Tamara Nurəliyevanın TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilməsindən heç bir il keçməyib. O, bu vəzifəyə ötən ilin avqustunda təyin olunub. Sentyabr ayında isə TƏBİB Müşahidə Şurasının qərarı ilə Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.

Əvvəlki direktor Məcid Əliyevdən sonra elektron media resurslarında Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı yayılan məlumatlar onu göstərir ki, sözügedən səhiyyə ocağında heç bir yenilik baş verməyib, rüşvətxorluq elə əvvəlki qaydada da tüğyan edir. Yəni yeni direktor Tamara Nurəliyeva da əvvəlki direktor Məcid Əliyev kimi Vüqar Qurbanova arxalanıb istədiklərini edir.

Elə rayon sakinlərinin mətbuata etdikləri şikayətdə də bundan bəhs edilir. Sitat: Zaqatala rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunmuş direktor Tamara Nurəliyeva və kadrlar şöbəsinin müdiri Gülnarə adlı qadın əlbir olub xəstəxananı rüşvət ocağına döndəriblər. Mənbə bildirir ki, Gülnarə hətta elə azğınlaşıb ki, qohumlarından belə 5-6 min manat civarında rüşvət alaraq güya onları xəstəxanada işlə təmin edəcəkdir. Zaqatalanın Car və Kebeloba kənd sakinlərindən üç nəfəri də bu yolla aldadaraq külli miqdarda pullarını mənimsəmişlər. Kadrlar şöbəsinin müdiri Gülnarə bölgəyə virus kimi kök salaraq hər yerə yayılmışdır. Hətta qızını belə Balakən rayon Mərkəzi Xəstəxanasına min hoqqa çıxardaraq işə düzəltmişdir ki, o da orada rüşvət burulğanı yaratsın. Atalar məsəli var – “ana gəzən ağacı, qızı budaq-budaq gəzər”. Şikayətdə bildirilir ki, xəstəxananın “şillə vuran”ı var, Emin adlı şəxsin hətta ləqbi də varmış (ləqəbi balkon). Tamara Nurəliyeva rüşvət aldığı otaqlarda video kameranı qoydurmayıb, amma bəzi insanları şantaj etmək üçün digər otaqlara video kameraları quraşdırıb. Tamara Nurəliyeva bəzi çirkli işlərini məhz Emin adlı şəxslə həyata keçirir. Emin haqqında bəzi xoşagəlməz, etikadan uzaq faktlar da mövcuddur. Bir faktı da nəzərinizə çatdırmaq istəyirik ki, Tamara Nurəliyevanın həyat yoldaşı da bu rüşvət bazarında bir başa əsas rollardan biridir. Rüşvəti alıb, kimi işə düzəltmək, kimi işdə saxlamaq lazımdır, onun rəyi ilə həyata keçirilir.

Bu şikayət Tamara Nurəliyevanın Zaqatala rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilməsindən qısa vaxt sonra yayılanlardan biridir. Eyni şikayətlər bir il bundan əvvəl də olunmuşdu. Rayon xəstəxananın direktoru dəyişsə də şikayətlərin motivi dəyişməyib. Dövrü mətbuatda Zaqatala ziyalıları adından yayılmış müraciətdə sözügedən səhiyyə ocağında rüşvətxorluğun baş alıb getdiyi bildirilirdi. Bunun da başında elə onda da, indi də kadrlar şöbəsinin müdiri Gülnarə Ömərovanın dayandığını yazırlar.

Bəs kimdi Gülnarə Ömərova?

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə xanım şöbə müdiri ilə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovu ya yaxın, ya da uzaq qohumluq telləri bağlayır. Vüqar Qurbanovun hələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şimal bölgəsi üzrə kuratoru olduğu zamanlardan Gülnarə Ömərovaya geniş səlahiyyətlər verdiyini bildirirlər. Bu isti münasibətlərin nəticəsi olaraq hazırda Gülnarə Ömərova Zaqatalada oturub ətraf rayonlarda da səhiyyə ocaqlarına rüşvət müqabilində tibbi işçiləri təyin etdirir. Hətta xəstəxananın yeni direktoru Tamara Nurəliyevanın da kadrlar şöbəsinin müdiri Gülnarə Ömərovanın əli ilə təyinat aldığı söylənilir. Bir sözlə, Gülnarə Ömərova TƏBİB-in icraçı direktoru tərəfindən ona verilmiş qeyri rəsmi səlahiyyətlərdən geninə-boluna istifadə edir. Hətta təkcə Zaqatala rayon Mərkəzi Xəstəxanasının kadrlar şöbəsinə müdirlik etmədiyini, onun həm də bəzi xanım kadrlara rəhbərlik etdiyi söylənilir.

Bəs görəsən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun Zaqatalanın Mərkəzi Xəstəxanasında baş verən rüşvət və korrupsiya halları qalsın bir yana, bir sıra xoşagəlməz hallardan, bölgədə yayılan video sujetlərdən xəbəri varmı? Qohum kimi, dost kimi etimad etdiyi Gülnarə Ömərovanın əməllərinin icraçı direktorun vüqarına xələl gətirmədiyindən də həmçinin.

 

 

Bölmənin digər xəbərləri

17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA

Dünyapress TV

Xəbər lenti