Ardını oxu...Dövlət əmlakını talayanı, büdcədə qara dəlik axtaranları qabağa çəkirlər. Sanki belələrini əlbəəl axtarırlar.

Hazırda İsmayıllı Regional Mədəniyyət İdarəsində baş mütəxəssis işləyən Gülər Abdullayeva da bu qəbildən olanlardandır. 2015-ci ildə İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəkər xanım analıq məzuniyyətinə çıxır. Onu vəzifəsi ictimai əsaslarla Gülər Abdullayevaya həvalə edilir. G.Abdullayeva bu vəzifəni 2015-2017-ci illərdə icra edib.
Həmin dövrdə İsmayıllı rayon Mədəniyyət Şöbəsinin(ləğv edilib) müdiri Azər Abbasov olub və İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin 30 komputerinin prosesorunu satıb. Maraqlıdır ki, direktor vəzifəsini icra edən Gülər xanım bunun qarşısı niyə almayıb?
2017-ci ildə Mədəniyyət Şöbəsi ləğv edilir və onu 5 rayonu əhatə edən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi yaranır. Bir müddət sonra isə, onu İsmayıllı Regional İdarəsi ilə əvəzləyirlər. Talançılar başa keçirlər. Azər Abbasov regional idarədə rəis müavini, bir müddət sonra isə G.Abdullayeva isə baş mütəxəssis olur.
Bu azmış kimi Gülər Abdullayevaya həmin idarədə həmkar vəzifəsi də həvalə edilib. Yəni, Həmkarlar İttifaqları Konfederasiyasının mədəniyyət işçilərinin İsmayıllı rayon üzrə məsul şəxsi olub. Bununla da, Gülər xanım iki yerdən maaş almağa başlayır. Həmkar və baş mütəxəssis maaşı. İsmayıllı Regional Mədəniyyət İdarəsində baş mütəxəssis və həmkar vəzifəsini daşıyan Gülər xanım köhnə ənənəsini davam etdirməyə başlayır. İlk analıq məzuniyyəti zamanı mənimsəməyə yol verir. İsmayıllı Regional Mədəniyyət İdarəsində baş mütəxəssis kimi analıq məzuniyyətinə çıxır. Lakin analıq məzuniyyətini Həmkarlar İttifaqı Konfederasıyasından gizlədir. Analıq məzuniyyəti dönəmində sözügedən ittifaqdan maaş alır. Beləliklə, dövlət büdcəsindən qara dəliyi tapır və arzusunda olduğu məbləği mənimsəyir.
Qeyd edim ki, gün kimi aydın olan qanunsuzluqlara Gülər xanımın himayədarına görə prokrorluq və aidiyyatı qurumlar müdaxilə edə bilmir. Xanımın həyat yoldaşı Vüsal Abdullayev İsmayıllı Rayon İcra Hakimiyyətində “Memarlıq və Tikinti şöbəsi”nin müdiridir.
Eyni zamanda, illərdi bu regional idarədə qanunsuzluqlar və ölücanların mövcudluğu hökm sürür. Regionalın sabiq rəhbərin dövründə xeyli təmizlənmə və qanunların icrası tətbiq edilsə də, yenidən hər şey Azər Abbasov və onun pul yığanı Şamo Nuğayev dönəmini xatırladır. Yerli rəhbərlikdəki şəxslərin yaxınları ölücan kimi işləyir, istədikləri kimi iş qrafiklərini pozurlar. Maliyyə Nazirliyinin bu məsələdən xəbəri olsa da, yenə də bəlli himayədarlara güzəşt edərək həmin şəxslərin maaş almasına münbit şərait yaradır.
Məsələ Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinə və Maliyyə Nazirliyinə maraqlı olsa, tam siyahını təqdim edə bilərəm.

Mənbə: Sarkazm.az 

 
 
Ardını oxu...
DİA.AZ: - Xəzər rayon icra hakimiyyətinin başçısi Elşən Salahovun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı gözlənilir. DİA.AZ bildirir ki, bu barədə məlumatı verən hökumətdəki mənbə RİH-lərin birdəfəlik ləğvinin bu il də ertələnəcəyini qeyd etməklə yanaşı, eyni zamanda Bakıda bir neçə başçı ilə bağlı qərarların veriləcəyini də xəbər verib.

Məlumata görə, Prezident İlham Əliyevin bu haqda Novruz bayramından öncə sərəncam imzalayacağı gözlənilir.

Mənbə qeyd edir ki, bayramdan öncə işdən çıxarılacaq icra başçılarından biri Xəzər rayon icra başcısı Elşən Salahovdur.

Qeyd edək ki, işdən çıxarılacaq bəzi icra başçıları haqqında hüquqi ölçü də götürülə bilər. Çünki onların da, yaxın günlərdə rayonlarda həbs olunan icra başçılarından geri qalmayan, çoxsaylı qanunsuzluqlar həyata keçirdiyi haqqında ölkə rəhbərliyində dəqiq bilgilər var. Son vaxtlar prezidentin bu cür məmurlara qarşı barışmaz mövqe sərgilədiyini nəzərə alsaq, hətta bəzi icra başçıları haqqında həbs qərarının gündəmə gəlməsi də istisna olunmur.

Qeyd edək ki, buna misal olaraq, bir neçə ay öncə Xəzər rayonu ərazisində şəhid bulağının sökulməsi sosial şəbəkədə ciddi narazılıq yaratmışdı.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevanın ölkədən qaçmasıyla bağlı xəbər bir neçə gün mətbuatın gündəmini zəbt etdi. Universitetin sabiq şöbə müdiri Dürdanə Əliyevanın istintaqa cəlb olunmasından sonbra qəfildən "qeybə çəkilən" keçmiş rektor personası ətrafında müxtəlif söz-söhbətlərin meydana çıxmasına rəvac verdi.

Düzdür, adı ətrafında yaranmış ajiotajın səngimədiyini görən Nurlana Əliyeva sonradan bu xəbəri təkzib etdi. O, məhkəmədə iştirak etməməsini rəsmi bildiriş almamasıyla əlaqələndirərək, özünün "aydan arı, sudan duru" olduğunu sübut etməyə çalışdı. Amma istintaq materiallarında Nurlana Əliyeva ölkədən kənarda olduğu üçün onun ifadəsinin alınmamasıyla bağlı xüsusi qeyd var.

TEREF.AZ bildirir ki, "Yeni Sabah"ın əldə etdiyi məlumata görə, Nurlana Əliyeva həbs təhlükəsi ilə üzləşdiyi üçün ölkəni tərk edən yeganə rektor deyil. Azərbaycan Dövlət İdman Akademiyasının keçmiş rektoru Ağacan Əbiyevin də eyni aqibətlə üzləşdiyi bildirilir.

Məlumatlı şəxs saytımıza deyib ki, 2015-ci ildə vəzifəsini itirən Ağacan Əbiyev 5 il hər hansı təhlükə ilə üzləşməyib. O, Milli Məclisin deputatı olduğu üçün toxunulmazlıq hüququndan maksimum istifadə edib. Amma 2020-ci ildə keçirilən parlament seçkilərində təkrar deputat seçilmədiyi üçün bəzi problemlərlə üz-üzə qalıb.

Mənbə deyib ki, sələfi Fuad Hacıyev 2020-ci ildən sonra Ağacan Əbiyevin Azərbaycan Dövlət İdman Akademiyasına rəhbərlik etdiyi 28 illik dövrü təftiş etməyə başlayıb. O, sabiq rektorun dövründə baş vermiş kifayət qədər ciddi qanun pozuntularının üstünü açıb. Sonra isə topladığı materialları tədbir görülməsi üçün prokurorluq orqanlarına təqdim edib. Bundan sonra keçmiş rektorun "qara günləri" başlayıb. Əbiyev həbs təhlükəsi ilə üzləşdiyini görəndən sonra təcili ölkəni tərk etməli olub.

Aldığımız məlumata görə, Ağacan Əbiyev təxminən 1 il sürgün həyatı yaşayıb. Amma sonradan köhnə əlaqələri hesabına üzləşdiyi təhlükəni dəf edərək, ölkəyə qayıda bilib. Bu hadisədən sonra 86 yaşlı sabiq deputat və keçmiş rektorun ictimai-siyasi proseslərdən tamamilə təcrid olunduğu bildirilir.

Ardını oxu...
Laçında tikinti-bərpa işlərini aparan Bakı Abadlıq şirkəti muzdla işə çağırdığı şəxsləri işlədərək zəhmət haqqlarını verməyib.

AzadlıqRadiosu məsələni araşdırıb, məlum olub ki, ictimaiyyətə açıqlanmayan layihələr çərçəivəsində vətəndaşların haqqları pozulur.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Masallının sabiq, Ağcabədinin indiki icra başçısı Rafil Hüseynovla bağlı yazıya bir az uzaqdan başlamaq istəyirəm. Oğul atasının əməllərinə görə cavab verməli deyil, amma ata öz övladının əməllərinə görə, ən azı mənəvi məsuliyyət daşıyır. Necə ola bilər ki, Rafil Hüseynovun polis kapitanı olan oğlu hər gecə barlarda lüt gözəlçələrlə əylənib şəkillərini sosial şəbəkədə paylaşsın, amma ona gözün üstə qaşın var deyən olmasın.
Atalar deyib ki, su sənəyi suda sınar. Bəli, Rafil Hüseynovun polis kapitanı olan oğlu vətəndaşı evindən, yatağından şalvarsız, tumançaq sürüyüb aparanda...artıq səbr kasası daşdı və onu hüquq-mühafizə orqanlarından qovdular.
Görəsən, öz oğluna belə “tərbiyə” verən ata Rafil Hüseynov necə böyük bir rayona rəhbərlik edə bilər..? Unutmayaq ki, hər rayonda xeyli sayda dövlət qurumlarının təmsilçiləri var. Məsələn, polis rəisi, prokuror, təhsilin müdiri, səhiyyənin müdiri və s. Ancaq hər rayonda Prezidentin 1-cə nəfər təmsilçisi var – Rayonun İcra başçısı.. Görəsən, oğluna tərbiyə verə bilməyən bir ata, necə 100 minlik rayonda Prezidenti təmsil edə bilər..?
Axı, belə atanın özünə tərbiyə verən lazımdır... Görəsən şalvarsız aparılan sıravi vətəndaşın günahı Rafil Hüseynovun günahlarından artıq idi..? Axı, həmin sıravi vətəndaş Rafil Hüseynov kimi Masallıda köhnə qəbristanlığın yerini satıb milyonlar qazanmamışdı.. Axı, həmin sıravi vətəndaş Rafil Hüseynov kimi şəhid atasına kəllə atmamışdı..?
Axı, həmin sıravi vətəndaş dövlətdən milyonlar oğurlayıb, Novxanıda 10 milyon dəyərində villa tikməyib... Axı, həmin sıravi vətəndaş Rafil Hüseynov kimi uşaq bağçalarındakı körpələrin qidasını satıb yeməmişdi... Loru dildə desək, şalvar çıxartmaq lazım olsaydı, həmin sıravi vətəndaşın deyil...kimlərinsə şalvarı əynindən çıxarılmalı idi...
Axı, həmin sıravi vətəndaş Rafil Hüseynov kimi Ağcabədidə feremerlərə qənim kəsilməmişdi, fermerlərdən külli miqdarda pul yığmırdı, fermerlərin 20 illik icarəsində olan torpaqları başqa birinə satmırdı.
Təsəvvür edirsiniz, vərəndaşın qanunla, sənədlə, sərəncamla icarəsində olan torpağı başqa birisinə satmaq. Rafil Hüseynov Ağcabədidə faəliyyət göstərən bütün dövlət idarələrinin başçılarını aylığa otuzdurub. Həmin sıravi vətəndaş Rafil Hüseynov kimi rayondakı uşaq bağçalarının, məktəblərin müəllim və rəhbərlərini atesstasiya edib pul yığmayıb... Həmin sıravi vətəndaş Rafil Hüseynov kimi şəhid, qazi ailələrinə qol çəkdirib pulun azını onlara, çoxunu özünə götürməyib.... Həmin sıravi vətəndaş Rafil Hüseynov kimi rayonun baş həkimi ilə birləşib dəlilik kağızı verməyib... Və daha nələr...
İndi Rafil Hüseynov, əlini qoy vicdanının üstünə və özün de: Kimin şalvarı əynindən çıxarılmalıdır..? Onu da qeyd edim ki, şalvarı çıxardılmaq...dilimizdə fiziki məna deyil, mənəvi məna daşıyır... Əslində Rafil Hüseynov oğlunun biabırçı əməlindən sonra özü təcili istefa verməli idi. Amma vermədi... Ancaq Rafil Hüseynovu da yaxın zamanda xalası oğlu, Masallının icra icra başçısı Şahin Məmmədovun aqibəti gözləyir. Aqibətin mübarək, Rafil Hüseynov...
 //gundelik-baku.com//

Ardını oxu...
Naxçıvan Dövlət Universitetinin Pedagoji fakültəsində tələbələrdən rüşvət alındığı bildirilir. DİA.AZ bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a fakültənin texnologiya müəllimliyi ixtisası üzrə birinci kursda təhsil alan bir qrup tələbəsi və onların valideynləri məlumat verib. Şikayətçilər bildirir ki, tələbələri rüşvət verməyə fakültənin kafedra müdiri Mətanət Quliyeva məcbur edir. Onların sözlərinə görə, rüşvət verməyən tələbə, biliyindən asılı olmayaraq, imtahanlardan kəsilir.
Şikayətçi tələbələrdən M.A (ad şərtidi) deyir ki, rüşvət əsasən „Ağac və metal məmulatlarının hazırlanması” əl işi fənnindən verilən imtahanlar üçün yığılır:
“Qiymətlər 10 bal üzərindən verilir. 5 bal nəzəri biliklər, 5 bal da əl işlərinə görə. Həfədə bir dəfə əl işi istəyirlər. Fərqi yoxdur əl işi hazırladın, ya yox, hər bir iş üçün 50 manat rüşvət verməlisən. Ayda bir dəfə isə daha böyük iş, yəni kollekviuma olur. Bunun da hər birinin qiyməti 70 manatdır. Kursun sonunda sərbəst iş olur ki, onun da qiyməti 80-90 manatdır. Yəni, 3 aylıq kursu bitirmək təkcə bir fənn üçün 700 manata yaxın vəsaitə başa gəlir. Burada laboratoriya müəllimlərinin heç bir günahı yoxdur. Pulların hamısını Mətanət müəllimə alır”.
Şikayətçi valideynərdən K.K (ad şərtidir) deyir ki, kasıb ailə olduqlarından tələb olunan pulu verə bilmirlər:
„Universitetə illik 1300 manat qanuni ödəniş etməliyəm. Uşaq hələ birinci kursdadır. Ödənişi haradan tapıb ödəmək dərdi bir tərəfdən, hələ bir rüşvət də ödəməliyik. Verməyəndə, kəsirlər imtahandan. Məcburuq, borc-xərc tapıb, verək. Universitetdə ən çox rüşvət alınan fakültə buradır. Buranı bitirənlər də deyir ki, Təranə müəllimə çox rüşvətxor adamdır. O, tələbələrə deyib ki, birinci kursdasınız deyə, hörmət edib, yalnız bir fənndən pul alırıq. Növbəti kurslarda hər fənn üçün pul ödəməlisiniz. Belə getsə, uşağı çıxaracam universitetdən. O qədər pulu haradan tapa bilərik? Hər il valideynlər Mətanət müəllimədən şikayət etsə də, nəticəsi olmur. Çünki, arxasında İsa Həbibbəyli dayanır. Düşündük ki, xan getdi, hər şey düzələcək. Əksinə, daha pisləşir getdikcə“.
Məsələyə münasibət öyrənməl üçün NDU ilə əlaqə saxlasaq da, şikayətçilərin iddialarına cavab almaq mümkün olmadı.
Ardını oxu...
Neçə gün əvvəl “Azərmetal” Topdansatış-Ticarət Birliyinin kollektivi adından birliyin baş direktoru Şahin Abbasov və birliyin baş mütəxəssisi Tamara İbrahimova “Təzadlar”ın qonağı oldular, baş verənlərə aydınlıq gətirdilər. Onlar Prezident İlham Əliyevdən kömək istəyirlər...

Onların yazılı müraciətini təqdim edirik:

Çox hörmətli Cənab Prezident!

Biz- Azərmetal” Birliyinin kollektivi bu müraciətlə bildiririk ki, Sizin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanınıza uyğun olaraq, neçə vaxtdır Əmlak Komitəsinin mütəxəssisləri tərəfindən müvafiq araşdırma və sənədləşdirilmə aparılaraq idarələrimizin balansında qalan torpaq sahəsi və digər əmlakların hərraca çıxarılaraq satılması qərara alınmışdı. Lakin Respublikanın ən ucqar bölgələrindəki çayxana və ticarət budkaları, sınıq-salxaq texnikalar hərraca çıxarılsa da, bizim Bakı şəhərinin mərkəzində Heydər Əliyev prospektində yerləşən əmlakımızın hərraca çıxarılması bizə məlum olmayan səbəblərdən yubadılır. Hər dəfə Əmlak Komitəsinə etdiyimiz müraciətlərə isə cavab olaraq bildirirlər ki, guya yubanmanın səbəbi paytaxtın əsas yollarının üstündə yerləşən müəssisələr üçün Nazirlər Kabinetinin xüsusi qərarı olmalıdır. Lakin Nazirlər Kabinetinin müvafiq strukturları ilə əlaqə saxladıqda məlum olurdu ki, heç də belə deyildir, bu bizim ərazilərə göz dikmiş məmurların uydurmasıdır və ümumiyyətlə, yuxarıda qeyd edilən Prezident Fərmanı Nazirlər Kabinetinə belə bir səlahiyyəti verməmişdir. Elə isə Əmlak Komitəsinin rəhbərliyi niyə bizim əmlakların hərraca çıxarılmasını istəmir, yaxud buna manne olur? Allaha şükür, Əmlak Komitəsi İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi. Ötən il isə “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalandı. 07 oktyabr 2021-ci il tarnixli Fərmana əsasən, ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs (bundan sonra - Agentlik) yaradıldı. Fərmanda o da qeyd edildi ki, “Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin balansında olan dövlət əmlakının, habelə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin balansında olan və Agentliyin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin”. Bu isə artıq o deməkdir ki, “Azkontrakt” Dövlət Korporasiyası ləğv edilir, balansındakı bütün əmlaklar, o cümlədən bizim “Azərmetal” Birliyinin əmlakları, Agentliyin balansına verilir.

Sual yaranır: Agentliyin İdarə Heyətinin rəhbərliyinin məlumatı varmı ki, “Azkontrakt”ın keçmiş rəhbərliyi “Azərmetal”ın balansındakı 12,5 ha torpaq sahəsini necə satıb paylayıb? Məsələn, təkcə bizim Bakı şəhəri, Heydər Əliyev prospektindəki əsas idarə binasının yerləşdiyi ərazidəki 6 hektardan çox torpaq sahəsi kollektivimizin xəbəri olmadan ayrı-ayrı məmurlara satılıb, hasarlanıb. Hazırda bizim ixtiyarımızda cəmi 85 sot torpaq sahəsi qalıb. Bu insafsız rəhbərlik elə hərəkətlər etdi ki, hətta idarəmizə giriş darvazanı da satdılar, idarəyə giriş tamamilə başqa yerdəndir.

Cənab Prezident! Bu yaxınlarda Agentliyin mütəxəssisləri və özünü “Azkontrakt”ın cədr müavini kimi təqdim edən, rəhbər səlahiyyətlərini mənimsəyən Güləddin Dadaşov Akt tərtib edərək bizə məxsus əmlakların Agentliyin balansına verilməsinə imza atmışlar. Amma məndən başqa. Və bizim baş mühasibi hədələyərək ona imza atdırıblar. G.Dadaşov Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri S.Sadıqovu da aldadaraq 23 sentyabr 2022-ci il tarixli Akta imza atmasına nail olmuşdur. Hansı ki, məhz G.Dadaşovun əməlləri sayəsində Bazamızın bütün torpaq sahələri ayrı-ayrı məmurlara satılmışdır. O, hansı daşınar və ya daşınmaz əmlakların Agentliyin balansına verilməsindən danışır???

Cənab Prezident!

Diqqətinizə onu da çatdırırq ki, bəzi məmurlar uzun illər bizim əmlakları ələ keçirmək üçün cəhdlər etmişlər. Məsələn, bizim-”Azərmetal” Birliyinin H.Əliyev prospektində, “Atletlər kəndi” ilə üzbəüzdə yerləşən inzibati binası və torpaq sahəsi uzun illər əvvəldən ayrı-ayrı kənar adamlar (məmurlar) tərəfindən ələ keçirilib özgəninkiləşdirilmişdir. Bu səbəbdən biz hazırda çıxılmaz vəziyyətdə qalmışıq. Belə ki, “Azərsutikinti” SC-nin sədri, Prezident Administrasiyasının sabiq şöbə müdiri olmuş Yusif Hümbətov girişib bizim idarənin ərazisini ələ keçirməyə. Və bazamızın torpaq sahəsini elə formada özəlləşdirib ələ keçirib ki, 12 ha sahədən bizə qalan 85 sot torpaq sahəsini necə özəlləşdirəcəyimizi bilmirik. Neçə illərdir ki, hətta biz idarəmizə daxil ola bilmirik, birliyin darvazası Yusif Hümbətovun ələ keçirdiyi ərazidə qalıb. Yusif Hümbətov faktiki olaraq bizi oyundan kənar vəziyyətə salıb, torpaq sahəmizi elə bir kökə salıb ki, eskiz sənədlərindən heç bir memar belə baş çıxara bilməz, o cümlədən Dövlət Əmlak Komitəsinin mütəxəssisləri də.

Bir faktı da diqqətə çatdıraq ki, adı çəkilən “biliyimiz mərhum Prezident Heydər Əliyevin 1996-cı il 17 dekabr tarixli fərmanı ilə yaradılmış “Azkontrakt”ın tabeliyindədir. Həmin tarixi fərmanda yazılır:

“Azərbaycan Respublikası Prezidentinin

Fərmanı

İdarəetmə strukturunun təkmilləşdirilməsinin həyata keçirilməsinin təmin edilməsi üçün maddi-texniki təchizatın, o cümlədən dövlət ehtiyaclarının təminatı sahəsinin müasir iqtisadi münasibətlərə uyğun qurulması məqsədilə qərara alıram:

1.Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin əsasında açıq tipli Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti yaradılsın.

2.Müəyyən edilsin ki, ilkin mərhələdə cəmiyyətin səhmlərinin 100 faizi dövlətə məxsusdur.

3.”Azərkontrakt” Səhmdar Cəmiyyətinə Aəzərbaycan Respublikasının dövlət ehtiyaclarının və strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsürrüfat əlaqələrinin təşkili, birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təkşilatlarına köməklik edilməsi tövsiyyə edilsin.

4.Azərbaycan Respublikaksının Dövlət Əmlak Komitəsi Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin təsis edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan lazımı tədbirlərin həyata keçirilməsini təmin etsin.

5.Azərbaycan Respublikası prezidentinin “Azərbaycan Respublikası Dövlət Maddi-Texniki Təchizat Komitəsinin Azərbaycan Respublikasının Material Ehtiyyatları Nazirliyinə çevrilməsi haqqında” 1992-ci il 29 may tarixli 801 saylı və “Azərbaycan Respublikasının Material Ehtiyatları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 1992-ci il 21 avqust tarixli 148 saylı fərmanları öz qüvvəsini itirmiş hesab edilsin.

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev

Bakı şəhəri, 17 dekabr 1996-cı il”.

“Azərmetal” Topdansatış Ticarət Birliyinin “Azkontrakt”ın fəaliyyətsiz olduğu ötən 26 il ərzində öz əli, öz başı olub. Amma son illər “bıçaq boğaza” dirənib, artıq neçə illərdir kollektiv əmək haqqı ala bilmir. Belə bir idarə isə artıq çoxdan özəlləşməyə verilməli idi. Amma məlum olur ki, kollektiv dura-dura kənar şəxslər idarənin əmlakını ələ keçirməyə girişiblər və onlardan biri və ən problemlisi isə yuxarıda qeyd etdim, “Azərsutikinti” SC-nin sədri Yusif Hümbətovdur. Vaxtilə 12 hektar sahəsi olan idarənin indi cəmi 0,85 ha torpaq sahəsi qalıb. Hamısı satılıb. Şikayətimizin də məzmunu və mahiyyəti ondan ibarətdir ki, bu torpaq sahələri bizə aidiyyəti olmayan adamlara satılıb, bunu da bağışlamaq olardı, amma bizə qalan 85 sot torpağı isə özümüzə, öz kollektivimizə özəlləşdirməyə imkan vermirlər. Bu qədər ədalətsizlik olarmı? Vaxtilə Azərbaycanda metal sahəsində ən böyük baza olmuşuq. “Azkontrakt”ın balansına veriləndən tam fəaliyyətsizik. 1996-cı ildə 123 nəfər idik, indi 5-10 nəfər qalıb... Bazanın özəlləşməsi haqqında biz dəfələrlə məsələ qaldırmışıq, buna baxmayaraq heç bir vaxt “Azərmetal”da, bizim sistemdə, bizim strukturda işləməyən adamlara ərazilərimizi satıblar, özəlləşdiriblər, bizim kollektivin üzvlərindən başqa. Məsələn, Mirzə Ramazanov adlı şəxsə 1 ha 20 sot torpaq veriblər, bizim ərazidə, hətta darvazadan girib-çıxmaq yerimiz də qalmayıb.

Bir məsələni də qeyd edək ki, kollektivin vaxtilə 12 hektar 75 sot torpaq sahəsi olub. 12 ha 75 sotun isə 1 hektar 20 sotu nazirlərdən birinə, 6,1 hektarı Sumqayıtda sonradan yaradılmış qurama bir MMC-yə satılıb. Vaxtilə 2,1 ha ərazi üzərində mübahisə gedəndə isə 90 sot ərazi kollektivin işçisi Elçin Nuriyevin adına sənədləşdirilib, icarə müqaviləsi bağlanıb. Məqsəd bu ərazinin əldən getməsinin qarşısı almaq olub. Uzun müddətə müqavilə bağlanıb, 60 min manatdan çox icarə haqqı ödənilib və s. Amma sonradan kollektivin bu sahəni özəlləşdirilməsinə imkan verilmədi. Bu barədə dəfələrlə Kərəm Həsənova, “Azkontrak”ın prezidenti mərhum Miri Qənbərova müraciətlər yazılıb, amma heç bir faydası olmayıb. Halbuki bizim kollektivlə bərabər bir gün fərqi ilə iki müqavilə bağlanıb. Nömrələri-3804 və 3805. “Azərmetal”ın sahəsi (müqaviləsi) özəlləşməyə verilmir, amma 3805 saylı müqaviləli ərazi özəlləşməyə verilir. Bu necə ola bilər? Əmlak Komitəsinin sədr müavini Rauf Cəlilovun, aparat rəhbəri Rüstəm Şahbazovun imzaları ilə bizə rəsmi cavablar verilir ki, gözləyin. Hətta çox maraqlıdır ki, Abşeron topdansatış müəssisəsi 1 hektar 0,4 sot və 1 hektar 40 sot sahəni özəlləşdirəndə belə yenə də kollektiv kənarda qaldı.

Hörmətli cənab Prezident! Diqqətinizə Baş nazir Artur Rasizadənin sərəncamını da çatdırmaq istəyirik. Orada “Azkontrakt”ın balansındakı müəssisələrin siyahısı var. İndi onların 90 faizi qanunsuz olaraq satılıb. Sərəncamda isə deyilirdi:

“Baş nazir A.Rasizadə

05.07.1997-ci il, 131 saylı sərəncam

“Azərkontrakt” Səhmdar Cərniyyətinin strukturuna daxil edilmiş müəssisə və obyektlərin siyahısı

-”Azərmetal” topdansatış ticarəti birliyi və onun Bakı şəhəri, Moskva prospekti, 98 ünvanda yerləşən anbar təchizat şahəsi (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)

-”Azərmaşavadanlıq” idarəsi və onun Bakı şəhəri, Nobel prospekti, 36 və

M.Qaşqay küçəsi, 100 ünvanlarında yerləşən anbar tesərrüfatları (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)

-”Yüngül və yeyinti sənayesi məhsullarının topdansatış birliyi”, “Azəryüngülyeyintisənaye” və onun Bakı şəhəri, Nobel prospekti, 10 və Nizami küçəsi, 149 ünvanlarında yerləşən anbar təsərrüfatları(”Azərkontrakt” Səhmdar Cəmiyyəti)

-”Azkontrakt” Səhmdar Cəmiyyəti (“Azərkontrakt” Səhmdar Cəmiyyətinin Moskva şöbəsi)

-Texniki vasitələrin kirayə müəssisəsi-”Azərkirayə” (“Azərkontrakt” Şəhmdar Cəmiyyəti)

-”Azərətsüd”- icarə müəssisəsi və onun Bakı şəhəri, Montin qəsəbəsi, Köndələn küçəsi-2 ünvanda yerləşən soyuducu bazası (keçmiş Ticarət Nazirliyi)

-”Baqqaliyyə malları üzrə respublika topdansatış ticarəti “Azərbaqqaliyyə” kontoru və onun Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi).

-”İstehsalat avtoekspedisiya” birliyi və onun Bakı şəhəri, Xırdalan qəsəbəsi, Şamaxı şossesi, 6 ünvanda yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət \Nazirliyi)

-”Azintreyd” xarici ticarət birliyi (keçmiş Ticarət Nazirliyi)

-Qax rayonunda yerləşən istirahət evi (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)

A.Hacıyev, Nazirlər Kabinetinin işlər müdiri

A.Hacıyev”.

Dövlətin birbaşa təsis etdiyi, prezident sərəncamı ilə böyük səlahiyyətlər əldə edən “Azkontrakt” SC-nin tabeliyində olan müəssisələrin əmlaklarını məmurlar ələ keçirir, amma kollektiv hələ də özəlləşməyə gedə bilmir. Baş verənlərin hamısı “Özəlləşmə haqqında” Qanunun, Prezident sərəncamlarının tamamilə ziddinədir. Hesab edirik ki, bu ziddiyəti yaradanlar Əmlak Komitəsinin rəhbərliyi və “Azərsutikinti” SC-nin sədri Yusif Kərim oğlu Hümbətov və “Azkontrakt”ın rəhbərliyi olub.

Cənab Prezident!

Xahiş edirik, kollektivimizin əmlakının hərraca çıxarılmasına mane olan səbəblərin aradan götürülməsinə və bu hərraca mane olan məmurların, xüsusən də özünü həmişə “Azkontrakt” SC-nin İdarə Heyətinin sədri kimi təqdim edən, lakin heç bir qanuni səlahiyyəti olmayan Güləddin Dadaşovun cəzalandırılmasına göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.

“AZKONTRAKT”IN SƏDR MÜAVİNİNİN İŞİNƏ DTX-DƏ VƏ BAŞ PROKURORLUQDA BAXILIR

Azərbaycan Nazirlər Kabineti “Azkontrakt” müəmmasına aydınlıq gətirməlidir: Prezident Fərmanında qurumun ləğv olunduğu, Nazirlər Kabinetinin Qərarında isə ölkədə qaz satışı ilə məşğul olduğu bildirilir...

Gəlin əvvəlcə yaxın tarixə nəzər salaq: Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 519 nömrəli Fərmanı ilə səhmləri 100% dövlətə məxsis olmaqla, keçmiş Material Ehtiyatları Nazirliyinin və Ticarət Nazirliyinin əsasında yaradılmışdır. Bu məlumat hazırda da “Azkontrakt”ın rəsmi saytında yer alıb. Saytda olduqca maraqlı məlumat var və bunu növbəti yazıda təqdim edəcəyik. Saytda “Rəhbərlik” qrafasında isə sədrin müavini kimi Güləddin Dadaşovun adı keçir. Vaxtilə SC-nin tabeliyində olmuş çoxsaylı obyektlərin taleyinə indi Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətində, eləcə də İqtisadiyyat Nazirliyində və nazirliyin tabeliyində olan Əmlak Komitəsində aydınlıq gətirilməyə çalışırlar. Belə ki, “Azkontrakt” SC-nin tabeliyində olan “Azərmetal” Birliyinin Baş direktoru Şahin Abbasov ötən ay “Azkontrakt” SC-nin sədr müavini olan Güləddin Dadaşovun metalbazanın əmlakının və işçilərin külli miqdarda əmək haqlarının mənimsəməsi barədə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) şikayət vermişdir. Həmin şikayət araşdırılması üçün Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurorluq da bəzi epizodlar üzrə araşdırma aparılması üçün şikayətə əlavə edilmiş həmin sənədlərin araşdırılıb Güləddin Dadaşovun barəsində qanuni ölçü götürülməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Tamara İbrahimova: “Güləddin Dadaşov qanunsuz olaraq istirahət günü idarəmizə adamlarını göndərib, bazanın darvazasını qıfılladıb, idarənin qapısını açaraq maliyyə sənədlərimizi darmadağın ediblər...”

“Təzadlar”a telefon açan “Azərmetal” Topdansatış-Ticarət Birliyi Baş direktorunun köməkçisi Tamara İbrahimova dəhşətli faktları açıqladı:

- Uzun illərdir özünü fəaliyyəti olmayan “Azkontrakt”ın sədr müavini kimi elan edən Güləddin Dadaşovdan DTX-yə və Baş Prokurorluğa şikayət verdiyimizə görə, o, istirahət günlərində idarəmizə adamlarını göndərib, bazanın darvazasını qıfılladıb, idarənin qapısını açaraq maliyyə sənədlərimizi darmadağın ediblər... Buna nə ad verək? Artıq aidiyyəti dövlət qurumlarına şikayət vermiş, “Azkontrakt”ın birləşdirildiyi Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri S.Sadıqova kollektiv adından müraciət yazmışıq. Çoxsaylı işçilər adından imzalanmış şikayətdə qeyd etmişik ki, axı “Azərmetal” Topdansatış-Ticarət Birliyi ləğv edilməyib, “Azkontrakt” SC kimi, bizim də əmlaklar, sadəcə, Dövlət Ehtiyatları Agentliyinə birləşdirilib. Biz kollektiv olaraq Agentliyin sədri cənab S.Sadıqovla görüşüb ona müfəssəl məlumat vermək istəyirik ki, Güləddin Dadaşov “Azkontrakt”ı və birliyimizı nə hala salıb... Dəfələrlə rəhbərliyə (“Azkontrakt” ASC) telefonla və üzbəüz müraciət etməyimə baxmayaraq, onlar tərəfindən, şəxsən özünü müavin kimi qələmə verən Güləddin Dadaşov (hansı ki, onun vəzifəsi prezident tərəfindən təsdiqlənməyib) kobudcasına “get kimə istəyirsən şikayət et” demişdir. Mən bir Azərbaycan vətəndaşı kimi sizə müraciət edib bildirmək istəyirəm ki, birliyə rəhbərlik etmiş “Azkontrakt” ASC rəhbərliyinin çox zəif və vecsiz olması üzündən uzun illərdir ki, əmək haqqı ala bilmirik. Amma Güləddin Dadaşov Cəmiyyətin bir idarəsini iki yerə bölüb qanunsuz olaraq (8 noyabr prospektində) qaynına ikinci bir idarə yaradıb ki, gələcəkdə özəlləşmə olanda ona daha çox pay düşə bilsin. Bu özbaşınalıq idi. Belə çıxırdı ki, bu vəziyyət rəhbərliyi qane edirmiş. Təşkilatlarla heç bir kontrakt bağlamayan, lakin uzun müddət ancaq bütün dövlət qanunlarımızı pozmaqla məşğul olan, yəni təkcə bizim birliyimizin 12,75 hektar sahəsini satmaqla məşğul olan çox hörmətli mərhum sədrimiz Miri Qəmbərov və onun “müavini” Dadaşov Güləddin cənabları, sanki böyük bir işçi kollektivinin qəsdinə durmuşlar. Prezidentin 1996-cı ildə qəbul etdiyi 607 saylı Fərmanının 2-ci bəndi tamamilə yerinə yetirilməmişdir. Həmin bənddə deyilir: “2. “Azərkontrakt” ASC-yə Azərbaycan Respublikasının dövlət ehtiyaclarının və strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsərrüfat əlaqələrinin təşkili, birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təşkilatlarına köməklik edilməsi tövsiyə edilsin”.

Rəhbərliyin çox zəif və işə vecsiz münasibəti nəticəsində bu müddəaların heç biri indiyə qədər öz əksini tapmamışdır. Birliyimizin 12.75 hektar torpaq sahəsi bütün irad və təkliflərə baxmayaraq ayrı-ayrı şəxs və təşkilatlara qeyri-qanuni şəkildə satılmışdır. Məsələn: Sumqayıt bazası 6.1 hektar, Sabunçu sexi 0.7 ha, Nizami TSTB - 2.0 ha, Abşeron TSTB - 1.14 ha və cəmi 11.41 hektar birlik işçilərinə böyük ziyan vurmuşlar. Sonuncu bu iki təşkilatın nə vaxt yarandığını biz heç bilməmişik. Nəticədə işçilər işdən ayrılmış və bu günə kimi uzun müddətdir işlədikləri birlikdən nə maaş, nə də özəl pay ala bilməyiblər. Belə ki, yerdə qalan 1.34 hektar ərazi anbar və təsərrüfatları ilə birlikdə artıq özəlləşdirmə haqqında Dövlət qanuna görə işçi kollektivinin payına düşdüyü halda, yenidən dövlət qanunlarına zidd olaraq, hansısa yollarla 0.5 hektar sahə anbar və tikililərlə birlikdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verilmişdir. Bu zaman heç bir təhvil-təslim aktı olmamışdır. Hazırda “Azərmetal” Topdansatış Birliyinin işığı, suyu kəsilmiş, kommunal xidmətlər dayandırılmış, otaqlar dağınıq, qapılar sınıq vəziyyətə gətirilmişdir. Ümumiyyətlə, bizim şikayətlərimizə qulaq asan yoxdur. Anbar daxilinə gələn bütün dəmir yolları, dirəklər, qaldırıcı kranlar və bütün metal məmulatları müxtəlif yollarla satılıb və işçilər buna görə çörəksiz qalıb. 2014-cü ildən bəri maaş almayan insanlar necə yaşasın? Amma debitor pullarımız çoxdur. Məsələn, Sumqayıt SAM zavodu 11 min manat, Azneft İB-dən 182 min manat pulu “Azkontrakt ASC”-nin hesabına köçürmüşdür. Amma bu pulların hara xərcləndiyi bilinmir. Yenə də işçilər maaşsız qalmışlar. Magistral Neft Kəmərləri tərəfindən bizə olan 587 min manat pulun taleyi, bir neçə məhkəmə mərhələsindən sonra nəhayət, Ali Məhkəminin qərarı ilə bizim xeyrimizə həll olundu. O qədər pulun da hara xərcləndiyini heç kim bilmir. Mən Sizə Güləddin Dadaşovun daha bir qanunsuz əməlini sübut edən sənədləri təqdim edirəm, Baş Prokurorluğa və DTX-yə göndərmişik. Deməli, işçilərə əmək haqqı kimi nəzərdə tutulan 84 min manat pulun yalnız 34 min manatı paylanıb. Yerdə qalan 50 min manat pulun taleyi məlum deyil. Özü də G.Dadaşov bu pulu içşilərə iş yerində yox, “Azərkontrakt ASC”-də olan öz kabinetində qol çəkdirib verib. Sizə təqdim olunan cədvəldə G.Dadaşov mən T.İbrahimovaya 9226 manat 70 qəpik əmək haqqı yazsa da, ona cəmi 3.000 manata qədər pul verdi. Ona görə də, mən həmin əmək haqqı cədvəlinə qol çəkmədim. Bu gün də bildirirəm ki, G.Dadaşovun nəinki yol verdiyi əməllər, hətta onun müavin kimi fəaliyyəti də qanunsuzdur...

İnanırıq ki, 9 ildir maaş almayan kollektivin bu müraciəti cavabsız qalmayacaq. //tezadlar.az//
Ardını oxu...
Bir çox qalmaqallarda, hətta korrupsiya əməllərində adı hallanan podratçı “Modenco” MMC (Əvvəlki adı “Providence Doytch Limited” MMC) ilə bağlı “Təzadlar”a şikayət məktubunun daxil olması barədə məlumat vermişdik. Məktubda söhbət Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılmış vəsaitin “Modenco” MMC tərəfindən mənimsənilməsindən gedirdi.

Şikayətçi isə “Vüqar-1970” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, 2 saylı evdə yaşayan Zeynalov Vüqar İsmayıl oğludur. V.Zeynalov redaksiyamıza növbəti müraciətində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, surəti Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova və Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarova ünvanlı şikayət ərizəsini təqdim edib.

Şikayət ərizəsində deyilir:

“Hörmətli cənab Baş prokuror Kamran Əliyev!

Hörmətli cənab Baş prokuror müavini Nazim Rəcəbov!

Hörmətli cənab nazir Mikayıl Cabbarov!

Bildirirəm ki, 2016-cı ilin dekabr ayından başlayaraq pespublikamızın müxtəlif rayonlarında, o cümlədən Lənkəran, Balakən, Zaqatala, İsmayıllı, Qax, Sabirabad, Ağcabədi, Cəlilabad, Lerik və Astara olmaqla 10 rayonun dağlıq və ucqar kəndlərində 15 Modul tipli məktəbin tikinti-quraşdırma işlərini yerinə yetirərək istifadəyə vermişəm. 2020-ci ilin may, iyun və iyul aylarında podratçı “Modenco” MMC ilə direktoru olduğum “Vüqar-1970” MMC arasında müvafiq qaydada subpodrat müqavilələri bağlayaraq, Astara rayonunun ucqar dağ kəndləri Xiçəso, Şəvqo və Lerik rayonunun Loda dağ kəndində 3 modul tipli məktəbin tikinti işlərini yerinə yetirmişəm. Lakin smeta sənədləri işlərin tamamlanması dövründə təqdim olunduqda müəyyən olundu ki, modul tipli məktəblərdə podratçı şirkət tərəfindən faktiki yerinə yetirilən işlər tam həcmdə öz əksini tapmayıb. Bu da işlərin icrasından sonra işçilərin əmək haqlarının, mal-materialların, maşın-mexanizmlərin xərclərinin ödənilməsində borcların yaranmasına səbəb oldu. Qeyd edim ki, məktəblərin tikintisinin smeta sənədləri podratçı şirkət tərəfindən işlərin yekunlaşması ərəfəsində təqdim edilib. Ona görə də 3 məktəbdə faktiki yerinə yetirilmiş işin həcmi (həm də qiyməti) ilə smetada göstərilən həcmlə (qiymətlə) 180 min manata yaxın fərq yaranıb.

Göstərilən fərqin yaranması səbəblərinin hərtərəfli araşdırılması və səbəblərinin obyektiv və qanunauyğun qaydada qiymət verilməsi üçün mən özüm şəxsən “Modenco” MMC-nin direktoru Bəhruz Həsənova müraciət yazdım ki, qeyd edilən məsələnin araşdırılması və həlli üçün tədbir görülsün. B.Həsənovun qəbulunda olarkən bildirdim ki, müvafiq komissiya yaradılsın və komissiya üzvləri ilə hər üç məktəbdə yoxlama aparılmasına dair işlər görülsün. Direktor Bəhruz Həsənov özü sədr olmaqla komissiya təşkil etdi və 15-16 iyul 2021-ci il tarixlərdə mənim, mal-materialları daşıyan və maşın-mexanizmlərin sürücüləri məktəblərə dəvət edildi. Onların hamısı bir nəfər kimi görülmüş işlərin, onların yerinə yetirilməsi prosesinin, yükün həcmi və görülən işlərin sahəsi haqqında komissiya üzvlərinə məlumat verdilər və nə qədər iş görülməsini, neçə reys mal-material daşınmasını və qiymələrin neçəyə başa gəlməsini təsdiq etdilər. Ancaq komissiya üzvləri məktəblərdə akt tərtib etmədilər. Bildirdilər ki, qayıdıb Bakıda akt tərtib edəcəklər və mənə də təqdim edəcəklər. Bakıya gələndən sonra mənə əvvəlcədən hazırlanmış akt verdilər ki, bura imza et. Mən aktı oxuyarkən gördüm ki, onlar “Smeta aktı”nı köçürüb görülən işlərin “qəbul aktı” adı ilə mənə imza etdirmək istəyiblər. Ona görə də aktı imzalamaqdan imtina etdim. Çünki komissiya üzvləri formal olaraq Astara və Lerik rayonlarına gediblər.

Hətta mənim yazdığım müraciətə belə baxılmayıb. Başa düşdüm ki, “dırnaqarası komissiya” heç bir nəticə əldə etmək fikrində deyil. Aşkar olunan qanunsuzluqlar barədə heç kimə məlumat verməyəcəklər. Çünki mən şikətlə müqavilə bağlayıb işləyəndən bəri “Modenco” MMC podratçı tikinti şirkətinin rəhbərliyi modul tipli məktəblərin tikinti-quraşdırma işlərini gördürərkən məktəblərin tikinti-quraşdırılmasına ayrılmış pul məbləği ilə görülmüş işlərin həcminin dəyəri arasında fərqi smetada yazılandan artıq işləri nəzərə almamaqla mənimsəyib bölüşdürürlər. Bu da bir məktəb üçün ayrılmış pulun xeyli hissəsi, təxminən yarısı deməkdir. Onu da qeyd edim ki, podratçı tikinti şirkətlərinin rəhbərləri arasında yaxın qohumluq münasibətləri mövcuddur.Belə ki, həmin dövrdə Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundov idi, podratçı “Modenco” MMC-nin rəhbərlərindən biri olan Musayev Teymur Zaur oğlu isə Anar Axundovun bacısının həyat yoldaşıdır.

Hörmətli cənab Baş prokuror!

Hörmətli cənablar!

Qeyd etdiyim kimi, subpodratçı olaraq tikinti-quraşdırma işlərini başa çatdırdığı Astara rayonunun ucqar dağ kəndləri Xiçəso, Şəvqo və Lerik rayonunun Loda dağ kəndlərində 3 modul tipli məktəbin tikinti-quraşdırma işlərini apararkən mənə verilməyən pulun məbləği 180 min manat civarındadır. Mənim tikinti işlərini apardığım işlərdə mal-materialın pulundan borclu qaldığım, işçilərə verə bilmədiyim, eləcə də yük maşınlarının sürücülərinə, traktor, buldozer və asfaltsalan texnikanı idarə edən insanların əmək haqlarını verə bilməmişəm. Borclu qaldığım insanlar evimə gəlib halal əmək haqlarını tələb edirlər. Bu vəziyyəti yaradan şirkət rəhbərləri isə keflərindən qalmırlar.

(Tikinti şirkətinin hər 3 məktəbin yerinə yetirilmiş işlərin qəbulu smetaları və ayrıca “Vüqar-1970” MMC-nin 3 məktəbdə gördüyü, “Modenco” MMCtikinti şirkətinin smetasında nəzərə alınmayan işlərin smeta aktları redaksiyamıza təqdim edilib. - RED.)

Lerik rayonunun Xiçəso kəndində tikilmiş modul tipli məktəbə “Modenco” MMCtikinti şirkətinin smeta aktına görə, 74.129 manat pul məbləği ayrılıb, faktiki tikintiyə xərclənən məbləğ 94.798 manat olub. Astara rayonunun Şəvqo kəndində 40 şagirdlik modul tipli məktəbin şirkət tərəfindən tikintisinə 94.031 manat ayrılıb, faktiki xərclənən məbləğ 167.809 manat olub.

Lerik rayonunun Loda kəndində modul tipli məktəbə “Modenco” MMCtikinti şirkətinin smeta aktına görə, 93.300 manat, faktiki tikintiyə xərclənən pul vəsaiti isə 167.383 manat məbləğində olub.

Diqqətinzə mühüm bir faktı da çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 may tarixli Sərəcamına əlavədə Astara rayonunun Xiçəso kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 256.000 manat, Astara rayonunun Şəvqo kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına isə 256.000 manat vəsait ayrılıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 avqust tarixli Sərəcamına əlavədə Lerik rayonunun Loda kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına ayrılan vəsait 207.000 manat təşkil edir.

Ümumilikdə, Prezidentin Sərəncamı ilə qeyd olunan məktəblərin quraşdırılmasına 719.000 manat ayrılıb. Mənim tikdiyim 3 məktəbə görə ödənilən vəsait 256.000 manat təşkil edir. Həmin məktəblərin tikintisi üçün mənə veriləcək məbləğ 180.000 manat civarında, şirkətin rəhbərlərinin mənimsədikləri məbləğ isə 290.000 manat civarında pul vəsaiti təşkil edir.

Göründüyü kimi, ”Modenco” MMC-nin rəhbərliyi Prezidentin sərəncamı ilə tikintiyə ayrılmış pulu mənimsəyərək,məni həm mal-material aldığım şirkətlərin rəhbərləri ilə, həm də tikintilərdə iş görən insanlarla üz-üzə qoyub.

Əslində tikinti şirkəti smeta tərtib edib tikintiyə pul ayırarkən tikilmiş məktəblərə yol çəkilməsi (betonlanması) xərcləri, nəqliyyat xərclərini, maşın-mexanizmlərin istifadəsi üçün çəkilən xərcləri, qazıntı işlərini, mişar daşının və eyni zamanda qum və çınqıl yüklənməsi və daşınmasında yüksəkliyə aparılması üçün əl əməyindən istifadə edilərək bir neçə dəfə maşınlara yüklənməsi və daşınması xərcləri nəzərə alınmayıb.

Ancaq mənim gördüyüm əlavə işlərin dəyəri şirkətin xərclərdə nəzərə alınmayan işlər hesabına yaranıb. Respublikada quraşdırılmış Modul tipli məktəblərdə olan vəziyyət qeyd edilən məktəblərlə eynilik təşkil edir.

Hörmətli cənab Baş prokuror!

Hörmətli cənablar!

Çıxılmaz vəziyyətdə qalmışam. “Modenco” MMCtikinti şirkəti ilə bağladığım subpodrat müqaviləsi əsasında Astara rayonunun ucqar dağ kəndləri Xiçəsoda, Şəvqoda və Lerik rayonunun Loda dağ kəndində 3 modul tipli məktəbin tikintisinin aparılmasında sərf olunmuş pul vəsaitinin məbləğini müəyyən etmək üçün səlahiyyətli dövlət komissiyasının yaradılmasını istəyirəm.

Bir faktı da diqqətinizə çatdırıram ki, mən şirkət rəhbərlərinə müraciət edərkən onlar həm ayrı-ayrılıqda, həm də bir yerdə olaraq bütün görülmüş işlərə və çəkilmiş xərclərə görə mənə heç nə verməyəcəklərini bildirirlər və bunun üzərində israrla dayanırlar. Lakin 2022-ci ilin iyun ayında mənə 35.000 manat pul verməklə onlardan bir daha şikayətçi olmayacağıma dair ərizə verməyi təklif ediblər. Bu necə ola bilər? Bu günə kimi mənə heç bir manat da borcu olmayan (?) şirkət rəhbərləri birdən-birə 35.000 manat təklif edərək məni susdurmaq istəyirlər. Lakin mən bununla heç cürə razılaşa bilmərəm. Ona görə də mən qanunamüvafiq qaydada dövlət komissiyasının yaradılaraq əsaslı yoxlama aparılmasında israrlıyam. Xahiş edirəm, mənim şikayətimi nəzarətinizdə saxlayasınız. Əvvəlcədən sizə dərin minnətdarlığımı bildirirəm”.

REDAKSİYADAN: Qəzetimiz çapa gedərkən redaksiyamızla əlaqə saxlayan Vüqar Zeynalov dedi ki, ona olan 180 min manat borcu ödəmək əvəzinə, mənimsənilən pulların üstünü ört-basdır etməküçün “Modenco” MMC-nin hüquqşünası Ənvər Aslanov əsassız və yalan iddialarla onu məhkəməyə verib. Məhkəməyə təqdim olunan şikayət ərizəsində Ənvər Aslanovun “Vüqar-1970” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vüqar Zeynalov tərəfindən döyüldüyü iddia edilir.Lakin V.Zeynalov Ə.Aslanovun iddiasının əsassız və yalan olduğunu bildirir: “Ənvər Aslanovşikayət ərizəsində yazır ki, guya mən onu döymüşəm. Bu, tamamilə yalandır. Əslində o, Lerik rayonunun Loda kəndindəki tikdiyim modul tipli məktəbə hücum çəkərək mənə təzyiqlər göstərib və təhsil ocağının qapısını sındırıb. Bu barədə videoçəkilişlər də var. Ancaq indi o, məni “Modenco” MMC ilə bağlı aidiyyəti qurumlara etdiyim şikayətlərdən çəkindirmək məqsədilə barəmdə yalan iddialarla məhkəməyə müraciət edib”.

Qeyd edək ki, işə Lerik Rayon Məhkəməsində baxılacaq. Məhkəmənin hazırlıq iclası fevralın 22-si, saat 10:30-a təyin olunub. Hakim Atabəy Kiçibəyovdur.

Mövzunu diqqətdə saxlayacağıq.

Məsələ ilə bağlı qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq. //tezadlar.az//
Ardını oxu...
Göyçayda fəaliyyəti dayandırılan “Göyçay Petrol-A” MMC-yə məxsus yanacaqdoldurma (YDM) məntəqəsi barədə maraqlı məlumatlar əldə etmişik.
Qaynarinfo xəbər verir ki, YDM-in fəaliyyətinin dayandırılması ilə bağlı məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.
Bildirilir ki, məntəqətədə aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Məlum olub ki, obyektin ərazisində inşa olunan və quraşdırılan təndirxana, həmçinin digər ticarət obyektlərinin layihə sənədləri və istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Ardını oxu...
FHN hesab edib ki, obyektin bu şəkildə istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək, faciəni qaçılmaz edəcək. Bu baxımdan, YDM-in fəaliyyəti dayandırılıb.
İndi isə keçək “Günəş Petrol-A” MMC barəsində əldə etdiyimiz yeni məlumatlara…
MMC 15 avqust 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Şirinov Kamil Kərim oğludur. Amma şirkətin sahibi “ATF” MMC-nin sahibləri olan Muradov qardaşlarıdır. Söhbət Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarından gedir.
Yeri gəlmişkən, “ATF” şirkətinin adı qardaşlarının adlarının baş hərflərinin birləşməsidir.

“ATF” MMC asfalt yolların inşası ilə məşğuldur və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun sevimli şirkəti kimi tanınır. Saleh Məmmədov həm də şirkətin himayədarı kimi tanınır.
Şirkət əsasən bölgələrdə yol tikintisini həyata keçirir. MMC 2010-cu ildə 3.4 milyon, 2011-ci ildə 5.23 milyon, 2012-ci ildə 12.22 milyon, 2013-cü ildə 17.72 milyon, 2014-cü ildə 9.13 milyon, 2015-ci ildə 13.5 milyon, 2016-cı ildə 2.43 milyon, 2017-ci ildə 3.75 milyon, 2018-ci ildə 3.15 milyon, 2020-ci ildə 4 milyon manat dəyərində satınalma müsabiqəsinin “qalibi” olub. Bu tenderlərin ümumi maliyyə dəyəri 75 milyon manat təşkil edir.
“ATF” MMC 2010-cu ildən 2020-ci ilə qədər yerli icra qurumlarının elan etdiyi 65 tenderin “qalib”i olub. Tenderlərin çoxu Göyçay, Ağdaş, Ağsu, Ucar, Balakən rayonları və Mingəçevir şəhərinin icra hakimiyyətləri tərəfindən elan edilib.
Tenderlərin 26-sı Göyçay rayonu ilə bağlı olub və bu müqavilələrin ümumi dəyəri 32 milyon manatdır.
Məlumata görə, Saleh Məmmədov 17 saylı Yol İstismar İdarəsinə Azad Muradovun oğlu Tehran Muradovu təyin edib. Bu fakt da AAYDA-nın rəhbəri ilə şirkət arasında bağlılıq olduğuna şübhələri artırır.
“ATF”in sahiblərindən olan Fəxrədin Muradov 2018-ci ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, ATF şirkəti dövlətə 361 000 manat ziyan vurub.
Mediada gedən məlumatlara görə, Fəxrəddin Muradov bu cinayət işi çərçivəsində həbs olunsa da, sonradan azadlığa çıxıb.
 

Dünyapress TV

Xəbər lenti