Ardını oxu...
İcra başçısı son zamanlar kriminal jarqonla danışır, böyük-kiçik söhbəti edir…
Əziz Əzizovun həbsi qaçılmazdır…
Suraxanının icra başçısı Əziz Əzizov haqqında yazmaq istəyərkən, xeyli fikirlər yada düşdü. Dünyanın tanınmış alimi Lütfizadə deyirdi: “Əgər əlində tutduğun yeganə alət çəkicdirsə, hər şey sənə mismar kimi görünəcək”. Birini də biz deyək: “Arpa, noxud satanın 100-150 minlik rayonun icra başçısı olması, rəngsazın, “malyar”ın Rəssamlar İttifaqına rəhbərlik etməsi kimidir... Ümumiyyətlə, alverçinin icra başçısı olması, o rayonun sakinləri üçün fəlakətdir...
Gəlin konkret olaraq Əziz Əzizovun həyat yoluna nəzər salaq. Əziz İmran oğlu Əzizov 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. M. Əzizbəyov adına Neft və Kimya Akademiyasının bitirmişdir. Və 1985–1986-cı illərdə Tramvay parkında xətt sahəsi təmiri ustası, 1986–1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta işləmişdir... 1996–2006-cı illərdə Sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Cənab Prezidentin 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Birincisi, Əziz Əzizov yazır ki, 10 il ( 1996-2006) sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Görəsən Əziz Əzizov 10 il hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olub ? Tanıyanlar bilir ki, bu adam 10 il buğda, arpa, hətta noxud satmaqla məşğul olub.
Bəli, bu adam xeyli müddət rayonlardan pivəxanalara NOXUD satıb. İndi özünüz təsəvvür edin ki, arpa, noxud satan günün birində Cəlilabad boyda rayonun icra başçısı olur. Biz əbəs yerə yazmadıq ki, əgər əlindəki yeganə cihaz çəkicdirsə... Bu adam üçün ancaq CİBİ var, onun üçün inanmırıq ki, başqa nəsə haqqında düşünsün.
Təsəvvür edin ki, bu adam bacısıoğlu olan sürücüsünü, özünə hüquqi məsələlər üsrə müşavir təyin edir. Atalar demişkən, kor atın kar nalbəndi, yaxud arpa satan icra başçısının da şofer-hüquqşünas müşaviri olar...
Sözün qısası, arpa-noxud satan Əziz Əzizov 12 il Cəlilabad boyda rayonun icra başçısı oldu. Və rayonda daşı-daş üstə qoymadı. Əlinə nə keçdi satdı, taladı. Rayonda yüz hektarlarla üzüm sahələrini Əziz Əzizov özününküləşdirdi. Cənab başçının rayonda restoranları, otelləri, marketləri fəaliyyətə başladı. Cəlilabadla kifayətlənməyən Əziz Əzizov biznesinin bir hissəsini Neftçala rayonuna köçürdü. Neftçalada Əziz Əzizovun qoyun sürüləri, heyvandarlıq fermaları, araq dükanları və daha nələri. Neftçalanın o zamankı icra başçısı, hazırda məhkum həyatı yaşayan İsmayıl Vəliyev az qala özü Əziz Əzizova çobanlıq edirdi.
Bəli, çox qısa olaraq qeyd edək ki, Əziz Əzizov bir zamanlar Fərhad Əliyevə mənsub olan üzüm bağlarını ələ keçirdi, mini şərab zavodlarını işə saldı. Biz hələ Əziz Əziovun İranla kartof biznesindən, Rusiyaya vaqonlarla nar ixrac etməsindən danışmırıq.
Sözün qısası, Cəlilabaddan Yasamala gələn Əziz Əzizov pilot layihə adı altında Sovetksidə minlərlə ailənin evini uçurdu və milyonlar qazandı. Adi JEK müdirlərini dəyişməyin qiymətini qaldırdı. Nəhayət Əziz Əzizov Surxanıya icra başçısı gəldi. Və bundan sonra Suraxanının qara günləri başladı. Əziz Əzizov Hövsanda hər kv. metr torpağa görə 50 manat rüşvət alırdı. 1 kv.m ee....
Bütün bunlar azmış kimi, sakinlər Əziz Əzizovu iş yerində tapa bilmirlər.
Sakinlər deyir ki, dəfələrlə icra başçısının qəbuluna getsələr də, onları müavin və ya köməkçi dinləyir, icra başçısı ilə görüşə bilmirlər: “Hər dəfə deyirlər ki, icra başçısı tədbirdədir, əraziyə gedib, gözləyin, gələcək. Gözləyirik, başçı gəlib işə dəyir və tez də çıxıb gedir”. İcra başçısı Əziz Əzizov rayon sakinlərinin problemlərini həll etmək əvəzinə küçə ticarətini gücləndirir və hər ay yüz minlər qazanır.
Biz hələ Əziz Əzizovun Ağcabədinin icra başçısı Rafil Hüseynovla qudalığından, kürəkəni Şəhriyar Hüseynzadənin polis orqanlarından qovulmasından, Xırdalandakı mərmər sexində baş verənlərdən, Yasamaldakı Dövlət parklnda etdiyi qanunsuz əməllərdən danışmırıq.
İndi isə keçək Əziz Əzizovla bağlı son xəbərlərə. Bu adam qazandığı milyonlardan o qədər havalanıb ki, bütün xətləri tapdalayıb keçir, öz “razmer”inə uyğun olmayan sözlər danışır. Və məclislərdə deyir ki, Kərəm Həsənov mənim kiçiyimdir. Deyəsən Əziz Əzizov qohum-əqrəbasının ona BOSS deməsindən həvəsə düşüb, böyük-kiçiyin yerini səhv salır haa... Bu adam anlamır ki, Kərəm Həsənov kimilər danışan yerdə Əziz Əzizov kimilər ağzına ..su alıb susmalıdır. Yeri gəlmişkən, Əziz Əzizovun dayısı da kriminal olduğu üçün icra başçısı da kriminal jarqonlarla danışır.
Yeri gəlmişkən, Əziz Əzizov dostlarına deyir ki, Hacıbala Abutalıbov da Suraxanıdan Bakıya Mer gəlmişdi, mən də yaxın zamanda Bakının Meri olacam. Bəli, Əziz Əzizov sinif yoldaşı, ən yaxın dostu rəhmətlik Kamil müəllimlə aralarında olan münasibətdən sonra gərək idi ki, qohumlarına salam verməsin. Adam da dostunun...
Avazın yaxşı gəlir, Əziz Əzizov, amma yaxın zamanda səni də dostlarının yanına aparacaqlar. Bir sözlə, Əziz Əzizovun həbsi qaçılmazdır.
Növbəti yazımızda oxuyacaqsınız. Əziz Əzizov Nəsimi rayonunda olan bağça müdirəsinə böyük diqqət və qayğı göstərərək, nələr edir.
Əliyev Eldəniz Əliqulu oğluna Prezident Yanında Akademiyaya göndəriş necə verildi?
Şöbə müdiri, Hüseynov Elman Mehman oğlu Suraxanıda yerləşən şadlıq evini və son model, ağ rəngli "Volvo" avtomobilini 700 manat məvaciblə necə aldı?
Əziz Əzizovun "Qismət" şadlıq evinin qarşısındakı dövlət parkında özünə tikdirdiyi 3 ədəd restoranı 2 milyon 400 minə hansı məqsədlə satır.
Nə üçün qohumları Əziz Əzizova "BOSS" deyərək müraciət edir?
3-cü sinifdə oxuyarkən Əziz Əzizov nə üçün uzun müddət xəstəxanada müalicə alıb? Bu hadisədən sonra sinif yoldaşları ilə nə üçün incik olub?
Əziz Əzizovun qudası, Agcabədi rayonunun icra başçısı Rafil Hüseynovla nə üçün münasibətləri pozulub?
P.S. Əziz Əzizov, sənin orta məktəb qiymətlərini və ali məktəbdə təhsil aldığın zaman, aldığın qiymətlərə nəzər salaraq, belə qənaətə gələrək öz fikrimi bildirirəm. Mənim 10 dənə qoyunum olsa, sənə etibar etmərəm, aparıb hamısını itirərsən.
gundelik baki.com
 

Ardını oxu...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 6 saylı Yol İstismar İdarəsinin sabiq rəisi, həmişə “doğrunun bağrını yarmaq üçün ucadan bağıran”, onu tənqid edən jurnalistləri məhkəməyə verən Şükür Astanov idarə rəhbərliyindən gedəndən sonra öz yerinə bacısı oğlu Zülfüqar Xəlilovu təyin etdirdi. Bununla da Şükür bəy özünə məxsus, oğlunun adına təsis etdiyi “ORİON – E” MMC-nin də 6 saylı Yol İstismar İdarəsi ilə korruptiv işbirliyini davamlı, əbədi və dönməz etməyə çalışdı.

Qohumbazlıq əsaslı korrupsiyanın bariz təzahürü olan bu müəssisələr tandeminin işi yolun davamlı və keyfiyyətli olmasına yox, dövlət vəsaitini necə mənimsəməyə hesablanıb. Bunu Agentliyin sədri cənab Saleh Məmmədov yaxşı görür və nədənsə Şükür Astanovun yaxın qohumlarının yolun keyfiyyətindən oğurlamalarının qarşısını almaq istəmir.

Dəryaz qəzetinin redaksiyasına məlumat verən mənbə bildirir ki, 6 saylı Yol İstismarı İdarəsinin və podratçı şirkət “ORİON”-E MMC — nin Beyləqan rayonu Saru-Su kənd yollarını təmir adı ilə bərbad hala salmaları barədə mediada çoxdandır ki, video-materialların müşayiəti ilə məlumatlar yayılır. Sakinlər bildirirlər ki, MMC kənd üçün üstü bəzək, altı təzək bir yol çəkib. Belə ki, yol infrastrukturu prosesi həyata keçirilərkən yolun alt qatı qaşınıb (firezlənib) götürülür və bərkitmə işi aparıldıqdan sonra, şeben, çınqıl, qravil və sair komponentlərdən istifadə olunduqdan sonra üzərindən 12-15 sm asfalt qoyulur. Yol tikintisi zamanı yuxarıda qeyd edilən komponentlər ona görə vurulur ki, yolda çökmə olmasın. Lakin AAYDA-nın sevimli “ORİON-E” MMC-si yolun alt qatına şebel, qrabil, çınqıl (bərk materialdan) deyil, onların yerinə yerli ekosistemə zərər vurmaqla yaxın ərazidən qaşıtdıraraq daşıdığı torpaqdan istifadə edir. Hansı ki, yol infrastrukturu prosesi zamanı torpaqdan istifadə edilmir.

Bildirilir ki, eyni əliəyriliklərə Biləsuvar rayonunun Bağbanlar kəndinin yolunun çəkilişində də qol qoyulub. Şübhəsiz, məhz həmin qanunsuz mənimsənilmiş dövlət vəsaitinin hesabınadır ki, Şükür özü 550 min manata sonuncu model “Range Rover”, oğlu isə 200 min manatlıq “Pikap” avtomobilləri alıblar.

Haqlı sual doğur: 10 milyonluq ölkədə Şükür Astanovun işini davam etdirməyə onun oğlundan və bacısı oğlundan daha bacarıqlı mütəxəssislər tapılmırdılarmı?

P.S. Bu yaxınlarda əməkdaşımız İmişlidə olarkən Şükür Astanova məxsus olan asfalt zavodunun ətrafa buraxdığı qara tüstünün videosunu çəkib. Növbəti sayımızda həmin videonu və mövzunu davam etdirəcəyik

Deryaz.az


 

 
Ardını oxu...
 
Qanunları, dövlət qurumlarını saymayan Ülviyyə Səlimovanın arxasında kim dayanır..?  
Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən, ev 29/1 ünvanda yaşayan, Zəngilandan olan məcburi köçkün, müharibə veteranı Həsənov Əlövsət  Qabil oğlu cavabdeh, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən, ev 59 ünvanda yaşayan Səlimova Ülviyyə Kərim qızı barəsində iddia ərzisəi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edib: “Mən ailəm ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən, ev 29/1 ünvanda yaşayıram. Qonşumuz  Səlimova Ülviyyə Kərim qızı həyətimin giriş qapısına mişar daşları ...tökdürmüş və bunun nəticəsində mənim həyətə giriş çıxışım demək olar ki, mümkünsüz olmuşdur, bir sözlə bizə maneə yaratmışdır. Bu hadisə hətta bir dəfə də olmuş və xəbərdarlıqdan sonra o bu maneəni aradan qaldırmış, lakin yenə də öz qanunsuz hərəkətlərini  davam etdirmiş, indi isə maneəni aradan qaldırmaq istəmir. 
Mən bu barədə Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə də müraciət etmişdim və oradan mənə məhkəməyə müraciət etməyi bildirdilər. Mən bu barədə polisə də müraciət etmişəm. Oradan da gəlib akt tərtib ediblər. Lakin o öz hərəkətini davam etdirir. Mən bu işin sülhlə qurtarmasını ona təklif etsəm də cavabdeh heç cürə hərəkətlərindən əl çəkmir. Ona görə də məcbur olub məhkəməyə müraciət etdim. Məhkəmədə pozulmuş hüquqlarım məhkəmə tərəfindən qorundu və bərpa olundu. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə verilir. Bildirirəm ki, Dövlət rüsumu barədə qanuna əsasən  məcburi köçkünlər dövlət rüsumundan azaddırlar. 
Yuxarıda göstərilənləri nəzərə alaraq AR İPM-nin müvafiq maddələrini nəzərə alaraq  XAHİŞ EDİRƏM: Cavabdeh Səlimova Ülviyyə Kərim qızı tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən, ev 29/1 həyətinə gətirilib qoyduğu mişar daşlarının onun tərəfindən götürülməsi və ona bu qanunsuz hərəkətlərinin gələcəkdə də davam etdirməməsi üçün qadağan edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirəm”. Tarix : 19.08.2022 Şikayətçi Həsənov Əlövsət Qabil oğlunun iddia ərizəsində qeyd etdikləri təqdim etdiyi sənədlərlə təsdiqlənir. Belə ki, Sabunçu RİH Başçısının Ramana qəsəbəsi inzibati ərazi  dairəsi üzrə nümayəndəsi A.M.Qasımovun imza və möhürlə təsdiq elədiyi sənəddən ( N 128, 21.07. 2022) görünür ki, Səlimova Ülviyyə Kərim qızının qanunsuz hərəkəti bir dəfə də olmuşdur və nümayəndəliyin əməkdaşları yaşayış evinin giriş qapısındakı mişar daşlarını təmizləyiblər. 
Şikayətçinin polisə müraciəti də aktlaşdırılmışdır. Bütün bunlara baxmayaraq Səlimova Ülviyyə Kərim qızı öz qanunsuz əməlini təkrar olaraq davam etdirmişdir. Və iddia  ərizəsi Sabunçu Rayon Məhkəməsində icraata qəbul edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli bildirişindən görünür ki, Səlimova Ülviyyə Kərim qızının nə özü, nə də nümayəndəsi məhkəmədə iştirak etməyib və gəlməməyin səbəbi barədə  məhkəməyə sübut təqdim etməmişdir. Nəticədə Sabunçu Rayon Məhkəməsi 31 yanvar 2023-cü il tarixdə qiyabi qətnamə ( 2(008)-5955/2022)) qəbul etmişdir ( hakim Həqiqət Mahmudova ). 
Qətnamədə qeyd olunur: İddia tələbi təmin edilsin. Cavabdeh Səlimova Ülviyyə Kərim qızı tərəfindən  giriş-çıxışı məhdudlaşdırmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən ünvanında  Həsənov Əlövsət Qabil oğlunu faktiki sahibliyi və istifadəsində olan 29/1 a saylı evin həyətinə ( həyətyanı sahəsinə ) yerləşdirilmiş mişar daşlarının götürülməsi öhdəliyi  Səlimova Ülviyyə Kərim qızının üzərinə qoyulsun. Cavabdeh Səlimova  Ülviyyə Kərim qızından 100 ( bir yüz ) manat dövlət rüsumu tutularaq AR-nın Dövlət Büdcəsinə ödənilsin. 
Sabunçu İcra və Probasiya şöbəsi isə məhkəmənin Azərbaycan Respublikası adından qəbul etdiyi qətnaməni icra etmək istəmir. Şikayətçi Həsənov Əlövsət Qabil oğlu bildirir ki, qətnamənin icra olunması üçün dəfələrlə Sabunçu rayonu İcra və Probasiya şəbəsində olmuşam. İcraçı Vüqar Alıyev məni süründürür, hər dəfə məni aldadır, faktiki olaraq qətnaməni icra etmək istəmir. Həsənov Əlövsət Qabil oğlu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovdan xahiş edir ki, qətnamənin icra olunması üçün göstəriş versin.

 
Ardını oxu...
 

Mühafizənin rəisi Gəray niyə Elnarənin otağından çıxmır..?  Mərkəzdə  Kadr şöbəsinin müdiri Kəmalənin qiymətləri: tibb bacısı işə düzəlmək 6 min, sanitarka 3 min... Bu gün paylaşılan bir xəbər  yazacağımız mövzu ilə bağlı olduğu üçün  lap yerinə düşdü. Belə ki, yayılan xəbərdən bəlli olur ki, yaralı qadın 11 saylı Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzinə gətirilib. 
Məlumatdan o da bəlli olur ki, təcili yardım xidmətinin əməkdaşları yaralını xərəklə  rentgen otağına apararkən XƏRƏK NASAZ  olduğundan qadın orada yerə düşüb və ağır xəsarət alaraq ölüb. Bu 3 cümlə Azərbaycan səhiyyəsinin necə, hansı durumda olduğunu çox dəqiq göstərir. Doğrudan da, XXI əsrdə Azərbaycanda Kardiologiya İnstitutunda rentgen aparatı yoxdursa, ağır xəstə bir arayış  almaq üçün 5-6 tibb müsəssisəsini dolaşmalıdırsa, yaxud xərəkdən yıxılaraq ölürsə, indi özünüz  səhiyyəmizi təsəvvür edin... Yaxud Allah qoymasa, cərrah həkim xəstənin kor bağırsağı əvəzinə onun nazik bağırsağını kəsib ömürlük şikəst edirsə, hansı səhiyyədən danışmaq olar..? 
Vallah bura qəssəbxana deyilsə necə olar?.. Yaxud  dövlət 100 minlərlə vəsait ayırır, müasir tibbi avadanlıqlar alınır, baş həkimlər isə həmin avadanlıqları özəl xəstəxanalara satırsa, biz nədən danışa bilərik... 
Sözün qısası, Sabunçu Tibb Mərkəzində xəstənin xərəkdən yıxılb ölməsi mövzuya giriş oldu... Ümumiyyətlə, Sabunçu Tibb Mərkəzinin tabeçiliyində olan 2 nömrəli Doğum Evində, 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, 3 nömrəli Şəhər Klinik Xəstəxanasında vəziyyət dözülməz həddə çatıb. 
Məlumat üçün qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Mərkəzin direktoru vəzifəsinin icrasını Cahangir Həsənova həvalə edilib. O, buna qədər həmin tibb müəssisəsində direktor müavini olub. Sabunçu Tibb Mərkəzinin Baş tibb bacısı Roza Məmmədovanın, Şua-diaqnostika şöbəsinin müdiri Mürsəl Əliyevin, Heyran Quliyevanın, Məmməd Mövsümzadənin əməlləri barədə ötən yazılarda bəhs etdiyimiz üçün təkrarçılığa ehiyac görmədik. Bu yazıda əsasən 3 saylı Sabunçu Tibb Mərkəzində Mühafizə Xidmətinin rəisi olan Gərayın, Terapiyada reanimasiya şöbəsinin müdiri olan Elnarənin, baş mühasib Zəminənin, Kadrlar şöbəsinin müdiri Kəmalənin, Terapiya şöbəsində çalışan Nigar xanımın əməllərindən bəhs edəcəyik. 
Ötən yazılarımızdan bəlli olduğu kimi, Mühafizənin rəisi Gəray Şua-diaqnostika şöbəsinin müdiri Mürsəl Əliyevin yaxın qohumudur. Gəray öz işindən başqa Tibbi Mərkəzdə bütün işlərə müdaxilə edir və gününün çoxu isə reanimasiya şöbəsinin  müdiri olan Elnarənin otağında keçir və saatlarla oradan çıxmır. Gərayın qəbul zamanı qadını itələyərək yerə yıxması isə başqa bir yazının mövzusudur. Yeri gəlmişkən, bu barədə yotube-də material var. 
Məlumata görə, Elnarə sabiq direktorun qızı, Suraxanıda 12 saylı poliklinikanın baş  həkimi Günel xanımın baldızıdır. Deyilənlərə görə, reanimasiya şöbəsinin müdiri olan Elnarənin ali təhsili yoxdur... Bu sizə təəccüblü gəlməsin. Bu yaxınlarda Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı demişdir ki, həkim diplomu alıb harada, necə oxuduğu bəlli olmayan şəxslər var, Tibb Universitetinin rektoru ilə bu məsələni müzakirə etmişik. 
Təsəvvür edirsinizmi, həkim diplomu var, amma haranı bitirdiyi bəlli deyil... Elnarə xanım da yəqin ki, bunlardan biridir. Tibbi Mərkəzin baş mühasibi Zəminə xanım da bekar dayanmır, onun-bunun adına maaş yazaraq mənimsəyir, işçilərin maaş kartlarını cibində gəzdirir. Hələ bu harasıdır...? Sabunçu Tibb Mərkəzinin Kadrlar şöbəsinin müdiri Kəmalə xanım isə işə götürülən şəxslərə konkret qiymət qoyub: Tibb bacısı işə düzəlmək üçün 6 min manat, sanitarka işə düzəlmək üçün 3 min manat, şöbələr arası yerdəyişmə üçün 600 manat verməlisən. Terapiya şöbəsindəki  Nigar xanım da sağlamlıq arayışlarını 20-30 manata sataraq pul qazanır. 
Yeri gəlmişkən, Mərkəzin hazırda direktoru vəzifəsini icra edən Cahangir Həsənovdan kollektivin gözləntiləri böyük idi. Çünki Cahangir  həkim uzun illər mərkəzdə direktor müavini olub, hamı düşünürdü ki, müsbət dəyişikliklər edə bilər. Amma Cahangir Həsənov kollektivin ümidlərini doğrultmayıb. 
Məlumat üçün qeyd edək ki, Sabunçu Tibb Mərkəzində 1-3-5-ci günlər hərbi çağırışçıların qəbul günüdür. Valideynlər tibb komissiyalarına gəlib getməkdən bezirlər, süründürməçilk baş alıb gedir, məqsəd də valideynlərdən pul almaqdır. Valideynlər deyir ki, bir hərbi çağırışçını neçə dəfə  tibb müayinədən keçirirərlər. Dəfələrlə Sabunçu Tibb Mərkəzində İlqar Qaracayevin  “neqodnu”, “narko-test” tibb arayışı biznesindən bəhs etmişik. Düzdür hazırda İlqar Qaracayev komissya sədri olmasa da, travmatologiya şöbəsinin müdiridir və köhnə ampuluasında qalmaqda davam edir. Sabunçu Tibb Mərkəzində başqa bir maraqlı persona da var. Kabinetində həmişə qara “oçki”də olur, bunun rəmzi mənası aydındır, bu barədə növbəti yazıda. 
Yeri gəlmişkən, Tibbi Mərkəzin kollektivi yeni direktorun kim olacağını səbrsizliklə gözləyir. Deyirdilər ki, Respublika Klinik Xəstəxanasından Elgiz həkim gəlir. Nə isə gələsi olmadı. İndi kimlərsə yeni direktor axtarışına  çıxıblar... 
Redaksiyamıza daxil olan bir şok xəbər də var. Deyilənə görə, Mərkəzin bütün kameraları sabiq direktorun telefonuna qoşulub və o, burada baş verən hər olayı izləyir, hələ də mərkəzi öz nəzarətində saxlayır. Bütün bu sadaladıqlarımız bir müddət əvvəl oxşar qurumda, yəni Nizami Tibb Mərkəzində də baş verirdi. Ancaq Mərkəzin direktoru Nurməmməd Yarıyev cəzasını alandan sonra vəziyyət dəyişib. Ümid edirik ki, Sabunçu Tibb Mərkəzini rəzil günə qoyanları da eyni aqibət gözləyir. Kimin qohumu olursansa ol, fərq etməz. 
Yazı çapa hazırlanarkən əldə etdiyimiz məlumatdan bəlli oldu ki, bu gün Cahangir Həsənov da vəzifəsindən azad olunub, deyilənə görə, Sabunçu Tibb Mərkəzinə sabahdan Respublika Klinik  Xəstəxanasından gələn həkim rəhbərlik edəcək.
P.S. Özünüzün qara əməllərinizi gizlətmək üçün dostlarımızın qapısını döyməyin.

 
Ardını oxu...
 

İcra başçısı son zamanlar kriminal jarqonla danışır, böyük-kiçik söhbəti edir… 
Əziz Əzizovun həbsi qaçılmazdır… 
Suraxanının icra başçısı Əziz Əzizov haqqında yazmaq istəyərkən, xeyli fikirlər yada düşdü. Dünyanın tanınmış alimi Lütfizadə deyirdi: “Əgər əlində tutduğun yeganə alət çəkicdirsə, hər şey sənə mismar kimi görünəcək”. Birini də biz deyək: “Arpa, noxud satanın 100-150 minlik rayonun icra başçısı olması, rəngsazın, “malyar”ın Rəssamlar İttifaqına rəhbərlik etməsi kimidir... Ümumiyyətlə, alverçinin icra başçısı olması, o rayonun sakinləri üçün fəlakətdir... 
Gəlin konkret olaraq Əziz Əzizovun həyat yoluna nəzər salaq. Əziz İmran oğlu Əzizov 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. M. Əzizbəyov adına Neft və Kimya Akademiyasının bitirmişdir. Və 1985–1986-cı illərdə Tramvay parkında xətt sahəsi təmiri ustası, 1986–1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta işləmişdir... 1996–2006-cı illərdə Sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Cənab Prezidentin 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 
Birincisi, Əziz Əzizov yazır ki, 10 il ( 1996-2006) sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Görəsən Əziz Əzizov 10 il hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olub ? Tanıyanlar bilir ki, bu adam 10 il buğda, arpa, hətta noxud satmaqla məşğul olub. 
Bəli, bu adam xeyli müddət  rayonlardan pivəxanalara NOXUD satıb. İndi özünüz təsəvvür edin ki, arpa, noxud satan günün birində Cəlilabad boyda rayonun icra başçısı olur. Biz əbəs yerə yazmadıq ki, əgər əlindəki yeganə cihaz çəkicdirsə... Bu adam üçün ancaq CİBİ var, onun üçün inanmırıq ki, başqa nəsə haqqında düşünsün. 
Təsəvvür edin ki, bu adam bacısıoğlu olan sürücüsünü, özünə hüquqi məsələlər üsrə müşavir təyin edir. Atalar demişkən, kor atın kar nalbəndi, yaxud arpa satan icra başçısının da şofer-hüquqşünas müşaviri olar... 
Sözün qısası, arpa-noxud satan Əziz Əzizov 12 il Cəlilabad boyda rayonun icra başçısı oldu. Və rayonda daşı-daş üstə qoymadı. Əlinə nə keçdi satdı, taladı. Rayonda yüz hektarlarla üzüm sahələrini Əziz Əzizov özününküləşdirdi. Cənab başçının rayonda restoranları, otelləri, marketləri fəaliyyətə başladı. Cəlilabadla kifayətlənməyən Əziz Əzizov biznesinin bir hissəsini Neftçala rayonuna köçürdü. Neftçalada Əziz Əzizovun qoyun sürüləri, heyvandarlıq fermaları, araq dükanları və daha nələri. Neftçalanın o zamankı icra başçısı, hazırda məhkum həyatı yaşayan İsmayıl Vəliyev az qala özü Əziz Əzizova çobanlıq edirdi. 
Bəli, çox qısa olaraq qeyd edək ki, Əziz Əzizov bir zamanlar Fərhad Əliyevə mənsub olan üzüm bağlarını ələ keçirdi, mini şərab zavodlarını işə saldı. Biz hələ Əziz Əziovun İranla kartof biznesindən, Rusiyaya vaqonlarla nar ixrac etməsindən danışmırıq. 
Sözün qısası, Cəlilabaddan Yasamala gələn Əziz Əzizov pilot layihə adı altında Sovetksidə minlərlə ailənin evini uçurdu və milyonlar qazandı. Adi JEK müdirlərini dəyişməyin qiymətini qaldırdı. Nəhayət Əziz Əzizov Surxanıya icra başçısı gəldi. Və bundan sonra Suraxanının qara günləri başladı. Əziz Əzizov Hövsanda hər kv. metr torpağa görə 50 manat rüşvət alırdı. 1 kv.m ee.... 
Bütün bunlar azmış kimi, sakinlər Əziz Əzizovu iş yerində  tapa bilmirlər. 
Sakinlər deyir ki, dəfələrlə icra başçısının qəbuluna getsələr də, onları müavin və ya köməkçi dinləyir, icra başçısı ilə görüşə bilmirlər: “Hər dəfə deyirlər ki, icra başçısı tədbirdədir, əraziyə gedib, gözləyin, gələcək. Gözləyirik, başçı gəlib işə dəyir və tez də çıxıb gedir”. İcra  başçısı Əziz Əzizov rayon sakinlərinin problemlərini həll etmək əvəzinə küçə ticarətini gücləndirir və hər ay yüz minlər qazanır. 
Biz hələ  Əziz Əzizovun Ağcabədinin icra başçısı Rafil Hüseynovla qudalığından, kürəkəni Şəhriyar Hüseynzadənin polis orqanlarından qovulmasından, Xırdalandakı mərmər sexində baş verənlərdən, Yasamaldakı Dövlət parklnda etdiyi qanunsuz əməllərdən danışmırıq. 
İndi isə keçək Əziz Əzizovla bağlı son xəbərlərə. Bu adam qazandığı milyonlardan o qədər havalanıb ki, bütün xətləri tapdalayıb keçir, öz  “razmer”inə uyğun olmayan sözlər danışır. Və məclislərdə deyir ki, Kərəm Həsənov mənim kiçiyimdir. Deyəsən Əziz Əzizov qohum-əqrəbasının ona BOSS deməsindən həvəsə düşüb, böyük-kiçiyin yerini səhv salır haa... Bu adam anlamır ki, Kərəm Həsənov kimilər danışan yerdə Əziz Əzizov kimilər ağzına ..su alıb susmalıdır. Yeri gəlmişkən, Əziz Əzizovun dayısı da kriminal olduğu üçün icra başçısı da kriminal jarqonlarla danışır. 
Yeri gəlmişkən, Əziz Əzizov  dostlarına deyir ki, Hacıbala Abutalıbov da Suraxanıdan Bakıya Mer gəlmişdi, mən də yaxın zamanda Bakının Meri olacam. Bəli, Əziz Əzizov sinif yoldaşı, ən yaxın dostu rəhmətlik Kamil müəllimlə aralarında olan münasibətdən sonra gərək idi ki, qohumlarına salam verməsin. Adam da dostunun... 
Avazın yaxşı gəlir, Əziz Əzizov, amma yaxın zamanda səni də dostlarının yanına aparacaqlar. Bir sözlə, Əziz Əzizovun həbsi qaçılmazdır.
Növbəti yazımızda oxuyacaqsınız. Əziz Əzizov Nəsimi rayonunda olan bağça müdirəsinə böyük diqqət və qayğı göstərərək, nələr edir. 
Əliyev Eldəniz Əliqulu oğluna Prezident Yanında Akademiyaya göndəriş necə verildi?
Şöbə müdiri, Hüseynov Elman Mehman oğlu Suraxanıda yerləşən şadlıq evini və son model, ağ rəngli "Volvo" avtomobilini 700 manat məvaciblə necə aldı?
Əziz Əzizovun "Qismət" şadlıq evinin qarşısındakı dövlət parkında özünə tikdirdiyi 3 ədəd restoranı 2 milyon 400 minə hansı məqsədlə satır.
Nə üçün qohumları Əziz Əzizova "BOSS" deyərək müraciət edir?
3-cü sinifdə oxuyarkən Əziz Əzizov nə üçün uzun müddət xəstəxanada müalicə alıb? Bu hadisədən sonra sinif yoldaşları ilə nə üçün incik olub?
Əziz Əzizovun qudası, Agcabədi rayonunun icra başçısı Rafil Hüseynovla nə üçün münasibətləri pozulub?
P.S. Əziz Əzizov, sənin orta məktəb qiymətlərini və ali məktəbdə təhsil aldığın zaman, aldığın qiymətlərə nəzər salaraq, belə qənaətə gələrək öz fikrimi bildirirəm. Mənim 10 dənə qoyunum olsa, sənə etibar etmərəm, aparıb hamısını itirərsən. Birdə ki, pula, vara, dövlətə aldanaraq öz bacısından imtina edən şəxslərin kişiliyi olmur, biləsiniz. Belələrinə bizdə p..... deyirlər.
Ardını oxu...
Qazax Rayon İcra Hakimiyyətinin Qazax Şəhər üzrə Nümayəndəliyi yolların əsaslı təmiri ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki, tenderi 143104 AZN nizamnamə kapitalına malik olan “Gəncə Körpü Tikinti-2” ASC qazanıb.

Qazax Rayon İcra Hakimiyyəti bu tender üçün qalibə 524.990,86 AZN ödəyəcək.

Bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-nin qanuni təmsilçisi Rzayev Süleyman Qəmbər oğludur.

"Gəncə Körpü Tikinti-2” ASC vaxtaşırı milyonluq tenderlərin qalibi olur. Yeri gəlmişkən, ASC-nin qalib gəldiyi tenderlər əsasən Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumlara aid olur.

Yerli medianın yazdığına görə, "Gəncə Körpü Tikinti-2” ASC-nin əsl sahibi iş adamı Aqibət Məmmədovdur.

Qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin baçısı Rəcəb Babaovdur.
 
Ardını oxu...
İş adamı Azad Əliyev dəymiş ziyanı ödəməkdəm imtina edir

İsmayıılı rayonunda fəaliyyət göstərən "İsmayıllı Tikinti 27” MMC-nin sahibi iş adamı Azad Əliyev Vüsal Həsənova keyfiyyətsiz beton satmaqla onu ziyana salıb. Məsələ ilə bağlı şikayətçi olan Vüsal Həsənov saytımıza bildirdi ki, təsadüfən Bakıda restoranların birində Azad Əliyevin dostu Məmməd Əhmədsoyun oğlu Səfər Əhmədsoyla tanış oldum və söhbət əsnasında atasının beton zavodu olduğunu bildirdi. Vüsal Həsənov Qəbələ rayonunda fərdi ev tikidiyini Səfər Əhmədsoya bildirdikdə isə, o atasının beton zavodu olduğunu və dostu Azad Əliyevə məxsus "İsmayıllı Tikinti 27” MMC-dən ona beton alıb verə biləcəyini bildirib.
Ardını oxu...
Şikayətçi qeyd edir ki, razılaşmaya görə aldığım betonun pulunun bir hissəsi töküldüyü vaxt, bir hissəsi isə avqust ayında verilməli idi. Müqavilədə isə "İsmayıllı Tikinti 27” MMC-nin 400 marka beton verəcəyi qeyd edilib.

Vüsal Həsənov bildirir ki, evin dam hissəsinə istifadə olunan beton quruduqdan sonra ovulub tökülməyə başlayıb. Məsələni araşdırdıqda isə məlum olub ki, hətta "İsmayıllı Tikinti 27” MMC tərəfindən daha önvə satılan betonlar belə müqavilə şərtlərində yazıldığı kimi 400 marka deyil, 350 markadır və sonuncu verilən beton isə istifadəyə tam yararsızdır. Həmçinin satılan betonun ucuz başa gəlməsi üçün gilli çay daşından istifadə olunub və ölçü çox gəlməsi üçün suyunu normal qaydasından dəfələrlə artıq əlavə ediblər.

Şikayətçi beton tökülmə ərəfəsində problemlə bağlı "İsmayıllı Tikinti 27” MMC rəhbərliyi ilə əlaqə yaradıb və Azad Əliyev ona bildirib ki, "narahatçılığa əsas yoxdur,betonu tökün əgər hər hansı bir problem olarsa bütün ziyanı qarşılayacaq".
Ardını oxu...
Vüsal Həsənov qeyd edir ki, yaranmış problemdən sonra "İsmayıllı Tikinti 27” MMC rəhbərliyi dəymiş ziyanı ödəməkdən boyun qaçırırlar. Keyfiyyətsiz beton satışı ilə məşğul olan Azad Əliyev açıq şəkildə bildirir ki, "mən heç kəsdən qorxmuram, hara şikayət edirsən elə...".

 
 
 
Ardını oxu...
"Qəbuluna gedirəm, özü gəlmir, müavinləri köməkçiləri vətəndaşlarla görüşürlər”

"2007-ci ildə atam və nənəm Neftçalanın Heydər Əliyev prospekti 19C ünvanında mənim adıma 138 kvadratmetr torpaq sahəsi alıblar. İllərdir ki, yerli icra hakimiyyəti mənə öz torpağımda obyekt tikməyə icazə vermir”.

TEREF.AZ yazır ki, bunu Meydan TV-yə Neftçala sakini Vasif Məcidzadə deyir.

Onun sözlərinə görə, torpağın bütün sənədləri qaydasında olsa da, bir ildir ki, icra başçısı Mirhəsən Seyidovun qəbuluna düşə bilmir: "Ərazinin çıxarışı var, tikintinin layihəsi də hazırdır. Lakin başçı sərəncam vermir və səbəbini də əsaslandıran yoxdur. Torpağım elə bir yerdədir ki, sağımda da, solumda da obyektlər var. Birinci və sonuncu dəfə 2021-ci ildə icra başçısı Mirhəsən Seyidovun qəbulunda olmuşam. Məni xeyli sorğu-suala tutandan sonra demişdi ki, sənədlərinə baxılacaq, qanunsuz olsa, prokurorluğa verəcəyik. Üzərindən bir həftə keçəndən sonra məktub gəldi ki, torpaq sahəsinə görə dövlətə 15 il ərzində üst-üstə yığılmış 650 manat torpaqpulu borcu var. Borcu ödədim, üzərindən iki il keçib, yenə də sərəncam verilməyib. Üstəlik də, başçının qəbuluna düşə bilmirəm”.

"Həftənin beşinci günləri guya vətəndaşlarla görüş keçirirlər. Ora gedirəm, başçı özü orada olmur. Müavinləri, köməkçiləri vətəndaşlarla görüşürlər. Şikayətlərə də qulaq asıb, yalandan "həll olunacaq” deyirlər. Camaatı yola verirlər. Sonuncu dəfə bu ilin mayında icra hakimiyyətinə getdim, yenə də başçı özü orada yox idi. Necə əsəbləşdimsə, əlimi zərbə ilə divara vurdum, barmağım sındı. Xəstəxanaya getdim, barmağıma gips qoyuldu”, – deyə o bildirib.

Vasif Məcidzadə çıxış yolu tapmadığını və hara müraciət edəcəyini bilmir: "Mənə icra başçısı ilə görüş verilmir. Hamı da bir ağızdan deyir ki, sən orada pulsuz obyekt tikə bilməyəcəksən. Mən dərdimi kimə deməliyəm? Su idarəsinə, yoxsa işıq idarəsinə? Bundan öncəki icra başçısı İsmayıl Vəliyev də məni belə incitdi. Konkret pul istədi, vermədim. Tikə bilmədim. Deyəsən, bu da elə eyni yolla gedir. Eşitmişəm ki, guya icra başçısı tikinti işləri üçün altı min manata yaxın pul istəyir”.

Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsindən Meydan TV-nin sorğusu cavablandırılmayıb.

Daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə Meydan TV-yə deyir ki, qeyri-yaşayış binasının tikintisi üçün yerli icra hakimiyyətlərinə deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmək lazımdır: "İlk növbədə baxmaq lazımdır ki, vətəndaşın torpağı hansı kateqoriyaya aiddir. Bəzən görürsən ki, vətəndaşlar səhv sala bilir. Ola bilər ki, yolun bir tərəfində olan torpaq sahibkarlıq, qarşı tərəf isə kənd təsərrüfatı təyinatlı ola bilər. İkinci məsələ isə bütün hallarda vətəndaş icra hakimiyyətinə müraciət etməməlidir”.

"Obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə elektron qaydada da müraciət edilməlidir. Komitədə müraciət əsasında təqdim edilən sənədlərə baxıldıqdan sonra icazə verilir. Əgər icazə verilərsə, bundan sonra yerli icra hakimiyyəti ona dair sərəncam verə bilir”, - deyə o bildirib.
Ardını oxu...
Seysmoloji mərkəzdə də "yeyirlər"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 2022-ci ilin noyabr ayının 30-da sifarişçi olduğu iki satınalmaya yekun vurub.

Teref.az Qlobal-a istinadən xəbər verir ki, bu satınalmaların ümumi məbləği 57.525 manat təşkil edib.

Mərkəzin 2022-ci ilin noyabr ayının 30-da smetası 47.725 manat olan "Abadlıq işlərinin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmada "FLONDEX" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

"FLONDEX" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin may ayının 5-də dövlət qeydiyyatına alınıb. "FLONDEX" MMC-nin hüquqi ünvanı qeyri-dəqiqdir - Binəqədi rayonu, 7 mkr, ev 11 B, mənzil 0 ünvanıdır. Bu MMC-nin qanuni təmsilçisi Fətullayev Romal Şakir oğludur.

Mərkəzdə abadlıq işləri aparacaq "FLONDEX" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, işçilərinin sayı, əlaqə ünvanları barədə açıq internet resurslarında məlumat yoxdur.

Seysmoloji Xidmət Mərkəzi 2022-ci ilin noyabr ayının 30-da yekun vurduğu daha bir satınalma "Proqram və proqram təminatlarının satınalınması" lotu üzrə keçirilib. Bu satınalmanın məbləği 9800 manat, qalibi isə "KASTELLUM CORPORATED" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. "KASTELLUM CORPORATED" MMC Seysmoloji Xidmətin sifarişçi olduğu digər satınalmada qalib elan edilən "FLONDEX" MMC ilə eyni tarixdə - 2022-ci ilin may ayının 5-də dövlət qeydiyyatına alınıb. Bu şirkətin də hüququ ünvanı Seysmoloji Xidmətin sifarişçi olduğu digər satınalmada qalib elan edilən "FLONDEX" MMC-nin hüquqi ünvanı kimi qeyri-dəqiqdir - SABUNÇU RAYONU, E.SARATOV, ev 67, m. 0.

İlginc məqamlardan biri isə Seysmoloji Xidmət Mərkəzinə proqram təminatı xidməti göstərəcək "KASTELLUM CORPORATED" MMC-nin özünün web ünvanının olmamasıdır. Eyni zamanda bu şirkətin də fəaliyyət profili, müvafiq lisenziyaları barədə açıq internet resurslarında məlumat verilmir.

Fəaliyyət profilləri barədə məlumat olmayan, eyni tarixdə yaradılan, hüquqi ünvanları naməlum olan MMC-lərin Seysmoloji Xidmət Mərkəzi 2022-ci ilin noyabr ayının 30-da yekun vurduğu satınalmalarda qalib elan edilmələri ortaya bir sıra suallar çıxarır.

Qlobal.az məsələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzindən mövqe öyrənib.
Ardını oxu...
SXM-nin açıqlamasında deyilir: "2022 – ci ilin noyabr ayının 30 da abadlıq işləri üzrə kotirovka sorğusunda aşağıdakı iştirakçılar olublar: 1 "Qlobal Finans” MMC, "FLONDEX” MMC və "Menecment” MMC 2. Proqram təminatı üzrə kotirovka sorğusunda isə "KASTELLUM CORPORATED” MMC, "Menecment Expert-85” MMC və "İNTER CORPORATED” MMC olubdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin elektron portalında müvafiq ödəniş etdikdən sonra istənilən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar iştirak etmək hüququ əldə etmiş olurlar. Satınalmalar haqqında Azərbaycan Respublikası Qanununun 27.5-ci maddəsinə uyğun olaraq qalib subyekt aşağı qiymət verən və meyarlara uyğun gələn seçilir. Bu baxımdan abadlıq işləri üzrə satınalmalarda aşağı qiymətlə çıxış edən "FLONDEX” MMC qalib seçilmişdir. Proqram təminatı üzrə isə "KASTELLUM CORPORATED” MMC qalib seçilmişdir. Tərtib edilmiş protokollar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yoxlamadan keçib qeydə alınmışdır. Göstərilənlərə əlavə etmək istəyirik ki, qalib MMC bank zəmanəti verdikdən və işi gördükdən sonra ödəniş əldə edir.Ötən illərdə 2020, 2021, 2022-ci ildə yerinə yetirilməyən işlərə görə ayrılmış vəsaitlər büdcəyə qaytarılmışdır".

Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlidir.

Cahandar Laçınlı
Twitter Facebook
 
 
 

Dünyapress TV

Xəbər lenti