Ardını oxu...
AZCosmetics MMC-də dələduzluq faktoru və yaxud Zeynalovun müştəri ovu...
TEREF.AZ Hefteaz.com-a istinadla xəbər verir ki, Azərbaycanda bəzi özəl şirkətlər onlarla əməkdaşlıq edən müştəriləri belə aldadaraq dələduzluq amilinə əl atmaqla, cinayət törətməyə üstünlük verirlər. Acınacaqlısı budur ki, dələduzluq metodunu seçən bu cür şirkətlərin ucbatından müştərilərə dəyən maddi ziyana görə özlərini günahkar hesab etmək istəmirlər.

Hefteaz.com saytının email poçtuna daxil olan şikayətlərdən belə məlum olur ki, bu cür özəl şirkətlərdən biri olan AZCosmetics MMC satdığı keyfiyyətsiz avadanlıqların ucbatından müştəriyə küllü miqdarda ziyan vurulub. Belə ki, Xəzər rayonun Qala qəsəbə sakini Səfərova Gülnar Məhəmməd qızının saytımız vasitəsilə Dövlət qurumlarına ünvanladığı şikayət məktubunda AZCosmetics MMC-də tərəfindən aldanması ucbatından ona həm mənəvi həm də maddi ziyan dəydiyini bildirir.

 
 

 


Ardını oxu...
Laçın rayon sakini Alim Ağayev Azərbaycan Resbubilkasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə video-müraciət edib. Şikayətci BİA.az-a göndərdiyi video-müraciətdə bu ilin fevral ayında yaxın qohumu İntiqam Zamanovun intihar etdiyini bildirir. O, qeyd edir ki, İntiqam Zamanov öz ailəsi, xüsusən də oğlu Elgün Zamanov və həyat yoldaşı Məlahət Zamanova tərəfindən şərlənib, sonra evindən bayıra atılıb. Onun intihar etməsinin əsas səbəbi də elə bu olub. Bunu mərhumun cibindən tapılan məktub da təsdiq edir. Hazırda bu hadisə barədə Suraxanı rayon prokurorluğunda cinayət işi başlanılıb, amma 3 aydan coxdur ki, davam edən istintaqın gedişi onları qane etmir. Belə ki, mərhumun oglu Elgün Zamanov müstəntiq Tamerlanla hansısa iş birliyinə girib, bu məsələnin ört-basdır olunmasına çalışır. 

Şikayətci iddia edir ki, cinayət işini aparan Suraxanı rayon prokurorluğunun müstəntiqi Tamerlan cinayətdə təqsirli bilinən mərhumun oglu Elgün Zamanova acıq-aydın himayədarlıq edir. Bu işdə Suraxanı rayon prokuroru Rəşid Mahmudovun da adı hallanır. 

Şikayətci həmcinin redaksiyamıza cinayətdə təqsirli bilinən mərhumun oglu Elgün Zamanovun bazarlıq-pul sövdələşməsinin səs yazısını da göndərib və ictimailəşdirilməsini xahiş edir.

Daha ətraflı aşagıda dərc etdiyimiz videolarda tanış ola bilərsiniz.





BİA.az
Ardını oxu...Lacın rayonu Çıraqlı kənd tam orta məktəbində 2022-2023-cü tədris ilində Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər həyata kecirilib. Tədbirlər çərçivəsində şagirdlərin Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış olması üçün onların Heydər Əliyev muzeyinə səyahətləri təşkil olunub, məktəb daxilində müxtəlif filmlər nümayiş etdirilib, rəsm, şer, inşa, təqdimat musabiqələri kecirilib.

Elm və Təhsil Nazirl­iyinin dəstəyi, “G­ənclərin Respublika Bədii Yaradıcılıq Ev­i” Publik Hüquqi Şəx­sin təşkilatçılığı ilə keçirilən “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsində məktəbin 11 “Ə” sinif şagirdi Abbasquluzadə Leyla Pərviz qızı qal­ib olmuşdur. Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gənclərin Respublika Bədii Yaradıcıllıq Evi” publik hüquqi şəxsin təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Həmrəyliyimiz Birliyimizdir” adlı respublika rəsm və əl işləri müsabiqəsinə Laçın rayon Çıraqlı kənd tam orta məktəbin Rəsm dərnəyinin 3 üzvü: Güllü Şirinova, Jalə Əlfətova, Fatma Zəhra Özer qatılmışdır və sertifikat, müxtəlif hədiyyələr qazanmışlar.

Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin 10- b sinif şagirdi, RFO-nın biologiya fənni üzrə  AYQ və YYQ üzrə finalçısı Əliyeva Fatimə Dəyanət qızı həmçinin Global Olympic Centerin təşkilatçılığı ilə keçirilən ABŞ-ın beynəlxalq FİSO olimpiadasında biologiya fənni üzrə  iştirak edərək qızıl medal qazanmışdır. Mükafatlandırma tədbiri 28 may tarixində Avropa Azərbaycan məktəbində keçirilmiş və Əliyeva Fatimə Dəyanət qız qızıl medal və beynəlxalq sertifikatla təltif olunmuşdur.
 
"Respublika su ehtiyatlarının, atmosfer havasının və torpağın təbii sərvətlərinin ekoloji qiymətləndirilməsi tədqiqatları" mövzusunda Azərbaycan Memarlıq və İnşaat Universitetində sərgi keçirilmişdir. Məktəbin şagirdləri Aylin Qocazadə və Sehran Fərmanlı sərgidə iştirak edərək sertifikat və hədiyyələrlə təltif olunmuşlar.

Bu günlərdə Laçın rayon 21 nömrəli tam orta məktəbində Yeni Azərbaycan Partiyası Laçın rayon Təşkilatının "Heydər Əliyev və Azərbaycan ideologiyası" mövzusunda konfransı keçirilmişdir. Konfransda Heydər Əliyev ili çərçivəsində məktəblilər arasında keçirilən müsabiqələrin qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə təltif edildi. Mükafatlandırılanlar arasında Çıraqlı kənd tam orta məktəbini XI sinif şagirdi Aysel İsmayilova da oldu.

Azərbaycan Respublikasının Mərkəzi Bankı və VISA beynalxalq kart təşkilatı tərəfindən 9 fevral 2023-cü il tarixində Qlobal Pul Həftəsi çərçivəsində "Maliyyə Savadlılığı: Strategiya, Tədris, Təhlil" virtual kursu üzrə elan olunan müsabiqədə Çıraqlı kənd tam orta məktəbinin 8 “C” sinif şagirdi Fidan Abdullayeva, 9 “B” sinif şagirdi Güllü Şirinova Mərkəzi Bankın Virtual Təhsil Platformasının “Milli pul nişanlarımız” distand kursunu uğurla bitirdiyinə görə Sertifikat ilə təltif olunmuşlar.

 Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində "Mərakeş Azərbaycan rəssamlarının gözü ilə" mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Çıraqlı kənd tam orta məktəbinin 3 şagirdi: Əsli Zeynalova, Fatma Zəhra Özer, Şahhüseyn Abdullayevin əl işləri münsiflər heyəti tərəfindən dəyərləndirilmiş və yüksək qiymətləndirilmişdir. Onlar Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən rəsmi sertifikat ilə təltif olunmuşlar.

Çıraqlı kənd tam orta məktəbində Heydər Əliyev ili çərçivəsində tədbirlər ugurla davam etdirilir.


Azerinform.az
 
Ardını oxu...
Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Deputat küçəsi, ev 1A sakini, kiçik sahibkarlıqla məşğul olan Rəhilə Abbas qızı Cavadova adıçəkilən rayonun icra başçısı Adil Vəliyevin göstərişi ilə dəmiryolu stansiyası yanında ona məxsus olan 72 kvadratmetrlik dükanın, içərisində 20 min manat dəyəri olan avadanlıqla birlikdə traktorla dağıdıldığını, yerlə bir edildiyini iddia edib.

"Razılaşmaya əsasən icra başçısı sahibkarlara hər kvadratmetr üçün 1200 manat verəcəyini bildirdi, sıra mənə çatanda isə icra nümayəndəsi dedi ki, sizə hər kvadratmetr üçün 800 manat veriləcək"

Üzləşdiyi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyini, lakin hələ də problemin həll olunmadığını deyən şikayətçinin sözlərinə görə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ona və digər dükan sahiblərinə verdiyi vədə əməl etməyib: "Sabunçu Dəmiryol Stansiyası yanında 100-ə yaxın ticarət obyekti vardı. Həmin cərgədə mənim də 72 kvadratmetr sahəsi olan dükanım var idi. 2013-cü ilin mart ayında Sabunçu rayon icra başçısı tərəfindən bütün mağaza sahibləri görüşə dəvət olundular. Görüşdə Adil Vəliyev bildirdi ki, ərazidə yenidənqurma işləri aparılmalıdır. O dedi ki, mağazalarınız müasir tələblərə uyğun olmadığından sökülüb yerində yeni ticarət mərkəzi tikiləcək. Əlavə etdi ki, söküləcək mağazaların əvəzinə həmin ticarət mərkəzində hər bir sahibkara öz kvadratmetrinə uyğun yer veriləcək və bizimlə qanuni şəkildə üçtərəfli müqavilə bağlanacaq. Tərəflərdən biri Sabunçu Rayon İcra Hakimiyyəti, ikincisi sahibkar və üçüncüsü isə tikinti aparan qurum olacaq. Biz icra başçısından tikinti müddətində nə ilə dolanacağımızı soruşduqda o, qeyd etdi ki, hər bir sahibkara sahib olduğu dükanın sahəsinə uyğun məbləğ təyin ediləcək. Bildirdi ki, həmin məbləğ icra hakimiyyəti tərəfindən veriləcək və müqavilədə əks olunacaq. Adil Vəliyev dedi ki, həmin məbləği dövr etdirib ailənizi dolandırarsınız, ticarət mərkəzi tikilib hazır olanda isə məbləği geri qaytararsınız, biz də mağazalarınızı sizə təhvil verərik. Beləcə, icra başçısının sözlərinə inanıb onunla razılaşdıq. Razılaşmaya əsasən icra başçısı sahibkarlara hər kvadratmetr üçün 1200 manat verəcəyini bildirdi. Mən də daxil olmaqla hər bir sahibkar bu məbləğlə razılaşdıq. Bir neçə gün sonra sıra ilə sahibkarlar müqavilə bağlayıb pullarını aldılar. Sıra mənə çatanda icra nümayəndəsi bildirdi ki, sizə hər kvadratmetr üçün 800 manat veriləcək. Səbəb kimi mağazamın ikinci cərgədə olduğu deyildi. Təbii ki, bununla razılaşmadım. Dedilər ki, bu, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin tapşırığıdır. Bununla bağlı dəfələrlə icra hakimiyyətinə üz tutsam da, heç bir xeyri olmadı. Nəhayət, bir dəfə icra başçısı məni qəbul etdi. Ona narazılığımı bildirdim və ailə vəziyyətim haqda məlumat verdim. Dedim ki, 5 övladımdan ikisi I qrup əlil, digəri isə İkinci Qarabağ savaşı - Vətən Müharibəsi qazisidir. Çox ağır durumda olduğumu qeyd etdim. İcra başçısı isə bunlara məhəl qoymadan "Hara istəyirsən şikayət et" deyərək, məbləği artırmayacağını bildirdi. Bu zaman "Mənə də hamı kimi hər kvadratmetr üçün 1200 manat verilməyincə mağazamın sökülməsinə icazə verməyəcəm" dedim. Ancaq bunun heç bir faydası olmadı, bir ay sonra xəbər çatdı ki, icra başçısı obyektimi yerlə-yeksan edib. İnsan nə qədər qəddar olmalıdır ki, mağazanı içərisi 20 min manat dəyərində avadanlıqla birlikdə traktorla dağıtsın".

"İcra Hakimiyyətinin baş hüquqşünası Neyman Əzizov "Kimə şikayət etsəniz də heç bir nəticəsi olmayacaq. Ancaq başçının dedikləri olacaq. İstər məhkəmədə, istərsə də prokurorluqda tanışları var. Boş yerə pul xərcləyəcəksiniz", deyə cavab verdi"

Bundan sonra həyat yoldaşı ilə birlikdə icra başçısının qəbuluna düşməyə çalışdığını vurğulayan Rəhilə Cavadova qeyd edib ki, Adil Vəliyevlə görüşə bilməsə də, icra hakimiyyətindən onlara bu işin birbaşa başçının nəzarətində olduğunu bildiriblər: "Bir-neçə dəfə get-gəldən sonra icra başçısının qəbuluna düşə bildik. Adil Vəliyev məbləği bir qədər artıraraq, bizə hədə-qorxu gələrək son olaraq 65 min manat verəcəyini dedi. Biz razılaşmayıb otağı tərk etdik. Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin baş hüquqşünası Neyman Əzizovun qəbuluna getdik. O, bizi normal qarşılasa da, bu işlə bağlı köməklik edə bilməyəcəyini qeyd etdi. Neyman Əzizova icra başçısından şikayət edəcəyimizi dedik də isə "Kimə şikayət etsəniz də heç bir nəticəsi olmayacaq. Ancaq başçının dedikləri olacaq. İstər məhkəmədə, istərsə də prokurorluqda tanışları var. Boş yerə pul xərcləyəcəksiniz", deyə cavab verdi. Beləcə, Sabunçu Rayon İcra Hakimiyyətinin baş hüquqşünası bizə 65 min manatı alıb sakit durmağı məsləhət gördü".

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin əməllərini vəzifədən sui-istifadə edib sadə vətəndaşları əzmək, onların hüquqlarını tapdamaq kimi qiymətləndirən şikayətçi iddia edir ki, icra hakimiyyətində onun həyat yoldaşı şantaja, təhdidə məruz qalıb: "Sabunçu Rayon İcra Hakimiyyətinin yetkili şəxsləri həyat yoldaşıma hədə-qorxu gəlib, onu həbslə şantaj ediblər. Belə ki, icra nümayəndəsi Adil Vəliyevin birinci müavini Şakir Alıyevə "İcra başçısı bildirib ki, əgər həmin məbləğlə razı olmasa, narazılıq edib şikayət etsə, əlimizdə - 13-cü polis bölməsində onun həyat yoldaşı haqda video kaset var. Zəng edin polisə və tapşırıq verin ki, onun haqqında cinayət işi qaldırsınlar", deyə təhdid ediblər. Həyat yoldaşım bilib ki, onu şərləyib, şantaj edib obyekti əlimizdən almaq istəyirlər. Bu səbəbdən də dərhal icra hakimiyyətini tərk edib. Bir müddət sonra yenidən icra başçısının birinci müavini Şakir Alıyevin qəbulunda olduq. O, Sabunçu Dəmiryol Stansiyası yanındakı ticarət mərkəzinin tikintisinin 5-6 il çəkəcəyini bildirdi və bu səbəbdən də Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində 1 il ərzində tamamlanacaq yeni ticarət mərkəzində istədiyimiz mağazanı seçə biləcəyimizi dedi. Beləcə, çarəsiz qalıb bu təkliflə razılaşdıq və oradan mağaza götürdük. Bununla da M.Fətəliyev küçəsində tikilən ticarət mərkəzinin layihəsində 1-ci və 2-ci mağazanın üstünə bizim adımızı yazdılar. Lakin aramızda əladə olunan bu razılaşmaya dair sənəd təqdim etmədilər. Nəhayət, 10 ay sonra Sabunçu Rayon İcra Hakimiyyətinin baş hüquqşünası Neyman Əzizov bizi qəbula çağırdı və dedi ki, sizə verilən pulun hamısını gətirin, sənədləşmə işlərinə başlayırıq. Bildirdim ki, hələ mağazaların təmiri qalıb, suvağı, işığı, suyu yoxdur, yollar çəkilməyib. Qeyd etdi ki, 1-2 aya hamısı düzələcək. Onda dedim ki, sizə 65 min yox, 55 min verəcəm, tam hazır olanda isə yerdə qalan 10 mini də verərəm. Neyman Əzizov razılaşdı və pulu ona verdim. Lakin bunun üzərindən 5 ay keçdikdən sonra gördüm ki, başqa biri bizə ayrılan mağazanı təmir edir. O dedi ki, mağazanı icra başçısı Adil Vəliyevdən alıb. Bu barədə Neyman Əzizovlə söhbət zamanı o dedilənləri təsdiqlədi və bütün məsuliyyəti icra başçısının birinci müavini Şakir Alıyevin üstünə atdı. Həmin vaxt Şakir Alıyevin 4-5 ay əvvəl işdən azad olunduğunu öyrəndik".

Məhz bundan sonra Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən dəfələrlə aldadıldığını, digər mağazanın veriləcəyinə dair çoxsaylı vədlər verildiyini, lakin heç birinə əməl olunmadığını vurğulayan şikayətçinin sözlərinə görə, üzləşdiyi haqsızlıqla bağlı birinci vitse-prezident Mehriban Əliyevaya, baş nazir Əli Əsədova, daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət etsə də, heç bir nəticəsi yoxdur: "Odur ki, "Hürriyyət" vasitəsi ilə yenidən adıçəkilən rəhbər şəxslərə və digər müvafiq qurumların yetkililərinə müraciət edərək, onlardan ailə vəziyyətimizin ağır olduğunu, o cümlədən 5 övladımdan ikisinin I qrup əlil, digərinin isə Vətən Müharibəsi qazisi olduğunu nəzərə alaraq, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən bizə qarşı edilən haqsızlıqların aradan qaldırılmasına yardım etmələrini xahiş edirəm".

"Hürriyyət"


Ardını oxu...
Şəmkir rayon Könüllü kəndi su çatışmazlığından əziyyət çəkir. Dörd ildir ki, ərazidən keçən şirin su kanalı işləmədiyindən kəndlilər əkin-biçin işləri apara bilmir. Sakinlər bu il də məhsul üzünə həsrət qaldıqlarını deyir.

 

Cavanşir Quliyevdən nazirə ironiya
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin taksi xidmətinin bahalaşdırılacağına dair açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

İnsanlar sosial şəbəkələrdə və mediada bu sözlərinə görə naziri tənqid edib. Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev də onlar arasındadır.

Terefg.az “Yeni Sabah”a istinadla bildirir ki, ünlü bəstəkar nazir haqqında sosial şəbəkə hesabında qeyd paylaşıb. Həmin qeyddə deyilir:

“Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev: “Dünyada ən ucuz taksi bizdədir, belə olmaz, bahalaşmalıdır!” Ha-ha-ha, mənim nazirim…”
Ardını oxu...
Buzovna sakinləri çimərlik ərazisinə gedən yolun bağlanmasından narazıdırlar.

Onlar iddia ediblər ki, çimərliyə gedən yol daşlarla bağlanıb və hasarlanmamış çox az yer qalıb:

“Əraziyə giriş 8 manatdır”.

Dəniz kənarında dincəlmək istəyən vətəndaşlar hasarları aşmaq üçün kilometrlərlə yol getməli olurlar.

Daha ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
DİA.AZ: - "Azərbaycanda sosial “qətliamın” ideoloji rəhbəri kimdir? Heybət İmanov... Bəli, məhz bu şəxs 20 ildir dövlətin sosial siyasətini icra edən mərkəzi icra hakimiyyəti orqanı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yuva quraraq özünün bədnam əməllərini icra etməklə məşğuldur. İnsanların haqq etdiyi pensiyalar bu şəxsin tərtib etdiyi siyahılar əsasında dayandırılır, insanlara min bir zillət yaşadılır". Bütün bunlar DİA.AZ-a Kərim Məmmədovun müəllifliyi ilə göndərilən məqalədə yer alıb.

Ardını oxu...

Məqalədə daha sonra bildirilir: "Bu mənada nazir Sahil Babayevin sevimlisinə çevrilib. Pensiyaları kəsib, xalqa zülm yaşatmaq hesabına büdcəyə xeyir veririk deməklə özlərinə rahat yol seçiblər. Bunun hesabına özünəməşğulluq proqramlarından, mənzil tikintisindən milyonları rahatlıqla mənimsəyirlər, elə bil həmin pul büdcə pulu deyil. Əslində hakimiyyət rəsmiləri də nəhayət başa düşməlidirlər ki, insanları hakimiyyətdən narazı salan bu şəxslərin hakimiyyətə ancaq ziyanları dəyir. Onsuz xalqdan “qənaət etdiklərindən” də artıq məbləği müxtəlif yollarla özləri mənimsəyirlər. Bu şəxslərin vəzəfilərindən uzaqlaşdırılması ölkədə Qarabağ Zəfərindən sonra ən böyük “Sevinc bombası” effekti yaradar. Hakimiyyət rəsmilərinin bunu nəzərə alması hakimiyyət üçün də böyük imkan deməkdir. Cənab Prezidentin bir-iki dəfə Sahil Babayev barədə xoş söz deməsi, o demək deyil ki, cənab Prezident onu toxunulmaz elan edib. Görünür Cənab Prezidentə də Sahil Babayev barədə səhih məlumatlar çatdırılmır. Cənab Prezident həqiqəti bilən kimi xalqı bu böyük sevincdən məhrum etməz. Onsuz Sahil Babayevin nə kimi “qabiliyyəti” var idisə xərcləyib, bitirib, bundan sonra onun o vəzifədə qalması ancaq və ancaq hakimiyyətin maraqlarına qarşı olar.
Sahil Babayev Milli Məclisdə çıxışı zamanı bildirir ki, dövlət orqanlarında ixtisar labüddür, dövlət işlə təmin etməyi öz üzərinə götürməməlidir. Sonra isə bildirir ki, adamlar işsiz qalmamalıdır, özünəməşğulluq proqramlarına cəlb edilməlidir, yəni demək istəyir ki, siz ixtisar edin mənə pul ayırın mən güya onları özünəməşğul edəcəm, yəni onların hesabına milyonlar mənimsəyim. Adamın hiyləgərliyinə baxın.
Hesablama Palatası son 5 ildə özünəməşğulluq proqramının icrasını təftiş etsə dəhşətli mənzərə ortaya çıxacaq, məlum olacaq ki, özünəməşğulluq adı verilən işlərin 80%-i saxtadır, sadəcə pulllar mənimsənilib. Ondan sonra onun nəticələrini Cənab Prezidentə təqdim etsin, görək onda Sahil Babayevin vəziyyəti necə olacaq. Cinin canı şüşədə olduğu kimi Sahil Babayevin canı da özünəməşğulluq proqramlarının təftişindədir. Onu açmaq gərək.
Xalq heybət İmanovun adını yaxşı yadında saxlamalıdır. İlk növbədə bu şəxslərin övladlarının gələcəkdə Azərbaycanda dövlət vəzifələri tutmasının qarşısını almaq üçün. Heybət İmanov təkcə pensiyaları kəsməklə məşğul deyil, o həm də Nazirlikdə qurulan korrupsiya şəbəkəsinə rəhbərlik etməklə məşğuldur. Belə olmasaydı bu adam cinayətkar, hazırda həbsdə olan nazirliyin keçmiş aparat rəhbəri Əjdər Cəbiyevin cinayət ortaqlarını başına yığıb onlarla əməkdaşlıq etməzdi. Aidiyyatı orqanlar bununla bağlı araşdırmalara başlasalar fantastik qanunsuzluqların şahidi olarlar. Adam Azərbaycanın qanunlarına nə qədər nifrət edir ki, Əjdər Cəbiyevin pul daşıyanları olan Zaur Rəsulovdan, Rza Əhmədovdan rivizor qayırıb, onları özünün korrupsiya maraqları üçün işlədir. Bu adamın xarici ölkələrin kəşfiyyat orqanlarından, xüsusilə İranın xüsusi xidmət orqanlarından tapşırıq alıb-alması da araşdırılsa, yaxşı olar".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Xəbər verildiyi kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini işdən çıxarılıb. Xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-leytenant Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb. Xatırladaq ki, bir neçə gün öncə yeni xidmət rəisinə böyük ümidlər bəsləndiyini, xüsusilə Zaur Abdullayevin uzun illər xidmətdə kabusa çevrildiyini bildirmişdik. “Yeni Xidmət rəisi üçün Zaur Abdullayev sınağı” başlıqlı yazımızda Xidmətdə kök atmış general çetesinin dağıdılmasının bütövlükdə səfərbərlik sisteminə müsbət təsir edəcəyini bildirmişdik. Bu baxımdan Z.abdullayevin vəzifıdən alınması təqdirəlayiq haldır. Amma cumhuriyyet.az olaraq onu da bildirək ki, Abdullayev yeganə fiqur deyil. Belə ki, Xidmətin bəzi rayon rəhbərləri hələ də köhnə qaydalarla işləməkdə davam edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsində baş verənlər deyilənləri təsdiq edir. Ağstafa rayon hərbi komissarının fəaliyyəti bazar iqtisadiyyatına uyğun qurulmaqdadır. Burada kapitalizmin yırtıcı qanunları işləyir. Ona görə Ağstafanın hərbi komissarı bəzi hallarda kimlərinsə gözünün düşməni, kimlərinsə gözünün işığı olur. Çünki hərbi komissar onun maddi maraqlarını təmin edənləri razı yola salır, edə bilməyən kasıb-kusub, yoxsul, qarnına bir tikə çörək tapa bilməyənləri isə narazı… Yəni pulunu verən Ağstafa hərbi komissarlığında “şəklini çəkdirir”, verməyən isə xəstə ola-ola hərbi xidmətə göndərilir.

Baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, xəstə bir yeniyetmə hərbi xidmətə aparılıb. Həmin gənc Əhmədov Elşən Tanrıverdi oğludur. Onun anası mediaya açıqlamasında bildirib ki, Ağstafa hərbi komissarlığı uşağı yoxladı, dedilər ki, guya problemi yoxdur. Onun sözlərinə görə, övladı Qazax xəstəxanalarında yatıb, uşaqda özündəngetmə halları var, rabitəsiz hərəkətlər edir, gecə oyanır və evdə gəzməyə başlayır, yəni belə bir xəstə uşaqdır. Ancaq yenə də uşağı əsgərliyə aparıblar. O, oğlunun xəstəsi olduğunu bildirib. “Ağstafa hərbi komissarlığı uşağı yoxladı, dedilər ki, guya problemi yoxdur. Bu necə ola bilər? Elşən Gəncə, Qazax xəstəxanalarında yatı, özündən getmə halları, rabitəsiz hərəkətlər edir, gecə oyanır və evdə gəzməyə başlayır, yəni belə bir xəstə uşaqdır. Ağstafada Mahir həkim məndən 4 min manat istədi ki, uşağın işini həll edək. Mən də məcbur qalıb kreditə girib həmin pulu verdim. Ancaq yenə də uşağı əsgərliyə apardılar”. Əsgər anası bildirir ki, arabir komandiri vasitəsi ilə danışır: “Xahiş eləmişəm ki, ona nəzarət etsinlər. Gecə öz-özünə gəzir. Qorxuram ki, özünə xəsarət yetirər. Belə bir xəstə uşağı necə əsgər aparmaq olar? Üstəlik, həkim pulumu aldı, mənimlə də kobud danışdı. Mənim uşağım sağlam, ağlı yerində olsaydı, bu qədər narahatlıq keçirməzdim. Deyərdim ki, qoy əsgərliyini çəksin. Amma bilirəm ki, xəstədir. Onu bu yaşına qədər saçını kəsdirməyə özüm aparırdım, yəni belə bir uşaqdı. Ona görə aidiyyatı orqanlardan, Səfərbərlik Xidmətinin yeni rəhbərliyindən xahiş edirəm ki, oğlumu nəzarətə götürsünlər”.
Onu da bildirək ki, bu Ağstafada bu ilk fakt deyil, dəfələrlə belə xəstə uşaqlar əsgərliyə aparılıb. Hətta bundan əvvəl xəstə uşağı əsgər aparmamaq üçün valideynindən 1000 manat tələb olunmuşdu. Maraqlı burasındadır ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəhbərliyi ayıbına kor olmaq əvəzinə məlumatın yanlış olması haqda mətbuata açıqlama verib. Amma məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə bu məsələ barədə yuxarı dairələrə məlumat verildikdən sonra Ağstafa hərbi komissarının müavini işindən azad olundu. Yəni komissar müavini qurban verərək özünü təmizə çıxarmağa çalışdı. Lakin hərbi komissar bu gün də qanunsuz əməllərini davam etdirir. Baxmayaraq ki, onun xəstə uşaqları əsgər göndərməsi faktları dəfələrlə gündəmə gəlib, hələ də öz iş “prinsip”lərindən əl çəkməyib. Onun öz müavinini “günah keçisi” kimi qurban verməsindən sonra gözlənilirdi ki, bəlkə öz fəaliyyətini korrektə edər, ən azı əvvəlki addımları bu dərəcədə təkrarlamaz. Amma göründüyü kimi, hələ də Ağstafa hərbi komissarlığında pul vermədinsə xəstə uşaqları əsgərliyə aparırlar. Hərbi komissar xəstə uşaqları əsgərliyə göndərərkən “uf” da demir və onların valideynlərinin hansı hisslər keçirdiklərini, nələr yaşadıqlarını anlamaq istəmir. Maraqlıdır ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəhbəri Xidmətdə yeni rəhbər dəyişikliyini görməzdən gəlir və qohumu, sabiq komissar Əliağa Hüseynovdan qalan prinsipləri yaşatmaqla faktik olaraq rəhbərliyə meydan oxuyur.

Ümumiyyətlə, xəstə bir gənci rüşvət verə bilmədiyi üçün orduya xidmətə göndərmək rəzalətdir. Üstəlik, söhbət qalib Ordudan, müharibədə zəfər çalmış müzəffər ordudan gedir. 44 günlük Vətən müharibəsindən sonra bu cür neqativ hallara son qoyulmalıydı, amma Ağstafa hərbi komissarı üçün fərq etmir, yenə də köhnə əməllərindən geri qalmır.
Həmçinin, bir müddət əvvəl mediada məlumat yayılmışdı ki, xidmətə yararsız hərbi qulluqçuların komissiyyadan keçirilməsi zamanı onlardan 200-300 manat arası tələb edilir. Bundan əlavə hərbi xidmətə səfərbər edilən hərbi qulluqçuların xidmət yerlərinin öncədən təyin edilməsi prosesi hərbi birləşmələrin yerləşdiyi rayonlardan asılı olaraq müxtəlif vəsait müqavilində həyata keçirilir. Qeyd olunur ki, əgər araşdırılsa, Ağstafa rayonunda xeyli sayda sağlam gənc müxtəlif yollarla hərbi xidmətə “yararsızlaşdırılıb””.
 
 
 
Ardını oxu...
Xərçəngdən ölənlərin sayı kəskin dərəcədə artıb. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il 14 milyondan artıq insana xərçəng diaqnozu qoyulur. Bu rəqəmin 2030-cu ilə qədər 21 milyona çatması gözlənilir. Təşkilat bildirir ki, bütün dünyada xərçəng xəstəliyindən ölənlərin sayı 2000-ci illərlə müqayisədə 27,5 faiz artaraq 8,8 milyona çatıb.
Açıqlamada deyilir ki, əgər bu xəstəlik daha tez aşkarlansa, xəstənin sağalma ehtimalı da yüksək olur. Amma, nə yazıq ki, Azərbaycan səhiyyəsində elə bir vəziyyət yaranıb ki, müraciət edən xəstələrin vəziyyətindən əvvəl əlinə və cibinə baxılır. Maddi vəziyyəti ağılabatandırsa, xəstəliyi vaxtında aşkar olunur, deyilsə, həmin xəstə qalır evi ilə xəstəxana arasında yollarda. Salırlar get-gələ. Bunu biz demirik, bu vəziyyəti yaşayan yüzlərlə, hətta minlərlə vətəndaşlar deyir. Qaldı ki, vətəndaşların doğru, yaxud səhiyyə işçilərinin dili ilə desək, “yalan” danışdığına, bunu da əyani olaraq, aşağıdakı linkdə izləyə bilərsiniz.

Kadrlar 77 yaşlı Tibb Elmləri doktoru, professor, akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzində lentə alınıb. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar onu göstərir ki, də sözügedən müəssisədə proseslər eyni qaydada aparılır və bu qədər müraciət,ə şikayətlərə rəğmən vəziyyətin olduğu kimi qalıb. Ölkənin mühüm səhiyyə ocaqlarından biri olan Milli Onkologiya Mərkəzindəki durumu araşdırdıq. Klinikaya müraciət edənlərin ən ağır xəstəliyə yoluxduğunu və yaşamaq şansı az olan insan olduğunu nəzərə alsaq, tibb ocağı daha insaflı davranmalıdır. Ancaq bu, nə baş həkimi, nə tibb personalın maraqlandırır. Milli Onkologiya Mərkəzində pulsuz tibbi xidmət barədə nazir Oqtay Şirəliyevin məlum sərəncamı bu klinikada “sabun köpüyü”nə çevrilib – “pulunu ver, şəklini çəkdir”. Pulsuz deyilən Azərbaycan səhiyyəsində – Milli Onkologiya Mərkəzində rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını istinadən diqqətinizə çatdırır.

Milli Onkologiya Mərkəzinin həyətinə avtomobillə girməyə icazə yoxdur. Qapıda dayanan nəzarətçi deyir, bu, Cəmil Əliyevin xüsusi tapşırığıdır. Bundan sonra həyətə maşınla girmək qadağandır: “Hətta ağır xəstələrə görə “badımcan” taksilərdən birini gətirib qoyub qapının ağzına ki, yeriyə bilməyənlər istədikləri korpusa onunla gedib-gəlsinlər”. Qapıdan içəri keçirik. Birinci gözə çarpan hər yerdə kameraların quraşdırılması oldu. Burada o qədər insan var ki, həyətdəki skamyalarda oturmağa yer yoxdur. Ayaq üstə də kifayət qədər adam dayanıb. Ümumiyyətlə, digərlərinə baxanda Diaqnostika korpusunun qarşısında daha çox adamın olduğunu görürük və elə həmin səmtə gedirik. İçəri girməyimiz diqqət çəkmir. Çünki o qədər adam var ki, hətta qapıda dayanan nəzarətçi insanlara biristifadəlik ayaqqabı üstlüyü paylamaqda çətinlik çəkir. Çoxu geyinmədən içəri tələsir. Qapıdan girən kimi bütün otaqların qarşısında növbə olduğunu görürük. Ən çox növbə də “maqnit-rezonans tomoqrafiya” otağının qarşısındadır. Buradakı hər kəs gərgin, kədərlidir. Hamı tələsir, hərə əlində bir kağız otaqdan otağa qaçır. Hamı, o cümlədən xəstələr də oradakı korrupsiya hallarından danışmağa belə qorxurdular. Bizimlə, söhbət edənlər də daim şübhə ilə yan yörəsinə boylanır, bəziləri isə “bilmirsən bura kimindir? Səni məhv edərlər” deməyi də unutmadılar. Ümumi mənzərədən gözə girən həm də o idi, ki xəstələrin hamısı maddi cəhətdən çox kasıb insanlardır. İndi isə Savash.org olaraq Milli Onkologiya Mərkəzində müəyyən etdiyimiz, pulsuz deyilən Azərbaycan səhiyyəsində, rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını diqqətinizə çatdırırıq:

1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.
2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.
3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.
4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.
Bundan başqa:
• xəstənin qeydiyyata alınmasına görə pul tələb edilir;
• bütün tibbi xidmətlər (müayinə, müalicə, əməliyyat) ödənişli əsaslarla həyata keçirilir;
• zərurət olmadığı halda əlavə analizlər, biopsiyalar və sair prosedurlar edilir;
• zərurət olmadığı halda əməliyyat təyin olunur, külli miqdarda pul tələb olunur;
• kritik mərhələdə (ölüm ayağında) olan xəstədən müalicə adı ilə pul alınır;
• pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat pul alınır;
• və s. şərhlərdə təsvir olunan qanunsuzluqlar.

Əlbəttə, bir yazıda Milli Onkologiya Mərkəzində baş verən faciəni təsvir etmək olmaz, buna kitablar yazmaq, filmlər çəkmək lazımdır. Sonda Savash.org olaraq Azərbaycan qanunvericiliyindən bəzi normaları tibb müəsisəsinin rəhbəri Cəmil Əliyevin oxuması üçün diqqətə çatdırırıq: “ AR Konstitusiyasının 41-ci maddəsinin I hissəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində isə deyilir: “Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır”.
Teref.az olaraq məqalədə qaldırılmış iddialarla bağlı qarşı tərəfi dinləməyə hazırıq!"
Teref.az
 

Dünyapress TV

Xəbər lenti