Ardını oxu...
“Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri Seyran adlı şəxs 30 Azərbaycan vətəndaşını qul kimi işlədib, indi də “gedin kimə istəyirsiz deyin, mən qanun-qayda saymıram” deyib pullarını vermir.

DİA.AZ bildirir ki, “Yeni Müsavat”ın redaksiyasına müraciət edən zərərçəkənlər daxili işlər naziri Vilayət Eyvazovdan kömək istəyirlər. Deyirlər ki, Biləsuvar Polis Şöbəsinə müraciət edib qanunsuzluğa son qoyulacağını düşünüblər. Lakin proses onların düşündüyü tərəfə istiqamət almayıb.

“İlk olaraq Seyranı polis şöbəsinə çağırdılar, ifadəsini aldılar, o da bizlərə yalvarmağa başladı ki, şikayət etməyin, pulunuzu verəcəyəm. Amma sonradan vəziyyət dəyişdi. Polis şöbəsindən çıxandan sonra Seyran dedi ki, "gedin kimə istəyirsiz şikayət edin, mən sizə pul verən deyiləm". Hörmətli cənab nazir, polis şöbəsində şikayətimizə hazırda olduqca biganə yanaşılır, son nəticədə mülki iş kimi rəsmiləşdirilməsinə cəhdlərin olacağına dair Seyranın yaxın ətrafından məlumat almışıq. Halbuki bu adam bizləri işlədib və pulumuzu verməməklə, açıq-aşkar dələduzluq etməkdədir. Sizdən xahiş edirik ki, məsələni şəxsi nəzarətinizə götürməklə araşdırılmasına göstəriş verəsiniz"- zərərçəkənlərdən Mübariz Quluzadə belə deyib.

Zərərçəkən Əmrah Hüseynov isə bildirib ki, 2012-ci ildən tikinti-beton işləri ilə məşğul olur, briqada şəklində fəaliyyət göstərirlər: “Mübariz Quluzadəni 6 ilə yaxındır tanıyıram. Tikintidə briqadir kimi onunla iş yoldaşıyam. 08.08.2022-ci il tarixdə Mübariz bizi Biləsuvar rayonu, Səmədabad kəndində yerləşən quşçuluq fabrikinə tikinti-təmir işləri görmək üçün gətirdi. Mən 15 gün həmin fabrikdə gecə-gündüz beton tökmüşəm, mayak qoymuşam və hamarlama işlərini görmüşəm. Mən günü 50 manata işləmişəm, 15 günə mənə 750 manat pul verilməli olduğu halda Seyrandan pulumuzu ala bilmirik. Seyran Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində Quşçuluq fabrikini işlədirdi. Onunla həmin quşçuluq fabrikində görüşdük. Mənə görüləcək işləri şəxsən Seyran özü göstərib, sexlərin içərisində yerin hamarlayıcı qatını betonlamaq, təmir tikinti işlərini görmək və yeni pəncərə yerlərinin açılması və suvaq işlərini görməsini bizdən tələb etdi. Onunla şərtimiz belə oldu ki, hissə-hissə onun işlərini görəcəkdik, hər həftə pulumuzu ödəyəcəkdi. Sexin yerinin betonlanmasında 17 şəxs işləyib. Ayrı-ayrı işlərin görülməsində ümumilikdə 30 işçi işləmişik. İmişli Beton Zavodundan 400 kub beton almışam, 26 min manat zavoda borclu qalmışam. Betonun içərisinə qoyulması üçün 4000 m setkanı Bakı şəhərindən almışam və mal sahibinə 8300 manat borclu qalmışam. Betonun içəriyə vurulması üçün pompa maşın gətirmişəm, 4 gün işləyib, 6500 manat borclu qalmışam. 40 min 800 manat material və texnikanın puludur, 8 min 200 manat bizə zəhmət haqqı verməli idi. İşi görüb qurtardıqdan sonra Seyran pulu vermədi. Bəhanələr gətirdi, guya sexin yerini betonlayarkən tam hamar, yəni parlaq olmayıb, matıvı vurulub. Mən təkrar aparat gətirdim, 6-7 min manat xərc çəkdim, sexin betonunu parlaq hala gətirib yondum. Bundan sonra Seyran başqa bəhanələr gətirdi, kanalların çəkilməsini tələb etdi, biz kanalları da çəkdik. Mən ondan görülmüş işlərlə bağlı təhvil-təslim olunmasını və pullarımızı ödəməsini tələb etdim. Quşçuluq fabrikinə gəldim, onun sexdə işlərini görən Vasiflə görüşdüm. Digər işlərlə bağlı aramızda akt yazmışdıq, Vasif, hansı ki, pullarını verdikləri işlərlə bağlı sənədlərə imza atdı. Lakin beton işinin sənədinə imza atmadı, dedi Seyran müəllim bildirib ki, beton işini özü təhvil-təslim edəcək. Bu söhbətimiz 2022-ci ilin oktyabr ayında, işi görüb qurtardıqdan 2 ay sonra oldu. Bundan bir həftə sonra Vasif bildirdi ki, Seyran müəllim gəlib. Mən Səmədabad kəndində yerləşən Quşçuluq fabrikinə getdim və Seyranla görüşdüm. Seyran bildirdi ki, betonun markasında məni aldadıblar, marka 200 olmalıdır, mənim bəsimdir, 150 marka olduğu üçün mən pulunu vermirəm. Bakıdan betonun markasını yoxlamaq üçün mütəxəssis gətirdim, yoxladıq, məlum oldu ki, betonun markası 200-dən yuxarıdır. Bundan sonra Seyran daha bir bəhanə uydurdu, dedi ki, işi səninlə danışmamışam, Xalidlə və Zaminlə danışmışam. Beton işlərinin mənim tərəfdən görüldüyünü xatırlatdım, dedim ki, Xalid və Zaminlə əlaqə saxla, pullarımız ödənilsin. Seyran danışaram desə də, sonradan dedi ki, mən sizi tanımıram və pulunuzu da vermirəm, gedin kimə istəyirsiz deyin!”

Zərərçəkənin sözlərinə görə, ümid yerləri daxili işlər naziridir: “Cənab nazirə mətbuat vasitəsilə müraciət etmək məcburiyyətindəyik. Hesab edirik ki, cənab nazir 30 Azərbaycan vətəndaşına qarşı dələduzluq işini şəxsi nəzarətinə götürsə, qısa zaman ərzində bizim haqqımız ödənəcək. Seyranın bizim haqqımızı ödəmək üçün kifayət qədər pulu və imkanı var. Sadəcə, tərslik edir, qanunları saymır. Hüquq-mühafizə orqanı ona Azərbaycanda yaşadığını, Azərbaycan qanunlarına tabe olmalı olduğunu xatırlatmalıdır”.

DİA.AZ bildirir ki, “Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı “Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri ilə əlaqə saxlayıb. O, ittihamlara münasibət bildirməkdən yayınıb.
Ardını oxu...
Beyləqan rayonu, Xocavənd qəsəbəsinin sakini Bayramova Vəzifə Əmiraslan qızı tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, işlədiyi məktəbdən onu xəbərsiz çıxarıblar:

“Mən, Bayramova Vəzifə Əmiraslan qızı, 1991-2008-ci illərdə - 18 il Xocavənd rayon Muğanlı kənd məktəbində müəllimə işləmişəm. Məcburi köçkünəm. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişəm.

2008-ci il prezident seçkiləri zamanı dairə-məntəqə üzvü kimi işlədiyim zaman, qanunsuz olaraq məktəbdəki işimdən mənə xəbər verilmədən azad edilmişəm. Halbuki seçki prosesində iştirak edən heç bir işçini işdən azad etmək olmaz.

Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov məni işdən azad edib, öz tanışı Əfsanə Quliyevanı yerimə müəllimə gətirib. Sonradan Əfsanə Quliyevanı Xocavənd İcra Hakimiyyətinə, özünə müavin təyin etmişdir, indi də bu xanım orada müavin işləyir.

Başıma gətirilmiş haqsızlıq barədə millət vəkili Elman Məmmədova da, köməkçisinə də xəbər vermişəm, şəxsən görüşmüşəm. İşimə bərpa edilmək üçün çoxsaylı məhkəmələrin, müraciətlərin faydası olmayıb.

2008-ci ildən bəri iş tapa bilmirəm. Mənim işlə təmin edilməyimə köməklik göstərilməsini xahiş edirəm. Vacib deyil ki, müəllimlik olsun, normal iş olsun. İşə çox ehtiyacım var. 15 ildir işsizlikdən zülm çəkirəm. İşsizlik müavinəti almıram və heç vaxt almamışam.

Bu yazını oxuyan bütün qanunverici orqanlardan xahiş edirəm ki, mənə kömək etsinlər”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bir-iki gün bundan öncə əməkdaşlarımız bir daha qeyd olunan əraziyə baxış keçirmiş, qanunsuz tikinti işlərinin davam etdirilməsinin canlı şahidi olmuşlar

Məlumdur ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilir və iclasda Prezident İlham Əliyev paytaxt Bakıda və digər şəhər və rayonlarda həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edənlərə ciddi tapşırıqlarını verir. Qeyd edək ki, ölkə rəhbəri tikinti işləri ilə bağlı Sərəncam imzaladığını bir daha iclas iştirakçılarının diqqətinə çatdırır və onu vurğulayır ki, “Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan həyata keçirilə bilməz. Əgər kimsə verilmiş qaydaları pozarsa, o halda qaydanı pozanlar həm cinayət məsuliyyətinə cəlb olunacaqlar, həm də qanunsuz inşa olunan tikililər dərhal söküləcək”. Cənab Prezidentin tikinti işləri ilə bağlı imzaladığı Sərəncamdan, həmçinin Nazirlər Kabinetində keçirilən iclasda verdiyi tapşırıqlardan sonra hər kəs düşünürdü ki, ölkənin tikinti sahəsində baş alıb gedən qanunsuzluqlara son qoyulacaq, eyni zamanda ictimai nəzarət də artırlacaq.

Ardını oxu...

Bundan əlavə, 11 mart 2022-ci il tarixdə isə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) geniş müşavirə keçirilir və qanunsuz tikililərlə bağlı icra başçılarına ciddi xəbərdarlıqlar da olunur. Yəni, Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu kimi halların qarşısının alınması məsələləri icra hakimiyyəti başçılarının, müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə geniş müzakirə olunur. Müşavirədə BŞİH-nin başçısı Eldar Əzizov, Prezident İlham Əliyevin Bakı şəhərində qanunsuz tikintilərlə bağlı bildirdiyi iradlar, həmçinin digər neqativ halların qarşısının alınması yöndə verdiyi tapşırıqlar barədə müşavirə iştirakçılarını ətraflı məlumatlandırır. Müşavirədə qeyd olunur ki, son illər qanunsuz tikililərlə bağlı RİH-nin başçılarına mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə tapşırıqlar verilsə də, icra başçıları, onların aparatının məsul əməkdaşları bu məsələni diqqətdə saxlamayıblar və qanunsuz tikintilərin geniş vüsət almasına şərait yaradıblar. Müşavirədə daha çox qanunsuzluqlara yol verilmiş İcra Hakimiyyəti başçılarına ciddi xəbərdarlıqlar olunur və qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı lazımi tədbirlərin görülməsi yöndə ciddi tapşırıqlar da verilir.

Ardını oxu...

Bütün bunlara baxmayaraq, hal-hazırda Bakı şəhərinin Yasamal rayonu ərzisində tikinti işləri ilə bağlı qol qoyulan qanunsuzluqların əhatə dairəsini müəyyən etmək olduqca çətindir. Məsələn, adicə bir faktı qeyd edək ki, bir neçə gün bundan öncə sosial mediada yayılan və qısa müddət ərzində silinən xəbərlərə görə, Yasamal rayonu, Yeni Yasamal - 2, Məhəmməd Xiyabani küçəsi, müəllimlər binasının qarşısında qeyri-qanuni inşaası həyata keçirilən tikiliyə, bu gün də RİH tərəfindən göz yumulur. O halda ortaya belə bir sual çıxır ki, Prezident İlham Əliyevin Bakı şəhəri ərazisində həyata keçirilən qanunsuz tikililərlə bağlı imzaladığı Sərəncamdan, bildirdiyi iradlardan irəli gələn tələblərə, görəsən Yasamal RİH niyə əhəmiyyət vermir? Və həmin tikili ilə bağlı icazənin verilməsində maraq nədir? Gundemxebr.az saytının redaksiyasına daxil olan məlumatlara görə, rayon ərazisində heç bir rəsmi sənədi olmayan tikinti işlərini həyata keçirən, əslən Laçın rayonundan olan məcburi köçkün Famil adlı şəxsdir. Qeyd edək ki, bu şəxs geniş imkana malik olduğundan ərazidə çoxsaylı fərdi yaşayış evləri tikdirib. Hal-hazırda da həmin ərazidə qanunsuz tikinti işlərinin həyata keçirməkdədir. Maraqlı və düşündürücü hal odur ki, inşaası qanunsuz həyata keçirilən tikililərə cavabdehlik daşıyan Yasamal RİH-nin səlahiyyətli şəxsləri, hələ də bununla bağlı ictimaiyyətə heç bir açıqlama verməyiblər.

Ardını oxu...

Bir-iki gün bundan öncə əməkdaşlarımız bir daha qeyd olunan əraziyə baxış keçirmiş, qanunsuz tikinti işlərinin davam etdirilməsinin canlı şahidi olmuşlar. Onu da bildirək ki, xeyli müddət bundan öncə bu rayonun “Qanlı göl” adlanan ərazisinin yaxınlığında lazımi sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunmuşdur.

Ardını oxu...

Bütün bunlar onu söyləməyə əsas verir ki, Elşad Həsənovun icra başçısı olduğu Yasamal rayonu ərazisində qanunsuz tikinti işlərinin davam etdirilməsində şəxsi maraqların təmin olunması, hal-hazırda RİH Aparatının əməkdaşları üçün daha əhəmiyyətli addım hesab olunur. Əgər bu belə olmasaydı, o halda ölkə rəhbərinin Bakı şəhəri ərazisində qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı imzaladığı Sərəncamdan irəli gələn tələblərə əməl olunardı. Deməli, ....
Mövzunu diqqətdə saxlayacağıq.//GundemXeber.Az

 
Ardını oxu...
 
 
 
 
 
 
“Sumqayıt Tibb Mərkəzin”də baş verən qanunsuzluqlarla bağlı Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə bir neçə gün öncə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yaymışdır. Mətbuat xidmətinə istinadən yayılan xəbərdə deyilirdi ki, “Sumqayıt Tibb Mərkəzi”  PHŞ tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. 
Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən Dövlət Tibb Müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıqova barəsində cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bura qədər yazılanlar rəsmi məlumatlardır. 
Məlumat üçün onuda qeyd edək ki, 2019-cu ildən Sumqayıt Səhiyyə Şöbəsinə Səkinə Sadıqova rəhbərlik edib. Sonradan Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb. Və Səkinə Sadıqova Mərkəzin direktoru olub. 
Təsəvvür edirsiniz, Səkinə Sadıqova 300 min əhalisi olan Sumqayıt şəhərinin səhiyyəsinə görə məsuliyyət  daşıyır, tabeçiliyində  7 Sağlamlıq Mərkəzi,  18 tibb müəssisəsi, Təcili Yardım  və s. İndi özünüz  Səkinə Sadıqovanın yığdığı rüşvətin miqyasını təsəvvür edin. Onuda bildirək ki, Sumqayıt Tibb Mərkəzi Təbibə tabedir. Səkinə Sadıqova bu tibb müəssisəsinə rəhbər təyin edildiyi gündən 
bütün mətbuat bar-bar bağırırdı ki, Səkinə Sadıqova vəzifə saxtakarlığı edir, yeyintiyə yol verir, amma TƏBİB rəhbəri Vüqar Qurbanov, Səhiyyə Naziri Teymur Musayev və başqaları nədənsə Səkinə Sadıqovanı ən yüksək səviyyədə müdafiə edərək, hətta jurnalistləri Bakı Şəhər Baş Polis İdarəsinə cağırtdıraraq, ərizələrinin geri götürülməsini tələb edirdilər. Baxın və şahid olun, cəsarətli jurnalistlər apardıqları araşdırmanı və Səkinə Sadıqovanın bütün təzyiqlərinə dözərək, göndərdiyi bütün rüşvətlərdən imtina edərək, Dövlət Orqanlarından işin araşdırılmasını tələb etdilər, sonunda isə lazım olan nəticə əldə olundu. 
Budur, araşdırmaçı jurnalistlərin min bir əzab-əziyyət nəticəsində əldə etdikləri nailiyyət. Səkinə Sadıqovanın korrupsiya nəticəsində əldə etdiyi gəlirləri, (köhnə Sovet dövründə buna zəhmətsiz gəlir deyərdilər və cazası isə 15 il idi) TƏBİB-də müavin olan Araz Nəsirovla bölüşdürürmüş.
Görəsən, Səkinə Sadıqovanı zəhmətsiz gəlirləri, yəni aldığı rüşvətlər hesabına yığdığı milyonları bölüşdürdüyü TƏBİB-in müavini Araz müəllim həbsxanadan xilas edə biləcəkmi?
Buyurun tanış olun, Səkinə Sadıqovanın 3 milyondan çox yeyintisi üzə çıxıb. Səkinə Sadıqova bütüb tibb müəssisələrinə əmr verərək bildirib ki, mən bu pulu tək yeməmişəm, sizinlə bölmüşəm.
Zəhmət çəkin bütün işçilərinizlə bərabər pul yığın. Bu pul korrupsiyaya ödənməlidir.
Əldə etdiyimiz məlumatdan o da bəlli olur ki, həmin 3 milyondan cəmisi Səkinə Sadıqova 60 min pul ödəyə bilib. Yerdə qalan 2 milyon 940 min manatı isə tibb müəssisələrinin hesabına ödəmək istəyir. 
Görəsən, Səkinə Sadıqovaya sual verirlərmi ki, Səkinə Sadıqova podratçı təşkilatlardan görülən işə görə 30 faiz "şapka" alırdın. Bu məsələyə görə, hansı cavabı verəcəksən. Təcili Tibbi Yardımda bir nəfər sürücünü 10 minə işə götürürdünüz. Bunu biz demirik aaaa, sürücülər deyirdi. Görəsən bu suallara hansı cavab veriləcək?
Hətta Səkinə Sadıqovanın ən yaxın adamlarından biri deyir ki, Səkinə Sadıqova öz otağına girərək möhkəmdən qışqıra-qışqıra danışır. Məni heç kim həbsxanaya sala bilməz. Mən aldıqlarımı tək yeməmişəm. Mənim arxamda Araz Nəsirov dayanır, Teymur Musayev dayanır, Vüqar Qurbanov dayanır.
Bəli, dayanır.
Səkinə xanım, nəzərinizə çatdıraq ki, adlarını çəkdiyiniz şəxslər sizin arxanızda sizə qarşı cinayət işi qaldırılana qədər dayanırdılar. Bundan sonra siz onlardan heç bir kömək gözləməyin. Çünki, sizin vəzifənizi gözləyən Səkinə Sadıqovalar o qədər çoxdur ki, haqqında Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi qaldırılan şəxs artıq onlara lazım deyil. Ona görədə arxanca həbsxanaya kimlər ki, yaxşı sovqat gətirəcək onlardan bərk muğayat ol. Onların sayı çox az olur. Səni nikbin notlara kökləmək istəmirik. Amma 2 ildir deyirdik ki, hazır ol GƏLİRLƏR. 
Səkinə Sadıqova 2021-2022-ci illərdə  saxta tenderlər  keçirib və yüz minlər mənimsənilib. Və hər kəsə də deyir ki, dalımda  TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müavini Araz Nəsirov dayanıb.
Məlumat  üçün qeyd edək ki, Araz Nəsirov 2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub, hazırda TƏBİB-in icraçı direktorunun müavinidir. 
Sözün qısası, Sumqayıt şəhər səhiyyəsinin başına oyunlar açan Səkinə Sadıqovanın həbsi qaçılmazdır. Adam istəyir deyə ki, avazın yaxşı gəlirdi Səkinə Sadıqova, deyirdin dalımda Araz Nəsirov dayanır... Amma Səkinə Sadıqova TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirova o qədər arxayın olub ki, Sumqayıt Səhiyyəsində istədiyini edib. Çünki, Araz Nəsirov həmişə Səkinə Sadıqovaya deyirmiş ki, biz təzə komandadanıq bizə heç kim heçnə etməz. Nə istəyirsiz onu da edin. Burada söhbət qanunsuz əməllərdən gedir. Ötən yazımızda bildirmişdik ki, Səkinə Sadıqova hamını pulla almaq fikrinə düşmüşdü. Nə Gündəlik-baku.com-u pulla ələ ala bildi, nədə Səkinə Sadıqovanı yoxlayan cəsarətli hüquq mühafizə orqanları işçilərini. Biz bu çətin işimizdə bizə əngəl olan Səkinə Sadıqovaya, dəstək olmaq istəyən Hüquq Mühafizə Orqanları haqqındada yazı dərc edərək yuxarı instansiyalara göndərəcəyik. Cəsarətli, inamlı, ədalətli addımlarımız həmişə qələbə ilə nəticələnib. Biz öyünmürük ki, hansısa qadına qarşı cinayət işi qaldırdılar, biz öyünürük ki, hansısa rüşvətə, korrupsiyaya bulaşdırılmış və bulaşdırılmaqda davam edən bir qadını uçurumun düz başından xilas edirik.
P.S. Bir zamanlar Səkinə Sadıqova barəsində mətbuatda yazılmışdı ki, o, Məştağada xəstəxanada müalicə alıb. Belə zarafat olmasın, o kağızı tap, Səkinə xanım qoy ortalığa bəlkə karına gəldi.

Ardını oxu...
Xətai rayonunun hüquq-mühafizə orqanları ilə bağlı qəribə mənzərə yaranıb. Artıq bir neçə ildir, məhkəmə, polis və prokurorluq orqanları sahibkar Anar Qəribovun “Azur” ticarət mərkəzinin sahiblərinə qarşı şikayəti ilə bağlı vahid mövqeyə gələ bilmirlər.

Bu işlə bağlı qısaca onu demək olar ki, sahibkar ticarət mərkəzində kifayət qədər böyük ərazini icarəyə götürüb, oranı təmir etdirib, ora bahalı avadanlıqlar və geniş çeşiddə brend geyimlər gətirib. Ancaq təmirdən sonra ciddi şəkildə dəyişən obyekt oranı icarəyə verənlərin özlərinin xoşuna gəlib. Üstündən iki ay keçməmiş “Azur” sahibləri tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə zidd olaraq icarə haqqını dəfələrlə artırdıqlarını elan ediblər. (Pressklub.az bu barədə “Sahibkarı belə müflis etdilər – Milyon yarımlıq QALMAQAL” (https://pressklub.az/ekskluziv/sahibkari-bele-muflis-etdiler-milyon-yarimliq-qalmaqal/) məqaləsində yazıb).

Ticarət obyektinin təmiri və təchizatına bir milyon manata yaxın sərmayə qoyan sahibkarın sözlərinə görə, o, yeni şərtləri qəbul edə bilməzdi. Ona görə yox ki, bu, tərəflərin hüquqi olaraq bağladıqları sənədə zidd olub. İlk növbədə ona görə ki, o, yenicə ticarət qurmağa, kreditləri ödəməyə başlayıb və ərazini icarəyə verənlərin heç nəyə əsaslanmayan, havadan götürdükləri məbləği hər ay ödəyə bilməzdi. Və ümumiyyətlə, heç bir özünə hörmət edən iş adamı daha çox quldurluğu xatırladan bu cür yanaşma ilə razılaşmaz.

Yaranmış münaqişənin sülh yolu ilə həlli mümkün olmayıb. Ərazini icarəyə verənlər sahibkarı onların tələbinə boyun əyməyə və ya sadəcə olaraq, ticarət mərkəzini tərk etməyə məcbur etmək üçün müxtəlif üsullara əl atmağa başlayıblar. Qəribovun sözlərinə görə, onlar işığı kəsiblər, ticarət obyektinə kanalizasiya suları axıdıblar, reklam lövhələrini çıxarıblar, mağaza işçilərinə maneələr yaradıblar, axırda isə özbaşına şəkildə obyekti özləri üçün yenidən qurmağa başlayıblar. Və bir gün işə gələn sahibkar öz mağazasını tanımayıb – bütün avadanlıqlar mallarla birlikdə yoxa çıxıb. Qəribov bunu kimin etməsi və əmlaklarının harada olması barədə suala cavab ala bilməyib.

Sahibkar hüquq-mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalıb. Düşünüb ki, onlar problemi tez bir zamanda həll edəcəklər. Axı hər şey o qədər aydındır ki, nəyisə uzun müddət axtarmağa ehtiyac qalmayacaq. Tamamilə aydın idi ki, ticarət mərkəzinin rəhbərliyinin xəbəri olmadan heç kim bunu edə bilməzdi.

Amma Qəribov hesablamalarında ciddi səhvə yol verib. Hüquq-mühafizə orqanları sahibkarın təkidi ilə beş dəfə araşdırmaya başlayıblar və hər dəfə cinayət işi açmaqdan imtina ediblər.

İcarəyə götürənin sonda müraciət etdiyi Xətai rayon məhkəməsi yaşananlara hüquqi qiymət verib və Cinayət Məcəlləsinin 158.3, 177.2.3, 177.2.4, 186.3, 190.2-ci maddələrinin açıq-aşkar pozulduğunu müəyyən edib. Lakin hakim Bəxtiyar Məmmədovun şikayət üzrə cinayət işinin başlanmasından imtina edilməsi barədə əvvəlki qərarın ləğvi ilə bağlı çıxardığı hökm heç nəyi dəyişməyib. Xətai Rayon Polis İdarəsinin rəisinin cinayət işinin başlanması ilə bağlı imzaladığı müvafiq məktuba prokurorluq yenidən rədd cavabı verib.

Ən anlaşılmaz olanı isə budur ki, Xətai Prokurorluğunun bu imtina qərarını daha yüksək nəzarət orqanları – həm Bakı şəhər Prokurorluğu, həm də Baş Prokurorluq dəstəkləyir. Və ona görə yox ki, bu işdə icarəyə verənlərin addımlarına haqq qazandıran məqamlar var. Bəlkə onlar üçün mundir şərəfi qorumalı olduqları həqiqətdən daha önəmlidir? Axı kim bilməsə də, onlar bilirlər ki, məhkəmə qərarı olmadan başqasının əmlakını naməlum istiqamətdə aparıb aylarla gizlətməyə, sahibini ona yaxın buraxmamağa heç kimin hüququ yoxdur. Yeri gəlmişkən, uzun və davamlı axtarışlardan sonra tapılan məhsulun bir hissəsi düzgün saxlanma şəraiti olmadığından qismən çürüyüb, qalanı isə ciddi zədələnib.

Düzdür, icarəyə verənlər iddia edirlər ki, onlar icarədara binanı tərk etməklə bağlı dəfələrlə xəbərdarlıq ediblər, “köçürülmə” prosesi isə şahidlər, yəni öz işçilərinin gözü qarşısında aparılıb və videoya çəkilib. Amma məsələ ondadır ki, bu zaman artıq işə məhkəmədə baxılırmış və məhkəmə ticarət mərkəzinin sahiblərinə prosesin sonuna qədər mağazada heç nəyə toxunmamaq barədə ciddi xəbərdarlıq edib. Bəlkə onlar elə buna görə də arzuedilməz icarədarın özünəməxsus “köçürülməsinə” məhkəmə icraçıları dəvət edilməyiblər? Axı bu cür addımlar onların iştirakı olmadan həyata keçirilmir.

Müxtəlif versiyalar qura, fərziyyələr irəli sürə, icarəyə verənlərin atdıqları addımların səbəblərini və bu münaqişə ilə bağlı hüquq-mühafizə orqanlarının qərarlarının məntiqini anlamağa çalışmaq olar. Amma biləndə ki, ticarət mərkəzinin sahiblərindən biri olan Fuad Rzayev “Azərenerji” ASC-nin hamıya yaxşı tanış olan prezidenti Baba Rzayevin oğludur, bununla məşğul olmaq istəyi yox olur. Belə bir amil bir çox başqa versiyaların üstündən xətt çəkə bilər və istisna deyil ki, hətta məhkəmə, polis və prokurorluq orqanlarının arqumentlərini üstələyir.

Hüquqşünas Əkrəm Həsənov deyir: “Məhkəmə qərarında açıq-aydın göstərilib ki, şahid kimi binanın sahibi Fuad Rzayev ifadə verməyə borcludur. Onun əvəzinə izahatı nümayəndəsi Axundovanın yazması isə cinayət-prosessual qanunvericiliyin tələblərinin birbaşa pozulmasıdır. Cinayət-Prosessual Məcəlləsinin 9.4.1-ci maddəsinə əsasən, şahid, vasitəçi olmadan, özü ifadə verməyə borcludur. Cinayət Prosessual Məcəlləsinin 105-ci maddəsinə əsasən, şahidin nümayəndəsi yalnız ifadə verərkən ona hüquqi məsləhət verə bilər. Qəribədir ki, prosessual nəzarəti həyata keçirən prokurorluq Cinayət Məcəlləsinin belə kobud pozuntusunu görmür”.

Vəkilin sözlərinə görə, məhkəmə bu cinayət işinin icrasında məqsədlərdən biri ilə bağlı pozuntu qeydə alıb: cinayətin tez biz zamanda açılması, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv aydınlaşdırılması. Hüquq-mühafizə orqanları cinayət əlamətlərini əks etdirən əməllər barədə məlumat alan kimi cinayətin izlərinin qorunması və müsadirə edilməsi üçün tədbirlər görməyə, habelə dərhal dindirmə və ya təhqiqat aparmağa borcludurlar.

Vəkil Əkrəm Həsənov məhkəmənin bu mövqeyi ilə razılaşaraq əlavə edir:

– Hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi özü-özlüyündə cinayət kimi qiymətləndirilə bilər. Axı qanun dərhal hərəkətə keçməyi elə-belə tələb etmir. Çünki zaman keçdikcə sübutları müəyyən etmək və qanunu pozan şəxsi məsuliyyətə cəlb etmək xeyli çətinləşir. Baxılan iş həm də ona görə suallar doğurur ki, belə davranış Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları üçün qeyri-adidir. Adətən onlar qonşuların bir-birindən daha az şikayətləri üzrə belə, dərhal cinayət işi açırlar. Burada isə Cinayət Məcəlləsinin aşağıdakı maddələri üzrə qanun pozuntuları var: 158 (Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma), 177 (oğurluq), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 190 (qanuni sahibkarlıq fəaliyyətinə mane olma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma), 322 (özbaşınalıq). Və bu dövlət başçısının sahibkarların müdafiəsi ilə bağlı daim çağırışlar etdiyi bir vaxtda baş verir. Amma biznesə belə yanaşma davam etsə, ölkədə sadəcə olaraq məmurlara məxsus olmayan biznes əvvəlcədən uğursuzluğa məhkum olacaq.

Qanun hamı üçün eynidir deyirlər. Amma adamda belə bir təəssürat yaranır ki, Xətai rayonunda hüquq-mühafizə orqanlarının hərəsinin öz Femidası var. Hətta pandemiyadan da əvvəl başlayan və illərdir bir instansiyadan digərinə sürünən bu məsələyə aydınlıq gətirməyin vaxtı çatıb.
Pressklub.az
 
Ardını oxu...
Tovuz rayonu, Qovlar şəhəri, Nizamı küçəsinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, “Azərsu” ASC onlara məxsus pay torpağı ərazisindən su kanalı çəkib, bu səbəbdən də vətəndaşların öz torpaqlarından istifadəsi məhdudlaşdırılıb.

Şikayətçilər bildirirlər ki, müvafiq qurumlara məktub yazsalar da, şikayətlərinə baxan yoxdur. Üstəlik, onlara kompensasiya da vermirlər.

Sakinlər onu da deyir ki, su kəmərinin çəkilişi vaxtı sakinlərin onlarla ağacları da məhv edilib.

Şikayətçilərin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi təqdim edirik:

VİDEO 1

VİDEO 2
 
Ardını oxu...
"Xudat Balıq” ASC-də qaranlıq əməlləri, Əhəd Purun yaxın dostu, qardaşının İranla sıx əlaqəsi...

Bir neçə gün öncə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun iranlı iş adamı Əhəd Purla yaxın dost olması barədə mətbuatda ilginc məlumat yayıldı. Həmin xəbərdə bildirilirdi ki, Şəmsəddin Ababsovun "Xudat Balıq" ASC-nin özəlləşdirilməsi zamanı etdiyi "qəhrəmanlıq" onun Əhəd Purla yaxın dost olmasına şərait yaradıb.

Açıklama yok.

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovla bağlı apardığımız kiçik araşdırmada isə maraqlı məlumatlara rast gəldik.

AzFakt.com-un əldə etdiyi məlumata görə Şəmsəddin Abbasov bacısı oğlunun vasitəsi ilə avtomobil mühərriklərinin ehtiyyat hissələrinin təmiri sexi yaradıb. Avtomobil mühərriklərinin təmiri işi kiçik bir biznes sahəsi təsərrüatı yaratsa da, əslində çox ciddi gəlirli bir sahədir. Hər il dövlət və özəl şirkətlər avtomobillərinin təmiri üçün milyonlarla manat vəsait xərcləyirlər. Məhz bu sistemdə milyonlarla manat vəsaitin dövr etdiyini yaxşı bilən Şəmsəddin Abbasov vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlət qurumlarının və böyük şirkətlərin rəhbərləri ilə müxtəlif vasitələrlə əlaqəyə keçərək, təmir işlərini yaratdığı sexə verilməsini təşkil etdirir.

Qeyd edək ki, Şəmsədin Abbasova məxsus olan avtomobillərin təmiri sexinin hazırda Masazır qəsəbəsində, DYP rəisi Ramiz Zeynalova məxsus olduğu deyilən Moped.az şirkətinin ərazisində fəaliyyət göstərdiyi bildirilir.

Aldığımız digər məlumata görə Şəmsəddin Abbasovun təmir sexi işlədən bacısı oğlu həm də Masazır qəsəbəsi ərazisində torpaq sahələrini zəbt edərək, satışı ilə də məşğuldur. Belə ki, bacıoğlu dayısının himayədarlığı ilə Masazır qəsəbəsində torpaq sahələrini zəbt edir, heç bir sənədi olmadan evlər tikərək satır.

Qeyd edək ki, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun adı ölkə mətbuatına yad isim deyil. Onun adı bir neçə il öncə “Xudat Balıq” ASC-nin iş adamı Güləhməd Güləhmədovun əlindən alınması məsələsində hallanıb.

Həmin vaxt iş adamı Güləhməd Güləhmədov hakim Şəmsəddin Abbasovun cinayətləri barədə ədliyyə naziri Fikrət Məmmədova müraciət etmişdi.

Bundan başqa Şəmsəddin Abbasovun bizneslə məşğul olan qardaşının tez-tez İrana gedib-gəldiyi və bu ölkə ilə sıx əlaqədə olduğu deyilir.
Ardını oxu...
Azərbaycanda icra başçısı təyin edilən şəxslər ilk öncə köməkçilərini dəyişərək, özlərinə yaxın şəxsi bu vəzifəyə təyin edirlər. Ancaq bəzi müəmmalı istisnalarda var. Belə müəmmalı istisnalardan biri Hacıqabul rayonunda baş verib. Belə ki, Hacıqabul rayonuna icra başçısı təyin edilən Rüstəm Xəlilov, keçmiş başçının dövründə adı müxtəlif qalmaqallarda hallanan köməkçi Afiq Kərimovu vəzifəsindən azad etmədi. Hətta qalmaqallı Afiq Kərimovun səlahiyyətlərinin Rüstəm Xəlilov dövründə daha da artdığı deyilir.
TEREF.AZ bildirir ki, AzFakt.com-a daxil olan məlumata görə Hacıqabul icra başçının köməkçisi vəzifəsindən sui-istifadə edərək müxtəlif obyektlərə, torpaq sahələrinə və biznesə malik olan Afiq Kərimov oliqarxa çevrilib. Azərbaycanda icra başçıları köməkçiləri arasında ən varlısı və səlahiyyətlisi də Afiq Kərimov olduğu bildirilir. Hazırda Hacıqabulda icra başçısının tender, torpaq satışı, tikinti məsələlərindən tutmuş, məmurlardan gizli yolla alınan maliyyə məslələrinə qədər demək olar ki, bütün işlərinə Afiq Kərimovun nəzarət etdiyi deyilir. Hətta bir müddət əvvəl başçının birinci müavini təyin edilən Saleh Əskərovun da təyinatında köməkçi Afiq Kərmovun rolunun olduğu bildirlir.

Kiçik bir rayonun icra başçısının köməkçisi işləyən Afiq Kərimovun qədər sərvətə, mal-mülkə sahib olması isə sözün həqiqi mənasında hüquq mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ölkəmizdə istifadə olunan peyvənd növləri “Profilalktik Peyvənd Təqvimi”ndə öz əksini tapmışdır. Gəncədə bir çox yoluxucu xəstəliklərin (B hepatiti, vərəm, poliomielit, göyöskürək, difteriya, tetanus, qızılca, parotit, məxmərək, b tipli hemofil infeksiya və pnevmokok xəstəlikləri) qarşısının alınması üçün istifadə olunan vaksinlər tibb ocaqlarına daşınmasında ciddi problemlərin olduğu bildirilir.
Bu vaksinlərin daşınmasıda olan pronblemlərlə bağlı Dünyanınsəsi.Az saytına çoxsaylı şikayətlər daxil olub.
Şikayətçilər qeyd edirlər ki, bir ilə yaxındır ki, Gəncə Gigiyena və Epidemioloğiya Mərkəzindən tibb ocaqlarına verilmiş olan vaksinlərin daşınmasında ciddi problemlər var.
Belə ki, vərəm əleyhinə vaksin (BCJ) preparatın daşınması və saxlanılması +2˚C – +8˚C temperaturda olmalıdır.Ancaq Gəncə Gigiyena və Epidemioloğiya Mərkəzinin (GEM) bu sahəyə məsul olan şəxsi Tamella adlı xanım vaksinlərin əl çantası ilə daşınmasına göz yumur.Nəticədə uşaqların BCJ peyvəndi ilə immunlaşdırılması həm təhlükə yardır, həm də lazımı effekti vermir.
Vaksini həll etdikdən sonra +2˚C – +8˚C temperaturunda 6 saatdan çox olmamaq şərti ilə soyuducuda saxlamaq lazımdır. Həll edilmiş vaksin 6 saatdan sonra və ya iş gününün sonunda məhv edilməlidir.
Bəs istifadədən əvvəl soyuq olmayan əl çantasında daşınan vaksini necə həll edirlər?
Gəncədə vaksin sahəsini öz monopoliyasına alan Tamella xanım polkilinkalarda tez-tez reydlər keçirməklə, soyuduclarda vaksinlərin saxlanılması şəraitini irad tutmaqla şəxsi maraqlarına xidmət etdiyi də iddia olunur.

“Sual olunur. Ümümuyyətlə Tamella xanımın ixtiyarı varmı ki, polkllinkalara gedib peyvənd otaqlarindan tempuratur rejmi tələb edə bilsin”?

Nədənsə vaksinlərin anbarda saxlanılması, daşınması və sənədləşdirilməsi isiqamətində son günlər yaranmış olan bu fors-major vəziyyətə bağlı GEM-in direktor əvəzi Hürrüyyət ismayılova tərəfindən heç bir rəsmi tədbir görülmür.
Gəncə GEM-də bu hal özözlüyndə əksəriyyət işçiləri xanımlardan ibarət olan kollektivdə “dərə xəlvət, tülkü bəydir” mənzərəsini canlandırır.

Redaksiya olaraq ümid edirik ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin Baş direktoru Sara Həsənova qeyd edilən bu problemlərin aradan qaldırılması üçün müvafiq yoxlamalrın aparılmasına göstəriş verəcəkdir.
Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Dünyanınsəsi.Az
 

 
Ardını oxu...
 
 

Füzuli Rayon İcra Hakimiyyətində  büdcə vəsaitlərinin mənimsənilməsi  barədə  yazıya başlamaq üçün Rayon İcra hakimiyyətinin rəsmi saytına  http://fuzuli-ih.gov.az/az/sura.html baxmalı olduq.
Sözün düzü, bizim rayonun icra başçısı hörmətli Alı Alıyevin personası ilə heç bir problemimiz yoxdur. Amma... 
Əmması odur ki, Rayon İcra Hakimiyyətinin rəsmi saytında Alı Alıyevlə bağlı yazılır: Ali məktəbi bitirdikdən sonra.... Ay adam, hansı ali məktəbi....hansı fakültəni...neçənci ildə...? 
Sən neçənci ildə anadan oldun..? 
Vallahi, belə olmaz ee...bu dövlət qurumunun rəsmi saytıdır..? Biz bir media olaraq, neçə ildir yazırıq ki, bu biabırçılğı  aradan qaldırın. 
Sözün qısası, hörmətli Alı müəllim, hansısa ali məktəbin hansısa fakültəsini bitirəndən sonra...Füzulidə komsomolda şöbə müdiri olub. Və hansısa ali məktəbi bitirəndən 5 il sonra ƏSGƏRLİYƏ gedib. Və 1 ildə hərbi MAYOR olub. Lənət şeytana, bu nə oyundur... 1 ildə bu adam necə mayor oldu..? 
Alı Alıyev  sonradan 1989–1999-cu illərdə Füzuli rayon Aqrar Sənaye Kombinatının direktoru vəzifələrində çalışmışdır. 1999-cu ildən 2011-ci ilədək  Füzuli rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsində çalışmışdır. Və 2011-ci il tarixdən bu günədək Füzuli rayonu İcra Hakimiyyətinin başçısıdır. 
İndi isə keçək əsas  mövzuya. Məlumdur ki, bütün dünyada ərazi-inzibati vahidləri özləri özlərini maliyyələşdirir. Düzdür, hər bir inzibati vahidin buna imkanı çatmır. Çünki elə rayonlar var ki, turizm üçün imkanları var, yaxud  ərazidə müxtəlif təbii  sərvətlər var. Elə rayonlar var ki, özünü maliyyələşdirmək imkanları çox aşağıdır. Belə olan halda dövlət büdcəsindən həmin rayonlara subsidiya ayrılır. 
Təəssüf ki, bizdə rayonların çoxu dövlət büdcəsinin  “boynunda”  oturub. Ancaq son illər  bu istiqamətdə ciddi  addımlar atılıb. Bir çox rayonlar özünümaliyyələşdirmə prinsipinə keçiblər. Və “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası” təsdiq edilib. Lap sadə  dildə desək rayonlar  yerli gəlirləri və xərcləri özləri tənzimləyir. Bu gün haradasa  50-dən çox rayon  özünü maliyyələşdirmə ilə fəaliyyət göstərir. 
Hazırkı yazıda Füzuli rayonunda  büdcə gəlirlərinin mənimsənilməsi əsas mövzudur. Belə ki, rayonun yerli gəlirlərindən rayonun büdcəsinə daxil olan xeyli vəsaitə ancaq və ancaq rayonun icra başçıs Alı Alıyev nəzarət  edir. Yəni Alı Alıyev xeyli miqdarda vəsaitə özü şəxsən sərəncam verir, kimə və hara istəsə yönəldir. 
Görəsən, Maliyyə Nazirliyi, Hesablama Palatası nə üçün bu qanunsuzluqlara nəzarət etmir..? 
Digər tərəfdən hamıya bəllidir ki, icra başçılarının nəzrətində ianə fondları var. Yəni kimlərsə, iş adamları, yerli biznesmenlər, yaxud başqa imkanlı şəxslər bu fonda xeyriyyəçilik məqsədi ilə xeyli pul köçürürlər. Buna da nəzarəti cənab Alı Alıyev edir. Və xeyriyyəçi insanların köçürdüyü vəsaiti özü üçün sağa-sola xərcləyir. Alı Alıyev isə oğluna deyib ki, əsgərlərə siqaret payla və video çəkib saytlarda paylaş. 
Növbəti sayımızda Füzuli rayonunda "Büdcədən kənar vəsaitlərin necə xərclənməsi və yerli iş adamları" yazısı dərc olunacaq. Bizi izləyin.

Dünyapress TV

Xəbər lenti