Ardını oxu...
Haqqında bəhs etmək istədiyimiz Fövqəladə Hallar Nazirliyi ( FHN ) ilə bağlı bir məsələyə toxunmaq istəyirik. Belə ki, bir neçə il əvvəl FHN-nin nazir müavinlərinin sayı 4-dən 7-yə qaldırıldı. Bütün dünya bütövlükdə mobil idarəetməyə üstünlük verir. Yəni rəhbər işçilərin sayı azaldırılır, artıq qurumlar ixtisar olunur, bir sözlə, dövlətin yükü azaldılır. Amma bizdə əksinə proseslər baş verir.
Təsəvvür edirsiniz, nazirin xeyli sayda müavinləri, müşavirləri, köməkçiləri və daha nələr... Bu nəyə lazımdır? Axı, bu rəhbər işçilərin hər birinə kabinet, sürücü, katibə, gələcəkdə yüksək pensiya və daha nələr.
Sözün qısası, FHN-nin 7 nazir müavinlərindən biri hələ də Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevdir.
Təsəvvür edirsiniz, Ramiz Mehdiyevin oğlu 1 il MTN-də, 2 il DİN-də, 3 il XİN-də, 2 il İdman və Gənclər Nazirinin müavini, 4 il Mədəniyyət nazirinin müavini, sonra “Miqrasiya naziri”nin müavini, sonradan indiyədək isə FHN Nazirinin müavini işləyir. FİKİR VERDİNİZMİ..? Ramiz Mehdiyev özündən və nəslindən qat-qat ağıllı və savadlı adamların hər birini ayrı ayrılıqda ləkələyərək, həbsxanalara saldırdı, onları ləkələdi, gələcəklərini inanılmaz dərəcədə narahat duruma saldı. Amma öz oğlunu nazirliklərdə vəzifə kürsüsündə dolandırdı. Gör insan nə qədər yarıtmaz fəaliyyətə malikdir ki, bir nazirlikdə duruş gətirə bilmirdi. Nə qədər saymamazlıq edirmiş ki, o nazirlikdən bu nazirliyə yerini dəyişdirirmişlər.
Bəli, Ramiz Mehdiyev və ailəsi haqqındakı yazı başqa bir yazının mövzusudur.
Mövzumuz Ramiz Mehdiyevin oğlu ilə bağlı olmadığı üçün keçək əsas mövzuya. Bəli, FHN nazirinin 7 müavinindən biri də Orucəli Hacıyevdir. Orucəli Hacıyev kimdir, nəçidir..?
Deməli, Orucəli Hacıyev Orucəli Məmməd oğlu Hacıyev 1959-cu ildə aprelin 20-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib və İBTİDAİ SİNİF MÜƏLLİMİDİR. Bir müddət Naxçıvanda ibtidai sinif müəllimi işləməklə bərabər, qara metal alveri ilə məşğul olub. DƏMİR ALIRAM, METAL ALIRAM...məsələsi... Yəni "Quska", Əli Həsənov komandası. Sonra metal satmaqdan FHN-ə transfer edib.
Təsəvvür edirsiniz ibtidai sinif müəllimi hara, FHN GENERALI HARA..? Bu adamın adı nələrdə hallanmır ? Mediada yayılan xəbərlərdən bəlli olur ki, Ukraynada öldürülən iş adamının anası deyir ki, Orucəli mənə dedi ki, sənin oğlunu general Rövşən Əkbərov öldürüb…Amma sonra sözünü dandı. Bu əməlin adı Cinayət Məcəlləsində cinayəti bilib gizlətməkdir.
Mediada yayılan digər xəbərdən bəlli olur ki, Orucəli Hacıyev Pirşağıda vətəndaşları aldadaraq 2 hektar torpaq sahəsini ələ keçirib. Belə ki, Orucəli Hacıyev 16 nəfər şəxsin 2 hektar torpaq sahəsini alıb orada istirahət kompleksi tikmək istəyib. Və vətəndaşlardan etibarnamə alaraq torpaqları ələ keçirib. Bu işdə Orucəlinin yaxın dostu “Axund” FTKA şirkətinin sahibi Fuad Axundov vasitəçilik edib. Ümumiyyətlə, indi nazir müavini olan Orucəli Hacıyev 90-cı illərdə qara metalın topdan alış məntəqəsini işlədib və bu sahədə monopolist olub. Qara metal işinin Paolo Pərvizin monopoliyasına verilməsindən sonra işləri yarımçıq qalan Orucəli Hacıyev Azərbaycanı tərk edib və Ukraynada yaşayaraq İrana qara metal ixracı ilə məşğul olub. Bəli, eşitdiyimizə görə Orucəli Hacıyevin İranla bu gün də biznes əlaqələri var.
Sözün qısası, Orucəli Hacıyev 2006-cı ildə Azərbaycana qayıdaraq yeni yaradılan Fövqəladə Hallar Nazirliyində nazir müavini vəzifəsinə təyin edilib. Orucəli Hacıyev nazir müavini olmaqla yanaşı “Babək-97” şirkətini yaradaraq ölkədə sement satışını demək olar tam mənada inhisara alıb. Respublikaya hər ay 50 min ton sement idxal edən “Babək-97” firması FHN-nin əsas podratçı şirkətidir. Ölkənin fövqəladə hal baş verən bütün bölgələrində tikintilərə sement verilməsini məhz bu firma təşkil edir. Orucəli Hacıyevin adı mediada həm də ayı ovlamaq məsələsində hallanır. Bəli, Orucəli Hacıyev Şamaxıda böyük torpaq sahələrini ələ keçirib, orada otel və villa tikdirib, hətta deyilənə görə qoruq ərazilərində ayı ovlayır. Hətta bir vaxtlar Orucəli Hacıyevin ayı ovlaması ilə bağlı mediada video yayılmışdı, sonrada hamısını pul verib sildirdi. Orucəli Hacıyevin adı həm də mediada dəhşətli intihar hadisəsində hallanır.
Belə ki, sahibkarın həyat yoldaşı Prezident İlham Əliyevə müraciətində yazır ki, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin bacısı oğlu Sunay Əliyev dayısının adından vədlər verərək həyat yoldaşımı klinker (sement istehsalı üçün xammal ) alqı-satqısına cəlb etməklə onun və mənim külli miqdarda pulumuzu mənimsəyib. Respublikaya klinker gətirilməsinin Orucəli Hacıyevin nəzarətində olduğunu deyən bacısı oğlu sahibkarı müflis vəziyyətinə salıb. Və sonda sahibkar özünü güllə ilə vuraraq öldürüb. Ancaq bütün bunlarla bağlı Orucəli Hacıyev mətbuata heç bir açıqlama verməyib, susmağa üstünlük verib.
Onu da qeyd edək ki, Orucəli Hacıyevin oğlu Elvin Hacıyev də atasından geri qalmır. İndi isə Elvin Hacıyevin şirkətlərinin və mülklərinin siyahısına nəzər salaq: – “BOL SÜFRƏ” MMC – “BABYLON-GROUP” MMC – “BABYLON AQRO” MMC – “BT PROJECT” MMC – “APİ DELTA GROUP” MMC QAX RAYONU, LƏKİT kəndində hüquqi qeydiyyata alınıb). – Bakının Zirə qəsəbəsində 4.4 hektarlıq əsasən pomidor yetişdirilən İSTİXANA (“BOL SÜFRƏ” MMC); – Qax rayonunda 2000 arı ailəsindən ibarət ARIÇILIQ TƏSƏRRÜFATI və BAL EVİ (“Api Delta Group); – Şurabad qəsəbəsində 30 hektardan artıq sahədə süni göllərdən ibarət NƏRƏ VƏ SAZAN BALIĞI FERMASI (“Babylon Agro”); – SULTANAHMET KÖFTECİSİ – Səbayel rayonu Əbdülkərim Əlizadə küçəsi 16 (“Babylon Group”); – SULTANAHMET KÖFTECİSİ METROPARK (7-ci mərtəbə) – (“Babylon Group”); – SULTANAHMET KÖFTECİSİ PARK BULVAR (Ticarət Mərkəzinin 3-cü mərtəbəsi) – “Babylon Group”); “Babylon Group” eyniadlı köftəxanaları Batumidə, Qazaxıstan və Rusiyada da açmaq üçün brend sahibi olan GATE 25 RESTORANI ailəsi ilə razılıq əldə edib. – Xocalı prospektində, Dəmirçi Towerin 25-cı mərtəbəsində fəaliyyət göstərən GATE 25 bar-restoranı (“BT Project” MMC). – Bakının “Torqovıy” kimi tanınan ərazisində, Rəsulzadə küçəsində fəaliyyət göstərən TARHUN RESTORANI (“Babylon Group”) – TARHUN (METROPARK) adı ilə daha bir restoran Təbriz küçəsindədir. – Nazir müavininin oğlu nizamnamə kapitalı 11688495.00 AZN, illik dövriyyəsi 4 milyon dolları aşan TECHNOİL şirkətinin həmtəsisçisidir. TECHNOİL-un Sumqayıtda, Sülh küçəsində yerləşən müəssisəsi mühərrik və sənaye yağları istehsal edir.
Görəsən adi ibtidai sinif müəllimi olan Orucəli Hacıyev bu boyda biznes imperiyasını hansı yolla yaradıb..? Bu artıq hüquq-mühafizə orqanlarının işidir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 //gundelik-baku.com//
 
Ardını oxu...
Unutmaq olmaz ki, bu mağazanın kassalarında işləyənlər meyvə-tərəvəz şöbəsində maldaşıyan, fəhlə işləyən şəxslərin də görməli olduqları işləri görürlər

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki “Aygün Moll”un yaxınlığında fəaliyyət göstərən ,,Bazarstore” mağazasının çoxsaylı müştərilərə necə xidmət göstərməsi haqda az-çox məlumatı olan hər kəs, az qalır ki, bu məmləkətdən baş götürüb qaçsın. Çünki, bu ,,Bazarstroe”nin özünə məxsus fırıldaq əməlləri, “minbir oyun” qaydaları var desək, heç də yanılmarıq. Axı, niyə də ki, yanılaq? Çünki, bunu isbatlamaq heç də o qədər çətin iş deyil. Belə ki, təqribən dörd-beş gün bundan öncə həmin ,,Bazarstroe”dən bir qədər alış-veriş etdim və kassaya yaxınlaşıb ödəmələri həyata keçirmək istədim. Həmin vaxt kassada çalışan xanım mənə bildirdi ki, “sizin etdiyiniz bazarlıq 62 manat təşkil edir”. Düzdür, həmin vaxt ödəniş edib yoluma davam etdim. Bir qədər aralı məsafəyə getdikdən sonra, alış-veriş etdiyim malların qiymətinə baxıb onu dəqiqləşdirə bildim ki, kassada işləyən xanımın mənə verdiyi ƏDV-də 1 neçə kq çəkidə olan pomidorun üstünə ərik meyvəsinin qiyməti, yəni 27 manata yaxın pul yazılıb. Bunu görüb dərhal geri qayıtdım və bu məsələni araşdırmağa başladım. Mağaza əməkdaşlarının iştirakı ilə apardığım araşdırma zamanı məlum oldu ki, ,,Bazarstore” mağazasında çalışan əməkdaşlar ya bilərəkdən, ya da ki, bilməyərəkdən ciddi səhvə yol veriblər. Həmin vaxt kassada işləyən xanım mənə “Müəllim, səhv düşüb, sizdən üzr istəyirik” deməklə, bir növ o, vəziyyətdən çıxmağa çalışdı. Deməli, mən öz haqqımı- hüququmu bilməsəydim, yaxud da üzüyola çıxıb getsəydim, o halda bu cür fırıldaq əməli ilə hesablaşılmalı idi. Qeyd edim ki, həmin “Bazarstore” böyük marketdir və elə hallar olur ki, adicə bu mağazanın şirniyyat şöbəsindən şirniyyat alan müştəri, alış-veriş etdiyi mallara görə ödəniş edərkən, kassiri təqribən 40 dəqiqə ərzində gözləməli olur. Çünki, bu mağazanın kassasında çalışan işçi kassaya gəlməlidir ki, müştəri etdiyi bazarlığını götürüb gedə bilsin. Onu da unutmaq olmaz ki, bu mağazanın kassalarında işləyənlər meyvə-tərəvəz şöbəsində maldaşıyan, fəhlə işləyən şəxslərin də görməli olduqları işləri görürlər. Belə bir səbəbdən də, çox zaman onları kassa arxasında tapmaq müşkül məsələyə çevrilir. Bu mağazada yaşanan əsas problemlərdən biri də ondan ibarət olur ki, meyvə-tərəvəz şöbəsində çalışanlar satdıqları məhsulların qiymətini mükəmməl bilmədiklərindən, çox zaman onlar gedib malların qiymətini baş admistratordan soruşurlar və daha sonra müştəriyə aldığı məhsulları çəkib verirlər. Həmin gün belə bir olayla üz-üzə qaldığımdan kassada çalışan xanım satıcıya ərkyanə şəkildə “Ay xanım, əgər bu mağazada işçi tapılmırsa məni də işə götürün, vallah-billah canbaşla işləyərəm. Axı, mən burada təqribən 40 dəqiqədir ki, sizi gözləyirəm” dedikdə, o, mənə “Yox, yox, heç cür olmaz! Bizə yaşlı adamlar yox, yalnız gənclər lazımdır” cavabını verdi.

Onu da qeyd edim ki, ötən ayların birində ev şəraitində xaş bişirmək məqsədilə bu mağazadan iribuynuzlu mal-qaraya aid dəst ayaq almışdım. Elə ki, həmin ayaqları bişirməyə başladıq, o halda qonşuluğumuzda yaşayan qonşular da dilə gəldilər. Yəni, birbirinə yaxın məsafədə yerləşən həyət evlərində yaşadığımızdan, evdə bişirdiyimiz xaşın iy-qoxusu ətrafa yayılır və qonuşulardan bəziləri “Ay qonşu bu nə iy-qoxudur?” deyib, sanki bizə qarşı əməlli-başlıca narazılıq etməyə başladılar. O halda dərk edib başa düşdüm ki, “Bazarstore”dən bağlı şəkildə, don vəziyyətdə aldığım ayaqlar xarab imiş. Düzdür, bununla bağlı mağazanın səlahiyyətli şəxslərinə narazılığımı ifadə etdim. Az sonra xəbər bildim ki, rəhbərlik həmin ayaqları mənə satan işçini işdən çıxarıb. Bu cür addımı atmaq, heç də ümumi vəziyyətdən çıxış yolu deyil.

Bəli, “Bazarstore”də bu cür xoşagəlməz vəziyyətin əmələ gəlməsinə əsas səbəb, işi-gücü az-çox bilən işçilərin uzun müddət ərzində burada qalıb çalışmamaları olur. Bu yöndə əldə etdiyimiz məlumatlara görə, iş axtaran gənclər bir neçə gün bu mağazada çalışıb işi-gücü az-çox öyrənsələr də, onlar çox keçmir ki, əmək haqlarının az olması səbəbindən işdən çıxıb gedirlər. Belə bir səbəbdən də, bu mağazada ixtisaslaşmış işçi tapmağın özü müşkül məsələ olur. Təəccüblü hal odur ki, kifayət qədər mal dövriyyəsi və gəlirləri olan “Bazarstore” mağazasında işçilərə normal əmək haqqı verilmir. Amma, onu da unutmaq olmaz ki, bu cür vəziyyətlərdə daha çox əziyyət çəkən çoxsaylı müştərilər olurlar. Deməli, bu gün Bakıxanov qəsəbəsindəki ,,Bazarstore” mağazasının rəhbərliyini müştərilərə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq yox, hər nə yolla olursa-olsun, daha çox var-dövlətə sahib olmaq istəyi düşündürür. Yazida adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Mövzuya qayıdacağıq.
Deryaz.az

Ardını oxu...
Göyçay rayonu, Şəhadət kəndinin birinci küçəsindəki kollektor-drenajda antisanitar vəziyyət yaranıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Ardını oxu...

Ərazidə yaşayan sakinlər bildiriblər ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Baş Şirvan kollektorunun İstismarı İdarəsinin unutduğu, baxımsız saxladığı kollektorlardan biri şəhid polkovnik-leytenant Vidadi Xəlilovun adını daşıyan küçədən digər küçəyə keçidi məhdudlaşdırıb:

Ardını oxu...
Ardını oxu...

“Hazırda həmin küçənin sonunda avtomobillərin hərəkətinin davam etdirilməsi mümkün olmur. Buna səbəb rayonun Şəhadət kəndinin birinci küçəsindəki kollektorun tam mənada kol-kos və zibil tullantıları ilə tutulması, keçid körpüsünün olmamasıdır. Sel sularının axıb getməsi də mümkünsüzdür. Qeyd edək ki, sel sularının axıdılması üçün nəzərdə tutulan kollektora Baş Şirvan Kollektorunun İstismarı İdarəsi nəzarət edir”.

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanın görkəmli travmataloqlarından biri olan Məzahir Məmmədov Şəmkir Rayonu Kür qəsəbəsində yerləşən xəstəxana haqqında yazıb.

TEREF.AZ-ın gununsesi.info-ya istinadən xəbərinə görə, tanınmış həkim milyonlarla vəsait hesabına təmir olunan bu xəstəxananın fotolarını paylaşayaraq, indi baxımsız qaldığını deyib.

Onun açıqlamasını təqdim edirik:
Ardını oxu...
Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi

Bir neçə il bundan əvvəl milyonlarla vəsait hesabına yüksək səviyyədə əsaslı təmir və müasir avadanlıqlarla təchiz olunmuş Kür qəsəbə xəstəxanasının yetim qalan görüntülərini təqdim edirəm. Vaxtilə 15 il çalışdığım bu xəstəxanada ölkəmizin müxtəlif guşələrindən minlərlə xəstə şəfa tapıb.

Hərsahəli çalışan ,müasir yanaşmalar sərgiləyən tibb kollektivi vardı. İndi boş qalıb. Zamanında dörd tərəfdəki yaşayış məntəqələrinin əlli mindən çox sakininə ambulator və stasionar xidmət edilirdi. Bu gün Kür qəsəbəsi yuxarıların yadından necə çıxıbsa,xəstəxana da eləcə yaddan çıxıb. TƏBİB-in “möhtəşəm” fəaliyyətinin bütün ölkədə nəticəsi budur”.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ağstafa rayon hərbi komissarının fəaliyyəti bazar iqtisadiyyatına uyğun qurulmaqdadır. Burada kapitalizmin yırtıcı qanunları işləyir. Ona görə Ağstafanın hərbi komissarı bəzi hallarda kimlərinsə gözünün düşməni, kimlərinsə gözünün işığı olur. Çünki hərbi komissar onun maddi maraqlarını təmin edənləri razı yola salır, edə bilməyən kasıb-kusub, yoxsul, qarnına bir tikə çörək tapa bilməyənləri isə narazı... Bəs, bu necə olur? Sualın sadə cavabı var: bazar qanunları. Yəni pulunu verən Ağstafa hərbi komissarlığında "şəklini çəkdirir", verməyən isə xəstə ola-ola hərbi xidmətə göndərilir. Yada salaq ki, bu günlərdə buna dair məlumat yaymışdıq. Məlum olmuşdu ki, xəstə bir yeniyetməni əsgərliyə aparırlar. Həmin gənc Əhmədov Elşən Tanrıverdi oğludur. Onun anası bildirmişdi ki, Ağstafa hərbi komissarlığı uşağı yoxladı, dedilər ki, guya problemi yoxdur. Onun sözlərinə görə, övladı Qazax xəstəxanalarında yatıb, uşaqda özündəngetmə halları var, rabitəsiz hərəkətlər edir, gecə oyanır və evdə gəzməyə başlayır, yəni belə bir xəstə uşaqdır. Ancaq yenə də uşağı əsgərliyə aparıblar. Ancaq bu ilk fakt deyil, dəfələrlə belə xəstə uşaqlar əsgərliyə aparılıb. Hətta bundan əvvəl xəstə uşağı əsgər aparmamaq üçün valideynindən 1000 manat tələb olunmuşdu. AnaXeber.info bildirir ki ,bu məsələ barədə yuxarı dairələrə məlumat verildikdən sonra Ağstafa hərbi komissarının müavini işindən azad olundu. Yəni komissar müavini qurban verərək özünü təmizə çıxarmağa çalışdı. Lakin hərbi komissar bu gün də qanunsuz əməllərini davam etdirir. Baxmayaraq ki, onun xəstə uşaqları əsgər göndərməsi faktları dəfələrlə gündəmə gəlib, hələ də öz iş "prinsip"lərindən əl çəkməyib. Onun öz müavinini "günah keçisi" kimi qurban verməsindən sonra gözlənilirdi ki, bəlkə öz fəaliyyətini korrektə edər, ən azı əvvəlki addımları bu dərəcədə təkrarlamaz. Amma göründüyü kimi, hələ də Ağstafa hərbi komissarlığında pul vermədinsə xəstə uşaqları əsgərliyə aparırlar. Görünən budur ki, Ağstafa hərbi komissarlığında "Dəmir yumruq" qaydaları hökm sürməlidir və şöbədə ciddi araşdırmalar aparılmalıdır. Çünki hərbi komissar xəstə uşaqları əsgərliyə göndərərkən "uf" da demir və onların valideynlərinin hansı hisslər keçirdiklərini, nələr yaşadıqlarını anlamaq istəmir. Ümumiyyətlə, xəstə bir gənci rüşvət verə bilmədiyi üçün orduya xidmətə göndərmək rəzalətdir. Üstəlik, söhbət qalib Ordudan, müharibədə zəfər çalmış müzəffər ordudan gedir. 44 günlük Vətən müharibəsindən sonra bu cür neqativ hallara son qoyulmalıydı, amma Ağstafa hərbi komissarı üçün fərq etmir, yenə də köhnə əməllərindən geri qalmır.
Həmçinin, bir müddət əvvəl mediada məlumat yayılmışdı ki, xidmətə yararsız hərbi qulluqçuların komissiyyadan keçirilməsi zamanı onlardan 200-300 manat arası tələb edilir. Bundan əlavə hərbi xidmətə səfərbər edilən hərbi qulluqçuların xidmət yerlərinin öncədən təyin edilməsi prosesi hərbi birləşmələrin yerləşdiyi rayonlardan asılı olaraq müxtəlif vəsait müqavilində həyata keçirilir. Qeyd olunur ki, əgər araşdırılsa, Ağstafa rayonunda xeyli sayda sağlam gənc müxtəlif yollarla hərbi xidmətə “yararsızlaşdırılıb"".

AnaXeber.info

Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində yerləşən Heydər Əliyev adına parkda ağaclar kəsilib. Reportyor.info-nun əməkdaşı baş verənlərin şəxsən şahidi olub və bütün bunları videolentə alıb. Daha sonra apardığımız araşadırmalar zamanı ağacların inşaat işləri ilə əlaqədar kəsildiyi üzə çıxıb. Məlum olub ki, “Kristal Abşeron” şirkəti ərazidə hündürmərtəbəli bina tikir.

“Kristal Abşeron” MTK Azərbaycanın inşaat sektorunda aparıcı şirkətlərdən biridir. Şirkət əsasən Bakı və Sumqayıtda hündürmərtəbəli yaşayış binaları tikir. Şirkət əvvəl Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərib. Ötən il isə təşkilati hüquqi formasını dəyişərək MTK-ya çevrilib. Şirkətin qanuni təmsilçisi İbrahim Dostumalıyevdir. Lakin mediada gedən məlumatlardan aydın olur ki, o, MTK-nın sahibi deyil. “Kristal Abşeron” deputat Ağalar Vəliyevin şirkəti kimi tanınır. Ağalar Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat seçilib. Onun deputatlıq karyerası 2010-cu ildən başlayır.

Yəni, Ağalar Vəliyev 13 ildir deputat mandatı daşıyır. O, həm də “Azəraqrartikinti” ASC-nin Müşahidə Şurasının sədridir. “Kristal Abşeron”un adı bir sıra qalmaqallarda hallanıb. Xüsusilə, şirkətin inşa etdiyi binalardakı idarəedilməsində sakinlərin üzləşdiyi problemlərlə bağlı mediada kifayət qədər material yer alıb.

 

 

Qalmaqallı deputat

A.Vəliyevi ictimaiyyət millət vəkilindən daha çox iş adamı və “Azəraqrartikinti” ASC-nin rəhbəri kimi tanıyır. Mətbuatın monitorinqi göstərir ki, Ağalar Vəliyevi də Milli Məclisin ən qalmaqallı və qanunverici orqana nüfuz gətirməyən deputatlarından biri hesab etmək olar. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində cumhuriyyet.az olaraq apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:

“Villası ilə Prezident Sarayını kölgədə qoyub, akvariumunda delfin saxlayan “Alabala”- Ağalar Vəliyev”(Yenicag.az); “Millət vəkili Ağalar Vəliyev Eldar Mahmudovun “toru”na necə düşüb?”(miq.az); “Ağalar Vəliyevin biznes gizlinləri, villası və mandat “legitimliyi” – ARAŞDIRMA”(arqument.az); “Deputat Ağalar Vəliyev şirkətində “şpion” axtarır”(liderinfo.az); “Ağalar Vəliyev bir ailənin faciəsinə səbəb ola bilər…”(bakunews.az); Deputat Ağalar Vəliyev yaralı tankçıya baş çəkib(azpolitika.info); “İcra başçısıyla deputat arasında qalmaqal – 4 hinduşkaya DSK sədri postu?” (aznews.az).

Ağalar Vəliyev susmaq üçün mandat alıb?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Ağalar Vəliyev son 7 il ərzində Milli Məclisin neçə iclasında iştirakı bizim üçün təəssüf ki, qaranlıq qalıb. Lakin cumhuriyyet.az olaraq bizi maraqlandıran məsələlərdən bəzilərinə parlamentimizin stenoqramlarından cavab tapa bilmişik. Yəni, “Azəraqrartikinti” ASC sədrinin parlament müzakirələrində iştirakının statistikasını müəyyənləşdirə bilmişik. Həmin statistikaya diqqət yetirib uyğun nəticəyə gəlmək heç də çətin deyil. Elə buradaca qeyd edək ki, bu açıqlamalarla heç də Ağalar müəllimin işgüzar nüfuzunu aşağılamaq fikrində deyilik. Lakin əlahəzrət həqiqətdən də qaçmaq olmur. Burada söhbət deputatın Azərbaycan parlamentinə sayğısının güzgüsünə çevrilmiş fəaliyyətindən gedir. Milli Məclisin iclaslarında demək olar ki, danışmayan millət vəkilinin sessiya və iclaslarda iştirakının nə mənası var? “Azəraqrartikinti” ASC-nin rəhbəri və onun kimi danişmayan biznesmen deputatlar öz rəhbərliyindəki qurumun işləri ilə məşğul olsa daha yaxşı olmazmı? Bu gün “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin görüləsi o qədər işləri var ki… Milli Məclisin deputatı Ağalar Vəliyev IV çağırış MM-in 2010-2015-ci illər ərzində keçirilən ümumilikdə 103 iclasından yalnız 2-də danışıb. Dördüncü çağırış MM-in 23 dekabr 2011-ci il tarixli IV sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında müzakirələrdə çıxış edib. Deputat 2-ci çıxışını 12 iyun 2012-ci il tarixli VI növbədənkənar sessiyada Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş) müzakirələrə qatılarkən irad edib. Bundan tam 5 il sonra 2016-cı il dekabrın 7-də biznesmen deputat bir daha “şeytanın qılçını sındıraraq” Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2017-cı ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edib.

Millətin, yoxsa biznesin vəkili?

Qazancı danışmaqdan üstün tutan Ağalar Vəliyev gerçəkdən oliqarx imici formalaşdırmağa nail oldu. Dövlət sifarişləri əsasında ucaltdığı obyektlərlə həm özü ucaldı (ordenlə), oliqarxa çevrildi, həm də özünə milyonlarla manat dəyərində möhtəşəm və dünyada analoqu olmayan saray kompleksi ucaltdı. Unutmayın, bu ucalıqlarda gündə 10-15 manata bir qarnı ac-biri tox qeyri-rəsmi çalışan yüzlərlə, bəlkə də minlərlə qara fəhlənin alın təri var. Vergi orqanlarında və dövlət əmək müfəttişliyində çalışan mütəxəssislər “Azəraqrartikinti” ASC-nin hesabatlarına nəzər saldıqda, bu qurumun dövlət sifarişləri əsasında yerinə yetirdiyi çoxsaylı tikinti və təmir işlərinin belə deyək, bir ovuc inşaatçının əli ilə reallaşdırılmasını az qala möcüzə kimi qəbul ediblər. Əlbəttə. bizə çatan məlumata görə dəfələrlə bu məsələ ilə bağlı Ağalar Vəliyevə ciddi iradlar da olub. Lakin…Buradan da deputatlığın ona nə üçün lazım olduğunu ehtimal etmək çox da çətin deyil. Hər halda, büdcə yeyintilərinin zığ verdiyi işin içindən iş çıxanda millət vəkilliyinin sanbalı ortaya çıxır. “Azəraqrartikinti” ASC-nin sədri belə situasiyalarla az üzləşməyib. Onun dövlət vergi orqanları ilə uzun sürən çəkişmələrini xatırlayın.

O istəsə danışa bilər, amma…

Bütün yuxarıda sadalananlar o nəticəyə əsas vermir ki, A.Vəliyevin siyasi savadı və natiqlik qabilliyyəti çıxış etməyə imkan vermir. Əsla belə deyil. Məsələ burasındadır ki, biznesmen deputatımızın qalmaqallı çıxışları haqda da ilginc iddialar var. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan və deputatın özü tərəfindən rəsmən təkzib olunmayan məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “MTN İşi” ilə bağlı prosesə diqqət edəndə Eldar Mahmudovun və dəstəsinin iş adamları, məmurlarla yanaşı hətta Milli Məclis üzvlərini belə şantaj edərək, onların pulunu almaları faktı üzə çıxmaqdadır. Belə deputatlardan biri də iş adamı kimi tanınan Ağalar Vəliyev olub. “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini tutan, həmçinin, Bakının bir çox məkanlarındakı “Kristal Abşeron” adlandırılan yaşayış binalarını inşa etdirən Ağalar Vəliyev MTN-nin “toruna” 2013-cü ildə düşüb. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ağalar Vəliyev MTN tərəfindən özünün səsyazı ilə “vurulub”. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib. Araşdırmamız zamanı Ağalar Vəliyevin MTN-dən zərərçəkən statusu ilə bağlı prokurorluğa şikayət etmədiyi də bəlli olub. Görünür, Ağalar Vəliyev özünün “siyasi səhvi” səbəbindən “ilişdiyindən” bu məsələnin arxasına getməkdən imtina edib.

Deputatın “Kristal Abşeron”unda baş verənlər

Ağalar Vəliyevin biznesinə “Kristal Abşeron” MMC də daxildir. Belə ki, bu şirkətin təsisçisi Tovuzdan olan iş adamı Məhayət Nəbiyevdir. Şirkətin qeyri-rəsmi sahibi isə deputat Ağalar Vəliyevdir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, millət vəkilinin “krişalıq” etdiyi sözügedən şirkət Xırdalanda binalar inşa edib. Bu firmadan mənzil alanlar isə sözün əsl mənasında peşman olublar. Çünki alqı-satqı müqaviləsində məzənnəyə uyğun kredit ödənişi edilməsi bəndi yer alıb. Bu da 2015-ci ildəki 2 devalvasiyadan sonra payçıları müflis edib. Onlar dollarla kredit ödəməyə məhkum olunub. Məsələn, 50 kvadratlıq mənzil 110 min manata başa gələcək. Sakinlərin isə dərdinin üstünə təzə dərd gəlib. Belə ki, “Kristal Abşeron” özəl müəssisə olduğu üçün qazın qiyməti qeyri – əhali kateqoriyası üzrə hesablanır. Şirkət istiliyin qiymətini 40 qəpikdən 70 qəpiyə qaldırıb. Şirkət indiyə qədər qazanxanaları “Azəristiliktəchizat” ASC-yə təhvil verməyib. Bu da azmış kimi, keçən aydan etibarən istilik 70 qəpikdən 80 qəpiyə qaldırılıb. İndi 50 kv mənzili olan sakin hər ay təkcə istiliyə 40 manat ödəniş etməlidir. İsti suyun kubmetri isə 2 manat 30 qəpikdən 3 manat 50 qəpiyə qaldırılıb. Dövlət suyu əhaliyə 50 qəpikdən satır, “Kristal Abşeron” isə od qiymətinə… Sakinlərin dediyinə görə, yaxın günlərdə Prezident Administrasiyasının qarşısına toplaşacaqlar. Onlar şirkətin soyğunçuluğundan şikayət etməyə hazırlaşırlar.

Dəniz kənarında çoxqübbəli villa

A.Vəliyev ilə bağlı cummuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı daha bir maraqlı fakta rast gəldik. Belə ki, Ağalar müəllimin bir villasının görüntüləri da yayılıb. Həqiqətən də, Bakının Novxanı kəndi ərazisində ucaldılmış, gozəllikdə tayı-bərabəri olmayan bu çoxqübbəli villanin dəyəri milyonlarla ölçülür. Ümid və inamla ehtimal etmək olar ki, Ağalar Vəliyevin bu sənət əsəri büdcə vəsaitləri hesabına başa gəlməyib. Qeyd edək ki, bu bənzərsiz layihənin özəlliklərindən biri kimi villadan dənizə yeraltı tunel cəkilməsi ehtimalını söyləmişdik. Deyilənə gorə, millət vəkilinin dəniz sahilində yeraltı akvarium yaratmaq istəyi onun uşaqlıq arzusu olub.

Bəzi məlumatlara görə, akvariumda yerləşdirmək üçün dünya okeanında balina və delfin axtarışları gedir. Əldə etdiyimiz bu ilginc informasiya öz-özlüyündə ona görə maraq doğurur ki, “Azəraqrartikinti” ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan biri kimi ölkənin ən iri vergi ödəyiciləri sırasında yer alır. Ağalar Vəliyevin ortaqlıq etdiyi tikinti şirkətlərindən bəziləri ilə hesablaşmaqdan imtina etdiyi barədə gəzən söz-söhbətləri də nəzərə alsaq, hörmətli millət vəkilinin çoxqübbəli villasının tikintisinə hansı mənbələrdən vəsait əldə etməsi barədə müəyyən qənaətə gəlmək olar. Milli Məclisə ara-sıra şok hesabatları ilə gundəmdən düşməyən Hasablama Palatası deputat Ağalar Vəliyevin prezident sarayı ilə müqayisə edilə biləcək çoxmilyonluq mülkününün nəyin hesabına başa gəldiyini aşkarlaya biləcəkmi?





1)İşini bacarmayan 70yaşlı, oliqarx Fərhad Heyderovu hansı iş fəaliyyətinə görə 2N Regional Sukanal İdarəsinin rəisi fəzifəsinə gətirilib? Bu fəzifədə çalışdığı dövrdə bir çox korrupsiya işləri ilə gündəm olub. Sosial şəbəkələrdə Fərhad Heyderov yazdıqda etdiyi əməllərin kicik bir qisimi ilə tanış olmaq olur.

2)Əvvələr Zərdab Azərpoçtun müdir təyin olunan Romir Dadaş oğlu Nəcəfov Rusiyadan pul köçürmələri zamani rublun məzənnəsini vətəndaşlara aşağı deməklə, onları aldadaraq lazım olduğundan az miqdarda pul ödəyiblər.Bu əməliyyat nəticəsində pocta 7864manat ziyan dəyib.Romir Nəcəfov saxta qəbzlər əldə edərək, onları özüne yaxın işçilərə 30/50 olmaqla payladığı müəyyən olunub. Və nəhayət Romir Nəcəfov korrupsiya faktı ilə işdən azad olunub. Bu faktı Azərsu rəhbərliyi bilsələr belə,R.Nəcəfovu rəhbər vəzifədə saxlamaqda məqsədləri nədir?

3)R.Nəcəfov Zərdab rayon sakini olsa belə, Qoruqbağı kənd bələdiyyəsinin balansında olan torpaqları(örüş təyinatlı) muqavile bağlayaraq mənimsəyərək ferma tikib.Belə olduğu halda bələdiyyə torpaqlarında Zərdab Sukanal Sahəsinin metal dorbaları ilə naves, idarenin yanacaq ilə texnikaları vasitəsilə balıq gölü qazdıraraq,idarenin dorbaları ilə su çəkilişi edib.Niyə araşdıran yoxdur?
3)R.Nəcəfov Zərdab rayonunda(R.Kərimov küçəsi, Pasyolka,Gəlmə kəndi, Türyançay çayının sahili,M.Ə.Rəsulzadə küçəsi) ünvanlarını yazdıqlarım ərazilərdə,az bir qisim dorbalar yerində qalsa belə,böyük bir qisimi dəyəri 100000 manatlarla ölçülən dəmir dorbaları satıb.Cənab prezident bu haqqdada dəfələrlə Azərsu və aidiyyəti orqan rəhbərliyə məlumat verilsə bele niyə araşdırma yoxdur?

4)Zərdab Sukanal Sahəsinin inzibati binasını olmadığı halda,əvəllər Əmlak komitəsinin balansında olan şəraitli binada Azərsu dovlət balansına cuzi miqdarda vergi kecirməklə Zərdab Sukanal Sahəsini orda yerləşirdi.Nə üçün R.Nəcəfov istismar müddətin basa vurmuş obyektinə Zərdab SKS-ni Azərsuya hər ay 500manata yaxın məbləğdə arenadaya verərək dövlət budcəsini talayır?Obyektə baxış keçirilərək şəraiti ilə tanış olublarmı?

5)Ağsudan-Zərdaba su çəkilməyənə qədər əhalini Kür çayından su ilə təmin edən nasosxananı kim satıb yoxa çıxardı?
6)Zərdab rayonunda 4yol adlanan ərazidə rayon sakinlərinin istifadəsində olan körpünü nə üçün R.Nəcəfov obyektinə(Zərdab Sukanal Sahəsinə)gətizdirib ordan isə satdırdı?Dediyinə görə az bir qisimin idare işinə işlədib.Belə olduğu halda Azərsu idarəyə verdiyi təminat hara gedir?

7)Cənab prezident sizn tapşırığınıza görə ilk növbədə şəhid və qazi ailələr işlə təmin olunmalıdır.Bəs nəyin müqabilində,F.Heyderov,M.Quliyev və R.Nəcəfov son 3-4ayda başqa vətəndaşları işlə təmin edir?

8)Zərdab rayon 33kənd icra nümayəndəlikdən ibarətdir.Belə olğu halda,hər kənddə modul təmizləyici qurğuya bir işçi nəzarət etdiyi halda,əhalisi və ərazisi kiçik olan İsaqbağı kəndində modul tipli sutəmizləyici qurğuya nəyin müqabilində 2işçi xidmət edir?R.Nəcəfov region rəisi F.Heydərovla, Azərsu ASC-nin işçisi M.Quliyevə bu qədərmi güvənir?

9)F.Heyderovla Romir Nəcəfovun iş fəaliyyətləri dövründə Zərdab rayonunda əhali(nümunə üçün Həsənov Əlayif və.s)və qeyri əhali(nümunə üçün yeni tikilən kilinikaya,Abdullayev Elgizin obyekti və.s)abonentlərə lahiyədən kənar niyə su xətləri çəkilib?

10)Romir Dadaş oğlu Nəcəfovun səyi nəticəsində Zərdab rayonunda ele abonentlər varki(nümunə üçün kecmiş məhkəmə sədri Tahir Qubadov və.s saylarını xeyli artırmaq mümkündür)dövlətə borcu həddən artıq,elə abonentlər varki(nümunə üçün Əhmədov Eldar və.s sayları xeyli artırmaq mümkündür)sayğacı oxumaqa illərdi gedilmir.Səbəb nədir?

11)Zərdab Sukanal Sahəsinin inzibati binasını olmağı halda,F.Heyderovun və Mövsüm Quliyevin anoloqu olmayan inkişafı nəticəsində R.Nəcəfovun şəxsi obyektinin(Zərdab Sukanal Sahəsinə)tək növbəli gündüz arxanı var.İnzibati binası olmayan Zərdab Sukanal Sahəsinin, yerləşdiyi R. Nəcəfovun obyektinə düzgündürmü axran ştatı?

12)F.Heyderovun iş fəaliyyəti dövründə Regionda demək olar ki,ən çox dövlətimizin yanacağı, abonent sayı az olan Zərdab Sukanal Sahəsinə verilir.R.Nəcəfovun göstərişi ilə,kilometrləri şirdilmiş saxta naryadlar yazılır.Ən qəribə hal budur ki,yanacaq hesabatlarında 300lir,hətta 500litr bak qalığı saxlanılır.Halbuki yanacaq R.Nəcəfovun şəxsi işlərində istifadə olunur.Nece olur içərisində elektron ceperisi olan idarə maşınını qanunsuz özü idarə edərək,şəxsi işlərində istifadə edir?

13)M.Quliyevin səyi nəticəsində Zərdab Sukanal Sahəsində ali təhsil tələb olunan vəzifələrdə təhsilsiz və ya basqa ixtisas sahibi olan orta ixtisas təhsilli şəxslər,ən azından orta ixtisas təhsil tələb olunan ştatlarda isə təhsilsiz şəxslər çalışır.Bu nece mumkundur?Nə ücün Zərdab Sukanal Sahəsinin işçilərinin təhsil səviyyələri yoxlanılmır?

14)Zərdab rayonunda nəyinsə müqabilində ən əsası qeyri əhali(nümunə üçün F.Heyderov hakimiyyətə gəldikdən sonra Gəlmə kəndində Əlövsət kisinin moykası və.s sayını xeyli çoxaltmaq mumkundur)abonentlərdə illərdi su saygacsız verilir.Səbəb nədir?

15)Nə üçün R.Nəcəfov dövlət tərəfindən verilən,Zərdab Sukanal Sahəsinin qədimi mebellərini sökdürüb,fermasında istifadə edir?

16) Ağsudan Zərdaba çəkilən magistral su xətti layihəyə uyğun deyil.Və bununlada dövlət büdcəsindən 1000000la manatlar yeyilib.Bunu bilən R.Nəcəfov Zərdab Sukanal Sahəsinə rəis təyin olunan zaman hansı səbəbdən imza ataraq təhvil götürüb? Dövlət büdcəsini kimlər tərəfindən talanıb?

17)R.Nəcəfovun Zərdab Sukanal Sahəsinin rəis işlədiyi dövrdə əhali və yaxud qeyri əhali abonentlərə su xətti çəkilib,uzun müddətdən sonra sayğac quraşdırılıb.Bir çox abonentlərde hələdə sayğac yoxdur.Kopyuterde sisteme baxarkən müəyyən etmək mümkün.Bu qədər özbaşınalığına səbəb nədir?

18)Fərhad Heyderov və Romir Nəcəfovun bu qədər özbaşınalığı ilə Azərsuda hələdə rəhbər vəzifələrdə çalışırlar.Bunlara kimlər himayə edir?Nə üçün komissiya təşkil olunub 2N Regional Sukanal İdarəsi və Zərdab Sukanal Sahəsi yoxlanılmır?Dövlətimizin və Cənab prezidentimizin siyasətinin əksinə gedirlər.

Cənab prezident,aidiyyatı üzrə qrum rəhbərləri və Azərsu ASC-nin rəhbər şəxsləri mənim üçün qaranlıq qalan sualların cavabını tapmaqda,F.Heyderov və R.Nəcəfovun imza ataraq hər bir sahə üzrə yoxlanılmasını Xahiş edirəm.Mən prezidentimə arxalanıb həyatımı təhlükəyə ataraq müraciət edirəm. Azərsu ASC-nin rəhbər şəxsləri bu qədər özbaşınalığın qarşısını almaq əvəzinə,dahada bu özbaşına məmurlara güc qüvvət verir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
     

Sumqayıtda kurs rəhbəri olan qadın dələduzluqda ittiham olunur.

Bu barədə “Yeni Müsavat”ın redaksiyasına şikayət daxil olub.

Şikayətdə bildirilir ki, özəl kurs rəhbəri olan Zərinə Səfixanova vətəndaşın etibarından sui-istifadə edərək onu aldadıb. Kurs rəhbəri ümumi olaraq 5550 AZN məbləğində pulu mənimsəyib.

Xalqxeber.az sözügedən şikayəti olduğu kimi təqdim edir:

“Mən, Ayşən Azərli Azər qızı pandemiya dönəmində "B-Academy" onlayn kursuna qoşulub, Zərinə Səfixanova Natiq qızından 2 aylıq rus dili dərsi almışam. 27 İyun 2022-ci il tarixində Zərinə Səfixanova Natiq qızı mənimlə əlaqə saxlayaraq uşağının başına su yığıldığını və həmin gün təcili əməliyyat edilməli olduğunu bildirdi. Daha sonra məndən borc olaraq maddi dəstək istədi. Mən isə əməliyyat pulunu tamamlamaq məqsədi ilə özüm də daxil olmaqla tanışlarımdan 1000 azn məbləğində pul yığdım və həmin şəxsə göndərdim. İlk əməliyyatın Ege Hospitalda, 2-ci əməliyyatın isə Respublika Neyrocərrahiyyə Xəstəxanasında olduğunu bildirdi. Daha sonra həmin şəxs məndən dəfələrlə eyni bəhanə ilə borca pul istədi. Mən isə hər dəfə inanıb ona pul göndərirdim. Məbləğlər 800, 1000, sonra yenədən 1000 AZN , 700 AZN , 250 AZN və 800 AZN olmaqla, cəmi 5550 AZN təşkil edir. Mənə hər dəfə vəd verirdi ki, maşını var və onu sataraq borcunu qaytaracaq. Ancaq sözünü tutmadı. Sonra nə zənglərimi açdı, nə də mənimlə əlaqə saxladı. Məsələdən şübhələnib 2022-ci ilin payız aylarında Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə şikayət etdim.

Ardını oxu...

Daha sonra Bakı Şəhər Baş Polis İdarəsindən məni çağırdılar və 3 dekabr 2022-ci ildə Bakı Şəhər Baş Polis İdarəsinə gedib, orada ərizə yazdım. Həmin şəxs də idarədə ərizə yazdı. Ərizəni yazarkən məlum oldu ki, uşaq onun öz uşağı belə deyilmiş. Etibarımdan sui-istifadə edib. Mən isə olmayan "xəstə uşağa" görə günlərlə, hətta aylarla pis olub, nələrsə etməyə çalışdırdım və edirdim də. Zərinə Səfixanova Natiq qızı ərizəsində bildirdi ki, hər ay mənə 500 AZN ödəməklə borcunu bağlaya biləcək. Lakin təəssüf ki, verdiyi sözün üzərində yalnız 2 ay dura bildi. Bakı Şəhər Baş Polis İdarəsinin nəzarəti ilə 400 AZN, 600 AZN və 100 AZN olmaqla, 5550 manat ümumi məbləğdən yalnız cəmi 1100 manat geri qaytardı. Sonra isə bəhanələrinə davam etdi. Hal-hazırda onun mənə 4450 manat ödəməli olduğu məbləğ qalıb. Bunu is ondan heç cürə ala bilmirəm”.

Ardını oxu...

Qeyd edək ki, Zərinə Səfixanova hazırda "Sumqayıt Business Center"də yerləşən "ZM Language Centre" adında özəl kursun rəhbəridir. Eyni zamanda "Sumqayit Business Center"də yerləşən özəl mini bağça olan "Edinorojka İnkişaf Mərkəzi" və "Kolobok Tədris Mərkəzi"ndə direktor vəzifəsində çalışır.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinə sorğu göndərdik. Mətbuat xidmətindən bildirildi ki, sözügedən hadisə ilə bağlı araşdırlma aparılacaq.

Eyni zamanda Zərinə Səfixanova ilə də əlaqə saxlamağa çalışdıq. Lakin Zərinə Səfixanova zənglərimizə cavab vermədi. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Ardını oxu...

     

Ardını oxu...
"Biz, “Mahal” MTK-nın təsisçi müdiri Rəhimov Elvin Adil oğlundan şikayətçiyik. 2019-cu ilin may ayında şifahi razılaşma ilə mən onunla 18 mərtəbəli yaşayış binasının damının tikintisinə başlamışam. Razılaşmaya əsasən mənim işim bu işi yaxşı bacaran usta və fəhlə qüvvəsi ilə təmin etmək, vaxtaşırı gəlib işə nəzarət etmək, alınacaq materialların münasib olması və keyfiyyətinə nəzarət etmək olmalı idi, əvəzində mənə işin sonunda müəyyən hörmət olunacaq, işçilər “Mahal” MTK-da rəsmi qeydiyyat əsasında işləyəcək və vergi, pensiya fondu, tibbi sığortaları ilə şirkət təmin edəcək və hər ay görülən iş əsasında nağd pulla işçilərə ödəniş olunacağına söz verildi. Beləliklə 2019-cu ilin may ayında işə başladıq, lakin 4 ay keçəndən sonra məlum oldu ki, Rəhimov Elvin bizi aldadır, işçilər qeydiyyatsız və rəsmi işçi kimi yox, qanunsuz işləyirlər".

DİA.AZ bildirir ki, bu barədə Tribunainfo.az-a şikayətçi Quliyev İlham Aydın oğlu bir qrup işçi adından yazıb. Şikayətçi bildirib ki, Əmək Müfəttişliyinin keçirdiyi reyd zamanı, dam ustalarını lift şaxtasının üstündə gizlədiblər:

“Məni təcili çağırıb xidməti müqaviləyə imza atmağı tələb etdi və beləliklə vergidən yayınma halını əmək müfəttişlərindən gizlədə bildi.
Bütün pandemiya dövründə də müxtəlif bəhanələrlə işçiləri qeydiyyata salmayıb, 16 nəfəri qanunsuz yol ilə işlətməyə davam etdi. İşin sonuna yaxın borcunun 50-60 min AZN-ə çatdığını bildikdən 3 gün sonra işçiləri qovdu və mənimlə əlbəyaxa dava etdi. İşin naryadını yazan mühəndisinə naryadı yazmamağı və həcminin də kəsilməsini əmr etdi. Beləliklə, 1 saatlıq işi bizə 3 ay ərzində və 14.300 AZN olduğundan az məbləğdə naryad yazıldı. Sonra biz 9 ay bu şirkətin qabağında növbə çəksək də, bizi qəbul etmədilər. 2020-ci ilin fevral ayında 2000 AZN verib, tezliklə borcu bağlayacağına söz verdi və bizə podrat müqavilə imzalatdı (Mahal MTK-nın sahibinə təqdim etmək adı ilə). Lakin məlum oldu ki, yenə bizi aldadıb, bizi məhkəməyə verib, cinayətini mülki işə çevirmək üçün edib. Yanına biz tərəfdən dəfələrlə tanış adamlar getsə də hamısını bir bəhanə ilə yola salıb (jurnalistlər İlqar Mikayıloğlu və Zülfiyyə Bayramova). Bir tanışımıza isə 2022-ci ildə 3000 AZN verib( qəbzi mövcuddur) 1 həftəyə qalan borcu bağlamağı “kişi” kimi söz versə də 4-5 ay onu da dolandırdı”.

Şikayətçi bildirib ki, Elvin Rəhimov Adil oğlu Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsində 5 dəfə rəsmən təcridxanada saxlanılıb. 4 dəfə dələduzluq, 1 dəfə isə qadına təcavüzlə əlaqədar:

“Bildirmək istərdim ki, dəfələrlə prokurorluq, polis və Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə şikayət etsək də, onun güclü havadarları onu qoruyurlar – qudası general Həbib (keçmiş hərbi tribunalın sədri, indiki Nərimanov Rayon Məhkəmənin sədri, qardaşı Vaqif Ağdam rayonu icra başçısı və Mahal MTK-nın sahibi, Hacı deyilən şəxs).
Biz sizdən çox xahiş edirik, artıq 3 il davam edən bu qanunsuzluğa, özbaşınalığa görə bizə kömək edəsiniz”.

Zərərçəkən sahibkarlar yaxın günlərdə üzləşdikləri haqsızlıq və başlarına gətirilən oyunla bağlı mətbuat konfransı keçirməyə, ictimaiyyətə daha geniş məlumat verməyə hazırlaşır.

Qeyd: Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
Səkinə Sadıqova dövlətin quruma verdiyi 100 kömpüterin içini sökərək qiymətli metal kimi satıb…
Tibbi Mərkəzin direktoru dərhal vəzifəsindən uzaqlaşdırılmalı və həbs olunmalıdır…
Qəribə zəmanəyə gəlib çıxdıq.
Belə ki, məmur milyonlarla rüşvət alır, dövlət vəsaitini mənimsəyir, həbs olunur… 2-3 ay sonra rəsmi məlumat yayılır ki, məmur neçə milyon ödədi və…məmur azadlğa çıxır. Və yaxud kimsə adam öldürür, sonra Psixatriya xəstəxanasından “dəlilik kağızı” alır və azadlığa çıxır. Və daha nələr, nələr…
Bir deyən yoxdur ki, məmur milyonları haradan tapıb ödədi..? Məgər rüşvətxor və koppupsioner məmur pulu ÖDƏYƏNDƏN sonra azadlığa çıxmalıdır..? Bu dünyanın harasında görünüb..? Yaxud cinayətkar “dəlilik kağızı” almaqla azadlığa çıxa bilirsə, onda bütün canilər “dəlilik kağızı” alar dəə…
Sözün qısası, Azərbaycanda məhkəmə-hüquq sistemi FƏLAKƏTLİ vəziyyətdədir. Bunu biz demirik. Bunu Milli Məclisin tribunasından deputatlar deyir. Biz illər uzunu görmüşük ki, məmurun cinayət əməli ortaya çıxan kimi ( hətta şübhə olsa belə) məmur avtomatik vəzifəsindən uzaqlaşdırılır və sonra istintaq aparılır. Çünki məmur vəzifəsində qalarsa, öz vəzifə səlahiyyətlərindən istifadə edərək cinayətin izlərini itirə bilər, sənədləri məhv edə bilər, tabeçiliyindəki işçiləri nəyəsə məcbur edə bilər və s. və i.
Biz hələ obyektiv və ədalətli istintaqa mane olacaq digər halları demirik.
Başa düşdünüzmü, cənablar ? Bir neçə il əvvəl Neftçala məhkəməsində şahidi olduğumuz bir hadisəni yada salmaq istəyirik.
Deməli, iki cavan oğlan içkili vəziyyətdə qonşunun iki quzusunu oğurlayıb kəsib satıb, yoxsa yeyib içiblər. Həmin gənclərin valideyinləri 2 quzu əvəzinə zərərçəkənə 5 quzu versə də, həmin iki gənc həbs olundu. Belə də olmalıdır. Məgər oğurladığını geri qaytarmaq adamı cəzadan xilas edir..? Həm də söhbət 2 quzudan deyil ee, 3 MİLYONDAN GEDİR.
Bəli, Sumqayıt Tibbi Mərkəzin direktoru Səkinə Sadıqova 3 milyon dövlət vəsaitini mənimsəyib. Bunu da biz demirik. Bunu Hesablama Palatası araşdırıb tapıb və işi Baş Prokurorluğa göndərib. Kimin şübhəsi varsa, buyursun, Baş Prokurorluğun yaydığı rəsmi məlumatla tanış olsun:
“Sumqayıt Tibb Mərkəzin”də baş verən qanunsuzluqlarla bağlı Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi başlanılıb. Bu barədə bir neçə gün öncə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yaymışdır.
Mətbuat xidmətinə istinadən yayılan xəbərdə deyilirdi ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən Dövlət Tibb Müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıqova barəsində cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə, 14 ilədək cəza), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Gördünüzmü, Səkinə Sadıqova barəsində Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işi qaldırılıb.
Amma Səkinə Sadıqova heç nə olmamamış kimi yenə də vəzifə başındadır. Təkcə vəzifə başında deyil ee...tabeçiliyində olan 18 tibb müəssisəsinin rəhbərlərinə deyir ki, pulları gətirin ödəyək, yoxsa, siz də mənimlə bərabər həbsxanaya gedəcəksiniz.
Bəli, biz yuxarıda əbəs yerə yazmadıq ki, barəsində cinayət işi başlanmış məmur vəzifəsində qala bilməz. Çünki o yeni cinayət əməllərinə yol verməyə, daha ağır cinayətlər törətməyə başlayacaq, tabeçiliyindəkiləri də cinayətə bulaşdıracaq və s.
Amma bütün bunlar nə hüquq-mühafizə orqanlarının, nə də Səkinənin vecinə də deyil. Şahidlərin dediyinə görə, Səkinə yenə kabinetində oturub ora-bura qışqıraraq zəng edir ki, 3 milyonu mən tək yeməmişəm, bu məsələdə Səhiyyə Nazirliyinin, TƏBİB-in də əməyi az olmayıb. Bəli, 3 milyonun arxasında çox şəxslər var.
Təəssüf ki, Azərbaycanda bu boyda cinayət əməli lazımi səviyyədə araşdırılmır. Görəsən, şəhər rəhbərliyi, şəhər prokurorluğu, digər hüquq-mühafizə orqanları niyə bi məsələdə susmağa üstünlük verirlər?.. Biz hələ Səkinə Sadıqovanın digər cinayət əməllərini demirik ee.
Onun “Təcili Yardımda” işə düzəlmək üçün sürücülərdən 10 min almasını, qurumun qarajındakı maşınlar üçün dövlət tərəfindən ayrılan ehtiyat hissələrini, benzini satdırmasını demirik ee...
Biz Səkinə Sadıqovanın tenderlərdən qazandığı yüz minləri demirik...
Biz hələ Səkinə Sadıqovanın ən təzə cinayətlərini demirik ee...
Bəli, Səkinə Sadaıqova dövlətin quruma ayırdığı 100 kompüterin içini sökdürərək qiymətli metal kimi satıb. İndi özünüz təsəvvür edin ki, bu adamın arxasında dayanan adam nə boyda imkan və səlahiyyət sahibidirsə, Səkinəyə DAYAN, DUR deyən yoxdur. Səkinənin ARXASI lap səhiyyə naziri Teymur Musayev, TƏBİB rəhbəri Vüqar Qurbanov, onun müavini Araz Nəsirov da ola bilər.
Bəli, biz bu məsələni düzgün tapmışıq. Səkinə Sadıqovanın müdafiəçisi Təbib rəhbəri Vüqar Qurbanovun muavini Araz Nəsirovdur. Bildiyimizə görə cinayət məcəlləsinin 3 maddəsi ilə məsuliyyətə cəlb olunacaq Səkinə Sadıqovanın müdafiəçisi Araz Nəsirovdur. Məgər bu imkan verir ki, cinayət əməlləri ört-basdır edilsin..? Cinayətkar cəzasız qalsın..?
Unutmusunuz ki, Ulu Öndər deyirdi: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Deməli, Səkinə Sadıqovanı müdafiə edənlərin məqsədi Azərbaycan dövlətini sarsıtmaqdır. Bu qədər sadə və bəsit. Biz yazının girişində “dəlilik kağızı” məsələsini əbəs yerə yazmadıq.
Bəli, vaxtilə Səkinə Sadıqova barəsində mətbuatda yazılmışdı ki, o, Maştağada xəstəxanada müalicə alıb. Bir də gördünüz ki, arxasında dayananlar Səkinəni xilas etmək üçün ona da “dəlilik kağızı” düzəltdilər. Bütün baş verənlərlə bərabər ümid edirik ki, yaxın zamanda Səkinə Sadıqova vəzifəsindən uzaqlaşdırılacaq və həbs olunacaq.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Dünyapress TV

Xəbər lenti