Ardını oxu...
Goranboy rayonunun 4 kəndinin illərdir suvarma suyu çatışmazlığından əziyyət çəkdiyini xəbər vermişdik. Belə ki, Goranboyun Səfikürd, Qızılhacılı, Tatarlı və Balakürd kəndlərinin suvarma suyu kəsilib. Kənd sakinlərinin iddiasına görə buna səbəb Goranboy Suvarma Sistemləri İdarəsinin özbaşınalığı, problemi gözmədən gəlmələri və həllinə maraqlı olmamalarıdır.

Şikayətçilər növbəti dəfə saytımıza müraciət edərək, problmin dərinləşdiyini və suvarma suyu məsələsində çarəsiz qaldıqlarını dilə gətiriblər:

“Biz Goranboy Suvarma Sistemləri İdarəsindən pul istəmirik. Sadəcə dolanmaq və çörək qazanmaq üçün su istəyirik. Bağ-bostanlarımız susuzluqdan quruyur. Su olsa, göyərti, meyvə və becərdiyimiz məhsullarla çörək pulu qazanarıq.

Bəs nə edək, kimə müraciət edək? Bilsək ki, problemi həll edəcəklər, gözləyərik. Amma yalan vədlərlə illərdir başımızın altına yastıq qoyurlar. Belə olmaz axı... Niyə özümüz özümüzə düşmən olmalıyıq? Axı, nə qədər görməzdən gəlmək olar?”

Kənd sakinləri qeyd edib ki, Qaraçay çayından sözügedən kəndlərə həmişə su gəlib:

“Sonradan o suyun qarşısı süni maneələrlə kəsilib. Təbiətin suyunu kəsməyə kim ixtiyar verib? İcra başçısı iki aydan bir kənddə yığıncaq keçirir, müəyyən vədlər verir, amma problem həllini tapmır”, - deyə Goranboy sakinləri etiraz edib.

Qeyd edək ki, məsələni ilk ictimailəşdirəndə saytımıza açıqlama verən Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov problemi həll edəcəklərini və Tatarlı kəndində arteizian quyusu qazılacağını demişdi.

Bu dəfə Bizim.Media-ya açıqlama verən Goranboy Suvarma Sistemləri İdarəsinin rəsmisi Müşfiq Əvəzov isə idarə rəisindən fərqli olaraq problemin birdəfəlik həll olunacağı tarixi qeyd edib.

O, sözügedən kəndlərə suvarma suyunun verilməsi üçün bir və ya iki ay ərzində artezian quyusunun qazılacağını vəd edib:

“Goranboy Rayon icra Hakimiyyəti də məsələdən xəbərdardır və cənab başçı bilir ki, hansı kəndlərdə bunun üçün yer var. Təxminən bir -iki aya ora su veriləcək”, - deyə qurum əməkdaşı əlavə edib.

Qeyd edilən məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətindən də saytımıza bildirilib ki, mövcud su probleminin müsbət həlli ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb.

Onu da bildirək ki, Goranboy Suvarma Sistemləri İdarəsi illərdir həll etmək istəmədiyi problemin çözüm yollarını aramaq və icra etmək əvəzinə məsələni mediada işıqlandıran sakinlərə təzyiq göstərib, onların gözünü qorxudub.

Sözügedən qurumla bağlı dəhşətli iddialar da var. Məsələni araşdırıb növbəti sayımımızda təqdim edəcəyik.

Mövzunu diqqətdə saxlayacağıq...

Bizim.Media

Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi cənab Siyavuş Hacıyevə 39 aydır qanunsuz və saxta ittihamla, etmədiyim cinayətə görə, nazir Sahil Babayevin və müavini Vüsal Nəsirlinin sifarişləri ilə Bakı istintaq təcridxanasında saxlanılan Alışanlı Tural Asif oğlu tərəfindən

İfadəyə əlavə

Cənab hakim!
Sahibi olduğum “TUA” TT MMC-yə 2016-cı il T.F-013/016 müqaviləsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 892 min manat pul köçürülüb. Bu 892 min manatın 160 min mantı ƏDV ödənilib. Hər iki müstəntiqlər bilərərkdən, gərəzli, ədalətsiz olaraq bu 160 min manat ödənilən ƏDV-ni ittiham aktına 136 min manat yazıblar. 577 min manat tikinti işləri yerinə yetirilib. Bunuda bilərəkdən az yazıblar. Yenədə eybi yox, olsun. Xüsusi olaraq qeyd etməliyəm ki, ən azı 650 min manat tikinti işləri yerinə yetirilib. 892 min manat köçürülmüş puldan 577 min manat götürülmüş işi və ödənilmiş ƏDV-ni çıxanda qalır 143 min manat. 143 min manatdan ittiham aktlarının hər ikisində öz təsdiqini tapan adı çəkilən nazirliyin hər iki firmaya (“TUA” TT və “AĞRIDAĞ”TT) yığılıb qalmış. 157 min manat pulun 81 min manatını yəni nazir müavini Vüsal Nəsirlinin təsdiq etdiyi 81 min manatı borclarını çıxanda qalır 62 min manat. 62 min manatdan hər iki ittiham aktında əslində ən azı 35 min manatlıq amma 23 min manatlıq təsdiq olunmuş tikinti materiallarını çıxanda qalır 37 min manat. 37 min manatdan zəmanət məktublarına ödənilən 10 min manatdan çox puluda çıxanda qalır 27 min manat. Danılmaz faktdır ki, adı çəkilən nazirliyin - şəxsən nazir Sahil Babyevin və müavini Vüsal Nəsirlinin sahibi olduğum “AĞRIDAĞ” TT MMC-yə şəxsən mənə təsdiq etmədikləri 76 min manat yığılıb qalmış borcları var. Bu 76 min manatdan da 27 min manatı çıxanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəxsən nazir Sahil Babayevin və müavini Vüsal Nəsirlinin sahibi olduğum “AĞRIDAĞ” TT MMC-yə şəxsən mənə 49 min manat borcları qalır. Məndə bu 49 min manatı istəmirəm. 24 min beş yüz manat ödənilsin “yaşat” fonduna. 24 min beş yüz manatda ödənilsin Heydər Əliyev fonduna. Mənim qanunsuz, sifarişlə əlimdən alınmış azadlığımı təmin edin. Nə sizdən, nə nazir Sahil Babayevdən, nə Vüsal Nəsirlidən, nə də müstəntiqlərdən heç bir şikayətim, tələbim yoxdur və olmayacaq.


Dərin hörmət və inamla: Alışanlı Tural Asif oğlu.

25 yanvar 2023


ƏLAQƏDAR YAZI: Sahil Babayevin HƏBSDƏKİ QURBANI... - Prezidentə müraciət olundu

Ardını oxu...
DİA.AZ: - "Şikayətim "Leobank"dandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" adlı sosial qrupundakı paylaşımında Nicat Qəni-zadə adlı istifadəçi giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: "30 dekabrda ABB-yə məxsus kartımdan "Leo"nun tətbiqi ilə pul çəkdim. Pul bir anlıq oturdu, sonra xəta baş verdi, balans artmadı. ABB kartına da qayıtmadı.

ABB ilə əlaqə saxlayıram, deyirlər ki, əməliyyat "Leo"nun tətbiqindən edildiyindən onlar araşdırmalıdırlar. "Leo" isə bir ay ərzində məni fırladıb ki, bayramlar və s olduğundan ayın (yanvarın) sonunadək gözləyin, ola bilsin pul oturacaq ABB kartınıza.

Nə isə, ay bitdi, pul oturmadı. Yenə yazıram "Leo"ya, cavab verirlər ki, 30 gün keçib deyə ümumiyyətlə heç nə edə bilmirik. Adamı rəsmən dolayıblar. İndi qalmışam 2 bankın arasında, pul da havada..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
“Broker” Əbülfəz Məlikov kimi tanınan və hazırda həbsdə olan şəxs haqqında yazmaqdan öncə bir məsələyə diqqəti çəkmək istəyirik.
Çox təəssüf ki, bu məsələ medianın diqqətindən yayınır. Düzdür, epizodik olaraq nağılvari şəkildə toxunulub. Amma, bu məsələyə sistemli yanaşma omayıb. Haqqında bəhs edəcəyimiz şəxs Rusiya Erməniləri İttifaqının lideri, milyarder, Kremlin dostu Ara Abramyandır.
Məlumat üçün qeyd edək ki, Azərbaycan dövləti bu adamı beynəlxalq axtarışa verib. Səbəb də odur ki, bu şərəfsiz erməni milyarder neçə vaxtdır Xankəndinə milyonlarla dəyəri olan silahları qaçqaqmalçılıq yolu ilə gətirir. Azərbaycan dövləti onu haqlı olaraq beynəlxalq axtarışa verib. Ara Abramyan isə haqqında açılan cinayət işi ilə bağlı bildirib ki, heç nədən qorxmuram. Ara Abramyan hələ üstəlik Rusiyadakı erməniləri Qarabağa köçməyə çağırıb. Bu yekəbaş erməni dığası Xankəndində və ətrafında ermənilər üçün yaşayış binaları tikir, özü də pulsuz. Hətta bu adamı Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə gətirmək istəyən qüvvələr də var.
Oxucu düşünə bilər ki, bu geniş izahat nə üçündür. Bəli, bu Ara Abramyan hazırda həbsdə olan “Broker” Əbülfəz Məlkovun yaxın qohumudur. Belə ki, Əbülfəz Məlikov bir neçə nazirlə, o cümlədən Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə dost münasibətlərindən istifadə edərək bütövlükdə gömrük sisteminə rəhbərlik edib. Və sözün həqiqi mənasında milyarderə çevrilib. Bu adam broker adı altında əməlli-başlı ordu saxlayırdı. Əbülfəz Məlikov təkcə broker fəaliyyəti ilə məşğul olmurdu, həm də Azərbaycan və Özbəkistandan Rusiyaya meyvə-tərəvəz göndərirdi, Dağıstandan, Çeçenistandan Moskvaya mal-qara gətirib ət satışını təşkil edirdi. Bu adam Rusiyanın paytaxtı Moskva şəhərində nəhəng biznes qurmuşdu. Bəs vaxtilə siqaret satan Əbülfəzi Moskvada kimlər himayə edirdi..?
Hə, indi gələk mətləb üstünə. Yazının girişində qeyd etdiyimiz erməni milyarder Ara Abramyan. Qısa məlumat üçün qeyd edək ki, Əbülfəz Məlikovun həyat yoldaşı Rəna Məlikova əslən ermənidir. Onun əsl soyadı Məlikova deyil, Ovanesyandır. Rəna familiyasını Məlikovla evlədnikdən sonra dəyişdirib. Rəna Məlikova isə Ara Abramyanın doğmaca bacısı qızıdır. Yəni Ara Rənanın dayısıdır. Hətta Ara Abramyan açıqlamalarının birində deyib ki, onun bacısı qızı Bakıda yaşayır və kürəkəni də nazirdir. “Ona sual veriləndə ki, kürəkəni hansı sahənin naziridir, o da cavabında bildirmişdi ki, “monopoliya naziri”. Biz isə öz növbəmizdə Abramyan eşşək oğluna deyirik ki, ay donuz oğlu donuz, ay itdə əmələ gələn Azərbaycanda monapoliya adlı nazirlik var? Ay sənin bacınıda, özünüdə...
İndi gördünüzmü, xalqımızın düşməni olan Ara Abramyanla Əbülfəz Məlikovun qohumluğu və biznes əlaqələri hara qədər gedib çıxır. Hələ bu harasıdır..?
Əbülfəz Məlkov Ara Abramyanla birləşərək Ermənistan məhsullarının Gürcüstan üzərindən Azərbaycana gətirilməsinə, milyonlar qazanmasına da nail olub.
Bu yazdıqlarımız Əbülfəz Məlkovun cinayət əməllərinin cüzi bir hissəsidir. Bircə onu qeyd edək ki, Əbülfəz Məlkovun icazəsi olmadan kimsə 1 ədəd, ya 1 kilo nəsə gömrükdən keçirə bilməzdi. İndi isə keçək Əbülfəz Məlikov haqqında yeni məlumatlara.
Məlumat üçün onu da qeyd edək ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin (DGK) yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir. Son günlər isə Əbülfəz Məlikova, hətta oğlu Murad Məlikova qarşı yeni şikayətlər ortaya çıxıb. Hətta özü və oğlu yenidən məhkəməyə verilib.
Deyəsən çəmbər daralır, ay Əbülfəz. İş hazırda Bakı Kommersiya Məhkəməsindədir. Əbülfəz Məlikovun oğlu Murad Məlikovla bağlı iş də Bakı Kommersiya Məhkəməsindədir. Deyəsən, Əbülfəz Məlikovu artıq divara dirəyiblər. Ara Abramyan daha Əbülfəzə kömək edə bilmir. Yəqin ki, yaxın zamanda səsi çıxacaqdır.

***

Azərbaycanda müstəqil medianın yaranması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Buna kiminsə şübhəsi ola bilməz. Belə ki, müstəqillik dönəmində iki dəfə kommunist və cəbhə hakimiyyəti olub. Amma hər ikisində SENZURA və Mətbuat Nazirliyi olub. Ulu Öndərimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra Mətbuat Nazirliyini ləğv elədi, daha sonra SENZURA-nı aradan qaldırdı.
Bəli, Mətbuat Nazirliyi hakimiyyət qurumudur, bunu ləğv etməklə Heydər Əliyev mətbuata azadlıq və müstəqillik verdi. Sonra SENZU-ranın aradan qaldırılması artıq müstəqil medianın inkişafına səbəb oldu. Biz Heydər Əliyevin müstəqil medianın maddi bazasının yaradılması, inkişafı üçün elədiklərini demirik.
Bütün bunlara qarşılıq olaraq da müstəqil media həmişə Heydər Əliyevi “Medianın dostu” elan edib. 2003-cü ildən sonra isə bu dostluğa cənab Prezident İlham Əliyev layiq görülüb.
Sözümüzün canı odur ki, müstəqil media həmişə Heydər Əliyev və İlham Əliyevin qayğısını hiss edib. Açıq deməliyik ki, bu dost münasibət həmişə PA-nın rəhbəri Ramiz Mehdiyevi və onun “pomoşniki” Əli Həsənovu qıcıqlandırıb. Və onlar müstəqil medianı bu və ya digər yolla cəzalandırmağa çalışıblar. Əlbəttə, Ramiz Mehdiyev, yaxud Əli Həsənov öz əli ilə deyil, öz “maşaları” vasitəsilə müstəqil median cəzalandırmağa, onları GÖZÜQIPIQ etməyə çalışıblar. Gördünüzmü, söhbət MAŞALARDAN gedir… Belə MAŞA-lardan biri də “Karqo Şamil” kimi tanınan adam olub.
Bəli, keçmiş PA rəhbəri Ramiz Mehdiyevin maşası, nə bilim “qara kassası” kimi tanınan Şəmilin o qədər imtiyazları var idi ki…. İstədiyi media orqanını məhkəmələr vasitəsilə susdura, külli miqdarda cərimələdə, hətta həbsə atdıra bilirdi. Bəli, “Karqo Şəmil” xeyli sayda müstəqil media rəhbərini şər-böhtanla həbsxanaya saldırıb. İndi növbə “Karqo Şəmil”in özünə çatıb. Redaksiyamıza daxil oaln məlumata görə, Şəmil çamadanlarını hazırlayır, özünə isti qarniturlar-alt paltar-tuman-köynək, darbalax-zad tədarük edir və Kürdəxanıya gedəcəyi günü gözləyir. Tanımayanlar üçün qısa məlumat xarakterli onu qeyd edək ki, keçmişdə Universitetlərdən birində santexnik olan Şəmil müəllim Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin sayəsində öz texniki peşəsini dəyişərək “yükdaşıma” sahəsində ixtisaslaşdı.
Məlumdur ki, texnik sıradan bir peşədir, yükdaşıma isə... Məsələn, bazarda araba basanlar. Bir sözlə, Şəmil müəllim öz peşəsini ataraq araba basmağa başladı.
Bəli, uzun illər Ramiz Mehdiyevin hesabına “Karqo Şəmil”ə gözün üstə qaşın var deyən olmayıb, həmişə dövlət qurumlarının, gömrük sisteminin qapıları onun üzünə taybatay açıq olub. Çoxları elə bilir ki, “Karqo Şəmil” ancaq yükdaşıma ilə məşğul olur. Əslində “Karqo Şəmil”lə Ramiz Mehdiyev cütlüyünün biznes sahəsi çox genişdir. Bakı şəhərində ən bahalı, ən hündür binaların tikintisi bu cütlüyə aiddir. Böyük tikinti biznesinə malik Ramiz-Şəmil cütlüyünün ölkəyə gətirdiyi ən bahalı tikinti avadanlıqları bəyənnaməsiz olaraq gömrükdən keçib. Yükdaşıma şirkətləri – Çin, Türkiyə və diğər ölkələrdən keyfiyyətsiz məhsulları, tikinti avadanlıqlarını, üzlüklər, çardaq örtükləri və sairələri ölkəmizə gətirərək bina tikitintiləri ilə məşğul olublar. Bu binaların gələcək taleyi necə olacaq, bunu Allah bilir. “Karqo Şəmil”in oğlunun adına olan şirkətləri saymaqla bitirmək olmaz. “Karqo Şəmil”in oğlu Binəqədi rayonunda hektarlarla torpağı zəbt edərək şüşə və plasmas istehsalı zavodu tikib. “Karqo Şəmil”in ölkə xaricində də Ramiz Mehdiyevlə şərikli biznesi var. Bir məsələni də xüsusi olaraq qeyd edək. “Karqo Şəmil”in nəzarətində yüzlərlə saxta şirkətlər olub. Deməli, “Karqo Şəmil” broker kimi işə götürdüyü yüzlərlə şəxslərin adına saxta şirkətlər yaradıb. Milyonlarla dəyəri olan mallar da bu şirkətlərin adına göndərilib. Sonradan izi itirmək üçün həmin şirkətlər bağlanıb. Və bu gün həmin şirkətlərin vergiyə, dövlət büdcəsinə 100 minlərlə, milyonlarla borcu var. Və bu borcu ödəyən yoxdur.
Əgər bu məsələ ciddi araşdırılsa, “Karqo Şəmil”ə ən azı 20-30 il həbs cəzası düşür. Bəli, “ Karqo Şəmil” yaxın zamanda Kürdəxanıya yük daşımağa, araba basmağa göndəriləcək. Ardı var...
 //gundelik-baku.com//

Ardını oxu...

 

 

 

 

 

 

 

Kənd Təsərrüfatı Nazirliyi, ona tabeli qurumlar, xüsusilə də nazir İnam Kərimov və komandası son vaxtlar medianın gündəmindən düşmür. Məlum olur ki, aqrar sektorun inkişaf etdirilməsi adı altında İnam Kərimov və komandası bir çox oliqarx məmurlara məxsus torpaq sahələrində bizneslərinə daxil olan xərcləri dövlət hesabına həyata keçirirlər.

 

Dövlətin aztəminatlı ailələrə, fermerlərə verdiyi dəstəkdən isə bu gün daha çox yararlananlar nazirin “islahatçı” kadrlarıdır desək, yanılmarıq. Aqrar sektorun inkişaf etdirilməsi məqsədi ilə fermərlərə güzəştli şərtlər adı altında baha satılan gübrələr, yanacaq, vaxtlı-vaxtında verilməyən subsidiyalar və texnikalar gözdən pərdə asmaqdan başqa bir şey deyildir. Əslində isə son illər kənd təsərrüfatının inkişaf etdirilməsinə daha çox büdcə vəsaiti ayrılır. Bundan şəffaf və səmərəli istifadə etmək qalır İnam Kərimovun komandasının insafına.

 

İnam Kərimov və komandası isə əksinə, bunları fürsət bilib özlərinə məxsus təchizatçı şirkətlərlə işbirliyi qururlar. Aqrar sektorda islahatlar həyata keçirmək adı altında kənd təsərrüfatı texnikalarının və damazlıq heyvanların alışına şişirdilmiş rəqəmlərlə yüz milyonlarla manat vəsait xərcləyirlər. Hansı ki, aqrar sahəyə çəkilən belə izafi xərclər Kənd Təsərrüfatı Nazirliyinin bir çox maliyyə əməliyatlarında özünü açıq şəkildə biruzə verir. Aşağıdakı məlumatlarda olduğu kimi.

 

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ucar Təchizat Bazasının hasarının təmiri işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin nəticələri açıqlanıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə satınalma müqaviləsi 16.01.2023-cü il tarixdə bağlanıb. “Aqroservis” ASC qalib seçdiyi “OMAR NN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyd etdiyimiz işlərin görülməsi üçün 326 536.16 manat dövlət vəsaiti ödəyəcək.

 

Qeyd edək ki, tenderin şərtlər toplusunda görüləcək təmir işlərinin həcmi göstərilməyib. Buradan da maraqlı suallar meydana çıxır. Ucar Təchizat Bazasının hasarının uzunluğu və hündürlüyü nə qədərdi, cəmi neçə kvadratmetrdir ki, buranın təmirinə, tikintisinə yox, yalnız təmirinə üç yüz min manatdan çox vəsait ayrılıb. Bu vəsaitlə yeni nə qədər hasar çəkmək olar? Elə bu sual ətrafında araşdırmalar apardıq. Məlum oldu ki, “OMAR NN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti arasında işbirliyi çoxdan var. Belə ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti 24.05.2022-ci il tarixdə Gəncə Təchizat Bazasının hasarının təmiri işləri üzrə də “OMAR NN GROUP” MMC ilə 103 840 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Məlum olduğu kimi “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezident İlham Əliyevin 2020-ci il 17 avqust tarixli Fərmanına əsasən Cəmiyyətin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Yəni hazırki “Aqroservis” ASC 2020-ci ilə qədər “Aqrolizinq” ASC kimi fəaliyyət göstərmişdir.

 

Bir az dərin araşdırdıqda məlum oldu ki, “Aqrolizinq” ASC-nin Tovuz rayon bölməsinin hasarının yenidənqurulması işlərinin satınalınması üzrə 54 574.33 manat məbləğində bir müqavilə də 04.03.2020-ci il tarixdə “İNŞAAT-İ.” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Hansı ki, bu MMC-yə məxsus VÖEN (1100157541) həm də “OMAR NN GROUP” MMC-yə aid olduğu göstərilir.

 

“Aqrolizinq” ASC-nin hasar təmiri əməliyatları bununla da bitmir. Belə ki, ASC Kürdəmir rayon bölməsinin uçmuş hasarının yenidənqurulması işlərinin satınalınması üzrə keçirdiyi kotirovka sorğusunda da qalib “İNŞAAT-İ.” MMC olub və tərəflər arasında 20 164.94 manat dəyəri olan satınalma müqaviləsi 27.12.2019-cu il tarixdə bağlanılıb.

 

Qeyd edək ki, “OMAR NN GROUP” MMC -yə aid olduğu göstərilən VÖEN-lə (1100157541) 2021-ci ilə qədər “İNŞAAT-İ.” MMC kimi bir sıra tenderlərin qalibi olub. 2022-ci ildə isə “İNŞAAT-İ.” MMC dönüb olub “OMAR NN GROUP” MMC. Bu adla isə 2022-ci ildə MMC yol çəkilişindən tutmuş təmir bərpa işləri üzrə bir neçə tenderin qalib olub.

 

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OMAR NN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 21.02.2005-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, BAKIXANOV ŞTQ, 409094 MƏH., ev 2/7, m. 118, qanuni təmsilçisinin isə Ömərov Namiq Nüsrət oğlu olduğu göstərilir.

 

MMC haqqında açıq mənbələrdə olan məlumatlar bu qədərdir. Görsənən odur ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə MMC-lərin qanuni təmsilçisi kimi göstərilən Namiq Ömərov arasında ancaq hasarların təmiri üzrə anlaşma olub. Hansı ki, heç bir tenderin şərtlər toplusunda görüləcək təmir işlərinin həcmi göstərilməyib. Elə Ucar Təchizat Bazasının hasarının neçə kvadratmetr olduğunu öyrənmək cəhdlərimiz də boşa çıxdı. Bu əməliyyatın nələrə hesablandığını da elə buradan təxmin etmək olar. Əsas məqsəd bazanın hasarının təmiri deyil, bu əməliyyatdan daha çox bəhrələnməkdir.

 

Qeyd edək ki, “Aqroservis” ASC-nin rəhbəri Elmin Rəhmanovdur. O, sözügedən quruma 2019-cu ildə rəhbər təyin olunduqdan qısa müddət sonra özünə 298 min manata “Lexus” avtomobili alması ilə gündəmə gəlmişdi. Elə 2019-cu ildən də Elmin Rəhmanov Səhmdar Cəmiyyətin rayonlarda yerləşən bazalarına hasar təmiri əməliyatlarına başlayıb.Aktualinfo.org

Ardını oxu...
 
 

Bugünlərdə redaksiyamıza Bərdə şəhəri, Pərvin Əlizadə küçəsində Əli adlı şəxsə məxsus fərdi yaşayış evində, hansı ki, antisanitariya şəraitində istehsalı həyata keçirilən tualet kağızı sexində baş alıb gedən biabırçılıqlarla bağlı xeyli məlumatlar daxil olmuşdur. Bu yöndə daxil olan məlumatlardan sonra əməkdaşımız həmin sexdə olmuş, lazımi çəkilişlər həyata keçirmiş və gördüyü ümumi mənzərə onu dəhşətə gətirmişdir. Yayılan söz-söhbətlərdən və əməkdaşımızın həyata keçirdiyi çəkilişlərdən aydın olur ki, Əli adlı şəxs “dərə xəlvət, tülkü bəydir” yanaşmasını əsas tutaraq, özünəməxsus fərdi yaşayış evində minbir hoqqalardan çıxır. Yəni, bu şəxs sahiblik etdiyi sexdə hər cür hüquqpozmalara qol qoyur və hətta əndazəni də aşır. Qeyd edək ki, Əli adlı şəxsin illərdir ki, belə bir fəaliyyət növü ilə məşğul olduğu söylənilir. Yəqin ki, bu şəxsin qol qoyduğu əməllərlə bağlı ərazi üzrə icra nümayəndəliyi, bələdiyyə şurasının rəhbərliyində olanlar, hətta sahə müvəkkili vəzifəsini daşıyan şəxs, bir qədər də irəli getsək Bərdə RİH-nin başçısı və bu qurumda çalışan əməkdaşların da lazımi səviyyədə məlumatlı olduqları söylənilir. O halda sual oluna bilər ki, görəsən bu Əli adlı şəxsə kim “yaşıl işıq” yandırıb ki, o, sahiblik etdiyi sexdə bu gün də hər cür qanunsuzluqlara qol qoyur? Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, Pərvin Əlizadə küçəsində fərdi yaşayış evində fəaliyyət göstərən Əli adlı şəxs, nəinki sahiblik etdiyi sexdə antisanitariya hallarına, bir çox qanunsuzluqlara qol qoyur, hətta ulu öndər Heydər Əliyevin və ölkə rəhbəri İlham Əliyevin şəkillərinə hörmətsizlik etməyi də unutmur. Yəni, həyata keçirilən çəkilişlərdən də görünür ki, hər iki şəxsə məxsus portret-şəkillər ayaqlar altındadır. Bu da onu göstərir ki, fərdi yaşayış evində qeyri-qanuni fəaliyyət növü ilə məşğul olan Əli adlı şəxsi, heç də bu kimi halların varlığı düşündürmür. Bir sözlə, bu şəxsi daha çox düşündürən yalnız və yalnız var-dövlət qazanmaq istəyidir. Amma onu da unutmaq olmaz ki, ulu öndər Heydər Əliyevin və ölkə rəhbəri İlham Əliyevin şəkillərinə qarşı hörmətsizlik etmək, heç cür yolverilməzdir. Yəni, dərk etmək lazımdır ki, ulu öndər Heydər Əliyev uzun illər ərzində ölkəmizə rəhbərlik etmiş və Konstitusiyamız ona xalqımızı, dövlətimizi təmsil etmək hüququ vermişdir. Bu gün isə həmin funksiyanı ölkə rəhbəri İlham Əliyev də həyata keçirməkdədir. O halda sual oluna bilər ki, görəsən Konstitusiyamızın tələbləri əsasında xalqımızı və dövlətimizi təmsil etmək hüququ verilmiş şəxslərə məxsus portret-şəkillərin, ayaqlar altına atmasına hansı qanun ixtiyar verib? Belə bir mənzərəni görən, yaxud da eşidən Bərdə RİH-nin başçısının susması da, məhz bu gün ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Demək, Əli adlı şəxsin indiyə qədər bu yöndə fəaliyyət göstərməsi RİH-nin başçısı Vidadi İsayevin maraqlarına cavab verib ki, o, baş verən olayların qarşısında susub, yaxud da kimlərinsə susmasında da maraqlı olub. Baş verənləri təhlil edib təqribən belə qənaətə gəlmək olar ki, Vidadi İsayevin verdiyi tapşırıqlar əsasında ərazi üzrə icra nümayəndəliyi, bələdiyyə şurasının rəhbərliyində olanlar, hətta sahə müvəkkili vəzifəsini daşıyan şəxs və digər vəzifə sahibləri, bu günə kimi Əli adlı şəxsə “yaşıl işıq” yandırıblar ki, bu şəxs özündə arxayınçılıq taparaq hər cür qanunsuzluqlara imza atmışdır. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

 

Araşdırmamız davam edəcək.

Nyus.Az

 

XalqXeber.Az
Ardını oxu...
DİA.AZ: - Zərdab rayonu Qaravəlli kənd sakini Abbasov Bəhruz Çervon oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.
Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Bu şikayətimdə yazıb Sizə bildirirəm ki, Zərdab rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ruslan Nemətov və onun bacısı oğlu həmin xəstəxanada travmotoloq işləyən Rusif İsmayılov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özbaşınalıqla qanunsuz əməllərlə məşğul olurlar.Nəticədə də insanlar əziyyət çəkir.
Belə ki, həyat yoldaşım Abbasova Südabə Teyyub qızı 23 noyabr 2022-ci il tarixdə yıxılaraq ayağı sınmışdır. Buna görə biz xəstəni Zərdab rayon Mərkəzi Xəstəxanasına apardıq.Travmotoloq Rusif İsmayılov Bakıda olduğu halda telefon vasitəsi ilə xəstəni müayinə edib müalicə yazdı.Həyat yoldaşım ev şəraitində müalicə olundu.Həyat yoldaşımı müalicə edən Rusif İsmayılovun savadsızlığına görə müalicə səhv aparılmışdır ki, nəticədə də biz Göyçay rayon Xəstəxanasına üz tutmalı olduq.Göyçay rayon Xəstəxanasında travmatoloq Elman həkim xəstəni müayinə edib səhv müalicə aparıldığını bizə bildirdi və yenidən narkoz verib müalicə etməyə başladı.
Bundan sonra mən şikayətimi Zərdab rayon Mərkəzi Xəstəxanasının direktoru Ruslan Nemətova dedikdə öz bacısı oğlu olduğu üçün Rusif İsmayılov barədə heç bir tədbir görmədi. Həmçinin bir neçə dəfə Zərdab rayon Xəstəxanasnın Təcili Tibbi Yatdım Bölməsinə zəng etsəkdə evə gəlməyiblər tibbi yardım göstəməyiblər.Təcili Tibbi Yardım Bölməsində bizə bildirdilər ki, ora kəndə gedə bilmərik gəlin öz avtomobilinizlə tibb bacısını xəstənin üstünə aparın.Biz bir neçə dəfə xəstənin üstünə tibb bacısını öz avtomobilimizlə aparıb hər dəfə 30 manat pul ödəmişik.Zərdab rayon Xəstəxanasında özbaşınalıq qanunszluq baş alıb gedir.Bütün bu korrupsiya əməllərinin başında Ruslan Nemətov dayanır.Zərdab rayon Xəstəxanasında baş alıb gedən korrupsiyaya görə əhali əziyyət çəkir.
Mənim həyat yoldaşım həkim səhlənkarlığına görə 2 aydan çoxdur ki, yataq xəstəsidir sağalmayıb.Bunu təsdiq edən konkret və mötəbər subutlarım var ki, şikayətim üzrə aparılacaq araşdırma zamanı təqdim edəcəyəm.Özüm traktor sürücüsüyəm min bir əziyyətlə pul qazanıb ailəmi güclə dolandırıram.Həkim səhlənkarlığına görə borca düşmüşük.Həyat yoldaşım xəstə olduğu üçün himayəmdə olan azyaşlı uşaqlarıma özüm baxıram.
Aidiyyatı orqanlardan xahiş edirəm şikayətimi yerində mənim iştirakmla araşdırıb korrupsiya əməlləri ilə məşğul olan , Zərdab rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ruslan Nemətovun və onun bacısı oğlu Rusif İsmayılovun barəsində qanunu tədbirlər görəsiniz".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
Azercell-in fırıldaqçılığı bitib-tükənmək bilmir ki, bilmir!
1996-cı ildən fəaliyyətə başlayan Azercell şirkəti mənə yazır ki, "Hormetli abuneci, Faktura mebleginiz 22.24 manatdir.17.01.2023 tarixine qeder odemeyiniz xahis olunur. Balans melumati kabinetimde: bit.ly/Kabinetim",
Mən də 7, 76 manat pulu artıqlaması ilə ödədim.
"Hormetli Abonent! "MilliON/m10" vasitesile nomrenize 30 AZN odenildi. Odenis tarixi: 16-01-23, 17:18. Teshekkur edirik. Balansinizi istediyiniz zaman MB xerclemeden Kabinetim tetbiqi vasitesile yoxlaya bilersiniz! Indi yukleyin: bit.ly/Kabinetim".
Amma məlum oldu ki, bunların pul tələb etməsi bitib-tükənmək bilmir. Nə isə, tələb olunan 47 manatı da ödədim.
"Hormetli Abonent! "KAPITALBANK" vasitesile nomrenize 47 AZN odenildi. Odenis tarixi: 17-01-23, 11:42. Teshekkur edirik. Balansinizi istediyiniz zaman MB xerclemeden Kabinetim tetbiqi vasitesile yoxlaya bilersiniz! Indi yukleyin: bit.ly/Kabinetim."
Buna görə təşəkkür mesajı da aldım.
İndi də bunlar artıq tamahlıq edib yenə də pul ödəməyimi istəyirlər.
Bu da acgözlüklə millətin cibinə girən şirkətin sonuncu mesajı.
"Hormetli abuneci, Faktura mebleginiz 101.34 manatdir.16.02.2023 tarixine qeder odemeyiniz xahis olunur. Balans melumati kabinetimde: bit.ly/Kabinetim".
Bu qədər artıq tamah, bu qədər dilənçi şirkət olar? Nəzərə alsaq ki, Azercell şirkətinin milyonlarla abunəçisi var və hər abunəçinin cibinə girib yuxarıda təqdim etdiyimiz məbləği çırpışdıraraq, milyardlarla çirkli pulları əldə etmiş olurlar. Bu qədər pulları "kamaz"larla ölkədən necə çıxarırlar?
 //gundemxeber.az//
Ardını oxu...
Azərbaycanda çox acınacaqlı bir KARUSEL KADR siyasəti var. Belə ki, yarıtmaz, rüşvətxor məmuru bir rayondan çıxarıb başqa bir rayona PAZ kimi çalırlar. PAZ-ın çıxdığı rayon sakinləri elə sevinir ki...deyirlər canımız qurtardı, rahat olduq. Amma bilmirlər ki, çıxan PAZ-dan yekə bir PAZ gəlib rayona. Və bir neçə gündən sonra çıxan PAZ-ın atasına rəhmət oxuyurlar. PAZ-ı pis mənada başa düşməyin ee...Kəndə-zadda turbaya, su borusunun ağzına PAZ-ÇİV çalardılar. Belə PAZ-lardan biri də indi haqqında bəhs edəcəyimiz Elnurdur.
Belə ki, Elnur Əliyev xeyli müddət Binəqədi rayon Su Kanal İdarəsinin rəisi işləyib. Rayonda rəis işləyərkən əsl rüşvətxor, korrupsioner kimi tanınıb. Bəli, Elnur Əliyev Binəqədidəki bütün ictima-iaşə obyeklərinə, restoranlara, nə bilim digər obyektlərə suyu sataraq qısa vaxtda milyonçuya çevrilib. Bu gün Elnur Əliyevin Bakıda bağ evləri, Türkiyədə villası, mülkləri, biznesi və s. var. Adama deyərlər ki, bu Elnur Əliyev kimdir ki, bu qədər əmlaka sahib olub. Allah qoymasa, Elnur Əliyev Yasamal kimi böyük bir rayonda da Su Kanal İdarəsinin rəisi olub. Və orada da əməllərini davam etdirib və daha pis formada. Əslən Qubadlı rayonundan olan Elnur Əliyevin bu gün sahibi olduğu bahalı avtomobil kolleksiyalarını, milyonluq obyeklərini Yasamalda su sataraq qazanmışdır.
Təsəvvür edirsiniz, Yasamalda və Binəqədidə çalışanda Elnur Əliyevin yüzlərlə, bəlkə də minlərlə “levi su xətti” olub. Bu ayda bilirsiniz neçə yüz minlər deməkdir..? Bu gün Elnur Əliyev Qaradağ Su idarəsinin rəisi olsa da, bir əli, Binəqədidə, o biri əli isə Yasamaldadır. Bu adam işlədiyi bütün rayonlarda şəhid ailələri ilə qazilərlə, özü qarabağlı olsa da məcburi köçkünlərlə kobud rəftarı ilə dəfələrlə gündəmə gəlmişdir. Bu adam hər yerdə özünü nüfuzlu şəxslərin, icra başçılarının, güc strukturlarının rəhbər şəxslərinin yaxın qohumu kimi qələmə verir, onların adından su-istifadə edir. Bu hələ harasıdır..?
Əslən Qubatlıdan olan Elnur Əliyev hərdən xəyallara dalaraq deyir ki, mən “Makedoniyalı İskəndərin” nəslindənəm. Məclisdəkilər də düşünür ki, bəlkə pulun çoxluğundan Elnur Əliyevin başına hava gəlib... Amma Elnur Əliyev başa düşmür ki. Bu “Makedoniya” söhbəti bəzi yerlərə çatsa, onun "tifaqını" dağdacaqlar. Elnur Əliyev hətta Azərsu-nun boş qalan rəhbəri vəzifəsinə də iddialıdır. Bəli, Elnur Əliyev hər yerdə deyir ki, məni Binəqədidə, Yasamalda, Qaradağda vəzifəyə qoyan şəxs Azərsu-ya da rəhbər təyin edəcək. Deyəsən pulun çoxluğundan başı gicəllənən Elnur Əliyev unudur ki, Azərsu-ya rəhbər təyin etmək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səlahiyyətində olan məsələdir. Elnur Əliyev ölkə mediasından da yaman gileylidir. Deyir yaza bilirsiniz, gedin Tərgüldən, o biri zavodlardan, nə bilim milyonluq obyektlərdən yazın dəə...məndən niyə yazırsınız...
Bəli, Elnur Əliyev acıqlı olduğu jurnalistlərin yazılarına sifarişli komment də yazdırır. Biz də deyirik ki, yazdığınız kommentlər sizin ailə üzvlərinizə aid olsun və o kommentləri yazmaq üçün sizə məsləhət verənlərin də... Elnur Əliyev tez-tez mülklərdən, bahalı avtomobillərdən danışır. Deyirik ki, ay Elnur, o avtomobillərin təkərinin yoğun hissəsi sənə sarı yönəlsə... Nə isə...
Hər yerdə deyirsən ki, ora deyəcəm. Biz də deyirik ki, deməsən, lap sənin... Həə, bu hələ harasıdır..? Elnur Əliyev, səni müxalifətin əlində oyuncağa çevirənlərin də lap...
Bəli, Elnur Əliyev o Elnur Əliyevdir ki, Qaradağda işçisi ilə arasında nə olduğunu bilmirik, amma onu bilirik ki, işçisinin atası tanıdığımız bir sayta gedərək Elnurun, onun övladına sataşdığını bildirib. Həmin yazını olduğu kimi dərc etməyi özümüzə rəva bilmədik.
Bu məsələ bizlik deyil, Elnur Əliyev kimə sataşıb, kimin ailəsində söz-söhbət yaradıb. Bizim üçün maraqlı deyil. Amma, biz onu bilmək istəyirik ki, Elnur Əliyev mən Mamed İskəndərovun qohumuyam deyəndə kimi nəzərdə tutur?
Sual edirik Elnur Əliyev, bu Mamed İskəndərov söhbəti var aaa, o heç də yaxşı söhbətə oxşamır. Bu başqa bir yazının mövzusudur.
Bizim üçün o da maraqlı deyil ki, sən Qaradağ, Yasamal və Binəqədi rayonları ərazisində restoran və moykalara "levıy" qoşdurduğun xətlərdən hələ də var sənə haqq verirlər...
Bizim üçün maraqlı deyil ki, ölkədə olan içməli su itkisinin sənin kimi su idarələri rəislərinin yarıtmaz fəaliyyəti ucbatından yarı qiymətinə obyektlərə verirsiniz.
Bizim üçün maraqlı deyil ki, səni yüksək vəzifəyə təyin etdirə bilmədiyi üçün hansı qohumun haqqında saytlara donos ötürürsən.
Bizim üçün maraqlı deyil ki, sən hansı qohumlarının adından yeri gəldi gəlmədi istifadə edirsən.
P.S. Növbəti yazımızda Elnur Əliyevin Mamed İskəndərovla qohumluq əlaqələrindən bəhs ediləcək.
Gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 
 
Ardını oxu...
"Hər kəs Tarif Şurasından yazsın görün mən nədən yazıram. Gördüyünüz bu ferma Şamaxı rayonunun girişində tikilir. Tikintisi bilindiyi kimi artıq neçə ildir ki, davam edir. Ferma Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansındadır və nazirliyin sifarişi əsasında tikilir. Buraya qədər hər şey normaldır."
Teref.az yazır ki, bunu Dünya Media-nın təsisçisi və baş redaktoru Vüsal Əliyev yazır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansında olan bu fermadan yazan baş redaktor ilginc faktlar acıqlayaraq yazır:
"Keçək əsas məsələyə: Ferma artıq üç ilə yaxındır ki, kağız üzərində fəaliyyət göstərir. 11 min iribuynuzlu heyvanın saxlanıldığı bu fermaya nə az nə çox büdcədən 16 000 000 000 pul xərclənib. (oxuya bilməyənlər üçün yazıram 16 MİLYARD MANAT) Hazırda burada 800 nəfər işləyir və hər ay maaş da alır. Fermada kağız üzərində o qəddddər şey var ki, birini elə mən deyim. Fermaya 2100 sağım aparatı alınıb biri 5000 manatdan. Cəmi 10 milyon 5 yüz min manat. Amma yoxdur. Bu fermanın süd məhsullarını marketlərdən alıb dadına baxa bilməzsiniz. Çünki o da yoxdur.
Fermaya hər il min tonlarla yem alınır. Amma o da kağız üzərində.
Siz də düşmüsüz ki, 10 qəpik belə getdi, Tarif Şurası elə gəldi. Di gedin rahat yatın."
Teref.az olaraq baş redaktorun acıqladığı bu büdcə talanı iddiası ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti