Mirsaleh Seyidovla Behbudovların arasında nələr baş verib?
Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “ABŞERON-XIZI REGİONAL TƏHSİL İDARƏSİNDƏ TÖRƏDİLƏN QANUNSUZLUQLAR”, “Sələmçilikdə ad çıxarmış direktor” və “Vətəndaşları dövlətdən narazı salan Behbudovlar” başlıqlı məqalələr dərc etmişdik. Məqalələr redaksiyamıza müraciət etmiş Rzayev Vidadi Əsədulla oğlunun və digər şəxslərin verdiyi məlumatlar əsasında hazırlanmışdı.
Həmin vətəndaşların iddia etdiklərinə görə Abşeron-Xızı Regional Təhsil İdarəsində və Qobudakı 3 nömrəli tam orta məktəbdə çox ciddi qanun pozuntuları var. Xüsusən də 3 nömrəli tam orta məktəbin direktoru Xuraman Behbudovanın 8 Martla əlaqəli müəllimələrin və valideyin komitələrinin israrı ilə hər şagirddən müəyyən məbləğdə pul tələb etdirməsi, repititor yanına gedən və adı 3 nömrəli tam orta məktəbdə olsa da əslində şəhər məktəblərində oxuyan şagirdlərin valideynlərindən 1000-1500 manat rüşvət alması, texniki işçiləri də rüşvətlə işə qəbul etməsindən bəhs etmişdik. X.Behbudova arxasında əmisi oğlu, adı daim müxtəlif korrupsiya olaylarında hallanan ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun durduğunu deyir. Qohumuna arxalanaraq təhsil ocağını korrupsiya yuvasına çevirən X.Behbudova yığdığı çirkli pulları Qobu qəsəbəsində sələmə verməklə də ad çıxarıbdı.
Onun havadarı olan əmisi oğlu isə vətəndaşları dövlətdən narazı salmaqla məşğuldur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə 2020-ci ildə sədr təyin edilən Vüqar Behdudovun fəaliyyəti bütövlükdə hökumətin sosial siyasətini biabırçı duruma salıbdı. Xuraman Behbudovanın “krışası” onun kimi min manatlar deyil, milyonlar mənimsəməklə məşğuldur.
Dünən Prezident İlham Əliyevin sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi təyin edildi. Qeyd edək ki, o, bu təyinatadək Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi olub. Mirsaleh Seyidov həmin vəzifəyə 2016-cı ilin oktyabrında təyin edilibdi. Bu təyinata sevinməyənlər içərisində Xuraman və Vüqar Behbudovlar da varıydı. Bunun da əsaslı səbəbləri var. Belə ki, Xuramanın vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda pullar aldığı vaxtlarda daim bacısı Könül və onun keçmiş polis zabiti olan həyat yoldaşı Xaqani Həsənov direktorun günahlarını öz boyunlarına götürüblər. Belə ki, işləri düzəlməyən insanlar şikayət edərkən həmişə Könül özünü qabağa verib məsuliyyəti üzərinə götürübdü. Bu minvalla 7 dəfə məhkumluq həyatı yaşamalı olan Könül xanımın yolu Mirsaleh Seyidovun nəzarətində olan həbsxanalardan keçməli olubdu. Behbudovlara da elə gəlir ki, M.Seyidov Vüqarın bacısı Esmira Behbudovanın çoxdankı əməllərinin heyfini onlardan çıxa bilər. Əslində isə bu belə deyi və bu barədə növbəti yazımızda açıqlama verəcəyik.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
aktualxeber.az

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti