Ardını oxu...
Cəlilabad rayonu, Ocaqlı kənd sakini Dövlətov Fizuli Əsəd oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçi məktubda Cəlilabad Mərkəzi Xəstəxanasının baş həkimi Elnur Azadxanovun qanunsuz əməllərindən bəhs edir. F.Dövlətov onu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, korrupsiya və rüşvətxorluqla, eləcə də digər qanunsuz əməllərlə məşğul olmaqda ittiham edir.

Fizuli Dövlətov deyir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon prokuroru Vahid Məmmədov, eləcə də digər vəzifəli şəxslər onu müdafiə etdiyi üçün Elnur Azadxanov hələ də öz işinin başındadır və qanunsuz əməllərini davam etdirir.

Fizuli Dövlətov iddia edir ki, Elnur Azadxanovun qanunsuz əməlləri hesabına rayonda onlarla şəxs qeyri-qanuni yollarla pensiya alır, külli miqdarda dövlət vəsaiti talan edilir. Onun sözlərinə görə, bu barədə müvafiq qurumlara məlumat verib, hətta saxta yollarla pensiya alan şəxslərin siyahısını da təqdim edib. Lakin onun müraciətinə baxan olmaylb. Üstəlik, bu günə qədər adları siyahıda olan şəxslərin heç birinin pensiyası dayandırılmayıb.

“Bu siyahını təqdim etdikdən sonra məni Cəlilabad Rayon Prokurorluğuna çağırdılar. Müstəntiq Elşad Cəfərov məndən izahat aldı və dedi ki, həmin adamları çağırıb, bir-bir dindirəcəyik. Mənə çatan məlumata görə, çağırdığı şəxsləri öyrədiblər ki, pensiya almadıqlarını desinlər. Onlar da gedib izahat verirlər ki, biz pensiya almırıq. Lakin həmin şəxslərin hər biri bu günə kimi də pensiya alır”, - deyə şikayətçi bildirir.

Fizuli Dövlətov onu da bildirir ki, saxta pensiya alanların siyahısı rayon sakini Rahil adlı şəxs tərəfindən İcra Hakimiyyətinə də təqdim edilib. “Oradan deyiblər ki, bu siyahı birbaşa Prezidentə göndəriləcək. Lakin sonradan onu Elnur Azadxanova göndəriblər ki, sizin barənizdə şikayət var”, - deyən Dövlətov iddia edir ki, bundan sonra E.Azadxanov Rahili qanunsuz olaraq həbs etdirib: “Guya onu təhqir edib, şər-böhtan atıb deyə, 1 il iş kəsdirib. Hazırda Kürdəxanı həbsxanasında yatır. Bu baxımdan, müvafiq qurumlardan çox xahiş edirik ki, Cəlilabad sakinlərini “Elnur Azadxanov bəlası”ndan xilas etsinlər”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
DİA.AZ: - Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri adından ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Dəfələrlə müxtəlif orqanlara dəfələrlə müraciət etmişik. Sanki hansısa sehrli bir qüvvə burada baş verən qanunsuzluqların Sizə gedib çatmasının qarşısını almağa göstəriş vermişdir. Universitet artıq idarə olunmaz hala gəlib, qanunsuzluq, özbaşınalıq baş alıb gedir.
Aqrar təhsil ocağında Zəfər Qurbanovun rektor əvəzi təyinatından sonra haqsızlıq geniş vüsət almışdır, həm də Zəfər Qurbanov öz yarıtmaz fəaliyyəti ilə, tədrisi məhv etməsi ilə sabiq rektor İbrahim Cəfərovun atasına rəhmət oxutdurur. Aqrar təhsil ocağının tarixi inkişafı məhz elə sabiq rektor İbrahim Cəfərovun dövründə olmuşdur, nəticədə onun rektorluq dönəmində ölkə Prezidenti kimi Siz, üç dəfə ADAU-ya rəsmi səfər etmiş, yaranmış şəraitlə tanış olmusunuz.
Amma indi universitetdə sanki, həyat dayanıb. Zəfər Qurbanov iclasları çox sevir, bütün günü iclas keçirir, bu saatlarla davam edən iclaslarda yalnız özü danışır, özünü tərifləyir. Rektor əvəzi kimi kafedralara iclas adı ilə gedir, ortada isə heç bir nəticə yoxdur. Elmi Şurada qərar qəbul edərək Dünya Bankının xətti ilə tikilən, praktik və əyani tədris vasitəsi olan fermanı tamamilə ləğv etdi. Bu ferma tələbə yataqxanasının yaxınlığına yerləşirdi. Onu tam dağıdaraq, dedi ki, Uçxoz var. Uçxozda olan təsərrüfat isə çox uzaqdır, ona görə də ora tələbə gedə bilmir. Bunlar da tədrisə çox pis təsir göstərir, dünya bankının xətti ilə tikilən bu fermalarda sadəcə idarəçiliyi nizamlamaq lazım idi, lakin Zəfər Qurbanov bunu etmək əvəzinə bu fermaları tamamilə dağıtdı.
Aqrar sahədən və idarəçilikdən bixəbər Zəfər Qurbanov anlamır ki, o, rektor əvəzi təyin olunmamışdan əvvəl sabiq rektor İbrahim Cəfərov bu fermaları necə saxlayırdı? İri buynuzlu və xırda buynuzlu heyvanların yemlərini necə alırdı? İbrahim Cəfərov heyvandarlıqdan da əlavə, quşçulugun, balıqçılığın inkişafı və tələbələrin ixtisası üzrə öyrənməsi üçün əlindən gələni edirdi. Baytarlıqda oxuyan tələbələri dərsdən sonra aylıq əmək haqqı verərək həm işlədirdi, həm də pul verirdi. Sabiq rektor İbrahim Cəfərovun dönəmində həm işçilərin sayı çox idi, həm də tədris olunan fənlər üzrə təsərrüfat sahələri çox idi. Amma indi Zəfər Qurbanov həm maşın-traktor parkını tam dağıdır, həm heyvanları tamamilə satır, deyir ki, bunları saxlamağa vəsait yoxdur,amma bunlar ixtisaslı kənd təsərrüfatı kadrlarının yetişməsi üçün çox vacibdir.
İndi də Zəfər Qurbanov deyir ki, mənə kafedraları və diğər strukurları idarə etmək üçün menecer lazımdır. Bu adam başa düşmür ki, menecer sözünün mənası nədir? Aqronomluq fakültəsində uzun müddət Elmi-Tədqiqat İnstitutunun direktoru işləmiş, Gəncə Regional Aqrar Elm Mərkəzinin direktoru olmuş, Prezident tərəfindən əməyinə "Tərəqqi" medalı verilmiş Həsənəli Aslanovu aşağılayaraq mənə Səni kimi elmlər doktoru lazım deyil. Sən get alimliyinlə məşgil ol, mənə kafedranı idarə etmək üçün menecer lazımdır. Uzun müddət direktor, kafedra müdiri işləmiş bir şəxs kafedranı idarə edə bilmir ki???? Zəfər bəy deyir ki, mən kafedranın idarəçiliyini dosentə yox, professora yox, təcrübəsiz menecerə həvalə edəcəm, qoy kafedranı o idarə etsin. Kafedra müdiri vəzifəsi isə təlimata görə mütləq elmi ada və dərəcəyə malik adam tərəfindən icra olunmalıdır. Zəfər Qurbanov meneceri alimdən üstün tutur. Ancaq dərk etmir ki, dahi Nizami demişkən,
Hər uca rütbədən biliniz fəqət
Alimin rütbəsi ucadır, əlbət.

Bir sözlə, ADAU məhvə doğru gedir..."

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ: - "Azəriqaz Ağsu RQİİ-nin Göyçay XS-nin abonentlərinə yazdığı əlavə "yükləmələrə" görə əhali arasında kütləvi narazılıq yaranıb". DİA.AZ bildirir ki, bunu açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı qeyd edir.

M.Qəhrəmanlı "müxtəlif qurumlara şikayət ərizələri yazılıb və aksiyalar keçirməyə cəhd edirlər" deyərək əlaqədar qurumlara müraciət də edib. DİA.AZ NHMT sədrinin qçıalamasını təqdim edir:

"Deyildiyinə görə Azəriqaz İB rəhbərinin satış üzrə müavini Rəşad Cavadov,metrologiya şöbəsinin rəisi Elçin Qocayev və başqa səlahiyyət sahibləri hal hazırda Göyçaydadırlar. Yəqin ki "problemin" həllinə çalışırlar.

Ümidvaram ki, bu dəfə "qazlı" vəzifə sahibləri şikayətçilərdən(şikayətçidən) polisə şikayət edib, onu,xuliqan,polisə müqavimət göstərən, narkoman kimi cəzalandırmağa cəhd etməyəcəklər".

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Göyçay rayon sakinləri - İsmayılova Kəmalə Ağasəf qızı, Rəhimli Elnur Nazim oğlu, Məmmədov Cavid İkram oğlu, Məmmədova Südabə Nəzimi qızı, Səmədov Məhəmmədəli Azər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Mədəniyyət naziri Adil Kərimliyə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!

Yazaraq bildirmək istəyirik ki, Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən haqsızlığa məruz qalan, problemləri həll edilməyən biz vətəndaşların etdiyi haqlı müraciətlər Mədəniyyət Nazirliyi Göyçay Bayraq Muzeyinin direktoru, "jurnalist" Fatimə Mövsüm tərəfindən yalanlanmağa çalışılır. Həmin qadının sosial şəbəkə hesablarında haqqımızda şər və böhtan paylaşımlar edilir. Hətta o, şəxsi həyatlarımıza belə müdaxilə etməkdən çəkinmir.

Mən, Göyçay rayonu Ulaşlı-Şıxlı kənd sakini İsmayılova Kəmalə Ağasəf qızı, bildirirəm ki, Göyçay Rayon İcra Hakimiyyəti haqq və hüquqlarımı pozmaqda idi. Məhz ona görə də videomüraciət edərək ölkə başçısından və aidiyyəti orqanlardan kömək istədim. Bundan sonra özünü "jurnalist" adlandıran Fatimə Mövsüm adlı şəxs dərhal Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin müdafiəsinə keçdi. Mənim haqqımda həqiqətə uyğun olmayan video hazırlayaraq, haqq və hüquqlarımı ayaqlar altına aldı.

Mən, Rəhimli Elnur Nazim oğlu, bildirmək istəyirəm ki, şəhid qardaşıyam. Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev mənə şəhərin Heydər Əliyev prospektində köşk istifadə etməyim üçün yer vermişdi. Lakin bir müddət sonra Natiq Ağayev Göyçaya İcra başçısı təyin olundu. O, məndən köşkün yığışdırılmasını tələb etdi. Mən də özümü videoya çəkərək şikayətimi ictimailəşdirdim. Bunun ardınca Fatimə Mövsüm adlı "mədəniyyət işçisi" və ya "jurnalist" mənim yalançı olduğum haqda video material hazırladı. Özünü İcra başçısı Natiq Ağayevin vəkili qismində ortaya atan F.Mövsümə məxsus "Facebook" hesabındakı paylaşımların altından mənim barəmdə təhqir və nüfuzu ləkələyən şərhlər yazılmağa başladı.

Mən, Göyçay rayon sakini Məmmədov Cavid İkram oğlu, 10 ildir onkoloji xəstəyəm, övladım isə anadangəlmə serebral iflic xəstəsidir. Corab sata-sata pul yığıb Göyçay Çayının ətrafından 4000 (dörd min) manata torpaq almışdım. Tikintiyə başlayar-başlamaz Göyçay Rayon İcra Hakimiyyəti sözün həqiqi mənasında xirtdəyimə çökdü. Haqq səsimin yuxarı instansiyalara yetişməsi üçün yazılı və videomüraciətlər etdim. Göyçay Baraq Muzeyinin direktoru Fatimə Mövsüm özünə məxsus sosial şəbəkə hesablarında məni yalançı, dırnağarası yazarların əlaltısı adlandırdı. Haqqımda yalan və iftira dolu paylaşımlar etdi.

Mən, Məmmədova Südabə Nəzimi qızı, yuxarıda adı keçən Məmmədov Cavid İkram oğlunun həyat yoldaşıyam. Həyat yoldaşımın paylaşdığı yazıların linklərini özümün açdığım “Facebook” sosial şəbəkə hesabımda paylaşmışdım. Mədəniyyət Nazirliyinin nəzdində olan Göyçay Bayraq Muzeyinin direktoru Fatimə Mövsüm adlı qadın öz vəzifəsini kənara qoyub, Natiq Ağayevin müdafiəsinə keçərək mən və həyat yoldaşım haqqında insanı gözdən salan, şərəf və ləyaqəti alçaldan, həqiqətə uyğun olmayan video səsləndirdi. Guya bizlər dırnaqarası yazarların əlaltılarıyıq. Onun sosial şəbəkə hesablarının altında saxta profillərlə şəxsi həyatımızdan bəhs edən nalayiq şərhlər yazıldı.

Mən, Göyçay rayon sakini Səmədov Məhəmmədəli Azər oğlu, 1-ci qrup hərbi əlil və eyni zamanda ictimai fəalam. Yuxarıda müraciət edən şəxslər məndən öz şikayətlərini ictimailəşdirməyimi xahiş etmişdilər və mən də öz növbəmdə təmənnasız onlara kömək etdim. Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev haqqında ölkə rəhbərliyinə və aidiyyəti orqanlara ünvanlanan müraciətlərdən sonra icra başçısının göstərişi ilə Göyçay Bayraq Muzeyinin direktoru Fatimə Mövsüm adlı "jurnalist" mənim şərəf və ləyaqətimi alçaldan, şər və böhtan xarakterli video paylaşdı. Videoya əsasən, məni dırnaqarası yazar adlandırdı. Eyni zamanda səsləndirdiyi videoda mənim "Məhəmmədəli Səmədov" “Facebook” sosial şəbəkə hesabımı göstərərək, məni "reket yazar" adlandırmağa başladı. Bundan əlavə, guya şikayətçi vətəndaşları mən başdan çıxarır və Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev haqqında qərəzli paylaşımlar edirəm. Bu, açıq-aşkar yalan və mənim susdurulmağım üçün Göyçay Rayon İcra Hakimiyyətinin qurduğu "möhtəşəm" bir oyundur.

Cənab Prezident!

"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununun aşağıdakı maddələrinə əsasən, 8.1. Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir.

8.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Hər çətinliyin çıxış yolunu Allahın iznilə Sizə müraciət etməkdə görən Göyçay sakinləri olaraq çox xahiş edirik ki, Göyçay Bayraq Muzeyinin direktoru Fatimə Mövsümün öz səlahiyyətlərinə aid olmayan məsələlərə qanunsuz müdaxilə etdiyinə görə, onun vəzifən xaric edilməsi və cəzalandırılması üçün Mədəniyyət Nazirliyinə tapşırıq verəsiniz. Ümid edirik ki, Fatimə Mövsümün paylaşımları ilə bizi gözdən salan və ləkələyən Göyçay Rayon İcra Hakimiyyəti haqqında da ciddi tədbirlər həyata keçirəcəksiniz.

Sizə təşəkkürlərimizi bildiririk".

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Elşad Məmmədov energetika sahəsinə necə qənim kəsilib... - GİLEYÖlkə iqtisadiyyatı genişləndikcə, əhalinin sayı artdıqca elektrik enerjisinə tələb yüksəlir. Odur ki, hökumət bu sahəyə daha çox diqqət yetirir. Düzdür, ölkədə enerji istehsalı artır. Dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xeyli vaxtdır enerji tədarükçüsünə çevrilmişik.

Lakin istehsal prosesində ciddi problemlər mövcuddur. Buna misal olaraq, “Azərenerji” ASC-nin real yanaşma tərzi sözügedən sahəyə çox aşağıdır.

Məmurların iş fəaliyyətində törətdiyi nöqsanlar çox ciddi təəssüf doğurur. Görünür, bəzi məmurlar öz işlərini ölkədə gedən inkişafın məntiqinə uyğun qura bilmir. Yenə də səlahiyyətlərindən sui-istifadə edirlər, qanunları pozurlar, rüşvətxorluğu, korrupsiyanı adi həyat tərzinə çeviriblər.

Bu gün əhalinin çoxluq təşkil edən hissəsinin dövlət başçısından razılığı şübhə doğurmasa da, sirr deyil ki, bəzi xırda və iriranqlı məmurların yarıtmaz fəaliyyətləri əhali ilə hakimiyyət arasında ciddi problemlərə, ziddiyyətli və müxalif ictimai rəylərə də meydan açır.

Təəssüf ki, müəyyən mövqe tutan məmurlarımız var ki, nə özləri, nə də övladları xalqa hörmət etmək istəmir, cəzasızlıq mühitinə sığınaraq özlərini “toxunulmaz” bilirlər. Ölkəni bürüyən “belələri” tutduqları vəzifədən sui-istifadə edərək insanların haqqını tapdayır, büdcəni “ciblərinə” sovuraraq dövlət malını qorxmadan talayır, varlanıb harınlayır, gözləri yalnızca özlərinin daha da varlanmaq arzularından başqa heç bir dəyər tanımır.

Xoşbəxtlikdən, Azərbaycanda dövlət səviyyəsində məmur özbaşınalığına qarşı böyük mübarizə həyata keçirilir. Son illər ard-arda milyonçu icra başçılarının və korrupsioner nazirlik əməkdaşlarının həbsi və genişmiqyaslı antikorrupsiya tədbirləri məhz əhalinin də narazı qaldığı məmurların islah olunmasına, dövlət məmuru ərkanına kölgə salanların likvidasiyasına yönəlib.

Bu mübarizə siyasəti hakimiyyətin dayanıqlılığının maraqları fonunda ictimai maraqların müdafiəsinə də yönəlib. Lakin, bu istiqamətdə hələ çox çalışmalı, demokratik və hürr cəmiyyət quruculuğu istiqamətində ən xırda nöqsanların yoxluğuna nail olmalıyıq.



Sözümüz bunda deyil.



Yazımızın "qəhrəmanı” son günlər media gündəminə çevrilmiş məmur Elşad Məmmədovdur. Ölkənin Qərb bölgəsində var-dövləti ilə göz qamaşdıran bu şəxs “Azərişıq” ASC–nin ən səriştəli kadrlardandır.

Əldə etdiyimiz məlumatlara görə, Elşad Məmmədovun yuxarı təbəqəli məmurlarla əlaqə yaratmaq, hətta qohum omaq bacarığı hədsizdir. Ona görə ki, dil-diş bu adamda ürəyincədir. Qaldı ki, ölkədə adının hallanması ona görədir ki, xüsusilə energetika sisteminin “Azərişıq” ASC –nin yerlərdəki kadrları 2 ildən artıq işləmirlər. Yeyintilərin üstü açılmasın deyə, kadrların yeri tez-tez dəyişdirilir. O cümlədən, Elşad Məmmədov da guya ən bacarıqlı kadr kimi Qazaxdan Bakıya gedəndən qısa bir müddətdə hələ ki, 3 dəfə yeri dəyişdirilib. Əvvəlcə, Bakının Sabunçu rayonuna, sonra Abşeron rayonuna, hazırda isə Bakının digər rayonuna dəyişdirilib. Əlbəttə, burada şübhələnməyə də ehtiyac yoxdur. Ona görə ki, Elşad Məmmədov hansı rayonda işləyibsə, yol verdiyi ciddi nöqsanlara görə media səhiflərinin gündəminə çevrilib.

Bir az bu kadr haqqında tarixi azca vərəqləsək açıqca görərik ki, Məmmədov adicə əmək fəaliyyətinə başladığıl Qazax rayonunda anacq özünə işləməklə məşğul olub. Hələ onun ilk dəfə sovet dönəmində fəaliyyət göstərən Qazax rayon icraiyyə komitəsində əmək müvəkkili, sonra rayon partiya komitəsində köməkçi vəziflərini kənara atsaq, ondan sonra keçdiyi vəzifələrdə hansı əməllərlə məşğul olduğuna məəttəl qalarıq. Məmmədov rayon partiya komitəsi fəaliyyətinə dayandırdıqdan sonra Qazax özəlləşdirmə idarəsinə müdir təyin olundu. İnanın kı, yeyib-dağıtmaq üçün əlinə düşən yağlı fürsətin birini də boş buraxmadı. O, Qazaxın mərkəzi parkında poçtla üzbəüz olan binanın altında xeyli yeri özəlləşdirərək, ayda ona 1000 manatdan artıq gəlir gətirən kişi salonu yaratdı. Həmin binanın qarşısındakı həkimlərin binası deyilən yerdə 1-ci mərtəbədə yaşayış mənzili aldı. Hansı kı, onun Xanlıqlar kəndində topdağıtmaz məhlə evi, torpaq sahələri vardır. Bundan əlavə, hərbi komissarlığın köhnə binasına bitişik otağı özəlləşdirərək övladı üçün peraşki bişirmə, sonra fotoatelye, hazırda isə dərzi salonu kimi iş bacaranlara icarəyə vermişdir. Yəni, bunlar hələ ki, gözəgörünənlərdir.

Özəlləşmə idarəsində özəlləşdirəcəyi yerlərin qurtardığını başa düşən Məmmədov harda var, harda yox özünü energetika sahəsinə verdi. Əvvəlcə, yenə Qazaxda fəaliyyətə başladı. Sonra Şəkiyə, daha saonra yenə Qazaxa, Ağstafaya, ordan da Bakıya üz tutdu. Bu rayonların hansında işləyibsə, həmin yerlərdə Məmmədov yaxşıca talançılığa yol verib. Hətta, Məmmədov Qazaxda işləyərkən Bakıdan gələn gizli yoxlama, Məmmədovun öz xeyiri üçün “levi” verdiyi işıq xətlərini üzə çıxarmış, nəticədə həmin hadisə onun işdən azad olunmasına gətirib çıxarmışdır. Lakin, bayaq söylədiyimiz kimi, hazırda baş nazirin müavini işləyən Şahin Mistafayevin Baba Rzayevə 1 kəlməsi məsələni həll etmişdir. Məmmədov yenə öz işinə qaytarılmışdır. Onu da xataırladaq ki, Elşad Məmmədov oğluna Şahin Mustafayevin qaynı qızını almışdır. Görürsünüz, kişi gələcəyini bilirmiş. Ona görə də, Şahin Mustafyevə arxalanan Elşad Məmmədov necə istəyirsə, eləcə də hərəkət edir.

Qazaxda dəyəri 1 milyoina yaxın“Xan bağı” resoran-istirahət mərkəzinin, ona bitişik 5-dən çox maşın təmiri sexinin ünvanını kimdən soruşsanız, sizə “işıq Elşadın” adı ilə səslənən Elşad Məmmədovun obyektini istinad verəcək. Onu da qeyd edək ki, restoranın özünəməxsus transformatoru da vardır. Yəni, bunların hamısı yüksək vəsaitlə ölçülən əmlaklardır. Məmmədovun “levi” işıq verməsində bu restoranın da adı siyahıya düşmüşdü. Düşünməməyə, narahat olmaya bilmirsən, bəli bu qədər vəsait bu insanda hardandır? Kimlərin hesabınadır? Kimdir bunun havadarı? Təbii ki, məlumdur. Bir imkansıza 1 manat belə köməyi dəyməyən Məmmədovun tutduğu yolun adı nədir?

Elşad Məmmədov dövlətdən oğurladığı misilsiz gəlirlərin hesabına Qazax şəhərində, kooperativ binanın qənşərində bir neçə mərtəbədən ibarət, ən müasir üslubda təxminən otaq sayı 25-dən çox olan bina da inşa etdirmişdir. Təbii ki, hər bir otağın özünəməxsus məişət əşyaları, yataq dəsti, digər adda mebel dəsti və sairə vardır. Bina Qazaxda təhsil alan tələbələrə kirayə verilb. Verilən məlumata görə, binada 50-dən çox tələbə yaşayır. Hər tələbədən 50-70 manat kirayə haqqı alınır. Yəqin ki, Məmmədovun bu gəlirini də hesablamağa dəyər.

Bəs Məmmədov hələ Qazaxda işləyərkən ən yaxınlarını hansı işlərə qoydu? Onun Bakının Razin qəsəbəsində nələri var? Abşeron rayonunda rəis işləyərkən niyə çıxarıldı? Kimlərlə isti münasibəti olub və var? “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Məmmədovu niyə əvəzedilməz kadr kimi tanıyır? Özü və övladları hansı ən bahalı markada maşınlar idarə edirləır?

Elşad Məmmədovun oğlu Qazax Paylayıcı Elektrik Şəbəkəsində baş mühəndis işləyərkən hansı əməlinin güdazına getdi? Və niyə məsuliyyətdən kənarlaşıb?

Haqqında danışdığımız məmur Bakıdan ölkəyə milyarder gözü ilə baxan oliqarxların yanında hələ çox kasıb və yoxsuldur. Amma Elşad Məmmədova da bu suala cavab tapmaq şansını tanımalıyıq:

"AY MƏMUR, DE!, NECƏ VARLANMISAN ?"...

Bilmədiklərinizi növbəti yazılarımızda biləcəksiniz.

mediaxeberleri.az
Ardını oxu...
2018-ci ilin iyulun əvvəlində Enerjisistemdə baş verən, hətta ölkə başçısını da bu məsələni ciddi nəzarətə götürməsi, ölkədə müəyyən mənada böyük sosial marağa səbəb oldu.
Ölkə başçısının eks Azərenerji başqanının burada böyük iqtisadi katastrofun zərurətə çevrilməsini kəskin və haqlı şəkildə pisləyərək bu kimi halların iqlim və temperaturdan baş verməsini absurt cavab kimi qeyd edərək Dövlət başçısı cənab İlham Əliyev , Etibar Pirverdiyevi vəzifə səlahiyyətlərini düzgün yerinə yetirmədiyinə görə onu bu postdan kənarlaşdırdı.
Həmin ilin sentyabrından ölkə başçısının müvafiq Sərəncamı ilə bu quruma rəhbər təyin olunan keçmiş Azərişıq ASC başqanı Balababa Rzayev burada köklü islahatlara başladı. Doğrudur, həmin ilin noyabrından B. Rzayev Enerji sistemdə çalışanların əmək haqqlarını artırsa da, növbəti ildən bu sistemin kurasiyasında olan respublikanın bir çox enerji müəssisələrində mütəmadi, vaxtaşırı olaraq işçi ixtisarları islahatını da aparmaqla, eyni zamanda 1 evdən əgər 2 nəfər belə, burada çalışırdısa belə onun hətta ixtisas dərəcəsinin uyğun gəlməsi belə nəzərə alınmayaraq kütləvi şəkildə işdən azadetmə barəsində göstəriş də verdi. Bütün bu baş verənlər artıq bu sistemdə uzun müddət gərgin elektromaqnit sahəsinə ömrünü fəda etməklə çalışan çoxsaylı energetiklərdə artıq haqlı narazılığlara gətirib çıxartdı.
Deməli ilk başlanğıcda qurum rəhbərliyi tərəfindən siyasi fəndlər işlədilərək əmək haqqlarında fərqliliyə imza atılmaqla guya işçilərin sosial rifah halının yaxşılaşdırmağ tendensiyasını formalaşdırdı, daha sonra əslində isə, 1evdə əgər ata 55 yaşlı olaraq, övlad da yenə də energetikanın müxtəlif aidiyyatlı ixtisas dərəcəsinə malik olaraq burada çalışırdısa, yeni ” islahat qaydaları” ilə Balababa Rzayev neçə işçini işdən azad etməklə, dünya çapında belə baş verməyən formada traqikomik bir halı xatırladan vəziyyəti yaratmış oldu.
Hələ bunlar azmış kimi, hətta elə hallar da nəzərə çarpdı ki, elektrik stansiyasında “İstilik ölçmə çihazları və avadanlığlarına xidmət” adlı sexlərində orta təhsilli işçi saxlanılmaqla, ali təhsilli uyğun ixtisaslı kadrlar da işdən kənarlaşdırıldı.
Redaksiyamıza müraciət edən bir qrup işçi hətta imtiyazlı olduğunu bildirərək Qarabağ uğrunda gedən savaşda mənfur ermənilərə qarşı aparılan çoxillik mübarizədə yaxından iştirak edən Adıgözəlov Etibar Abasəli oğlu, Vəkilov Qiyas Həmzə oğlu, və Abdullayev Aqil Cənnət oğlu adlı işçilər şikayətlənərək bildirirlər ki, Mingəçevirdəki Azərbaycan İES- da uzun müddət idi ki, işləyirdik, bizi Azərenerjinin tabeliyində yaradılmış” Enerji serviz təmir sazlama” adlı quruma təyinatla köçürdülər, daha sonra 3ay keçdikdən dərhal sonra bizimlə bağlanmış əmək müqaviləsinin bitdiyini əsas gətirərək bizi burada həmin qurumun Baş mühəndisi kimi Azərbaycan İESdəki yenidənqurma sahəsinə başçılıq edən Şirinov Ramin adlı şəxs 2023-cü ilin fevralın 23-də xəbərdarlıqsız olaraq nahar vaxtı, şifahi şəkildə işdən azad olunduğumuzu bəyan elədi. Çox maraqlıdı. Mövcud əmək Qanunvericiliyində qeyd edilmişdir ki, işçi işəgötürən tərəfindən əmək münasibətlərinə xitam verilməzdən öncə 1 rüb öncədən məlumatlandırılmalı, bu zaman aralığında isə hər ayın son iş həftəsinin bir günü ona yeni iş yeri axtarmaq məqsədilə icazə verilməlidir. Lakin çox təəssüflər olsun ki, burada bu qeyd etdiklərimiz həyata keçmədən işçilərin əmək hüquqları kobud şəkildə pozulmuşdur. İşdən çıxarılan imtiyazlı şəxslər hətta onu da bildirirlər ki, pozulmuş əmək hüquqlarıyla bağlı qurumun Bakıda yerləşən baş ofisində sədr vəzifəsində olan Seyfəddin Abdullayev onların şikayətlərinə müvafiq istiqamət belə vermədən kobud da davranaraq, “gedin şikayətinizi aidiyyayı yerlərə edin!” fikrini bildirir.
Məlumatlı olduq ki, hətta Enerji sistemdə stansiyalardakı təmir sazlama yenidən qurma işləri məqsədilə müasir avrostandartlara cavab verən təchizat detallarını Electroindustrial və Santral Elektrik şirkətləri məhz Azərenerji ASC-yə rəhbərlik edən Balababa Rzayevin doğma qardaşı Emil Rzayev başçılıq edir.
Şirinov Ramin isə Azərbaycan İstilik Elektrik Stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin Energetik qəsəbəsində 1980-ci ildə doğulub boya başa çatmış bir gənc kadrı, imtiyazlı işçilər isə Qarabağ Veteranları olmaqla Şirinov Ramil adlı birinin hələ uşaq ikən burada 1986cı ildən bu stansiyada gərgin əməklə çalışan zəhmətkeşlərinə bu cür etinasız addım atması həqiqətən də bağışlanılmaz haldır.
Üstəgəl, bu imtiyazlı şəxslərin Vətən uğrunda göstərdiyi qanlı savaşlatdakı xidmətlərinə göstərilən qayğı? Budurmu Azərenerji rəhbərliyinin təcrübəli bə imtiyazlı əməkdaşlarına göstərdiyi münasibət?

Mövzuya qayıdacağıq…
24xeber.az
 
Ardını oxu...
Azərbaycanda bir çox məmurlar var ki, “ölkəni talayırlar”. Təssüfflər olsun ki, ölkəni talayan məmurların əməllərindən sadə vətəndaşların ölkə başçısına edilən müraciətindən sonra xəbər tutulur, ölkə başıçısına, xalqa, xəyanət etmiş məmurlar həbs edilirlər, vəzifə səlahiyyətlərindən istifadə edərək topladıqları əmlakları isə müsadirə edilir. Amma bəziləri bu kimi hallardan dərs çıxarmırlar. Onlardan bir də Azərbaycan Avtomobil yolları (AAY) sədri Saleh Məmmədovdur. Belə ki, paytaxtın mərkəzi Prospekti olan Neftçilər Prospekti ilə yerləşən Bülbül Prospekti, Nizami küçəsi (Tarqovy) və Azadlıq Prospekti kəsişməsində olan yeraltı keçidlərdə demək olar ki, “küçə ticarəti” ilə məşğul olanların əlindən hərəkət etmək olmur..

Keçiddə dövlətin vəsaiti hesabına insanların rahat hərəkəti üçün isə inşa edilmiş “ekskalatorlar” və “yeriyən döşəmələr” uzun müddətdir ki, fəaliyyət göstərmir.
Nədənsə keçid rəhbərliyi yuxarıda adını çəkdiyimiz yeraltı keçidləri sözün əsil mənasında “küçə ticarətçiləri” tərəfindən zəbt edilibməsinə səssiz qalır.

Amma küçə ticarəti ilə məşgul olan şəxslərə şərait yaradır!

Bizə verilən məlumatda keçid rəhbərliyinin öz vəzifəsini yerinə yetirnək əvəzinə küçə ticarəti ilə məşğul olan şəxslərə mühafizə xidməti göstərdiyi bildirilir.
Sadaladığımız Paytaxtın ən işlək küçə və prospektlərindən olan bu yerlər sanki 8-ci kilometir bazarını xatırladır. Keçid rəhbərliyi isə küçə ticarətinə mane olmaq əvəzinə özlərinə məxsus xidməti otaqda “popkorn” və digər “qumar aparatlarına” mühafizə xidməti verir. Belə ki, küçə ticarətində istifadə edilən avadanlıqlar gecə saatlarına keçid rəhbərliyinin xidməti otağına qoyulur və orada saxlanılır.

Bəlkə də bizim bu yazımızdan sonra özlərini xalqa yaxın göstərmək üçün deyəcəklər ki, vətəndaşların dolanışığı üçün xırda alverə “şərait” yaradılıbdı.
Amma elə deyil çünki əgər elə olsaydı yeraltı piyada keçidlərini cəmləyib bir nəfərə Elşən adlı şəxsə “şirinlik” qarşılığında verməzdilər.

/www.24xeber.az/
 
Ardını oxu...
Tam məsuliyyətlə demək olar ki, hər bir millətin gələcəyi körpələr evində, uşaq bağçalarında formalaşır. Körpələr uşaq bağçalarında onlara qarşı amansız olan dayələrdən qəddarlıq, rüşvət alan müəllimlərdən rüşvətxorluq, onların qidasını oğurlayıb evinə daşıyan müdirlərdən oğurluq və s öyrənirlər. Və beləcə millətin gələcəyi olan uşaqlar lap erkən yaşlarında neqativ əməlləri görürlər. Ölkə mediasında hər gün uşaq bağçalarında uşağın yıxılıb xəsarət alması, dayə tərəfindən döyülməsi haqqında xəbərlər yazılır.
Biz hələ dövlətə məxsus uşaq bağçalarına qəbul zamanı rüşvət hallarının baş alıb getməsindən, dövlət vəsaiti hesabına körpələrə ayrılan ərzaq və qida məhsullarının satılmasından danışmırıq. Körpələrə verilən və içərisində vermişeldən başqa heç nə olmayan su yıxantısını yeyən uşağın sağlamlığı necə ola bilər..?
Ona görə də mütləq ən azı Bakı şəhərindəki uşaq evlərində, bağçalarda dövlət tərəfindən ciddi yoxlama, monitorinq keçirilməlidir. Və baş verən qanunsuzlqulara, hətta cinayət əməllərinə son qoyulmalıdır.
Biz bir media olaraq dəfələrlə yazmışıq ki, müxtəlif bağçalarda verilən ərzaqlar uşaqlara tam olaraq çatdırılmır. Yeməklər keyfiyyətsiz ərzaqlardan bişirilir. Bu səbəbdən uşaqlar belə xörəkləri yeməkdən imtina edirlər. Nəticədə uşaqlar yarıac qalırlar. Bu da azyaşlıların sağlamlığına ziyandır. Görəsən, nə üçün möhtəbər komissiya, həkimlər uşaqlar üçün qida rasioni hazırlamır. Yoxsa, hər uşaq bağçası özü bildiyi kimi qidaları uşaqlara verir. Biz hələ uşaq bağçalarındakı ilkin tədrisin çox aşağı olmasından danışmırıq.
Birincisi, müəllimələrin, hətta bağça müdirlərinin təhsili, dünyagörüşü çox aşağıdır. Belə olan halda bu şəxslər uşaqlara nə öyrədə bilərlər..?
Uşaq bağçalarında gigiyenik normalara da riayət olunmur. Hələ bu haarsıdır..? Allah qoymasa, uşaq bağçaları da korrupsiya poliqonuna çevrilib. Bu uşaq bağçalarının reklamına baxanda adam az qala hayıl-mayıl olur. Amma...
Sözün qısası, uşaqlarımızın gələcəyini təhlükə altına qoyan uşaq bağçalarından biri də Bakının Nəsimi rayonu, Vaqif pr. 5 ünvanda fəaliyyət göstərən 139 saylı körpələr evi - uşaq bağçasıdır. Bağçanın müdirəsi Fərəcova Aytən Yusif qızıdır.
İndi gəlin 139 saylı uşaq bağçasının reklamına nəzər salaq: Bağçada məktəbəqədər hazırlıq proqramı müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanıb və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur. Məktəbəhazırlıq proqramına əlavə olaraq bir sıra dərnəklər keçirilir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılığı, təxəyyülü, məntiqi, ilkin mühəndislik bacarıqları formalaşır, gizli istedadları üzə çıxır.
Bunu oxuyanda adam istəyir desin ki, avazın yaxşı gəlir, Aytən xanım, amma... Bəli, Aytən Fərəcovanı tanıyanlar yaxşı bilir ki, çox savadsız və dünyagörüşü dar olan bu xanım belə bir kollektivə rəhbərlik edə bilməz. Bağçanın müdirəsi olan Aytən Fərəcova elementar proqram hazırlamağı bilmir. Aytən Fərəcovanın bildiyi bir iş varsa, o da valideynlərdən pul tələb etməkdir. Bir də... Yazının girişində əbəs yerə korrupsiya məsələsini qabartmadıq. Aytən Fərəcovanın kollektivində xeyli sayda “ölü canlar” var. Onların maaşlarının kimin cibinə getdiyi də hamıya bəllidir.
Bununla kifayətlənməyən Aytən Fərəcova tez-tez dayələri, mühafizəçiləri işdən uzaqlaşdırıb, yenilərini axtarır. Və yeni dayələrdən, mühafizəçilərdən nə isə alaraq onları işə qəbul edir. Bir sözlə, Aytən Fərəcovanın “karusel”i dayanmadan işləyir və nə isə gətirir.
Görəsən, belə əməllərin sahibi olan, üstəlik savadsız Aytən Fərəcova necə bağça rəhbəri ola bilib..?
Bəs bütün bunlar ortada olduğu halda Bakı Şəhər Təhsil İdarəsi hara baxır..?
dia.az
 
Ardını oxu...
Vətəndaş Fərid Hüseynov redaksiyamıza şikayət məktubu ünvanlayıb.

Şikayətdə bildirilir: "Hörmətli media nümayəndələri, hörmətli səlahiyyətli şəxslər!
Media vasitəsi ilə nəzərinizə çatdırmaq istəyirəm ki, 12 may 2023 cü il gecə saatlarında övladım 4 yaşlı oğlum Cəlal Hüseynovu nəfəs çatışmamazlığı diaqnozu ilə, ağır vəziyyətdə təcili yardım avtomobilinin köməkliyi ilə 2 saylı uşaq klinik xəstəxanasına çatdırdıq.

Xəstəxananın qəbul otağında övladımın ağır vəziyyətdə olduğunu görən personal övladımı sənədləşdirib qəbul etdi.

Lakin məcazi mənada desək konsert proqramı bundan sonra başladı

Dövlət binasında yanı, xəstəxananın inzibati binasında səs küylü vəziyyətdə hər kəsə kobud rəftar göstərən, subardinasiya qaydalarından kənara çıxan, ağ xalatlı hipokrat andı içən şəxs, kinli israrla bizə tərəf yaxınlaşır, ilk növbədə yaxınlaşan şəxsin əvvəl məndə Baş həkim olduğu görüntüsü yaratsada, sonradan məlum olur ki, səs-küy yaradan şəxs Baş həkim olmasada Baş həkimin səlahiyyət verdiyi pediatr Günay Cavadovadır.

Günay Cavadova övladımın xəstəxanaya qəbul edilməsinə qəti şəkildə süni maneə yaradaraq guya ki, övladımın şəxsiyətini təsdiq edən sənədın olmamasıdır və, mən bildirəndə ki, şəxsiyyət vəsiqəsinin əslınin şəkili mobil telefonumdadır gedib əslini gətirib dərhal sizə çatdıracam siz övladıma gecikmədən kömək etməklərini xahiş etdim.Lakin Günay Cavadova övladıma ilkin tibbi yardım göstərilməsinə qəti şəkildə etiraz edərək, uşaqa qoşulan inqalyasiya aparatının qoşülmamasına göstəriş verdi.

Mən qəti şəkildə etirazımı bildirsəmdə hətta övladımın sənədinin təsdiqini sübut edəcək faktor göstərsəm də, affekt vəziyyət də olduğumuzu bildirsəm də, Günay Cavadova qərarında israrlı olduğunu göstərərək övladımı xəstəxanaya qəbul etməkdən imtina edərək,personala nümayişkərcasına göstəriş verib uşaqın qəbuluna stop qoydu.

Mən dərhal olanları yerindəcə yazılı izahatımda bildirərək övladıma hər hansısa həyatı təhlükə yaranacaqı halda bir başa Günay Cavadovanın məsuliyyət daşıdığını qeyd etdim.


Sonda isə övladına kömək edə bilməyəcək valideyn kimi çarəsiz geri evimizə dönərək qeyri rəsmi həkim vasitəsi ilə,təhlükəni övladımdan geri çəkdirdim.

İnanıram ki, səlahiyyətli qurumlar, bu məsələyə obyektiv yanaşaraq mən çəkən stressli acını Günay Cavadovanın digər valideyinlərə yaşatmamasının qarşısını almaqda bilə vasitə xilas etmiş olacaqlar.Axı həyat bumeranqdır.

Jurnalist araşdırması apararaq, etibarlı mənbədən əldə etdiyimiz məlumatda məlum oldu ki, həqiqətən də Günay Cavadova xəstəxanada başlıqda qeyd etdiyimiz kimi at oynadır, yanı ki (özünü hökmran kimi aparmaq, ağalıq etmək, istədiyini etmək, mənəm-mənəmlik etmək; ~ meydan sulamaq.) mənasında olan görüntünü kollektiv arasında publik şəkildə yaratmağa nail olub.

Sual 1: Günay Cavadovaya bu səlahiyyətsiz səlahiyyəti, verən həqiqətən də Baş həkim Azər Xuduyevdir?

Sual 2: Günay Cavadova bilir ki ? ölkəmizdə səhiyyədə aparılan uğurlu islahatlara bu cür xoşa gəlməz davranışlarla kölgə salır.

Sual 3: Günay Cavadova bilir ki, çalışdığı xəstəxana TƏBİB-in sədri Vüqar Qurbanovun rəhbərlik etdiyi quruma cəmiyyətdə mənfi rəy formalaşdırır.

Sonda Günay Cavadovanın nəzərinə qısa və lokanik çatdırmaq istəyirik ki, bu günləri həyatına yaşama təhlükəsi yaranan, Cəlal balamız qalib ordumuzun gələcəkdə qalib əsgəridir".

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Mövzunu diqqətimizdə saxlayacağıq

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti