Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron və Britaniya baş naziri Keir Starmerin 9 may Kiyevə səfəri zamanı çəkilmiş bir video sosial şəbəkələrdə yayılıb. Videoda masada ağ rəngli bir obyekt görünür və bu, bəzi istifadəçilər, o cümlədən amerikalı konspirasiya nəzəriyyəçisi Aleks Cons tərəfindən kokain kimi təqdim olunub. Lakin bu iddiaları təsdiqləyən sübut yoxdur. Fransa hökuməti və Almaniyanın CDU partiyası bunun sadəcə bir salfet olduğunu bəyan ediblər. Onlar bu cür iddiaların Avropa birliyini sarsıtmaq və ictimai rəyi çaşdırmaq məqsədi daşıyan dezinformasiya kampaniyalarının bir hissəsi olduğunu vurğulayıblar. Ekspertlər bildirirlər ki, bu tip yalanlar Rusiya tərəfindən illərdir Ukrayna prezidenti Zelenski və Qərb liderlərinə qarşı istifadə olunur. Mütəmadi olaraq saxta videolar və manipulyasiya olunmuş görüntülərlə onların nüfuzuna xələl gətirilməyə çalışılır. Sarvan Səmədoğlu TEREF