Ardını oxu...
Ramiz Hümmətovun biznes şəbəkəsi...
Ramiz Hümmətov başqasına məxsus avtomobili saxta yolla necə satıb..?
Məşhurlardan biri deyir ki, mən hansı ölkəyə gedirəmsə, orada yaxşı, yaxud pis qanunla maraqlanmıram, məni qanunun işləməsi maraqlandırır.
Bəli, qanun kağız üzərində qalırsa, işləmirsə, obrazlı desək, “ölü qanun”dursa, nə fərqi, yaxşı, ya da pis qanundur. Əsas odur ki, qanun işləsin və...ən əsası HAMIYA şamil olunsun. Biz 33 ildir ki, müstəqillik əldə etmişik, BMT-nin, hətta Avropa Şurasının üzvüyük. Yəni Avropa Şurasına daxil olanda üzərimizə öhdəlik götürmüşük. O öhdəliklərdən biri də QANUNUN ALİLİYİNƏ riayət etməkdir. İndi gəlin görək, Avropa Şurası qarşısında görütdüyümüz öhdəliklərə əməl edirikmi...? Yəni bizim Ali Qanunda- Konstitusiyada məmurların biznes faəliyyəti ilə məşğul olması birmənalı olaraq QADAĞAN OLUNUB. Amma...
Əmması odur ki, bu gün ölkədəki iqtisadiyyatın, biznesin çoxu dövlət məmurlarına məxsusdur. Ən dəhşətlisi odur ki, məmurlar öz səlahiyyətlərindən istifadə edərək, vergidən yayınır, işçilərin hüquqlarını pozur və daha nələr... Amma ən dəhşətlisi odur ki, bəzi dövlət məmurları öz səlahiyyətlərindən sui-istifadə edərək CİNAYƏT ƏMƏLLƏRİNƏ yol verirlər. Belə məmurlardan biri də Binədə yerləşən 31 saylı notariat kontorunun rəhbəri Hümmətov Ramiz Kamran oğludur.
Oxucuya aydın olması üçün qeyd edək ki, Azərbaycanda yaxşı qanunlardan biri də “Notariat haqqında” Azərbaycan Respublikası Qanunudur. Qanunun 7-1-ci maddəsində xüsusi notariusların sahibkarlıq fəaliyyəti ilə məşğul olması və siyasi partiyada fəaliyyəti qadağandır. Əgər belə bir hal olarsa, xüsusi notarius vəzifəsindən uzaqlaşdırılır.
İndi görək, bu qanun ölkəmizdə işləyirmi? Əgər qanunlar işləsəydi, Binədə yerləşən 31 saylı notariat kontorunun rəhbəri Hümmətov Ramiz Kamran oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzdi. Bu adamın özünə məxsus “R-Petrol” adlı yanacaqdoldurma məntəqəsini, Xırdalan şəhərində vaxtilə dövlət notariusu işlədiyi dönəmdə yığdığı pullar hesabına xüsusi notarius keçməsi ilə əlaqədar kontor kimi inşa etdirdiyi, fəaliyyətini Xırdalandan Binəyə köçürəndən sonra isə icarəyə verdiyi ofis binasını, Xırdalandakı başqa obyektləri, Abşeron rayonunun Məmmədli qəsəbəsində (Məhəmmədi kəndində) tikdirib ayrı-ayrı şəxslərə satdığı 50-yədək fərdi yaşayış evlərini, Abşeronun Badamlıq yaşayış massivindəki evlərini və daha nələri yazaq…. Görəsən, bütün bunlar sahibkarlıq fəaliyyəti deyil..? Nə olsun ki, Ramiz Hümmətov həmin obyektlərin çoxunu yaxın qohumlarının adına sənədləşdirib.
Bəli, Ramiz Hümmətov Məmmədli qəsəbəsində qeyri-qanuni yolla əldə etdiyi geniş torpaq sahəsində saldığı fərdi yaşayış evləri kompleksini qəsəbədə icra nümayəndəsinin müavini vəzifəsində işləyən qardaşı oğlu İlkin Hümmətovun adına rəsmiləşdirib. Hələ bunlar harasıdır ? Ramiz Hümmətovun elə əməlləri var ki, oxuyanda adam dəhşətə gəlir. Bu adam vətəndaşın adına olan qanuni avtomobili onun razılığı və imzası olmadan başqasına satıb. Bu əsl möcüzədir.
Bəli, bu saxtakarlıq əməli 31 saylı notariat kontorunun rəhbəri Ramiz Hümmətovun əli ilə həyata keçirilib. Və 31 saylı notariusda avtomobilin alqı-satqısı baş tutub.
İndi gördünüzmü, Ramiz Hümmətov kimilər üçün Azərbaycan qanunları nədir? Belə ki, Bakı şəhər sakini Mətanət Əliyevaya məxsus ağ mirvari rəngli "Lexus RX 350" markalı, 90 DX 350 nömrə nişanlı minik avtomobili oğurlanıb. Onun yaxın qohumu bildirib ki, avtomobil saxta yolla Bakı şəhərində yerləşən 31 saylı notariat kontorunun rəhbəri Hümmətov Ramiz Kamran oğlunun razılığı ilə Sumqayıt şəhər sakini Rüstəmov Rüstəm İntiqam oğluna Əliyeva Mətanətin İŞTİRAKI və RAZILIĞI OLMADAN alqı-satqı müqaviləsi imzalanaraq satılıb. Görəsən, vətəndaşa məxsus minik avtomobili onun razılığı və imzası olmadan necə satıla bilər? Əlbəttə, ortada böyük rüşvət, saxtakarlıq və CİNAYƏT ƏMƏLİ var.
İndi bütün bunlardan sonra Ramiz Hümmətov bəzi media orqanlarında nə yazdırır: “Ramiz Hümmətov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!” İndi isə keçək mətləbə.
Suliyeva Nabat Azərbaycan Respublikası Bakı şəhəri, Nazim Hikmət küçəsi ev 32, mənzil 2-də yaşayıb.
Suliyeva Nabat öz adına Muğan bankda 100 min manat vəsait qoyub. Xaricdə yaşaması ilə əlaqədar olaraq, Nabat xanım öz adından nəvəsi kimi çox istədiyi bir şəxsə etibarnamə verir. Bu şəxs Nabat xanım üçün həmişə dəyərli və istəkli olaraq qalır. Nabat xanımın həmin şəxsə verdiyi etibarnamə qüvvədə ola-ola nədənsə birdən-birə 31 saylı Notariusun rəisi Ramiz Hümmətov peyda olur. Sonradan necə ola bilər ki, Nabat xanımın başqa bir adama etibarnamə verdiyi bir halda Ramiz Hümmətovun vasitəçiliyi ilə etibarnaməsi olan şəxs axtarılır, Ramiz Hümmətov vəzifəsindən sui istifadə edərək, həmin etibarnaməsi olan şəxsin şəxsi məlumatlarını qeyri-qanuni olaraq, sistemdən əldə edir, hələ bu da azmış kimi həmin şəxslə telefon əlaqəsi yaradaraq, onun başqasına etibarnamə verməsini tələb edir. Gördükdə ki, həmin şəxs bu məsələdən imtina edir, Ramiz Hümmətov işi həmin şəxssiz həyata keçirərək, xarici ölkədə olan Suliyeva Nabatın adından başqa şəxsə etibarnamə yazır. Məsələnin ciddiliyini bax burada nəzərə almaq lazımdır.
09.06.2023-cü ildə gecə saat 23.59-da, Suliyeva Nabatın adından, Hacıyev soyadlı bir şəxsə etibarnamə verilir. Gecə saat 23.59-da, xarici ölkədə yaşayan Suliyeva Nabatın adından verilən etibarnamə, elə həmin saniyə də də sistemə daxil olur, həmin sənəd sistemə daxil olan kimi də təsdiq edilir. Budur, Dövlət Notariusunun rəhbəri Ramiz Hümmətovla Elxan Hüseynovun qanunsuz əməlləri.
Qeyd edək ki, 81 yaşlı hal-hazırda xarici ölkədə yaşayan Suliyeva Nabat heç bir Mobil Notariat Proqramından istifadə edə bilmir, onunla qanunsuz olaraq, Watsapp vasitəsilə əlaqə saxlanılıb. Etibarnaməsi olan şəxs isə etibarnamə əlində qalaraq gözləyir. Yevlax rayon notariusu işləyən Hüseynov Elxan İlyas oğlu da Ramiz Hümmətovla bu işdə birgə saxtakarlıq ediblər. İncə məqamlardan biri də odur ki, 31 saylı notariusun rəisi etibarnaməsi olan şəxsə zəng vuraraq, hətta rüşvət də təklif edib. Ramiz Hümbətovun əlimizdə olan səs yazısı bütün məsələlərə aydınlıq gətirmək üçün sübutdur. Muğan bankdan 100 min manat pulun qeyri-qanuni yolla çıxarılmasında əli olan bütün şəxslərin məsuliyyətə cəlb olunması üçün əlimizdən gələni edəcəyik.
gundelik baki.com
 
 
 
Ardını oxu...
Teref.az yazır ki, redaksiyamızın elektron pöoçtuna vətəndaş Vüsal Zeynalovun K.Fərəcov adına Elmi-tədqiqat pediatriya institutu (OMD)-dən şikayəti daxil olub. Şikayət məktubunun nöqtə vergülünə əl dəymədən oxucumalara təqdim edirik:
"Mən Vüsal 26.06.2023 cü ildə vaxtından tez olaraq dünyaya qız övladım göz açıb və mən K.Fərəcov adına Elmi-tədqiqat pediatriya institutunun-OMD müraciət etdim ki, övladım ora yerləşdirilsin. Xəstəxanada yer ola ola mənim övladımı qəbul edilmirdi. Mən Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyinə zəng etdikdən sonra övladım qəbul olundu. 1 həftədir övladım qəbul olunmurdu indi hal-hazırda övladımı ora yerləşdirilməsinə baxmayaraq baş həkim Aynur Poluxanova və həyat yoldaşı 90-HG-911 markalı maşınlarından düşərək mənə hədə qorxu gəlir ki, niyə bu xəstəxanaya gətirmisiz. Bizdə dəfələrlə bildirdik ki, bu xəstəxana dövlət xəstəxanasıdı və bura yerləşdirməliyik. Aynur Poluxanovaya da dəfələrlə yazmışam zəng etmişəm xahiş edib bildirmişəm ki,. övladımı qəbul edin heçnə olmasın buna baxmayaraq məni telefon xətlərinin hər birindən bloka salıb. Nə qədər düzgündür belə bir şey edilməsi bilinmir. Bir neçə yerə şikayət etdikdən sonra övladımızı yerləşdirdik bu iş barəsində öz şikayətimizi mətbuat orqanlarında paylaşacağıq. Aynur Poluxanova kimdir arxasında kim dayanır hamısını araşdırılmasının arxasındayıq!"
Teref.az olaraq şikayətdə toxunulan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 
Ardını oxu...
Şamaxı Rayonu Suvarma Sistemləri İdarəsi əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub.

DİA.AZ xəbər verir ki, qalib "Aztikintiservis" MMC olub.

Qalib şirkətə 129 676 manat ödəniləcək.

Qeyd edək ki, elanda torpaq məcralı Dibarx kanalının L=1.9 km (işin davamı) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur.

DİA.AZ bildirir ki, 13 mart 2019-cu ildə yaradılan və 100 manatlıq nizamnamə kapitalına malik olan “AzTikintiServis” MMC-nin direktoru Paşa Papaqçıyevdir.

Şirkət 18 may 2020-ci ildə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti tərəfindən ümumi maliyyə dəyəri 1,4 milyon manat olan tenderin iki qalibindən biri olub və aralarında 733 min manatlıq tender müqaviləsi imzalanıb.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən 20 may 2020-ci ildə elan edilən Qusar rayonu Zuxul kəndinin həyətyanı və əkin sahələrinin su təminatının yaxşılaşdırılması işlərinin satınalınması tenderinin qaliblərindən biri olub və aralarında imzalanan satınalma müqaviləsinin məbləği barədə mətbuatda heç bir məlumat yoxdur.

27 ilyul 2022-ci ildə şirkət “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsinin Şəmkir sol sahil maşın kanalının beton üzlüyünün təmiri işlərinin satınalınması ilə bağlı tenderinin qalibi olub.

Tərəflər arasında maliyyə dəyəri 208 min 498 manat olan satınlma müqaviləsi bağlanılıb. Şirkət ötən ilin 7 ayı ərzində ümuni dəyəri 1 milyon 944 min manatdan artıq olan 10 tenderin də qalibi olub. Bu tenderlərin 9-u Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-in tabeliyindəki qurumlara aid olub.

Yerdə qalan bir tender müqaviləsi isə Abşeron Milli Parkı ilə imzalanıb. Həmin dövrdə “Aztikintiservis” MMC-nin dövlətə 6900.10 manat vergi borcu olub.

Cari ilin fevral ayının 2-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin “Tovuz rayonu Ağdam kəndi ərazisində yerləşən Axıncaçay su anbarında təmir-bərpa işləri” satın alınması ilə bağlı elan etdiyi açıq tenderin qalibi də bu şirkət olub.

Tərəflər arasında 1 milyon 477 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Şirkət ikinci dəfə mayın 1-də Tovuz Rayon Suvarma Sistemləri İdarəsinin elan etdiyi tenderdə qalib olub v aralarında 118 713 manatlıq satınalma müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə görə, şirkət qurum üçün Bastam arxının beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərini həyata keçirib.

Onu da qeyd edək ki, yuxarıda sadaladıqlarımız “AzTikintiServis” MMC ilə Zaur Mikayılovun akntorunun ortaqlıqlarının tamamı deyil. Hər halda bu məqam hüquq mühafizə orqanları üçün taxşı aradşırma səbəbidir...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Belə bir məsələ var ki, ölkədə dəyişikliklər olacaq. Onlardan ən böyüyü yəni sadə insanlara xeyir olacaq dəyişiklik odur ki, ölkədə İcra hakimiyyətləri ləğv ediləcək əyalətlərdə Prezidentin xüssisi nümayəndəsi olacaq. Məndə olan məlumat da oda ayın olur ki, bu qədər şikayətlərdən sonra İlham İsmayılovun vəzifədən azad edilməməsinin də səbəblərindən biri budur. Yəni yeni sturktur icra olunan kimi sovet düşüncəli və rus təhsili almış İlham İsmayılov kimi “köhnə” kadrlar yeni tərkibdə olmayacaqdır. Onun əvəzinə isə yeni kadrlar Dövlət idarəçilik alademiyasını bitirmiş gənc kadrlar olaca heç bu dəfəki deputat seçkilərində Ayadın Mirzəzadə də olmayacaq. (YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev) kimi gənclər irəli çəkiləcək. Videoda qadının da dediyi kimi “sanki Mingəçevirin sahibi yoxdu”. Elə bil şəhər avtopilotda idarə olunur.

Elə İlham İsmayılovu tərifləyənlərin də dediyi kimi İcra başçısı ölkə başçısının Mingəçevirdə olan nümayəndəsidir. Amma İlham İsmayılov özünü jek müdiri kimi aparır. Elə olmasaydı şəhərdə fəaliyyət göstərən hansısa idarəyə sözü keçərdi deyədi ki, şəhərdə elə işləyin ki, mənim başçısı olduğum şəhərin əhalisi əziyyət çšəkməsin. Burada iki məsələ var. Nə İcra başçısı öz səlahiyyətlərini bilmir, nədə kimlərinsə yanında “gözü kölgəli”-dir.

İndi isə əziz Mingəçevirlilər yazın görək şəhərin İcra başçısının fəaliyyətindən razısınız?

Sahibsiz qalan şəhər sakinləri fəryad aparır.Ətraflı VIDEODA…

 
Ardını oxu...
Xacmaz rayonu, N saylı hərbi hissənin işçiləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər hərbi hissədə xidmət göstərən hərbçilər arasında ayrı-seçkilik olduğunu bildirirlər:

“Xaçmaz rayonu, N saylı hərbi hissədə özbaşınalıq son həddədir.

Belə ki, 2022-ci ildə bizə məlumat vermədən, imtahan götürdülər. Bu il isə "2-ci məharət dərəcəsi" imtahanı vermədən, bizi kəsdilər. Səbəbini soruşduqda bildirdilər ki, 2022-ci ildəki imtahana əsasən hesablama aparılıb.

100 nəfərdən 23 nəfərə düşdük. İmtahan vaxtı məzuniyyətdə olan, turnik vura bilməyən şəxslər imtahandan keçdilər. Bu olanlar haqqında “yuxarılara” məlumat versək də, aldığımız cavab ürəkaçan olmadı. Bizə bildirdilər ki, "sizin qatarınız çoxdan gedib".

Hərbi hissədə olan iki xanım üçün isə xüsusi diqqət var. Kirayədə yaşamasalar da, onlara kirayə pulu ayrılır. Kirayədə yaşayan kişi hərbçilərə ayrılan pul isə kəsilir.

Bir həftə içərisində hər iki xanımın "2-ci məharət dərəcəsi" aldıqları bəlli oldu. Əgər bizim “qatar gedibsə”, xanımların qatarı niyə getmir bəs?! Xanımlar barəsində gələn əmrin açıq şəkildə heyətə çatdırılması qadağan edildi.

Bizim davamız bu xanımlara göstərilən xüsusi diqqət deyil, hər kəsin öz işidir. Biz istəyirik kirayə pulu alaq, imtahan doğru-düzgün keçirilsin. Əmr sənədlərini bir-birinə yaxın vəziyyətdə tutduqda, polkovnik Asif Məmmədli tərəfindən müdaxilə olunaraq, xanımların adlarının əmrə əlavə edildiyi açıq-aşkar görünür. Yəni cənab nazirin əmrinə müdaxilə olunub.

Polkovnik Asif Məmmədli hərbiçilərə zülm verir”.

Jalə FAMİLQIZI

Redaksiyadan:Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

P.S. Qeyd edək ki, Azərbaycan reallığında şikayətçilərin adlarının çəkilməsindən ehtiyat etmələri anlaşılandır. Çünki, çox təəssüf ki, bəzi dövlət adamlarının ayağına dolanan "haqqını tələb edən" insanları işləri ilə cəzalandırırlar. Bir neçə ay qabaq, Naxçıvanda yerləşən N saylı hərbi hissədə işləyən xanım da elə haqqını tələb edərkən işindən olmuşdu. Belə ki, saytımızda yazı gedəndən 2 gün sonra onun işinə son verilmişdi. Bu səbəbdən də adların gizlin qalması vətəndaşların işini qorumaq üçündür.
 
 
 
Ardını oxu...
Goranboyda yerləşən məktəbdə hamı bir birindən şikayətçidir.

Goranboy rayonun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən Kəlbəcər rayon 91 saylı orta məktəbdə müəllimlər direktordan, direktor isə müəllimlərdən narazıdır.

Belə ki, həmin məktəbdə çalışan müəllim iddia edir ki, dərs ilinin başlanmasından sonuna qədər direktorun göstərişinə əsasən şagirdlərin, bəzi fənn müəllimlərinin ayaqları təhsil ocağına dəyməyib.

Həmin şagirdlər nə məktəbi, onlara dərs deməli olan müəllimlər isə şagirdləri tanımırlar.

Məktəbində ibtidai sinif müəllimi olan Mehdi Mirzəyev direktorun “qanun”larına tabe olmayaraq üzünü görmədiyi, dərs demədiyi şagirdlərə qayıblar yazıb.
Amma onun digər müəllim yoldaşları direktorun göstərişi ilə “qiyabi” oxuyan şagirdlərə qiymətlər yazıblar.

Haqsızlıqlara dözə biməyən müəllim aidiyyatı qurumlarla yanaşı “Xəzər Xəbər”ə müraciət edib.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Sabirabad rayonunun Əsgərbəyli kəndində yaşayan Pənah Teymur oğlu Hüseynov icra məmurunun hərəkətindən, Baş Prokurorluğun isə bu barədə şikayəti araşdırmamasından narazıdır. Söhbət Sabirabad rayon İcra Şöbəsinin icraçısına qarşı rüşvət iddialarıyla bağlı şikayətdən gedir.

“Sübutlarımı – səs yazılarını da təqdim eləmişəm”

Pənah Hüseynov Meydan TV-yə bildirib ki, şikayət məktubunu da, orada göstərdiklərini təsdiqləyən səs yazılarını xeyli vaxtdır ki, Baş Prokuror Kamran Əliyev və onun birinci müavininə göndərib. Amma bu qurumdan heç bir reaksiya yoxdur.

Onun sözlərinə görə, şikayət məktubunun surətini paralel olaraq, prezident, birinci vitse-prezident, ədliyyə naziri, daxili işlər naziri və başqa qurumlara da ünvanlayıb. Bu qurumlardan da hələlik səs-soraq gəlməyib:

“Təkcə məktublarla kifayətlənməmişəm. Orada yazdıqlarımın sübutu var – səs yazıları. Onları da hamısına göndərmişəm. Görsünlər ki, deyilənlər sadəcə, söz deyil…”.

Sabirabad rayon İcra Şöbəsində Pənah Hüseynov haqqında icra olunmalı məhkəmə qətnaməsi var. Şikayətçinin sözlərinə görə, həmin qətnamədən sui-istifadə edib, onu hədələyərək, ondan dəfələrlə rüşvət tələb olunub. Əsgərbəyli kənd sakini iddia edir ki, bir neçə dəfə də icra məmurunun hədələrinə baş əymək məcburiyyətində qalıb.

“Qorxudan məcbur qalıb razılaşdım”

“Çünki məni qərarı icra etməmək barədə protokol yazıb, həbs elətdirməklə məni hədələyirdi. Bir dəfə dediyini elədi – ona pul vermədim, o da protokol yazdı, həbs olundum. Mən də qorxudan məcbur olub, deyilənlərlə razılaşırdım”, – Pənah Hüseynov belə deyir.

Bir müddət öncə məhkəmə qərarının icrasından yayınmaya görə rayon məhkəməsinin qərarıyla onun haqqında 8 günlük inzibati həbs qərarı çıxarılıb.

Ardını oxu...

Onun sözlərinə görə, maddi durumu ağır olduğundan qərarı icra edə bilmir:

“Qərarı birdəfəlik icra eləməyə maddi imkan yoxdur. Əlimdə olanda da icraçı tutub məndən alır. Borcdan da çıxılmır. Qalmışam çıxılmaz vəziyyətdə…”.

Ardını oxu...

Pənah Hüseynov Meydan TV-yə Sabirabad rayon İcra Şöbəsində çalışan həmin əməkdaşın kimliyini də açıqlayıb. Həmçinin aralarında olan danışıqların səs yazılarını da təqdim edib. Lakin sözügedən icra məmuru ilə danışıb, səslənən ittihamlarla bağlı onun cavabını öyrənə bilmədiyimizə görə kimiyini açıqlamadıq.

Prokurorluqdan isə Meydan TV-yə bildirilib ki, daxil olan bütün şikayətlərə qanuna uyğun şəkildə baxılır, araşdırılır və cavablandırılır.
 //Meydan TV//
Ardını oxu...
Uzun müddətdir ki, mediada "Veysəloğlu" şirkətlər qrupundan və onun fəaliyyətində daim nöqsanlar olan rəhbəri, Vasif Talıbovla Ramiz Mehdiyevin ən yaxın adamı və şəriki olan Aydın Talıbov haqqında tənqidi materiallar dərc olunur. Aydın Talıbov, Ramiz Mehdiyev, Vasif Talıbov üçlüyünə aid olan "Veysəloğlu" şirkətlər qrupuna daxil olan mağazalarda qurdlu şokoladlar, iylənmiş sosislər, vaxtı keçmiş smetanlar, qatıqlar, bir sözlə qida məhsullarının satışı bu şəxslərə zərrə qədər də olsun mənfi təsir etmir. AQTA-nın dəfələrlə "Veysəloğlu" şirkətinin tərkibində olan firmaları, mağazaları cərimə etməsinə baxmayaraq, "Veysəloğlu", "OBA", "ARAZ" öz bildiklərini edirlər. Hətta dəfələrlə "Veysəloğlu" şirkətinin tərkibində fəaliyyət göstərən mağazaların qarşısında camaatın narazılıqlarının şahidi olmuşuq. Alıcılar mənfi fikirlər səsləndirməkdən belə çəkinmirlər.
"Bizə vaxtı keçmiş məhsullar satanın ölüsünə, dirisinə lənət, bizi aldadıb artıq qiymətlərə mal satanların qızları, gəlinləri, həyat yoldaşları çöldə qalsın". Bu fikirləri eşitmək heç kimə xoş deyildir. Amma buna baxmayaraq, "Veysəloğlu" şirkətlər qrupu özünü mediada reklam etməkdən belə çəkinmir.
Muzdlu mirzələrinin etdiyi REKLAM, əslində ANTİ-REKLAMdır...
Şəhid və qazi ailələrinə sənin Qurban payın lazım deyil, dövlətin vergisini ödə, istehlakçıların hüququnu pozma...
“Veysəloğlu” Şirkətlər Qrupunun prezidenti cənab Aydın Talıbova dəfələrlə müraciətimizdə onun personası ilə heç bir problemimiz olmadığını bəyan etmişik. Və üstəlik qeyd etmişik ki, şirkət özünü muzdlu mirzələrin vasitəsilə ucuz reklam etməkdənsə, işində müsbət dönüş yaratsa, vergidən yayınmasa, işçilərin, eyni zamanda istehlakçıların, müştərilərin hüquqlarını pozmasa, biz bir media olaraq bu müsbət halları da qeyd etməyə hazırıq.
Yəni bizim şirkətə qarşı heç bir şəxsi qərəzimiz yoxdur. Çox təəssüf ki, “Veysəloğlu” şirkətlər qrupu işində müsbət dəyişiklik etmək əvəzinə özünü ucuz reklam etməklə məşğuldur. Biz, bir media olaraq REKLAM-ın əleyinə deyilik və hər hansı bir qurumun, şirkətin özünü reklam etməsini təbii qəbul edirik. Amma... Əmması odur ki, sənin reklamın əməlinə, fəaliyyətinə uyğun gəlməyəndə, bu reklam ANTİ-REKLAMA çevrilir.
Bunu anladınmı, cənab Aydın Talıbov. Cənab Talıbov, müdriklər deyir: “Sözdə və əməldə birlik”. Sizin fəaliyyətiniz isə ƏMƏLDƏ deyil, ancaq sözdə, yəni ucuz reklamdadır, bu da effekt vermir. Siz hər dəfə müqəddəs Qurban bayramında 5-10 şəhid, qazi ailəsinə etdiyiniz yardımı muzdlu mirzələrin vasitəsilə az qala cəmiyyətin gözünə soxursunuz. Bir dəfəlik başa düşmək lazımdır ki, şirkətin vaxtlı-vaxtında dövlətin vergi borcunu ödəməsi hər əməldən üstündür. Çünki həmin vergilərin hesabına dövlət öz şəhidinə, qazisinə SAHİB çıxır. Sizin kimi şirkətlər vergidən yayınır və sonra bəyan edir ki, işğaldan azad edilmiş rayonlara İANƏ edirik. Belə İANƏ kimə lazımdır..?
Axı, sizin şirkətin satdığı kiflənmiş pendiri, yaxud vaxtı keçmiş, köhnə ərzaq məhsulu adi vətəndaşla bərabər, şəhid, qazi ailəsi də alır...
Yaxud başqa bir misal. Əmək Müfəttişliyi dəfələrlə “Veysəloğlu” şirkətinin, onun marketlərinin işçilərlə əmək müqaviləsi bağlamadan işlətdiyini, onların hüquqlarını pozduğunu və s. açıqlayıb. Bu yaxınlarda ölkənin tanınmış ziyalılarından biri öz oğlunun “Araz” marketlər şəbəkəsində qarşılaşdığı qanunsuzluqlara bağlı mediada geniş açıqlama vermişdi. Onun açıqlamasından bəlli olurdu ki, “Veysəloğlu” şirkəti, ümumiyyətlə, işçi ilə əmək müqaviləsi bağlamır, “ora qol çək, bura qol çək” deyib əməkdaşı aldadır. İşçiləri dözülməz dərəcədə artıq işlədir, əmək haqqlarının yarısı nağd verilir, yəni vergidən yayınır və s. “Veysəloğlu” şirkətlər qrupunun ölkədə süni qiymət artımı yaratması ilə bağlı İqtisadiyyat Nazirliyinin rəsmi açıqlamasına nə deyirsiniz, cənab Aydın Talıbov..? Bir müddət öncə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən Veysəloğlu Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi şirkətlərində audit yoxlamaları həyata keçirilmişdi.
Məlumata görə, səyyar vergi yoxlamaları zamanı sözügedən şirkətlərin külli miqdarda vergidən yayınması faktları ortaya çıxmışdı. Sözügedən Departamentin əməkdaşları tərəfindən aparılan səyyar vergi yoxlaması ilə külli miqdarda vergidən yayınma halları aşkar edilərək, Veysəloğlu Şirkətlər Qrupuna 2 milyon manatlıq maliyyə sanksiyası tədbiq edilib. Bunu biz demirik ee... Belə olan halda özünü necə reklam edə bilərsən, cənab Talıbov..?
Cənab Talıbov, bu 2 milyon, bircə anbarda yoxlamanın nəticəsidir ee... İndi fikirləş ki, 100-lərlə “Araz” və “Oba” supermarketləri yoxlanılsa, ortaya hansı rəqəm, hansı sanksiyalar çıxıacaq..? Onda səni başqa yerə aparacaqlar. Və bu gün səni müdafiə edən muzdlu mirzələrin köməyinə çata bilməyəcək. Cənab Talıbov, sən millətimizin arasına sanki ayrıseçkilik toxumu səpirsən, millətimizi ağ və qaraya bölürsən, 1-ci və 2-ci sort insanalara ayırırsan və...
Belə ki, Şirkətlər Qrupunun tabeçiliyində olan “Araz” marketləri imkanlı, varlı şəxslər üçün, “Oba” marketləri isə 2-ci sort adamlar üçün nəzərdə tutulub. Və ən dəhşətlisi odur ki, “Araz” marketlərində vaxtı keçmiş, köhnəlmiş, keyfiyyətini itirmiş məhsulları “Oba” marketlərində kasıb, imkansız təbəqəyə satır. Biz hələ Əmək Müfəttişliyini demirik ee... Veysəl müəllimin oğlu, özün öz dilinlə deyirsən ki, 17 min nəfər işçin var. Əgər Əmək Müfəttişliyi xırda bir yoxlama aparsa, bəlli olacaq ki, sənin “qara mühasibat”lığın dövlətə milyonlarla ziyan vurub. Kağızda yazdığın əmək haqqı ilə real əmək haqqı arasında fərq ən azı 3 rəqəmlidir. İndi onu da vur 17 min nəfərə. Gör hansı rəqəm alınacaq ?
Biz hələ 30-35 min avroluq maaşlardan danışımırıq. Bəli, xaricdən dəvət etdiyin əcnəbi “revizora” ayda 35 min avro maaş verirsən. Bir ay öncə vitrindəki və kassadakı qiymət fərqinə görə şirkətiniz cərimələndi. Satıcılar deyir ki, qiymətlər tez-tez dəyişir imkan edib qiymətləri yeniləyə bilmirik… Və daha nələr...
Biz hələ içindən bolt, qayka çıxan “Ulduz” şokoladlarından, saxta “Sirab” mineral sularından danışmırıq. Aydın Talıbov, Peyğəmbər əfəndimiz buyururdu ki, BİZ YEDİKLƏRİMİZİN CƏMİYİK. Cənab Talıbov, bir gün bu xalqa yedirdiklərini sənin özünə yedirdəcəklər. Bunu qulağında sırğa elə, unutma.
 //gundelik-baku.com//

Ardını oxu...
DİA.AZ: - Sumqayıt Kimya Sənaye Parkında açılışı həyata keçirilən “Azmonbat” MMC-nin bu törəninə Prezident İlham Əliyev də qatılmışdı. Təbii ki, dövlət başçısı sözügedən müəssisənin ölkkə vətəndaşı üçün normal iş yeri olacağına ümid etmişdi. DİA.AZ bildirir ki, amma görünəni odur, "Azmonbat" MMC-ni çalışdıranların niyyəti tamam fərqlidir. Bu barədə redaksiyamıza daxil olan şikayətdən anlaşılır.

100 nəfərin daimi işlə təmin olunduğu müəssisədə vəziyyət hem də ürəkaçab deyil və artıq rəhbərliklə işçilər arasında ÇAT YARANIB və iş hətta məhkəməyə qədər gedib çıxıb.

DİA.AZ-a yazan işçilərin bildirir: " "Azmonbat" MMC işçiləri tərəfindən məhkəməyə verilib...

Səbəbi budur: 1 ildir işçilərə əməkhaqqı ödənilmir. Rəhbərlikdə olan İran vətəndaşı işçilərə problemlər yaradır.

İşdən azad edilmə barədə ərizələr verilsə də, əmək haqqının ödənilməsindən boyun qaçırir. Əlavə problemlər də mövcuddur..."

Ardını oxu...

İddia olunanlarla bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
 
Ardını oxu...
“Dünyanı, yeri, göyü, o biri ölkələri su aparır, burada su yoxdur. Çətindir, bax bir belə yer üçün insan bir qaşıq su tapmır”.
Xaçmazın kəndlərində suvarma üçün qazılan arxlar tez-tez quruyur. Çörəyi bağ-bostandan çıxan camaat yağışın ümidinə qalıb. Qadaşoba kəndinin sakinləri deyir, bağlarını sulamaq üçün su növbəsinə dayanmalı olurlar. İçməli su tapmaq da ayrı dərddir. Sakinlər suyu yerdən motorla çıxarırlar.
“Su gəlir, növbə ilə sulayırıq bağları. Bundan qabaq bir az çətin idi, yağış yağandan sonra sular yaxşıdı. Məsələn, bir cərgə ilə camaat sulayır, 1-2 gündən bir, baxır da, camaatın sahəsinə. Tez qutarsa, qonşu sulayır, sonra o biri qonşu sulayır. Əsas sudur da, su həyatdır, su olan yerdə hər şey olur. Su olmayanda həyat da olmur. Bax, adi motorla su çıxartmışam, bu olmasa həyat yoxdur”.
“Su gec-gec gəlir, camaat bağlarını sulaya bilmir. Bir ara gəlir, bir ara gəlmir. Biri sulaya bilir bağını, biri sulaya bilmir. Yarısına çatır, yarısına çatmır. Suda problemlər yaşayırıq. Camaat da ümidini dikib bağlara, gilas bağlarıdı hamısı, camaatın ruzisidir. Su olmadı, yanıb gedir hamısı. Ona görə, biz də istəyirik ki, vaxtlı-vaxtında sular gəlsin”.
Xaçmazın Əhmədoba kəndinin camaatı isə deyir, çaylardan gələn su yuxarı kəndlərdən onlara çatana qədər quruyur. Sakinlər bağlarını sulaya bilməməsindən giley-güzar edir. Ağacların quruması kənd əhlini ziyana salır.
Əhmədoba kəndində bircə içməli su kranı var, o da kəndin girişindədir.
“Çayın qabağını kəsirlər yuxarıdan. O sulayır, bu sulayır, mən sulaya bilmirəm. Kənddən gətizdirirəm də. Sənə, ona, buna, hansına desəm, etiraz eləmirlər, gətirirlər. Mən gedə bilmirəm axı. Budur, quruyur ağaclar. Orada iki dənə Bəhrə ağacı var idi. Onlar ikisi də qurudular. Su yoxdur”.
“Su növbəsinə yazılırıq. Amma onda da su tapmırıq. Bağlar hələ sulanmayıb. Su yoxdur, baxırıq, qayıdıb gəlirik. Deyəndə deyirlər ki, heç yerdə su yoxdur. İldə bir dəfə də olsa, bağları sulamışıq. Amma artıq may ayı çıxır, bu il hələ bağa bir qaşıq su dəyməyib. Allahdan yağan yağışın, təbiətin öz qüvvəsi ilə nə əmələ gəlir odur”.
Əhmədoba kənd sakini Nəbi Qəribov deyir, aidiyyatı qurumlara müraciət etsələr də, nəticəsi yoxdur. Olmayan suyun pulunu yığmaqları da ayrı dərddir.
“Qış çıxandan bu günə qədər bir qram su görmürük biz. Su yerindən gəlmir, vermirlər. Nə qədər şikayət etsək, xeyri yoxdur. Bax, görürsən, bunlar susuzluqdandır. Ağaclara nasosla su çıxarıb veririk. O da effektiv deyil də. Təbii su effektiv olur. Gəlir ki, supulu ver. Mən bu suyu işlətmirəmsə, sənə pulu haradan verim? Həyətlərimiz qupquru, su yoxdur”.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti müraciətimizdən sonra suyun limitini qaldırdıqlarını dedilər. Bugünə qədər suyun limiti niyə az idi sualına isə hələ də cavab yoxdur.

Meydan TV
 
 
 

Dünyapress TV

Xəbər lenti