir ki, Fuad Muradovun İsraildə Azərbaycan diasporu kimi dəstək verdiyi adamlardan bəziləri vətəndaşları olduqları İsrail dövlətinə naxələf çıxıblar.
İsrail hüquq-mühafizə orqanları onlar haqqında araşdırma aparır, bəziləri saxlanılıb. Onlardan biri Sveta adlı şəxsdir.
Hörmətli Fuad müəllim bu qadına çox güvənir, Diaspor Komitəsi adından medallar verir, mükafatlandırır.
Şakir Əhmədov media vasitəsilə həm bu məsələni ictimailəşdirmək, həm də haqqını tələb etmək istəyir. Söz Diaspor Komitəsində və əlaqədar təşkilatlarımızdadır.
Sima Babayeva
Adları çəkilən şəxslrində mövqeyini dərc etməyə hazırıq!
TEREF