Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra onun muxtar respublikaya rəhbərlik etdiyi dövrdə baş verən qanunsuzluqlar ortaya çıxarılır. “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə işləyən Vasif Talıbov Naxçıvana rəhbərlik etdiyi dövdə heç kimlə hesablaşmaq istəməyib, heç kimi eşitməyib və öz bildiyini edib. Sabiq sədrin işə bu cür yanaşması əksər hallarda ciddi qanun pozuntularına səbəb olub.

Vasif Talıbovun dövründə Naxçıvada yol verilən qanunsuzluqlar, özbaşınalıqlar barədə redaksiyamıza hər gün yeni məlumatlar daxil olur. Bu gün təqdim edəcəyimiz faktlar isə həm acınacaqlıdır, həm də gülməli. Yəqin ki, buna bənzər hadisənin dünyada analoqu olmayıb və heç olmayacaq da. Həmin hadisə Naxçıvan Müəllimlər İnstitutunda baş verib.

TEREF.AZ bildirir ki, TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Kamal Camalov 11 iyun 2018-ci il tarixdə özünü institutun tədris və tərbiyə üzrə prorektoru vəzifəsinə təyin edib. Onun bu institutun prorektoru vəzifəsini icra etməsinə Vasif Talıbov razılıq verib, Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov isə onu kollektivə təqdim edib. Kamal Camalov bu vəzifəyə səlahiyyətli orqanın heç bir qərar, sərəncam və əmri olmadan “təyin edilib”. Rəsmi sənədlə bu vəzifəyə təyin olunmayan Kamal Camalov yeddi aydan çox müddətdə bu vəzifənin əməkhaqqını alıb, Naxçıvan Müəllimlər İnstitutuna qeyri-rəsmi şəkildə rəhbərlik edib.

Ardını oxu...

Məlumatlara görə, əvvəlki rektor dünyasını dəyişdikdən sonra institutun möhürü heç bir akt tərtib edilmədən Kamal Camalova verilib, ali təhsil müəssisəsinə rəhbərlik etmək qeyri-qanuni şəkildə ona həvalə olunub.

Qeyd edək ki, Azərbaycan dövlət ali təhsil müəssisələrinin prorektorlarını Azərbaycan Respublikasının təhsil naziri (indiki elm və təhsil naziri) vəzifəyə təyin və vəzifədən azad edir.

“Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin” Nümunəvi Nizamnaməsinin 4.15-ci maddəsində yazılıb: “Hər bir ali təhsil müəssisəsinin sayı həmin ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş prorektorları vardır. Prorektorları, ali təhsil müəssisəsinin təqdimatı əsasında tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə təyin edir. Rektor olmadıqda, ali təhsil müəssisəsinin fəaliyyətinə rəhbərliyi tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə tərəfindən müəyyən edilən prorektor həyata keçirir”.

Vasif Talıbovun tapşırığı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı heçə sayılaraq Naxçıvanın Nazirlər Kabineti qərar qəbul etmiş, muxtar respublikadakı ali məktəblərin prorektorlarının təyin edilməsi səlahiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə verilmişdi.

Ardını oxu...

Maraqlıdır ki, Kamal Camalovu bu vəzifəyə heç Ali Məclisin sədri də təyin etməyib. Əgər belə olsa, ortada sərəncam olar. Kamal Camalovun Naxçıvan Müəllimlər İnstitutunun prorektoru vəzifəsinə təyin edilməsi barədə nə təhsil nazirinin əmri, nə də Ali Məclis sədrinin sərəncamı var. Göründüyü ki, Kamal Camalov aylarla qanunsuz şəkildə instituta rəhbəlik edib, əməkhaqqı alıb, qərarlar verib. Bu, çox ciddi məsuliyyət yaradan qanun pozuntusudur. Onun instituta “rəhbərlik etdiyi” dövrdə qəbul olunan qərarların heç bir hüquqi qüvvəsi yoxdur. Həmin qərarlar ləğv edilməli, qanunsuz şəkildə ödənilən vəsaitlər büdcəyə geri qaytarılmalıdır. Bu qanunsuzluğun törədilməsində iştirak edən yüksək vəzifəli şəxslər də cəzalandırılmalıdır.

Faktı Naxçıvan Müəllimlər İnstitutundan TNS-ə təsdiqləyiblər.

Mənbəmizin bildirdiyinə görə, yaxşı haldır ki, artıq Naxçıvan Müəllimlər İnstitutunda belə neqativ hallar baş vermir. İnstitut mövcud qanunlar əsasında idarə olunur, təhsilin və tədrisin keyfiyyəti yüksəldilir.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin tabeçiliyində olan 2 nömrəli Baza Tibb Kollecinin 68 yaşı ötən ay tamam olan direktoru Dilarə Məmmədəliyeva ilə müqavilə bağlanılması məqbul hesab edilmirdi, müəllim və tələbə kontingenti yenilikçi bir şəxsin tibbi təhsil müəssisəsinə direktor təyin edilməsini istəyirdi.

DİA.AZ-a daxil olan məlumata görə, 2 nömrəli Baza Tibb Kollecinin tələbələri icarəyə verilən idman zalı və stomatoloji kabinetdən yararlanmaq istəyirlər. Onlar üçün önəm kəsb etmir ki, həmin sahələr neçəyə icarəyə verilib, məbləğ rəsmi sənədlərlə uyğunluq təşkil edir, yoxsa-yox. Sadəcə bir sıra tələbə idman zalı və stomatoloji kabinetin onlar üçün faydasının olmasını münasib bilirlər. Eləcə də tələbələr bütün universitetlərdə olduğu kimi, 2 nömrəli Baza Tibb Kollecində də bufetlərdəki bahalıqdan əziyyət çəkirlər. Bu məsələdə də hesab edirlər ki, onlar üçün önəmi yoxdur bufetləri kimlər işlədir. Onlar kofe, çay, bulka və digər ərzaq məhsullarının əlçatan olmasını gözləyirlər. Hətta hesab edirlər ki, bufetin icarəsi nə qədər aşağı olarsa, tələbələr orada az pulla keçinə bilərlər. Bu qədər sadə və başa düşülməli məsələlərin həllində isə orada oxuyanları anlayışla qarşılayan yenilikçi kadrın zəruriliyini vurğulayırlar.

Xatırladaq ki,Maliyyə Nazirliyi bir sıra tibb təhsil müəssisələrini yoxlayır, gözlənilir 2 nömrəli Baza Tibb Kollecinin maliyyə-təsərrüfat fəaliyyəti də yoxlanılsın.

Qeyd edək ki, kollecin təsərrüfat işləri üzrə direktor müavini Elxan Nadirxanovdur.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq..
 
Ardını oxu...
Yenidən gündəmə gətirmək istədiyimiz bu mövzunun qayəsini sadiq oxucularımız xatırlayarlar. Onların sırasına yeni qoşulanlara məlum edirik ki, Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Nəzarəti İdarəsində “Heydər Əliyev Beynəlxalq Aeroportu” sərhəd nəzarəti şöbəsinin yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində gizir rütbəsində xidmət etmiş Alim Cənnətov iki il əvvəl Mirzəyev Şahin Sahib oğlu adlı şəxsin şikayəti əsasında və İdarənin daxili təhlükəsizlik şöbəsinin rəisi Namiq Cəlilovun ona qarşı qərəzli mövqe nümayiş etdirərək təzyiq altında aldığı izahatla formalaşdırdığı mənfi rəy nəticəsində guya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq vəzifədən azad edilib.

Məruz qaldığı haqsızlıqla barışmayan Alim Cənnətov Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidməti rəisinin onun vəzifədən azad olunması və ehtiyata buraxılması barədə 11.03.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanılaraq ona verilməsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Bakı İnzibati Məhkəməsində, daha əvvəl isə istintaq orqanında Rövşən Bayramov adlı müstəntiq tərəfindən işin halları araşdırılmış, Alim Cənnətovun xidməti uyğunsuzluq kimi dəyərləndirilə biləcək heç bir nöqsanının olmadığı qənaətinə gəlinmiş və hakim Mehriban Qarayevanın sədrliyi ilə Alim Cənnətovun iddiasının təmin olunması barədə qərar çıxarılmışdır.

Dövlət Sərhəd Xidməti qərardan narazı qaldığı üçün Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermişdi. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun sədrliyi ilə keçən apellyasiya məhkəməsinin qərarı tutarlı əsaslara deyil, yalnız ümumi, mücərrəd mülahizələrə söykənmiş və birinci instansiya məhkəməsinin ədalətli qərarı ləğv edilmişdir.

Qeyd edək ki, “Dəryaz” qəzeti (“Deryaz.az” veb-saytı Alim Cənnətovun valideynlərinin redaksiyamıza müraciətləri əsasında artıq dörd dəfə bu mövzuda məqalələr hazırlayaraq oxucularına təqdim etmişdir. Həmin məqalələrdə bu məsələ ilə əlaqədar təfərrüatlar, məhkəmə ədalətsizliyi ilə bağlı məqamlar öz əksini tapmışdır.

Hüquqları uğrunda mübarizə aparan Alim Cənnətovla DSX-nin mübahisəsi ilə bağlı Ali Məhkəmənin növbəti iclası fevralın 3-də hakim Rahib Nəbizadənin sədrliyi ilə qiyabi icraat qaydasında keçirilib. Alimin atası Cənnət Cənnətov redaksiyamıza müraciət edərək bildirib ki, əslən Gəncə şəhərindən olduqları üçün vaxtilə Gəncə Apellyasiya Məhkəməsində işləmiş Rahib Nəbizadə qədim Nizami yurdunun, İmamzadə ocağının yerləşdiyi məkanın saf havasını udduğuna və ədalət tərəfdarı olacağına çox ümid ediblərmiş Lakin çox əfsuslar olsun ki, hakim Rahib Nəbizadə də Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun ədalətsiz qərarını qüvvədə saxlayıb. Cənnətovların apellyasioya məhkəməsinnin iclasının qeydə alınmış audio-video yazısının çxarılaraq baxılması barədə verdikləri vəsadət də təmin olunmayıb. C.Cənnətov apellyasiya məhkəməsində Azər Hüseynovun ədalətsiz qərar çıxarmasını, daha doğrusu birinci instansiya məhkəməsinin ədalətli qərarını ləğv etməsini özünün pensiyaya çıxmaq ərəfəsində nüfuzlu dövlət qurumu olan Dövlət Sərhəd Xidmətini uduzdurmuş hakim kimi yadda qalmaq istəməməsi, Dövlət Sərhəd Xidmətindən gələn təzyiqlərə və yaxid, cazibəıdar təkliflərə duruş gətirməyərək müstəqil qərar çıxara bilməməsi ilə əlaqələndirirlər. C.Cənnətov birinci instansiya məhkəməsində şəhid anası, ahıl yaşlı Rəfiqə Cənnətovanın göz yaşlarına laqeyd qalmayaraq ədalətli qərar çıxarmış hakim Mehriban Qarayevadan fərqli olaraq, sonrakı məhkəmələrin hakimləri Azər Hüseynovla Rahib Nəbizadənin bir növ “kişi həmrəyliyi” nümayiş etdirdiklərini müşahidə etdiyini vurğulayıb. C.Cənnətov həmçinin qeyd edib ki, Ali Məhkəmədə Dövlət Sərhəd Xidmətini təmsil edən nümayəndənin dəyişdirilərək, məsələdən səthi məlumatı olan Yavər adlı keçmiş polis polkovniki ilə əvəzlənib. Hərçənd, yenə də Ali Məhkəmənin Dövlət Sərhəd Xidmətindən tələb etdiyi məlumatlar məhkəməyə məhz Namiq Cəlilov və Rövşən Bayramov tərəfindən, onların imzası ilə təsdiqlənərək göndərilib.

C.Cənnətov həmçinin bildirib ki, Ali Məhkəmənin məlum iclasından sonra Rövşən Bayramovla telefon əlaqəsi saxlayıb və apellyasiya məhkəməsində müşahidə olunan bəzi ədalət işartılarının Alim Cənnətovun xeyrinə həll olunacağını vəd etdiyi halda iclasın sonunda dərhal deyil, bir neçə gün sonra çıxarılan qərarın Alimin əksinə olması barədə nə düşündüyünü soruşub. Rövşən Bayramov etiraf edib ki, onun vəzifəsi təmsil etdiyi qurumu məhkəmədən qalib çıxarmaq idi və o, həmin vəzifənin öhdəsindən gəlib. Söhbətin bu məqamında C.Cənnətov R.Bayramovu müqəddəs Quran kitabına əl basmaq şərti ilə imtahana çəkib. Həmin an R.Bayramov qıcıqlanaraq qəzəblə telefonu qapayıb.

C.Cənnətov 60-a yaxın yaşı olduğunu, övladının haqq işi uğrunda mübarizədə sonadək getməyi qərara aldığını, bu yolda hətta şərlənərək həbsə atıla nbiləcəyini belə gözə aldığını bildirib: “Növbəti mərhələlərdə — Ali Məhkəmənin Plenar iclasında da, Konstitusiya Məhkməsində də uduzdurulacağımız istisna deyil. Mərdi qova-qova namərd edərlər deyib atalarımız. Azərbaycanda ədalətli nəticə hasil olmasa, ta ki, Avropa İnsan Haqları Məhkəməsinə də müraciət ertməyə çalışacağıq. Bilirik ki, vəkil xərcləri ağırdır, yolumuzda maneələr qurulacaq, Avropa İnsan Haqları Məhkəməsinə üz tutmağın ölkəmizin nüfuzuna xələl gətirəcəyi bizə xatırladılacaq. Amma buna görə biz utanmalı deyilik, müraciət etdiyimiz möhtərəm Prezidenti, vitse-Prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyevi aldadaraq yanlış məlumatlar verən, hətta müraciətlərimizin ünvana çatdırılmasını əngəlləyən Namiq Cəlilov, Rövşən Bayramov kimi məmurlar utanmalıdırlar, haqqı deyil, o məmurların mənafeyini müdafiə edən Azər Hüseynov və Rahib Nəbizadə kimi məhkəmə hakimləri xəcalət çəkməlidirlər”.

Deryaz.az
 
 
 

Ardını oxu...
Ağstafada sahibkarlar işlədikləri ərazidə restoran tikintisinə etiraz edirlər. Bu barədə Cumhuriyyət.az-a ünvanlanan məktubda qeyd olunub. Bir qrup sahibkarın göndərdiyi məktubda rayon rəhbərliyinin iş adamlarının başına açdığı müsibətlərdən, onların sıxışdırılmasından bəhs olunub. Prezidentə edilən müraciət sahibkarlar imdad diləyiblər.
Ağstafa şəhəri Abış Mustafayev küçəsi, 21 ünvanında sahibkarların cumhuriyyet.az-a ünvanladığı şikayətə görə, bir qrup şəxs və ya şəxslər tərəfindən avtomobil yolunun tam ortasında qanunsuz olaraq su hovuzu (fantan) adı altında restoran tikintisinə başlanılmağa çalışırlar. Sahibkarlar məsələ ilə bağlı ölkə rəhbərinə də müraciət ediblər. Surəti cumhuriyyet.az-a göndərilən müraciətdə deyilir:”Sizə şikayət yazmağa biz sahibkarları vadar edən Ağstafa rayon İcra Hakimiyyəti Başçısı tərəfindən atılan əsassız-qanunsuz addımaların qurbanına çevrilməmizdir.
Belə ki, biz sahibkarlar fiziki vergi ödəyicisi olaraq Ağstafa rayonu Abış Mustafayev küçəsində özümüzə məxsus olan obyektlərimizin yerləşdiyi küçə, mərhum ÜMUMMİLLİ LİDER Heydər Əliyevin adına salınmış olan parka gedən asfalt örtüklü yolun hər iki tərəfdən bağlanmaqla 10 metrlik eni olan yolu satmaqla bizlərin obyektlərinə gedən yolu bağlamaqla və qarşısını yəni yolu satmaqla bizləri çökdürmüşlər. Həmin yolun altı ilə komnikasiya xətlərinin getməsi və həmin yolda bünövrə qazmaqla orada tikinti aparırlar. Biz bu haqsızlıqlara dözə bilmirik, amma ki, rayon İcra Başçısına nə edə bilərik. Hətta həmin ərazidə 40-dan çox qeyri yaşayış sahəsinə aid olan obyektlər var ki, ailələrini bir təhər dolandırırlar. İcra Başçısının qeyri-qanuni şəkildə varlanması, biz kasıbların daha da kasıblamasına gətirib çıxarır və çıxılmaz duruma salır. Bu qanunsuz satılmaların tez bir zamana salmaqla rayonumuzun görkəmini dəyişmək adı altında biz sahibkarların haqqına girməklə qanımıza susayırlar.
Onların bu haqsızlığına tab gətirə bilmirik, biz sahibkarlar ailəmizi həmin obyekti işlətməklə dolandırırıq. Hazırki durumda ailə üzvlərimiz psixoloji vəziyyətdə olmaqla gərgindirlər.
Müzəffər ordunun Ali Ali Baş Komandanı!
Biz sahibkarlar sizin daxili və xarici siyasətinizi dəstəkləyən Azərbaycan xanımı olaraq güvənimi sizə edərək sizdən imdad diləyirik.
Sizin təyin etmiş olduğunuz İcra Başçılarına tapşırıqlar verməyinizin şahidi olmağımıza baxmayaraq, sizin tapşırıqlarınıza Ağstafa rayon İcra Hakimiyyəti tərəfindən əməl edilmədiyini də, sizə bildiririk.
Odur ki, Sizdən bu küçədə işləyib ailələrini dolandıran sahibkarlar adından xahiş edirik ki, bizə məxsus olan obyektlərin qarşısında (asfalt örtülkü yolu satmaqla) 40 obyekti zəlil gününə salmış Başçıya öz iradlarınızı bildirmənizi və həmin hissədə heç bir obyektin tikiləməsi barədə göstəriş vermənizi sizdən bir daha xahiş edirik”.
Sahibkarların iddiasına əsasən, sözügedən sahədə birmərtəbəli şuşəbəndli restoran tikmək istəyirlər. Onların sözlərinə görə, tikinti işlərini aparmaq istəyən şəxslərin
əllərində inşaata icazə verən heç bir sənəd yoxdur.
Əldə etdiyimiz məlumata əsasən, bu ünvanda tikintiyə icazə üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmayıb.
1. Ağstafa rayon Heydər Əliyev küçəsi ev 35-də yaşayan , fiziki vergi ödəyicisi, Birinci Qarabağ müharibəsinin veteranı Namazov Məcid İsmayıl oğlu 050-663-56-67
2. Ağstafa rayon Vuğun qəsəbə sakini, fiziki vergi ödəyici, İkinci Qarabağ müharibəsinin veteranının atası, Xəlilov Arzu İbrahim oğlu 050-339-19-59
3. Ağstafa rayon Vuğun qəsəbə sakini, fiziki vergi ödəyici, İkinci Qarabağ müharibəsinin veteranının atası, Məmmədov Kərim İsmayıl oğlu 050-221-54-32
4. Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, fiziki vergi ödəyici Həsənova Sevil Bahadir qızı
 //Cumhuriyyət.az//

Ardını oxu...
DİA.AZ: - "Şikayətim "Şəhrizad" uşaq bagçasından, oranın rəhbərliyi və tərbiyəçilərindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Fidan İmaməliyeva adlı istifadəçi giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: "Bir neçə ay əvvəl buraya qoyduğum övladımı bağçanın sonuncu günü götürərkən bu vəziyyətə düşdüyünü görmüşəm.

Ardını oxu...

Bu barədə əlaqədar orqanlara şikayət vermişəm və bir neçə qruplarda da paylaşmışam. Yaranmış hadisə ilə bağlı bağça müdiryyəti nəinki məndən üzr istəməyib, əksinə məni məhkəməyə verib ki guya onun işgüzar nüfuzuna xələl gətirmişəm, şərəf və ləyaqətini təhqir eləmişəm.

Bir insanın "işgüzarlığının" nəticəsi budursa, qeyri-işgüzarlığı necə olardı görəsən?"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - Hörmətli Cənab Prezident. Dəfələrlə Sizə və müvafiq orqanlara müraciət etməyimə baxmayaraq mövcud vəziyyət nəinki düzəlmək əvəzinə, əksinə Dövlətimizin qanunlarının pozulmasına qarşı barışmaz mövqe tutduğum üçün mənə qarşı məktəbin direktor əvəzi N.Məmmədova, onun havadarları şəxsən Gəncə -Daşkəsən Regional Təhsil şöbəsinin müdiri Anar Qədiməliyev və onun ətrafı, eyni zamanda N.Məmmədovanın əlaltıları tərəfindən təyziqlər dahs güclü xarakter alıb". DİA.AZ bildirir ki, bu barədə Gəncə şəhəri 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Zeynalova Elvira Oruc qızının Prezident İlham Əliyevə ünvanladığı müraciətində deyilir.

Müraciətində daha sonra narazı təhsil işçisi qeyd edir: "Hesab edirəm bu gün təhsildə eyni zamanda çalışdığım məktəbdə baş verənlər təkcə mənə qarşı yox Dövlətimizə və Şəxsən Sizin Hörmətli Ali Baş Komandan apardığınız uğurlu siyasətə qarşı yönəlmiş xain planların tərkib hissəsidir.

Sizdən acizanə surətdə Xahiş edirəm bu gün Gəncə təhsilində at oynadan Anar Qədiməliyev başda olmaqla xəyanətkarlara qarşı çox ciddi ölçü götürülməsinə tapşırıq verəsiniz və məni qəbul edəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Ardını oxu...Zaqatala rayonunda yaşıllıqlar məhv edilir. Bu barədə videoşikayət edən rayon sakini 32 ağacın qanunsuz olaraq məhv edildiyini iddia edir.

"İllərlə bu ağacların yetişdirilməsinə dövlətin gücü və pulu sərf olunub" deyən narazı Zaqatala sakini bildirir ki, bu ağacların qırılması nəticəsində tikilən obyekt sadə bir adama məxsus deyil.

Narazı vətəndaş bildirir: "Reyestr idarəsinin qarşısında əgər qanunsuz tikili aparılırsa, yaşıllıq məhv edilirsə, deməli, bu işin arxasında elə-belə adam dayanmır".

Daha ətraflı aşağıdakı videoda:

DİA.AZ bildirir ki, sözügedən videogileylə bağlı yerli RİH də mövqe açıqlamasında bulunub. İcra hakimiyyətinin olaya reaksiyasında deyilir:

"Qeyd olunan ərazidə 2007-ci ildə yaşıllıq zolağı salındığı zaman həmin ərazidə xidmət sahəsi üçün yer ayrılmışdır. Əvvəlki illərin peyk görüntülərinə baxsanız həmin yerdə yaşıllıq zolağının olmadığı aşkar görünür. Hazırda ərazidə tikilən iaşə obyekti həmin xidmət sahəsində tikilir və tikintisi zamanı ətrafdakı ağacların kəsilməsinə yol verilməmişdir".

Görünəni odur ki, Zaqatala RİH ağacların kəsilmədiyini bildirir. Vətəndaş isə bunun əksini iddia edir. Hər halda, gərəkən qurumlar bu faktı araşdırmalıdır..

Ardını oxu...
 
 

Tağı Əhmədovun “Ə, bir-bir”inə , Abid Şərifovun “Alabala”sına cavab verməyəndə, Bayram Səfərov da “Sa nə var?” deyəcəkdi…

 

Jurnalistlər qarşısında ilk kobudluğu Bayram Səfərov etdi və “gedin savadlanın”, deməklə onları toplu halında təhqir etmiş oldu. Təəssüf ki, mikrafonlarının loqoları göz deşən, media təmsilçilərindən heç kim ona layiqli cavab verə bilmədi.
Əslində, icra başçısl işlədiyi ifadəyə görə elə sərt cavabı da haqq edirdi. Çünki özü zır savadsız ola-ola, bir neçə jurnalisti savadsızlıqda ittiham edirdi. Düzü, mən susan jurnalistlərin kimlər olduğunu bilmirəm və savadlarına da bələd deyiləm. Ancaq əminəm ki, onların əksəriyyəti Bayram Səfərovdan qat-qat savadlıdırlar. Onda isə niyə təhqirə cavab vermədilər?
Elə həmin andaca jurnalistlərdən biri ona çox mədəni şəkildə “Siz Şuşaya gedə bilirsiniz” sualını ünvanlayır. Bayram Səfərov yenə də özündən razı və məmur etikasına sığmayan tərzdə “ Sa nə var” kimi cavab verir. Əslində, bu sualla jurnalist düz “qızıl onluğa” vurmuşdu. Bu, həm də kobudluq edən icra başçısına verilən ən layiqli cavab idi.
Bayram müəllimin bunu xüsusi aqresiya ilə qarşılaması onu deməyə əsas verir ki, başçını doğrudan da, Şuşa ilə bağlı proseslərdən təcrid ediblər. Bəli, razıyam ki, jurnalistin “hesab soracam” ifadəsini işlətməsi qüsurludur.
Bunu bir az yumşaq formada deyə bilərdi. Ancaq bunu məhz Bayram Səfərovun yaratdığı gərginlikdən yaranan impulsiv reaksiya kimi də qəbul etmək olar. Çox təəssüflər olsun ki, bizim bəzi həmkarlarımız bu məsələdə birtərəfli olaraq, yalnız jurnalisti qınayır.
Bəs məmur etikası, məsuliyyətindən niyə danışan yoxdur? Heç gördünüz ki, həmin hadisəyə görə hakimiyyət təmsilçisi olan hansısa vəzifəli şəxs çıxıb Bayram Səfərovu tənqid etdi? Heç etməyəcək də.
Qısası, bilirsiniz, niyə belə mənzərə yaranır? Çünki zamanında bizim hadisə yerində olan həmkarlarımız Tağı Əhmədovun “Ə, bir-bir…”; Abid Şərifovun “Alabala…” kimi jurnalistləri təhqir edən davranışlarına lazımi cavab verə bilməyiblər.
Hamı bilir ki, bu ölkədə gənc bir jurnalist istəsə belə, Bayram Səfərov kimi, xirtdəyə kimi korrupsiyanın içində üzən, təkcə Bakı şəhərində 10-larla bahalı restoranı olan birindən “hesab sormaq” iqtidarında deyil.
Ancaq istənilən jurnalistin B.Səfərovun bu cür dikbaş davranışına hansısa formada etiraz etmək hüququ vardı. Ola bilər ki, jurnalist bunun formasını tam da düzgün seçə bilməyib, lazımsız ifadələrdən istifadə etdi. Ümumən isə bu dialoqda Bayram müəllimin günahı jurnalistən qat-qat çoxdur!
Məhəmmədəli Qəribli
 //azinforum.az//

 

XalqXeber.Az
Ardını oxu...
 
 

Son dövrlər daha çox korrupsiya və rüşvətxorluğa qarşı mübarizə dövlətin priotet siyasi xəttini təşkil etməkdədir. Bu da ölkə rəhbərliyinin bu mövzuda barışmaz mövqedə olmasının bariz nümunəsidir.

 

Ölkə rəhbərliyinin ən ümdə qayəsi öz insanının sosial yaşamını yüksəltmək, gələcək nəsillərin sağlam təməllər üzərində yetişməsinə yönəlmiş daxili siyasətinin tərkib hissəsidir. Elə məhz bu kimi səbəblərə görə də, korrupsiya və rüşvətxorluğa qarşı ən barışmaz mövqe sərgilənməkdədir. Bununla da hər kəsə nümunə sərgilənməkdədir…

Bu gün diqqətinizə çatdıracağımız mövzu da məhz bu barədədir. Sitat, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Stansiyasında baş verən bir neçə ciddi qanun pozuntuları barədə məlumat verəcəyik. Qeyd edək ki,həmin qurumun Köməkçi Yardımçı Stansiyalarda illərlə davam edən bir neçə neqativ hallar Böyük Feldşerlər tərəfindən həyata keçirilir.

Köməkçi Yardımçı Stansiyanın müdirlərinə xüsusi yaxınlığı olan böyük feldşerlərin göstərişi ilə feldşerlərdən 10-20 manat, həkimlərdə isə 20-30 manat hətta daha artıq məbləğdə pul yığılmaqdadır.

Bəzi həkimlər və ya feldşerlər istənilən rüşvəti vermədikdə isə həmin şəxslərə isə qərəzli mövqe tutulur. Hər bir addımda müdir və ya böyük feldşer tərəfindən işlərində süni nöqsanlar yaratmaqla, sıxıntıya salınır və nəcidə onlarda rüşvət verməyə məcbur edilirlər.

Bütün bunlar barədə isə Səhiyyə Nazirliyi rəhbərliyinin məlumatsız olması qənaətindəyik.

Səhiyyə Naziri cənab Teymur Musayevin və Təcili Yardımın baş həkimi Rauf Nağıyevin mövzu ilə əlaqədar mövqeyini öyrənməyə çalışacağıq…

Mövzu diqqətimizdədir…

AZƏRBAYCANREALLIĞI.COM

 

XalqXeber.Az
Ardını oxu...
"Meliorasiya və Su Təsərrüfatı" ASC ölkə əhalisinin yarıdan çoxunu narazı salmasına rəğmən özünü "tender həvəsi"nədən də kənarda qoymur.

"DogruXeber.az" "tender.gov.az" saytına istinadən bildirir ki, 23.02.2023-cü il tarixində Dövlət Satınalma Portalına yeni bir tender müqaviləsi barədə məlumat yerləşdirib.

Belə ki, "Melorasiya və Su Təsərrüfatı" ASC ilə "AzinTelekom"MMC (VÖEN: 9900048721) arasında bağlanmış xidmətlərin göstərilməsi haqqında müqavilədə qeyd edilən 288000 (iki yüz səksən səkkiz min) AZN-dir. Lakin, onu da vurğulamaq yerinə düşər ki, sözügedən müqavilənin ətraflı məlumat bölməsi boş saxlanılıb.
Ardını oxu...
Qeyd edək ki, ətraflı məlumat bölməsi boş saxlanılan daha bir müqavilə də 24.02.2023-cü il tarixində "Azəralüminium" MMC tərəfindən yerləşdirilib.

"Şimal Servis" QSC ilə bağlanmış "Türkiyə Respublikasına humanitar yardımın həyata keçirilməsi üçün müxtəlif malların satınalınması" müqaviləsində isə 11540.4 (on bir min beş yüz qırx) AZN məbləğ qeyd edilib.
Ardını oxu...
P.S: Qeyd edək ki, adı çəkilən hər iki qurum tez-tez tender müqaviləsi imzalayan qurumlar sırasındadır

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 

Dünyapress TV

Xəbər lenti