Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Həkim Firdovsi İbrahimov hikkəsi və inadkarlığı ilə, müxtəlif əsassız bəhanələr gətirməklə, 2‐ci qrup müharibə əlilinin müayinəsindən imtina edib...
Bu iddia Siyəzən rayonu, M.V. Vidadi küçəsi, ev 45 ünvanında yaşayan Zeynalov Mabəddin Qabil oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı və surəti Yenixeber.org-a daxil olan müraciətdə yer alır...Həkim Firdovsi İbrahimovun rezidenti bizimlə telefon danışığında səslənən iddiaları cavablandıracaqlarını bildirsə də, olmadı(?)
Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlərlə dərc edirik:

"Məlumat üçün yazıb Sizə bildirmək istəyirəm ki, 2‐ci qrup müharibə əlili atam Zeynalov Qabil Mabəddin oğlu yüksək şəkərli diabet xəstəliyi, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkdiyi üçün 18 aprel 2025‐ci il tarixdə vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyulmuş, təcili yardımın köməyi ilə xəstə Bakı şəhəri, Mərkəzi Klinikaya təxliyə edilmişdir. Mərkəzi Klinikada kardiologiya şöbəsinin müdiri, həkim‐kardioloq kimi fəaliyyət göstərən Firdovsi İbrahimov, atam Qabil Zeynalovu müayinə etdikdən sonra, onda ürəy damarının tutulması aşkar edilərək, onun ürəyinin damarına angioplastika yolu ilə STENT qoyulduqdan sonra, təkrarən 26 aprel 2025‐ci il tarixdə növbəti müayinədən geçməsini bildirmişdir. 26 aprel 2025‐ci il tarixdə atam Qabil Zeynalov yaxın ailə üzvlərimizin köməyi ilə birgə Mərkəzi Klinikaya Firdovsi həkimin baxışından keçməsi, təkrarən müayinə edilməsi üçün gətirilsə də, Mərkəzi Klinikada qeydiyyat şöbəsinə yaxınlaşan zaman, oradakı əməkdaşlar qanunsuz olaraq, pul köçürmələrini tələb edərək, əks halda xəstəyə baxmayacaqlarını bildirmişlər. Firdovsi həkimin köməkçiləri də eyni sözləri bildirərək xəstə yaxınlarından pul köçürmələrini tələb etmişdir.

Firdovsi İbrahimov
Nəzərinizə çatdırmaq istəyirəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunda göstərilir ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə tibbi xidmətlərin göstərilməsi, bu mümkün olmadığı təqdirdə, vətəndaşa tibbi xidmətlərin göstərilməsi üçün aidiyyəti üzrə tibb müəssisəsinə göndəriş verilərək, həkim müayinəsindən keçə bilər. Həkim müalicəsindən sonra vətəndaş təkrarən tam ödənişsiz qaydada 45 (qırx beş) gün ərzində müalicə aldığı həkim tərəfindən müayinə oluna bilər. Burdanda açıq‐aydın görünür ki, Mərkəzi Klinikanın qeydiyyat şöbəsinin əməkdaşları və Firdovsi həkimin köməkçiləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunun bu tələbini kobud şəkildə pozmuşlar. Bununla bağlı xəstənin yaxınları Firdovsi həkimin otağına yaxınlaşaraq xəstənin 2‐ci qrup müharibə əlili olduğunu qeyd etsələr də, əfsuslar olsun ki, Firdovsi həkim və köməkçiləri isə ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibə əlillərinin daim diqqət mərkəzində saxlanılması və onların incidilməməsi haqqında tapşırıq və tövsiyyələrinə əməl etməyərək, atam Qabil Zeynalovu sovet dönəmində vuruşduğunu, onu müharibə əlili kimi tanımadıqlarını açıq şəkildə ifadə edərək, müharibə əlilləri arasında ayrı‐seçkiliy salmaqla bu kimi təxribatla da məşquldurlar. Buna dair biz də onların videogörüntüləri və səsyazıları mövcuddur. Lazım gələrsə həmin faktları aidiyyəti üzrə təqdim etməyə hazıram. Onu da bildirmək istəyirəm ki, əlacsız qalmaları səbəbindən Firdovsi həkim və köməkçilərinin dedikləri ilə razılaşmaq məcburiyyətində qalan xəstə yaxınları, xəstənin ixtisaslı müayinə və müalicə olunması üçün Mərkəzi Klinikaya ödənişlər etmişdir. Həmin ödənişlərə dair bizdə qəbzlər də var. Ödənişləri etdikdən sonra, xəstəni kardioloq Firdovsi İbrahimovun qəbuluna keçirən zaman, xəstəxananın mühafizə xidməti yaxınlaşaraq, həkimin xəstəni qəbul etmək istəmədiyini bildirmişdir. Səbəb də o, olmuşdur ki, Firdovsi həkimin dediyinə görə guya ki, biz ondan yuxarı instansiyalara şikayətlər etmişik. Halbu ki, belə şey baş verməmişdir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq, hər bir vətəndaşın təklif, ərizə və şikayət etmək hüququ vardır. Nə mən, nə də ki, digər ailə üzvlərimizin Firdovsi İbrahimovun barəsində şikayətlər etmədiyini xəstənin yaxınları Firdovsi həkimin diqqətinə çatdırsalarda, bütün bunlara baxmayaraq, həkim Firdovsi İbrahimov hikkəsi və inadkarlığı ilə rəftar edərək, müxtəlif əsassız bəhanələr gətirməklə, 2‐ci qrup müharibə əlili atam Zeynalov Qabil Mabəddin oğlunu ixtisaslı müayinə və müalicə etməkdən, bir sözlə xəstəsindən əsassız və qanunsuz, həmçinin qərəzli olaraq imtina etmişdir. Mən və demək olar ki, əksər ailə üzvlərimiz dərhal bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi'nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ‐ 1542 və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi'nin ‐ 815 qaynar xətlərinə zəng edib məlumat bildirdikdən sonra, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələ ilə bağlı Mərkəzi Klinika'nın müvafiq şəxsləri ilə əlaqə yarıtmağa çalışsada həkimlər danışmaqdan boyun qaçırmışlar. Əlavə olaraq bildirmək istəyirəm ki, mən bundan öncə də qeyd etdiyim məsələ ilə bağlı 26 aprel 2025‐ci il tarixdə, AR‐nın Səhiyyə Nazirliyi'nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyi ‐ 1542 və TƏBİB‐nin ‐ 815 qaynar xətlərinə zəng edib şifahi məlumat bildirməyimlə yanaşı, eyni zamanda müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazaraq, 2‐ci qrup müharibə əlili, atam Zeynalov Qabil Mabəddin oğlunun başına hər hansı bir xoşagəlməz hadisə gələrsə, ilk növbədə tələbimizin Firdovsi İbrahimovdan olacağını bildirmişdim. Lakin, onunla bağlı heç bir tədbir görülmədiyindən, atam Qabil Zeynalov həmin hadisənin səhəri günü yəni 27 aprel 2025‐ci il tarixdə dünyasını dəyişmək məcburiyyətində qaldı. Həmin 26 aprel 2025‐ci il tarixli müraciətimi də indi ki, ərizəmə əlavə edərək Sizə göndərirəm.
Odur ki, yuxarıda qeyd edib göstərdiyim xüsusat və faktların öz nəzarətiniz altında kökündən, tam, hərtərəfli və obyektiv araşdırılaraq, Mərkəzi Klinikada kardiologiya şöbəsinin müdiri kimi fəaliyyət göstərən həkim‐kardioloq Firdovsi İbrahimovun xəstəmizə qarşı etmiş olduğu qanunsuz və cinayət xarakterli hərəkətlərinə obyektiv hüquqi qiymət verilərək, onun barəsində qanunamüvafiq ciddi tədbirlər görməyinizi Sizdən artıq dərəcə də xahiş edirəm.
Hörmətli sayt rəhbəri bu müraciətimin işıqlandırılmasında mənə köməklik göstərəsiniz".

/Yenixeber.org

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar
12 May 2025 Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...

Dünyapress TV

Xəbər lenti