|
Ukrayna müharibəsi fonunda Qərb şirkətləri Rusiyada fəaliyyətini dayandırdılar. Buna baxmayaraq, Rusiyada hazırda bir-sıra Qərb şirkətlərinin məhsulları satılmaqdadır.
AzToday.az xəbər verir ki, 2022-ci ilin iyun ayında “Coca-Cola” şirkəti Rusiyada öz məhsullarının satışını dayandırdı. Eyni dövrdən başlayaraq bir-neçə Azərbaycan şirkəti birbaşa və dolayısı ilə “Azerbaijan Coca‑Cola Bottlers” MMC şirkətinin məhsullarını Rusiyaya ixrac etməyə başladı. Gömrük bəyannamələrinə dair reyestrin məlumatına görə, 2022-ci ildə Azərbaycandan müvafiq məhsulun gətirilməsinə dair 52 bəyannamə (həm seriyalı (yəni uzunmüddətli), həm də birdəfəlik) təqdim ediblər.
İqtisadçı Toğrul Vəliyevin sözlərinə görə, gömrükdə “220210. Şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular” kodu (müvafiq məhsullar məhz bu kodla ixrac olunur) üzrə 2022-ci ildə Rusiyaya 9,7 milyon litr ixrac olunub (2021-ci il ilə müqayisədə 10 dəfə çox). 2023-cü ildə (yəni 2 aya!) isə artıq 26 bəyannamə təqdim olunub.
AzToday.az-ın araşdırmaları zamanı məlum olub ki, Rusiyaya “Coca-Cola”nın məhsullarını ixrac edən şirkətlərdən biri də “TAC” MMC olub. 1997-ci ildə yaradılan “TAC” MMC el arasında “Aquavita” adı ilə tanınır. Azərbaycanda daxili bazarda içməli su istehsalçıları arasında liderlik edən şirkət həm də “Gülüstan” brendi ilə tanınır.
Son bir ildə Rusiyaya ixracını dəfələrlə artıran “TAC” MMC ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, şirkət mövcud konyukturadan maksimum yararlansa da işçilərinin əmək haqqlarının verilməsində ciddi problemləri var. Ümumiyyətlə, “TAC” MMC-də əmək hüquqlarının kobud şəkildə pozulması halları ilə bağlı şikayətlər artıb. Gəlirlərini kəskin şəkildə artıran şirkətin işçilərinə qarşı məlum davranışının səbəbi məlum deyil…
“TAC” MMC ilə bağlı AzToday.az-a daxil olan məlumatları araşdırmaqda davam edirik. Şirkətdən də münasibət öyrənməyə çalışacağıq.
Orxan Məmmədli
AzToday.az
İllər öncə paytaxtımızın ən gur yerləri (“Nərimanov”, “Gənclik”, “Əcəmi” və “Elmlər Akademiyası” metrosuna yaxın yerlər) qeyri-qanuni mərc oyunları üçün “münbit” məkanlar idi. Günün günorta çağı az qala məmə yeyəndən pəpə yeyənə hamı mərclərə girişir və xöşbəxtliyi onda axtarırdılar. 1995-ci ildən etibarən qurmarxana tipli oyun zallarının fəaliyyəti qanunla qadağan edilib. 2011-ci ildə isə ölkədə ilk və yeganə qanuni idman mərc oyunu “ToPaz” fəaliyyətə başlayıb. “Caspian Tech” QSC-nin ticarət nişanı olan “ToPaz” portalı dövlət təminatlıdır və qanuni hesab olunur. Amma cumhuriyyet.az olaraq araşdırmalarımız onu göstərir ki, “Topaz”ın gəlişi ilə açıq məkanlarda fəaliyyətlərini “donduran” “mərcovşiklər” başqa üsullara əl atdılar və öz bazarlarının dağılmasına imkan vermədilər. Amma qumar oyunlarının bu gün virtual məkanda mövcudluğu da heç kimə sirr deyil. Belə ki, son zamanlar sosial şəbəkələrdə kazino tipli mərc oyunlarının reklamları genişlənib. Bura insanları bonus vədləri ilə cəlb edir, hətta məşhurların da adından istifadə edirlər.
XalqXeber.Az
XalqXeber.Az