Ardını oxu...
DİA.AZ: - "Yanvar ayının 16-sı "Uni Bank"ın mobil tətbiqində əlavə etiyim "Rabitabank" kartım ilə ödəniş etdim. Proqramda xəta verdi ödəniş keçmədi. Sabahı gün "Uni Bank"a online çatla müraciət etdim, sorğunu qəbul etdi". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ağacan Ağayev adlı istifadəçi giley edir.

Ardını oxu...

Narazı vətəndaş daha sonra yazır: "1 həftə sonra operator bildirdiki Rabitə bankla danışın.(Onuda mən yenə yazıb soruşandan sonra dedi, özün axtarmasan itirib axtaranda olmur) Rabitə Bankla danışdım,Uni bankla müqayisədə məsələyə operativ yanaşdılar və bildirdilərki məbləğ bizdən çıxıb ,lakin Uni Bankın tətbiqində ilişib. Bunu Uni Bank həll etməlidir. Bu dəfə getdim Uni Bankın inşaatçılar filialına olanları təkrar danışdım, ordada əməliyyatçı sorğu açdı, axşam zəng vurdular ki Rabitə Bank bizə sorğu göndərməlidir. Bu dəfə Azərbaycan Respublikasının Mərkəzi Bankı na müraciət etdim. Bəlkə onlar yol gorsədələr ki,məsələnin kim həll etməlidir. Müraciətdən 2-3 gün sonra Rabitə Bankdan yenidən zəng etdilər ,yenidən ətraflı izah etdilər ki məsələ bizlik deyil. Sağ olsun həmin bəy,Uni Banklada danışıb onlarada izah edib və Uni bankdan bir mail adres veriblər ki həmin ünvana bir neçə məlumati göndərim,həll olunacaq. Halbuki 2 dəfə həmin məlumatları göndərmişəm, müraciət etmişəm...
Nəysə... yenidən həmən mail-ə göndərdim. 1 həftə keçdi yenə xəbər çıxmadı. Yenidən yazdım soruşdum məsələ nə yerdədir, adiyyatı şöbə araşdırıb məlumat verəcək. Hələ də məlumat verən yoxdur. Ödənişdən artıq 3 həftə keçib. Buda "Sənin bankın" sloganı ilə olan UniBank...
Allah heç kimə o bankla hər hansı problem yaşatmasın".

Qeyd edək ki, narazı vətəndaş şikayətiylə bağlı dəlillərini də təqdim edib:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
“Dövlət Satınalma Portalı”nda tez-tez rast gəlinən tibb müəssisəsi. Özü də əksər müqavilələri də “qara nida”sı ilə diqqət çəkir. Heç göndərilən sorğulara da cavab vermirlər.

Bilmək olmur verəcək cavab tapmırlar, yoxsa “day-dayı”ya arxayın olub, çox rahatlıqla “xımır-xımır dövlətin büdcəsini yeyirlər”?!

Bir də bu müəssisənin adı sosial medialarda və sosial şəbəkələrdə şikayət hədəfi olaraq, tanınır.

Hələ bir il bundan əvvələ qədər Bütün Mingəçevir sakinləri keçmiş baş həkim Könül Ələkbərovdan gileylənirdilər. Könül Ələkbərov sözün əsl mənasında kimsəni saymırdı. “Burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə idarə edirdi xəstəxananı.

Yerli sakinlərin sözlərinə görə mərkəzi xəstəxanada yalnız Könül Ələkbərovun “qanunları” işləyirdi.

Odur ki, Könül Ələkbərov işdən çıxarıldığında bütün Mingəçevir sakinləri sevinmişdi, onun yerinə Ülfət Qurbanov təyin edildiyində isə xəstəxanadakı özbaşınalıqların aradan qaldırılacağı ümidi sakinləri biraz rahatlatmışdı.

Qeyd edək ki,Ulfət Qurbanov 2002-ci ildə Mingəçevir şəhərində həkim-anestezioloq–reanimatoloq kimi iş fəaliyyətinə başlayıb.Bu ilin 21 fevral tarixində Mingəçevir şəhər Mərkəzi xəstəxanasının baş həkimi təyin olunub.

Lakin, tez-tez bağlanan şübhəli müqavilələri, ardı-arası kəsilməyən vətəndaş narazılıqları belə düşünməyə əsas verir ki, deyəsən dəyişən sadəcə baş həkimdir. Köhnə “qaydalar” isə sözügedən xəstəxananın idarəçiliyində olduğu kimi qalmaqdadır.

Teref.az yazır ki, sakinlər həkim hegemonluğununun əvvəllər də olduğunu deyirdilər, “dogruXeber.az”a müraciət edən, “kanal14″ün efirində “Kamalın zamanı” proqramı ilə əlaqə yaradıb, efirdə başına gələnləri – daha doğrusu həyat yoldaşının başına gətirildiyini danışan Pənah Xəlilov “indi də var” deyir.

Pənah Xəlilov iddia edir ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının USM həkimi Arzu xanım onun həyat yoldaşını “Az sənə demədim sənə baxmıram, cəhənnəm ol” deyə, təhqir edib və xəstəxanadan qovub.

P.S: Pənah Xəlilovun iddiaları ilə bağlı Arzu həkimin də fikirlərini öyrənmək üçün Mingəçevir şəhər Xəstəxanasının şəxsi internet səhifəsində qeyd edilən telefon nömrəsi ilə əlaqə saxladıq.

Lakin, dəfələrlə zəng etməyimizə baxmayaraq, dəstəyi qaldıran olmadı.

Qarşı tərəfin də yuxarıda qeyd olunan iddialarla bağlı fikirlərini dinləməyə hazırıq.
Teref.az
 
Ardını oxu...
İstər birinci istərsədə ikinci Vətən müharibəsində ölkəmizin digər rayon və şəhərlıri kimi Mingəçevirdən olan gənclər də canlarından keçib. Demək olar ki, Mingəçevirlilərin and yerinə çevrilmiş məkandan, Şəhidlər xiyabanının baxımsız olmasından zaman zaman redaksiyamıza şikayətlər daxil olurdu. Şəhər sakinlərinin 24xeber.az-ın əməkdaşına etdikləri şikayət ilə yerində tanış olmaq üçün Şəhidlər xiyabanında olan əməkdaşımız çəkib göndərdiyi video materialdan aydın görünür ki, Şəhidlər xiyabanında yerləşən şəhidlər muzeyi zibilliklər içində qalıbdır. Bu isə öz növbəsində torpaqlarımızın azadlığı uğurunda canından keçən qardaşlarımıza hörmətsizlikdir.

Teref.az olaraq sözü gedən videonu təqdim edirik:

 
Ardını oxu...
Bərdənin Qaradırnaq kəndində, necə deyərlər problem xirtdəyəcəndir. Kəndin içməli su, yol problemləri ilə yanaşı işıq və kommunikasiya xətləri də bir işə yaramır.

Qışın palçığında, yayın tozunda yerimək mümkün olmayan yolların apardığı Qaradırnaq və Hüseynalılar kənd sakinləri bu barədə Bizim.Media-nın yerli bürosuna məlumat verib.

Kəndin telefon və işıq xəttini daşıyan dirəklər artıq özünü saxlamaq iqtidarında deyil. Sakinlər deyir ki, hava küləkli olanda dirək yellənməyə başlayır və elektrik enerjisinin verilişində problem olur. 1970-ci illərdə basdırıldığı deyilən işıq dirəkləri demək olar ki, istismar müddətini başa vurub.

Bundan başqa kəndin içməli su problemi də qabarıq şəkildə özünü göstərir. Belə ki, sakinlər içməli suyu 2 kilometr məsafədən daşıyır. Bildirilir ki, minik maşını olmay sakinlər suyu əllə daşımağa məcbur olur...

Hüseynalılar və Qaradırnaq kəndi bir inzibati ərazi vahidliyindən idarə olunur. Ümumilikdə kənddə üç mindən çox insan yaşayır. Kənd rəsmiləri ilə yaşanan çətinliklərlə bağlı əlaqə saxlamağa çalışdıq.

Zəngimizə cavab verən inzibati ərazi dairəsinin rəsmisi Mobil Naibov kənddə sadalanan problemlərin olduğunu təsdiqləyib, sonra ətraflı məlumat verəcəyini bildirib.

Kəndin içməli su məsələsi ilə bağlı “Azərsu” Səhmdar Cəmiyyətinin sözçüsü Anar Cəbrayıllı Bizim.Media-nın sorğusuna cavab olaraq sözügedən çətinlikdən xəbərdar olduğu bildirilib.

Əlavə olaraq qeyd edib ki, o kəndlərin heç birinə “Azərsu” xidmət göstərmir:

“Orada vətəndaşlar fərdi qaydada qaynama artezyandan isdifadə ediblər. Hazırda qaynanaların da məhsuldarlığı azalıb. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, bu gün “Azərsu” Səhmdar Cəmiyyəti tərəfindən işğaldan azad edilmiş ərazilər və Naxçıvan istisna olmaqla mövcud 3300-dən artıq kəndin təxminən 1100-nə xidmət göstərir. Qalan kəndlərdə vətəndaşlar tələbatlarını ya fərdi qaydada ödəyirlər, ya mineral su təsərrüfatı ASC-nin, ya da bələdiyyələrin balansında olan artezyanlardan istifadə edirlər".

Kəndin işıq problemi ilə bağlı “Azərişıq” ASC-nin Mətbuat Xidməti ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, hazırda Bərdənin Hüseynalılar kəndində qaldırılan məsələ ilə bağlı müəyyən iş aparılır.

Tezliklə oradakı problemlər aradan qaldırılacaq. Amma Qaradırnaq kəndindəki elektrik ötürücülərinin vəziyyəti ilə bağlı tanışlıqdan sonra məlum olub ki, burada ciddi layihələndirmə işinə ehtiyac var.

Hazırda layihələndirilmə işlərinə başlaınılıb. Bu kəndin də işıq problemi 2023-cü ilin iş planı çərçivəsində həll ediləcək.

Kəndin yol problemi və başq infrastruktur məslələri yerli orqanlar tərəfindən qaldırılmadığına görə, demək olar ki, heç bir dövlər qurumunun bundan xəbəri yoxdur demək olar. Ona görə də necə deyərlər, bir az da siz qeyrət edin, ay kənd sakinləri.
Bizim.media
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ötən günlərdə Sumqayıtın icra başçısı Zakir Fərəcovla bağlı bəzi məlumatlar dərc edərək bildirmişdik ki, icra başçısı ilə bağlı çoxsaylı şikayətlər onun vəzifə karyerasını bitirməkdədir. gələn məlumatlar sırasında Fərəcovun Sumqayıtda bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsində iştirak edən sahibkarların 7 ilə yaxındır pullarını verməkdən imtina etməsi xüsusi diqqət çəkir. Həmin məlumatlara görə, bu qəbildən olan borcların ümumi məbləği 46 milyon manat təşkil edir. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, borclar əsasən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi, Şəhidlər Xiyabanının abadlaşdırılması, habelə Sumqayıtda görülən bir çox iri və xırda layhəsi əsasında yaranıb. Həmin layihələr üçün dövlət büdcəsindən lazım olan məbləğ ayrılsa da, Fərəcov onların bir qismini işlərə sərf edib. Qalan məbləğ isə ya şəxsi məqsədlər üçün sərf olunub, ya da başqa niyyətlərin həyata keçirilməsinə gedib.

Həmin dövrdə icra başçısı Zakir Fərəcov hakimi olduğu şəhərdə ciddi tender oyunları qurub. Həmin oyunlardan biri də odur ki, tenderləri özünün yaxın adamlarının adına açdığı şirkətlərin adına alıb. Lakin pulların idarə edilməsini başqa birinə həvalə edib. Sahibkarların saytımıza verdiyi məlumatda vurğulanır ki, tender pullarını idarə edən şəxs onların bir qismini iş icraçısı olan podratçı şirkətlərlə versə də, əsas hissəsini özündə bir müddət saxlayıb, sonra da Fərəcova ötürməklə məşğuldur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Fərəcovun Sumqayıtdakı “tender kralı” Məmmədxanov Hümbət Əlicavan oğludur. Bu şəxsin adı bütün abadlıq, quruculuq işlərində, əsasən də yolların asfaltlanması işlərində çəkilir. Elə ödənişlərin əsas hissəsi də bu işlərdə düyünə düşüb. Ödənilməyən hissələrin səbəbi isə görülən işlərin maya dəyəri ilə tender qiymətlərindəki uyğunsuzluq hesab olunur. Məsələn, sahibkarlar deyirlər ki, Məmmədxanov və komandası tenderin qalibi olmaq üçün görəcəkləri işin qiymətini aşağı yazırlar. Realda isə bu iş adamlarına iki dəfə baha başa gəlir.

Onu da bildirək ki, Hümbət Məmmədxanov əslən Qubadandır. Uzun illərdir Sumqayıtda yaşayır. Onun Zakir Fərəcovla qohumluq əlaqəsinə malik olduğu barədə deyilənlər ki, real deyil. Ona görə ki, Fərəcovla Məmmədxanov arasında heç bir qohumluq əlaqəsi yoxdur. Hərçənd DTX və ya Baş Prokurorluq Hümbət Məmmədxanovla bağlı araşdırma apararsa, daha ciddi faktları ortaya çıxara bilər. Elə sahibkarlar da sözügedən dövlət qurumlarından adıçəkilən şəxsin fəaliyyətinin araşdırılmasını istəyirlər. Bunun üçün lazım olan sənədləri də təqdim etməyə hazır olduqlarını bildiriblər.

Sahibkarlar problemlə bağlı dövlət qurumlarına şikayət ünlanlayanda Sumqayıtın icra başçısı sahibkarları hədələyərək, onları tutduracağını bildirirdi. Bu o zamanlar idi ki, Fərəcovun qılıncının dalı da, qabağı da kəsirdi. Lakin indi vəziyyət dəyişib.. Siyasi mövqeyinin zəifləməsi Fərəcovu narahat edir və bu səbəbdən Sumqayıtın icra başçısı mümkün qədər sahibkarların könlünü almağa çalışır. Hazırda 46 milyon manatlıq borcu qaytarmaq istəməyə Fərəcov, iş adamlarına daha bir “yumaq” verməyə başlayıb. Bir qədər əvvəl o, iddia etmişdi ki, guya, Sumqayıtda görülən işlər üçün dövlət büdcəsindən pul ayrılmayıb, həmin işlərin də xərcini özü çəkib. Daha sonra isə Fərəcovə “Qarabağda tikinti gedir, bütün pulları örə göndərmişik” bəhanəsini ortaya atıb. Amma Fərəcovun bəhanə və yalanları bununla dfa bitmir. Məsələn, bu yaxınlarda jurnalist Şəfəq Ağacan yazısında qeyd edib ki, “Fərəcov borclu olduğu sahibkarlara şərt qoyub ki, “sizin pullarınız bir şərtlə verilə bilər 30% mənə qalmaqla pulunuz geri veriləcək. Amma notarial qayda pulunuzun tam aldığınız haqqında sənəd imzalayacaqsınız”. Burda deyiblər :”həm suçlu,həmdə güclü!” Təbii ki,hər şeydən əli üzülən bəziləri pullarını almaq üçün buna razı olublar. Amma haqqını tələb edənlər,öz haqqlarını hələ də tələb edirlər”.

Yayılan son məlumatlara görə, Sumqayıtın icra başçısı mülklərinin bir hissəsini satışa çıxarıb və həmin mülklərin digər qismi isə banklara girov qoyularaq, müqabilində böyük məbləğli kreditlər götürülüb. Fərəcovun mülklərini satmasının səbəbləri dəqiqliklə məlum deyil. Hərçənd icra başçısı öz yaxın adamlarına bunu başqa bir şəkildə izah etməyə çalışır. Məsələn, o, yaxın adamlarına deyib ki, guya, “yuxarılara pul lazımdır”. Hərçənd bu inandırıcı görünmür. Gələn xəbərlərdən aydın olan isə odur ki, Fərəcovun mülklərini satışa çıxarması və böyük məbləğdə kreditləri götürməsinin səbəbi tamam başqadır. İcra başçısı vəzifəsindən gedəcəyini bildiyindən mülklərini nağd pula çevirərək, onları xaricə ötürməyə başlayıb. Həmin iddialara görə, təkcə ötən ilin ikinci yarsında xaricə çıxarılan pulun məbləği qüz milyon manata yaxın olub. Həmin pullar isə xaricdə ya banklara yerləşdirilib, ya da mülklər alınıb. Bu mülklərin əsasən Çexiya , Serbiya və Bosniya-Hersoqovinada alındığına dair məlumatlar da mövcuddur. Xəbərlərdən belə başa düşülür ki, Fərəcov işdən çıxarıldıqdan sonra sərvətini təminat altına almaq üçün bu addımı atıb. Görünür, onun təmsil etdiyi hakimiyyətə güvəni yoxdur və bu səbəbdən də mülklərini pula çevirərək, onları xaricə daşımaqla məşğuldur.
 
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Yerüstü Nəqliyyat Agentliyindən şikayətlər tükənmir. Mütəxəsislər problemlərinin səbəbkarı olaraq nazirliyin struktur rəhbəri Anar Rzayevi və nazir müavini Rəhman Hümmətovu görürlər. Ötən ilin fevralında paytaxtın Heydər Əliyev prospektində baş vermiş hadisəni cumhuriyyet.az olaraq yada salıb bildirək ki, həmin vaxt Bakıda “R Group” logistika şirkətinə məxsus 4 yük maşını yolu bağlamışdı. Sürücülər yolu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etiraz məqsədilə bağladıqlarını deyirdilər.Yük avtomobillərin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməməsinə görə mallarının xarab olduğunu,hər bir icazə sənədinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 2500-2600 dollara verildiyini iddia edirdilər.Anar Rzayevin adamları yük maşınlarının hər reysi üçün birdəfəlik vərəqəyə görə rüsumun üstündə 20-30 manat əlavə də tələb edirlərmiş.
Sonuncu dəfə bu səbəbdən “R Group” şirkətinin rəhbərliyi,sürücülər xidmət rəisinin pulyığanları ilə mübahisə edib,ardından isə sürücülərin məlum etiraz aksiyası keçirilmişdir.TIR-ların gecədən səhər saatlarına qədər yolu bağlı saxlaması nəticəsində nəqliyyatın hərəkəti iflic olmuş və böyük tıxac yaranmışdı. Həmin dövrdə Anar Rzayevin özünün də qardaşının adına qeydiyyatdan keçirdiyi beynəlxalq yükdaşıma şirkəti olub.Lakin sürücülərin etiraz aksiyasından sonra Rəhman Hümmətovun davamlı təkidi nəticəsində bu şirkəti bağlayıb. Həmin şirkətə məxsus yük avtomobilləri nazirliyin müxtəlif qurumlarının balansına verilib. Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, hazırda da həmin TIR-lardan istifadə olunaraq gəlir əldə edilir,gəlirin çox hissəsi isə Anar Rzayev-Rəhman Hümmətov cütlüyünün ciblərini doldurur. Bundan başqa,Anar Rzayevin Xırdalanda böyük qarajı da var.İllərlə bu qarajı ayı 20-30 min manat civarında olmaqla “Vanderval” adlı şirkətə icarəyə verib.Bu obyekti də əmisi oğlu Şahin idarə edir. Anar Rzayev adının hallanmasını görərək vəziyyətdən çıxmaq üçün Rəhman müəllimə deyib ki,bu etirazın arxasında keçmiş əməkdaşlar dayanır,onu gözdən salmaq istəyirlər.Həmçinin cənab nazirə də daim qeyri-dəqiq informasiyalar ötürüb,yalanlar danışıblar.
Anar Rzayev bacısının qaynını işə düzəldərək bir müddətdən sonra onu irəli çəkməyə başlayıb.Məhz yuxarıda bəhs olunan yükdaşımaya icazə vərəqələri də Anarın Zaur Ramazanov adlı bu qohumunun əlindən gəlib keçirmiş.Bu Zaur bəy əslində ştatda başqa bir vəzifə daşıyır,amma Anar Rzayev onu işindən ayıraraq yuxarıda dediyimiz məsələləri tapşırıb.Sürücülərin boykotundan qorxuya düşərək iki günün içində Zaur Ramazanovu təhkim etdiyi yerdən kənarlaşdırıb gözdən uzağa çəkir. Anar Rzayevin rəisi olduğu xidmətin yerində Yerüstü Nəqliyyat Agentliyi yaradılanda şikayətçi şəxslər struktur islahatı adı ilə heç bir xəbərdalıq edilmədən,qanunla müəyyən edilmiş möhlət gözlənilmədən işdən azad olunurlar.Halbuki ixtisarın da,əmək müqaviləsinə xitam verməyin də qaydası var.Hər şey qanun çərçivəsində,Əmək Məcəlləsinə müvafiq həllini tapmalıdır. Amma görünən odur ki bu nazirlikdə Rəhman Hümmətov öz qanunlarını yazır,Anar Rzayev kimilər də həyata keçirirlər…Hər bir işçi azad olunarkən möhlət müddəti verilməlidi,bunlar isə belə şeylərə əhəmiyyət belə vermirlər.Çünki işin,işçilərin hesabına qaz vurub qazan doldurur,harınlayırlar.Müxtəlif yerlərdə qazanc mənbələri quranda adi zəhmətkeşlər veclərinə olmaz.
Bürokratik əngəllərin,süründürməçiliyin səbəbləri çoxdur.Lakin şikayətə əsasən məsələnin kökündə nazir müavini Rəhman Hümmətovun bəzi “qara iş”ləri durur.Bu “qara iş”ləri “ağartmaq” üçün Rəhman müəllim bəzi adamlara xahiş edibmiş.Amma onlar cənab Hümmətovun sözündən çıxıblar. Şikayətçilər dəfələrlə cənab nazir Rəşad Nəbiyevin qəbuluna düşmək,sözlərini,dərdləfini ona bildirmək istəsələr də həmişə qarşıya sədd çəkiblər,mane olublar.İşçilərlə nazir arasında maneə quranlar var.Çox məsələlər var ki,cənab nazirdən gizlədilir.Çünki bilirlər ki,Rəşad müəllim mütəxəssis olaraq təcrübəli,insan olaraq dürüst,haqqı nahaqqa qurban verməyən insandır.Nazir təyin olunduqdan sonra da çətin bir sahəni necə bacarıqla idarə etdiyi göz qabağındadır. Sadəcə daxildə Rəhman Hümmətov, Anar Rzayev kimilər ümumi işə kölgə salırlar.
Biz də cumhuriyyet.az olaraq bu şikayətin izi ilə öz araşdırmamızı apardıq.Müəyyən məlumatlar əldə etdik.Məlum oldu ki,Rəhman və Anar müəllimlər əsl oliqarx həyatı yaşayırlar.Mülklər,bahalı maşınlar,digər pul mənbələri.Elə bil ki varlanmağa tələsirlər.Deyilənə görə Anar Rzayevin paytaxtda 60 sayda evi,Novxanıda böyük malikanəsi də var.Həyat yoldaşının Sədərək Yusif kimi tanınan dayısı isə “Sədərək” yarmarkasının müdiridir.Bir neçə söz də bu yarmarkanın maliyyə işlərinə baxan Anar bəyin Qəhrəman adlı qaynatasından deyək.Qəhrəman müəllim sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun vaxtında nazirliyinin karyerlərə-karxanalara nəzarət edən şöbəsinə başçılıq edib.Kürəkəni tərzdə yığıb-yığışdırmaqla məşğul olub.İndi də “Sədərək” bazarında yerhaqqı yığmaqla məşğuldur. Anar Rzayevin rəhbəri olduğu agentlikdə ixtisaslı işçiləri uzaqlaşdırıb yerinə tanış-bilişi götürüblər.Sıralarında keçmiş əmək müəllimi də var,nəğmə müəllimi də. Soruşanda da deyirlər ki,müəssisə bağlanıb.Necə bağlanıb ki,bütün maddi-texniki baza yerindədir.Nə haqla cənab Prezidentin sərəncamının mətnini təhrif olunmuş şəkildə camaata çatdırırlar? Mətndə xidmətin və digər uyğun təşkilatların yerində,əsasında Yerüstü Nəqliyyat Agentliyinin yaradıldığı qeyd edilib.421 işçi ştatı olan agentlikdə keçmiş ixtisaslı kadrlara yer tapılmır? Hüquq mühafizə orqanları bu işlərə nəzər yetirməlidir.Bildiyimizə görə onsuzda bəzi faktlar artıq araşdırılır.İnanırıq ki,sonda bütün şübhəli,qaranlıq məqamlar üzə çıxarılıb layiqli qiymətini alacaq.

Şikayətdə deyilənlərlə bağlı qarşı tərəfin də mövqeyini əks etdirməyə hazırıq. //cumhuriyyet.az//
 

Ardını oxu...

Ötən ayın sonlarında işində buraxdığı nöqsanlara görə, AQRAR Universitetinin dekanı Korrupsiya tərəfində həbs olundu". Bu barədə məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Belə ki, bu halın digər universitetdə pik həddə olmağı qaçılmazdır. Dəfələrlə qeyd etmişik ki, Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Fuad Yusifovun qızı Əsli Yusifova, Bakı Şəhərində tam ştat işlədiyi halda Texnologiya Universitetində 2 -ci kurs Magistr tələbə kimi fəaliyyətini davam etdirir.

Adı çəkilən tələbə iki il ərzində dərsə gəlmədiyi halda ona imtahan nəticələrini yüksək yazaraq, kobud qanun pozuntusuna yol veriblər.

Əgər belə halın üstündə, yaxud da buna oxşar qanun pozuntusunun üstündə digər universitetin dekanı haqqında çəza tədbiri görülübsə, sual yaranır ki, Texnologiya Universitetinin Kafedra müdiri Fuad Yusifovun qızı, Əsli Yusifova haqqında məğbul qiymətlər yazan rəhbərlik niyə cəzası qalır..?

Diqqətinizə çatdıraq ki, magistr tələbənin hər iki valideyini Texnologiya Universitetinin əməkdaşıdır, atası İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Fuad Yusifov, anası isə İnsan Resursları Mərkəzinin mütəxəssisi Navalə Məlikovadır.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu işin araşdırılması xahiş olunur..."

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 
 
Ardını oxu...
Bir müddət öncə Kürdəmir rayon E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbi ilə bağlı yazılar dərc etmişdik. “Kürdəmir təhsilində Rəfail Məmmədov-Ülkər Quliyeva əməlləri: əlbir olub…” və “Kürdəmirdə xanım direktorun nazir otağınadək uzanan yolu…” başlıqlı bu yazımızda sözügedən məktəbdə baş verən özbaşınalıq və təhsil şöbəsinin laqeyidliyindən bəhs etmişdik. Qeyd edək ki, məktəbin direktor əvəzləyicisi Ülkər Quliyeva həmin vəzifəyə təyin olunandan şikayətlər səngimir. Bununla bağlı cumhuriyyet.az olaraq aparddığımız araşdırma zamanı məlum oldu ki, Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində dəhşətli iki fakt yaşanıb. Sözügedən təhsil ocağında ötən ilin may ayında məktəbin 3 şagirdi aşağı sinifdə oxuyan məktəbliyə hücum edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olublar. Zərərçəkənin anası hadisə barədə məktəb direktoruna və polisə məlumat verib. Zorlanma hadisəsində şübhəli bilinən şagirdlər valideynləri ilə birgə Kürdəmir Rayon Polis Şöbəsinə çağırılsalar da məsələ hansısa səbəbdən qapadılıb.
bununla bağlı ölkə mediasında yer alan məlumata görə biabırçı olay Şilyan kənd tam orta məktəbin direktor əvəzi Ülkər Quliyeva tərəfindən ört-basdır edilib. Zərərçəkənin valideyninə övladını zorlayan 3 nəfərin məktəbdən uzaqlaşdırılacağı vədi verildiyi üçün məsələnin hüquq-mühafizə orqanlarında böyüməsinə imkan verilməyib. Mənbə bildirir ki, zorlanma hadisəsi may ayının 13-də məktəb daxilində baş verib. Bu olaydan əvvəl dəfələrlə zərərçəkənin qarşısı kəsilib və ona qarşı qeyri-etik hərəkətlər edilib. Zorlanan məktəblinin atası Dağıstanda çalışdığı üçün həmin vaxt Azərbaycanda olmayb. Ana və nənə isə şikayətçi olmamaları üçün susdurulub, ərizələrinin geri götürülməsi tələb edilib. Mənbə qeyd edib ki, sözügedən məktəbdə başqa bir olay isə bir ay əvvəl – dekabr ayında yaşanıb. Məktəbin 10-cu sinif şagirdi 11-ci sinif şagirdini 8 bıçaq zərbəsi ilə bıçaqlayıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimovun bu olaylara susqunluğu da müəyyən suallar yaradır. Yeri gəlmişkən, cumhuriyyet.az-a daxil olan məlumata görə E.Kərimov təhsil naziri Emin Əmrullayevin nazirlikdə işləyən zamanlarda iş yoldaşı olub və uzun illərdir dostluqları var. Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında yaradılıb.Maraqlısı odur ki,Regional Təhsil İdarəsi yaransa da həmin rayonların keçmiş təhsil şöbəsinin müdirləri işlərini davam etdirir.Xüsusi razılaşma əsasında işlər idarə olunur. Deyilənlərə görə,Rafael Məmmədov tez-tez Elçin Kərimova qiymətli hədiyyələr verir,təmtəraqlı qonaqlıqlar təşkil edir.Bu kimi hallar onların birlikdə işlər gördüklərini düşünməyə zəmin yaradır.Təyinatlara birbaşa Elçin Kərimov nəzarət edir.Elçin Kərimovun otağına gedən yol onun köməkçisi Cavad müəllimdən keçir.Bəzi işləri görmək üçün Cavad müəllimi razı salmaq kifayətdir. Göründüyü kimi bir kənd məktəbi direktoru rayon Təhsil sektorunun müdirini, o regional idarənin rəhbərini, o da təhsil nazirini rahat əldə saxlaya bilir. //cumhuriyyet.az//
 
 
 
Ardını oxu...
Vasif Talıbovun Şirvandakı dostları gecələr yata bilmir...
Müdrik atalar əbəs yerə deməyib ki, ayağını yorğanına görə uzat....
Dilimizdə başqa bir maraqlı deyim də var: Əluzunluq eləmə...yəni hara gəldi başını soxma, əlini uzatma ..
Sözün düzü, Naxçıvanın keçmiş şefi Vasif Talıbov barəsində yazılanlara birmənalı yanaşmıram...
Amma düşünürəm ki, Vasif Talıbov boyundan yuxarı tullanmaq istəyənlərdən biri idi ... Ümumiyyətlə, hər bir insan öz təbii koordinaltlarına, boyuna-buxununa ( məcazi mənada ) uyğun hərəkət etməlidir. Vasif Talıbovun az-çox zəhmətinə, xidmətinə uyğun olaraq zamanında Ulu Öndər, sonra cənab Prezident İlham Əliyev artıqlaması ilə qiymət, dəyər veriblər. Görünür bu adamda başgicəllənmə, özünə vurğunluq, nə bilim daha nəsə yaranıb. Biz yuxarıda əbəs yerə yazmadıq ki, ayağını yorğanına görə, uzat....əluzunluq eləmə... Çoxları elə bilir ki, Vasif Talıbov ancaq və ancaq atını Naxçıvanda köndələn ora-bura çapırmış.... Əsla belə deyil. Vasif Talıbovun “uzantıları” zaman-zaman ortaya çıxacaq.
Biz məmurlar arasında dostluğun, yoldaşlığın əleyhinə deyilik. Və Vasif Talıbovun da dostlarına anlayışla yanaşırıq. Kimlərsə Vasif Talıbovun hesabına milyonlara sahib olub, kimlərsə onun sayəsində mühüm dövlət vəzifələrində oturub, kimlərsə özünə karyera qurub... Hətta bəzən nəinki dost münasibətlərini, hətta qudaların vəzifələrdə olmasını, qohumluq əlaqələrini də xüsusi olaraq vurğulayırlar... Nə edək ki, bəşəriyyət min illərdir ki, belə münasibətlərə üstünlük verir. Peyğəmbər əfəndimiz buyururdu ki, insanlar Allahın qarşısında darağın dişləri kimi bərabərdir. Amma nə etməli ki, bu məsələ vəzifəyə, hakimiyyət məsələsinə aid deyil.
Nə isə əsas mövzudan uzaqlaşmayaq. Bir şəhərin timsalında apardığımız xırda bir araşdırma ümumi mənzərəni ortaya qoyur. Və Vasif Talıbovun, onun oğlanlarının qollarının hara qədər uzandığını göstərir.
Bəli, indi sizə təqdim edəcəyimiz şəxslərin vəzifələrinə və qohumluq, dostluq əlaqələrinə fikir verin.
Birinci Şirvan Apellyasiya məhkəməsinin sədri Vəli Abdullayevdən başlayaq. Bu şəxsin qardaşı Göyçay rayonunun hərbi prokurorudur. Digər vəzifə daşıyan qohumları da var. Bəlkə, bu Abdullayevlər bu vəzifələri ağılları, istedadları hesabına əldə ediblər..? Əsla yox. Vasif Talıbovun əli bu qardaşların arxasında, kürəyində olmasa idi...indi Allah bilir ki, harada milçək qovurdular. Şirvanda hökm sahibi olanlardan biri də Şirvan şəhər prokuroru Kamal Talıbovdur. Kamal Talıbov da qazandığı karyerasına görə, həmişə Vasif Talıbova minnətdar olub. Şirvanda Vasif Talıbovun özünün deyil, oğlu Rza Talıbovun dostlarından biri də Nurbalanın oğlu Vüsaldır. Mirzəyev Nurbala Bəybala oğlu Hacıqabul Rayonu İcra hakimiyyəti Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir. Onun oğlu Mirzəyev Vüsal Nurbala oğu isə əvvəl Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini idi, indi isə Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisinin müavinidir. Və Rza Talıbovun yaxın dostudur.
İndi gördünüzmü, bir rayonun timsalında Rza Talıbovun qollarının hara qədər uzandığını göstərdik. Biz kimlərinsə dostıuğuna siyasi və digər rəng qatmaqdan uzağıq. Amma Vasif Talıbovun aqibətindən sonra, deyirlər dostları gecələr yata bilmir, öz aqibətlərini düşünürlər...
gundelik baki.com
Ardını oxu...
Yəni, ictimai əhəmiyyət kəsb edən məsələlərlə heç kim maraqlanmamalı və hər kəs ağzına “su alıb” susmalıdır?

Hər kəsin sağlamlığının qorunmasında tibb işçilərinin peşəkar fəaliyyətləri və mənəvi mövqelərinin varlığı olduqca böyük rol oynayır. Belə bir səbəbdəndir ki, səhiyyə işçilərinə göstərilən ictimai etimad və etik davranış qaydalarının göstəricisi vacib və əhəmiyyətli məsələlərdən biri hesab olunur. Digər tərəfdən, hər bir tibb işçisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində insanlara ehtiramla, vicdanla, humanizm və mərhəmətlilik prinsiplərini rəhbər tutmaqla davam etdirməyə borcludurlar. Bütün bunlara baxmayaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi-54 ünvanında fəaliyyət göstərən Respublika Uşaq Stomatoloji Mərkəzində göstərilən tibbi xidmətin göstəricisi haqda formalaşan ictimai rəy, bugünə kimi heç də qənaətbəxş olmayıb. Çünki, bu səhiyyə müəssisəsinə üz tutanlar, çox vaxt xoşagəlməz problemlərlə üz-üzə qalıblar. Məsələn, bu Mərkəzdə bəzi tibb işçiləri etik davranış qaydalarına riayət etmirlər, həkimlər pasientlərdən təmənna umurlar, bu yöndə tələbləri yerinə yetirilmədikdə məsuliyyətsizlik edirlər, istifadə olunan iynə və dərman preparatlarının keyfiyyəti qənaətbəxş olmur, elə hallar da olur ki, stomatoloqlar nə əlcək taxırlar, nə də ki, xalat geyinirlər. Faktdır ki, Respublika Uşaq Stomatoloji Mərkəzində yaşanan bu cür neqtiv hallar, indiyə kimi bəzi media qurumlarında yetərincə ictimailəşdirilmişdir.

Redaksiya əməkdaşımızın 03 fevral 2023-cü il tarixdə üz-üzə qaldığı olay da, məhz Respublika Uşaq Stomatoloji Mərkəzində yaşanan növbəti biabırçılıqlardan biri olur. Belə ki, bu səhiyyə müəssisəsinin qeydiyyat şöbəsində çalışan və nəinki bura üz tutan xəstələrə, hətta Mərkəzdə çalışan işçilərə də “zor gəlmək”lə xoşhal olan, hətta özünü bu səhiyyə müəssisəsinin aparıcı “Ərəbzəngi”si hesab edən Yeganə Məmmədovanın əməllərini görən hər kəs şoka deyil, sanki “şökə” düşməli olur. Çünki, “göydən gedən” bu xanım nə baş həkimi, nə müavini, nə şöbə müdirini, nə də ki, hansısa həkimi “priznavat” etmək fikirində deyil.

Qeyd edək ki, əməkdaşımız fevralın 03-də öz övladını Respublika Uşaq Stomatoloji Mərkəzinə aparır ki, azyaşlının dişindəki problemi aradan qaldıra bilsin. Yəni, əməkdaşımız ilk əvvəl baş həkimə məxsus iş otağının bağlı olduğunu görür və az sonra qeydiyyat şöbəsinə yaxınlaşır. Həmin vaxt o, bu Mərkəzin qeydiyyat şöbəsində övladına məxsus “kartiçka”nın olduğunu bildirir. Bu şöbədə çalışan Yeganə Məmmədova isə, qeyd olunan “kartiçka”nı tapıb pasientə lazımi köməklik göstərmək əvəzinə, məhz əməkdaşımıza “buynuz göstərir”. Yəni o, “ya yeni “kartiçka” açılmalıdır, ya da ki, şəxsən mənə ödəniş etməlisiniz” deyərək, əməkdaşımızın qarşısında belə bir şərtini irəli sürür.

Həmin vaxt Yeganə Məmmədovanın yanında olan xanım tibb işçiləri, ona müəyyən mənada iradlarını bildirib “Sən media nümayəndəsinə qarşı hörmətsizlik edirsən. Hazırda baş həkim işdə deyil, baş həkimin müavinləri var, şöbə müdirləri var, qoy bu işlə bağlı onlar qərar versinlər” deyirlər. O halda xanım tibb işçilərindən hansısa biri Mirzə həkimin adını çəkir və məsələdən adı çəkilən bu həkimi hali etmək istəyir. Bu məqsədlə xanım tibb işçisi Mirzə həkimin yanına getmək istədikdə, Yeganə Məmmədova xanımın üstünə elə bir ədəbsiz formada qışqırır ki, həmin xanım kor-peşman geri dönməli olur. Belə bir ab-havanın yarandığı vaxt Yeganə Məmmədova “Mirzə həkim demir, lap baş həkim, onun müavini desin, mənim üçün heç bir fərqi, hansısa əhəmiyyəti yoxdur. Ya yenidən “kartiçka” asılmalıdır, ya da ki, şəxsən mənə ödəniş olunmalıdır” deyib, heç cür inadından dönmür. Bu da onu sübut edir ki, özünü Respublika Uşaq Stomatoloji Mərkəzinin qeydiyyat şöbəsinin “Ərəbzəngi”si hesab edən Yeganə Məmmədova, “Ağa nəzərəm, belə gəzərəm” yanaşmasını əsas tutur və rəhbər vəzifə sahiblərinə qarşı da əməlli-başlıca sayğısızlıq göstərir. Yəni, özünü “Ərəbzəngi” hesab edən Yeganə Məmmədova “Bunu qanun tələb edir və qanuna da əməl olunmalıdır” deməklə, sanki “foks” göstərir. Elə ki, əməkdaşımız “Xanım, baş həkim işdə deyil, bəs katibəsi hardadır ki, iş saatlarında rəhbərliyin otağı bağlıdır?” sualına o, “katibə analıq məzuniyyətindədir, qaldı ki, bu işin heç kimə, o cümlədən konkret sənə də heç bir aidiyyatı yoxdur. Özümüz bilərik, baş həkimin iş otağı açıq olmalıdır, yaxud bağlı olmadır” cavabını verir. Yeganə Məmmədovanın bu cür cavabı əməkdaşımızda belə bir fikrin formalaşmasına əsas verir ki, deməli bu xanımın düşüncəsində dövlət səhiyyə müəssisəsində idarəçilik, məhz onların istəklərinə uyğun həyata keçirilməlidir. Yəni, ictimai əhəmiyyət kəsb edən məsələlərlə heç kim maraqlanmamalı və hər kəs ağzına “su alıb” susmalıdır. Yox, bu heç də belə deyil! Çünki, özünü “Ərəbzəngi” hesab edən Yeganə Məmmədovanın da çalışdığı Respublika Uşaq Stomatoloji Mərkəzi, vaxtilə dövlət büdcəsindən ayrılan büdcə vəsaitləri hesabına inşa olunmuş və hər kəsin də istifadəsinə verilmişdir. Deməli, xalqın bir nümayəndəsi olan əməkdaşımız, bu səhiyyə müəssisəsində baş verənlərlə bağlı maraqlanmaq, hər cür qanunsuzluqlara qarşı etiraz etmək hüququna malik olan şəxsdir. O halda ortaya belə bir sual çıxır ki, Respublika Uşaq Stomatoloji Mərkəzinin qeydiyyat şöbəsində çalışan Yeganə Məmmədovaya, görəsən bu cür ötkəm hərəkətlər etməyə kim, yaxud da hansı qanun ixtiyar verib? Məgər, bu xanım qeyri-adi səlahiyyətlərə sahib olan şəxsdir? Bəlkə, özünü “Ərəbzəngi” hesab edən Yeganə Məmmədovanı, Azər Əliyevin rəhbərlik etdiyi bu səhiyyə müəssisəsinin qeydiyyat şöbəsinə bilərəkdən təyin ediblər ki, o, pasiyentlərə qarşı bu cür ötkəm hərəkətlərini etsin, rəhbər şəxslərə qarşı sayğısızlıq göstərsin, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət etməsin, bir sözlə hər cür hoqqalardan çıxsın. Ola bilər, bəlkə də, bu həqiqətən də belədir. Amma, biz o halın varlğına da inanırıq ki, əməkdaşımızın üz-üzə qaldığı olaylarla bağlı yayımladığımız bu yazıdan sonra, rəhbərlik Respublika Uşaq Stomatoloji Mərkəzinin qeydiyyat şöbəsində çalışan Yeganə Məmmədovanın əməllərinə lazımi qiymətini verəcək və bu xanımın ,,Ərəbzəngi»lik etməsinin qarşısı qəti şəkidə alınacaq. Mövzuya qayıdacağıq

Deryaaz.az

Dünyapress TV

Xəbər lenti