Ardını oxu...
Çoxlarına məlum olduğu kimi, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti Neftçala rayonunda əməliyyat keçirərək, İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi və onun komandasını həbs edib. İcra başçısı İsmayıl Vəliyevin həbsi zamanı onun otağından müxtəlif sahələrdə çalışan vətəndaşlara məxsus maaş kartları aşkar edilərək götürülmüşdü. Həmçinin Neftçala rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Miriyev Mehtinin birliyinə məxsus əmək haqqı kartları. Bu hadisələr zamanı onun müavini vəzifəsindən azad edilsə də, Miriyev Mehdi nədənsə vəzifəsində saxlanılıb. Qeyd etdiyim həbslərdən 3 il keçməyib ki, Miriyev Mehdi öz çirkin əməllərini müxtəlif yollarla davam etdirir. Məlumata görə, Neftçala Rayon Mənzil Kommunal İstehsalat Birliyinin 200-ə yaxın işçisi Mehdi müəllimə aylıq maaşlarından verməklə, işə getmirlər. Birlikdə işləyən fəhlələrin dediyinə görə, qanunla hansısa sahəyə 20-30 işçi ayrılıbsa, onlardan yalnız 5-10-u həmin sahəyə gedir. Səbəb isə həmin şəxslərin Mehdi müəllimi ayın sonunda görməsidir.30 işçinin yükü 5-10 işçinin üzərinə qaldığından işçilər çox yorulduqlarını və əziyyət çəkdiklərini bildirirlər.Bundan başqa, Neftçala Rayon Mənzil Kommunal İstehsalat Birliyini ailə birliyinə çevirən Mehti müəllim qardaşının və yaxın tanışlarının adını birliyə rəsmiləşdirərək qanunsuz maxinasiyalar edir.

Neftçala rayonu, Xıllı qəsəbəsində yolun kənarında özünə şadlıq sarayı tikdirən Mehdi müəllim fəhlələrin maaşı hesabına özünə xoşbəxt günlər qurmaq istəyir. Amma bir şeyi unudub ki, başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. Görünür, bəzi məmurlar həbslərdən nəticə çıxarmır. İsmayıl Vəliyevin yadigarı çox maraqlıdır, kimə güvənərək ayağını qaza qoyur. DTX bir balaca araşdırma aparıb işçilərini dinləsə, məlumatların düzgün yazıldığını görər.

Avtandil Məmmədov,
RealMedia.az
Ardını oxu...
Bura Neftçala rayonun Mürsəqulu kəndidir. Kəndin sakinləri torpaq sahələrinin zəbt olunmasına etiraz edir. Onlar deyir ki, sabiq bələdiyyə sədri Əlibala Səlimov vəzifədə olduğu dövrdə bələdiyyənin balansında olan torpağının 400 hektarını satıb və icarəyə verib.
Kənd sakini Çingiz Səmədov bildirir ki, Əlibala Səlimov 20 ildir qeyri-qanuni mənimsədiyi torpaqları əkib-biçir. O, bütün kəndlilərin torpağını əlindən alıb. 63 hektar torpağın 9 hektarı oğlu Səlimov Ozal Əlibala oğlunun adınadır. Onu da rüşvətlə keçirdib oğlunun adına.
Kənd sakini Fəxrəddin Usubov isə iddia edir ki, Əlibala Səlimov ondan və daha bir neçə nəfərdən aldıqları torpağı sənədləşdirmək üçün 1300 manat pul alıb, amma sənəd verməyib.
Çobanlıqla məşğul olan Famil Məmmədov isə kənddə örüş torpağının olmadığından əziyyət çəkdiyini, qoyunları otara bilmədiyini deyir.
Onun bu çətinliyini heyvandarlıqla məşğul olan Lətifə Hüseynova da bölüşür. Onun sözlərinə görə, Əlibala Səlimov bələdiyyə torpaqlarını qanunsuz şəkildə qohumlarının istifadəsinə verib deyə, sakinlər heyvandarlıqla məşğul ola bilmir.
Narazı sakinlər şikayətləriylə bağlı məhkəməyə müraciət edib.
Sakinlər onu da deyir ki, illərlə aidiyyəti orqanlara şikayət etsələr də, bu, nəticə verməyib.
Bələdiyyə üzvü Vəfa Nağı artıq üç ildən çoxdur ki, keçmiş sədr Əlibala Səlimovun qanunvericiliyin tələblərini pozması barədə hüquq-mühafizə orqanları qarşısında məsələlər qaldırmaqdadır.
2020-ci il iyunun 19-da Vəfa Nağı kənd bələdiyyəsinin sədrinin rüşvət alması hallarının araşdırılması tələbi ilə Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edib.
O bildirib ki, bələdiyyə sədri otlaq sahələrini qanunsuz olaraq icarəyə verir, kənd sakinlərinə ev tikmək üçün nəzərdə tutulan torpaq sahələrini rüşvət müqabilində verir.
Keçmiş bələdiyyə sədri ilə əlaqə saxlamaq mümkün olmasa da, Əlibala Səlimov bir müddət əvvəl jurnalistlərə açıqlamasında torpaqların zəbt edilməsi ilə bağlı iddia ilə razılaşmayıb. O bildirib ki, bələdiyyənin cəmi 352 hektar torpağı var və deyilənlərin hamısı yalan və böhtandır.
Örüş torpaqlarına gəlincə o bələdiyyənin nəzdində cəmi 9,5 hektar örüş torpaqları olduğunu və həmin torpaqdan kənd əhalisinin istifadə etdiyini deyib.
2002-ci ildən 2020-ci ilədək Xolqaraqaşlı Bələdiyyəsinin sədri vəzifəsində işləyən Əlibala Səlimov səhhəti səbəbindən istefa verdiyini bildirib.
Hazırki bələdiyyə sədri Elnur Səfərov suallarımıza cavab verməkdən imtina etdi.
 
Ardını oxu...
“Ziya Məmmədovun müavini Arif Əsgərovun oğlu tərəfindən 2 milyon 900 min dollar məbləğində pulumuzun mənimsənilməsi barədə Prezident Administrasiyasının rəhbəri, Prezident yanında Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Samir Nuriyevə müraciət etmişəm. Bildirirəm ki, surəti ayrı-ayrı müvafiq qurumların rəbbərlərinə olmaqla, 2022-ci ilin sentyabr ayından başlayaraq Azərbaycan Respublikasının Prezidentinə, sonuncu dəfə isə 01.06.2023-cü il tarixdə nəqliyyat nazirinin sabiq müavini Arif Əsgərovun fironluğu barəsində bilavasitə baş prokurora müraciət etmişəm. Müraciətimlə bağlı bu günədək heç bir tədbir görülməyib”.

Musavat.com xəbər verir ki, hüquqşünas Əliabbas Yasavullu özünün feysbuk səhifəsində belə yazıb.

Müraciət müəllifi Arif Əsgərovun respublikada nəqliyyat sektorunun tikintisinə və inkişafına yönəldilən milyardlarla manat məbləğində pulun mənimsənilməsində imzası və payı olduğunu qeyd edir: “Nəqliyyat nazirinin müavini vəzifəsində çalışmış Arif Əsgərov hazırda da özünü “firon” kimi aparmaqdadır. Belə ki, o, Zakir Qaralovun zamanından həbs etdirdiyi şəxslərin hüquqlarının bərpası ilə məşğul olanları, həmçinin, oğlu tərəfindən pulları və əmlakları mənimsənilmiş kəsləri kimliyindən asılı olmayaraq hədələməklə məşğuldur. Gücünün imkan verdiyi hallarda bu insanları dövlət hakimiyyəti orqanları ilə şantaj edir, pul verib istəyinə uyğun qərarların qəbulunu təmin edir, dövlət hakimiyyət orqanları ilə şantaj edilməsi mümkün olmadıqda isə oğru aləminin isimləri ilə qorxudur...

Bunların sırasında mənim də yaxın qohumum - Məmmədov Emil Kərim oğlu adlı şəxs var. Onun məsələsini araşdırdım, demək olar ki, baş vermiş hadisənin tam isbat edilməsi üçün bütün sübutları əldə etdim və məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Arif Əsgərovla görüşdüm. O, mənə qulaq asmadan bildirdi ki, “məsələ bağlanıb”... və məsələnin bağlı olması ilə əlaqədar yanımda hətta istifadəsindəki telefonla “Lotu Quli”nin qardaşına “zəng etdi”, onunla telefonla danışdıqdan sonra məsələnin bağlı olmasını mənə bildirməsini ondan xahiş etdi və telefonu mənə verdi. Telefonla danışan şəxs mənə bildirdi ki, Emilin işi bağlanıb. Mən heç nə demədən onun ofisini tərk etdim və bir neçə gündən sonra yenidən Arif Əsgərova zəng edib, əlimdəki sübutların, məsələnin bağlanmadığına dəlalət etdiyini və görüşməyimizin vacibliyini ona bildirdim. O, məni hədələməklə və təhqir etməklə yanaşı, bir daha onu narahat etməməyimi “tövsiyə” etdi...

Arif Əsgərov, yuxarıda qeyd olunduğu kimi, dövlət büdcəsinin talan edilməsinin iştirakçısı olduğu bir vaxtda onun ailə üzvləri də boş oturmadılar. Oğlu - Elnar Əsgərov ayrı-ayrı şəxslərin inamından sui-istifadə etməklə onlara məxsus 100 milyon manatdan artıq pulu mənimsəyib. Sonradan arxalı olan zərərçəkmişlərin əksəriyyətinin pullarını qaytarsalar da, Məmmədov Emil Kərim oğlunun 5 milyon manatdan artıq pul vəsaitinin geri qaytarılmasından faktiki olaraq imtina edilib, eyni zamanda onun kimi pulu geri qaytarılmamış şəxslərin şikayətləri üzrə isə öz yaxın qohumları olan Hüseynov Rahib İsmayıl oğlu və Hüseynov Emin İsmayıl oğlunun həbsinə nail olunub (hər ikisi qardaşdır və Arif Əsgərovun həyat yoldaşının bacısının oğludur). Beləliklə, təkzib olunması mümkünsüz olan yuxarıda qeyd olunan sübutlar toplusundan birmənalı şəkildə görünür ki, Məmmədov Emil Kərim oğlunun pulları bilavasitə Əsgərov Elnar Arif oğlu tərəfindən mənimsənilib, Elnarın cinayət məsuliyyətindən yayındırılması məqsədi ilə də sabiq baş prokuror Zakir Qaralova xüsusilə külli miqdarda rüşvət verilmişdi. Bu məsələnin araşdırılması ilə əlaqədar Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən dəvət edilsək də, Elnar Əsgərovun barəsində “cinayət təqibinin başlanmasının rədd edilməsi” haqqında qəbul edilmiş 16 iyun 2017-ci il tarixli qərarın bu günədək ləğv edilməməsi səbəbindən Arif Əsgərovun və onun oğlu - Elnar Əsgərovun cinayət məsuliyyətindən yayındırılması məqsədli şəkildə davam etməkdədir. Belə ki, 2023-cü ilin may ayının 6-da saat 12 radələrində mən Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə dəvət edildim və müraciətdə qeyd etdiklərimin təsdiqi üçün Arif Əsgərovla üzləşdirilsəm də, “yuxarıdan gələn zənglə”, üzləşmə rəsmiləşdirilmədən Arif Əsgərov oğlu Elnar Əsgərovla birlikdə İdarəni “qalib kimi” tərk ediblər...

Göstərilənlərdən əlavə, yuxarıda qeyd edilənlərin növbəti təsdiqi kimi də Emil Məmmədov tərəfindən istifadəsindəki “mamedov.emil.@mail.ru” elektron poçtundan, müstəntiq Teymur Ağamirovun istifadəsindəki T.aqamirov@mail.ru elektron poçtuna Elnar Əsgərovla aralarında olan telefon danışıqlarının və yazışmaların bütün məlumatlarını 1 iyul 2016-cı il tarixdə, saat 17:57-də və saat 18:08-də rəsmi şəkildə göndərsə də, Teymur Ağamirov özü etiraf edib ki, ona imkan vermirlər düzgün qərar qəbul etsin”.

Bu qədər açıq şəkildə qeyd etdiyimiz və bütün xüsusatları təsdiq edən sübutların Baş Prokurorluğa təqdim edilməsindən sonra belə Baş Prokurorluq “ötür-ötür oyunu” oynamaqda davam edir. Elnar Əsgərov barəsində “cinayət təqibinin başlanmasının rədd edilməsi” haqqında qəbul edilmiş 16 iyun 2017-ci il tarixli qanunsuz Qərarı ləğv etmək əvəzində bütün müraciətlərimizi Bakı şəhər Prokurorluğuna, onlar tərəfindən isə Nərimanov rayon Prokurorluğuna göndərilən materiallar, sonucda - Nərimanov Rayon Polis İdarəsinin icraatına verilir. Hər kəsə məlumdur ki, Əsgərov Elnar Arif oğlunun və onun atasının cinayət əməli tam təsdiq edilməsinə baxmayaraq, Elnar Əsgərov barəsində “cinayət təqibinin başlanmasının rədd edilməsi” haqqında qəbul edilmiş 16 iyun 2017-ci il tarixli qanunsuz Qərarın mövcudluğu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, onlar barəsində hər hansı prosessual hərəkətin həyata keçirilməsi ilə yanaşı, pulumuzun da geri qaytarılmasını mümkünsüz edir.

Baş vermiş cinayət hadisəsinin gizlədilməsi sxemi:

1. Emil Məmmədovun istifadəsində olan 055-299-55-20 nömrəli telefonla, Elnar Əsgərovun istifadəsində olan 050-211-32-32 nömrəli telefonla, aralarındakı “VATSAP” vasitəsilə danışıqları və SMS yazışmaları, Emil Məmmədov tərəfindən ona məxsus və istifadəsindəki “mamedov.emil.@mail.ru” elektron poçtundan, 1 iyul 2016-cı il tarixdə, saat 17:57-də və saat 18:08-də rəsmi şəkildə, istintaq qrupunun rəhbəri, mühüm işlər üzrə baş müstəntiq Teymur Ağamirova məxsus və istifadəsindəki T.aqamirov@mail.ru elektron poçtuna göndərilir.

2. Həmin sübutlarla Emil Məmmədov tərəfindən Elnar Əsgərova ümumilikdə 3 milyon 600 min ABŞ dolları məbləğində pulun verilməsi və aralarında yaranmış narazılıqlardan sonra isə iki dəfəyə, 500 min və 200 min ABŞ dollarının Elnar Əsgərov tərəfindən Emil Məmmədova qaytarıldığı tam sübut olunduğundan, İstintaq Qrupunun vəsatəti əsasında, Baş Prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsi tərəfindən 15.09.2016-cı il tarixıli qərar qəbul edilir və həmin qərar əsasında “BAKSEL” MMC-dən alınan məlmatlarla Emil Məmmədov tərəfindən Teymur Ağamirovun elektron poçtuna göndərdiyi məlumatlar tam şəkildə təsdiq edilir.

3. Bundan sonra Arif Əsgərov tərəfindən Zakir Qaralova verilən xüsusilə külli miqdarda rüşvətin müqabilində qərara alınır ki, Arif Əsgərovun oğlu - Elnar Əsgərov məsuliyyətdən yayındırılsın, onun əvəzində isə Elnarla zərərçəkmişlər arasında vasitəçi olmuş onun xalası uşaqları - Hüseynov Emin İsmayıl oğlu və Hüseynov Rahib İsmayıl oğlu həbs edilsin...

4. Bu məqsədlə də baş prokurorun birinci müqavini - Rüstəm Usubov tərəfindən İstintaq qrupunun rəhbəri - Teymur Ağamirova edilən təzyiq nəticəsində bu hissədəki 1-2-ci bəndlərdə qeyd olunan sübutlar istintaq materiallarından çıxarılaraq məhv edilir, əvəzində isə Teymur Ağamirovun vəsatəti və Rüstəm Usubovun məhkəməyə təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin növbəti - 25.12.2016-cı il tarixli qərarının qəbul edilməsinə nail olunur. Qeyd olunan bu qərarla Elnar Əsgərovun istifadəsindəki 055-555-05-55 nömrəli və Emil Məmmədovun da istifadəsindəki 055-400-48-48 nömrəli telefon məlumatlarının “BAKSEL” MMC-dən alınmasını nəzərdə tutub. Bu məlumatların alınmasından sonra da T.Ağamirov tərəfindən 09.05.2017-ci il tarixli Protokol tərtib edilib və Protokolda göstərilib ki, “...CD disklərdə 055 555-05-55 və 055 400-48-48 nömrəli abonentlərin danışıqlarına dair məlumatlar əks edilib. Baxış zamanı CD diskə, telefon danışıqlarına dair məlumatlarda cinayət işi üzrə sübut əhəmiyyət edən məlumat aşkar edilmədi...”

5. Məhz saxta olan bu Protokol əsasında da Elnar Əsgərov barəsində “cinayət təqibinin başlanmasının rədd edilməsi” haqqında 16 iyun 2017-ci il tarixli qanunsuz Qərar qəbul edilib... Onu da qeyd etməyi zəruri hesab edirəm ki, Elnar Əsgərova məxsus 055 555-05-55 nömrəli telefonun mövcudluğundan Emil Məmmədov ümumiyyətlə, xəbərsiz olub, eyni zamanda 055 400-48-48 nomrəli telefon isə 2016-cı ildən sonra Emil Məmmədovun istifadəsində olub və o, istəsəydi belə, cinayət baş verən ərəfələrdə həmin telefon vasitəsilə Elnar Əsgərovla heç vaxt əlaqədə ola da bilməzdi.

6. “Bu qədər sadə üslubda Baş Prokurorluğun korrupsiya cinayətini aşkar etdiyimizə görə də dövlətimizdən tək istəyimiz pulumuzun geri qaytarılmasıdır.

Müraciət müəllifi xahiş edir ki, göstərilənlərlə əlaqədar olaraq Elnar Əsgərov barəsində “cinayət təqibinin başlanmasının rədd edilməsi” haqqında qəbul edilmiş 16 iyun 2017-ci il tarixli qanunsuz qərar ləğv olunsun. Onunla birlikdə atasının da məsuliyyətə cəlb edilməsi məqsədi ilə baş prokurora müvafiq göstərişlər verilsin”.
Ardını oxu...
“Şərur İnşaat” tikinti şirkətinin fırıldaqları barədə KİV-lərə və mətbuata mütəmadi olaraq şikayətlər daxil olmaqdadır. Şirkət rəhbərliyinin binalarda dayaq sütunlarının sökülməsinə göz yumması, bir mənzilin bir neçə vətəndaşa satılması, inşa etdiyi binalarda qeyri-qanuni fəaliyyətlə məşğul olaraq sakinlərdən kommunal xidmət adı altında aylıq külli miqdarda pul yığılması ilə bağlı dələduzluq halları “Şərur İnşaat”ın əsas devizlərindən biridir.

Bir neçə gün bundan əvvəl isə şirkətin Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsindəki binasındakı blokların birində içində sakinlərin də olduğu qəzalı lift 9-cu mərtəbədən boşluğa düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Amma bu məsələ əsəbləri onsuz da tarıma çəkilən sakinləri bir az da özündən çıxarıb.

Bina sakinləri özünü komendant adlandıran və hər bir mənzildən aylıq 55-60 manat yığan Fərman adlı şəxsə müraciət etsələr də, o bildirib ki, liftlərin yeniləri ilə əvəzlənməsi qeyri-mümkündür və İsfəndiyar müəllimin buna imkanı çatmır. Odur ki, bu məsələni sakinlər özləri həll etməlidir. Bəs onda belə bir sual yaranır ki, qeyri-qanuni və heç bir qəbz verilmədən yığılan pullar hara gedir?!

“İrəvan SSR” lift zavodunun istehsalı olan və çoxdandır qəzalı vəziyyətə düşən bu liftlər nə üçün müasir və təhlükəsiz qaldırıcı qurğularla əvəz edilmir?! Axı Azərbaycan dövlətinin əsas prioriteti onun vətəndaşının təhlükəsizliyidir, nədən “Şərur İnşaat” Azərbaycan vətəndaşlarını hər an təhlükə ilə üz-üzə qoyur?

Araşdırmamız deməyə əsas verir ki, bu illər ərzində adıçəkilən inşaat şirkəti binalarda Azərbaycan Respublikasının qanunlarına zidd fəaliyyət göstərib, heç bir vergi ödəməyib. Yanğın və digər təhlükəsizlik qaydalarına məhəl qoymayan “Şərur İnşaat” öz fəaliyyətini keçən əsrin 90-cı illəri aspektində, reket şəklində qurub. Qeyd edək ki, yeni tikilən binalarda sakinlər tərəfindən MMMC-lər yaradılmalıdır. Lakin “Şərur İnşaat” buna imkan vermir.

Bəs MMMC nədir?

MMMC – yəni Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti – çoxmərtəbəli binaların idarə edilməsi üçün bina sakinlərinin (binanın sahə mülkiyyətçilərinin) könüllü birliyidir. MMMC qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək, ya da onu bölüşdürmək deyil. MMMC-lərin fəaliyyəti əsasən Mənzil Məcəlləsi əsasında tənzimlənir. Qanunvericiliyə əsasən, çoxmənzilli bina sakinləri MMMC yaradaraq binanın idarə edilməsi məsuliyyətini birbaşa öz üzərilərinə götürürlər. MMC-lərdən fərqli olaraq MMMC-lər kommersiya fəaliyyəti göstərsələr də, əldə edilən gəlir bölüşdürülmür, ancaq Nizamnamə fəaliyyətinə yönəldilir. MMC-lər Dövlət Vergi Xidmətində, MMMC-lər isə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınır.

Xatırladaq ki, bu yaxınlarda Bakının Nərimanov rayonunda, Ceyhun Hacıbəyli – 24 ünvanında “Şərur İnşaat”a məxsus çoxmərtəbəli binanın sütunlarının kəsilməsi faktı da qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri həmin ünvanda reyd keçirib. Bildirilib ki, sütunlar arasında ara məsafə genişləndirilib. Bu isə qanunsuzdur.

Görəsən, “Şərur İnşaat” Türkiyədə baş verən və on minlərlə insanın həyatına son qoyan zəlzələni gözünün önünə gətirirmi?

KONKRET.az-ın ARAŞDIRMA QRUPU
 
Ardını oxu...
Sosial Xidmətlər Agentliyinin sözçüsü şəhid ailələrinin qanunda nəzərdə tutulmuş sanarotiya-kurort güzəştlərilə bağlı ictimailəşdirdiyim məsələ ilə bağlı həmişəki kimi şablon açıqlama verib. Açıqlamadan belə çıxır ki, mən guya yalan danışmışam.

Tribunainfo.az yazır ki, bu sözləri şəhid Vüsal Vəliyevin qardaşı, jurnalist Elyar İslamoğlu yazıb. Sosial Xidmətlər Agentliyinin fəaliyyətsizliyini üzə çıxaran jurnalistin suallarını agentlik əməkdaşları şablon cavablarla yola veirr:

“Saat 09:30-dur, (+994 12) 525 41 30 nömrəsinə az əvvəl zəng etdim, operator xanım xəttdə gözləməyimi istədi, nə qədər gözləsəm də mətbuatla bağlı şöbədən kimisə tapıb mənə yönlədirə bilmədi. Sonra geri dönüş edəcəklərini dedi.
Biraz sonra Sosial Xidmətlər Agentliyindən mobil nömrədən zəng gəldi. Sonuncu dəfə Sosial Xidmətlər Agentliyindən ailəmizi haçan ziyarət etdiklərini, sanatoriya üçün müraciət edəndə həmin qurumdan xanım əməkdaşın mənə verdiyi cavabı, mətbuata verilən şablon açıqlamanı soruşdum. Çünki dəqiq bilirəm ki, Sosial Xidmətlər Agentliyinə rəhbərlik səviyyəsində şəhid ailələrini ziyarət edərək onların problemlərilə maraqlanmaq tapşırığı verilib. Amma bizim ailəmizə nədənsə heç kim gəlməmişdi.
SXA-nın sözçüsü mətbuata verdiyi şablon açıqlamanı təkrarlamaq istədi, imkan vermədim, cavablamağa sözü olmadığı üçün “yazılı sorğu göndərərsiniz, cavablayarıq” dedi.

Bunlar şəhid ailələrinə, qazilərə belə xidmət edir. Telefonla canlı şəkildə sorğuları cavablaya bilmirlər, çünki yalanlarını dərhal üzlərinə vururam.
Bəzi saytlara, jurnalistlərə ayda 100-150 manat göndərərək problemlərin mətbuatda yazılmamasının, ictimailəşdirilməsinin qarşısını almağa çalışırlar.
Özlərinə də dedim, onlarda günah görmürəm, atalar deyib ki, “atı-atın yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olar”. Bir qurumun rəhbərinin nənəsi ermənidirsə, o qurum heç vaxt şəhid ailəsinə, qaziyə normal xidmət göstərməz. Şəhid ailələrindən, yarıcan qazilərdən bacardıqca qohumlarının intiqamını almağa çalışacaq”.

E.İslamoğlu Sosial Xidmətlər Agentliyinə göndərdiyi, lakin hər dəfə şablon cavab aldığı sorğunu bir daha media vasitəsilə göndərərək dəqiq və doğru reaksiya gözləyir:

“Sosial Xidmətlər Agentliyi, şəhid mayor Vüsal Vəliyevin ailəsi rəhbərlik səviyyəsində haçan ziyarət edilib?”
 

 
Ardını oxu...



Hər bir ailədə münaqişələr olur. Lakin ən pisi isə münaqişələrdən doğan acı nəticələrdir. Münaqişələr intihara, cinayətə, boşanmalara belə səbəb ola bilir. Son dövrlər hər 3 hadisənin artdığını nəzərə alsaq, Azərbaycanda münaqişəli ailələrin sayının əvvəlki illərlə müqayisədə artdığını deyə bilərik.
Ardını oxu...

Psixoloqlar hesab edirləır ki, hər bir ailədə münaqişə və konflikt olmalıdır. Lakin onların nəticələri hər iki şəxsdən asılı olan məsələdir. Tərəflər münaqişəni həm müsbət, həm də mənfi tərəfə çevirə bilərlər. Ailədə münaqişənin olması həmin ailənin problemli olması demək deyil. Əksinə, problem daha çox səssiz ailələrdə olur. Belə bir deyim də var ki, əgər ailədə səssizlikdirsə, demək onun ardından fırtına qopacaq. Belə ailələr daha təhlükəlidirlər. Çünki onların biri ilə mübahisə edəcək, paylaşacaq belə mövzuları yoxdur.
Lakin münaqişələrin qətllə, intiharla nəticələnməsi artıq bərpa olunmayan itkiyə səbəb olur. Hətta öz ardınca yeni cinayətləri dartıb gətirə bilər. Ən acınacaqlı hal isə hüquq-mühafizə və cinayət təqibi orqanlarının belə faktlara düzgün hüquqi qiymət verməməsidir.
Laçın rayonunun Ağcakənd kəndində qeydiyyatda olan 1953-cü il təvəllüdlü Gülməmədova Əfruz Binnət qızı bildirir ki, qardaşı Zamanov İntiqamın düşməni elə oğlu Elgündür: “Özü deyir ki, mən atamı deşik - deşik edəcəkdim. Məgər baş prokurorluq görmür bunu, əsl qatil nə səbəbə çöldə azad gəzir?”
Ardını oxu...

Ə,Gülməmmədova qardaşının cibindən çıxan intihar məktubuna istinad edərək, həmçinin əlində Elgünün öz atasını ailə münaqişəsi zəminində hədələdiyini etiraf etdiyini təsdiqləyən səs yazısının olduğunu bildirir və iddia edir ki, Suraxanı rayon prokurorluğu rüşvət qarşılığında cinayəti ört-basdır etmək istəyir: “Elgün evini və maşının satıb, özünü cəzadan qurtarmaq istəyir. Suraxanı prokurorluğu ilk əvvəl hətta heç faktla bağlı cinayət işi açmamışdı. Lakin biz – mərhumun bacıları və digər qohumları Prezident Administrasiyasında Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərovun qəbulunda olandan sonra cinayət işi açıldı. Bununla belə görünən odur ki, rayon prokuroru Rəşid Mahmudov və prokurorluğun müstəntiqi Tamerlan müəllim işi bağlamağa meyllidirlər”.
Redaksiyamıza iddiasının sübutu kimi qiymətləndirilə biləcək, həmçinin Elgünün rüşvət kimi istənilən məbləği öyrənmək istəyini ifadə edən, işi bağlamaq üçün vasitəçi axtardığını və əmlakını satmağa hazır olduğunu bildirdiyi səs yazısını da təqdim edən Ə.Gülməmmədova və digər qohumları baş prokuror cənab Kamran Əliyevdən xahiş edirlər ki, cinayət işinin təqibini ədalətsiz, qeyri-obyektiv aparan Suraxanı rayon prokurorluğundan alınıb başqa prokurorluq orqanına verilməsinə köməklik göstərsin.
İbrahim Hümbətov

Ardını oxu...


Ardını oxu...
 

Azərbaycanda uşaq bağçasından yayılan görüntülər müzakirələrə səbəb olub.

 

Sfera.az bildirir ki, bağça tərbiyəçisi Cəmilə adlı azyaşlıya əmrinə tabe olmadığı üçün qışqırıb, fiziki təzyiq göstərib, qeyri-etik ifadələr işlədərək uşağın valideynlərini söyüb.

 

Görüntünün hansı bağçada çəkildiyi məlum deyil.

 
Ardını oxu...
 
 
 
 
 



Həmin görüntüləri təqdim edirik:

 

(Bizim.media)

 
 

Ardını oxu...
DİA.AZ: - Göyçayda kəndçilərə taxılı biçmək üçün kombayn vermirlər. Artıq narazı vətəndaşlar üsyan həddindədir. DİA.AZ bildirir ki, onlar Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədova müraciət edərək kömək istəyirlər.

Göyçay rayonu Çaxırlı kənd sakini Baxışov Babək Cavanşir oğlu əkdiyi sahəsini ində biçə bilməməsindən, 1000 hektardan çox taxıl zəmisinin məhv olma təhlükəsi ilə üz-üzə qalmasından giley edir. DİA.AZ-ın məlumatına görə, narazı vətəndaş onların kəndinə cəmi bir kombaynın ayrıldığını, onun da hər kəsə verilmədiyini bildirir.

Narazı vətəndaş Prezidentə xitabən bildirir: "Mən Göyçay rayonu icra hakimiyyətinə də bildirmişəm. Amma şikayətimə baxan yoxdur. Cənab Prezident, sizdən xahiş edirəm... kömək edin..."

Daha ətraflı aşağıdakı videoda:


Ardını oxu...
Öncəliklə xatırladaq ki, ötən həftə saytımızda (realmedia.az-red) “Xocavənd icra hakimiyyəti və KTN 57 gün erməni əsirliyində qalan ll-ci qrup Qarabağ əlilinin haqqını yeyir…” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda söhbət l -ci Qarabağ müharibəsi zamanı düşmən tərəfindən əsir götürülərək 57 gün erməni girov saxlanılmış, bu müddət ərzində dəhşətli işgəncələr yaşamış, Xocavənd rayon Qaradağlı kənd sakini, ll-ci qrup Qarabağ əlili, Şirinov Elşən Elman oğlunun indi də Xocavənd rayonunun bir qrup yerli məmurları tərəfindən üzləşdiyi haqsızlıqlardan və süründürməçilikdən yazmışdıq.



Hətta qeyd etmişdi ki, Elşən Şirinov üzləşdiyi problemlərdən dolayı onu süründürməçiliyə salan, haqqını mənimsəyən Kənd Təsərrüfatı Nazirliyinin Xocavənd rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rafael Mustafayevlə aralarında baş verən mübahisəni əks etdirən səs yazısını da redaksiyamıza təqdim edib. Və yaxın günlərdə həmin səs yazısını təqdim edəcəyimizi də vurğulamışdıq. Artıq vədimizə əməl edib, oxucularımızı çoxda intizarda saxlamaq istəmirik. Həmən səs yazısını həm oxucularımıza həm də aidiyyəti üzrə səlahiyyətli şəxslərin diqqətinə ərz edirik:



P.S. Elşən Şirinova Xocavənd rayon icra hakimiyyətinin başçısının 14 avqust 2014-cü il tarixli, 56 nömərli Sərancamına əsasən, ona kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün Xocavənd rayon Ağburun ərazisindən icarə yolu ilə 100 (bir yüz) hektar torpaq səhəsi ayrılaraq, 15 (on beş) il müddətində istifadəsinə verilmişdir. Həmçinin də icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu planı da, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xocavənd rayon şöbəsi tərəfindən də hazırlanmış və təsdiq edilmişdir.
Xocavənd rayon İHB-nın 14.08.2014-cü il tarixli, 56 saylı sərəncamına əsasən bağlanmış 15.08.2014-cü il tarixli 10 saylı icarə müqaviləsinə əsasən, Şirinov Elşən Elman oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən də həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Və son 2 ilə qədər də Elşən Şirinov dövlətin əkin üçün ayırdığı subsidiyalardan yararlana da, artıq 2 ildir ki, Elşən Şirinov subsidiyaları ala bilmir. Daha doğrusu, KTN -nin Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rafael Mustafayev bunu ona vermir. Ondan 5000 (beş min) manat rüşvət istəyir. O da tələb olunan rüşvəti vermədiyi üçün subsidiyadan məhrum edilib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

RealMedia.az



Dünyapress TV

Xəbər lenti