Ardını oxu...
Lənkəran Dövlət Universitetinin feysbuk səhifəsində bufetlərin bağlanması məsələsi ilə əlaqədar növbəti paylaşım edilib.
Yeniavaz.com xəbər verir ki, paylaşımda bildirilib:
“Hörmətli səhifə izləyiciləri! Lənkəran Dövlət Universitetinin rəsmi facebook.com səhifəsinin administratorluğu bildirir ki, səhifədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Lənkəran Dövlət Universitetində aparılmış yoxlamalarla bağlı məlumat səhifəyə kiber hücum nəticəsində yerləşdirilib və unversitetin rəsmi mövqeyini əks etdirmir. Hazırda həmin insidentlə bağlı araşdırma aparılır və yaxın zamanda bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.


***13:14
Lənkəran Dövlət Universitetinin (LDU) tədris korpuslarında fəaliyyət göstərən tələbə kafeləri martın 15-dən etibarən fəaliyyətlərini dayandıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, buna səbəb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Ərazi Bölməsi (QTALb) tərəfindən adı çəkilən kafelərdə bir-birinin ardınca əsassız yoxlamalar aparılması və universiteti guya qida təhlükəsizliyi qaydalarına riayət olunmadığına görə cərimələməsidir:
“Halbuki, universitet 26 dekabr 2022-ci il tarixli yoxlamanın nəticəsini qərəzli hesab edərək Lənkəran Rayon Məhkəməsinə müraciət edib və rayon məhkəməsi tətbiq olunan cərimə cəzasını ləğv edib. Şirvan Apellyasiya Məhkəməsi də Rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bundan sonra QTALb tərəfindən əsassız və qərəzli yoxlamaların sayı artmış və nəticədə universitet korpuslarda fəaliyyət göstərən kafeləri bağlamaq məcburiyyətində qalıb.
Sual oluna bilər: QTALb ən azından hamımızın Ardını oxu... ilə birləşdiyini görmürmü QTALb? İndiyə qədər QTALb hansı ərzaq istehsal edən və ya satan müəssisənin əməkdaşlarının tibbi müayinədən keçməsini tələb edib? Niyə QTALb Lənkəran şəhərinə verilən içməli suyun tərkibi ilə heç maraqlanmır da? Bəlkə siz deyəsiz, əziz tələbələr? Çoxunuz marketlərdə, restoranlarda, şadlıq saraylarında fəaliyyət göstərirsiniz və oralardakı vəziyyəti çox da yaxşı bilirsiz. Bəli, QTALb-nin bu və bu kimi digər biabırçı hallara, vəziyyətə göz yummasının səbəblərini biz yaxşı bilirik.
Bu gün universitet tələbədən qeyri-qanuni heç bir ödəniş (rüşvət, filan) tələb etmir və QTALb-nin də qeyri-qanuni tələblərini rədd edib, bundan sonra da edəcək. Amma bununla yanaşı onu da deməyi özümüzə borc bilirik ki, universitet bütün nəzarət və təftiş qurumlarının, eləcə də QTALb-nin də qanuni tələblərini həmişə icra edib və bundan sonra da edəcək.
Əlavə olaraq onu da bildirək ki, universitetin tədris korpuslarında fəaliyyət göstərən kafelər fərdi sahibkarla Respublika Əmlak Məsələləri üzrə Dövlət Xidməti arasında bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir. LDU bu məsələdə yalnız vasitəçi kimi çıxış edir”. //Yeniavaz.com//
Ardını oxu...
 
           
Ardını oxu...
Son illər Azərbaycanda tikinti şirkətlərinin sayı kəskin azalsa da, onların dələduzluq əməllərindən əziyyət çəkən vətəndaşların sayı azalmayıb.

Çünki hakimiyyətdə, hüquq mühafizə orqanlarında güclü himayəçiləri olan MTK rəhbərləri nə haqqını oğurladıqları vətəndaşların pulunu, əmlakını verir, nə də cinayət məsuliyyətinə cəlb edilirlər.

2000-ci illərin əvvəlindən bu günədək yüzlərlə tikinti şirkəti bir mənzili bir neçə nəfərə satmaqla, vətəndaşların payçı olduqları əmlakı mənimsəməklə, pilot layihələrdə ağılasığmayan digər fırldaqlarla böyük sərvət qazanıblar. Bəzilərinin yolu qısa müddətdə həbsxanadan keçsə də, törətdikləri cinayətlərə görə adekvat cəza almayıblar. Himayəçiləri hələ də güclü olan MTK rəhbərləri isə öz çirkin oyunlarını davam etdirilər.

Təxminən bir ay əvvəl mediada qalmaqallı tikinti maqnatlarından biri, “İnşaat konstruksiyaları” MMC-nin rəhbəri Rauf Əliyevin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanlıdğı yazılmışdı. Amma bir həftə sonra onu müəmmalı şəkildə həbsdən azad ediblər, amma illərdir süründürdüyü vətəndaşların problemi həll edilməyib.

Rauf Əliyevin rəhbərlik etdiyi MTK Bakının bir sıra bahalı yerlərində çoxmərtəbəli binalar tikərək satıb. Amma onun layihələrinin heç biri qalmaqalsız, mübahisiz yekunlaşmayıb. Bəziləri ümumiyyətlə öhdəliklərə zidd olaraq istifadəyə verilməyib, çünki mənzillər sahibdən əlavə bir neçə nəfərə satılıb. Məsələn, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 25\38 ünvanında yerləşən komplekslə bağlı qalmaqal mediada dəfələrlə işıqlandırılıb. Belə ki, tikintisi 2017-ci ilin avqustundan başlayan bina layihədə 15 mərtəbli nəzərdə tutulsa da, Rauf Əliyev tikinti normalarını kobud şəkildə pozaraq onu bir qədər “ucaldaraq” 18 mərtəbəyə çatdırıb. “İnşaat Konstruksiyaları” MMC müqavilədə binanı 2019-cu ilin avqustun 8-də təhvil verilməsini öhdəsinə götürüb. Amma bu tarixdən uzun müddət sonra mənzil sahibləri R.Əliyevin qanunsuzluqlarına etiraz edərək MMC-nin qarşısında etiraz aksiyaları keçirirdi. Sakinlər bildiriblər ki, tikinti maqnatı vədlər versə də heç biri özünü doğrultmayıb, üstəlik bir mənzili bir neçə nəfərə sataraq dələduzluq edib. Təəssüf ki, vətəndaşların hüquq mühafizə orqanlarına, yerli icra hakimiyyətinə çoxsaylı müraciətləri də nəticəsiz qalıb. Rauf Əliyevin Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllə, ev 33 ünvanında tikintiyi 17 mərtəbəli binada da eyni problemlər yaşanıb. Bu tikinti ona məxsus olduğu bildirilən “Dərəçiçək” MMC tərəfindən həyata keçirilib. Ötən ilin noyabrında yerli mətbuata müraciət edən sakinlər bildiriblər ki, sözgedən binanın tikintisi 2009-cu ildən başlasa da yekunlaşmayıb. Nəticədə yüzlərlə sakin isə evsiz-eşiksiz, ümidsiz vəziyyətdə qalıb, onların hüquq mühafizə orqanlarına, Prezident Administrasiyasına çoxsaylı müraciətləri də cavabsız qalıb. Payçılardan biri mətbuata açıqlamasında deyib ki, 2009-cu ildə “Dərəçiçək” MTK-nın tikdiyi binadan mənzil almaq üçün rəsmi müqavilə bağlayaraq bir dəfə 98 min ABŞ dolları, sonra isə 80 min manat pul köçürüb və bu ödənişləri Rauf Əliyev öz imzası və möhürü ilə təsdiq edib. 13 ildən sonra məlum olub ki, MTK rəhbəri həmin vətəndaşa məxsus mənzilləri başqasına satıb. Bu əməllərə baxmayaraq Rauf Əliyev dövlət tərəfindən dəstəklənən pilot layihələr də yol tapa bilib. Medianın yazdığına görə, ona məxsus şirkət tərəfindən pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 2 saylı arxitekturalı bina sökülüb. Binada yerləşən 46 mənzilin sakinləri “İnsəşaat Konstruksiyaları” MMC ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və kirayə mənzillərə köçürülüblər. Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində “pilot layihə” çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər veriləcək. Medianın yazdığına görə hələ 2018-ci ildə “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb. Amma 5 ildir ki, Rauf Əliyev məsuliyyətə cəlb olunmayıb. Bundan əlavə, məhkəmə sözgedən şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb. Beləliklə, maraqlı sual yaranır, bu qədər qanunsuzluğun, şikayətlərin müqabilində R.Əliyev niyə məsuliyyətə cəlb edilmir?

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, MTK rəhbərinin “krışası” keçmiş Baş prokuror Zakir Qaralov olub. Məhz onun dəstəyi ilə aldadılan, haqqı əlindən alınmış sakinlərin şikayətləri nəticəsiz qalıb. Bunun müqabilində R.Əliyev də Qaralova borclu qalmayıb, tikidiyi binlardan ona onlarla mənzil verib. Eyni zamanda Baş prokurorun “tapşırdığı” bir prokurorluq əmədaşına da bahalı mənzil bağışlayıb. Görünür, Z.Qaralov vəzifədən getsə də hakimiyyətin müəyyən dairələrində təsir imkanlarını saxlayır, əks təqdirdə barəsində bu qədər ittihamlar olan MTK rəhbəri niyə azadlıqda olsun ki?! Qeyd edək ki, “İnşaat Konstruksiyaları” MMC-nin intern ünvanı – “inshaat-konstruksiyalari.az” və “Faceook” səhifəsi bir neçə ildir istifadəsizdir.

R.Əliyevlə əlaqə saxlamaq isə mümkün deyil.

İttihamlarla bağlı onun mövqeyini və hüquq mühafizə orqanlarının açıqlamasını dərc etməyə çalışacağıq. //Gununsesi.info//
 
Ardını oxu...
Bir müddət əvvəl "Merac" Holding İdarə heyətinin sədrinin müəmmalı həbsi ilə bağlı məqaləmiz dərc edilmişdi. Məsələ ilə bağlı uzun müddətdir araşdırmalarımızdan yeni məlumatlar əldə edə bildik. Belə ki, Merac Holding idarə heyətinin sədrinin həbsinin qaranlıq məqamlarını gün üzünə çıxarmaqdayıq. 9 il əvvəl baş vermiş həbs niyə məhkəmə zalından kənarda müzakirələri belə qadağan edilib.

Amma iki gün bundan öncə "Xacmaz Tv" adlı sosial şəbəkədə edilən paylaşım çox maraqlara səbəb oldu. İllər sonra hamıya naməlum qalmış videolar kimlər tərəfindən yenidən gündəmə gətirilir. Belə ki, bizim dərc etdiyimiz məqalə göründüyü qədər bir çox maraqlı şəxsləri hərəkətə keçiribdir. Həmin cinayət işində bir çox vəzifəli şəxslərin adının keçməsinə baxmayaraq həbs edilən yalnız bir nəfər oldu. Bu günə qədərdə şəxsin ölüsündən dirisindən xəbər yoxdur. Bəs həbs edilmiş şəxsi harda hansı şəraitdə saxlanılması çox maraqlı məqamların ortaya çıxmasına səbəb olcaq.

UluTv.info-un əldə etdiyi ən son məlumata görə, holding sədrinin səhhəti heçdə qənaətbəxş deyil. Onun yaxınlarından məlumatları dəqiqləşdirmək istəməyimizə baxmayaraq, yaxınları vəzifəli şəxslərin onlara verə biləcəyi zərərdən ehtiyat edərək S.Əliyevin və onun cinayət işi ilə bağlı bir kəlimə belə demək istəmirlər. Belə olduğu halda bugün "Xacmaz Tv" kimi bir sosial platformanın 9 il əvvəl baş vermiş cinayət işinin detallarından paylaşım etməsi kimlərin maraqların təmin etdiyi sualını yaratmaqdadır. Bu edilən paylaşım isə məhs məhkəmə sənədlərinin daxilindən çıxarış olduğu məlum məsələdir. Arxivdən bunu çıxarılmasın kimlər təmin edib buda bir sual doğurur. Bu suala isə S.Əliyev və ya həmin yüksək çinli məmurlar cavab vermək iqtidarındadır.Onuda bildirək ki həmin cinayət işində keçmiş Baş Prokuror Eldar Həsənovun qardaşı Ələkbər Həsənovun, Sulatanəli (Ağacan Abıyev köməkçisi olub), Çingiz Abbasov (məmur kirvəsi olaraq özünü tanıtmış şəxs) Təhsil Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin, Fövqaladə Hallar Nazirliyinin məmur və nazirliklərin statuslu nümayəndələri adlarının halanmasına baxmayaraq bu günə qədər susurlar. Çoxlu subut və möhtəbər dəlilərin olmasına baxmayaraq ədalət bərqərar edilmədi.
Ardını oxu...
Buna səbəb isə bu şəxslərə qarşı məhkəmə sədrinə müəmmalı zənglər və tapşırıqların icrası əmri verilir. Bu isə həmin şəxslərin dindirilməsinin qarşısını aldığı kimi cinayət işinində daha bir müəmmalı hökmün verilməsinə gətirib çıxarmasına zəmin yaradıb. Milyonları yeyənlər azadlıqda yalnız sənətlərlə işləyib pula əli dəyməyənlər həbsdə illərin keçirir. Məhkəmə prosesi düzgün aparılmasına maniələr məhs ilk günlərdən başlanır. Hətta əldə etdiyimiz məlumatlarda qeyd edilirki, yuxarıda sadalanan məmur və nazirlik nümayəndələrinə, nümayəndəliyidə Ələkbər Həsənov edir. Həbsə alınan şəxslə durmadan görüşünə getmək onunla saatlarla danışmaq və onların adlarının açıqlanmaması üçün yüksək məbləğlər təklif edilir. Lakin şəxs törrətmədiyi və yemədiyi vəsaitin hesabatını verməkdən qaçmır. Məhkəmə zalında hər şeyi olduğu kimi danışır.

S.Əliyevin danışdıqlarına isə hər zaman olduğu kimi sifarişli işlərdə diqqət edilmir. S.Əliyevin vəkilləri nə qədər vəsadətlər subutlar təqdim etmələrinə baxmayaraq hakim etməli olduğu hazır ona verilmiş hökmü onun üzünə oxuyur. Apellyasiya Məhkəməsində keçirilən iclasda ilkin məhkəmə zamanı S.Əliyevin yazılı və şifahi verdiyi ifadələrinin protokolara əlavə edilmədiyi aydın olur. Bu isə yenədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hansı yüksək çinli məmurdan çəkinərək şəxsin Konustitusiyada göstərilən hüquqlarınından onu məhrum etdiyi aşkar olur. Şəxsə özünə müdafiə Prezumisiyasından istifadəyə şərait yaradılmır. Şəxs ifadələrini yazılı və şifahi verməsinə baxmayaraq "ona əziyyət çəkib özünü yorma onsuzda məhkum ediləcəksən" deyilmir. Aparılan məhkəmə prosesi qanunlarla deyil teatr janrına uyğunlaşdırılır. İttiham edilən şəxsdə qanunun onu dinlədiyini subutlarına hüquqi qiymət veriləcəyin düşünür. Sonda isə fiasko nə qanun nə hüquq heç bir məhkəmə baxışında siz deməyin yox imiş.

Boğulanın son ümüdünün saman çöpündə olmasınıda əlindən alınması hökümdə 10 il azadlıqdan məhrum edilsin kəlməsi olur. İnsan tamamilə çökür. Ruhən mənəvi çökən insan ondan sonra ailəsi ilə belə danışacaq halda olmur. Məhkum həyatını xəstəliklərlə sadəcə mübarizə etməklə keçirir. Əldə etdiyimiz məlumata görə, S.Əliyevin son durumu 9 il əvvəl aldığı travmadan yaranan səhhətin deformasiyası bu gündə onunla yoldaşlıq edir. Məsələ bununlada bitmir. 2014-cü ildə həbs edilən holding sədri 2 il üç ay müddətindən sonra yəni 2016-cı ildə uzun sürən müzakirələrdən və gələn tapşırıqlardan sonra şəxsə 10 il hökm oxunur. Lakin bununla S.Əliyevdən şəxslər əlçəkmir. Həqiqətləri məhkəmə zalında danışdığına görə, Onu cəzasının üstə cəza olaraq mənəviyyatı ilə oynanılması Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini işləmiş Eldəniz Həziyevə sifariş edilir.

O gündən şəxsin hətta insan kimi yatması-durması konustitusion hüquqları tamamilə azadlığı kimi əlindən alınır. Şəxs 10 il azadlıqdan məhrum edilir və Ə.Həsənovun səyləri şəxsin insani dəyərlərdən tamam uzaqlaşdırılmasına gətirib çıxarır. Ə.Həsənovun bu məsələlərdə tək olmadığı, milyonları birgə mənimsədiyi şəxslərində dəstəyi ilə "daydayı" olmayan holding rəhbəri zülmə düçar qalır. Hər gün döyülmə, kars, işgəncə görməsi ilə bağlı əldə etdiyimiz məlumatdan isə S.Əliyevə məxsus mülklərin E.Həziyev tərəfindən zorla mənimsənilməsidə ifadə edilib. Hələ bununla bitmir heçnə Eldəniz Həziyev tərəfindən şəxslə türmə daxilində narkotiklə bağlı ittiham irəli sürülür. Həyatı boyu narkotik vasitələrdən istifadə etməyən anlayışı olmadığı bir maddələrin ittihamı ilə üz-üzə qoyur. Uzun müddət kars şəraitində cəza çəkmək və ittihamın hansı tarixdə məhkəmənin baxışına veriləcəyin gözdədiyi halda S.Əliyevdən məcburi qaydada törətmədiyi əmələ görə yüksək məbləğ ödətdirdikdən sonra yenidən türmə içindək türmədən buraxılaraq zindan həyatına qaytarılır.

Əldə etdiyimiz məlumatlar bununla bitmir...
Araşdırmamız davam etdiyi kimi əldə edilən məlumatların təhlilinində bitməsindən sonra növbəti məqalələrin dərc ediləcəyi günü gözləyin.

Elnurə Tağıyeva
UluTv.info
 
Ardını oxu...
“Mayıl Məmmədovun bu və digər qanunsuzluqlarına Əməliyyat şöbəsinin rəisi Azər Əliyev, həmçinin Rejim şöbəsinin rəisi Rəhim Babayev köməklik göstərir”.
Bu sözləri, Penitersiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1-ci qrup əlil məhkum Səmədov Əli Azər oğlu ailə üzvləri vasitəsilə ölkə rəhbərliyinə və aidiyyəti orqanlara etdiyi müraciətində yer alıb.
Hazırda Penitersiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan məhkum, 1-ci qrup əlil Əli Səbədov müalicə müəssisəsində üzləşdiyi özbaşınalıqlardan, dözülməz işgəncələrdən, müəssisə rəisi Mayıl Məmmədovun, Əməliyyat işləri üzrə müavini Azər Əliyevin, həmçinin Rejim şöbəsinin rəisi Rəhim Babayevin özbaşına və qanunsuz əməlləridən yazır.
RealMedia.az xəbər verir ki, məhkum Əli Səmədov ölkə başçısına və Baş prokurorluğa ünvanladığı müraciətində müəssisədə dövlətin qoyduğu qayda-qanunlara riayət etməyən müəssisə rəisi Mayıl Məmmədovun xəstə məhkumların üzərində hegemonluq etdiyini, öz haqq və hüquqlarını tələb etmək istəyən məhkumları söyüb təhqir etdiyini, onların şərəf və ləyaqətini qəsdən alçaltdığını və işgəncələr verdiyini qələmə alıb. Hətta Əli Səmədov olduqca ciddi məqama da toxanıb. O, müraciətində müəssisə daxili gizli şəkildə narkotik vasitələrin ticarəti həyata keçirildiyini də xüsusi olaraq qeyd edir. Ki, bu da olduqca ciddi məsələdir. Və hesab edirəm ki, bu müraciət aidiyyəti orqanlara həm də bir mesaj olmalıdır ki, bu da aidiyyəti qurumları müəssisə ilə bağlı hərəkətə gətirməli və ciddi şəkildə araşdırmlar aparmağa məcbur etməlidir.

Bundan başqa müraciət müəllifi yazır: “Mayıl Məmmədovun bütün qanunsuzluqlarına Əməliyyat şöbəsinin rəisi Azər Əliyev, həmçinin Rejim şöbəsinin rəisi Rəhim Babayev köməklik göstərir. Həyətdə inşa edilmiş otaqlar var, hansı ki, rəis Mayıl Məmmədov bu yerləri çox bahalı qiymətlərə imkanlı məhkumlara satır. Müalicə Müəssisəsinin binasında olan təmirli və normal şəraitlə təmin olunmuş otaqları isə rüşvət qarşılığında xəstə məhkumlara verirlər. Lakin mən Mayıl Məmmədova və ya onun rüşvətxor komandasına rüşvət vermədiyinə görə, onlar məni burada soyuq otağa saldılar. Halbuki mən 1-ci qrup əliləm. Səhətimdə ağırlaşmalar olduğu üçün Cəzaçəkmə Müəssisələrindən təcili şəkildə buraya etab edilmişəm. Mayıl Məmmədov digər xəstə məhkumlara etdiyi kimi, mənim də haqqımı qəsb elədi. Artıq bir neçə gündür ki, Müalicə Müəssisəsindəyəm. Baxımsızlıq ücbatından vəziyyətim daha da pisləşib”.

Sonda isə məhkum Əli Səmədov mətbuat vasitəsilə Prezident İlham Əliyevdən, Baş Prokuror Kamran Əliyevdən və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevdən Penitersiar Xidmətin Müalicə Müəssisəsində geniş və növbədənkənar obyektiv yoxlamalar aparılmasını, bununla yanaşı, onun təhlükəsizliyinin təmin etmələrini, xəstə və çarəsiz məhkumlara edilən haqsızlıqlara son qoyulmasını, Mayıl Məmmədov və onun hegomon heyətinə layiqli cəzanın verilməsi ümidi ilə xahiş edir.

P.S. Azərbaycan hüquqi bir dövlətdir. Hər bir vətəndaşın hüquq və azadlıqları qanunla qorunur. Ola bisin ki, Əli Səmədov törətdiyi hansısa bir cinayətə görə məhkum həyatı yaşayır. Ancaq bu ona dəlalət etmir ki, ona və digər məhkumlara qarşı Çəzaçəkmə müəssisələrində onlara qarşı ikinci bir cəsa üsulu seçilməli, onlar söyülüb təhqir olunmalı və işgəncələrə məruz qalmalıdırlar. Heç bir halda buna yol verilmir və verilə də bilməz. Kimliyindən, tutduğu vəzifəsindən, daşıdığı rütbəsindən asılı olmayaraq heç bir halda bunlara yol verilmir. Hər bir halda onlar bir vətəndaşdır və konstitsion hüquqasahibdirlər. Bu məsələnin əsas tərəfi. Məsələnin ikinci bir əsas tərəfi də ondan ibarətdir ki, məhkumlarında öz hüquqları mövcuddur ki, təssüflər olsun ki, onlar bu hüquqdan istifadə edə bilmirlər. Umumiyyətlə, bu hüquq onlara izah olunmur.

RealMedia.az
 
Ardını oxu...
İnstruktor, fizioterapist kimi çalışan Vasim Abdullayev hansı universitetdə və neçənci illərdə təhsil alıb?

Vasim Abdullayevin tibb təhsilinin olmamasını, hətta qeyd olunan universitetlərdə oxumadığını gücləndirən başqa bir amil onunla bağlı Tibb Universitetinə, Turizm və Menecment Universitetinə, Xəzər Universitetinə ünvanladığımız sorğuların bir aydan artıqdır ki, cavablandırılmamasıdır

Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında yerləşən Reflex Reabilitasiya Mərkəzində instruktor, fizioterapist kimi çalışan Vasim Abdullayev adlı şəxsin tibb təhsilinin olmadığına, yəni diplomsuz həkim kimi fəaliyyət göstərdiyinə dair "Hürriyyət"in redaksiyasına məlumat daxil olub.

Nəzərinizə çatdıraq ki, sözügedən mərkəzin saytında - reflex.az-da Vasim Abdullayevin Azərbaycan Tibb Universitetini bitirdiyi qeyd olunsa da, əslində onun Azərbaycan Turizm və Menecment Universitetinin 2-ci kurs tələbəsi olduğuna dair informasiya mövcuddur. Digər məlumatda isə həmin şəxsin Xəzər Universitetinin Tibb Fakültəsini bitirdiyi deyilir. Təbii ki, bu, olduqca ciddi və müvafiq qurumların dərhal müdaxiləsini tələb edən məsələdir. Çünki Vasim Abdullayevin doğrudan da tibb təhsili yoxdursa, o zaman onun pasiyent qəbul edib onlara müalicə təyin etməsi "Sağlamlığınız etibarlı əllərdədir!" şüarı ilə fəaliyyət göstərən Reflex Reabilitasiya Mərkəzinə müraciət edən şəxslərin həyatını ciddi təhlükə ilə üz-üzə qoyur. Halbuki, istənilən tibb müəssisəsində həkim kimi işə qəbul zamanı məhz tibbi təhsili təsdiqləyən diplomun olması əsas tələblərdən biri olmalıdır. İnsaf naminə qeyd etmək lazımdır ki, TƏBİB-in ("Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs -red.) nəzdində fəaliyyət göstərən tibb müəssisələrində çalışan həkim personalı sahə üzrə diploma malikdirlər. Çünki onların işə qəbul proseduru müvafiq qaydalara əsasən aparılır və bu zaman tibb təhsili olmayan şəxsin həkim kimi fəaliyyətinə icazə verilmir. Elə buna görədir ki, hazırda TƏBİB-in tabeliyindəki tibb ocaqlarında saxta diplomlu və ya ümumiyyətlə, tibb təhsili almayan personala rast gəlmək mümkün deyil. Görünür, Reflex Reabilitasiya Mərkəzi bu cür önəmli məsələyə barmaqarası baxdığından tibb təhsilinin olmadığı iddia edilən, ümumiyyətlə, diplomunun olub-olmamasına dair müxtəlif məlumatlar dolaşan Vasim Abdullayev adlı gəncin mərkəzdə fizioterapist kimi çalışmasına göz yumub.

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, redaksiyamıza daxil olan informasiyada Vasim Abdullayevin cəmi-cümlətanı 3 aylıq təbabət kursunu bitirdiyi qeyd olunur. Həmçinin, o da bildirilir ki, Reflex Reabilitasiya Mərkəzinin instruktor, fizioterapisti bundan öncə çalışdığı tibb müəssisəsindən məhz ali tibb təhsilinin olmaması səbəbindən kənarlaşdırılıb. Lakin bir müddət sonra Vasim Abdullayev kim(lər)insə yardımı ilə Reflex Reabilitasiya Mərkəzinin peşəkar həkimi kimi efirlərdə peyda olmağa başlayıb. Halbuki, baza tibb təhsili aldıqdan sonra rezidentura keçərək ixtisas sahibi olmayan əsl həkim belə, konkret hansısa ixtisas üzrə çalışa bilməz. Tibb təhsili olmayan birisi isə ümumiyyətlə, bu sahəyə yaxın durmamalı, hətta özəl tibb müəssisəsində belə, çalışmamalıdır.

Yeri gəlmişkən, məsələ ilə bağlı Vasim Abdullayevə suallar ünvanlayan həmkarımızın onun dialoqunu təqdim edirik:

- Sizin tibbi təhsiliniz varmı?

- Bəli var.

- Sosial şəbəkələrin birində Xəzər Universitetini, digərində isə Mingəçevir Turizm Kollecini bitirdiyinizi qeyd etmisiniz. Bilmək olarmı adıçəkilən universiteti və kolleci neçənci illərdə bitirmisiz?

- Sosial şəbəkələrdə adımdan kimlərinsə profil açmasının məsuliyyətini mən daşımıram.

- Reflex Reabilitasiya Mərkəzinin saytında - reflex.az-da Azərbaycan Tibb Universitetini bitirdiyiniz qeyd olunub. Həmin ali təhsil ocağında hansı illərdə təhsil alıbsınız?

- Saytda texniki səhv olub. Təkcə məndə yox, bir çox həkimlərdə bu səhv olub.

- Ümumiyyətlə, hansı universiteti və neçənci illərdə bitirdiyinizi deyə bilərsiz?

- Xeyr! Şəxsi məlumatlarımı paylaşmıram.

- Bizdə olan məlumata görə, siz hal-hazırda Mingəçevir Turizm Kollecində 2-ci kursda oxuyursuz. Bu, doğrudur?

- Mən sizə cavab vermək məcburiyyətində deyiləm.

Budur, nə qədər qəribə görünsə də, lakin bu gün Reflex Reabilitasiya Mərkəzində instruktor, fizioterapist kimi çalışan Vasim Abdullayev adlı şəxs hansı universitetdə və neçənci illərdə təhsil aldığını bildirməsini şəxsi məlumatlarının paylaşılması kimi dəyərləndirir. Məhz bu mövqeyin özü onunla bağlı verilən məlumatların doğruluğunu təsdiqləyir desək, yəqin ki, yanılmarıq. Vasim Abdullayevin tibb təhsilinin olmamasını, hətta onun yazının əvvəlində qeyd olunan universitetlərdə oxumadığını gücləndirən başqa bir amil isə Reflex Reabilitasiya Mərkəzinin instruktor, fizioterapisti ilə bağlı Azərbaycan Tibb Universitetinə, Azərbaycan Turizm və Menecment Universitetinə, o cümlədən Xəzər Universitetinə ünvanladığımız sorğuların bir aydan artıqdır ki, cavablandırılmamasıdır. Görünür, ya adıçəkilən tibb müəssisələrinin mətbuat xidmətləri normal fəaliyyət göstərmir, ya yetkili şəxslərinin verəcəkləri cavab yoxdur, ya da ortada ÇOX BÖYÜK ƏMMA var. Lakin hər bir halda Reflex Reabilitasiya Mərkəzinin rəhbərliyi tibb təhsili olmayan, diplomsuz şəxsi həkim kimi işə qəbul etdiyi üçün birbaşa məsuliyyət daşıyır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
"Hürriyyət"
 

Ardını oxu...
 
 

 
Məlumat üçün qeyd edək ki, bir müddət öncə Şəmkir sakini Xasməmmədov Əziz Əjdər oğlu himayəsində 2 azyaşlı övladı gözləri qarşısında acından öldüyü haqda “Dünyanınsəsi.Az” saytında onların müraciətini dərc etmişdik.Bununla əlaqədar olaraq Şəmkir rayon icra hakimiyyətinin Elgün adlı əməkdaşı məsələ ilə bağlı açıqlama verib.

 

Həmin açıqlamanı təqdim edirik:

“Məlumat üçün bildirirəm ki, Xasməmmədova Samirə Müzəffər qızının həyat yoldaşının qardaşı Xasməmmədov Fazil Əjdər oğlu Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur, digər qardaşı Xasməmmədov Tağı Əjdər oğlu isə həqiqi hərbi xidmətdə olarkən kəskin ürək-damar və tənəffüs çatışmazlığı nəticəsində vəfat etmişdir. Xasməmmədova Samirə Müzəffər qızının müraciəti əsasında 2022-ci il tarixində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına və Qazax-Tovuz Regional Təhsil İdarəsinə rəsmi məktub göndərilmişdir. Həmçinin, o, istəyinə uyğun olaraq Şəmkir RİH təeəfindən Gənclər Evi sosial xidmət müəssisəsində 6 aylıq komputer kursuna qəbul olunmuşdur. Onu da qeyd edim ki, Samirə Xasməmmədovaya bir neçə iş də təklif olunmuş, iş saatına görə qəbul etməmişdir. Belə ki, Samirə Xasməmmədova ona təklif olunan işlərin saat 17:00-da bitməsini tələb edir. Hətta tələbinə uyğun da iş tapılıb dəvət göndərilmişdir. Həmin vaxt Samirə Xasməmmədova Qazax rayonunda yaxın qohumunun yas mərasimində olduğunu bildirərək, iş təklif edən özəl müəssisənin onu gözləməsini tələb etmişdir. Lakin uzun müddət Şəmkirdə olmadığından müəssisə rəhbəri başqa adam götürmüşdür. Onu da qeyd edim ki, bu gün Şəmkir rayonu Şəhid ailələri, qazilər, müharibə iştirakçılarının işlə təmin olunması istiqamətində ən çox tədbirlər görən rayonlardan biridir. Belə ki, son bir ildə rayonun idarə, müəssisə və təşkilatlarında, xüsusilə də təhsil (150-dən çox) və səhiyyə (41 nəfər) şəhid ailəsi, qazi, müharibə iştirakçısı işlə təmin olunmuşdur.”

Samirə Xasməmmədova isə Şəmkir rayon İH-nin Elgün adlı əməkdaşının bizə göndərmiş olan açıqlamanın tamami ilə yalan və əsassız olduğunu bildirir.

Həmin səs yazısını təqdim edirik:

Dünyanınsəsi.Az

 

XalqXeber.Az
Ardını oxu...
Tələbə Xanım Camalova 2022-ci il 18 iyulda xaricdə təhsillə bağlı sənədləşmə işlərinin görülməsi üçün “Pilgrim Education” (Career Guide MMC) şirkəti ilə xidməti müqavilə imzalayıb. Müqaviləyə əsasən, şirkətin birinci vəzifəsi Camalovanın sənədlərini toplayıb, Macarıstan təqaüdünə müraciət etmək olub.

Tələbənin hüquqlarının müdafiəsi işini həyata keçirən Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun həmtəsisçisi Fərid Rüstəmzadə Abzas Media-ya deyir ki, sonradan işlər müqaviləyə uyğun getməyib, şirkət isə buna görə Təhsil Nazirliyini günahlandırıb. Bildirib ki, nazirliyin elektron sistemi işləmir. Ancaq nazirlik bunu təkzib edib və sonradan məlumat olub ki, əsas məsuliyyət şirkətdədir.

“Daha sonra oradan əlaqə saxladılar və bildirdilər ki, məsələ həll olunacaq, xanımın ödənişi geri qaytarılacaq, heç bir narahatlıq yoxdur. Xanım səhər şirkətə gedib, şirkətdə bir üzr məktubu veriblər ki, bunu paylaş, ödəniş qaytarılacaq. İki saat təzyiq ediblər ki, paylaşsın və məhkəməyə verməklə hədələyiblər. O isə bundan imtina edib” – deyə Fərid Rüstəmzadə bildirib.

Rüstəmzadə deyir ki, özünü şirkətin rəhbəri kimi təqdim edən Aişə Aslanova və digər əməkdaşlar tələbəni təhdid edib, qorxudublar.

“Pilgrim Education” şirkətinin nümayəndəsi Elmin İbadov Abzas Media-ya bildirib ki, hazırda şirkətdə işlər çoxdur və cavab verə bilmirlər:

"Məhkəməyə müraciət olunub və işin gedişilə bağlı açıqlama veriləcək"- E.İbadov bildirib.

Şirkətin martın 11-də yaydığı ümumi açıqlamada isə iddialar təkzib edilib və məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilib.
 //abzas.org//

Ardını oxu...
Bir müddət əvvəl Etibar Hüseynov Gədəbəy rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edildi. Əvvəlki baş həkim Firdovsi Sarıyev isə xəstəxanaya direktor vəzifəsinə təyin edildi.
Bildirim ki, E.Hüseynov 20 ildən çox hərbidə həkim kimi çalışıb. Kapitan rütbəsi ilə ehtiyata buraxılıb. 20 ilə kapitan olmaq da hər zabitin işi deyil.
TƏBİB-in, İcbari Tibbi Sığortanın və qismən də Səhiyyə Nazirliyinin birgə yaratdığı qanuna əsasən xəstəxanalarda idarəetmə baş həkim aiddir. Lakin baş həkimə nəzarət direktorun səlahiyyətinə daxildir. Məsələn, baş həkim kimisə işdən azad etmək üçün direktora təqdimat verir. Yekun qərarı direktor verir. Direktor isə baş həkimin işinə tam müdaxilə edə bilmir. Bir sözlə qarışıq bir daxili nizamnamə yaradılıb.
Uzun müddət hərbi sistemdə çalışan Etibar Hüseynov Gədəbəy rayon Mərkəzi Xəstəxanasında hərbi qanunlar formalaşdırmağa çalışır. Əhaliyə və xəstəxana əməkdaşlarına divan tutur. Hərbi komandir əsgəri ayaqüstə saxladığı kimi E.Hüseynov da işçiləri və vətəndaşları ayaqüstə saxlayır. Hətta, bundan həzz alaraq ayağını ayağının üstünə qoyaraq damağına da bir siqaret qoyur. Dövlətin Etibar həkimə verdiyi xidməti otaqda çayxana abu-havası yaradır. Vətəndaş da siqaretin qurtarmasını gözləyir ki, bəlkə işi düzələ.
Xüsusilə qeyd edim ki, Gədəbəy rayon Mərkəzi Xəstəxanasında 60-dan çox həkim çatışmazlığı var. Universitet bitirən həkimlər relyefinə, şəraitinə, mərkəzdən uzaq olduğuna görə Gədəbəydə işləmək istəmirlər. Fürsət tapan qaçır. 60-dan çox həkim çatışmayan xəstəxanada eyni işləri 40 həkim görür. TibbinTəcili Yardıma növbəyə çıxan, Hərbi Həkim Komissiyasında xidmət edən, Tibbi Sosial Ekspertiza Komissiyasının üzvləri, sahə həkimləri, kəndlərin baş həkimləri, gündəlik insanlara xidmət göstərən eyni adamlardır. Yəni, həkim çatışmazlığından bir neçə vəzifəni bir həkimə tapşırıblar. Belə olan halda həkimlərin əksəriyyətinə məvacib "oklad"(maaş) yarım yazıılır. Yəni, həkimin maaşı 400 manatdırsa, əlavə xidmətlərə cəlb olunduğuna görə, aldığı maaşın yarısı qədər də əlavə verilir. 400+200 fomatında.
Yeni baş həkim E.Hüseynov yarım "oklad"ın kəsilməsi üçün direktora təqdimat yazır. Xəstəxananın direktoru Firdovsi Sarıyev də təqdimatı müsbət qiymətləndirirək bütün yarım "oklad" alanları kəsir. Baş həkim də daxil. Bu zaman həngamə başlayır. Etibar Hüseynov özünün yarım "oklad"ının kəsilməsinə göz yummur. Direktordan bərpasını tələb edir və bacarır da. Yekunda yarım "oklad"ı kəsilən həkimlər və baş həkimin yarım "oklad"ı bərpa edilir.
Sual yaranır ki, damağında siqaret otaqda pöhrələnən baş həkim yarım "oklad" almalıdır, amma sahələrdə, kəndlərdə, 3-4 vəzifə tapşırılan həkimlər yarım "oklad" almamalıdır. Niyə də niyə?
Bu azmış kimi Etibar həkim öz adamlarına nömrəli pul verərək həkimlərin qəbuluna göndərir. Hansı həkim alarsa, torbası hazırdı. Sanki əsgərlikdə "dedovşinalar" yeni gələn "maladoyların" pulunu almaq üçün taktika işlədir.
Eyni zamanda bülleten və göndəriş(naprableniya) məsələsində xəstələrə büokratik əngəl yaradır.
Həftənin hər 5-ci günü xəstəxananın iclasında həkimlərlə qırğına çıxır.
Qeyd etdiklərim olanların bir qismidir. Baş həkimin hoqqalarına tap gətirməyən 10-a yaxın həkim qonşu rayonlarda iş axtarırlar. 60-dan çox həkimi çatışmayan və cəmi 40 həkimi olanda Gədəbəy rayon Mərkəzi Xəstəxanasında yaxınlarda baş həkim Etibar Hüseynov, direktor Firdovsi Sarıyev, bir də qapıdakı mühafizəçi qalacaq.
Görünür, Etibar həkim xəstəxanada ya hərbi rejim yaratmaq istəyir, ya da verdiyini(ola bilər vəd verdiyini) çıxartmağa çalışır.
Xüsusilə bildirim ki, kimsə düşünər və deyə bilər ki, Etibar Hüseyov hərbidə vicdanla xidmət edib. O adama E.Hüseynov adı keçən məhkəmə sənədi göstərə bilərəm və sübut edərəm ki, vicdanlı xidmət belə olmur.
 //sarkazm.az//

Ardını oxu...
DİA.AZ: - Adı bir çox qalmaqallarda hallanan və özünün ənrəbadi rəhbər heyəti ilə dəfələrlə yerli KİV-də müxtəlif formada tənqid hədəfinə çevrilən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) daha bir qanun pozuntusu aşkara çıxıb.

DİA.AZ bildirir ki, bu barədə yerli KİV-də informasiya yayılıb və məlum olur ki, qalmaqallı ADAU-nun həm də dövlətə külli miqdarda vergi borcu va imiş...

Ardını oxu...

DİA.AZ xəbər verir ki, sözügedən ali təhsil ocağının dövlətə 100 min manata yaxın borcu var (82005.52 AZN).

Qeyd edək ki, universitetin rektoru Zəfər Qəzənfər oğlu Qurbanovr.

Hər halda, ADAU ərhbərliyinin vergi borcunu ödəməməsi faktı digər mətləblərdən də xəbər verməkdədir. Burada söhbət qanuna tabe olmamaq məsələsindən gedir. Yəni nümunəvi olanlar elə bütün sahələrdə bu xarakterlərini göstərirlər. ADAU barəsində isə maləsəf, belə deyə bilmirik...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Azərbaycanda mühüm dövlət vəzifələrində çalışan və dövlətin milyonlarını mənimsəyən 3 qardaş haqqında yazıya bir az uzaqdan başlayaq.
Söhbət 2017-ci ildən Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsində çalışan Qoşqar Təhməzlidən, Mənzil İnşaatı Dövlət Agentliyi MİDA MMC-nin direktoru Fərhad Təhməzovdan və vaxtilə PA-da Akif Muradverdiyevlə birgə çalışan, Əli İnsanovla birgə dövlət çevrilişində ittiham edilən və işdən qovulan Ataş Təhməzovdan gedir. Qardaşların biri Qoşqar Təhməzli öz tərcümeyi-halında guya 1992-ci ildə Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak etməsini, hətta “Müharibə veteranı” statusuna layiq görülməsini qeyd edir.
Ümumiyyətlə, Qoşqar Təhməzlini tanıyanlar bilir ki, bu adamın bütün həyatı nə ilə bağlıdır. Bu adamdan sopruşan lazımdır ki, sən nə vaxt və hansı cəbhədə döyüşmüsən..? Bəlkə Ayaz Mütəllibovun cəbhəsində, bəlkə Novxanıdakı evində yeməklərinizi bişirən Leylanın qayınatası Hilal kişinin evində. Nə isə, bu başqa bir yazının mövzusudur.
İndi keçək daha vacib məsələyə. ATU-nu bitirəndən sonra Qoşqar Təhməzli uzun müddət el arasında “Siçan-pişik” ( Sannitar Epidemologiya ) idarəsində çalışıb və obyekt sahiblərindən şirinlik alaraq vaxtını keçirib. Onda ortaya sual çıxır. Bu cür şirinliklərlə Qoşqar Təhməzli necə milyonlara sahib ola bilərdi, necə böyük bir tibbi mərkəzin, yəni “Nəbz” Tibb mərkəzinin baş direktoru, sonra “Medeks” MMC-də baş direktor ola bilərdi..?
Axı, əlahəzrət məntiq deyir ki, balaca şirinliklə nəinki milyonçu olmaq, klinika sahibi olmaq, heç adi avtomobil də almaq mümkün deyil. Bəli, birazca qurdalasaq xoruzun quyruğu görünəcək. Belə ki, Qoşqar Təhməzlinin qardaşı, yəni Məcburi Köçkünlərin Sosial İnkişafı Fonduna uzun illər rəhbərlik etmiş Fərhad Təhməzov dövlətdən götürdüyü milyonları qardaşları vasitəsilə biznesə yönəltmişdi. Belə ki, qaçqın və məcburli köçkünlər üçün tikilən binalar, şəhərciklər hamısı Fərhad Təhməzovun nəzarətində idi. Fərhad Təhməzov dövlətin ayırdığı 100 milyonları mənimsəmişdi. Bu pulları harasa yönəltmək lazım idi.
Bax, onda həmin pullar Qoşqar Təhməzlinin vasitəsilə tibbi klinikaların açılmasına, xaricdən bahalı tibbi avadanlıqların ölkəyə gətirilməsinə yönəldi. Qoşqar Təhməzli hətta başqa iri məmurlar üçün də klinikaların açılmasına kömək edirdi.
Beləcə ölkəni özəl klinikalar bürüdü. Yəni bu qardaşların yüz milyonluq biznesinin kökündə qaçqın və məcburi köçkünlərə ayırlan dövlət vəsaiti dayanır. Azərbaycanın son 30 ilində ən böyük korrupsiya əməlləri məhz Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunda olub, onu da Fərhad Təhməzov mənimsəyib. İndi bildinizmi, adına el arasında “siçan-pişik” idarəsi deyilən bir idarədə çalışan Qoşqar Təhməzlinin biznesinin kökündə nə dayanır.
Məsələ təkcə Qoşqar Təhməzli ilə bitmir. Fərhad Təhməzovun dövlətdən götürdüyü milyonların bir hissəsini isə digər qardaşı Ataş Təhməzov tikinti biznesinə yönəltdi. Bu gün 28 may metrosuna, köhnə Çay fabrikinə yaxın ərazidə Ataş Təhməzovun böyük bir ofisi fəaliyyət göstərir və milyonluq layihələrə imza atır. Bəli, bu qardaşların milyonluq bizneslərinin kökündə dövlətdən mənimsənilən milyonlar dayanır. İndi isə Qoşqar Təhməzlinin digər əməllərindən bəhs edək.
Məlumdur ki, uzun illər ölkədə LEŞ MAFİYASI var idi. Vətəndaşlara ölmüş heyvan cəmdəyi, leş satırdılar. Digər tərəfdən, ticarət obyektlərində, kafelərdə, ictimai-iaşə obyeklərində keyfiyyətsiz, vaxtı keçmiş qida məhsulları satılırdı. Bu isə millətin sağlamlığını, hətta genefondunu məhv etməkdən başqa bir iş deyildir. Bu məsələdə isə Baytarlıq Dövlət Xidməti, Fitosanitariya Xidməti və digər qurumlar lazımi tədbir görə bilmirdilər.
Buna görə də cənab Prezident yeni bir qurumun, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı qərar verdi. Və qurumun sədri də Qoşqar Təhməzli oldu. Bəs ötən 7 ildə Qoşqar Təhməzli nə iş görə bildi..?
Onu qeyd edə bilərik ki, Qoşqar Təhməzli illər uzunu toplanmış avadanlıqları, laboratoriyaları demək olar ki, məhv elədi. İnanmayanlar buyursunlar böyük bazarlara baş çəksinlər və görsünlər ki, həmin laboratoriyalardan əsər-əlamət qalıbmı..?
Yəni ət məhsulları bazarlarda yoxlanılmadan satılır və pullar Qoşqar Təhməzlinin adamlarının ciblərinə gedir.
Siz təsəvvür edirsinizmi, laboratoriyadan keçməyən ət, süd, pendir və digər heyvandarlıq məhsulları insanlar üçün karonavirusdan da təhlükəlidir. Amma bu təhlükə əhalimiz üçündür, Qoşqar Təhməzli üçün heç bir təhlükə yoxdur. Çünki Qoşqar Təhməzlinin Novxanıdakı və şəhərdəki milyonluq mülklərində onlarla mühafizəçi, aşpazlar çalışır. Onlar Qoşqar Təhməzlinin həm canının, həm də sağlamlığının qeydinə qalırlar, millət isə vaxtı keçmiş qidalardan zəhərlənir.
İndi gördünüzmü, Qoşqar müəllim QİDA agentliyini nəyə döndərib..?
Bu adamdan soruşan yoxdur ki, 10-dan artıq aşbazı, “telexranitel”ləri hansı pulla saxlayırsan..?
İndi isə qayıdaq vaxtilə Məcburi Köçkünlərin Sosial İnkişafı Fonduna rəhbərlik edərkən dövlətin 100 milyonlarını mənimsəyən Fərhad Təhməzovun MİDA-da elədiyi maxinasiyalara. Hamıya məlumdur ki, MİDA-nın aztəminatlı ailələr üçün dövlətin hesabına tikdiyi evlər hərracda foks-mokus qaydasında satılır. Bu hələ harasıdır..?
Niyə Fərhad Təhməzovdan soruşan yoxdur ki, Litva vətəndaşı Povilas Pociusanın milyonlarını MİDA adı altında necə mənimsədiniz..?
İndi bu 3 qardaşın törətdikləri ilə tanış olursunuzmu...
Bu qardaşların keçmişi barədə danışmağı adam ayıb hesab edir. Amma... Təhməzovların qohumlarından olan Bəxtiyar zamanında cənab Prezidentimizi aldadaraq, Binəqədidə təmir zamanı 5 milyonu necə mənimsədiyini biz bilirik...
Biz əbəs yerə qardaşların keçmişini yada salmadıq... Biz hər şeyi bilirik. Allah ölənlərə rəhmət eləsin. Biz demirik ki, Sudavər xalanın qızı kiminsə şəhərdəki evində 5 nəfərlik aşbaz korpusuna rəhbərlik edir. Biz demirik ki, rəhmətlik Hilal kişinin gəlini Leyla xanım Novxanıdakı bağ evinizdə 11 nəfərlik aşbaz korpusuna rəhbərlik edir. Biz demirik ki, öz qohumlarınızı yataqxanadan götürüb apardınız ev verdiniz, başqaları qaldı orada. Biz istər Aftandil kişini, istər Spartak kişini, istər İlahi kişini çox yaxşı tanıyırdıq. Keçmiş bizim gözümüzün qarşısında lent kimi keçir. Amma cənab Prezidentimizin göstərdiyi etimaddan sui istifadə edən şəxslərə qarşı həmişə barışmaz olmuşuq. Allah Şəfayət Mehdiyevə rəhmət eləsin. Tofiq Mehdiyev də Zəngilanın katibi olmuşdur.
P.S. Növbəti sayımızda 30 min qoyun sürüsü və İslam yazısı dərc olunacaq. 
//gundelik-baku.com//

Dünyapress TV

Xəbər lenti