"Cavid Qurbanovun qohumu olmaq hələ yaxşı kadr olmaq deyil, ay Azər Qocayev...
Bütün zamanlarda ağsaqqallar və gənclər problemi olub. Söhbəti obrazlı desək gənclərin ağsaqqaları əvəz etməsindən, daha konkret desək, gənc nəslin yaşlı nəsli əvəz edə bilməsindən gedir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri də yaşlı nəslə hörmət etmək, onların öyüd-nəsihətlərini dinləməkdir. Söhbət təkcə öyüd-nəsihəti dinləməkdən getmir, həm də yaşlı nəslin həyat təcrübəsindən faydalanmaq, istifadə etmək gənclərimiz üçün çox vacibdir.
Son 10-15 ildə cəmiyyətimizdə belə bir sifariş var idi: yaşlı nəsil öz yerini gənc nəsilə verməli, ölkənin idarə olunmasında gənclərə meydan vermək lazımdır və s. Bütün bunlar hamısı təbii prosesdir. Amma bu asan məsələ də deyil.
Söhbət dövlətin idarə olunmasından gedir. Gənc nəsil buna hazırdırmı..? Axı, idarəetmənin gənclərə ötürülməsi, ucdantutma yaşlı, təcrübəli nəsli uzaqlaşdırıb yerinə gəncləri təyin etmək deyil ee... Çox təəssüf ki, bir çox sahələrdə, təhsildə, səhiyyədə, nazirliklərdə bu məsələ çox qeyri-ciddi formada aparıldı. Savadlı, təcrübəli, peşəkar, öz işini əla bilən təhsil, səhiyyə, o cümlədən digər sahələrin nümayəndələri vəzifələrdən uzaqlaşdırıldı və onları gənclər əvəz elədi. Bir daha deyirik ki, biz gənclərin önə çəkilməsinin əleyhinə deyilik. Çünki biz özümüzdə gənc nəslin nümayəndələriyik. Amma...
Təsəvvür edirsiniz, çox gənc bir oğlana 100-150 minlik rayonun idarəedilməsi həvalə edilir. Və bəh-bəhlə deyirlər kİ, bu cavan kadr ingiliscə əla bilir. Cənablar, Gədəbəyin, yaxud Qusarın ucqar kəndlərini idarə etmək üçün ingilis dilinə nə ehtiyac var..?
Əlbəttə, dil bilmək lazımdır. Amma əyalət rayonunda işləyən gənc rəhbər işçi ilk növbədə əkinin-biçinin, torpağın, bir az obrazlı desək qoyunun, keçinin, mal-qaranın, pambığın, baramanın dilini bilməlidir. Və ən əsası gənc kadr yerlərdə yaşlı nəsillə, ağsaqqallarla görüşməli, onların həyat təcrübəsindən faydalanmalıdır. Axı, bunlar üçün ingilis dilini bilmək, yaxud hansısa xarici universitetin sertifikatı bəs eləmir... Əgər gənc kadrın işi kabinetdə oturub tellərinə jele yaxmaq, sonra da fotioessiya keçirməkdirsə, vallah birazdan çox ciddi problemlərlə üz-üzə qalacağıq. Son günlər Gədəbəyin Söyüdlü kəndində baş verənləri görəndə, istər-istəməz gənc kadrlar problemi yada düşür.
Biz bu olaya müdaxilə etmək istəmirik, yəqin ki, yaxın zamanda hüquq-mühafizə orqanlarımız bu məsələ ilə bağlı ciddi materialı ortaya qoyacaqlar. Amma rayonun rəhbərliyi niyə məsələnin bu həddə qədər gəlib çatmasına imkan verib..? Biz kimisə ittiham etmək istəmirik ee.... Gəlin etiraf edək ki, yaşlı, təcrübəli icra başçıları pis-yaxşı rayonları idarə edirdi, rayon sakinləri ilə dil tapa, problemlərin qarşısını ala bilirdi...çıxış yolu tapırdı... Axı, ömründə ayağı Kəlbəcərə dəyməyən, əkin-biçinin nə olduğunu bilməyən Kəlbəcərin yeni icra başçısı, Cavid Qurbanovun qohumu Azər Qocayev deyəndə ki, mən Ağdaban kənd icra nümayəndəsinin müavini Teymur Kərimova söz deyə bilmirəm...adam deməyə, yazmağa söz tapmır. Əgər icra nümayəndəsi səni eşitmirsə, ay Azər Qocayev, niyə o kresloda oturmusan..?
Deməli, sən ya onun qarşısında başı aşağı, gözü kölgəlisən, ya da başqa məsələlər var. Necə yəni rayonun icra başçısı hansısa kəndin icra nümayəndəsinə söz deyə bilməsin... Azər Qocayevə deyən lazımdır ki, Cavid Qurbanovun qohumu olmaq hələ yaxşı kadr olmaq demək deyil ee... Vallahi, bizi qınamayın, adamın yadına... Ə.Haqverdiyevin sözləri düşür: “De, sən öl Həsən ağanın qohumusan?”, “Sən Həzrət Abbas Həsən ağanın qohumusan?”, “Onda gəl min boynuma”...
İndi Azər Qocayevə deyən lazımdır ki, Cavid Qurbanovun qohumusan, gəl min boynumuza... Söhbət təkcə kiminsə qohumu olmaqdan, səriştəsizlikdən getmir ee.... Bizim əlimizdə bu məsələlərlə bağlı elə daşdan keçən faktlar, dəlil-sübutlar var ki...açıb sandığı töksək pambığı yer yerindən oynayar, hamı dəhşətə gələr... Eldar Həsənov Kəlbəcərlidir deyə, ətraf rayonlarda təxribat törətməlisiniz...? Siz bununla nələrə təsir etmək istəyirsiniz..?
İçinizdəki Eldar sevgisini bu yolla çıxartmaq istəyirsiniz..? Kəlbəcərin polis rəisi, Eldarın qohumu Haqverdi Əkbərov nə məqsədlə ətraf rayonlarda, Gədəbəydə, Daşkəsəndə problem yaratmaq istəyirdi, amma məqsədinə nail ola bilmədi...
İcazə verin düşünək ki, bütün bunlar hamısı bir mərkəzdən idarə olunur. Və məqsəd ölkədə qarışıqlıq yaratmaq...necə deyərlər bulanıq suda balıq tutmaq sevdası... Buna nail ola bilməyəcəksiniz....Dövlətin başında döyüşdən çıxmış Müzəffər Prezident dayanır. Biz hamılıqla cənab Prezidentimizin ətrafındayıq.
P.S. Günün birində onsuzda cənab Prezidentlə görüşəcəyik, əgər bizi öldürməsələr. //gundelik-baku.com//

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Dünyapress TV

Xəbər lenti