Ardını oxu...
Hövsanda 23 saylı poliklinlikanın tibbi yardımında canını tapşıran vətəndaşa niyə yaxın duran olmadı? 
Təəssüflə qeyd edirik ki, bu fakt  17.01.2023-cü il tarixində məhz Hövsanda 23 nömrəli poliklinikanın ərazisində baş verib... 2 saata yaxın pilləkənlərdə qalan insana (ölmüş olsa da) qarşı laqeyd rəftar bu poliklinikada çalışan tibb işçilərindəki insanlıq hissinin çoxdan öldüyünün bariz göstəricisidir. Axı, ən azından polis gəlib rəy verənə kimi, ruhunu tapşıranın üzərinə örtk çəkmək olardı... 
Bəlkə düz demirik?.. 

dovrunnabzi.az 
 
 
Ardını oxu...
 
 

 
Bakıda xəstəxanada intihara cəhd hadisəsi olub.

 

Hadisə yanvarın 25-də saat 16 radələrində Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 16 ünvanında yerləşən Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 2-ci mərtəbəsində qeydə alınıb.

31 yaşlı Salamzadə Hikmət Natiq oğlu tibbi spirti üzərinə tökərək özünü yandırıb. Nəticədə almış olduğu xəsarətlərdən Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

XalqXeber.Az
Ardını oxu...
Beyləqan rayon sakini Kərimova Rahilə İsa qızı tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi həyat yoldaşının ölümündə “Zəfəran”Klinikasının həkimi Eldəniz Əliyevi günahlandırır.

Ardını oxu...

DİA.AZ şikayətçinin Hurriyyet.az saytının redaskiyasına göndərdiyi video-müraciəti olduğu kimi oxuculara təqdim edir:

VİDEO BURADA: https://www.facebook.com/hurriyyet.org/videos/848809926200999

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
DogruXeber.az: - Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində dəhşətli iki fakt yaşanıb. Sözügedən təhsil ocağında ötən ilin may ayında məktəbin 3 şagirdi aşağı sinifdə oxuyan məktəbliyə hücum edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olublar. Zərərçəkənin anası hadisə barədə məktəb direktoruna və polisə məlumat verib. Zorlanma hadisəsində şübhəli bilinən şagirdlər valideynləri ilə birgə Kürdəmir Rayon Polis Şöbəsinə çağırılsalar da məsələ hansısa səbəbdən qapadılıb.

Bizim.Media-ya bu barədə məlumat verən mənbənin sözlərinə görə biabırçı olay Şilyan kənd tam orta məktəbin direktor əvəzi Ülkər Quliyeva tərəfindən ört-basdır edilib. Zərərçəkənin valideyninə övladını zorlayan 3 nəfərin məktəbdən uzaqlaşdırılacağı vədi verildiyi üçün məsələnin hüquq-mühafizə orqanlarında böyüməsinə imkan verilməyib.

Hadisədən sonra 3-cü sinif şagirdini zorlayan biri 8-ci sinif, digər ikisi isə 9-cu sinif şagirdləri olmaqla - 3 nəfər tədris ili bitənə kimi dərsə gəlməyiblər. Növbəti tədris ilindən isə yenidən məktəbə bərpa olunublar. Hazırda həmin şagirdlərdən ikisi 10-cu sinifdə, biri isə 9-cu sinifdə təhsillərini davam etdirir. Zərərçəkən isə başına gətirilən o bəladan sonra məktəbə qorxu içində gəlir.

Mənbə bildirir ki, zorlanma hadisəsi may ayının 13-də məktəb daxilində baş verib. Bu olaydan əvvəl dəfələrlə zərərçəkənin qarşısı kəsilib və ona qarşı qeyri-etik hərəkətlər edilib. Zorlanan məktəblinin atası Dağıstanda çalışdığı üçün həmin vaxt Azərbaycanda olmayb. Ana və nənə isə şikayətçi olmamaları üçün susdurulub, ərizələrinin geri götürülməsi tələb edilib.

Mənbə qeyd edib ki, sözügedən məktəbdə başqa bir olay isə bir ay əvvəl – dekabr ayında yaşanıb. Məktəbin 10-cu sinif şagirdi 11-ci sinif şagirdini 8 bıçaq zərbəsi ilə bıçaqlayıb.

Bacısının müdaxiləsi ilə 11-ci sinif şagirdi əlindən və ayağından yüngül xəsarətlər alıb.

Yaralanan məktəbli direktorun otağına aparılıb və yaralarına elə oradaca tibbi yardım edilib. Mənbənin sözlərinə görə bıçaqlanan şəxsin anası dünyasını dəyişdiyi və atası lal olduğu üçün bu məsələ də məktəb rəhbərliyi tərəfindən gizlədilib. Elə bu səbəbdən Kürdəmir Rayon Polis Şöbəsinə bu barədə məlumat çatmayıb.

Mənbə onu da əlavə edib ki, hər iki olayda şübhəli bilinən məktəblilər nə cəzalanıb, nə də məktəbdən tamamilə kənarlaşdırılıb.

Məsələ İlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov Bizim.Media-ya məsələnin araşdırıldığını bildirib.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin mətbuat katibi Rüstəm Aslanov isə baş verən hər iki hadisə ilə bağlı bunları qeyd edib:

"Şifahi sorğunuza cavab olaraq bildiririk ki, Kürdəmir rayonu Şilyan kənd E.Zülfüqarov adına tam orta məktəbin şagirdləri Quliyev Cavid və Həşimov İbrahim arasında 08.05.2022-ci il tarixdə məktəbdənkənar bir yerdə axşam radələrində şəxsi zəmində dava baş verib.

Sözügedən münaqişədən məktəb rəhbərliyi məlumat tutduqda hər iki şagirdin valideyni ilə profilaktik söhbətlər aparılmış və şagirdlər arasında davanın daha ciddi olmadığı qeyd olunub.

Eyni zamanda valideynlərin bildirdiklərinə əsasən tibbi ekspertizanın qərarına əsasən uşaqların üzərində fiziki zorakılıq əlamətləri aşkar edilməyib. Şagirdlərin tutduqları əməldən peşman olduqları və valideynlər arasında heç bir narazılıq olmadığı üçün məsələ müzakirəyə çıxarılmayıb".

Qurum rəsmisi bıçaqlanma olayına da toxunub:

"Dekabr ayında olan mübahisə ilə bağlı bildiririk ki, həmin məktəbin şagirdləri - Rəhimov Əhməd və Pənahov Murad məktəbdən evə gedərkən aralarında mübahisə yaranıb. Sözügedən mübahisədən məktəb rəhbərliyi məlumat tutduqda şagirdləri valideynləri ilə birlikdə məktəbə dəvət edib və mübahisənin səbəbi araşdırılıb. Şagirdlər nizam-intizam qaydalarına riayət etməyə çağırıllıb. Əlavə olaraq qeyd edək ki, şagirdlərin kəsici alətlə(bıçaqla) bir-birlərinə xəsarət yetirməsi aşkar edilməyib və bir-birlərinə cilddi zərər yetirməyiblər", - deyə Rüstəm Aslanov əlavə edib.

Qeyd edək ki Mərkəzi Aran regional Təhsil İdarəsi hər iki faktın məktəbdən kənar baş verdiyini açıqlasa da, sözügedən olaylar qeyd etdiyimiz kimi baş dərs zamanı baş verib.

Araşdırmamız davam edir.
Bizim.Media
Ardını oxu...
Uşaq Bağçası deyəndə, təkcə buradakı yeyintiləri, uşaq qəbul zamanı və sonrakı məqamlarda alınan “bəxşişləri”, nə bilim “ölü canları” xatırlamayaq (Bunların bir çoxu düz olsa belə). Uşaq bağçalarının, xüsusən 2 qruplu bağçaların isə ilk baxışda görünməyən çoxlu dərdləri də var.

Xatırladaq ki, ölkəmizdə, eləcə də Masallı rayonunda uşaq bağçalarının yaşı heç 100 ilə də çatmır. Eləcə də məktəbəqədər yaşlı uşaqların uşaq bağçalarına cəlb olunmasına görə Masallı hər min nəfər uşağa düşən uşaq yerinə görə, ölkə üzrə axırıncı yerlərdən birini tutur.

(Bu barədə bəzi rəqəmləri yazının sonunda xatırladacağıq). İndi isə bugünkü hədəfimiz - 2 qruplu uşaq bağçaları barədə söz açmaq istəyirik.

Bəlli olduğu ki, uşaq bağçaları 1, 2, 3, 4, 5, 6... hətta 15-20 qruplu olur. Yəni, hər hansı rayonda uşaq bağçalarının sayından daha çox, onların neçə qruplu olması daha çox önəm daşıyır. Məsələn, Masallıdakı 17 dövlət uşaq bağçasının 7-si 2 qrupludur. Həmin 2 qruplu bağçaların hər birinə maksimim 20 uşaq cəlb olunmaqla ən yaxşı halda, o müəssisələrə cəmi 140 uşaq yerləşdirmək mümkündür.

2 qrupu uşaq bağçalarının ən böyük bəlası isə bu təşkilatlarda lazımi kadrlar üçün ştat vahidlərinin olmamasıdır.

Bəs 2 qruplu bağçalarda hansı ştatlar yoxdur?

1. Təsərrüfat müdiri

2. Metodist

3. Mühasib

4. Koputerçi

5 Tərbiyəçi

Haşiyə. Hər Uşaq Bağçasında 9 saatlıq iş saatı olduğu üçün, hər qrup üçün 1, 5 ştat, 2 qrup üçünsə 3 ştat tərbiyəçi lazımdır. 2 qruplu bağçalara isə, ən yaxşı halda 2,1 tərbiyəçi ştatı verilir. İndi sual olunur- 2.30-da 6 saatı bitən tərbiyəçi gedəndən sonra uşaq bağçasındakı uşaqlara hansı tərbiyəçi baxacaq?

Bəziləri deyir ki, bağça müdirinin nahardan sonra nə işi var ki? Həmin vaxtı uşaqlara o baxsın?

İndi isə bu məqama başqa rakursdan yanaşaq. Bağça müdiri az qala 2 gündənbir müxtəlif tədbirlərə, xüsusən də mühasibat sənədləri ilə bağlı təhsil sektorunun mühasibatlığına dəvət olunursa, onlardan “Excel” proqramında sənədlər tələb olunursa, həmin vaxt o qruplarda kimlər tərbiyəçilik edəcək?

Yuxarıda qeyd etdiyimiz kimi bağça müdiri ən azı ayda 10 dəfə rayondakı müvafiq idarələrə çağrılır. Onlar üçünsə heç bir nəqliyyat xərci ayrılmır. Hər gediş-gəliş 5-6 manat tutursa və bu, ay ərzində 50-60 manat edirsə, bu ziyanı kim ödəyəcək?

Uşaq bağçası hər gün valideynlərlə, müvafiq təşkilatlarla telefon əlaqəsi saxlayır. Buna görə kontur xərci ayrılırmı? Yox.

Regional idarələr yaranandan bəzi texniki işlər sahmana düşsə də (odun və yuyucu vasitələrin verilməsi və s.), uşaq bağçasının digər xərclərini – tutaq ki, unitaz xarab olub, əl-üzyuyana su gəlmir, soyuducu xarab olub, elektrik lampaları yanıb... Bunlar hansı vəsaitlə həll olunur? Hələ abunə, filan-filan qeyri-rəsmi xərcləri demirik.

Uşaq bağçasının işçiləri ölkə üzrə ən az əmək haqqı alan əhali qrupuna daxildir. Hələ orta məktəb müəllimini demirəm, ən sıravi polis işçisi bağça tərbiyəçisindən təxminən 2 dəfə çox əmək haqqı alır. Hər-hansı mükafatdan, təltifdən-filandan da söhbət gedə bilməz.

Hansı inkişaf etmiş ölkədə, hətta Belorusiya təki ölkədə kimi inandıra bilərsən ki, uşaqlar bağçaya xüsusi avtobusla yox, piyada gedir. Hər adamın evi bağçanın yanında olmur ki, elə kəndlər var bu başından o başına bir neçə kilometrdir.

1 şəhər, 2 qəsəbəsi, 100 kəndi olan Masallıda şəhərindəki 4 uşaq bağçasını çıxmaq şərti ilə rayonun cəmi 13 qəsəbə və kənddə uşaq bağçası var.

Ən azı son 6 ildə Masallıda heç bir uşaq bağçası üçün yeni qrup almaq mümkün olmayıb.

İnanılmaz da olsa, Heydər Əliyev Fondunun vəsaiti ilə rayonun Səmidxan kəndindəki inşa edilən 100 yerlik uşaq bağçası üçün ştat alına bilinmədiyinə görə, hər cür şəraiti olan həmin bağça 5 ildir ki, istifadəyə verilə bilmir.

Son 4 ildə rayonda yeganə bağça – şəhər 1 saylı bağçı üçün tikilən, 100 yerlik binaya köçən, lakin 2 qrupdan artıq ştat ala bilməyən bağça da eyni taleyi daşıyır.

2021-ci ilin may-iyun aylarında təməli qoyulan, 2022-ci ilin may ayında istifadəyə verilməsi nəzərdə tutulan şəhər 4 saylı və Ərkivan qəsəbəsindəki yeni bağçalar da hələ ki, verilən vəddən 6-7 ay keçməsinə baxmayaraq, qapılarını uşaqların üzünə aça bilmir.

Ən qəribə sual odur ki, birində 6 qrup (4 saylı şəhər) və digərində 2 qrup (1 saylı şəhər) olan uşaq bağçaları (cəmi 110 nəfərlik) 2 müdir ilə 100 nəfərlik bağçada necə fəaliyyət göstərir?

Rayonun Göyçöl kəndində isə 140 yerlik uşaq bacasından cəmi 40 nəfər faydalana bilir. Hansı ki, qonşu Musaküçə, Lürən, Oncəqala, Xıl, Şıxlar ərazi dairələrini əhatə edən kəndlərin heç birində uşaq bağçası yoxdur. Bir mikroavtobus kifayətdir ki, həmin uşaqları yarıdan çoxu otaqlar boş olan Göyçöl kənd uşaq bağçasına aparılsın.

Şəhərin Digah ərazisindən başlayaraq – Banbaşı, Xocavar, Yeyənkənd, Xəlfələr, Köhnə Alvadı, Güllütəpə, Taytan, Yeni Zuvand, Əmir Türbə, Yolağacıan qədər 10-dan artıq kənddə uşaq bağçası yoxdur.

Vaxtı ilə uşaq bağçası fəaliyyət göstərmiş Boradigah qəsəbə, Böyük Xocavar, Yeddioymaq, Qarğalıq, Xıl, Şatıroba, Qızılavar, Musaküçə, Xıl, Təklə kəndləri də hazırda Uşaq Bağçasını indi şirin xatirə kimi yada salır.

Uzun illər gah kolxoz-sovxozların, gah təhsil şöbələrinin, gah icra hakimiyyətlərinin idarəçiliyində olan uşaq bağçaları Regional Təhsil İdarəsinə verilsə də, 1 ildən artıqdır ki, cənubdakı regional təhsil idarəsi 100-ə yaxın uşaq bağçasına, 300-dən artıq tərbiyəçinin çalışdığı məkanda onlara metodiki məsləhət verən bir metodist tapa bilmir. Sanki, Uşaq Bağçaları təhsil sistemində arabanın "5-ci təkəridir"

Amma rəsmi və qeyri rəsmi qadağalar, yoxlamalar, bürokratik əngəllər (məsələn bir texniki işçinin işdən azad olunması və yeni təyinat ən azı 1 ay çəkir). “Qida” gedir, “kuri” gəlir, “fövqəladə” gedir, “yanğından mühafizə” gəlir.

350-400 manat əmək haqqı alan bağça işçilərini 600-1000, bəzən isə 5-7 min manat cərimə edirlər, güclə, cərimə üçün əsas yaratmaqdan ötrü, süni şəkildə nöqsan “düzəldirlər”.

Nə isə. Deyiləsi söz çoxdur. Hələlik, bura qədər də bəs edər. Çünki, demək, “düşmən” qazanmaq bizə qalır. “Dəyirman” öz işindədir. Uşaq bağçalarının “kitabın” oxuyan yoxdur.

Çıxış yolu nədədir? Sabiq başçı bağçanın təməli qoyulanda bir, 1-ci mərtəbə götürüləndə 1, 2-ci mərtəbə başa çatanda orada bir şəkil çəkdirir. Amma şəhərin mərkəzində təzə bağça “pletka” ilə qızdırılır.

Cenub.az. Zahir Əmənov
 
Ardını oxu...
...Həyatda hər kəsi təəccübləndirən çox hadisələrin şahidi olmuşuq. Amma bu gün eşitdiyimiz və canlı şahidi olduğumuz bir qanqaraldıcı hadisədən sarsıldıq. Təsəvvür edin, tabeliyində 4500-5000 işçisi olan Azneft-in Nəqliyyat İdarəsinin rəisi Ələddin Məmmədov vur-tut 380 manat əmək haqqı verilərək 4 ildir öz ştatından kənar daha 4 vəzifə üzrə əmək funksiyalarını icra etməyə məhkum edilmiş, atasız, himayəsində xəstə azyaşlı uşağı olan orta texniki təhsilli gənc ananı 1500 işçinin gözü qarşısında idarənin həyətindəki bağdakı çayırı yoldurmağa məcbur edib.


Həmin qadın Nazilə İbadova deyir ki, balamı ac və özümü işsiz qoymamaq üçün bu gün səhər əvvəlcə buna razı oldum. Amma nahar vaxtı elə bir parça yavan çörəyimi yemək istəyərkən Ələddin Məmmədovun tabeliyində olan 2 saylı sahənin rəisinin xəbərçiliyi nəticəsində Ələddin Məmmədovun katibəsi mənə zəng etdi ki, sən bütün vaxtı sahədə olmalısan, yəni çöldə, alaq yolmaqda... Gənc qadın bu təhqirə dözmədən sözünü deyir, idarəni tərk edir... //tezadlar.az//
 
Ardını oxu...
Azərbaycan Nazirlər Kabineti «Azkontrakt» müəmmasına aydınlıq gətirməlidir: Prezident Fərmanında qurumun ləğv olunduğu, Nazirlər Kabinetinin Qərarında isə ölkədə qaz satışı ilə məşğul olduğu bildirilir…

Gəlin əvvəlcə yaxın tarixə nəzər salaq: Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 519 nömrəli Fərmanı ilə səhmləri 100% dövlətə məxsis olmaqla, keçmiş Material Ehtiyatları Nazirliyinin və Ticarət Nazirliyinin əsasında yaradılmışdır. Bu məlumat hazırda da «Azkontrakt»ın rəsmi saytında yer alıb. Saytda olduqca maraqlı məluat var və bunu növbəti yazıda təqdim edəcəyik. Saytda «Rəhbərlik» qrafasında isə sədrin müavini kimi Güləddin Dadaşovun adı keçir. Bu barədə az sonra. Hələlik isə bir məqama diqqəti çəkək: Belə ki, Baş nazir A.Rasizadənin 05.07.1997-ci il, 131 saylı sərəncamında deyilir:

«"Azərkontrakt" Səhmdar Cərniyyətinin strukturuna daxil edilmiş müəssisə və obyektlərin siyahısı:
-"Azərmetal" topdansatış ticarəti birliyi və onun Bakı şəhəri, Moskva prospekti, 98 ünvanda yerləşən anbar təchizat şahəsi ("Azərkontrakt" Səhmdar Cəmiyyəti)
-«Azərmaşavadanlıq» idarəsi və onun Bakı şəhəri, Nobel prospekti, 36 və
M.Qaşqay küçəsi, 100 ünvanlarında yerləşən anbar tesərrüfatları («Azərkontrakt» Səhmdar Cəmiyyəti)
-«Yüngül və yeyinti sənayesi məhsullarının topdansatış birliyi», "Azəryüngülyeyintisənaye" və onun Bakı şəhəri, Nobel prospekti, 10 və Nizami küçəsi, 149 ünvanlarında yerləşən anbar təsərrüfatları(«Azərkontrakt» Səhmdar Cəmiyyəti)
-"Azkontrakt" Səhmdar Cəmiyyəti ("Azərkontrakt" Səhmdar Cəmiyyətinin Moskva şöbəsi)
-Texniki vasitələrin kirayə müəssisəsi-"Azərkirayə" («Azərkontrakt» Şəhmdar Cəmiyyəti)
-"Azərətsüd"- icarə müəssisəsi və onun Bakı şəhəri, Montin qəsəbəsi, Köndələn küçəsi-2 ünvanda yerləşən soyuducu bazası (keçmiş Ticarət Nazirliyi)
-«Baqqaliyyə malları üzrə respublika topdansatış ticarəti "Azərbaqqaliyyə" kontoru və onun Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi).
-«İstehsalat avtoekspedisiya» birliyi və onun Bakı şəhəri, Xırdalan qəsəbəsi, Şamaxı şossesi, 6 ünvanda yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət \Nazirliyi)
-"Azintreyd" xarici ticarət birliyi (keçmiş Ticarət Nazirliyi)
-Qax rayonunda yerləşən istirahət evi ("Azərkontrakt" Səhmdar Cəmiyyəti)
A.Hacıyev, Nazirlər Kabinetinin işlər müdiri».
İndi bu obyektlərin taleyinə Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətində, eləcə də İqtisadiyyat Nazirliyində və nazirliyin tabeliyində olan Əmlak Komitəsində aydınlıq gətirilməyə çalışır. Belə ki, «Azkontrakt» SC-nin tabeliyində olan «Azərmetal» Birliyinin Baş direktoru Şahin Abbasov ötən ay «Azkontrakt» SC-nin sədr müavini olan Güləddin Dadaşovun metalbazanın əmlakının və işçilərin külli miqdarda əmək haqlarının mənimsəməsi barədə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) şikayət vermişdir. Həmin şikayət araşdırılması üçün Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurorluq da bəzi epizodlar üzrə araşdırma aparılması üçün şikayətə əlavə edilmiş həmin sənədlərin araşdırılıb Güləddin Dadaşovun barəsində qanuni ölçü götürülməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Tamara İbrahimova: «Güləddin Dadaşov qanunsuz olaraq istirahət günü idarəmizə adamlarını göndərib, bazanın darvazasını qıfılladıb, idarənin qapınısını açaraq maliyyə sənədlərimizi darmadağın ediblər…»

«Təzadlar»a telefon açan «Azərmetal» Topdansatış-Ticarət Birliyi Baş direktorunun köməkçisi Tamara İbrahimova dəhşətli faktları açıqladı:

-Uzun illərdir fəaliyyəti olmayan «Azkontrakt»ın sədr müavini kimi elan edən Güləddin Dadaşovdan DTX-yə və Baş Prokurorluğa şikayət verdiyimizə görə, o, istirahət günlərində idarəmizə adamlarını göndərib, bazanın darvazasını qıfılladıb, idarənin qapınısını açaraq maliyyə sənədlərimizi darmadağın ediblər… Buna nə ad verək? Artıq aidiyyəti dövlət qurumlarına şikayət vermiş, «Azkontrakt»ın birləşdirildiyi Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri S.Sadıqova kollektiv adından müraciət yazmışıq. Çoxsaylı işçilər adından imzalanmış şikayətdə qeyd etmişik ki, axı «Azərmetal» Topdansatış-Ticarət Birliyi ləğv edilməyib, «Azkontrakt» SC kimi, bizim də əmlaklar, sadəcə, Dövlət Ehtiyatları Agentliyinə birləşdirilib. Biz kollektiv olaraq Agentliyin sədri cənab S.Sadıqovla görüşüb ona müfəssəl məlumat vermək istəyirik ki, Güləddin Dadaşov «Azkontrakt»ı və birliyimizı nə hala salıb… Dəfələrlə rəhbərliyə ("Azkontrakt" ASC) telefonla və üzbəüz müraciət etməyimə baxmayaraq, onlar tərəfindən, şəxsən özünü müavin kimi qələmə verən Güləddin Dadaşov (hansı ki, onun vəzifəsi prezident tərəfindən təsdiqlənməyib) kobudcasına "get kimə istəyirsən şikayət et" demişdir. Mən bir Azərbaycan vətəndaşı kimi sizə müraciət edib bildirmək istəyirəm ki, birliyə rəhbərlik etmiş "Azkontrakt" ASC rəhbərliyinin çox zəif və vecsiz olması üzündən uzun illərdir ki, əmək haqqı ala bilmirik. Amma Güləddin Dadaşov Cəmiyyətin bir idarəsini iki yerə bölüb qanunsuz olaraq (8 noyabr prospektində) qaynına ikinci bir idarə yaradıb ki, gələcəkdə özəlləşmə olanda ona daha çox pay düşə bilsin. Bu özbaşınalıq idi. Belə çıxırdı ki, bu vəziyyət rəhbərliyi qane edirmiş. Təşkilatlarla heç bir kontrakt bağlamayan, lakin uzun müddət ancaq bütün dövlət qanunlarımızı pozmaqla məşğul olan, yəni təkcə bizim birliyimizin 12,75 hektar sahəsini satmaqla məşğul olan çox hörmətli mərhum sədrimiz Miri Qəmbərov və onun «müavini» Dadaşov Güləddin cənabları, sanki böyük bir işçi kollektivinin qəsdinə durmuşlar. Prezidentin 1996-cı ildə qəbul etdiyi 607 saylı Fərmanının 2-ci bəndi tamamilə yerinə yetirilməmişdir. Həmin bənddə deyilir: "2. "Azərkontrakt" ASC-yə Azərbaycan Respublikasının dövlət ehtiyaclarının və strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsərrüfat əlaqələrinin təşkili, birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təşkilatlarına köməklik edilməsi tövsiyə edilsin".
Ardını oxu...
Ardını oxu...
Rəhbərliyin çox zəif və işə vecsiz münasibəti nəticəsində bu müddəaların heç biri indiyə qədər öz əksini tapmamışdır. Birliyimizin 12.75 hektar torpaq sahəsi bütün irad və təkliflərə baxmayaraq ayrı-ayrı şəxs və təşkilatlara qeyri-qanuni şəkildə satılmışdır. Məsələn: Sumqayıt bazası 6.1 hektar, Sabunçu sexi 0.7 ha, Nizami TSTB - 2.0 ha, Abşeron TSTB - 1.14 ha və cəmi 11.41 hektar birlik işçilərinə böyük ziyan vurmuşlar. Sonuncu bu iki təşkilatın nə vaxt yarandığını biz heç bilməmişik. Nəticədə işçilər işdən ayrılmış və bu günə kimi uzun müddətdir işlədikləri birlikdən nə maaş, nə də özəl pay ala bilməyiblər. Belə ki, yerdə qalan 1.34 hektar ərazi anbar və təsərrüfatları ilə birlikdə artıq özəlləşdirmə haqqında Dövlət qanuna görə işçi kollektivinin payına düşdüyü halda, yenidən dövlət qanunlarına zidd olaraq, hansısa yollarla 0.5 hektar sahə anbar və tikililərlə birlikdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verilmişdir. Bu zaman heç bir təhvil-təslim aktı olmamışdır. Hazırda "Azərmetal" Topdansatış Birliyinin işığı, suyu kəsilmiş, kommunal xidmətlər dayandırılmış, otaqlar dağınıq, qapılar sınıq vəziyyətə gətirilmişdir. Ümumiyyətlə, bizim şikayətlərimizə qulaq asan yoxdur. Anbar daxilinə gələn bütün dəmir yolları, dirəklər, qaldırıcı kranlar və bütün metal məmulatları müxtəlif yollarla satılıb və işçilər buna görə çörəksiz qalıb. 2014-cü ildən bəri maaş almayan insanlar necə yaşasın? Amma debitor pullarımız çoxdur. Məsələn, Sumqayıt SAM zavodu 11 min manat, Azneft İB-dən 182 min manat pulu "Azkontrakt ASC"-nin hesabına köçürmüşdür. Amma bu pulların hara xərcləndiyi bilinmir. Yenə də işçilər maaşsız qalmışlar. Magistral Neft Kəmərləri tərəfindən bizə olan 587 min manat pulun taleyi, bir neçə məhkəmə mərhələsindən sonra nəhayət, Ali Məhkəminin qərarı ilə bizim xeyrimizə həll olundu. O qədər pulun da hara xərcləndiyini heç kim bilmir. Mən Sizə Güləddin Dadaşovun daha bir qanunsuz əməlini sübut edən sənədləri təqdim edirəm, Baş Prokurorluğa və DTX-yə göndərmişik. Deməli, işçilərə əmək haqqı kimi nəzərdə tutulan 84 min manat pulun yalnız 34 min manatı paylanıb. Yerdə qalan 50 min manat pulun taleyi məlum deyil. Özü də G.Dadaşov bu pulu içşilərə iş yerində yox, "Azərkontrakt ASC"-də olan öz kabinetində qol çəkdirib verib. Sizə təqdim olunan cədvəldə G.Dadaşov mən T.İbrahimovaya 9226 manat 70 qəpik əmək haqqı yazsa da, ona cəmi 3.000 manata qədər pul verdi. Ona görə də, mən həmin əmək haqqı cədvəlinə qol çəkmədim. Bu gün də bildirirəm ki, G.Dadaşovun nəinki yol verdiyi əməllər, hətta onun müavin kimi fəaliyyəti də qanunsuzdur…

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

(Güləddin Dadaşovun dağıtdırdığı və məhv etdirdiyi deyilən maliyyə və bank sənədləri)
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Teref.az Ucar rayonu Qarabörk kənd sakini İsmayılov Elnur Əlikram oğlunun şikayətini təqdim edir!
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcraçı direktoru cənab Vüqar Qurbanova

Ucar rayonu Qarabörk kənd sakini İsmayılov Elnur Əlikram oğlu tərəfindən

ŞİKAYƏT
Bu şikayətimdə yazıb Sizə bildirirəm ki, məndə olan sudurqaya görə 10 il müddətində 2-ci dərəcəli əlil olmuşam.Əlilliyin müddəti bitdiyi üçün təkrar həkim komissiyasından keçib sənədlərimi Tibbi Sosial Ekspertiza Komissiyasına göndərdikdə mənə əlillik dərəcəsi təyin olunmasından imtina edilli. Bundan sonra mən Ucar rayon Xəstəxanasına gəlib xəstəlik sənədlərimi istədikdə direktor Zeynal Bayramlı mənə bildirdi ki, xəstəlik sənədlərin özündədir.Mən və atam direktor Z.Bayramlıya şahidlə subut etsəkdə ki, xəstəlik sənədlərim ondadır o buna əhəmiyyət vermədi.Atamın sinəsindən itəliyib təhqqir edib bizi oradan qovdu.
Bu açıq aşkar qanunsuzluqdur ki, direktor Zeynal Bayramlı bizə qarşı edir.
Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlı insanlarla kobud rəftar edir.Ucar sakinləri müayinə və müalicə üçün qonşu rayonlara üz tuturlar.
Mənim xəstəlik sənədlərimi Zeynal Bayramlı götürərək qəsdən məhv edib yadaki itirib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevdən və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcraçı direktoru cənab Vüqar Qurbanovda xahiş edirəm şikayətimi yerində mənim iştirakımla araşdırıb xəstəlik sənədlərimi itirib məhv etmiş, insanlarla kobud rəftar edən, dövlət xəstəxanasında ciddi qanunsuzluqlara yol verən Zeynal Bayramlının barəsində qanunu tədbirlər görəsiniz.
Teref.az olaraq qarşı tərəfi dinləməyə hazırıq!
Teref.az

 
Ardını oxu...
Gülnar Qəmbərovanın qaynatası Buzovnanın yarısını zəbt edib… Uşaq bağçaları ilə də bağlı da problemlər bitib tükənmək bilmir. Vaxtilə uşaq bağçalarını Təhsil Nazirliyindən alıb Rayon İcra Hakimiyyətlərinə tabe edəndə hamı düşünürdü ki, nəhayət körpələr evinin, uşaq bağçalarının maddi-texniki bazası güclənəcək və problemlər həllini tapacaq.
Amma təəssüf ki, belə olmadı. Bir çox icra başçıları uşaq bağçalarını rüşvət, korrupsiya, biznes obyektinə çevirdilər. Bəli, icra başçıları bağça müdirləri ilə şərik olub, uşaqlara ayrılan ərzaq məhsullarını satıb mənimsəyirdilər. Bu azmış kimi, uşaq bağçalarının təmirinə, avadanlıqlarının alınmasına ayrılan dövlət vəsaiti də mənimsənilirdi. Bu hələ harasıdır..? Uşaq bağçaları “ölü canlar” məkanına çevrilmişdi. Uşaq bağçalarında müəllim və dayələrin sayı kağız üzərində çox olsa da bir çoxu işə çıxmırdı. Onların maaşlarını isə icra hakimiyyəti ilə bağça müdirələri bölürdü. Belə problemlərin sayını kifayət qədər artırmaq olar. Amma nə faydası..?
Sözün qısası, neçə ilin eksperimentindən sonra uşaq bağçaları yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarıldı. Və yenə hamı düşünür ki, bəlkə də vəziyyət düzəldi. Amma atalar deyib ki, bəlkəni əkiblər, bitməyib.
Bəli, indi oxuculara təqdim edəcəyimiz 340 saylı bağçanın nümunəsində görəcəksiniz ki, vəziyyət daha da pisləşib. Belə ki, Xəzər rayonu, Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində yerləşən 340 nömrəli körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib. 2015-ci il noyabrın 23-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Bina ikimərtəbəlidir. Müəssisə zəruri avadanlıqlarla təchiz edilib, hovuz, musiqi otağı, idman zalları yaradılıb, bağçanın həyətində yaşıllıqlar salınıb, əyləncə vasitələri quraşdırılıb. 10 qrupun fəaliyyət göstərdiyi körpələr evi-uşaq bağçasında 200 uşağa qayğı göstərilir.
Fikir verdinizmi, uşaq bağçası bir başa dövlət dəstəyi ilə tikilb, dövlətin hesabına bütün avadanlıqlarla təchiz olunub. Ölkənin Birinci xanımı açılşda iştirak edib. Bəs nə çatışmır ki, bağçanın müdirəsi Qəmbərova Gülnar Tarıyel qızı hər ay, hər uşaqdan 30-40 manat pul yığır. Bağçadakı 200 uşağın sayını bu rəqəmə vursaq, ayda 6000-8000 manat pul eləyir.
Görəsən, dövlətə məxsus bu uşaq bağçasına görə, Gülnar Qəmbərova nə üçün hər ay uşaqlardan pul yığır ?
Siz elə bilirsiniz ki, 6000-8000 min manatla problem bitir..? Gülnar Qəmbərova uşaqlara ayrılan ərzaq məhsullarının yarıdan çoxunu satdırır. Və uşaqlara içərisində 2-3 vermişelin üzdüyü sudan ibarət sup verir. Yəni körpə balaların qidalanması lap bərbad vəziyyətdədir. Düzgün qıdalanmadığı üçün uşaqlar tez-tez xəstələnir. Və digər problemlər.
Məlumat üçün onu da qeyd edək ki, Gülnar Qəmbərova o qədər savadsızdır ki, uşaq bağçasını onun anası idarə edir. Görəsən, belə savadsız birisi necə bağça müdirəsi olub.
Məlumata görə, Gülnarın qaynatası Azərbaycanda ən varlı şəxslərdən biridir, Buzovnadakı bahalı torpaq sahələrinin çoxu ona məxsusdur. Bəli, Gülnarın qaynatası əvvəllər Xəzər Rayon İcra Hakimiyyətində işləyib və vəzifə salahiyyətlərindən istifadə edərək böyük sərvət və torpaq sahibinə çevrilib. Amma bu boyda sərvətə baxmayaraq Gülnar Qəmbərova uşaqların yeməyinə də tamah salır. Görəsən Xəzər rayon icra Hakimiyyəti, Təhsil Nazirliyi və digər qurumlar bu cinayətləri görmür..?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
Ardını oxu...
Məktəbli formalarının satışı ilə bağlı yaşanan əksər problemlərin kökündə “Bakı Tikiş Evi” ASC-nin (BTE) bu bazarda həm istehsal, həm də satış üzrə monopoliya yaratmaq cəhdləri durur. Uzun illər ərzində ASC-nin direktoru Fədail Rəhimovun inhisarçı fəaliyyəti tənqid olunsa da, yəqin ki əli böyüklərin ətəyində olan iş adamı üstün mövqeyini qoruyub saxlamağı bacarmışdır.

Yaş senzini adlayan Fədail Rəhimov hazırda müəssisəni övladlığa götürdüyü qardaşı oğlu, ASC-nin sədr müavini Elnur bəyin adına keçirsə də, özü həmişəki kimi yerində oturub de-fakto idarəetmə ilə məşğuldur.

Məlumata görə, bu gün “Bakı Tikiş Evi” ASC-nin Çin Xalq Respublikasında “filialları” fəaliyyət göstərməkdədir. Müəssisənin istehsal etdiyi məktəbli formaları akkreditasiya olunmuş müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılsa da, əslində normativ tələblərə cavab vermir, Çindən gətirilən aşağı keyfiyyətli parçadan istehsal olunan məhsullar Türkiyədən gətirilmiş parça kimi təqdim olunur. İddia olunur ki, bu proseslər ASC-nin əsas istehsal sahəsindən kənarda, xüsusi yaradılmış və təchiz olunmuş “gizli” sexlərdə həyata keçirilir. Bu yolla əldə olunan məhsulun maya dəyəri bir neçə dəfə aşağı salınır. Hətta “Bakı Tikiş Evi” ASC-nin rəhbərliyinin bəzi məktəb direktorları ilə sövdələşərək, həmin məktəblərdə öz “filiallarının” məhsullarının satışını məcburi qaydada təşkil etdirdiyi qeyd olunur. Bütün bunlar isə əlbəttə ki, sadəcə istehlakçı hüquqlarının deyil, eyni zamanda da ölkə qanunlarının kobud şəkildə pozulması deməkdir.

Fədail Rəhimovun hətta Müzəffər Azərbaycan ordusuna da keyfiyyətsiz, ucuz başa gələn Çin parçalarından hazırlanan paltar sırıması barədə də məlumatlar yayılıb. Onun Müdafiə Nazirliyinin komissiyalarının üzvlərini aldatmaq üçün etolon nümunələrini Türkiyə parçalarından hazırlayıb Tender komissiyasına təqdim etdiyi, bu məsələnin üstünün “Bakı Tikliş Evi” MMC-nin rəqibi Xırdalan Dəri Xəz Fabriki rəhbərliyi tərəfindən açılması haqda xəbərlər dolaşıb. Səfər Əbiyevin müdafiə naziri olduğu dönəmdə ona ordunun geyim ləvazimatlarının tenderinin necə keçirilməsini araşdırıb və təcili surətdə qanunu pozan hərbçilərin cəzalandırılması tapşırılmışdı. Səfər Əliyev tenderdə iştirak edən hərbçiləri qanun pozuntusuna görə tutduğu vəzifədən azad edib Ali Baş Komandana məruzə etmişdi. Müdafiə Nazirliyinin tenderinin qalibi Xırdalan Dəri Xəz Fabriki olduğu bildirilmişdi. Beləliklə, Rəhimov Fədai Rəşad oğlunun fikirləşib çəkdiyi plan puç olmuşdu. Bununla sakitləşməyən Rəhimov Fədai uzun illərdir ki, Müdafiə Nazirliyinin sifarişlərini çirkli yolla, yəni bir çox firmalar açaraq Müdafiə Nazirliyinin tender komissiyalarını çaşdırmaq məqsədini güdərək saxta laboratoriya rəyi əsasında firmalarının birinin qalib elan olunmasına nail olub. Əslində isə qalib elan olunan firmanın bütün sifarişlərini “Bakı Tikiş Evi” yerinə yetirib. Yuxarıda qeyd etdiyimiz kimi, Müdafiə Nazirliyinin ordusunun sifarişləri ucuz, keyfiyyətsiz Çin parçalarından hazırlanırdı. Bunun nəticəsində orduda qulluq edən əsgərlər dəri xəstəliyi, göbələk xəstəliyi və başqa xəstəliklərə tutulurdular.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Dəryaz.az
 

Dünyapress TV

Xəbər lenti