Ardını oxu...
Ucar rayon sakinləri tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Prezident dəfələrlə Ucar rayon Xəstəxanasında baş alıb gedən özbaşınalıqlar barədə məlumat veririk.Ancaq heç bir tədbir görülmür.Bir neçə gün əvvəl Ucar Rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlının yaramazlığının növbəti qurbanı 23 yaşlı gənc oldu.
Ardını oxu...
Belə ki, Ucar rayonu Bağman kənd sakini Əliyev Kamil Vüqar oğlunu 09 may 2023-cü il tarixdə təxminən saat 21-00 radələrində avtomobil vurması nəticəsində xəsarət almışdır.Yaralı gənci dərhal Ucar Rayon Xəstəxanasına çatdırırlar.Orada heç bir tibbi yardım göstərilmir və 3 saatdan sonra deyirlər ki, yaralı ölüb götürün aparın.Yaxınları Kamil Əliyevi evə gətirirlər.Bir saatdan sonra yaralı gənc Kamil Əliyev özünə gəlir ayılır.Yaxınları onu dərhal avtomobillə Kürdəmir rayon Xəstəxanasına çatdırırlar.Orada həkimlər müayinə edib deyirlər ki, Kamil 10 dəqiqə əvvəl dünyasın dəyişib bunu niyə vaxtında xəstəxanaya gətirməmisiniz.Kamil ailənin yeganə oğlu idi.Allah rəhmət eləsin.Ucar rayon Xəstəxanasında savadlı həkimlər olsaydı Ardını oxu...
Budur Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynal Bayramlının yarıtmaz fəaliyyətinin nəticəsi. İndiyə qədər Ucar xəstəxanasında çoxlu sayda xəstə həkim səhlənkarlığının qurbanı olsada heç kəs məsuliyyətə cəlb edilməyib.Çünki Zeynal Bayramlı talançılıq yolu ilə əldə etdiyi küllü miqdarda kapital hesabına bütün cinayətlərinin üstünü ört-basdır edə bilib.Adam vəzifədə qalmaq üçün bütün vasitələrdən istifadə edir bütün iyrənc oyunlara qol qoyur.
Zeynal Bayramlı 2005-ci il tarixdə müəmmalı şəxildə diplom əldə edən kimi qohumu keçmiş nəqliyyat naziri Ziya Məmmədov onu Ucar rayon Qazıqumlaq xəstəxanasına baş həkim iki ildən sonra 2007-ci il tarixdə isə Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin etdirib.
Xəstələrinin boğazına dövlətin ayırdığı pula qənim kəsilən Zeynal Bayramlı küllü miqdarda var-dövlətə sahib olub.
Onun talançılığı barədə kifayət qədər subutlar var şikayətlər edilir.Ancaq vəzifədə qalmaq üçün mərkəzi orqanlara pullar xərcləyir.Rüşvət hesabına vəzifədə qalan Zeynal Bayramlının qanunsuz əməllərindən Ucar sakinləri çox əziyyət çəkirlər.
Hörmətli Prezident bütün ümüdlər ancaq Sizədir.Sizdən xahiş edirik korrupsiyaya qurşanmış dövlətin ayırdığı pula xəstənin boğazına qənim kəsilmiş bütün fəaliyyətini korrupsiyaya talançılığa həsr etmiş Zeynal Bayramlının barəsində tədbirlər görəsiniz.

İmza; Ucar rayon sakinləri
Seyidov Sadiq Əhməd oğlu 050 445-63-92
Əliyev Sənan Mövsüm oğlu
Yaqubova Kifayət Tahir qızı
Umudov Nazim Cəlil oğlu
Əbilova Fatimə Kazım qızı
Məmmədova Mənzər Səfa qızı
Teref.az
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafael Quliyevin qohumbazlıq siyasəti, özünün və yaxın ərtafındakı şəxslərin şəxsi qazancını artırmaq üçün əkin sahələrini ələ keçirməsi, hələ Biləsuvar RİH-də başçının Aqrar məsələlər üzrə müavini işlədiyi dönəmdə rayonun 24 kəndinin hər birində Maliyyə Nazirliyinin təftişçilərinin apardığı yoxlamalar zamanı külli miqdarda maliyyə yeyintilərinin üzə çıxması, artıq subsidiya almaq üçün yerlərdə arpa əkinlərinin buğda kimi göstərilməsindən və s. neqativ hallara rəvac verməsindən yazmışdıq.

Zərdab rayonunun Dəkkəoba kənd sakini, Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi Əhmədov Şəmsi Fazəddin oğlunun əslini hazırki Kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədova, surətini “Dəryaz” qəzeti redaksiyasına göndərdiyi və KİV-də ictimailəşdirilməsini xahiş etdiyi şikayət ərizəsində də Rafail Quliyevin adı keçir.
Ardını oxu...
Şəmsi Əhmədov yazır:

“Kənd Təsərrüfatı Nazirliyin tabeliyində olan “Azəraqrar” MMC-nin əkin olmayan torpaqlarına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qanunsuz olaraq subsidiya ayrılması ilə bağlı Baş Prokurorluga etdiyim müraciətə KTN Aparat rəhbəri Rafail Quliyev cavab yazaraq elə bir halın olmadığını bildirib.

Sənəd üzrə 350 hektar əkin sahəsi olan bir təsərrüfata illər üzrə 550 hektar, 700 hektar, 600 hektar, 400 hektar əkin üçün subsidiya ayrılıb.

Kənd Təsərrüfati Nazirliyinin tabeliyində olan “Azəraqrar” MMC-nin Zərdab rayonu ərazisində cəmi 350 hektar əkin sahəsi olsa da, illər üzrə 550 hektar, 700 hektar, 600 hektar, 400 hektar əkin üçün subsidiya ayrılıb. 2021-ci ildə 700 hektar (bəyan nömrələri 2550646, 2470891, 2116741, 2071194,) əkin bəyan edərək subsidiya alınıb. Bu il ərzində həmin ərazidə “Azəraqrar” MMC-nin pambiq bəyanı monitorinqə düşən zaman monitorinqin nəticəsində məlum olub ki, həmin bəyan üzrə əkin əkilməyib və əkin olmadığı barədə aqronom akt tərtib edib (akt əlavə edilir), eyni zamanda həmin mövsümdə 400 hektar arpa əkini bəyan etmişdir. Monitorinq zamani həmin əkinlərin yerində olması barədə akt tərtib edilmişdir (akt əlavə edilir). Yalan bəyan edildiyi aşkar edilsə də, sonralar həmin “Azəraqrar” MMC-yə nə cərimə tətbiq olunub, nə subsidiya kəsilib. Sonraki illər də subsidiyadan məhrum edilib. Həmin illərdə “Azəraqrar” MMC nə aqrokimyəvi analiz, nə də aqrar sığorta etdirmədən subsidiya alıb. 2021-ci ildə həmin ərazidə KTN daxili nəzarət sektorunun müdiri Ramin Əhmədovun başçılığı ilə yerində yoxlama aparılsa da, qohumu Fuad Mayılovun köməkliyi ilə heç bir tədbir görülmədi və bu fakt sabiq nazir İnam Kərimovdan gizlədildi”.

Sonda müəllif cənab nazirdən xahiş edir ki, onun bütün yazdıqlarımı nəzarətə götürsün və müvafiq tədbir görülməsini təmin etsin.

Mövzunu davam etdirəcəyik

Deryaz.az

Ardını oxu...
 
 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında rüşvət tuğyan edir – FAKT

 

Redaksiyamıza daxil olan şikayətə əsasən göstərilir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının yeni təyin olunmuş direktoru Tamara Nurəliyeva və kadrlar şöbəsinin müdiri Gülnarə adlı qadınla əlbir olub xəstəxananı rüşvət ocağına döndəriblər. Mənbə bildirir ki, Gülnarə hətta elə azğınlaşıb ki, qohumlarından belə 5-6 min manat civarında rüşvət alaraq güya onları xəstəxanaya işlə təmin edəcəkdir. Zaqatalanın Car və Kebeloba kənd sakinlərindən üç nəfəri də bu yolla aldadaraq külli miqdarda pullarını mənimsəmişlər. Karlar şöbəsinin müdiri Gülnarə bölgəyə virus kimi kök salaraq hər yerə yayılmışdır. Hətta qızını belə Balakən Rayon Mərkəzi Xəstəxanasına min hoqqa çıxardaraq işə düzəltmişdir ki, o da orada rüşvət burulğanı yaratsın. Atalar məsəli var – “ana gəzən ağacı, qızı budaq-budaq gəzər”. Şikayətdə bildirilir ki, xəstəxananın “şillə vuran”ı var, Emin adlı şəxsin hətta ləqbi də varmış (ləqəbi balkon). Tamara Nurəliyeva rüşvət aldığı otaqlarda video kameranı qoydurmayıb, amma bəzi insanları şantaj etmək üçün digər otaqlara video kameraları quraşdırıb. Tamara Nurəliyeva bəzi çirkli işlərini məhz Emin adlı şəxslə həyata keçirir. Emin haqqında bəzi xoşagəlməz, etikadan uzaq faktlar da mövcuddur. Bir faktı da nəzərinizə çatdırmaq istəyirik ki, Tamara Nurəliyevanın həyat yoldaşı da bu rüşvət bazarında bir başa əsas rollardan biridir. Rüşvəti alıb, kimi işə düzəltmək, kimi işdə saxlamaq lazımdır, onun rəyi ilə həyata keçirilir.

P.S. Bu xətəxana haqqında çox faktlar və xoşagəlməz hallar barədə daha ətraflı sizi tanış edəcəyik. Kimlər burada nə hoqqalardan çıxırlar, video sujetlərlə sizə təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Qanunedalet.com.az

 

XalqXeber.Az
Ardını oxu...
DogruXeber.az: - "Yazıb sizə bildirmək istəyirəm ki, Bakı şəhəri 61 №-li tam orta məktəbdə illərdi özbaşnalıq, korrupsiya ( rüşvətxorluq ) baş alıb gedir. Dəfələrlə cənab prezident İlahm Əliyev tərəfindən və sizin tərəfdən xəbərdarlıq və lazım olan tədbirlər görülməsinə baxmayaraq, bu məktəbdə hər bayram ( müəllimlər günü, Yeni il bayramı, 8 mart, Novruz bayramı və s. ) şagirdlərin valideyinlərindən qeyri rəsmi pullar yığılır. Adı da qoyulur ki, valideyinlərin şəxsi təşəbbüsüdür və bayram payıdır".

Bu sözlər Təhsil naziri Emin Əmrullayevə valideynlər adından edilən müraciətdə yer alıb.

Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə daha sonra deyilir: "Məbləğlər isə ən azı 30 azn, orta 50 azn təşkil edir. Hətta natamam orta təhsil atestatını belə pul ilə satırlar ( qiymət düzəltmə qalsın qırağa ), adi atestatı, hansı ki dövlət tərəfindən təmənnasız və rüsumsuz verilir, bu məktəbdə isə satılır. 11 sinif atestatı barədə heç danışmıram belə. Bütün bunların arxasında təbii ki məktəbin direktoru Zenfira Şıxəliyeva durur. Onun tapşırığı ilə, sinif rəhbərləri pul yığır ( bəzilərini çıxmaq şərti ilə ) və Zenfira xanıma «dolya» çatdırır, yoxsa sıxışdırılır və əziyyət verilir. Bu işlər hər sinifin komitəsinin əli ilə görülür ki, üstü açılmasın deyə. Müəyyən siniflərə xüsusi müəllimlərin verilməsi və təyin edilməsi, o biri siniflərdə isə zəif müəllimlərin tyin edilməsi də adi haldır. Müəyyən şagirdlərə, valideyinin tutduğu vəzifəyə + pul müqabilində qiymətlərin yazılması, şagirdin dərsə gəlməməsinə də göz yumulur. Məktəbin yanında tikilən binanın kanalizasiyasının da məktəbin altından keçməsi və bunun nəticəsində yaranan antisanitariya ayrı mövzu. Məktəbin idman zalını yalandan kosmetik remont edirlər, o zal çökür. Antisanitariya və xəstəlik yuvasıdır. İllərdi bu direktor vəzifasindən suiistifadə edir.Unudub ki, bu vəzifə ona dövlət tərəfindən verilib, laiqincə icra etmək üçün. Amma Zenfira x. özünü bu məktəbin sahibi sayır, heçnədən qorxub-çəkinmir, «gedin kimə şikayət edirsiniz edin» deyir. Bu özbaşnalığa son qoyulmalıdır. Məktəbdə cərəyan edən əxlaqsızlıqlar barədə düşünürəm ki sizin məlumatınız var. Bu necə təlim, tərbiyə və maarifləndirmədir ?? Hamı da ( istər müəllim, istər valideyin ) şikayət etməkdən çəkinir. Çünki öz işinə görə, balasına görə qoxur. Hər şey göz qabağında və bu xanım hələdə direktor vəzifəsini icra edir.
Ümüd edirəm ki, tez bir zamanda bu özbaşnalığa son qoyulacaq. Bu müraciətin bir nüsxəsinin cənab Prezidentə və Vitse-Prezidentə göndəriləcəyini nəzərinizə çatdırıam..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
 
 

Biləsuvarın Səmədabad kənd sakini Nabatəli Qulam oğlu Pələngov dələduzluqla üzləşdiyini deyir.

 

Vətəndaş Meydan TV-yə deyir ki, 1998-ci ildə kənd ərazisindən ona verilən 5,75 hektar pay torpağını sənədləşdirmək istəyib.

"Çıxarış almaq üçün lazımi sənədlərimi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Biləsuvar Rayon Şöbəsinə təqdim etdim. Ərizənin son icra tarixi 2023-cü il mayın 9-u olmasına baxmayaraq, ona heç bir rəsmi cavab verilmədi. Mayın 10-da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin "Qaynar xətti”nə zəng etdim. Bildirdilər ki, ərizəyə baxılmır. Çünki sənədimdə qeydə alınmış 5,75 hektar sahədən 66 sot çatmır”, – Nabatəli Pələngov deyir.

"Dedilər ki, torpaq azalıb. Bu qar deyil ki, yaz gələndə ərisin. Torpaq necə azala bilər? Cavab verirlər ki, belə hallar olur. Mən də dedim ki, bu ölçünü və qeydiyyatı dövlət məmurları aparıblar. Sağdan və soldan qonşularımla sərhədim var. Cavab verdilər ki, guya o vaxt səhv ölçülüb”, – o bildirib.

Vətəndaşın sözlərinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsindən ona iltizam yazaraq 66 sotdan imtina etməsi tələbi qoyulub: "Söhbət təkcə məndən getmir. Kənddə bütün pay torpağı olan adamlardan bunu tələb edirlər. Çox ciddi şübhələr var ki, vətəndaşların pay torpaqlarından müəyyən hissəni kimsə ələ keçirmək istəyir. Bu, Prezidentin kənd təsərrüfatında çalışan insanlara göstərdiyi qayğıya məmurların cavabıdır”.

Nabatəli Pələngov bildirir ki, aidiyyəti qurumlar məsələyə baxmadığı üçün iqtisadiyyat naziri Mikayıl Cabbarova məktub yazıb: "İndi mən notarial qaydada guya çatmayan 66 sot torpaqdan imtina etməliyəm. Əgər, doğrudan da, torpaq əskikliyi vardısa, bəs nəyə görə bizdən iltizam alırlar ki, torpaqdan imtina edin? Nəsə bu məsələdə böyük oliqarxların əlini görürürəm. Bir deyil, beş deyil. Həmin kənd qoyunçuluq sovxozu olub. Ərazisi də tükənməzdir. Tutaq ki, o vaxt səhv ölçülüb. Onda çatışmayan torpaq əsasında çıxarışın verilməsi məcburidir. Buna görə də biz imtina ərizəsi yazmalı deyilik”.

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Biləsuvar Rayon Şöbəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsindən Meydan TV-nin zənglərinə cavab verilməyib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Kamal Şahbazov Meydan TV-yə bildirib ki, pay torpaqlarının verilməsi yerli icra hakimiyyəti deyil, Aqrar İslahat Komissiyası tərəfindən verilib: "Ölçünü də onlar aparıb. Sonradan Aqrar İslahat Komissiyası ləğv olunub”.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin mətbuat xidməti Meydan TV-nin sorğusunu cavabsız buraxıb.
 //Meydan TV//

Ardını oxu...

 

XalqXeber.

Ardını oxu...
“Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyinin təsisçiləri, müdafiə nazirinin sabiq müavini Mehman Səlimov, Böyükağa Abdullayev və Əliabbas Rüstəmov tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

İlk öncə, 08.05.2023-cü il tarixdə vermiş olduğunuz əfv sərəncamına görə, “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyinin, eləcə də məhkumların və məhkum ailələrinin adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Eyni zamanda, bizim üçün sevindirici haldır ki, Siz 30 il işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad etdiniz, parlaq qələbənizlə işğala son qoydunuz. Ulu öndər Heydər Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət etdiniz və Sizə etdiyi vəsiyyətinə, verdiyiniz sözə əməl etdiyinizi, Şuşanı azad etdiyinizi dünya ictimaiyyətinə çatdırdınız.

Siz, Azadlıq Meydanında Qələbə Paradı keçirdiniz.

Siz Ermənistanı məğlub etdiniz.

Siz Qarabağın xilaskarı kimi tarixə düşdünüz.

Siz 2023-cü ili “Heydar Əliyev İli” elan etdiniz, hansı ki, bu tarix əbədi yaşayacaqdır.

Bundan başqa, bütün hakimiyyət nümayəndələri, bütün məmurlar Sizin qələbələrinizə, uğurlarınıza sevinən, Sizinlə qürür duyan 8 milyonluq Azərbaycan xalqına “Heydar Əliyevin 100 illiyi ilə bağlı möhtəşəm əfv sərəncamı veriləcəkdir”, - deyərək, ali kürsülərdən çıxışlar etdilər və insanları sevindirdilər.

Hörmətli Prezident!

Təəssüf ki, çox keçmədi, bu pafoslu çıxışlar edən məmurlar əfv sərəncamı ilə bağlı yenə də Sizi aldatdılar və Sizi sevən, Sizə güvənən insanları məyus etdilər. Çünki, bu sərəncamın bundan öncə verilmiş əfv sərəncamlarından heç bir fərqi olmamışdır. Hesab edirik ki, “möhtəşəm əfv sərəncamı” veriləcəkdir deyənlərdən, ağız dolusu, pafosla danışanlardan bir gün soruşacaqsınız ki, deyin görək, bu sərəncamın öncəkilərdən möhtəşəm olmasının fərqi nədədir? Əlbəttə, cavab verə bilməyəcəklər.

“Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyi olaraq daima düşünürük ki, bu əfv sərəncamı nəyə görə Ulu öndərin adına layiq, möhtəşəm olmadı? Bu möhtəşəmliyin qarşısını kimlər aldı? Heydar Əliyevin adı ilə, 100 illiyi ilə bağlı olan layihələrə əngəl törədənlər, dedi-qodu yayanlar, boğazdan yuxarı danışanlar, bununla Sizin siyasi kursunuza qarşı çıxanlar kimlərdir?

Unutmasınlar ki, tarix ətrafınızdakı məmurların bu xəyanətini də əbədi yaşadacaqdır!

Cənab Prezident!

İctimai Birlik olaraq araşdırmışıq və bildiririk ki, məmurların əfv sərəncamı ilə bağlı Sizi aldatmasının da kökündə korrupsiya, rüşvət durur. Belə ki, Ədliyyə Nazirliyi rəhbərliyinin iradəsinə uyğun olaraq, bütün ədliyyə əməkdaşları məhkumların və məhkum valideynlərinin beyninə həkk etmişlər ki, “məhkumun pulsuz əfv olunması mümkünsüzdür, qəti ola bilməz. Çünki məhkumun əfv olunması üçün Əfv Komissiyası tərəfindən xasiyyətnamə tələb edilir, bunu da Ədliyyə Nazirliyinin əməkdaşı verir. O da, məhkum ölsə də, pulsuz xasiyyətnamə vermir”. Bax, məmurlar beləcə xayanət edirlər.

Belə olan halda sual yaranır: Cəzaçəkmə Müəssisələrində məhkumlardan alınan pullardan, baş verən korrupsiyadan, rüşvətdən Ədliyyə naziri cənab Fikrət Məmmədovun və Baş Prokurorluğun xəbəri yoxdurmu? Əlbəttə, var!

Cənab Prezident!

Biz, İctimai Birlik olaraq araşdırmışıq və bütün bunlarla bağlı Sizə məlumat veririk. Məsələn:

- Ədliyyə Nazirliyinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudov kimdir?

- Sözügedən Cəzaçəkmə Müəssisəsində nələr baş verir?

Bildirirk ki, 6 saylı Cəzaçəmə Müəssisəsində 1800 nəfərdən artıq məhkum var. Cəzaçəmə Müəssisəsinin rəisi Məmməd Mahmudov əslən şəkilidir, Baş nazirin sabiq müavini Abid Şərifovun qızının əridir. Üstəlik, Ədliyə naziri Fikrət Məmmədovun özünün yaxın qohumudur. İxtisasca, ali təhsilli həkim-cərrahdır. Ədliyyə Nazirliyi sistemində “Dollar Məmməd” və yaxud da “Cərrah-cəllad Məmməd” kimi tanınır. O, 8 ilə yaxın müddətdir ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində rəis vəzifəsində çalışır. Hansı ki, Ədliyyə Nazirliyi tarixində heç bir rəis bir müəssisədə 5 ildən artıq rəhbər vəzifədə işləməmişdir.

8 ildə istər cəzasını tam çəkdikdən sonra azadlığa buraxılmış, istər əfv olunmuş, istər cəzasının 2/3 hissəsini çəkdikdən sonra rejimini dəyişmiş və istər də hal-hazırda cəza çəkən elə bir məhkum tapmaq olmaz ki, Məmməd Mahmudov ondan rüşvət almamış, yaxud da o məhkumu pul üstündə işgəncəyə məruz qoymamış olsun.

Həmçinin, 8 ildə elə bir məhkum ailəsi ola bilməz ki, məhkumla uzunmüddətli görüşdə olması ilə bağlı Məmməd Mahmudova pul ödəməmiş olsun.

8 ildə elə bir məkum tapmaq olmaz ki, qohumları, dostları, valideynləri onunla görüşə gəldikdə Məmməd Mahmudovun təyin etdiyi adamlar onlardan pul almamış olsun.

Məmməd Mahmudov yeganə rəisdir ki, məhkumlardan məcburi qaydada su, işıq, qaz pulu yığdırır.

O, yeganə rəisdir ki, onun rəhbərlik etdiyi Cəzaçəkmə Müəssisəsində tualet, hamam, telefon pulludur.

O, yeganə rəisdir ki, məhkumlardan yemək, yatmaq pulu yığdırır.

O, yeganə rəisdir ki, Cəzaçəkmə Müəssisəsində qumar oynatdırır.

O, Yeganə rəisdir ki, rəhbərlik etdiyi Cəzaçəkmə Müəssisəsində narkotik satdırır.

O, yeganə rəisdir ki, ona yaxın olan sahibkarlara vergidən yayınmaq və gizli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Cəzaçəkmə Müəssisəsində şərait yaratmışdır.

O, yeganə rəisdir ki, məhkumları gizli sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara pula satmaqla məşğuldur. Hansı ki, həmin sahibkarlar məhkumların əməyinin haqqını birbaşa Məmməd Mahmudova çatdırırlar.

Məmməd Mahmudov yeganə rəisdir ki, məhkumlara ayrılan ərzağı və dərman peraparatlarını onların özlərinə pulla satdırır.

Məmməd Mahmudov yeganə rəisdir ki, rejimini dəyişmək istəyən məhkumlardan bir ilinə 5-6 min manat tələb etdiyi halda, bu günkü əfv sərəncamından sonra, bir ilinə 7-8 min manat tələb edir və hal-hazırda yığımı davam etdirir.

Məmməd Mahmudov yeganə rəisdir ki, 2015-ci ildə rəhbərlik etdiyi 6 saylı Cəzaçəkmə Müəssisəsində “kars”ın rəisi Fariz Əliyev məhkumu amansızcasına döyərək qətlə yetirmişdir. M.Mahmudov isə Fariz Əliyevi özünə müavin götürmüşdür. Çünki, Məmməd Mahmudov yaxşı bilirdi ki, Fariz Əliyev gözükölgəlidir, məhkum qətlə yetirmişdir, onun bütün qanunsuz əmrlərini ancaq o, yerinə yetirə bilər.

Məmməd Mahmudov yeganə rəisdir ki, korrupsiya və rüşvət hesabına 6 saylı Cəzaçəkmə Müəssisəsində bir ayda 6 (altı) milyon manat vəsait yığdırır.

Belə olan halda, ədalətli ƏFV-dən söhbət gedə bilərmi?

Cənab Prezident!

6 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlardan, məhkum ailələrindən yığılan rüşvətdən, Cəzaçəkmə Müəssisəsində baş verən olaylardan, Məmməd Mahmudovun bu kimi qanunsuz hərəkətlərindən Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun və aidiyyəti orqanların məlumatı olmaya bilərmi? Ola bilərmi ki, bu günə kimi 6 saylı Cəzaçəkmə Müəssisəsində Məmməd Mahmudovun məhkəmənin və prokurorluğun adı ilə məhkumlardan yığdırdığı rüşvətdən məhkəmələrin, prokurorluğun və Ədliyyə Nazirliyinin xəbəri (məlumatı) olmasın?

Cənab Prezident!

İxtisası cərrah olan, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi “cəllad Məmməd” Mahmudovun törətdiyi olaylar barədə Ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Kamran Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimova məlumat vermişik! “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyi olaraq, digər cəzaçəkmə müəssisəsi rəislərinin də qanunsuz hərəkətləri barədə Sizə ətraflı məlumat verəcəyimizlə bağlı məsuliyyəti üzərimizə götürürük.

Hörmətli Prezident!

Yuxarıda sadaladığımız faktlarla bağlı 6 saylı Cəzaçəkmə Müəssisəsində bir ayda nazirliyin, məhkəmələrin və prokurorluğun adı ilə yığılan 6 milyon manatlıq rüşvət və korrupsiyanın qrşısının alınması yönümündə göstəriş verəcəyinizə inanırıq”.

“Hürriyyət”

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Bakı şəhəri, H.B.Əliyev küçəsi 6, mənzil 51-də yaşayan Məmmədova Xanım Bəylər qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qızı Nigar Məmmədovaya layiq olduğu elmi dərəcəni vermirlər. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu ixtisarla təqdim edirik:

“Hörmətli redaksiya!

Keçən ilin may ayında, qızımın dissertasiya müdafiəsi ərəfəsində Ali Attestasiya Komissiyasında mövcud olan iki korrupsiya tələsi haqqında bizə ətraflı məlumat verdilər. Dedilər ki, iddiaçıların hamısını bir nəfər kimi ekspert şuralarına çağırırlar və onları orada sındırıb, öz məqsədlərinə çatana kimi get-gələ salırlar. Ekspert şuralarına gələ bilməyən iddiaçılar üçün yalançı plagiat düzəldib, deyirlər “get gör neynəyirsən”.

Bu məlumatdan sonra, həmin tələləri ləğv etdirmək məqsədi ilə ölkəmizin Prezidentinə, Birinci vitse-prezidentə, Milli Məclisin sədrinə, Prezident Aministasiyasının rəhbərinə, Birinci vitse-prezidentin Katibliyinin rəisinə, DTX rəisinə, Baş Prokurora çoxsaylı müraciətlər etdim. Heç bir tədbir görülmədi.

Ali Attestasiya Komissiyasında qızımın dissertasiyasının təsdiqi bizə əvvəlcədən məlum olan ssenari üzrə getdi. Belə ki, qızımın dissertasiyasını 07.10.2022-ci il tarixdə təsdiq üçün Ali Attestasiya Komissiyasına təqdim etdilər və 11.10.2022-ci il tarixdə qeydiyyata aldılar. 11.01.2023-cü il tarixdə dissertasiyaya baxılma müddəti bitdiyindən, qızımın müdafiə etdiyi Elmi Şuranın katibindən dissertasiya barədə soruşduq, o isə Ali Attestasiya Komissiyası ilə əlaqə saxlayıb bildirdi ki, Ekspert Şurasının 16.01.2023-cü il tarixdə keçiriləcək iclasında qızımın dissertasiya işi müzakirəyə çıxarılacaq və qızımı bu iclasa dəvət ediblər. Soruşduq ki, bu nə cür dəvətdir, bizim xəbərimiz yoxdur? Dedilər ki, bu cənablar, Ali Attestasiya Komissiyasına verilmiş əlaqə telefonuna dəvət barədə mesaj göndərirlər.

14.01.2023-cü il tarixdə Ali Attestasiya Komissiyasının sədrinə qızımın xaricdə ikinci təhsil alması və onu Bakıya gətirdmək üçün bizim maliyyə vəsaitimizin olmaması barədə teleqram vurdum. 16.01.2023-cü il tarixdə qızımın Ekspert Şurasında iştirkının mümkünsüzlüyünü bilən kimi, onun dissertasiyasını plagiat yoxlanışına göndəriblər. Halbuki, plagiat yoxlanışı Ali Attestasiya Komissiyasının vəzifəsi deyil və bu qanunsuz hərəkətdir… Ən əsas da odur ki, iddiaçını tələyə salmaq üçün plagiat yoxlanışını müdafiədən qabaq deyil, dissertasiyaların təsdiqinin son mərhələsində aparırlar. Məqsəd iddiaçını “yükləməkdir”. Bu yükün ağırlığı, “Attestasiya komissiyasında rüşvətxorluq, qohumbazlıqdır” sərlövhəsi adı altında saytların birində dərc olunan yazıda qeyd edilib: “İllər keçir, Ali Attestasiya Komissiyasında rəhbərliklər dəyişir. Ancaq bir dəyişməyən üsul-idarədir, rüşvətxoşluuqdur, korrupsiyadır. Bu illər ərzində hətta elmi dərəcələrin qiyməti də 20 mindən 30 minə qədər qalxdı. Hətta pulundan keçib bunu ödəyərək adlar, dərəcələr alanlar da oldu. Milyonlarla belə faktlar ictimailəşsə də hələ ki, heç nə dəyişməyib, al-ver davam edir…”.

30 min manatı biz haradan alaq? Bu açıqlamada yazılanlar əsasında demək olar ki, Ekspert Şuraları, əslində, qapalı əqli mülkiyyət hərraclarıdırlar. Pulun varsa, əqli mülkiyyətin olan dissertasiyanı özəlləşdirirsən, yoxdursa xoş getdin. Amma bu hərraclarda yığılan pullar dövlətə deyil, ciblərə gedir. Plagiat hoqqasının məğzi də bundan ibarətdir…

5.13.02.2023-cü il tarixdə Ali Attestasiya Komissiyası sədrinin müavini S.Cabarovun mənim qızıma göndərdiyi məktubunu bizə təqdim ediblər. 08.02.2023-cü il tarixli, 3-50/2-70/2023 saylı məktubunda bu cənab bildirir ki, “Ali Attestasiya Komissiyasının Kollegiyası dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu və iqtisad elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq 06.02.2023-cü il tarixli qərarı ilə iddiaçı Nigar Arzu qızı Məmmədovaya “Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda 5310.01 –“Dünya iqtisadiyyatı” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina etmişdir”.

Bu qərar gözlənilən idi. Qızımın müdafiəsindən əvvəl, bu ssenari ilə bizi tanış etmişdilər. Bu məktubu alandan sonra qızım, Ali Attestasiya Komissiyasının Kollegiyasının qərarının təsdiq edilmiş surətinin və plagiat hesabatının verilməsi barədə Komissiya sədrinin adına elektron ərizə ünvanladı. Qızım mənə vəkalətnamə verdiyi üçün, mən də analoji müraciəti etdim və bundan əlavə Komissiya sədrinin adına iki dəfə teleqram göndərdim. Kollegiyanın qərarını bizə vermədilər. Bu günə kimi bizə bu qərarı vermirlər. Bir müddət keçəndən sonra qızımın elekrom poçtuna “palgiat faktları” barədə imzasız və möhürsüz sənəd göndərdilər. 04.03.2023-cü il tarixdə qızım bu “plagiat faktları”na yazdığı izahatı, Ali Attestasiya Komissiyasının Kollegiyasının onun barəsində çıxardığı, lakin tanış olmadığı qərarından şikayət ərizəsi ilə birlikdə Ali Attestasiya Komissiyasının poçt ünvanına göndərdi. Mən bu sənədin pdf formatını Bakıda çap etdirib, poçtla Ali Attestasiya Komissiyasına göndərdim.

Həyat yoldaşım göndərilmiş plagiat sənədini rus dilinə tərcümə edib, rus iqtisadçıları ilə müzakirə etdi və mart ayında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin qəbuluna yazıldı. Mart ayının birinci həftəsinin tam olmadığını bəhanə edərək, bu qəbulu keçirmədilər. Halbuki, Ali Attestasiya Komissitasının saytında birinci həftənin tam olub-olmaması barədə heç nə yazılmayıb. Mart ayının 17-də həyat yoldaşımı Ali Attestasiya Komissiyasının şöbə müdiri Mübariz Məmmədlinin qəbuluna dəvət etdilər. Həyat yoldaşım Mübariz müəllimdən təkidlə xahiş edib ki, plagiat faktları sənədinin müəlliflərini çağırsınlar və bu sənəddəki faktların əssasız və mənasız olduğunu onlara sübut etsin. Həyat yoldaşımın bu xahişini nəzərə almadılar.

Sonra Ali Attestasiya Komissiyasının Aparat rəhbərinin qəbulunda olanda da eyni xahişi edib və xahişini yerinə yetirməyiblər. 17 aprel tarixində mənim həyat yolaşım, Ali Attestasiya Komissiyası sədrinin müavininin qəbulunda olmuş, orada bəyan etmişdir ki, bir gündən sonra Famil Mustafayevin qəbulunda olacaq və onun plagiat adlandırdığı faktların hansının üstünə barmağını qoysa, ona bu faktın plagiat olmadığını sübut edəcək. Bu söhbətin videosuna baxandan sonra, Famil Mustafayev mənim həyat yoldaşımı qəbul etməkdən imtina etdi və qızımın electron poçtuna onu 26.04.2023-cü il tarixdə Ekspert Şurasının iclasına dəvət barədə imzasız və möhürsüz məlumat göndərtdirdi. Biz bu adama başa sala bilmirik ki, subordinasiya baxımından aşağı orqan olan Ekspert Şurası Kollegiyanın qərarını ləğv edə bilməz…

Həyat yoldaşım Ali Attestasiya Komissiyasında qəbullarda olanda ona deyiblər ki, “Ekspert Şurasında qızınızın apelyasiya şikayətinə baxırlar və əgər gızınız verilən suallara Şura üzvlərinin xoşuna gələn cavablar versə, Kollegiyaya tövsiyyə edəcəklər ki, qızınıza elmi dərəcənin verilməməsi barədə çıxardığı qərarı ləğv etsin”. Birincisi, mənim qızım apelyasiya şikayəti verməmişdir. O, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”sinin 10.1. maddəsinə əsasən şikayət vermişdir. Apellyasiya şikayətini Apellyasiya Şurasına sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar verə bilərlər. Ali Attestasiya Komissiyasında yaradılmış Apellyasiya Şurasının Əsasnaməsinin 1.1 maddəsinə əsasən “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) Apelyasiya Şurası (bundan sonra – Apelyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Komissiyanın qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən (bu Əsasnamənin 1.7-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə (bundan sonra – şikayət) baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır”. Və həmin əsasnamənin 5.1.3. maddəsinə əsasən şikayətçinin şikayət ərizəsində onun VÖEN-inin göstərilməsi tələb olunur. Mənim qızım sahibkar deyil, onun VÖEN-i yoxdur. Famil Mustafayev Ekspert Şurasını hətta Apellyasiya Şurası kimi qəbul etsə belə, qızımın verdiyi şikayət orada baxılmamalıdır. Çünki Ekspert Şurasının verdiyi tövsiyyə əsasında Kollegiya elmi dərəcənin verilməməsi barədə artıq qərar qəbul edib. Ya Famil Mustafayevin qanundan xəbəri yoxdur, ya da ki, şəxsi maraqları naminə özünü qanundan xəbərsiz kimi aparır. Çünki Azərbaycan Qanunlarına uyğun olmayan ekspert şuralarının əsasnaməsini, plagiat qaydalarını və s. düzədib, öz məqsədlərinə çatmaq üçün düşüblər iddiaçıların üstünə. Ekspert şuraları haqqında düzəltdikləri əsasnamədə, ekspert şuralarının vəzifələrindən biri “dissertasiya şuralarının və Komissiyanın qərarlarından verilmiş şikayət ərizələrinə (apellyasiyalara) baxılması və müvafiq tövsiyələrin hazırlanması”dır. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də “şikayət “ sözü var, “şikayət ərizələri (apellyasiyalar)” sözü yoxdur. Şikayət və apelyasiya şikayətinin fərqini mən yuxarıda izah etdiyim üçün, bir daha bu məsələyə qayıtmaq istəmirəm. Komissiyanın qərarından verilmiş şikayətin Ekspert Şurasında baxılmasının İnzibati İcraat haqqında Qanuna zidd olması da yuxarıda Qanunun maddələri ilə əsaslandırıldığından bu məsələyə bir də qayıtmıram.

Famil Mustafayev və onun əməkdaşları aşkarladıqları plagiat faktlarını mənim həyat yoldaşımla müzakirə etməkdən çəkinirlər. Hesab edirlər ki, plagiat faktları iddiaçı ilə müzakirə edilməlidir. Bu bəhanə də əsassız və qanunaziddir. Belə ki, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə görə şikayətə inzibati qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Bu qanunun 79.1 maddəsinə əsasən, “İnzibati şikayətlər üzrə icraat bu fəslin xüsusiyyətləri nəzərə alınmaqla bu Qanunun IV fəslində müəyyən olunmuş qaydada həyata keçirilir”. Həmin Qanunun İV fəslində yer alan 37.1 maddəsinə əsasən, “Fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər”. Yəni bir daha bu məmurların Qanunları öz məqsədlərinə çatmaq üçün təhrif etdiklərinin şahidi oluruq.

Hörmətli redaksiya!

Elm, dövlətin texniki və texnoloji müstəqilliyinin əsasıdır. SSRİ dövründə Azərbaycan SSR yüksək elmi potensiala, inkişaf etmiş sənaye və kənd təsərrüfatına malik idi. SSRİ dağılandan sonra keçən əsrin 90-cı illərində özəlləşmə adı altında sənaye müəssisələrini qəpik-quruşa özəlləşdirib, həmin müəssisələrin böyük əksəriyyətini dağıdaraq, İrana mettallom kimi satdılar. Bu özəlləşdirmənin iştirakçılarından biri Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev olmuşdur. Dağıdılan sənaye obyektlərindən biri və ən nəhəngi neft-kimya kompleksi olmuşdur. Mənim qızımın dissertasiyası bu kompleksin bərpasına və fəaliyyətinin təkmilləşdirilməsinə həsr edilib. Famil Mustafayev dağıdıcı fəaliyyətini davam etdirərək, bir vaxtlar dağıdılmasında iştirak etdiyi kimya kompleksinin bərpası və fəaliyyəti üçün əhəmiyyətə malik olan dissertasiyanın təsdiqinə imkan vermir. Al Attestasiya Komissiyasında mövcud olan qaunusuzluqlar və özbaşınalıqlar barədə mənim Azərbaycanın dövlət rəhbərlərinə etdiyim çoxsaylı müraciətlərin hamısı bloklanır. Heç bir tədbir görülmür.

Biz pulsuz olduğumuz üçün, qızıma layiq olduğu elmi dərəcəni vermirlər”. //“Hürriyyət”//
 
Ardını oxu...
Ellər Səfərov: "Sumqayıt Şəhər İcra Şöbəsinin iki məmuru məni kabinetdə döydü və məcburən şirkətin baş mühasibatçısı Vaqif Hazıyevə 47 min manat borcum olmasına dair sənədi imzalatdılar"

"Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinin hakimi Nazim Mövsümov barəmdə çıxarılan 2 il şərti iş cəzasını 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz etdi"

Bugünlərdə Hurriyyet.az-a müraciət edən Sumqayıt şəhər sakini, 1-ci Qarabağ müharibəsi veteranı Ellər Maşallah oğlu Səfərov "Ayan" MMC-nin rəhbərliyi tərəfindən başına açılan oyundan danışıb, şirkətin oğlu Ruslan Səfərovu 47 min manat oğurlamaqda ittiham etdiyini qeyd edib.

"Şirkətin rəhbəri Elman müəllim, baş mühasibatçı Vaqif Hacıyev, həmçinin Ramil adlı satış müdiri dedilər ki, oğlun şirkətdən 47 min manat pul oğurlayıb"
Ardını oxu...
Şikayətçi bildirib ki, 2012-ci ildən indiyədək müvafiq orqanlara dəfələrlə rəsmi məktublarla müraciət etsə də, hələ də üzləşdiyi problem öz həllini tapmayıb: "Oğlum Ruslan Səfərov "Qızıl quyu" limonadı və "Beloçka" günəbaxan tumları istehsalı edən "Ayan" MMC-də ekspeditor kimi çalışıb. 5 ay müddətinə oğlumun belinə 47 min manat pul "yükləyiblər", guya həmin məbləği şirkətdən oğurlayıb. Daha sonra şirkətin rəhbəri Elman müəllim (Elman Halay oğlu Bayramovu nəzərdə tutur-red.) və şirkətin baş mühasibatçısı Vaqif Hacıyev, həmçinin Ramil adlı satış müdiri mənə dedilər ki, oğlun şirkətdən 47 min manat pul oğurlayıb. Bildirdilər ki, oğlun malımızı satıb pulumuzu vermir. Bir qədər söhbət etdikdən sonra onlar məni və yoldaşımı banka apardılar. Dedilər ki, bankdan biz öz pulumuzu götürək, sonra siz xırda-xırda banka ödəyərsiniz. Beləcə, çarəsiz qalıb onlarla razılaşdım. Bankda olarkən onlar sənədləri götürüb notariat kontoruna gediblər. Necə düz-qoş ediblərsə, xəbərim olmadan notariat kontorunda mənimlə borc müqaviləsi bağlayıblar. Ardınca dedilər ki, bankla işimiz alınmır, çalış evini sat borcu ver. Buna etiraz etdim, evimiz satsam çöldə qala bilmərəm. Sonra dağılışıb hər öz işinin dalınca getdi".

"Məhkəmədən sənəd təqdim etdilər ki, evim Vaqif Hacıyevin oğlunun adına keçib, bizim isə bundan xəbərimiz olmayıb, heç bir quruma gedib sənəd imzalamamışıq"

Ellər Səfərovun sözlərinə görə, 2014-cü ildə "JEK"-in (Mənzil Kommunal İstismar Sahəsi-red.) işçiləri artıq yaşadığı mənzilin ona məxsus olmadığını deyiblər: "Bildirdilər ki, çıxın evdən, mənzil artıq sizin deyil. Onlara sənədləri təqdim etdim və mənzilin mənə aid olduğunu bildirdim. Bu hadisədən təxminən, 20 gün sonra "Ayan" MMC şirkəti işi məhkəməyə verib. O zaman məhkəmədən mənə sənəd təqdim etdilər ki, evim şirkətin baş mühasibatçısı Vaqif Hacıyevin oğlunun adına keçib. Bizim isə bundan xəbərimiz olmayıb, heç bir quruma gedib sənəd imzalamamışıq. Beləcə, məhkəmə işə baxdı və hakim Təranə Mahmudovanın qərarı ilə evi mənə qaytardılar. Məhz bundan sonra şirkətin nümayəndələri bizimlə qırğına başladı, hədə-qorxular, təhdidlər, şantajlar edildi. İddia edirdilər ki, guya mən borc müqaviləsi bağlamışam. Halbuki, mən heç kimlə bu cür müqavilə bağlamamışam. Odur ki, ölkədə onlarla quruma rəsmi məktubla müraciət etsəm də problemin həllinə nail ola bilmədim. 2019-cu ildə isə şirkət işi yenidən məhkəməyə verdi və həbsimi tələb etdilər. Məsələnin maraqlı tərəfi ondadır ki, mənim cinayət işimi Hərbi Prokurorluğun istintaqı aparıb. Halbuki, bu mülki iş olduğundan Hərbi Prokurorluq istintaq aparmamalıdır. Ardınca işi Sumqayıt Şəhər Məhkəməsinə verdilər. Məhkəmə isə öz növbəsində, mənə 2 il şərti cəza verdi".

"Sumqayıt Şəhər İcra Şöbəsinin rəsisinin yanına getdim və baş vermiş hadisə ilə bağlı ona məlumat verdim, o, isə məni alcaldıcı ifadələrlə təhqir etdi"

Şikayətçi qeyd edib ki, "Ayan" MMC şirkəti qərardan narazı qaldığı üçün apellyasiyaya müraciət edib: "Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinin hakimi Nazim Mövsümov barəmdə çıxarılan 2 il şərti iş cəzasını 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz etdi. Beləcə, məni zaldan Şüvəlanda yerləşən təcridxanaya apardılar. Həmin vaxtdan bu günədək hara müraciət edirəmsə, işimə baxan yoxdur. Təxminən, 2 ay öncə Sumqayıt Şəhər İcra Şöbəsinin məmurları məni həmin borcla bağlı çağırdılar. Halbuki, cəzamı çəkib çıxmışam. Buna baxmayaraq, Sumqayıt Şəhər İcra Şöbəsinin məmurları kabinetdə məni guya Vaqif Hazıyevə 47 min manat borcum olmasına dair sənədi imzalamağa məcbur etdilər. Onlara sübut edə bilmədim ki, nəinki 47 min, heç 47 qəpik belə, borcum yoxdur. Bundan sonra iki icra məmuru məni kabinetdə döydülər və məcburən həmin borc sənədini yazdırdılar. Bundan sonra Sumqayıt Şəhər İcra Şöbəsinin rəsisinin yanına getdim və baş vermiş hadisə ilə bağlı ona məlumat verdim. Ümid edirdim ki, o, mənə yardım edər, işçilərinin özbaşınalığına son qoyar. Lakin bunun əksinə, o, məni alcaldıcı ifadələrlə təhqir etdi. Bu hadisə ilə bağlı hara yazıramsa cavab verən yoxdur. Odur ki, sizin vasitənizlə müvafiq qurumlara müraciət edərək, onlardan pozulmuş hüquqlarımın bərpa olunmasında mənə yardım etmələrini xahiş edirəm".

Hurriyyet.az

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
Sabirabadda çəkilən asfalt örtüyü müzakirələrə səbəb olub.
Belə ki, sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə yola keyfiyyətsiz döşənən asfaltın əl ilə qoparıldığı və ovulduğu aydın görünür.
Vətəndaş iddia edir ki, görüntülər Sabirabadda qeydə alınıb. Hətta videogörüntünü çəkən şəxs məsələdə Sabirabad Rayon İcra Hakimiyyətini də günahlandırır.
Həmin görüntüləri təqdim edirik:


 
Ardını oxu...
Daha bir bələdiyyə sədrinin başı cəncəldədir.

TEREF.AZ bildirir ki, Gundelik-baku.com-a daxil olan məlumata görə, Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov başqasının adına çıxarışı olan torpaq sahəsinə saxta sənəd kimi hesab edilən bələdiyyə sənədi verib. Artıq məsələnin araşdırıldığı da iddia olunur (bu barədə daha geniş material olacaq -red.).

Qeyd edək ki, mənbə bu məsələ ilə bağlı hüquq eksperti ilə də əlaqə saxlayıb.

Ekspert bildirib ki, bu kimi qanunsuzluqlar olduğu təqdirdə, cinayəti törədən vəzifəli şəxs cinayət məcəlləsinin 308,309,311,312-ci maddələri ilə ittiham olunmalı və Azərbaycan Respublikasının qanun məcəlləsinə görə 14 ilə qədər azadlıqdan məhrum edilməlidir.

Əlavə bilgilər olacaq. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti