Ardını oxu...
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu mənim texnikalarıma qanunsuz olaraq əl qoyub və geri qaytarmaq istəmir.

Ovqat.com-a bu barədə “Aztrans Car” MMC-nin təsisçisi Rabil Şahmarov məlumat verib.

İş adamının iddiasına görə, 02 mart 2020-ci ildə “A-Construction LTD” MMC şirkəti ilə icarə müqaviləsi bağlayıb, özlərinə məxsus bəzi texnikaları onların istifadəsinə verib. Bağlanan müqaviləyə əsasən, “A-Construction LTD” MMC şirkətinin Naxçıvandakı N saylı hərbi hissədə işləri tamamlandıqdan sonra texnikalar geri qaytarılmalı idi. İşlər 2022-ci ilin sentyabr ayında bitib. Daha doğrusu, eşitdiyimizə görə, Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə dayandırılıb. Görünür, Nazirlər Kabineti bu obyektdə hansısa qanunsuzluqlardan şübhələnib və bu şübhələri araşdırmaq qərarına gəlib. Beləcə, Əlahiddə Ordunun tikinti işləri müvəqqəti təxirə salınıb.

Maraqlıdır ki, Nazirlər Kabinetinin bu qərarından sonra icraçı şirkət özünəməxsus bütün texnikaları həmin obyektdən çıxarıb. Əlahiddə Ümumqoşun Ordusunun rəhbərliyi yalnız icarəyəverən şirkətin texnikalarının çıxarılmasına icazə vermir. Səbəbini isə icraçı şirkətin hansısa öhdəlik borcunu yerinə yetirməməsi ilə əlaqələndirir. Halbuki, texnikanın sahibi olan şirkətin Əlahiddə Ümumqoşun Ordusu ilə hər hansı müqaviləsi yoxdur və həmin obyektdə hər hansı iş aparmayıb. Şirkət sadəcə texnikalarını bir başqa şirkətə icarəyə verib və məntiqlə işin tamamlanıb-tamamlanmaması onun məsuliyyətinə daxil deyil.

İş adamının bizə təqdim etdiyi sənədlər də bu iddiaları təsdiqləyir. İcraçı şirkətlə icarəyəverən arasında hətta texnikaların təhvil-təsliminə dair akt da imzalanıb. Bu sənəddən belə aydın olur ki, texnikalar rəsmi şəkildə öz sahibinə qaytarılıb. Reallıqda isə həmin texnikalar Əlahiddə ordunun N saylı hissəsində “ağzı günə”, sahibini gözləyir.

Rabil Şahmarov Əlahiddə Ümumqoşun Ordusunun heç bir qanunla və məntiqlə izahı mümkün olmayan bu “atamanlığını” ordunun qərargan rəisi general-mayor Fazil Ağalarovun icraçı şirkətin sahibi ilə qaranlıq əlaqələri ilə izah edir. Onun fikrincə, icraçı şirkətin sahibi ilə Fazil Ağalarov yaxın dostdurlar. Fazil paşa da məhz bu səbəbdən “Aztrans Car” MMC-in texnikalarına öz dostunun nəfinə əl qoymağa çalışır. Hətta iddialara inansaq, A-“Construction LTD” MMC şirkətinin həqiqi sahibi əslində Fazil Ağalarovun özüdür. Fazil paşa bir növ başqasının texnikasını mənimsəyib öz təsərrüfatına qatmaq istəyir.

Doğrusu, iş adamının iddialarına inanmadıq. Axı, icrədar ilə icarəyəverən şirkət arasında hansısa bir problem varsa, bunun Əlahiddə Ümumqoşun Ordusuna nə dəxli var? Ordu niyə özünə nüfuz gətirməyən belə xırda məsələlərə müdaxilə etməlidir? Bunun üçün Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanlar var və iş adamları arasında çıxan mübahisələrə ancaq bu orqanlar aydınlıq gətirə bilər. Ölkəmiz ibtidai icma quruluşundan quldarlığa keçid mərhələsində deyil ki, bugünkü ordunu təmsil edən ovçular istədiyi mülkü ələ keçirib öz təsərrüfatlarını genişləndirə bilə.

Qısası, generala böhtan atıldığını fikirləşib faktı dəqiqləşdirmək üçün Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi Fazil Ağalarovun özünə zəng etdik. Fazil paşa adımızı eşidən kimi, səsinin tonunu dəyişdirdi. Bizə xatırlatdı ki, o, mətbuat katibi deyil və belə suallara cavab vermir. Biz də onunla razılaşdıq və müfaviq qurumun mətbuat xidmətinin telefonunu axtarmağa başladıq. Qısa müddətdən sonra Fazil paşanın Nizami adlı köməkçisi bizə zəng etdi. Maraqlandığımız mövzunun hərbi sirr olduğunu (?!) bildirdi və belə mövzuları işıqlandırmamağı məsləhət gördü. Doğrusu, hansısa şirkətin texnikasının mənimsənilməsi faktının hərbi sirrə nə dəxli olduğunu anlamasaq da, üstünü vurmadıq. Bu vurdumduymaqlıq, təbii ki, bizim Ordumuza və onun generalitetinə olan sayğımızdan irəli gəlirdi. Biz də bu cür qanunsuz fəaliyyətlərin ictimailəşdirilməsinin Ordumuzun nüfuzuna xələl gətirdiyini düşündüyümüzdən əslində bu yazını qələmə almaq istəmirdik. Məqsədimiz bir şikayətçinin probleminin həll olunması, anlaşılmazlıqların “sülh şəraitində” çözülməsi idi. Və bir də təbii ki, ordu generalının belə cılız məsələlərdə adının hallanmasının qarşısını almaq, iş adamına verilmiş yanlış informasiyanı üzə çıxarmaq idi.

“Yaxşı, tutalım, mən “hərbi sirr” olduğunu nəzərə alıb bu barədə heç nə yazmadım. Bəs, iş adamının pozulmuş hüquqları, mənimsənilmiş texnikaları necə olacaq?”, sualımıza qarşı tərəfdən konstruktiv təklif gəldi: “Heydər bəy, siz Naxçıvanı düşünən adamsınız. Sizə şikayət edən şirkətin bizim qarşımızda öhdəlik borcu var. Bizimlə iş adamının arasında vasitəçi olun, şirkət öz öhdəliyini yerinə yetirsin”.

Sözün düzü, bu cür məsələlərdə vasitəçilik etmək mənim boyumu aşsa da, Ordu generallarımızın nüfuzu və Naxçıvanın müdafiəsi naminə təkliflə razılaşdım. Əlahiddə Ordu rəhbərliyinin bu təklifini iş adamına çatdırdım. Daha sonra isə eşitdim ki, Fazil paşanın bir başqa köməkçisi iş adamına zəng edib məsələni mətbuata daşıdığına görə ona iradını bildirib. Deyib ki, “ağzından horra tökülən” jurnalistə niyə müraciət edibsən? Zəhmət çək, Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəflinin hüzurlarına buyur, problemini ona çatdır.

Açığını deyim, Ordu generalına bu qədər sayğıma rəğmən, Fazil paşanın sözçüsünün barəmdə işlətdiyi kəlmələri eşidəndə ürəyim bulansa da, ona haqq verdim. İnsafən, haqsız deyildi. Prezident, Fuad Nəcəflini boş yerə oraya göndərməyib ki. Hər halda Fuad müəllimin Azər Zeynalovu yanına alıb “xan”dan qalan korrupsioner komandanın üzvləri ilə tanış olmaqdan daha ümdə vəzifələri var. Amma nə yazıq ki, Azər Zeynalov kimi adamlar onun ətrafında keçilməz sədlər quraraq həqiqətləri görmək imkanı vermirlər. Biz də alternativ həqiqləri Fuad müəllimə çatdırmaq üçün əlimizi mürəkkəbə bulaşdırıb bu kiçik giriş yazısını qələmə aldıq. İnşallah, mövzu ilə əlaqədar Naxçıvandan gələn xəbərləri təqib edəcək və təfsilatı ilə oxucularımıza çatdıracağıq.

Heydər Oğuz,
Oqvat.com
 
Ardını oxu...
Rüşvətlə qovulan Elşən Tağıyevə necə vəzifə verdilər..?
Xeyli müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini, sonra rəisi olmuş, hazırda nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri olan Fuad Heydərov barəsində az qala 1 saata yaxın internetdə axtarış aparsaq da bu adamın kimliyi barədə bir cümələyə də rast gəlmədik.
Axı, bu adam mühüm dövlət qurumu olan Dövlət Əmək Müfəttişliyinin rəisi olub, yəni sıradan biri deyil. Bu adam neçənci ildə anadan olub, hansı ali məktəbi bitirib, ixtisası nədir, hərbi qulluqda olubmu və s..?
Birdən oxuyuruq ki, təzə nazir Sahil Babayev işdən azad olunan Müfəttişliyin rəisi Elman Cəfərovun yerinə onun müavini Fuad Heydərovu təyin edib. Vəssəlam. Fuad Heydərov barəsində bu qədər. Vallahi, bizi qınamayın ee...elə bil bu adamlar göydən zənbillə mühüm dövlət vəzifələrinə təyin olunurlar.
Bir daha qeyd etmək istəyirik ki, Dövlət Əmək Müfəttişliyi çox mühüm dövlət qurumudur. Azərbaycanda yüz minlərlə, bəlkə də milyondan çox işləyən vətəndaşlar var. Bunların əmək müqaviləsindən tutmuş məzuniyyətinə qədər, iş başında aldığı xəsarətdən tutmuş müalicəsinə qədər məsələlərə Müfəttişlik baxır.
Müfəttişlik barəsində qısaca məlumat verək ki, məsələ oxucuya aydın olsun. Müfəttişlik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət, özəl, sahibkarlıq, fiziki şəxslər, hüquqi şəxslər və s fəaliyyət sahələrində Azərbaycan dövlətinin Əmək Məcəlləsinin düzgün həyata keçirilməsinə nəzarət edir. Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir. Və...üstəlik əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması üçün dövlət orqanları qarşısında məsələ qaldırır. Yəni gördünüz ki, bu qurumun əlində işçilərin hüquqlarını qorumaq üçün kifayət qədər səlahiyyət var. Amma....
Əmması odur ki, az qala hər gün oxuyuruq ki, filan MTK-nın apardığı tikintidə fəhlə binadan yıxılaraq öldü. Görəsən, Fuad Heydərov bir dəfə maraqlanıbmı ki, həmin fəhlənin əmək müqaviləsi varmı..? Əlbəttə, yoxdur. Görəsən həmin MTK-da əməyin təhlükəsizliyinin qorunması ilə bağlı Fuad Heydərov bircə dəfə məsələ qaldırıbmı..? Əlbəttə, yox.
Görəsən, həmin MTK-larda fəhlələrə qanuni məzuniyyət verilirmi..? Fəhlələr iş saatından artıq işlədilirmi ? Bəzən hətta dövlət qurumları ixtisar adı altında işçiləri işdən uzaqlaşdırır. 1-ci və 2-ci qrup əlillərin iş vaxtı qısa olmalı, əmək məzuniyyətləri 42 gündən az olmamalıdır.
Görəsən, 2018-ci ildə rüşvət ittihamı ilə işdən çıxarılan Elşən Tağıyevi qurumda necə işə götürüblər..?
Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Elşən Tağıyevin "As İnşaat-N” MMC tikinti şirkətindən rüşvət aldığına görə, işdən qovulmuşdu. Belə bir adama Fuad Heydərov necə yenidən vəzifə verib?
Sözün qısası, Fuad Heydərov vaxtilə Müfəttişliyi rüşvət və korrupsiya yuvasına çevirmişdi. Və... nazir Sahil Babayev onu vəzifəsindən azad edərək nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin edib. Onun yerinə kimi təyin edib..?
Bu başqa bir yazının mövzusudur. Ancaq biz deyirk ki, bu kadr siyasətinin adı buğdan götürüb saqqala qoymaqdır, ay Sahil Babayev. Cənab nazir, bəs deyirdin sosial sahədə inqilabi dəyişikliklər edirəm...
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
 
 

 
Artıq bir müddətdir ki, sosial şəbəkələr arasında “Tik-tok”a maraq kəskin artıb. “Tik-tok” Azərbaycan seqmentində demək olar ki, insanların böyük maraqla istifadə etdiyi sosial məkana çevrilib. Ölkəmizdə mövcud olan söz və internet azadlığı sosial mediada insanların öz fikirlərini bölüşməsinə geniş imkanlar yaradı. Hər cür insana ev sahibliyi edən “Tik-tok” sosial şəbəkəsi yerli məmurlarımıza da imkan tanımaqdadır.

 
Xəbəral.az bildirir ki, “Tik-tok”-da gecəsini gündüzünə qatan yerli məmurlardan biri də 10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayevin oğlu Nicat Paşayevdir .

Nicat Paşayev məmur olaraq “Tik-tok” sosial şəbəkəsində qarşı tərəfləri təhqir etməklə və acaib göbəy rəqsləri ilə yadda qlıb. Eyni zamanda sosial şəbəkələr mədəni maarifçilik təbliğatında kasat olan bu gənc özünübəyənmiş məmur əcaib ağız, göz hərəkətləri ilə özünü idarə edə bilmir və hər kəsə meydan oxuyur.

Nicat Paşayevlə bağlı araşdırma aparan əməkdaşlarımız ilginc məlumatlar əldə edib.

Belə ki, Nicat Paşayev “Azəravtoyol”-un sədri Saleh Məmmədovun yaxın dostu 10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayevin oğludur.

Mübariz Paşayevlə bağlı məlumatlar isə belədir:

Mübariz Paşayev dediyimiz kimi, “Azəravtoyol”-un sədri Saleh Məmmədovun yaxın dostudur. Bu “müqəddəs” dostluğundan istifadə edən M. Paşeyev illərdir 10 saylı Yol İstismar idarəsin öz şəxsi malı kimi istifadə edir. M. Paşayev həmçinin öz yaxın qohumlarını 0 saylı Yol İstismar idarəsində ən gəlrli vəzifələrdə yerləşdirib.

Direktorun bu yaxın qohumları idarədə ümumi qazanca şərik olaraq çalışdığı deyilir. Hansı ki, bu adamların çoxu heç idarənin qapısını belə tanımır.

Əsas gəlirli shələrdə Mübariz Paşayevin oğlu Nicat Paşayev, qardaşı və qardaşı oğlu Zaur Paşayev eləcə də baş iqtisadçı olan qohumu Elmdarı misal çəkmək olar.

Xəbəral.az “Tik-tok”-da əcaib göbək rəqsi oynayan gənc məmur Nicat Paşayevin videosunu təqdim edir: //GUNinfo.az//

 

XalqXeber.Az
Ardını oxu...
Saatlı rayonunun Əhmədbəyli kənd sakinləri Novruzəli Əliyev və Şahin Əsgərov iddia edir ki,kənd inzibati ərazi dairəsinin sədri Samiq Teymur oğlu Şahmarovun qanunsuz əməllərlə məşğuldur və dövlətin ayırdığı küllü miqdarda subsidiyaları mənimsəyir, yüz hektardan çox torpağı dövlət məmuru olduğu halda öz adına sənədləşdirib.
Samiq Şahmarov isə "Kanal32"yə açıqlamasında onların səsləndirdikləri fikirlər əsassız hesab edib və ona yönəlik qərəz kimi qiymətləndirib.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Xeyli müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini, sonra rəisi olmuş, hazırda nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri olan Fuad Heydərov barəsində az qala 1 saata yaxın internetdə axtarış aparsaq da bu adamın kimliyi barədə bir cümələyə də rast gəlmədik.
Axı, bu adam mühüm dövlət qurumu olan Dövlət Əmək Müfəttişliyinin rəisi olub, yəni sıradan biri deyil. Bu adam neçənci ildə anadan olub, hansı ali məktəbi bitirib, ixtisası nədir, hərbi qulluqda olubmu və s..?
Birdən oxuyuruq ki, təzə nazir Sahil Babayev işdən azad olunan Müfəttişliyin rəisi Elman Cəfərovun yerinə onun müavini Fuad Heydərovu təyin edib. Vəssəlam. Fuad Heydərov barəsində bu qədər. Vallahi, bizi qınamayın ee...elə bil bu adamlar göydən zənbillə mühüm dövlət vəzifələrinə təyin olunurlar.
Bir daha qeyd etmək istəyirik ki, Dövlət Əmək Müfəttişliyi çox mühüm dövlət qurumudur. Azərbaycanda yüz minlərlə, bəlkə də milyondan çox işləyən vətəndaşlar var. Bunların əmək müqaviləsindən tutmuş məzuniyyətinə qədər, iş başında aldığı xəsarətdən tutmuş müalicəsinə qədər məsələlərə Müfəttişlik baxır.
Müfəttişlik barəsində qısaca məlumat verək ki, məsələ oxucuya aydın olsun. Müfəttişlik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət, özəl, sahibkarlıq, fiziki şəxslər, hüquqi şəxslər və s fəaliyyət sahələrində Azərbaycan dövlətinin Əmək Məcəlləsinin düzgün həyata keçirilməsinə nəzarət edir. Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir. Və...üstəlik əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması üçün dövlət orqanları qarşısında məsələ qaldırır. Yəni gördünüz ki, bu qurumun əlində işçilərin hüquqlarını qorumaq üçün kifayət qədər səlahiyyət var. Amma....
Əmması odur ki, az qala hər gün oxuyuruq ki, filan MTK-nın apardığı tikintidə fəhlə binadan yıxılaraq öldü. Görəsən, Fuad Heydərov bir dəfə maraqlanıbmı ki, həmin fəhlənin əmək müqaviləsi varmı..? Əlbəttə, yoxdur. Görəsən həmin MTK-da əməyin təhlükəsizliyinin qorunması ilə bağlı Fuad Heydərov bircə dəfə məsələ qaldırıbmı..? Əlbəttə, yox.
Görəsən, həmin MTK-larda fəhlələrə qanuni məzuniyyət verilirmi..? Fəhlələr iş saatından artıq işlədilirmi ? Bəzən hətta dövlət qurumları ixtisar adı altında işçiləri işdən uzaqlaşdırır. 1-ci və 2-ci qrup əlillərin iş vaxtı qısa olmalı, əmək məzuniyyətləri 42 gündən az olmamalıdır.
Görəsən, 2018-ci ildə rüşvət ittihamı ilə işdən çıxarılan Elşən Tağıyevi qurumda necə işə götürüblər..?
Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Elşən Tağıyevin "As İnşaat-N” MMC tikinti şirkətindən rüşvət aldığına görə, işdən qovulmuşdu. Belə bir adama Fuad Heydərov necə yenidən vəzifə verib?
Sözün qısası, Fuad Heydərov vaxtilə Müfəttişliyi rüşvət və korrupsiya yuvasına çevirmişdi. Və... nazir Sahil Babayev onu vəzifəsindən azad edərək nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin edib. Onun yerinə kimi təyin edib..?
Bu başqa bir yazının mövzusudur. Ancaq biz deyirk ki, bu kadr siyasətinin adı buğdan götürüb saqqala qoymaqdır, ay Sahil Babayev. Cənab nazir, bəs deyirdin sosial sahədə inqilabi dəyişikliklər edirəm...
 //gundelik-baku.com//
Ardını oxu...
Vətəndaş Məhərrəmov Ceyhun Bahrəm oğluna qarşı 03.05.2022-ci il tarxidə Abdullayev Zaur və Faiq, Kave Araz, Mustafayev Xəyal, Vəliyev Teyyub tərəfindən xuliqanlıq cinayəti törədilməsi faktı üzrə 20 may 2022-ci il tarixdə Xətai rayon prokuroru, baş ədliyyə müşaviri İmanov Sərdar Eyzam oğlu tərəfindən AR CM-nin 221.2.1-ci maddəsi ilə fakta görə cinayət işi başlanılaraq cinayət işinin ibtidai istintaqının aparılması Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmiş, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Həbib Həbiblinin cinayət işiylə bağlı araşdırmasından sonra şahidlərin ifadələri və videokamera görüntülərinə əsaslanan qərarı ilə təqsirləndirilən şəxs Abdullayev Zaur Zahid oğlu AR-nın CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Faiq Abdullayev, Araz Kave, Xəyal Mustafayev və Teyyub Vəliyev isə AR-nin CM-nin 221.2.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər.
Buna baxmayaraq, Bakı şəhəri Xətai rayonu məhkəməsinin hakimi Fuad Axundovun hökmü ilə bu cinayətin AR CM-nin 221-ci (Xuliqanlıq) maddəsindən AR CM-nin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilərək onlar barəsində 9 ay müddətində azadlıqlarının məhdudlaşdırılması cəzası, yəni “gecə saat 12-dən səhər saat 7-ə kimi evdən çıxmamaq” cəzası təyin etmişdir.
Fuad Axundovun qərarına əsasən yuxarıda qeyd etidiyimiz şəxslərin keçmiş münasibətini nəzərə alaraq onların əməllərini ictimaiyyət münasibətlərinə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkət kimi qiymətləndirilmişdir. Halbuki, binanın həyətindan kənar quraşdırılmış müşahidə kamerasının qeydiyyatından göründüyü kimi bu döyülmənin səs və təsiri nəinki bina sakinlərinə, hətta digər kənar şəxslərin müşahidə etməsinə, narahat olmasına və beləliklə cəmiyyətdə də saymazlıq nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarının, əxlaq və mənəviyyat normalarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Lakin Xətai rayon məhkəməsinin hakimi Fuad Axundov bu görüntünü məhkəmə hökmündə nəzərə almağı və şərh etməyi “unutmuşdur”, yəni davanı gəlib müşahidə edən kəslərin videogörüntülərinə hüqiqi qiymət verməmişdir.
Belə ki, görüntülərdən də aydın olunur ki, Faiq Abdullayevin öncədən kameranı bağlaması, digər kameranı isə sındırmaları, nümayişkar şəkildə Ceyhun Məhərrəmovu çağırması, qrup şəklində döyülməsi, “səs-küyə” digər şəxslərin gəlib izləməsi, şahidlərin də ifadəsinə əsasən söyüş və təhqirlərin uca səslə səslənməsi, binada yaşayan şəxslərin bu döyülməni müşahidə etməsi məhz həmin əməllərin xuliqanlıq maddəsinin dispozisiyasına aid olduğunu göstərir.
Qeyd etmək lazımdır ki, bu qanunsuz tövsif edilməni həm də prokuror müşahidə etmiş, lakin həmin hökmdən protest verməmiş və apellyasiya şikayəti ilə müraciət etməmişdir.
Hazırda vətəndaş Ceyhun Məhərrəmov özü apellyasiya şikayəti ilə Apellyasiya Məhkəməsinə müraciət etmiş, növbəti məkəmə baxışı isə 07.03.2023-cü il tarixində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçiriləcəkdir.
Buna baxmayaraq, təqsirləndirilən şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilmədiyinə görə hazırda da onlar vətəndaş Ceyhun Məhərrəmovu təhqir və təhdid edərək təzyiq göstərməkdə davam edir və hətta Apellyasiya Məhkəməsinin qərarını belə öz xeyirlərinə həll olunduğunu bildiriməkdən çəkinmirlər.
Ümid edirik ki, Apellyasiya Məhkəməsində vətəndaş Ceyhun Məhərrəmovun işinə ədalətli baxılıb qanunamüvafiq hökm çıxarılacaqdır.

qlobal.net
Ardını oxu...
Qazax şəhər avtovağzalının mülki müdafiə üçün nəzərdə tutulmuş zirzəmisi ticarət mərkəzinə çevrilib

Bu günlərdə redaksiyamıza Qazax şəhər avtovağzalında mövcud olan bir çox neqativ hallar barədə məlumatlar daxil olub. Verilən məlumatlarda bildirilir ki, şəhər avtovağzalı vağzala deyil, daha çox ticarət mərkəzinə bənzəyir. Beləki ,hal-hazırda burada 30-a yaxın ticarət mağazası fəaliyyət göstərir. Mağazalar və iaşə obyektləri artıq aftovağzalın xaricində və içərisində olması ilə bərabər, insanların mülki müdafiəsi üçün nəzərdə tutulmuş zirzəmidə də yerləşdirilib. Burada “Böyük ucuzluq” adlı 3 mərtəbəli böyük bir mağaza da fəaliyyət göstərir. Müraciətlərin əksəriyyəti isə sözügedən 3 mərtəbəli magazanın zirzəmisi ilə bağlıdır. Vətəndaşların mülki müdafiəsi üçün nəzərdə tututlmuş həmin zirzəmidə ticarət fəaliyyəti göstərildiyi bildirilir.

Ardını oxu...
Qazax şəhər sakinlərini narahat edən də məhz bu mövzudur. Çünki, Qazax rayonu mənfur qonşu respublika ilə həmsərhəddir və rayon sakinləri hal-hazırda müharibə gözlənilən şəraitdə yaşayırlar. Hətta bu barədə avtovağzalın “ Xan Eyvaz” ləqəbli müdürinə şəhərin bəzi ziyalı və ağsaqqaları məsləhət versələr də, o bunların heç birinə məhəl qoymamış və öz ciblərini doldurmaq üçün,hər şeyi gözə almışdır. Bununla kifayətlənməyən “Xan Eyvaz” kəndlərə işləyən marşrut avtobuslarından hər günə bir 1.50 azn pul yığır. Uzağa gedən manşrutlardan isə daha çox yığılır. Sürücülərin bir neçəsindən müsahibə götürdük. Yığılan pulların qarşılığında hansısa qəbz verilib verilmədiyini soruşduq. Süücülərin bildirdiyinə görə, onlara heç bir qəbz verilmir . Şəhərlər arası marşrut aftobusları isə başqa şeylərdən şikayətçidirlər. Çünki,vağzalın ərazisində marşurut avtobuslarından çox şəxsi mikroavtobuslar və taksilər onların müştərilərini aradan çıxarır ki, buna da “Xan Eyvaz “ şərait yaradır. Çünki , vağzal rəhbərliyi tərəfindən onlardan daha çox pul alınır. Vergidən yayınmaları barədə isə, araşdırmalarımız davam edir. Bu haqda sonraki saylarımızda yazacağıq. Avtovağzalın rəhbər şəxləri bu faktlarla əlaqədar, KİV haqqında qanunun 8 maddəsini pozaraq, müsahibə verməkdən imtina edirlər və telefon zənglərinə belə cavab vermək istəmirlər.

Ümidvarıq ki, aidiyyətı qurumlar cavabsız buraxılan suallarla bağlı araşdırma edib bizim redaksiyamıza da yardımçı olarlar.(Shafaqadogru.com)

Qarşı tərəfi dinləməyə və fikirlərini dərc etməyə hazırıq .
Ardını oxu...
Vüqar Behbudovun mənzil, avtomobil, putyovka biznesi...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adlı qurumdakı MÜDAFİƏ sözü əbəs yerə deyil. Bu nazirlik dövlət üçün Müdafiə Nazirliyi qədər vacib qurumdur. Niyə..?
Məlumdur ki, dünyada bütün hakimiyyətlərin ən böyük problemi iş qabiliyyətli insanlar üçün MƏŞĞULLUQ və iş qabiliyyəti olmayan insanlar üçün SOSİAL TƏMİNAT-dır. Bu iki vacib məsələ də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yəni cənab nazir Sahil Babayevə həvalə olunub. Doğrudan da, vətəndaşlar üçün vacib olan MƏŞĞULLUQ, yəni yeni iş yerlərinin olması və şəhid ailəsi, qazi, veteran, əlil, xəstələr, iş qabiliyyəti olmayanlar, təqaüdçülər, sahibsiz internat uşaqları üçün isə SOSİAL TƏMİNATDIR.
Çox təəssüf ki, cənab nazir Sahil Babayev bu iki vacib sahəni az qala iflas həddinə çatdırıb. Son illər minlərlə insanın təqaüdləri ləğv olunub və məşğulluq adı altında vətəndaşlara xəstə inək, qoyun verilməsi və yüksək qiymətə sənədləşdirilməsi barədə ölkə mediasında kifayət qədər yazılıb. İndi gəlin görək, 5 ildir nazir postunu tutan Sahil Babayev bu vacib vəzifələri kimlərə tapşırıb. Sahil Babayevin mühüm vəzifə verdiyi Vüqar Behbudov kimdir ?
Bu adam 2000-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Sonra 2002-ci ildən Vergilər Nazirliyində, 2008-ci ildən Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə işləyib. 2011-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatının Sosial xidmətlər sektorunun müdiri, 2016-cı ildən həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ildə Sahil Babayevin əmri ilə nazirliyin tabeçiliyində olan Dövlət Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri vəzifəsinə təyin edilib.
Yuxarıda qeyd etdiyimiz kimi ölkədə mühüm vəzifə olan DÖVLƏTİN SOSİAL SİAYSƏTİ Vüqar Behbudova tapşırılıb.
Birincisi, dünyanın heç bir yerində ərəbşünas və ya şərqşünasa dövlətin sosial siyasəti həvalə edilmir. Axı, ərəbşünas hara, sosial siyasət hara..?
Vüqar Behbudov bu mühüm vəzifədə çalışdığı son illərdə nəinki başqalarının haqqını yeyib, hətta internatda böyüyən kimsəsiz uşaqlara dövlət tərəfindən verilən mənzilləri də satıb. Belə ki, Vüqar Behbudovun agentliyi internatda böyüyən gənclərə dövlətin verdiyi mənzillər üzərində ev alveri, biznes qurub. Bu hələ harasıdır..?
Dövlət internatda böyüyən gənclərə təkcə mənzillər vermir, həm də mənzillər lazım olan mebellə, avadanlıqlarla təmin olunur.
Təsəvvür edirsiniz, hətta açılış mərasimində Ölkə Rəhbəri iştirak edərkən də dövlət başçısına məlumat verilib ki, mənzillər avadanlıqla təmin edilib. Ancaq bütün bunlar yalan olub.
İndi gördünüzmü, bu məmurlar hətta Prezidentə də yalan deyirlər. Şikayət edənləri isə həbslə hədələyirlər.
Bütün bunlar azmış kimi, Vüqar Behbudovun agentliyi yüzlərlə, minlərlə təqaüdçüləri, qaziləri, şəhid ailələrini, veteranları aldadıb, onların hesabına milyonlar qazanıb. Belə ki, şəhid ailələri və müharibə əlilləri mənzillə, avtomobillərlə təmin olunmalıdır. Ancaq Qarabağ qaziləri və əlilləri Vüqar Behbudov barəsində bütün qurumlara şikayət ediblər, amma nəticəsi olmayıb. Söhbət təkcə mənzillərdən və avtomobillərdən getmir.
Ümumiyyətlə, bu agentliyin işi həm də şəhid ailələri və müharibə əlillərinin sanatoriya-kurort mərkəzlərində müalicəsini təşkil etmək, onlara pulsuz, dövlətin hesabına putyovka verməkdir. Amma putyovklar da mənzillər kimi kənar şəxslərə satılıb, külli miqdarda pullar qazanılıb. Siz elə bilirsiniz, bunları Vüqar Behbudov təkbaşına eləyib...? Elə bilirsiniz bu əməllərdən Sahil Babayevin xəbəri olmayıb..?
Sözün qısası, Vüqar Behbudovun mənzil, avtomobil, putyovka biznesi on minlərlə insanı dövlətdən narazı salıb. Yəqin ki, yaxın zamanda Vüqar Behbudov qanun qarşısında cavab verməli olacaq.
gundelik baki.com
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
"Yardımlı rayonundan yazırıq, rayon İcra hakimiyyəti indi də özünə xal qazandırmaq üçün tabeliyində olan ərazi nümayəndəliylərinə tapşiriq verib ki, hər ərazi 20 vətəndaşın mənzilini məcburi sığorta etdirməlidir". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

Müraciət müəllifləri daha sonra bildirir: "Tələb olunur ki, "ASAN login"də 100 nəfəri qeydiyatdan keçirməlidir hər icra nümayəndəsi. Onlar da məcburi qaydada "https://rih.gov.az/" portalında Yardımlı rayon İcra Hakimiyyətinin yerləşdirdiyi şəkiləri bəyənməlidir.

19 may 2016 cı ildən Yardımlı rayonuna rəhbərlik edən başçı görəsən, bu 7 ildə Yardımlı rayonunda hansı işdəri görüb ki, indi də düsüb mənziləri məcburi şəkildə sığorta eləidirir, insanları sanki biyara, töycüyə cəlb edirmiş kimi yerli məmurlara öhdəlik qoyur? Hansı yaxşı və faydalı əməlinə görə, sakinlər yerli icranı bəyənməlidir?".

Qeyd edək sakinlərin müraciətində əlavə ittihamlar da var ki, bununla bağlı da dəqiqləşdirmə aparmadan məlumat verə bilmirik. Bizi izləməkdə davam edin.

Məsələ ilə bağlı teref.az olaraq Yardımlı RİH-dən münasibət öyrənmək istəsək də, hər zaman olduğu kimi alınmadı. Yenə də qarşı tərəfi dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti