Bakı təhsil idarəsinin 139 saylı dərdi... - İTTİHAM VAR!
Tam məsuliyyətlə demək olar ki, hər bir millətin gələcəyi körpələr evində, uşaq bağçalarında formalaşır. Körpələr uşaq bağçalarında onlara qarşı amansız olan dayələrdən qəddarlıq, rüşvət alan müəllimlərdən rüşvətxorluq, onların qidasını oğurlayıb evinə daşıyan müdirlərdən oğurluq və s öyrənirlər. Və beləcə millətin gələcəyi olan uşaqlar lap erkən yaşlarında neqativ əməlləri görürlər. Ölkə mediasında hər gün uşaq bağçalarında uşağın yıxılıb xəsarət alması, dayə tərəfindən döyülməsi haqqında xəbərlər yazılır.
Biz hələ dövlətə məxsus uşaq bağçalarına qəbul zamanı rüşvət hallarının baş alıb getməsindən, dövlət vəsaiti hesabına körpələrə ayrılan ərzaq və qida məhsullarının satılmasından danışmırıq. Körpələrə verilən və içərisində vermişeldən başqa heç nə olmayan su yıxantısını yeyən uşağın sağlamlığı necə ola bilər..?
Ona görə də mütləq ən azı Bakı şəhərindəki uşaq evlərində, bağçalarda dövlət tərəfindən ciddi yoxlama, monitorinq keçirilməlidir. Və baş verən qanunsuzlqulara, hətta cinayət əməllərinə son qoyulmalıdır.
Biz bir media olaraq dəfələrlə yazmışıq ki, müxtəlif bağçalarda verilən ərzaqlar uşaqlara tam olaraq çatdırılmır. Yeməklər keyfiyyətsiz ərzaqlardan bişirilir. Bu səbəbdən uşaqlar belə xörəkləri yeməkdən imtina edirlər. Nəticədə uşaqlar yarıac qalırlar. Bu da azyaşlıların sağlamlığına ziyandır. Görəsən, nə üçün möhtəbər komissiya, həkimlər uşaqlar üçün qida rasioni hazırlamır. Yoxsa, hər uşaq bağçası özü bildiyi kimi qidaları uşaqlara verir. Biz hələ uşaq bağçalarındakı ilkin tədrisin çox aşağı olmasından danışmırıq.
Birincisi, müəllimələrin, hətta bağça müdirlərinin təhsili, dünyagörüşü çox aşağıdır. Belə olan halda bu şəxslər uşaqlara nə öyrədə bilərlər..?
Uşaq bağçalarında gigiyenik normalara da riayət olunmur. Hələ bu haarsıdır..? Allah qoymasa, uşaq bağçaları da korrupsiya poliqonuna çevrilib. Bu uşaq bağçalarının reklamına baxanda adam az qala hayıl-mayıl olur. Amma...
Sözün qısası, uşaqlarımızın gələcəyini təhlükə altına qoyan uşaq bağçalarından biri də Bakının Nəsimi rayonu, Vaqif pr. 5 ünvanda fəaliyyət göstərən 139 saylı körpələr evi - uşaq bağçasıdır. Bağçanın müdirəsi Fərəcova Aytən Yusif qızıdır.
İndi gəlin 139 saylı uşaq bağçasının reklamına nəzər salaq: Bağçada məktəbəqədər hazırlıq proqramı müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanıb və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur. Məktəbəhazırlıq proqramına əlavə olaraq bir sıra dərnəklər keçirilir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılığı, təxəyyülü, məntiqi, ilkin mühəndislik bacarıqları formalaşır, gizli istedadları üzə çıxır.
Bunu oxuyanda adam istəyir desin ki, avazın yaxşı gəlir, Aytən xanım, amma... Bəli, Aytən Fərəcovanı tanıyanlar yaxşı bilir ki, çox savadsız və dünyagörüşü dar olan bu xanım belə bir kollektivə rəhbərlik edə bilməz. Bağçanın müdirəsi olan Aytən Fərəcova elementar proqram hazırlamağı bilmir. Aytən Fərəcovanın bildiyi bir iş varsa, o da valideynlərdən pul tələb etməkdir. Bir də... Yazının girişində əbəs yerə korrupsiya məsələsini qabartmadıq. Aytən Fərəcovanın kollektivində xeyli sayda “ölü canlar” var. Onların maaşlarının kimin cibinə getdiyi də hamıya bəllidir.
Bununla kifayətlənməyən Aytən Fərəcova tez-tez dayələri, mühafizəçiləri işdən uzaqlaşdırıb, yenilərini axtarır. Və yeni dayələrdən, mühafizəçilərdən nə isə alaraq onları işə qəbul edir. Bir sözlə, Aytən Fərəcovanın “karusel”i dayanmadan işləyir və nə isə gətirir.
Görəsən, belə əməllərin sahibi olan, üstəlik savadsız Aytən Fərəcova necə bağça rəhbəri ola bilib..?
Bəs bütün bunlar ortada olduğu halda Bakı Şəhər Təhsil İdarəsi hara baxır..?
dia.az
 

Bölmənin digər xəbərləri

29 Noyabr 2024 “Məni ələ verməyin, tutulsam…” – Qənirə Ataşovadan daha bir qalmaqal
29 Noyabr 2024 Valideynlərin şikayətçi olduğu Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir?
29 Noyabr 2024 Deputat Xanlar Fətiyev ölkədən nə qədər valyuta çıxarıb?
29 Noyabr 2024 Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO

Dünyapress TV

Xəbər lenti