FHN-nin bağladığı YDM ilə bağlı ilginc faktlar –
Göyçayda fəaliyyəti dayandırılan “Göyçay Petrol-A” MMC-yə məxsus yanacaqdoldurma (YDM) məntəqəsi barədə maraqlı məlumatlar əldə etmişik.
Qaynarinfo xəbər verir ki, YDM-in fəaliyyətinin dayandırılması ilə bağlı məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.
Bildirilir ki, məntəqətədə aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Məlum olub ki, obyektin ərazisində inşa olunan və quraşdırılan təndirxana, həmçinin digər ticarət obyektlərinin layihə sənədləri və istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1677086181_2.jpg
FHN hesab edib ki, obyektin bu şəkildə istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək, faciəni qaçılmaz edəcək. Bu baxımdan, YDM-in fəaliyyəti dayandırılıb.
İndi isə keçək “Günəş Petrol-A” MMC barəsində əldə etdiyimiz yeni məlumatlara…
MMC 15 avqust 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Şirinov Kamil Kərim oğludur. Amma şirkətin sahibi “ATF” MMC-nin sahibləri olan Muradov qardaşlarıdır. Söhbət Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarından gedir.
Yeri gəlmişkən, “ATF” şirkətinin adı qardaşlarının adlarının baş hərflərinin birləşməsidir.

“ATF” MMC asfalt yolların inşası ilə məşğuldur və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun sevimli şirkəti kimi tanınır. Saleh Məmmədov həm də şirkətin himayədarı kimi tanınır.
Şirkət əsasən bölgələrdə yol tikintisini həyata keçirir. MMC 2010-cu ildə 3.4 milyon, 2011-ci ildə 5.23 milyon, 2012-ci ildə 12.22 milyon, 2013-cü ildə 17.72 milyon, 2014-cü ildə 9.13 milyon, 2015-ci ildə 13.5 milyon, 2016-cı ildə 2.43 milyon, 2017-ci ildə 3.75 milyon, 2018-ci ildə 3.15 milyon, 2020-ci ildə 4 milyon manat dəyərində satınalma müsabiqəsinin “qalibi” olub. Bu tenderlərin ümumi maliyyə dəyəri 75 milyon manat təşkil edir.
“ATF” MMC 2010-cu ildən 2020-ci ilə qədər yerli icra qurumlarının elan etdiyi 65 tenderin “qalib”i olub. Tenderlərin çoxu Göyçay, Ağdaş, Ağsu, Ucar, Balakən rayonları və Mingəçevir şəhərinin icra hakimiyyətləri tərəfindən elan edilib.
Tenderlərin 26-sı Göyçay rayonu ilə bağlı olub və bu müqavilələrin ümumi dəyəri 32 milyon manatdır.
Məlumata görə, Saleh Məmmədov 17 saylı Yol İstismar İdarəsinə Azad Muradovun oğlu Tehran Muradovu təyin edib. Bu fakt da AAYDA-nın rəhbəri ilə şirkət arasında bağlılıq olduğuna şübhələri artırır.
“ATF”in sahiblərindən olan Fəxrədin Muradov 2018-ci ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, ATF şirkəti dövlətə 361 000 manat ziyan vurub.
Mediada gedən məlumatlara görə, Fəxrəddin Muradov bu cinayət işi çərçivəsində həbs olunsa da, sonradan azadlığa çıxıb.
 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti