Ardını oxu...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində rəhbər vəzifə sahibi olan şəxslərin korrupsiya əməllərindən dəfələrlə tənqidi məqalələr vermişik. Bu gün də həmin dövlət qurumunun bir növ ailə biznesi mərkəzinə çevrilməsindən bəhs edəcəyik. Diqqət yetirək ki, bir tərəfdə ölkə rəhbəri kadr, struktur, siyasi və iqtisadi islahatlar həyata keçirir, mühüm dövlət postlarına cavan, enerjili, savadlı kadrlar təyin edir, dələduz məmurları vəzifələrindən uzaqlaşdırır, bəziləri həbsə göndərilir, korrupsiya hallarının qarşısını alınması istiqamətində ciddi addımlar atılır.

Məmmədov Saleh Ərşad oğlunun rəhbərlik etdiyi qurumda isə, fərqli ab-hava hökm sürməkdə davam edir, AAYDA-nın ailə biznes mərkəzinə çevrilməsi bir kimsədə şübhə doğurmur. Orada rəhbər vəzifələrə təyin olunan şəxslərin tam əksəriyyətinin ya S.Məmmədovla qohumluq əlaqələri var, ya da ona bu və ya digər yollarla bağlı olan şəxslərdir.

Adicə bir faktı qeyd edək ki, Agentlik sədrinin qudası olan və Avtomobil Yollarının Təmiri və İstismarı baş idarəsinin rəisi vəzifəsini daşıyan Əflatun Qasımov, onun digər qardaşları Yaqub Qasımov və Ərəstun Qasımov bir sözlə bu Qasımov qardaşlarının məxsus olduqları var-dövlətin sərhəddini müəyyən etmək heç cür mümkün deyil. Bir anlığa diqqət yetirək ki, bu şəxsin Balaxanı qəsəbəsində bir asfaltzavodu, Qaradağ rayonu ərazisində dəyəri milyonlarla qiymətləndirilən 4-5 ədəd gizli zavodu, Novxanıda gözəgəlimli villası, restoranı və s. kimi daşınan-daşınmaz çoxsaylı əmlakları var.

Sözsüz ki, Ə.Qasımovun belə bir həcmdə var-dövlətə sahib olmasının kökündə, məhz onun Saleh Məmmədovla quda olması, eyni zamanda rəhbərliyin “qara kassası” funksiyasını uğurla yerinə yetirməsidir. Onu da unutmaq olmaz ki, baş idarə rəisinin sahib olduğu var-dövlətin varlığı, onun övladlarına da öz təsirini göstərir. Yəni, hazırda Əflatun Qasımovun oğlunun Abşeron RPŞ, Mehdiabad polis bölməsinin rəisi olduğu bildirilir.

Başqa bir məqamı da qeyd edək ki, Ə.Qasımov təkcə daşıdığı vəzifəsinin imkanlarından yararlanmır, hətta o, “Körpü-Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşova himayədarlıq etməklə də, kifayət qədər qazanc əldə etməyi bacarır. Yəni, o, daşıdığı vəzifəsinin imkanlarından, daha çox Saleh Məmmədovla quda olmasından sui-istifadə edir və tikinti işləri ilə bağlı həyata keçiriləcək ən böyük layihələri, məhz Xəlil Göyüşovun rəhbərlik etdiyi MMC-yə həvalə etdirir. Bütün bunlar onu subut edir ki, baş idarənin rəisi Əflatun Qasımov qudasına söykənərək hər cür hoqqalardan çıxmağı bacarır.

Bu şəxsin baş mühasib Müseyib Həmzəyevlə qurduğu işbirliyi də, olduqca sensasion məlumatları əldə etməyə imkan verir. Redaksiyamıza daxil olan başqa bir məlumatlarda isə vurğulanır ki, Qasımov soyadını daşıyan bu şəxs yaxın qohum-əqrəbasını AAYDA-nın sturuktur vahidlərində işlə təmin etdirməyi də unutmur.

Belə bir səbəbdəndir ki, hazırda yol istismarı idarələrində bu şəxsin qohum-əqrəbası daha çoxluq təşkil edirlər. Məsələn, Əflatun Qasımovun qohumlarından olan 14 №-li Xüsusi Yəyinatlı Yol İstismar MMC-nə rəhbərlik edən Araz Bəndəliyev, adı çəkilən bu şəxsə arxalanaraq aparılan tikinti işlərinə lazımınca nəzarət etmir. Belə bir səbəbdən də, həyata keçirilən tikinti işlərində ara-sıra faciəli hadisələr baş verir. Xatırladaq ki, keçən il 14 №-li Xüsusi Yəyinatlı Yol İstismar MMC tikiti işlərində çalışan şəxs texniki təhlükəsizlik qaydalarına əməl etmədiyindən yerə yıxılıraq dünyasını dəyişmişdi. Bu və buna bənzər hadisələr indiyi kimi bir neçə dəfə baş versə də, baş idarənin rəisi yaşanan faciələrə gözucu baxır.

Çünki, Əflatun Qasımovun qudası, özünə “arxa-dayaq” hesab etdiyi Saleh Məmmədov hələ də vəzifə başındadır. Bəzi çevrələrdə isə belə bir söz-söhbət dolaşır ki, baş idarənin rəisi ara-sıra “levı işlər”lə məşğul olmağı da imkan tapır. Bu haqda hər kəsə növbəti yazılarımızda ətraflı məlumat verməyə çalışacağıq.(Aktualxeber.az)
Ardını oxu...
" "Gömrükçülərimizin saxladığı geyim-filan əşyalarının dəyəri 100 mindən artıqdır", "bəyan edilməyib" deyə, şəxsi əşyaların saxlanılmasına, götürülməsinə, müsadirəsinə haqq qazandırmaq doğru deyil. Gömrükçülərimiz çox belə "əməliyyatlar" çıxarıblar, onlarla yerli məhkəmə qərarları var ki, "bəyan edilməmə" əsası ilə vətəndaşların əşyalarının, pullarının üzərinə çökülməsini qanunsuz sayıb. Gömrükçülərimizin "şücaəti" hətta Avropa Məhkəməsinə qədər gedib, çıxıb". DİA.AZ bildirir ki, bu barədə tanınmış vəkil Xalid Ağalı açıqlama verib.
Daha sonra X.Ağalı daha detallı faktları açıqlayıb:
"Həddən ziyadə diqqətli gömrükçülərimiz 2010-cu ildə Türkiyə vətəndaşı Serpil Par-ı hava limanında saxlamışdılar. Onun üzərində bəyan edilməmiş 210 min avro pul vardı. "Bəyan edilməmə" əsası ilə türk vətəndaşının pulu götürüldü, özünə də qaçaqmalçılığı görə cinayət işi açıldı. Xanım Par-dan "pulu sizin dövlətinizə bağışlayıram" məzmunda "könüllü" ifadə alındıqdan sonra pulu əlindən alındı, özü sərbəst buraxıldı...
Başıbəlalı Yaponiya vətəndaşı Katsunori Hyodo-nu da 2011-ci ildə hava limanımızda eyni aqibət gözləyirdi. Yapon qardaşımızın 127 min avrosu "bəyan edilməməsi" əsası ilə gömrükçülərimiz tərəfindən götürüldü, özünə də cinayət işi açılmdı...
Yenə də "pulu sizin dövlətinizə bağışlayıram" məzmunda "könüllü" ifadə, pulun əlindən alınması və yapon qardaşın sərbəst buraxılması hekayəsi...
Həm xanım Par, həm də cənab Hyodo nəql edilən olayların ardından müvafiq hüquqi addımları atıb, onların mülkiyyətini təşkil edən cinayət yolu ilə əldə edilməmiş, hər hansı cinayətin obyekti olmayan pul vəsaitinin onlara geri verilməsini tələb etmişdilər. Amma məhkəmələrimiz daxil, müraciət edilmiş bütün instansiyalar "bizim gömrük qanunsuzluq etməz" pəncərəsindən boylanmışdı xanım Par və cənab Hyodonun şikayətlərinə. Sonda onlar Avropa Məhkəməsinə üz tutmalı olmuşdular.
Avropa Məhkəməsi 2021-ci ildə həmin şikayətlər üzrə qərarını açıqladı. Qərarın azərbaycanca mətninin saytımızdakı linkini şərh bölməsində qoymuşam, aydın, o qədər də geniş olmayan qərardır, maraqlananalar oxuya bilərlər.
Qərarın ümumi məzmunu bundan ibarətdir ki, xanım Par və cənab Hyodo Azərbaycan gömrüyündə bütünlüklə qanunsuzluq silsiləsi ilə əhatələniblər - pulları qanunsuz götürülüb, təzyiq altında pullarından imtina ərizəsi yazmağa vadar ediliblər və sair.
Yekunda məhkəmə qərar verdi ki, götürülmüş pullar qəpiyə-qəpik (337 min 600 avro) türk və yapon vətəndaşa ödənilsin, dövlət də qəpiyə-qəpik ödədi, Ali Məhkəmənin Plenumu Par və Hyodonun şikayətləri üzrə əvvəlki bütün qərarları ləğv etdi...
Gömrükçülərimizin "sərvaxtlığından" bizə, ölkəmizə qalansa biabırçılıq, hökumətin hüquq xərcləri, Avropa Məhkəməsi ilə yazışmaların əziyyəti oldu...
p.s. Yeri gəlmişkən, Azərbaycan hökuməti bu qərarın icrası ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinə 2022-ci ilin dekabrında yazıb ki, qərarı tərcümə etdik, Gömrük Komitəsinə də göndərdik ki, bir də belə qanunsuzluqlar etməsinlər..."

Məsələ ilə bağlı teref.az olaraq bütün aidiyyatı qurum və şəxslərin mövqeyini işıqlandırmağa hazırıq....
 
Ardını oxu...
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) tabeçiliyində olan Viləşçay Su Anbarı Masallı rayonunda əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1986-cı ildə tikilmişdir. Qeyd edək ki, su anbarının həcmi 46,0 mln. m³, torpaq bəndinin hündürlüyü 37 m və üstdən uzunluğu 3,2 km-dir. Anbarın 2-ci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün daha 15 m qaldırılması və anbarın həcminin 130 mln. m³-ə çatdırılacağı nəzərdə tutulmuşdur.

Rusif Kərimov 2 ildir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun sərəncamı ilə bu idarəyə rəis təyin edilib. 2016-ci ildən Masallı Viləşçay Su anbarı İstismarı idarəsində əvvəl mühəndis, hidrotexnik, 2017-ci ildən isə idarənin baş mühəndisi vəzifəsində calışmış Rusif Kərimovun təyinatı ilk vaxtlar fermerlər tərəfindən razılıqla qarşılansa da bu uzun sürmədi. İndi Rusif Kərimov özündən əvvəlki rəislərin ölənlərinə rəhmət oxutdurur.

Onu da qeyd edək ki, bu su anbarları regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır. Yəni dövlət bu sahəyə milyonlarla vəsait qoyur ki, fermerlər bundan istifadə edərək ölkədə ərzaq bolluğu yaratsın, qiymətlər ucuzlaşsın və s... Amma məmurlar bu milyonları mənimsəyərək ölkədə ərzaq qıtlığı yaradır, süni qiymət artımına rəvac verirlər.

Fermerlərə suyu neçəyə, hansı qiymətə satmaqları daha ciddi problemdir. Axı, dövlət öz vəsaitini ayırıb ki, fermerlərə ucuz qiymətə şərait yaradılsın. Amma rəis Rusif Kərimovun öz qimətləri var. Masallı fermerləri onun əlindən qan aglayır.

Bütün bunlar azmış kimi Viləşçay Su Anbarı İstismar İdarəsində hər il idarənin balansında olan kanalların, daxili su arxlarının təmizlənməsi üçün ASC-dən ayrılan vəsaitlər mənimsənilir. İdarəyə ayrılan avadanlıqlar kimlərəsə icarəyə verilir, hər il külli miqdarda dəyəri olan yanacaq silinərək mənimsənilir. Hidrotexniki qurğuların təmiri adı altında dövlət vəsaiti silinir.

Bir sözlə, idarədə yoxlama aparılsa maşın və mexanizmlər üçün ehtiyyat hissələrinin və materialların, avadanlıqların satın alınması, kanalların lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, həmçinin su anbarının iriqqasiya suburaxıcısında elektrik enerjisinin verilməsi məqsədilə transformatorların təmir olunması, hidravlik sistemin yağının dəyişdirilməsi, müxtəlif növ elektrik kabellərinin və naqillərin yenisi ilə əvəzlənməsi adı altında küllü miqdarda dövlət vəsaiti mənimsənilməsi üzə cıxar.

Biz anbardakı balıq biznesi və ən dəhşətlisi anbarın mühafizə zonasının ayrı-ayrı şəxslərə satılması barədə faktları dəqiqləşdirdikdən sonra oxuculara təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //milletinsesi.info//
Ardını oxu...
Xeyli müddətdir vətəndaş təəssübkeşliyindən doğan dərin narahatlıqla bu mövzuya toxunmaq istəyirdim. Təəssüf ki, “Azərlotereya”nın ölkədə yaratdığı labirinti və xalqa kələk gəlməyin “metodologiyası”nı araşdırmaq üçün bu mövzuya indi baş vurmağı məqsədəuyğun hesab etdik. Təbii, bir yazı ilə “Azrlotereya”nın xalqın necə tələyə salmasını şərh etmək çətindir, ona görə də davamlı araşdırmaqlarımızın şahidi olacaqsınız.

Bəli, söhbət “Azərlotereya”nın Azərbaycanda yaratdığı antimilli qumar bazarından gedir.

Əvvəlcə ölkəmizdə bu məsələ ilə bağlı vəziyyəti araşdırmağa çalışdım. Maraqlı nüanslar ortaya çıxdı.

Bütün ölkələrdə qanuniləşdirilmiş qumar bazarı mövcuddur. Amma heç bir ölkədə qumar bazarı xalqın genefondunun dağıdılmasına hesablanmayıb, ölkədə sosial partlayışların ilkin “mina”ları kimi təkmilləşdirilməyib. Amma… Azərbaycan istisna! Ölkəmizdə “Azərlotereya”nın bütün fəaliyyət istiqamətləri ailələrdə sosial problemlərin pik həddə çatmasına, xalqın sürətli şəkildə yoxsullaşdırılmasına və gənclərin narkotikdən sonra ikinci bir böyük bir bəla ilə – lotereya” ilə məhv edilməsinə yönəlib. Qumar biznesi milli dəyərləri tapdalayırsa, onun qanuni fəaliyyətinə heç bir halda bəraət qazandırmaq olmaz.

Mənim burada Amerika kəşf etmək fikrim yoxdur.

Zəfər Rəisoğlunun qumar biznesinin uyuşdurucu həbləri…

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zəfər Rəisoğlunun ölkə mətbuatına verdiyi müsahibəni oxudum.

Hörmətli Rəisoğlu deyir:

“Hər iki ölkədə (Yəni, Azərbaycan və Türkiyədə) mentaliteti bir-birinə çox yaxın olduğundan deyə bilərəm ki, insanlar arasında da şans oyunlarına münasibət eynilik təşkil edir. Bu baxımdan Azərbaycanda öz vətənimizdəki kimi hiss edirik. Yerli əhalinin istəkləri ilə daim maraqlanır, onların marağını təmin edə bildiyimizi düşünürük”.

Çox humanist yanaşmadır. Elə deyilmi? Sən demə Hatayda yaşayan bir ərəblə, Trabzondakı bir lazla mənim mentalitetim eyni imiş… Siz öz fikirinizdə qalın, cənab Reisoğlu! Maraqlıdır, niyə Türkiyədən gələn qumarbaz belə məsələlərə milli aspektdən yanaşır, pul qazanmaq ehtirasında belə pafosdan istifadə edir. Amma öz aramızdır, yaxşı ki, “Bir millət, iki dövlət” şüarını səsləndirməyib.

Keçdik digər suala, yəni Rəisoğlunun suala cavabına.

“Son zamanlar “Azərlotereya”nın “Poz Qazan” lotereyasına artan marağı nə ilə əlaqələndirərdiniz? “Poz Qazan”ın bu qədər populyar olmasının səbəbini necə izah edərdiniz?”

Həmkarımın ona verdiyi pafoslu sualdan ehtirasa gələn cənab Rəisoğlu deyir:

“Aparılan müşahidələr onu göstərir ki, bu sahədə idarəetmənin beynəlxalq standartlara uyğun aparılması, şans oyunlarının dünya təcrübəsinə malik mütəxəssislərlə birlikdə hazırlanması, oyunların çeşidinin, ümumi uduş fondunun və uduş imkanlarının artırılması lotereya oyunlarına populyarlıq qazandırıb”.

Azərbaycan öz müstəqilliyini yeni qazananda ən çox eşitdiyimiz söz birləşmələrindən biri də “beynəlxalq standartlar” idi. İnanın, içi mən qarışıq milyonlarla azərbaycanlı həyat tərzimizin bütün istiqamətlərinin “beynəlxalq standartlar”lara uyğunlaşdırılmasını o qədər istəyirdi ki… Demək alındı. Yoxsa, Rəisoğlu Azərbaycan xalqının cibinə girməyin yollarını beynəlxalq standarlara əsasən həyata keçirməzdi. O hansı beynəlxalq standartdır ki, sadə vətəndaşın ailəsinə aparacağı qəpik-quruşu əlindən almağın yollarını öyrədir!?

Hətta şans adı ilə insanlarda azar yaradır, asılılıq və nəticədə onsuz da gündəlik dolanışıq üçün çalışan sadə azərbaycanlını daha da bədbaxt günə qoyur. Gəlişi gözəl sözlərlə insanları aldatmaq texnologiyasını mənimsəmiş bu şəxs və ya şəxslər törətdikləri bəlaların həcmini görməməzlikdən gəlirlər. Əvəzində mentalitet bağlarından, insanları şirnikləndirən rəqəmlərdən, uduş məbləğindən istifadə edərək, zamandan yaxşıca yararlanırlar.

Dediklərim bir daha cənab Rəisoğlunun növbəti cavabında öz təsdiqini tapır. Diqqət yetirin:

“Böyük uduşlara sahib olan qalibləri görənlərdə lotereya oyunlarının şəffaf keçirilməsinə əminlik yaranır, inam hissini artırır. Bu niyyətlə düşünülə bilər ki, Azərbaycanda lotereya oyunlarına böyük maraq var. Təbii ki, insanları lotereya biletlərini almağa sövq edən müxtəlif səbəblər də ola bilər. Bura sosial-psixoloji amilləri də aid edə bilərik. Bu, nəinki bizim ölkədə, dünya təcrübəsində də belədir”.

Bəli, doğrudur. İnam hissi artır. Çünki siz “sosial-psixoloji” vəziyyəti yaxşı olmayan minlərlə vətəndaşı dediyiniz beynəlxalq standartlarla – texnologiya ilə torunuza salırsınız. Dediyiniz kimi insanları lotereya biletlərini almağa sövq edən müxtəlif səbəblərdən yararlanırsınız. Yaratdığınız “Poz qazan”, “40.000.000 Pul Yağışı”, “Brilliant -3”, “Uğurlu 7” və sairə oyunlarla maddi vəziyyətinizi zənginləşdirir, əhvalınızı yüksəldirsiniz. Əvəzində isə sadə vətəndaşlar itirdikləri pulların, düşdükləri vəziyyətin əzabını çəkir. Bunun səbəbkarı siz və sizin kimi “beynəlxalq standart”ları vətəndaşa sırıyanlarsınız!

Hesab edirəm ki, hələlik bəsdir. İnsanlıq və heç bir ədalət prinsipinə sığmayan bu “beynəlxalq standart”ların üzərindən oyun quran, qumar olmadığına özünü və vətəndaşları inandıran hər kəs haqq-hesab tərəzisini unutmamalıdır. Dünyanın fırılandığını və atdığınız bumeranqların bir gün özünüzə qayıdacağını da düşünün! “Mentalitet” sözündən isə bir də heç vaxt istifadə etməyin. Bunun sizin “oyun”larınıza aidiyyatı yoxdur.

Sonda isə cənab Zəfər Rəisoğluna və “oyundaşlarına” bir sualım var:

Yaxınlarınızın, sizə əziz olan şəxslərin yaratdığınız bu “beynəlxalq standart”lardan istifadə etməsinə razı olardınızmı?

AZƏRBAYCANREALLIĞI.COM
 
Ardını oxu...
Sakinlərlə razılaşa bilməyən tikinti şirkəti söküntüyə hazırlaşır. Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, “Kubinka” kimi tanınan ərazidə sakinlər evlərini sökmək istəyən tikinti şirkəti ilə problemlər yaşayırlar. Onlar şirkətin təkliflərini uyğun hesab etmirlər. "RR Constructions"sakinlərlə razılaşa bilməsə də, hazırlıqlara artıq başlayıb, ərazini hasara alıb. Sakinlər şirkətin təklifini hüquqlarının pozuntusu kimi şərh edirlər. "RR Constructions"dan isə məsələ ilə bağlı cavab almaq mümkün olmayıb.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Bu gün Nəsimi rayonu, İcra hakimiyyəti yaxınlığındakı yaşayış binası ərazisindəki 100-ə yaxın ağac budama adı ilə kəsilib.

AzToday.az xəbər verir ki, bu barədə “Ecofront” məlumat yayıb.

Məlumatda deyilir: Görünən odur ki, hansısa tikinti şirkətinə ağacların orada olmağı problem yaradır.

Həmin görüntüləri təqdim edirik:

 

Ardını oxu...
DİA.AZ: - "Şikayətim Bakıxanov qəsəbəsində olan "Tatlı" un məmulatlari maqazasındandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Həbib Əzimli adlı istifadəçi giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş bildirir: "Nə vaxt nə alırsan, kartla ödəniş etmək istəyəndə bildirirlər ki, kartla ödəniş etməkdə problem var. Ödəniş etmək olmur. Bəzən "ödənişi kartla edəcəm" deyə təkid edəndə guya posterminalı qurdalayırlar... deyirlər "düzəldi, indi ödəniş etmək olar". Bəzən də qurdalayırlar sonra deyirlər, "ödəniş etmək alınmır... posterminal işləmir..."

Ardını oxu...

Bu hal necə illərdir belə davam edir. Eşitdiyimə gorə, bunların digər maqazalarında da eyni hal təkrarlanır.

Dövlət tərəfindən nağdsız ödənişlər stimullaşdırılır. Banklar nağdsız ödənişlər üçün müəyyən kampaniyalar tətbiq edir, amma bu cür mağazalar nağdsız ödənişlərdən yayınır..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ bildirir ki, Astara rayonu, Kijəbə kənd sakini Şahverdiyev Xankişi Əziz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, evinə işıq çəkdirmək üçün rüşvət verməyə məcbur edilir:

“Mən, Şahverdiyev Xankişi Əziz oğlu, Astara rayonu, Kijəbə qəsəbəsində oğluma ev tikdirmişəm və bütün sənədlərim doğru-düzgündür. Həmin evə işıq çəkmək üçün Astara rayon işıq idarəsinə və Masallıda olan “ASAN xidmət”ə müraciət etmişik. Bundan sonra Astara işıq idarəsinin Bilal adlı əməkdaşı gəlib baxış keçirdi. Bizə məsləhət gördülər ki, dəmir dirək alın, kabel alın, daha sonra xəbər edin işığınızı çəkəcəyik. Amma həmin gündən 6 ay keçməsinə baxmayaraq, işıq çəkilməyib. Evimizin ətrafı evlərlə əhatədə olsa da, hər evin işığı çəkilib, bizim ev hələ də işıqsızdır.

Dəfələrlə Astara rayon işıq idarəsinə müraciətlər etsək də heç bir nəticə yoxdur. Kobud münasibətlə bizi qovmaqdan betər edirlər.

Lənkəranda yerləşəm regional işıq idarəsinə də getmişik. Oradanda ürəkaçan bir cavab almamışıq. Bizə dedilər ki, Astara Bakı “Azərişıq”a tabedir, biz heç nə edə bilmərik.

Mən başa düşmürəm, “Azərişıq” dövlətindir, ya bəzi məmurların?!”

Məsələ ilə bağlı Astara Elektrik Şəbəkəsi idarəsi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı. Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Son vaxtlar Dövlət Yol Polisi əməkdaşları arasında sürücülərlə davranış qaydasından xəbəri olmayan, özünü "yolların ağası" hesab edən polis əməkdaşları haqqında şikayətlər durmadan artmaqdadır. Ömründə bir dəfə də olsun polisin davranışı haqqında təlimatı açıb oxumayan bəzi DYP əməkdaşları, özlərini qanun keşikçisi kimi yox, "reket" kimi aparırlar. Bircə qalır, "mən bu ərazinin "polojeniya"sına baxiram" sözünü açıq şəkildə dillərinə gətirmələri.

Sürücülər üçün ən çox narahatçılıqlar yaradan postlardan biri də, Mərəzə postudur. Bu postda sürücülərin incidilməsi və DYP əməkdaşlarının polisin davranışı qaydalarından xəbərsiz olmaları ilə bağlı dəfələrlə saytımıza şikayətlər daxil olub.

Növbəti şikayətçi Seyidzadə Zahid Ağarıza oğludur. Zahid Seyidzadə bildirir ki, Mərəzə postunda yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Polis əməkdaşı ona saxlama səbəbinin kəmərlə bağlı olduğunu bildirsə də, onun kəmərdən istifadə etdiyini gördükdən sonra avtomobilidə led işıqların olduğunu bəhanə edərək, 150 manat cərimə yazıb.

Zahid Seyidzadə bildirir ki, DYP əməkdaşına, avtomobilində olan led işıqların standartlara uyğun olduğunu bildirdirsə də, DYP əməkdaşı ona qarşı kobudluq edərək, onu küçə uşağı səviyyəsində təhqir edib. Bundan sonra özündə halsızlıq hiss etdiyini deyən Zahid Seyidzadə, ona postda əl-üzünü yumağa da imkan verilmədiyini bildirib. Halbuki postda yorğun sürücülərin dincəlmək hüququ da var.

Zahid Seyidzadə qeyd edib ki, onu təhqir edən DYP əməkdaşı Xanalıyev İsaxan Səlahəddin oğludur. O, bu barədə Daxili İşlər Naziri Canab Vilayət Eyvazova müraciət edəcəyini bildirdikdən sonra, DYP əməkdaşı özünü "ara uşaqları" kimi apararaq, onunla "yaxşı oğlan", "pis oğlan" söhbəti etməyə başlayıb.

Xatırladaq ki, Mərəzə postunda DYP əməkdaşlarının sürücülərə qarşı kobudluq etmələri ila bağlı verilən məlumatlar birinci dəfə deyil. Biz də öz növbəmizdə ümid edirik ki, özünü qanun keşikçisi kimi yox, "vor zakon" kimi aparan polis əməkdaşları haqqında ölçü götürüləcək.

Ümumiyyətlə, hər gün vətəndaşlarla ünsiyyətdə olan polis əməkdaşlarının vaxtı-vaxtında psixoloji və narkoloji testdən keçirilməsi vacib olmalıdır.

Elşən Əlisoy

Sozcu.az
 
 
 

Dünyapress TV

Xəbər lenti