Ardını oxu...
Sözün düzü, Ağstafa rayon sakini Səfiquliyeva Balaxanım Əhməd qızının redaksiyamıza daxil olan şikayət məktubu bu yazının yazılmasına səbəb oldu. Yoxsa, ilin-günün bu vaxtında bizim hansısa icra başçısı ilə nə qəsd-qərəzimiz ola bilər..?
Vətəndaş Balaxanım Səfiquliyeva haray salır ki, köhnə evim var başıma uçur, bir gün bu evin uçqunu altında qala bilərəm. Doğrudan da, Balaxanım Səfiquliyevanın göndərdiyi şəkillərə baxanda adam dəhşətə gəlir. XXI əsrdə azərbaycan insanı niyə bu vəziyyətdə olmalıdır..?
Bu ölkənin bu boyda sərvəti var, özü də sayımız bir şəhərin əhalisi boyda deyil, cəmi 10 milyondur. İnsaf naminə onu da qeyd edək ki, cənab Prezident imkansız ailələr üçün ictimai işlər adı ilə müəyyən əmək haqqı ayırır, yardımlar edir... Amma icra başçıları həmin imkansız ailələrə verilən maaş kartlarını ciblərində gəzdirirlər... Belələri haqqında bir dəfə cənab Prezident dedi ki, xalqdan, qanundan qorxmursunuzsa, barı Allahdan qorxun... Amma nə olsun, bəzi icra başçılarının gözü doymur.
Təsəvvür edirsiniz, cənab Prezident qoca icra başçısını vəzifədən çıxarıb yerinə, cavan, xaricdə təhsil almış gənc kadrı təyin edir ki, bəlkə vəziyyət düzələr. Amma... Perzident açıq mətnlə məmurlara deyir ki, mən də, siz də bu xalqın xidmətçiləriyik...başa düşdünüzmü... Bundan artıq nə demək olar... Nə isə, binəva Ağstafa sakini yazır ki, dəfələrlə icra başçısı Seymur Orucovun qəbulunda olmuşam, deyirəm evim başıma uçur, dul arvadam, ərim ölüb, mənə kömək edin... İcra başçısı hər dəfə dul qadına deyir ki, sənə kömək etməyə imkanımız yoxdur... Binəva qadın yazır ki, icra başçısına deyirəm ki, imkan yoxdursa, bir övladım-oğlum var, ona iş ver, maaş alsın, evimizi özümüz təmir edək... İcra başçısı deyir ki, mənim iş yerim yoxdur, sənin oğluna verməyə... İndi özünüz deyin, binəva dul qadın haranın daşını başına salsın..? Bəlkə, oğluna desin ki, get oğurluq elə, cənab Seymur Orucov... Cənab Seymur Orucov, axı, Prezident İlham Əliyev cənabları səni o boyda rayona rəhbər təyin edəndə düşünürdü ki, etimadı doğruldacaqsan.
İndi gəlin görək, Seymur Orucov özü kimdir, nəçidir, necə icra başçısı olub, bu cavan oğlan..? 35 yaşında icra başçısı olan bu cavan oğlan sabiq millət vəkili, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyevin qızı Çeşmi xanımın həyat yoldaşıdır, yəni kürəkənidir. Bu növcavan icra başçısının doğma dayısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyevdir. Möhbalıyev də Perzidentin sabiq köməkçisi Əli Həsənovla qudadır.... Cavan icra başçısının xanımı Çeşmi “Narxoz”da dekan olub, indi də Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın müşaviridir. Çeşmi xanım fermerdir, “parnik” (istixana) sahibidir, pomidor, xiyar yetişdirir. Özü də 350.000 (üç yüz əlli min)lik zirehli avtomobildə gəzir və Azəriqaza 115 min manat borcu var. Seymur Orucov isə Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli (ətraflı məlumat vermədən, katirovka sorğusu olmadan) keçirir və yerli medianın məlumatına görə, özünə yaxın şirkətlər qalib elan edilir. Dövlət büdcəsindən İcra Hakimiyyətinə ayrılan pullar hara gedir, ay Seymur Orucov. Nə olar o puldan 5-10 manat dul, kimsəsiz qadına versən..? Seymur Orucov, astronomlar deyir ki, göydən yekə bir daş gəlir... O daş rüşvətxor, xalqa xidmət etməyən məmurların başına düşəcək.
P.S. Seymur müəllim birdən Hüquq Mühafizə Orqanlarında çalışan qohumuna bizdən şikayət edərsən aaa... Səsi aparatdan gələr.
gundelik baki.com
 
 
 
Ardını oxu...
2 min şagirdlik R. Əlihəsənov adına Masallı şəhər tam orta məktəbinə yeni direktor təyinatından sonra burada maraqlı mənzərələr sərgilənir. Məlumat üçün bildirək ki, bu məktəbdə 25 xadimə ştatı var imiş.

Bəziləri zarafatla məktəbin “Xadimə Korpusunu” rayonun “mini kommunxozu” da adlandırırdı. Bu xadimələrin 16-sı həqiqətən məktəbdə xadimə işləyirmiş. 9 nəfərə isə... ştatda vəzifələri xadimə olsa da, realda onlar “müəllim”, yaxud digər vəzifə sahibi kimi tanınırmış.

Yəni, 16 xadimə 3 sinif əvəzinə, 5 sinif otağını təmizləyir, 2 qat zəhmət çəkib, daha artıq saat işləyərək, “yalançı xadimələrin” də əvəzinə sinifləri, karidorları, həyat-bacanı süpürürmüşlər.

İndi işlər aşkarlanandan sonra həmin “xadimələr” deyir ki, biz pulu xadiməlik üçün verməmişik. Bəs vəzifəniz nədir? Onu da bilmirlər.

Son məlumata görə, artıq 9 “yalançı xadimə”dən 1-i öz ərizəsi ilə işindən azad edilib. Daha bir nəfər də işi ilə vidalaşmağa hazırlaşır. Mənbə bildirir ki, bu “9-ların” bir çoxu vəzifəli şəxslərin yaxınlarıdır.

Yəqin ki, yaxın günlərdə məsələyə tam aydınlıq gələcək – ya yalançı xadimliyə əlvida, ya da süpürgə.

Oxucular yəqin xatırlayar ki, biz illərdir məktəblərdə “xadimə biznesindən” yazardıq. Nədir “xadimə biznesi”? Loru desək, məktəb direktorlarının çörək ağacı. Yəni, şagirdlərin sayından asılı olaraq, təxminən məktəbdə 10 xadimə ştatı varsa, onları 4-5-i işləyir, digər xadimələrin kartları isə direktorların, ya da onların himayədarlarının cibində olurdu.

Məktəb rəhbərliyi deyilənləri əsasən təsdiq etdi. Əksəriyyət isə Şəhər 1 saylıdakı “xadimə” tamaşasının sonluğunu maraqla gözləyir. Yeni direktor arxalı xadimələrin səlahiyyətli qohumlarının təzyiqinə tab gətirə biləcəkmi? “Yalnçı xadimə”lərin siyahısı isə hər an açıqlana bilər.

Cenub.az
 
Ardını oxu...
Bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyinə tabe "Aqroservis" ASC-də narazılıqlar yaşandığı barədə xəbər vermişdik.
Kənd Təsərrüfatı nazirliyinə tabe bu qrumun regional nümayəndəliklərində və rayon bölmələrində mənimsəmə faktalarının aşkarlanıb gizli saxlanıldığı,bir sıra kənd təsərrüfatı mütəxəssislərinin işdən çıxarılmasının narazılıqlara səbəb olmasını yazmışdıq.(Məlum yazının linki :https://www.faktinfo.az/news/aqroservis-asc-de-naraziliqlar-yasanir-regional-idarenin-reisine-tohmet-verilib) Bu barədə əlavə məlumat verəcəyimizi bildirmişdik.

TEREF.AZ yazır ki, Faktinfo.az saytını məlumatlandıran mənbə bildirir ki, "Aqroservis" ASC-nin sədri Elmin Rəhimovun qrumun Şəmkir Regional İdarəsinin rəisi Azər Əliyevi vəzifəsindən kənarlaşdırmaq üçün etdiyi ikinci cəhd uğursuz alınıb. Elmin Rəhimovla Azər Əliyev arasında yaranmış ziddiyyət biraz da dərinləşib.Belə ki,Azər Əliyevə bir neçə ay bundan əvvəl verilmiş töhmətdən sonra,ikinci dəfə şiddətli töhmət verilib.

Qeyd edək KTN-yə tabe qrumlardan olunan şikayətlərin sayı-hesabı yoxdur.Prezident Administrasiyasına ünvanlanan şikayətlərin təkirar-təkirar edilməsi halları daha çoxdur.
 
Ardını oxu...
9 nəfərlik ailəsi ilə birgə Bakı şəhərində kirayədə yaşayan, Naxçıvan Muxtar Respublikası (MR), Şərur rayonu, Axura kəndində qeydiyyatda olan Şirəliyeva Sürəyya Muxtər qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası (MR) üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət edən şikayətçi deyir ki, Axura kəndində qeydiyyatda olduğu, mərhum həyat yoldaşının ata-baba yurdunda tikilən ailəsinə məxsus ev qanunsuz yollarla satılaraq, pulu mənimsənilib.

Sürəyya Şirəliyeva yazır ki, ali təhsilli mühəndis olan həyat yoldaşı Şirəliyev Heydər Şirəli oğlu 1989-cu ildə iş qəzası nəticəsində başından ağır xəsarət alıb və bundan sonra sağlıq durumunda ciddi problem yaranıb. Belə ki, o, həyatının sonunadək şizofreniya xəstəliyindən əziyyət çəkib. Bu səbəbdən, Naxçıvan Psixonevroloji Dispanserdə qeydiyyatda olub və xəstəliyinə görə təqaüd də alıb.

Şikayətçinin sözlərinə görə, mərhum həyat yoldaşının şizofreniya xəstəsi olması Məhkəmə Psixiatrik Ekspertizasının 03.02.2018-ci il tarixli, 127 saylı rəyində də öz əksini tapıb. Bununla belə, Axura kənd icra nümayəndəsi Cəlilov Cabbar Cəlil oğlu 14.02.2003-cü ildə həyat yoldaşının xəstəliyindən istifadə edərək, Şərur 1 saylı notariat kontorunun notariusu ilə əlbir olaraq, ailə üzvlərinin heç birinin xəbəri və rəsmi razılığı olmadan, Axura kəndindəki evlərini Orucov Vidadi Musa oğluna satıb. “Kənd icra nümayəndəsi bütün kənd sakinləri kimi bizim ailəni yaxından tanıyır və bilirdi ki, Heydər şizofreniya xəstəliyindən əziyyət çəkir. Buna görə də, Cabbar Cəlilovla notraius faktiki olaraq vəzifə saxtakarlığı törətmişlər. Belə ki, Axura kəndində 3939,88 kvadrat metr həyətyanı torpaq sahəsini, içərisindəki ev və əşyaları ilə birlikdə, bizim xəbərimiz olmadan, Orucov Vidadi Musa oğluna satıblar”, - deyən S.Şirəliyeva bildirir ki, bu alqı-satqı müqaviləsi saxta sənədlər əsasında bağlanıb. Belə ki, icra nümayəndəsi Cabbar Cəlilov guya onlara məxus pay torpağını sənədləşdirmək adı ilə mərhum həyat yoldaşını ağ vərəqə imza atmağa razı salıb. Bundan sonra, digər ailə üzvlərinin, hətta həmin vaxt hərbi xidmətdə olan oğlunun adından saxta “razılıq ərizəsi” hazırlanaraq, ev başqasına satılıb.



S.Şirəliyeva deyir ki, həmin vaxt Bakıda yaşadıqları üçün o və ailə üzvləri bu alqı-satqı işindən təxminən 9 il sonra xəbərdar olub. Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən, 2012-ci ildə yeniləmək üçün Naxçıvana yola düşüb. Bu zaman məlum olub ki, icra nümayəndəsi Cabbar Cəlilov 2025-ci ildə onu, həyat yoldaşını və övladlarını Axura kəndindəki evlərindən qeydiyyatdan çıxarıb. Nəticədə, məlum alqı-satqı fırıldağı ortaya çıxıb. Şikayətçinin sözlərinə görə, həyat yoldaşının ata yurdu satışa çıxarılan zaman, onun cehizləri ilə yanaşı, evin içərisində olan digər əşyalar da mənimsənilib:

“Mən bu qanunsuzluqlara hüquqi qiymət verilməsi, mülkiyyət hüququmun bərpa edilməsi üçün 12.12.2018-ci ildə Şərur rayon Məhkəməsinə müraciət etmişəm. Keçirilmiş xətşünaslıq ekspertizasının nəticəsində müəyyən olunmuşdur ki, evin özgəninkiləşdirilməsi üçün razılıqla bağlı atılmış imzalar mənə və oğluma aid deyildir. Bununla belə, Şərur rayon Məhkəməsi daşınmaz əmlakla bağlı iddia müddətini tətbiq edərək, 6 iclas keçirildikdən sonra mənim iddiamı ləğv etdi. Beləliklə də, mənim və ailə üzvlərimin nə pozulan mülkiyyət hüququ bərpa olundu, nə də təqsirkarlar cəzasını aldı”.

Hazırda 9 nəfərlik ailə üzvləri ilə birgə evsiz-eşiksiz qaldıqlarının bildirən şikayətçi, yetkili dövlət rəsmilərindən şikayətinin araşdırılmasını və mülkiyyət hüququnun bərpa olunmasını xahiş edir. O, keçmiş icra nümayəndəsi Cabbar Cəlilovun, Şərur raton 1 saylı notariat kontorunun keçmiş rəhbərinin və Şərur rayon Məhkəməsinin hakimi Seymur Qarayevin məsuliyyətə cəlb olunmasını istəyir:

“Seymur Qarayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi özbaşınalıqla bitdi. Deməli, hakim qarşı tərəfə özünü müdafiə etmək üçün söz haqqı verdi, evi əlindən zorakalıqla alınan mənə isə söz haqqı vermədi. Məhkəməni düzgün aparmadı. Seymur Qarayev ya rüşvət almışdı, ya qarşı tərəflə hansısa məsələdə sövdələşib deyə mənim işimə düzgün baxmadı. Proses zamanı Cabbar Cəlilov ifadə verən zaman onun dediyi yalanlara münasibət bildirməyimə belə icazə vermədi. O, bütün sənədlər qarşısında ola-ola məni susdurdu.



Yoldaşım şizofreniya xəstəsi olub, oğlum hərbi xidmətə gedən zaman yaşadığım yerdən arayış almışam. Əgər mən o evi çoxdan satmış olsaydım, necə olur ki, mənə yaşayış yerinin təsdiqi haqqında arayış verilib?! Mən bu sualları hakimə vermək istəyəndə məni susdurdu. Yoldaşım 3 ədəd ağ vərəqə qol çəkdirilib və bu səbəbdən də evimə yiyələniblər. Digər məhkəmələrdə sübut olunmuşdu ki, kağızda olan imzaların 1-i yoldaşıma aiddir, digər 2 imza isə başqa şəxslər tərəfindən çəkilib.

Naxçıvanda 2 məhkəmə prosesi yaxşı keçirdi. Hakim Seymur Qarayev hətta mənim başa düşmədiklərimi, imza məsələsini belə açıq-aşkar ortaya çıxartdıqdan sonra, birdən-birə nə tapşırıq gəldisə, nə oldusa fikrini dəyişdi, mənə qarşı qərəzli şəkildə qərarlar verməyə başladı. Hakim Seymur Qarayev öz dili ilə məhkəmədə bildirdi ki, bu imza zərərçəkmişə aid deyil. Sonradan dövlətin hakiminin fikirləri niyə qarışdı, mənə də qaranlıqdır...

3-cü məhkəmə prosesində hətta mənim vəkilim olan Arif müəllim “uğur qazana bilmərik” deyib yollarını mənimlə ayırdı. Vəkillər Kollegiyasında olmuşam, bütün vəkillərlə yanaşı, öz vəkilim də Seymur Qarayev kimi qarşı tərəfin haqsız olduğunu bildirsə də, sonradan fikirlərini dəyişdilər. Vəkilim qəflətən mənim işimdən üz döndərdi.

Naxçıvan Vəkillər Kollegiyasının sədri Kamil Şükürovla məsləhətdəşdiyim zaman o da mənim haqlı olduğumu bildirmişdi.

Şərur rayon prokroru Rəşad Babayelə də görüşdüm, başıma gələnləri danışdım. Rəşad Babayev mənə məsləhət verdi ki, məhkəməyə ver...

Evimi mənimsəyən şəxs Orucov Vidadinin həyat yoldaşı Məryəm məhkəmədə izahat verərək bildirdi ki, guya evimin əşyalarını baldızım Bayramova Həbibə və yoldaşımın bibisi qızı Kubra yığıb aparıb. Bunların dediyi kimi, evimi mən və yoldaşım satmışdıqsa, bəs evimin cehizini niyə baldızım və Kubra aparıb?!

Mən sizin sayt vasitəsilə Prezidentə və Birinci xanıma müraciət edirəm. Naxçıvan Ədliyyə nazirinin keçmiş müavini vəzifəsində çalışan Həsənov Tofiq Etibar oğlu mənim evimi dələduzluqla ələ keçirib. O, Vidadi Orucovun əmisi oğludur.

Naxçıvan Ali Məclisinin rəhbərliyinə də Seymur Qarayevlə bağlı şikayətimi bildirmişəm. Xahiş etmişəm ki, Seymur Qarayevin apardığı prosesi nəzarətdə saxlasınlar. Hal-hazırda 9 nəfər ailə üzvümlə birgə yaşadığım mülkdə Şərur rayon Axura kəndində qeydiyyatdayam. Mən və ailəm nə qədər orda-burda qalmalıyıq? Mənim və ailəmin yaşamaq hüququmuzu əlimizdən alıblar.

2005-ci ildə qeydiyyat kitabçasından silinmişiksə, necə olur, 2007-ci ildə oğlum əsgərliyə gedərkən arayış alıb?! Əgər qeydiyyatımız olmayıbsa, necə arayış ala bilmişik?”

Redaksiyadan: Qeyd edək ki, Sürəyya Şirəliyevanın şikayəti ilə əlaqədar Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinə, Daxili İşlər Nazirliyinə və Ədliyyə Nazirliyinə rəsmi müraciət etmişik. Qəzetimizin növbəti sayında sözügedən qurumların mövqeyini dərc edəcəyik.

Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini də dərc etməyə hazırıq. //“Hürriyyət”//
Ardını oxu...
"Təsəvvür edin, hər il Beyləqan rayonun şəhər daxili küçələrinin yollarının təmiri (asfaltlaşdırılması) üçün dövlət büdcəsindən yarım milyondan yuxarı (dəqiq rəqəmdir) maliyyə vəsaiti ayrılır. Cənab prezident İlham Əliyevin sərəncamına əsasən dövlət büdcəsindən təkcə Beyləqan şəhərinin daxili kücələrinin yol infrastrukturunun təmirinə ayırdığı bu qədər pulun qarşısında hələ də rayonun SMD -42 qəsəbəsi ünvanında yerləşən küçə illərdir ki, bu vəziyyətdədir."
TEREF.AZ yazır ki, bunu jurnalist Ramin Məhəmmədoğlu yazıb.Daha sonra fikrini şərh edən jurnalist yazır:

"Dəfələrlə rayon icra hakimiyyətinə, ərazi icra nümayəndəliyinə və bələdiyyəyə orqanına müraciət etməyimizə baxmayaraq gördüyünüz kücənin yolu hələ də asfaltlaşdırılmır. Niyə? İzin verin niyəsini də deyim. Ona görə ki, cənab prezidentin bu təyinat üzrə ayırdığı həmin vəsaitləri icra başçısı Asif Ağayev və ərazi icra nümayəndəliyi mənimsəyir. Bu faktdır.
Ən ucqar kənddə belə yol çəkildiyi bir vaxtda hələ də Beyləqanda gördüyünüz bu küçə sakinləri həm özləri, həmdə uşaqları zıgda-palçıqda əziyyət çəkirlər.
Əgər Asif Ağayev də bir azacıq vicdan deyilən bir şey varsa, bu küçənin yollarına əncam çəkəcək.
Qeyd edim ki, magistral yoldan küçənin axırina qədər 300 metr məsafə edir. Bu da 20 min manat vəsait təşkil edir. Hadı Asif Ağayev görüm.."
Ardını oxu...
Ardını oxu...
Teref.az olaraq qaldırılan probləmlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Biznesmen deputat vergidən yayınıb? - KƏMALƏDDİN QAFAROVA VAXT QOYULDU

Milli Məclisin biznesmen deputatı Kəmaləddin Qafarov vergi orqanları ilə ciddi problem yaşayır.

TEREF.AZ bildirir ki, bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin xəbərinə görə, Dövlət Vergi xidməti deputata məxsus tibb müəssisələrinə külli miqdarda vergi borcu yazıb.

Məlumatda bildirili ki, Kəmaləddin Qafarovun bir sıra yüksək vəzifəli şəxslərə çıxmasına baxmayaraq, ona heç bir güzəşt edilməyib və vergi borcunu bağlamaq üçün konkret zaman təyin olunub.

Qeyd edək ki, Kəmaləddin Qafarov dərman biznesi ilə yanaşı bir neçə tibb müəssisəsinin faktiki sahibidir.

Millət vəkili olmasına baxmayaraq, ölkənin ictimai-siyasi həyatında iştirakı da yoxdur.
 
Ardını oxu...
Bakının Nərimanov rayonunda "Çarbağ" MMC Xudiyeva Leyli Xudu qızına məxsus olan qeyri-yaşayış obyektini təhvil vermir.

Şikayətçi bildirib ki, 2013-cü ildə Bakı şəhəri Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi 31 ünvanında 3 mərtəbəli köhnə yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, hər iki tərəfdən yola açılmaqla qapısı olan və Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətində qeyri-yaşayış sahəsi kimi qeydiyyatda olan 23.4 kv sahəli obyekti 65 min ABŞ dolları ödəyərək alıb. Daha sonra obyekti təmir etdirib. 2017-ci ildə isə Bakı şəhərində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq 3 mərtəbəli binanın sökülüb yerində çoxmərtəbəli yeni bina tikiləcəyi əmlak sahiblərinə bildirilib. "Çarbağ" MMC şirkəti binanı sökərək yerində yeni çoxmətəbəli tikili inşa edib.

Xudiyeva Leyli Xudu qızı qeyd edib ki, tikinti şirkəti ilə aralarında bağlanan müqaviləyə əsasən obyekt tikilib hazır olana qədər ona hər ay 300 manat məbləğində kompensasiya ödənilib. Şikayətçinin sözlərinə görə, artıq 2 ilə yaxındır ki, bina tam hazır vəziyyətdə olmasına baxmayaraq "Çarbağ" MMC hər dəfə müxtəlif bəhanələr gətirərək ona məxsus olan qeyri-yaşayış obyektini təhvil vermir:

"Mənə məxsus olan obyekt hazırda tam təmirlidir və istifadə olunur. MMC rəhbərliyinə dəfələrlə müraciət etsəm də, "get gələn ay gələrsən, 15 gün sonra gəl, ilin axırıdır, gələn ilin əvvəli gələrsən" deyərək məsələni həll etmirlər. Deyirlər ki, get kimə şikayət edirsən et.

66 yaşım var, qardaşlarımın köməkliyi ilə bu obyekti almışıq. Səhhətimdə ciddi problemlər var. Qaraciyərimin 2/3 hissəsi 2009-cu ildə keçirdiyim ağır əməliyyatla çıxarılıb. Həmçinin ürək çatışmazlığından əziyyət çəkirəm. MMC rəhbərliyi bunları nəzərə almır və hər gedişimdə məni əsəbləşdirib yola salırlar. Bu səbəbdən səhhətimdə ciddi problemlər yaranır, maddi və mənəvi ziyan çəkirəm.

Mənim obyektim binanın künc hissəsində hər iki tərəfdən yola qapısı açılan yerdə yerləşir. Videoda üzərində "Vedi" yazılan mağaza mənə məxsusdur. Amma "Çarbağ" MMC qanunsuz olaraq mənə məxsus olan obyekti başqasına verib və sizə göndərdiyim videoda olan mağazaların kənarında yerləşən, ağ kiçik qapısı olan anbar tipli yeri təklif edir. Təbii olaraq təkliflə razılaşmıram, mənə məxsus bütün sənədləri qaydasında olan qeyri-yaşayış obyektimi təhvil verməklərini tələb edirəm.

Sizdən xaiş edirəm ki, məsələnin işıqlandırılmasında, haqq-ədalətin bərpa olunmasında mənə köməklik edəsiniz. Onu da qeyd edim ki, məsələ ilə bağlı cənab Prezident İlham Əliyevə, baş nazir Əli Əsədova və baş prokuror Kamran Əliyevə ərizə ilə müraciət etmişəm".

Şikayətçi qeyri-yaşayış obyektinin sənədlərini, "Çarbağ" MMC ilə bağlanan müqaviləni, binanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən görüntüləri redaksiyamıza sübut olaraq göndərib. //yenisabah.az//
 
Ardını oxu...
Teref.az yazır ki, Göyçay şəhəri Rauf İsayev küçəsi ev 26 ünvanında yaşayan 1-ci Qarabağ şəhidi Qormaz Rəhimovun qardaşı Rəhimli Elnur Nazim oğlu Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin yeni müdiri Ayaz Səfərəliyevdən şikayətçidir.
Vətəndaş Rəhimli Elnur yazır:
Göyçay şəhəri Rauf İsayev küçəsi ev 26 ünvanında yaşayan 1-ci Qarabağ şəhidi Qormaz Rəhimovun qardaşı Rəhimli Elnur Nazim oğlu tərəfindən ölkə rəhbəri cənab İlham Əliyevə ünvanlanan ərizədə deyilir:

"Yazaraq bildirmək istəyirəm ki, Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən mahşurut dayanacaqlarının birində "köşk" inşa etdirərək kiçik sahibkarlıqla məşğul oluram. Belə ki, sözü gedən köşkün yeri 2018-ci ildə Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən mənə verilmişdir. Maddi imkanım olmadığına görə kökş inşa etdirə bilmirdim. Nəhayət bir neçə bankdan faizli kredit götürərək müasir standartlara cavab verən köşk düzəltdirdim və 2022-ci ilin dekabr ayından kiçik sahibkarlıq fəaliyyətinə başladım.

Lakin, Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin yeni müdiri Ayaz Səfərəliyev qərəzli şəkildə ticarətimə mane olmağa başladı. O, guya şəhərin görkəmini pozur adı altında öncə köşkü mənə əsassız yerə təmir etdirdi, daha sonra isə icra başçısı "sök əmri verib" dedi. Beləliklə də rayonumuzda olan bütün mahşurut dayancaqlarındakı köşklərin heç birinə deyil, yalnız mənim istifadəmdə olan köşkün sökülməsini qarşısına məqsəd olaraq qoyub. Ayaz Səfərəliyev sözün həqiqi mənasında məni o qədər bezdiribdir ki, onun ücbatından intihar həddinə çatmışam. Onun bu iyrənc əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci "Özünü öldürmə həddinə çatdırma" maddəsini özündə əks etdirir.

Hətta bir müddət öncə isə Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə hər nə göstəriş verdisə, qəslə obyektə verilən elektrik enerjisini belə dayandırdılar. Ayaz Səfərəliyev öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hegemonluq edir. Göyçay Rayon Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində çalışdığı müddətdə korrupsiya yolu ilə bahalı avtomobil, torpaq sahələri, dəbdəbəli ev, ticarət obyektləri əldə etmiş bu şəxs indi də mənim qəpik-quruş qazandığım köşkə və ya onun yerinə tamah salmağa başlayıb. Hansı ki, həmin köşk mənim və ailəmin yeganə qazanc mənbəyidir. Özüm ailəliyəm və hazırki vəziyyətdə 4 nəfərdən ibarət olan ailədə heç kim işləmir.

Valideynlərimdən miras qalmış köhnə və qəzalı evdə yaşayırıq. O qədər acınacaqlı durumdayıq ki, maddiyyat səbəbilə mavi yanacaqla deyil, çöldən-bayırdan topladığım taxta-tuxta ilə qızınırıq. Görəsən Ayaz Səfərəliyev də öz möhtəşəm villasında otaqların istiliyini bizim kimi çır-çırpı ilə əldə edirmi?! O villa ki, rayonun Cəyirli kəndində, həmin ərazidə ondan daha böyük və yaraşıqlısı ev yoxdur. Xeyir, "Adəm oğlunun iki vadi dolusu malı olsa üçüncüsünü istər. Onun qarnını ancaq torpaq doydurar" demişdir Peyğəmbərimiz.

Sizdən şəhid qardaşı və Azərbaycan Respublikasının vətəndaşı olaraq xahiş edirəm, yuxarıda qeyd etdiyim kimi, istifadəmdə olan köşkün sökülməsini və ləğv edilməsini tələb edən Ayaz Səfərəliyevin Mənzil İstismar Sahəsində yaratmış olduğu korrupsiya şəbəkəsi haqqında ciddi araşdırma aparılması üçün tapşırıq verəsiniz. Sizə öncədən təşəkkürlərimi bildirirəm."

 
Ardını oxu...
Saatlı və İmişli rayon Gigiyena və Epidemilogiya Mərkəzində baş verən
özbaşınalıqlar barədə. İki qohum birləşib rayonlarda at oynadırlar.
Saatlı rayon rayon Gigiyena və Epidemilogiya Mərkəzinin direktoru neçə illərdir
ki, V.A.Məhəmmədovdur və onun qohumu M.V.Aslanov (Vəli və Mamed) isə
şöbə müdürü idi. Keçən il Saatlı rayon rayon Gigiyena və Epidemilogiya
Mərkəzinin şöbə müdiri M.V.Aslanov İmişli rayon rayon Gigiyena və
Epidemilogiya Mərkəzinin direktoru vəzifəsinə təyin olundu.
Müəmmalı olan isə odur ki, hazırda İmişli GEM-in direktoru olan M.V.Aslanov
əvvəl qohumu V.A.Məhəmmədovdan öncə Saatlı GEM-in direktoru olub və
direktor olduğu dövrdə külli miqdarda yeyintiyə yol verdiyinə görə onun barəsində
araşdırmalara başlanılıb. Cinayət əməllərinin ortaya çıxacağından qorxan
M.V.Aslanov təcili olaraq Türkiyəyə qaçdı (nəzərinizə çatdırım ki, adı keçən hər
iki GEM-in direktoru ahıska türküdür). Barəsində cinayət işi açılan M.V.Aslanov
İnterpolun vasitəsi ilə Azərbaycana gətirildi. M.V.Aslanov həm etnik azlıq olan
Axıska türklərinin adından istifadə edərək həm Türkiyədə və Bakıda olan vəzifəli
tanışlarının zəngi vasitəsi ilə həbs olunmaqdan canını qurtardı, ona yalnız şərti
həbs verildi. Şərti həbsin vaxtı isə keçən il bitdi və dərhal M.V.Aslanov
Türkiyədəki və Bakıdakı vəzifəli dostlarının köməkliyi ilə getdi İmişli rayon rayon
Gigiyena və Epidemilogiya Mərkəzinə direktor.
İndi isə keçək M.V.Aslanovun qohumu Saatlı GEM-in hazırki direktoru
V.A.Məhəmmədovdan danışaq. Hal-hazırda Maliyyə Nazirliyi Saatlı rayon rayon
Gigiyena və Epidemilogiya Mərkəzində yoxlamalar aparır. Aldığımız məlumata
görə çox ciddi nöqsanlar aşkar olunub. Çünkü Saatlı GEM-in direktoru
V.A.Məhəmmədov işçilərinin 50%-dən çoxundan rüşvət alıb işə götürüb və həmin
işçilər də oturub evində maaşın alır. Bugün Maliyyə Nazirliyi yoxlama aparır deyə
həmin müftə maaş alanlar hamısı göbələk kimi çıxıb ortaya. Həmçinin direktor
V.A.Məhəmmədov idarənin baş mühasibi Qardaşəli Nağıyevlə birlikdə idarədən
çox yeyintilər edib. Maliyyə Nazirliyinin yoxlamasından sonra halı pisləşən Saatlı
GEM-in direktoru V.A.Məhəmmədov dərhal zəng edib qohumu İmişli GEM-in
direktoru M.V.Aslanova. Beləliklə M.V.Aslanov yenə də vəzifəli dostlarına zəng
edərək qohumu V.A.Məhəmmədov üçün kömək istəyib ki, Maliyyə Nazirliyi
Saatlı GEM-də yoxlama aparır, qohumumun vəziyyəti “kötü”dür. Hazırda
danışıqlar gedir ki, V.A.Məhəmmədovun qanunsuz işlərinin üzəri necə ört-bastır
edilsin.
O vaxtı, İmişli GEM-in direktoru olan M.V.Aslanovun Saatlı GEM-də külli
miqdarda yeyinti edib Türkiyəyə qaçması, İnterpolun onu tapıb gətirməsi barədə
Azərbaycan KİV-ləri xəbər dərc etmişdi. Lakin sehirli qüvvələr işə düşdü və həmin
xəbərlər saytlardan bir-bir silindi. Bəlkə də M.V.Aslanov yediyi pullardan həmin
saytların baş redaktorlarınada paylayıb xəbərləri sildirdi. Təbii ki, bu bir təxmindir.
Bir sözlə M.V.Aslanov Saatlı GEM-i yedi talan etdi indi isə gəldi İmişli GEM-i
talan etməyə, onun qohumu V.A.Məhəmmədov isə Saatlı GEM-i talan edir və
görünən odur ki, etməkdə də davam edəcək. Bu adamlara heç kim heçnə edə
bilmir, çünkü bir iş olan kimi biz etnik azlıq olan Ahıska Türküyük deyib
Türkiyəyə bizi incidirlər deyə müraciət edərik deyirlər və zəng edirlər Türkiyədə
və Bakıda olan vəzifəli dostlarına. Həmçinin M.V.Aslanov hansısa ictimai birlikdə
(Ahıska Türkləri adını daşıyan) rəhbər vəzifədədir.
Çox gözəl, Türklər bizim qardaşımızdır bunu hər birimiz qəbul edirik. Lakin bu o
demək deyil ki, qanunlarımızı poza bilərlər. Hər kəs Qanun qarşısında bərabərdir.
Göründüyü kimi cənab Prezidentimiz İlham Əliyev, qanunsuz işlər görən onlarla
məmuru bağışlamadı və neçə nazir, icra başçısı, general həbs olunub.
Ümüd edirik ki, azad KİV-lər bu xəbəri paylaşacaqdır. Xəbərdə yazdıqlarımıza
görə məsuliyyət bizə aiddir.
Azad KİV-lərdən xahiş edirik ki, xətt-dən yuxarıda qeyd etdiyimiz xəbəri
paylaşsınlar və bizim aşağıdakı şəxsi məlumatlarımızı qətiyyən mediada
paylaşmasınlar. Ümüd edirik ki, Azad KİV-lər qorxmadan bu xəbəri paylaşacaq.
Təbii ki, qeyd etdiyimiz faktların həqiqiliyini özünüz də araşdıra bilərsiniz.
İmişli şəhər sakinləri:
İmanov Babək Rəşid oğlu –
Əliyev Nüsrət Niyaməddin oğlu –
Alıyev Sabir Kazım oğlu –
Əhmədov Şakir Bəkir oğlu –
Teref.az olaraq şikayət məktubunda qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 

Ardını oxu...
DİA.AZ: - "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri Zamin Əliyev tutduğu vəzifədən azad edilməsi o demek deyil ki, onun etdiyi qanusnzuluğun sonu çatdı... Onun tez bir zamanda qanun qarşısında cavab verməsi və onunla yanaşı Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin Böyük məsləhətçi Miramil Mirsəmid oğlu Səmədlinin də eyni qaydada cəzalandırılması lazımdır..." DİA.AZ bildirir ki, bu fikirlər Yardımlı sakinləri adından edilən müraciətdə yer alıb.

Sakinlər adından göndərilən müraciəti olduğu kimi təqdim edirik, hər halda, narazı vətəndaşların fikirləri anlaşılır (hər hansı təhrifin olmaması məqsədilə müraciətə müdaxilə etmirik - dia.az): "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yardımlı rayon şöbsinin işçisi olmuş Mirzəyev Akif Yusif oğlu Yardımlı Kamunal təsərrufa idarəsinin baş mühasibidir. Ünvanli yardim təyinatinda 2 ayın adı cəkilən İcra Hakimiyyətinin işçilri götürür qalanin vətəndaş verilir Yardimli rayon üzrə bu iki dəlal Yardımlı rayonunda ünvanlı bazar açıb Zamin Əliyevdə bunlarin ünvanl yardım sənədlərinin Nazirlikdə keçməsin köməklik edib hazırda bu iki işilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi olmasalarda İcra Hakimiyyətinin işisidir lakin özdərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçisi kimi aparılar və Yardımlı rayonu üzrə ünvanlı social yardımn düzəlməsində bnlar həl edir 2 ayın götümək şərti ilə kim narazılıq edirsə onun sənədinin keməsinə maneçilik törədir bu iki “məmur”.Xahiş edirik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir açıqlama versin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin Böyük məsləhətçi Miramil Mirsəmid oğlu Səmədli, Mirzəyev Akif Yusif oğlu Yardımlı Kamunal təsərrufa idarəsinin işçisi Yardımlı rayon İcra Hakimiyyətinin işçisidir yoxsa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin.Bu iki adam İcra Hakimiyyətinə gələni Yardımlı rayon İcra Hakimiyyətinin Başçısının Ərazi Nümayəndəlikləridə bu ünvanlı social yardim isin hvəslə yanaşır yəni Ərazi nüyaməndəliləri vətədaşların bu iki şəxsə yönəldir bunlarda razi salir 2 ayn gptürür qalanin vətəndaşa verir.Yardımlı rayon İcra Hakimiyytinin Başçısıda yol verilən bu qanunsuzluğa göz yumur.Qeyd edek ki Mirzəyev Akif Yusif oğluunun əmisidə Yardimli rayon İcra Hakimiyyətinin Başçıının müavinidir – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Xanış oğlu Mirzəyev əmisinn hesabına bu qanusnzu əmələri davam elediriri.Burdan sual çıxır ortaya Yardımlı rayon İcra Hakimiyyətinin Dövlətimizin qanununa nə ixtiyarı var ki müdaxilə edir?Yardımlı rayonunda Yerki İcra Hakimiyyəti işçiləri Mərkəzi İcra Hakimiyyəti orqanının işinə yersiz müdaxilə edir.İnanırıq ki Yardımlı rayonunda bu qanunsuzluqa son qoyulacaq.Yardimli rayonunda ailələr var ki 2 ayında ünvanlısı onlar üçün böyuk bir puldur lakin bele məmurlar onlarin gözdərin yaşlı qoyub 2 ayın pulun özləri üçün götürürlər".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti