Ardını oxu...
Teref.az saytının elektron poçtuna Xatirə Musayeva adlı vətəndaşın Mərkəzi Neftcilər Xəstəxanasında qanunsuz tikinti ilə bağlı şikayət məktubu daxil olmuşdur. Həmən məktubu oxucuilara təqdim edirik.
Mərkəzi Neftcilər Xəstəxanasında xəstələr və vətəndaşları ücün təhlükəli vəziyyət yaranıb.
Müsahibimizin verdiyi məlumata görə Xəstəxananın direktoru Musa Abbasov xəstəxananın həyətində yanğın zamanı ehtiyat su götürmək ücün nəzərdə tutlan su hovuzunun üstndə kafe işlədir.
Kafe hovuzun üstündə inşa edildiyi ücün xəstəxanada baş verə biləcək yanğın zamanı hovuzdan su götürmək mümkün olmayacaq.
Xəstəxanada uzun müddətdir ki, tibb işcisi kimi işləyən mühasibimizin deməsinə görə Musa Abbasov tamahgir adam olduğu ücün xəstəxananın bütün imkanlarından istifadə edərək qeyri-leqal mənfət əldə edir və həmən məbləğ bir başa onun cibinə axır.
Ardını oxu...
Apardığımız araşdırmadan məlum olub ki, xəstəxananın nizamnaməsində ancaq tibbi xidmət qarşılığında, könüllü ayırmalar, dövlət tərəfindən ayırmalar nəticəsində hər hansı vəsait müəsissəyə daxil ola bilər.
Budaki müvafiq müqavilə əsasında mümkündür. Bu barədə publik hüquqi şəxslər haqqında qanunda qeyd olunub.
Xəstəxanaların Nizamnaməsində sahibkarlıq fəaliyyəti ilə əlaqədar malliyə vəsaitinin müəssisəyə daxil olması qadağandır.
Üstəlik bu vəsaitlərin müəsissənin hesabına yox Musa Abbasovun cibinə daxil olması korrupsiya halıdır. Hətta vəzifə səlahyyətlərini aşma, Vəzifə səlahiyyətlərindən sui-istifadə deməkdir.
Müvafiq dövlət qurumları çox maraqlıdır ki, Bakı şəhərinin mərkəzində Neftçilər xəstəxanasında qanunsuz kafe fəaliyyət göstərən kafeyə biganə yanaşması sual altındadır.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin əsas dövlət qurumu kimi, Mərkəzi Neftçilər Xəstəxanasında, yanğın söndürmək ücün nəzərdə tutulan su hovuzunun üzərində kafe fəaliyyətinə görə, qanunsuz tikilinin araşdırılması, tikintiyə icazə verən direktorun çəzalanması haqqında ilkin məlumatlar qaranlıq olaraq qalmaqdadır.
Ardını oxu...
Əldə etdiyimiz məlumata görə Musa Abbasov Neftçilər Xəstəxanasına rəhbərlik etməkdən əlavə "Yeni Klinika" da direktor vızifəsini icra etdiyi müddətdə də bir cox maliyyə pozuntularına yol verərək dövlətə külli miqdarda ziyan vurubdur.
Dəfələrlə tabeliyi olduğu TƏBİB və İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi tərəfindən yoxlama aparılsada Musa Abbasovun həmin qurumlardakı əlbir olduğ yaxınları olan depatament rəhbərləri ( E.Qurbanov və Maliyyə rəhbəri) tərəfindən məsələ ört basdır edilib.
Uzun müddətdir ki, qeyri -rəsmi münasibəti olduğu, hal - hazırda "Liv Bonodea" Xəstəxanasında kardioloq kimi fəaliyyət göstərən xanımı, Gəncə Şəhər xəstəxanalarının birinə rəhbər vəzifəyə gətirəcəyinə söz versədə müxtəlif səbəblərdən təyinatı həyata kecirə bilməyib.
Kardioloq xanım yaxın qohumlarıda, bundan hiddətlənərək dəfələrlə direktorun otağında mübahisə edərək narazılıqlarını bildirərək, söhbəti gedən kardioloqun baş həkim təyin etdirmək ücün Musa Abbasova verdikləri "kağız-kuğuzu" geri istəyiblər.
Əsas mövzumuz Mərkəzi Neftçilər Xəstəxanasında, qeyri-qanuni tikinti aparılmasından ibarətdir, belə bir qanunsuzluğa yol vermək, öz şəxsi mənafeyini güdmək qanunlarımıza ziddir. Kafe kimi hovuzun üstündə fəaliyyət göstərən tikintinin, təhlükə doğurmasını əsas götürsək, orda bir neçə xəstələrin təhlükə üzərində olduğu hər kəsə aydın görünür.
Mövzuya qayıdacayıq...
Qarşı tərəfin mövqeyini dnləməyə hazırıq....
--
Xatira Musayeva
Teref.az
 
Ardını oxu...
Teref.az yazır ki, NHMT-nın sədri Mirvari Qəhrəmanlı Azneft İB-nin rəhbərliyinə müraciət ünvanlayıb. Mirvari xanım müraciətində yazır:
"Balaca və yekə "padşahlar" hansısa bir qəddarlığa əl atanda bilin ki, həyat bumeranqdır, özünüzə qayıdacaq.İnşAllah."
Mirvari xanım daha sonra fikrini şərh edərək faktları sadalayır:
"-Ötən il Qaz İxrac idarəsinin Astara mağıstral neft kəmərləri idarəsinin işçisi Nuru onkoloji xəstə Vüqar Abbasovun evinə gəlib ona məcburi işdənçıxma ərizəsi yazdırdı.Xəstə iki həftə sonra dünyasını dəyişdi
-28 May adına NQÇİ rəisi Zaur Bağırov işçisi Həsənov Həsənin xəstəlik vərəqəsini qəbul etməyib onu "proqul" ilə həm işdən azad etdi, həm də ki ,yaşadığı Çilov adasından "deport" etdi.
Azneft İB 1 sayli ixtisaslasdirmish neft-meden xususi texnika idaresinin rəisi Coşqun Mayılov bir il xəstəlikdən sonra 3-cü qrup əlillik almış işçisi Manafov Ramizin xəstəlik vərəqəsini qəbul etməyib, xüsusi araşdırma aparıb,sovet vaxtlarındakı kimi xəstə vaxtı evdə olub olmamasını yoxlayıb aktlar tərtib edərək onu Əmək Məcəlləsinin 70 ç bəndinə əsasən işdən azad edib
Bu halda Çingiz Abdullayevin bir cümləsi yadıma düşdü...."
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 

Ardını oxu...
 
Neftçala rayonunda narazlıq bitib tükənmək bilmir. Bir neçə il bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin sözügedən rayonda uğurlu əməliyyatı digərlərinə dərs olmur, heç nəticə belə çıxarmaq istəmirlər. Sözügedən əməliyyatlardan müəyyən əlaqələr hesabına canını qurtaran Neftçala rayonunda 20 ildən artıq maliyyə şöbəsinin sədri işləmiş Rəşid Manafov yenidən baş qaldırıb.

"Azərbaycan Reallığı"na məlumat verən mənbənin sözlərinə görə xarici görkəmindən Ramiz Mehtiyevə oxşayan bu yaşlı qoca rayonda artıq boz kardinal adında qazanıb. 70 dən çox yaşı olan agsaqqal rayonun məzarlıqlarında yer axtarmaq əvəzinə vəzifədə işləyib vəzifəsindən su istfadə edərək rayonun mərkəzində qeyri qanunu yollarla sahibləndiyi obyeklərin yenidən inkişaf etdirmək arzusuna düşüb. Hələ bu azmış kimi sözügedən rayonun gənc icra başçsı Mirhəsən Seyidovunda yerinə göz dikib.  

Bir sözlə rayonu çapib-talayan qoca korrupsioner rayonda icra başçısı olmağ arzusundadır.

Rəşid Manafov Rayonun maliyyə şöbəsinin sədri işlədiyi dövrdə rayonda xeyli sayda mülkləri, obyektləri özünün yaxın qohumları - qızı, yeznəsi, oğlu və həyat yoldaşının adına rəsmiləşdirərək əldə edib. Bunlardan biri də rayonun mərkəzində yerləşən məişət evidir. Manafov sözü gedən nəhəng obyekti həyat yoldaşının adına qeyri-qanunu yollarla özəlləşdirib.

Demək olar ki, sözügedən idarə adiyyatı üzrə faliyyət göstərmir. Manafov sözügedən idarənin bir hissəsinə özünüz şəxsi biznesi üçüb böyük bir "pekarnı" istifadəyə verib. Bundan əlavə rayonun mərkəzində keçmiş Neftçala rayon icra hakimiyyəti ilə üz-üzə qeyri qanunu yollarla əldə etdiyi bir çox obyektlər, iri ticarət mərkəzə açaraq hüquq-mühafizə orqanlarına da "burada mən, bağdata kor xəlifə" kimi mesajlar ötürür.

Bir neçə gün bundan əvvəl rayon prokurorluğunun keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun bələdiyyə sədri Rövşən Quliyevin həbsi Rəşid Manafovu artıq narahat etməyə başlayıb. Özünün dediyinə görə onun canını bir neçə il bundan əvvəl həbsdən qızı Rəşidə vasitəsi ilə qutarmışdısa bu dəfə artıq arıq çirkli hay harayına kimsə çata bilməyəcək.

Rayonun 50 % ərazisini işğal etmiş bu boz kardinal bu dəfə həbsdən sığortalana bilməyəcək. Bütün xəstəliklərini evdə yox kürdəxanı istintaq təcridxanasında mualicə edəcək Rayonda mülklərə, var- dövlətə sahib olmağ üçün dağıtmadığı ailələr yıxmadıqı evlər qalmayıb.  

Sonda biz yazdıq söz artıq hüquq-mühafizə orqanlarınındır. Ümidvarıq ki, güc strukturları bu şəxsi də yaddan çıxarmayıb barəsində araşdırma aparıb ölçü götürəcəklər.

AZƏRBAYCANREALLIĞI.COM    

Ardını oxu...
 
Neftçala rayonunda narazlıq bitib tükənmək bilmir. Bir neçə il bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin sözügedən rayonda uğurlu əməliyyatı digərlərinə dərs olmur, heç nəticə belə çıxarmaq istəmirlər. Sözügedən əməliyyatlardan müəyyən əlaqələr hesabına canını qurtaran Neftçala rayonunda 20 ildən artıq maliyyə şöbəsinin sədri işləmiş Rəşid Manafov yenidən baş qaldırıb.

"Azərbaycan Reallığı"na məlumat verən mənbənin sözlərinə görə xarici görkəmindən Ramiz Mehtiyevə oxşayan bu yaşlı qoca rayonda artıq boz kardinal adında qazanıb. 70 dən çox yaşı olan agsaqqal rayonun məzarlıqlarında yer axtarmaq əvəzinə vəzifədə işləyib vəzifəsindən su istfadə edərək rayonun mərkəzində qeyri qanunu yollarla sahibləndiyi obyeklərin yenidən inkişaf etdirmək arzusuna düşüb. Hələ bu azmış kimi sözügedən rayonun gənc icra başçsı Mirhəsən Seyidovunda yerinə göz dikib.  

Bir sözlə rayonu çapib-talayan qoca korrupsioner rayonda icra başçısı olmağ arzusundadır.

Rəşid Manafov Rayonun maliyyə şöbəsinin sədri işlədiyi dövrdə rayonda xeyli sayda mülkləri, obyektləri özünün yaxın qohumları - qızı, yeznəsi, oğlu və həyat yoldaşının adına rəsmiləşdirərək əldə edib. Bunlardan biri də rayonun mərkəzində yerləşən məişət evidir. Manafov sözü gedən nəhəng obyekti həyat yoldaşının adına qeyri-qanunu yollarla özəlləşdirib.

Demək olar ki, sözügedən idarə adiyyatı üzrə faliyyət göstərmir. Manafov sözügedən idarənin bir hissəsinə özünüz şəxsi biznesi üçüb böyük bir "pekarnı" istifadəyə verib. Bundan əlavə rayonun mərkəzində keçmiş Neftçala rayon icra hakimiyyəti ilə üz-üzə qeyri qanunu yollarla əldə etdiyi bir çox obyektlər, iri ticarət mərkəzə açaraq hüquq-mühafizə orqanlarına da "burada mən, bağdata kor xəlifə" kimi mesajlar ötürür.

Bir neçə gün bundan əvvəl rayon prokurorluğunun keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun bələdiyyə sədri Rövşən Quliyevin həbsi Rəşid Manafovu artıq narahat etməyə başlayıb. Özünün dediyinə görə onun canını bir neçə il bundan əvvəl həbsdən qızı Rəşidə vasitəsi ilə qutarmışdısa bu dəfə artıq arıq çirkli hay harayına kimsə çata bilməyəcək.

Rayonun 50 % ərazisini işğal etmiş bu boz kardinal bu dəfə həbsdən sığortalana bilməyəcək. Bütün xəstəliklərini evdə yox kürdəxanı istintaq təcridxanasında mualicə edəcək Rayonda mülklərə, var- dövlətə sahib olmağ üçün dağıtmadığı ailələr yıxmadıqı evlər qalmayıb.  

Sonda biz yazdıq söz artıq hüquq-mühafizə orqanlarınındır. Ümidvarıq ki, güc strukturları bu şəxsi də yaddan çıxarmayıb barəsində araşdırma aparıb ölçü götürəcəklər.

AZƏRBAYCANREALLIĞI.COM    

Ardını oxu...
 
 

 
"Kənd Təsərrüfatı Naziri təyin olunandan bu yana İnam Kərimov aqrar sahədə hansı savadın sahibi olduğunu göstərdi. Şəki rayonunda ipəkçiliyin inkişafı ilə bağlı tədbirdə İnam Kərimov baramanı təqdim edənlərdən soruşdu ki, Siz baramanı neçə dəfə suvarırsınız? Gah da fermerlərlə görüşdə quzu qucaqlayaraq Kənd Təsərrüfatı naziri olduğunu bildirdi". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

 

Məqalədə daha sonra iddia olunur ki, İnam Kərimov nazir təyin ediləndən bu yana kadr islahatlarında yalnız həmyerlisi olan yaxınları və qohumlarına üstünlük verən bir şəxs olaraq aqrar sahə kimi aqrar kadr ehtiyatını da məhv etdi.

DİA.AZ-a göndərilən məqalədə İnam Kərimovun yaxın adamları bir-bir təqdim olunur:

Məqalənin əvvəli burada: KTN-nin göz bəbəyi olan ADAU NECƏ MƏHV EDİLİR... - Bu İNAMLA hara qədər gedə bilərik?

Məqalənin davamında deyilir: "İnam Kərimovun tapşırığı ilə bir baxaq kimlər idarəçilik edir ADAU-nu...

Famil Nəsibov:

Famil Nəsibov baytarlığın dekanı... Göyçəlidir. Heyvandarlıq Elmi Tədqiqat inistutunun drektoru olub. Korrupsiya əməlinə görə işindən azad edilib. İnam Kərimovun tapşırığı ilə ADAU-ya dekan vəzifəsinə gətirilib indi də ADAU də eyni əməllərini davam etdirir.

Mahmudova Sevinc:
O da Dillər kafedrasının baş müəllimi Göyçəlidi... Zəfər Qurbanovun xalası qızıdı. "Univerisitet biz Göyçəlilərindi" deyib müəllim və professor heyyətininin gah davamiyyətini yoxlayır, gah da onlara dişinin dibindən çıxanları deyir. Qohumluq əlaqələridir ki, Sevinc Mahmudova "mən kafedra müdiri olacam" deyib hər kəsi təhqir edir... "xalam oğlu Zəfər Qurbanovdur, nə istəyirəm o da olmalıdır" deyib təhsil ocağını tamamilə nüfuzdan salıb. Sanki ADAU-da işləyən müəllim heyəti türmədədir... "nadzor"u da Sevinc Mahmudovadır... Türmənin rəisi də Zəfər Qurbanovdur...

Azad İbrahimov:
Elmdən uzaq bu şəxs neçə illər Təsərrüfat işləri üzrə prorektor olub. Universitetin invertarını satıb mənimsəyən Bitki Mühafizəsi E.T.İnistutunun drektoru olmuş korrupsiya əməllərinə görə direktorluqdan azad edilən Azad İbrahimov ADAU-da İnam Kərimovun tapşırığı ilə Elmi işlər üzrə prorektordur. Elmin nə olduğunu belə bilməyən əsli Göyçəli olan Azad İbrahimov bu gün universitetdə Zəfər Qurbanova kadr islahatlarına məsləhətlər verir. Zəfər Qurbanov isə Göyçəli prinsipi apararaq universitetin tədris işləri üzrə prorektoru ola-ola tədrisi Azad İbrahimova həvalə edib.

İnam Kərimov Aqrar təhsil ocağına ya aqrar sahəni bilməyənləri, ya da korrupsiya əməllərinə görə vəzifəsini itirənləri ADAU-ya yerləşdirib. Bütün bunların əsas himayədarı isə..."

Bu barədə NÖVBƏTİ YAZIDA...

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

XalqXeber.Az
Ardını oxu...

Qazax rayonundan narazılığa səbəb olan daha bir məlumat.

Qazax rayon sakinləri tərəfindən "DogruXeber.az"a məlumat və həmin məlumatı təsdiq edən videogörüntü göndərilib.

Göndərilən məlumatda bildirilir ki, "Qazax rayon İcra Hakimiyyətindən təqribən iyirmicə metrlik məsafədə - "İstanbul" restoranının, qardaş Türkiyə vətəndaşlarının şəhidlərin xatirəsi üçün saldırdıqları parkın yanında yerləşən sanitar qovşaq çox iyrənc vəziyyətdədir. Ətraf əraziləri üfunət bürüyüb. Hələ yay aylarında müxtəlif murdar həşəratların əlindən və ətrafı bürüyən iyrənc qoxudan ərazinin bir neçə metrliyindən belə keçmək mümkünsüz olur.

Lakin, sözügedən ünvan mərkəz küçəsi sayılır və əhalinin çox sıx hərəkət etməyə məcbur olduğu yerlərdən biridir".

Qeyd edək ki, vətəndaşın sözlərinə görə Rəcəb Babaşov Qazax rayonuna yenicə İcra başçısı təyin olduğu zaman sözügedən sanitar qovşağı bir dəfə təmir etdirib. Lakin, sonrada təkrar yaranmış vəziyyət üçün müraciət edilsə də artıq, İcra Hakimiyyəti məsələni "qulaqardına vurur".

Sözügedən görüntülər "Kanal14" youtube kanalında "Kamalın zamanı" proqramında yayımlanıb.


P.S: Qeyd edək ki, təqdim etdiyimiz bu görüntüləri Qazax rayon İcra Hakimiyyətinin məsul işçilərindən birinə votsap vasitəsilə şəxsən göndərmişik. Məsul şəxs baxıb cavablandıracağını bildirsə də, artıq bir neçə gündür ki, redaksiyamıza heç bir cavab verilməyib.

Odur ki, qarşı tərəfin də cavab haqqını tanıyırıq.

DogruXeber.az
Jalə Asiman


Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 

 


Ardını oxu...
DİA.AZ: - "ARB-də Elgiz Əkbərin məlum verilişində mütəxəssis kimi dəvət olunan pediatr Kənan Qarayev heç də efirdə göründüyü kimi deyil. İki dəfədir qəbulunda olduq. Həkim qəbula gələnləri gözlətməkdən həzz alır". DİA.AZ bildirir ki, bu barədə tanınmış jurnalist Cavid Şahverdiyev sosial şəbəkədi paylaşımında giley edir.

Ardını oxu...

Jurnalist daha sonra yazır: "Saat 10.00-da qəbula yazılan şəxsi saat 3-də qəbul edir. Haqqını tələb edənə isə kobud cavab verir. Bizi də saat 14.30-da qəbula yazdılar, getdik saat 16.30-a kimi qapı arxasında qaldıq. Əvvəlki gün kimi. Hamı narazılıq edirdi. Kənan Qarayev ancaq tanışlarını qəbul edirdi...

Bizi qəbula yazan xanımla telefonla əlaqə saxlayırlq ki, bəs bu saata bizi qəbula yazmısız.. "Gözləyin çağıracağıq da, mən xəstələri qəbul edirəm."...

Haqqımızın pozulduğuna, həkimin ora gələnlərə münasibətinə etiraz etdikdə, Kənan Qarayevdən "gözləmə, çıx get, sizdən xahiş etməmişdik ki, gələrsiz" cavabını aldıq. Axı vəsait ödəmişəm. "Get vəsaitini reseptiondan geri al"... Həkimin qəbul saatından belə xəbəri yoxdur. Məndən soruşur ki, kim sizi bu saata yazıb... Bu da həkim mədəniyyəti, etikası, qəbuluna gələnə münasibəti. Ödədiyimiz pulu geri aldıq".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən pambıqyığan kombaynların satın alınması üzrə keçirilmiş açıq tenderin nəticələri açıqlanıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə qalib “AGROMOTORS AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “Aqroservis” ASC tərəfindən 14.12.2022-ci il tarixdə başlanmış təkliflər sorğusunun nəticələri 24.01.2023-cü il tarixdə açıqlanıb və MMC ilə 16 756 300 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Bu satınalma müqaviləsinin bağlanılması zamanı zamanı yol verilən qanunsuzluqlar sözün əsl mənasında böyük bir bir biabırçılıqdır. Birincisi, ASC-nin Tender Komissiyası şərtlər toplusunda neçə pambıqyığan kombaynın alındığını açıq göstərməyib. Bu isə qiymətlərin süni şəkildə şişirdilməsinə əsaslı şübhələr yaradır. İkincisi isə “Aqroservis” ASC təkliflər sorğusu elanını verəndə, yəni 14.12.2022-ci il tarixdə “AGROMOTORS AZƏRBAYCAN” MMC-nin cəmi altı ay fəaliyyətə başlamasıdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AGROMOTORS AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 08.06.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, MİR CƏLAL, ev 143B, m. 106, qanuni təmsilçisinin isə Bayramov Rövşən Sabir oğlu olduğu göstərilir.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi MMC tender proseduru başlamazdan cəmi 6 ay əvvəl dövlət qeydiyyatına alınıb. Təkliflər sorğusunda iştirak etmək üçün sənədlərin qəbul edildiyi vaxtda, 14.12.2022-ci il tarixindən – 28.12.2022 18:00 tarixinədək olan müddətdə “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Tender Komissiyası MMC-nin yeni dövlət qeydiyyatına alındığını görməyiblərmi? Axı bu “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin tələblərinə cavab vermir. Sözügedən maddədə göstərilir.

48.3. Satınalan təşkilat təkliflərin qiymətləndirilməsi üçün meyarları, hər belə meyarın nisbi qiymətini və təkliflərin qiymətləndirilməsi zamanı tətbiqi qaydasını müəyyənləşdirir. Bu meyarlar aşağıdakılara aiddir:

48.3.1. malgöndərənin (podratçının) idarəetmə və texniki səriştəsinə;

48.3.2. malgöndərənin (podratçının) təklifinin satınalan təşkilatın ehtiyaclarının ödənilməsi baxımından səmərəliliyinə;

İnternet resusrlarında açıq mənbələr üzərindən apardığımız araşdırmalarda “AGROMOTORS AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət sferası ilə bağlı heç bir məlumata rast gəlmədik. Amma MMC-nin qanuni təmsilçisi Bayramov Rövşən Sabir oğlunun barəsində məlumat tapdıq. “DOST İş Mərkəzi” MMC ilə əmək müqaviləsi bağlanılmış Xaçmaz rayonu üzrə avqust ayında əməkhaqqı alan ictimai işçilərin siyahısında Bayramov Rövşən Sabir oğlunun da adı var. Həmin siyahı ilə bu linkdən tanış olmaq olar. https://www.sosial.gov.az/FWsiyah%C4%B1s%C4%B1/XA%C3%87MAZ.pdf

Xaçmazda fəhlə işləyən Bayramov Rövşən Sabir oğlu necə olur ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə 17 milyon manat civarında pambıqyığan kombayn alır? Əsas bu suala aydınlıq gətirməkdir. Son vaxtlar bu kimi hallarla tez-tez rast gəlinir. Başqasının adına yaradılmış MMC-lərin dövlət sifarişləri almaları barədə media resurslarında kifayət qədər məlumatlar tapmaq olar. Çox güman ki, Rövşən Bayramov da Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifə tutanlardan birinin adamıdır. Çox istərdik ki, sözügedən nazirlik də, ona tabeli “Aqroservis” ASC -də, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də bu müəmmalı alqı-satqı müqaviləsinə aydınlıq gətirsin.

Aktualinfo.org
Ardını oxu...
Biləsuvarda Milli qəhrəmanın adına hörmətsizlik
Biləsuvar rayon sakini Niyazi Məmmədov adlı Facebook istifadəçisi sosial şəbəkədə bir videogörüntü yayımlayıb.

Videogörüntülərdə açıq görünür ki, Şəhərin mərkəzi küçələrindən birində - dillərdə dastan olan Milli qəhrəman Mübariz ibrahimovun adına olan küçədə məişət tullantıları az qala "ayaq tutub yeriyir".
Yaranmış antisanitar vəziyyət həm şəhərin gözəlliyinə kölgə salır, həm ətrafda yaşayan, hərəkət edən insanların sağlamlığı üçün təhlükə saçır, ən başlıcası isə Milli qəhrəmanımızın adına çox böyük hörmətsizlikdir ki, buna da səbəbkar olan Rayon İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Birliyidir.

Güman edirik, qısa zamanda rayon rəhbərliyi məsələ barəsində lazımi tədbirlər görəcəkdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 

Ardını oxu...
Cəlilabad rayon Zərbiəlli kənd məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd edilən məktəbdə 2019-2022-ci illər ərzində tədris edilməmiş dərs saatlarına görə əməkhaqqı ödənilməsi və nəticədə dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə mənimsəmə, xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
DİA.AZ-ın məlumatına görə, hadisəyə münasibət bildirən təhsil üzrə ekspert Elçin Əfəndi "Sherg.az"a açıqlamasında bildirib ki, təkcə Cəlilabad kənd məktəbində deyil, respublikanın əksər rayon və kəndində yaşanan haldır:
"Bir çox məktəb rəhbələri, direktorlar fürsətdən istifadə edirlər. Hansısa məktəbdə bağbana ehtiyac varsa, iki bağban qeydiyyata alınır. Bağbanlardan birinin pulu mənimsənilir. Təsərrüfat işçilərinin sayı 5 nəfər olmalıdısa, 3 nəfər işə götürüb, 2 nəfərin pulunu yenə də direktor mənimsəyir və s.Təhsil sektorunda çoxlu yeyinti mövcuddur. Yeyintinin məbləğini hesablasaq, dövlət büdcəsini kifayət qədər çapıb-talamaq faktları üzə çıxa bilər. Hesablama Palatası Elm və Təhsil Nazirliyində yoxlamalara başlamalıdır. Regional təhsil idarələrinin tabeliyindəki məktəblər də yoxlanılmalıdır. Kimlər saxta yolla işə qəbul olub? Orda çalışan müəyyən şəxslərin aldığı əməkhaqqının hansı hissəsi mənimsənilir? Elə direktorlar var ki, vətəndaş bildirişləri əsasında müəyyən işçini işə götürəndə şərt kəsirlər. Tutalım, "əməkhaqqının 2 ayını mən götürəcəm, növbəti aylarda sən alacaqsan" ".

E.Əfəndinin dediklərinə görə, məmur dövlət büdcəsindən milyonlarla vəsait talayanda məktəb direktorları da, müxtəlif üsullarla çəkinmədən belə addım atırlar:

"Qanunsuz əməllərə yol verənlərin sayı çoxdur. Təkcə təhsildə deyil, səhiyyədə eləcə də, digər sahələrdə eyni hallara rast gəlmək mümkündür. Problemin aradan qalxması üçün hər kəs əlini daşın altına, vicdanına qoymalıdır.

Son 6-7 ay ərzində məktəb direktorlarının rüşvət faktoru ilə vəzifədən uzaqlaşdırılıb. Həmin şəxslər bir müddət sonra başqa məktəbdə direktor vəzifəsinə təyin olunursa, digərləri də bundan qorxmaz. Onlar düşünürlər ki, başqa yerə tanışlıq, yaxud rüşvət qarşılığında yeni təyinat alacaqlar. Gen-bol qanunsuz əməllər həyata keçirirlər".

Dünyapress TV

Xəbər lenti